Keçmiş keçib gedib. Bu, məntiqi cəhətdən həqiqət olsa da, o qədər



Yüklə 80,57 Kb.
Pdf görüntüsü
tarix28.11.2017
ölçüsü80,57 Kb.
#13089


28

94 Mart

Keçmiş keçib gedib. Bu, məntiqi cəhətdən həqiqət olsa da,  o qədər 

də sadə həqiqət deyil. Keçib gedən bizim keçmişimizdir, biz o keçmişdən 

əmələ gəlmişik. Kimliyimizi, mahiyyətimizi o keçmişsiz təsəvvür etmək 

mümkün  deyil.  Biz  öz  keçmişimizə  bağlıyıq.  Biz  keçmişimizin 

davamıyıq.

Bəşəriyyətin  keçmişi  necə  olub?  Bu  barədə  əfsanələr,  miflər  və 

tarix söz deyir. Tarix daha dəqiq məlumat verməyə çalışır. Əslində, biz 

keçmişi  tam  deyil,  tarixin  bizə  söylədiyi  qədər  bilirik.  Başqa  sözlə 

desək,  tarixin  məzmunu  keçmiş  haqqında  bildiklərimiz  və  öyrənib 

yazdıqlarımızdan  ibarətdir.  Tarixin  məzmunu  və  tutumu  ayrı-ayrı 

şəxslərin, tarixçilərin yazıb toplaya bildiyi qədərdir. Tarix subyektivdir, 

nisbidir,  tarix  yazanların  iradəsindən,  ideyasından,  şəxsiyyətindən, 

gücündən müəyyən dərəcədə asılıdır. 

Keçmişin təbiəti və ruhu nədir?  Keçmiş necə dərk olunur? Bəlkə 

keçmiş kəşf olunur? Keçmişin dərkində subyektivlik varsa, keçmişi öy-

rənən tarix nədir, elmdir, yoxsa sənət? Tarixi subyektiv edən hansı amillərdir?Tarix gözəldir; bu 

gözəllik öz heyranlarını yoldan, başdan çıxarmırmı, tarix təhlükə törədə bilərmi? Tarix necə yazılır 

və ya necə yazılsa yaxşıdır?

Bu və buna bənzər suallar tarixin fəlsəfəsinə aiddir. Bu yazı keçmişdə baş verənlərin dərki ilə 

məşğul olan tarixin mahiyyəti haqqındadır. Elm və sənətin qovşağında yer tutan tarixin fəlsəfəsi, çox 

güman ki,  tək tarixçilərə və filosoflara deyil, bəşəri düşüncələrə dalan hər kəsə maraqlıdır.

     KEÇMİŞİN  FƏLSƏFƏSİ  VƏ  YA TARİX  NECƏ  YAZILIR? 

Hamlet İSAXANLI

TƏDQİQAT

TƏDQİQAT

Əvvəli jurnalın 284-cü (aprel 2010), 286-cı (iyun 2010),

287-ci (iyul 2010), 288 - ci (sentyabr 2010), 289 - cu (oktyabr 2010),

290 - cı (noyabr 2010), 291 - ci (dekabr 2010), 292 -ci (yanvar 2011)   və 

293 -cü (fevral 2011) nömrələrində

millətin rifahı üçün nə vacibdir–mənəviyyat, ya siya-



Tarixdə dövlət və hakimiyyət fəlsəfəsi. 

sət? Qədim dövrə və Şərq mütəfəkkirlərinin fikirləri-



Qədim dövr 

nə xüsusi yer vermək fikrindəyik.

İbn  Xəldunun  tarix  fəlsəfəsi,  dövlətin  yaran-

Qədim Çin

ması, mahiyyəti və çöküşü barədə qurduğu nəzəriy-

yə, həmçinin sivilizasiya və hakimiyyət fəlsəfəsi ilə 

Qədim  Çində  Kon-

tanış  olduq.  Bu  və  digər  məsələləri  dərindən  təhlil 

futsi  (həmçinin  ingiliscə 

edən,  maraqlı  nəzəriyyə  quran  “Müqəddimə”sində 



Kun-fu-tszı  və  ya  K`ung-

İbn Xəldun özündən əvvəlki mütəfəkkirlərin fikirlə-

rindən istifadə etsə də, nəinki onlardan və müasirlə-

fu-tzu,fransızca-Confucius, 

rindən xeyli qabağa getmiş, həmçinin 18-19-cu əsr-

almanca-Konfuzius)  mək-

lərdə Avropada yaşamış bir çox böyük mütəfəkkirlə-

təbi  mənəvi-etik  prinsipləri 

rin (Machiavelli, Vico, Hegel, Marks,...) fikir və nə-

önə çəkir, humanizmi, insan-

zəriyyələrini qabaqlamış, orijinal, müntəzəm və sis-

lara  sevgini  idarəetmənin 

temli nəticələrə gəlmişdi.

əsas  prinsipi  və  nümunəvi 

İndi dövlət və hakimiyyət fəlsəfəsi ilə bağlı mə-

hökmdarın  əsas  əlaməti  he-

sələlərə tarix boyu – İbn Xəldundan əvvəl və sonra 

sab  edir,  qanun  və  gücün 

hansı baxışların mövcud olduğunu, onların təkamü-

tətbiqini  ifrata  varmaq  kimi 

lünü izləməyə çalışacağıq. Mövzumuzu bir sıra sual-

şərh  edirdi.  “Özünə  rəva  bilmədiyini  başqasına  et-

lara tarix boyu cavab axtarmaq yolu ilə davam etdirə-

mə”. O, xalqın mənəvi tərbiyələndirilməsini vacib sa-

cəyik. Dövlət niyə yarandı? Dövlət necə olmalıdır? 

yırdı. Tərbiyələndirmə isə praktik işlərlə, təcrübə ilə, 

Dövlətin mənafeyi əsasdır, yoxsa insanın? Dövlət və 



Konfutsi


29

94

Mart

musiqi  və  ədəbiyyat  vasitəsilə  aparıla  bilər.  İnsanı 

Daosizmin  digər  gör-

məcbur etməklə deyil, utandırmaq və vicdan hissini 

kəmli  nümayəndəsi  Çjuan-

oyatmaqla idarə etmək doğrudur. Qorxu deyil, inam 



tszı  (və  ya  Zhuangzi,  ?  [-

yaratmaq doğrudur. “Qisas almaqdan öncə iki məzar 

369] - [-286]) insanlara azad-

qaz”. Adil, dürüst insanları irəli çəkib, ədalətsizləri 

lıq vermənin, onlara xoş qı-

uzaqlaşdıranda xalq tabe olur. Hərə öz işini görməli

lıqla yanaşmanın zəruriliyini 

öz  yerini  bilməli,  başqasının  işinə  qarışmamalıdır. 

qeyd edir, onları idarə etmə-

“Adları düzəltmək”, normadan kənara çıxılıbsa, ona 

mək  prinsipini  önə  çəkirdi. 

qayıtmaq lazımdır. Böyüklərə, yuxarıda duranlara eh-

Bəzən “Çjuan-tszı tarixdə ilk 

tiram  mühümdür.  Dünya  insanın  mənəvi  kamilliyə 

böyük anarxist” kimi tanıdı-

3

can atması nəticəsində gözəlləşə bilər. “Comərd in-

lır.

san ədalətə can atır, balaca adam qazanc güdür”. Kon-



Mo-tszı (və ya Mozi

futsi məktəb yaratmış, tələbələrinə dərs demiş, təlimi 

? [-470] - [-391]) və onun no-

və şəxsi təsiri nəticəsində külli miqdarda fəal ardıcıl-

minalist-məntiqçi  davamçı-

ları əmələ gəlmişdir. 

ları (Mohizm) isə ölkəni ida-

Çin  özündən  kənarda  qalan  dünyadan  həm 

rəetmənin peşəkarlıq üzərin-

fiziki-coğrafi, həm fikir cərəyanı mənasında nisbətən 

də  qurulmasını  doğru  sayır-

təcrid olunmuş vəziyyətdə olub. Çinə kənardan gələn 

dılar.  Xüsusi  maraqlar  cə-

əsas  fəlsəfi-dini-mədəni  təsir  buddizm  olub.  Lakin 

miyyəti sarsıdır, sevgini yox 

buddizm  də  Çində  yerli  düşüncə  mədəniyyəti  ilə 

edir. Xeyirxahlıq etmək, fay-

vəhdətdə  dəyişmiş,  Hindistanda  olduğundan  fərqli 

da vermək sülhə, rifaha xid-

şəkil  almışdı.  Dövlət,  həyat  və  idarəetmə  işində 

mət edir. “Ümumxalq sevgi-

Konfutsinın etik və psixoloji baxışları ardıcıllarının 

si” fəlsəfəsini ortaya atan bu məktəb eyni zamanda ay-

ifasında  inkişaf  edə-edə  Çinin  ən  uzunömürlü  və 

rı-ayrı fərdlərin deyil, dövlətin qayğısına qalmağı va-

əsas, bir növ dövlət sisteminə çevrilsə də, Lao-tszı və 

cib hesab edirdi, sosial bərabərlik prinsipini irəli sü-

ondan sonra gələnlərin Daosizm fəlsəfəsi və buddizm 

rürdü. İnsanlar vəhşi heyvanlar kimi qayda-qanunsuz 

də heç vaxt kənara çəkilmədi, gah açıq, gah üstüörtü-

yaşayır, bir-biriinə hücum edir, güclü zəifə kömək et-

lü şəkildə davam etdi.

mirdi.  Onlar  qayda  yaratmaq  üçün,  özünümüdafiə 

Lao-tszı  (və  ya  La-

məqsədilə birləşdilər, başçı seçdilər və dövlət əmələ 



ozi), Konfutsinin müasiri ol-

gəldi. Dövlət vəzifələrini ancaq istedadlı adamlar tut-

duğu  və  ya  ondan  bir  qədər 

malıdır.  Sadə  yaşamaq,  təm-təraq  və  israfçılıqdan 

sonra  yaşadığı  güman  olu-

qaçmaq lazımdır. Konfutsi məktəbindən fərqli olaraq 

nan və haqqında gerçək mə-

Mo-tszı musiqini nəcib iş hesab etmir, onu fayda ver-



4

lumatların  olmadığı  bu  mü-

məyən məşğuliyyət sayırdı.

təfəkkir  (əgər  o,  həqiqətən 

Siyasi-etik  xarakterli 

var olmuşsa və ona aid edi-

bir əsərdə (-3-cü əsr) hökm-

lənlərə əsaslansaq) etik siste-

darın  ənənələrə  kor-koranə 

min,  qaydaların  mövcud  ol-

əməl  etməsi,  qədim  hökm-

duğu bir sistemin rahatlığa deyil, tərsinə - qəzəb və qi-

darlara  bənzəmək  istəyi  zə-

yama gətirəcəyinə əmin idi. Daosizmin banilərindən 

rərli sayılır, zamanın ruhuna 

biri, ən böyüyü hesab olunan Lao-tszı`ya görə hiylə 

uyğun  idarəetmə  üsulu  ya-

və savad çox olan yerdə böyük yalan əmələ gələcək, 

ratmaq  fikri  təlqin  edilirdi. 

böyük hiylə müdrikliklə eyni zamanda meydana çı-



Han Fey-tszı (və ya Han Fei 

xıb. Sadəlik əsasdır, hadisələr öz axarı ilə, təbii yolla 



Zi,  [-?]  -  [-233])    insanlara 

2

getməlidir.



1

The Chinese Classics: Confucian Analects (in Chinese and English) translated by James Legge.

http://www.gutenberg.org/dirs/4/0/9/4094/4094-0.txt ; Древнекитайская философия. Т. 1. Москва, 1972

 Laozi

2

Way and Its Power: Lao Tzu's Tao Te Ching and Its Place in Chinese Thought. Translated by Arthur Waley.

Grove/Atlantic, Inc. 1994); Древнекитайская философия. Т. 1. Москва, 1972

3

Rothbard, Murray. Concepts of the Role of Intellectuals in Social Change Toward Laissez Faire, The Journal of

Libertarian Studies, Vol IX, No. 2, Fall 1990. 2. Zhuangzi. Basic Writings. Translations from Asian Classics.

Translated by Burton Watson. Columbia University Press, 2003  



Zhuangzi

Mozi

4

Mozi. Basic Writings. Translations from Asian Classics. Translated by Burton Watson. Columbia University Press, 2003;

Древнекитайская философия. Т. 2. Москва, 1973

Han Fei Zi



30

94 Mart

xas olan eqoizmdən onları idarə etmək üçün istifadə 

və ya ədalətsiz sayılmasından asılı olmayaraq hər kəs, 

olunmasını  vacib  prinsip  kimi  irəli  sürür.    Bu  işdə 

o  cümlədən  hökmdar  qanunlara  tabe  olmalıdır 

cəza  vermək  və  mükafatlandırmaq  əsas  rol 

(qanunlar  dəyişənə  qədər).  Onun  və  ardıcıllarının 

oynamalıdır.  Ləyaqətli,  comərd  insanı  idarə  etmək 

“ədalət naminə şiddət, amansızlıq mümkündür” prin-

çox  çətindir,  ona  cəza  və  mükafatlandırma  ilə  təsir 

sipinə əsaslanan leqizmi Konfutsiçiliyin rəsmi höku-

6

etmək  olmur.  Cinayətin  açılması  və  insanların 

mət siyasətinə çevrilməsində rol oynamışdı.

dikbaşlıq  etməməsi  üçün  cani  ilə  bərabər  onun 

yaxınları  da  cavabdeh  hesab  edilməlidir.  Düzgün 

Hindistan

idarəetmənin əsasında üç ünsür dayanır: qanun, sonra 

hakimiyyət-güc-nüfuz və nəhayət, idarəetmə sənəti. 

Əsasən ruhi başlanğıc üzərində dayanan Hind 

Hökmdar  öz  nüfuzunu  qorumalı,  heç  kimlə 

fəlsəfəsi dövlətin mənşəyi, dövlət və insan münasi-

paylaşmamalı,  hər  kəsi  öz  yerində  oturtmalıdır. 

bət lə ri  məsələlərinə  aid  geniş  nəzəriyyələr 

Varlıların gəlirini yoxsullara paylamaq fikri ağılsız və 

yaratmayıb. Buddizmin etik təlimi bərabərlik, ədalət, 

ədalətsizdir.  Qanun  xalq  üçün,  idarəetmə  sənəti 

mərhəmət  və  şəfqət  üzə-

hökmdar  üçündür.  Qanun  hamıya  açıq,  şəffaf, 

rində  qurulmuşdu,  Şan-

idarəetmə sənəti isə gizlidir. Han Fey-tszı haqqında 



kara (8-ci əsr) “sevgi qa-

Sıma Tsyan  “onda  amansızlıq  son  həddində,  şəfqət 

nundan yüksəkdir” deyir-

isə  heçə  endirilib”  deyir.  Qanunçuluq  (leqalizm, 

di. Hər hansı təlimi yalnız 

leqizm)  cərəyanının  ideoloqu  sayılan  Han  Fey-tszı 

şəxsi  təcrübədən  keçir-

prinsip  etibarilə  despotik  hökmranlıq  tərəfdarı  idi. 

məklə,  yaşamaqla  qəbul 

Onun hakimiyyət fəlsəfəsi İbn Xəldun və Makiavelli-

etmək olar. Yoqa fəlsəfəsi 

ninkindən daha radikal görünür. Han Fey-tszı tarixi 

bədən və ruhu tərbiyə et-

prosesdə maddi şəraitin və onunla birlikdə idarəetmə-

məklə  ilahi  başlanğıca 

nin  dəyişdiyini  söyləyir.  Tarixi  öyrənmək  vacibdir, 

qovuşmaq,  özünə  nəza-

məhz  bu  yolla  indiki  za-

rətlə  eqoizmi  və  fərdiy-

mana  uyğun  idarəetmə-

yətçiliyi aşmaq yollarına əsaslanır. Siqhizmin banisi 

nin müəyyən edilməsi və 



Quru Nanak (1469-1539) bütün insanların bərabər 

5

olduğunu, azlığın çoxluğa hökm etməsi cəhdinin kas-

tətbiqi mümkün olur.

Han  Fey-tszı`nın 

taların yaranmasına gəti-

müəllimi  olan  Syun-tszı 

rib çıxardığını irəli sürür-

(və  ya  Xun  Zi,  Hsun 

dü. 

Hind  materialist 



Tzu,  ?  [-310/313]  -  [-?]) 

sosial  bə ra bər liyi  və 



Çarvaka (Lokayata) fəl-

ümum xalq  sevgisi ni 

səfəsi (-6-cı əsrdən başla-

nəinki sadəlövh, hətta cə-

yaraq) həyatın əsas məq-

miyyət  üçün  təhlükə  he-

sədinin  həzz,  ona  aparan 

sab  edirdi.  O,  insanın 

yolun isə var-dövlət oldu-

təbiətcə  eqoist  və  zalım  olduğunu,  hamının  öz 

ğunu irəli sürürdü. Dini in-

mənafeyini  güddüyünü,  düzlük  və  sadiqliyin, 

sanlar  yaradıb.  Məqsədə 

mərhəmət və şəfqətin insan təbiətinə zidd olduğunu, 

çatmaq  üçün  bütün  va-

lakin, Konfutsi kimi, insanın tərbiyə vasitəsilə düzələ 

sitələrdən  istifadə  etmək 

biləcəyini söyləyir, xeyirin şüurlu fəaliyyətin nəticəsi 

olar. Güclü olan haqlıdır. 

olduğunu  iddia  edir.  Syun-tszı  cəmiyyətdə  rütbə 



Çanakya (və ya Kautilya və ya Vişnuqupta, [-4] – [-

nizamını, iyerarxiyanı, ictimai əmək bölgüsünü, və-

zifə,  mükafatlandırma  və  cəzaların  ədalətli  paylan-

3]-cü  əsrlər)  Maurya  imperiyasının  ([-321]-[-185]) 

ması  və  tətbiqini  sosial  normaların  əsası  sayırdı. 

qurulmasında Çandraqupta Maurya ilə birlikdə həll-

Rəiyyət hökmdara, oğul ataya, arvad ərə xidmət et-

edici rol oynamış, müşavir və baş nazir kimi fəaliyyət 

məlidir. Dövlət ailədən üstündür. Qanunların ədalətli 

göstərmiş bu brahman tarixdə həmçinin böyük, hiy-



5

Han Feizi. Basic Writings. Translations from Asian Classics. Translated by Burton Watson.

Columbia University Press, 2003;Древнекитайская философия. Т. 2. Москва, 1973

Hsun Tzu

6

Xunzi. Basic Writings. Translations from Asian Classics. Translated by Burton Watson.

Columbia University Press, 2003

Quru Nanak

Kautilya 



31

94

Mart

ləgər  siyasi  xadim  və  siyasətşünas  kimi  qalmışdır. 

elə cə  də  zənginlərin  və  ya  hərb çi lərin 

Hökmdarın,  onun  ətrafındakı  məmurların  vəzifə 

hakimiyyətinə  əsaslanan  dövlət  tipləri  insanların 

borcları, şəhər və kəndlərin idarə edilməsi, çuğulçu 

təbii  bərabərsizliklərinə  əsaslanmadığı  üçün  təbii 

və  xəfiyyələrin  vacibliyi,  sosial  müdafiə,  ticarət  və 

deyillər. 

vergi, əkinçilik və sənətkarlıq, hərb və sülh və digər 

İdeal  dövlət  üç  zümrədən  ibarət  olmalıdır: 

məsələlər haqqında məlumat-tövsiyə kitabı yazmış-

filosoflar  idarə  etməli,  hərbçilər  qorumalı, 

dı. O, iddia edirdi ki, hər kəsi satın almaq olar, deməli 

sənətkarlar və əkinçilər maddi nemətlər yaratmalı-

hamı  potensial  düşməndir.  Hökmdarın  xoşbəxtliyi   

dırlar.  Bu  halda  hərə  öz  işi  ilə  məşğul  olub  baş-

7

rəiyyətinin yaxşı yaşaması ilə bağlıdır.  

qasının işinə qarışmır – bu ədalət deməkdir. Bu döv-

lət incəsənət və ədəbiyyatı təftiş etməli, pedaqoji 



Yunanıstan

cəhətdən  ziyanlı  olanları  qadağan  etməli,  öz 

incəsənətini yaratmalıdır. Heç bir zümrə üçün özəl 

Demokrit (~ [-460]-[-370]) mənəviyyatı qa-

mülkiyyət  yoxdur,  özəl  mülkiyyət  həsəd  və  düş-

nundan yüksək tutsa da, 

mənçilik yaradır. Ailənin təşkili də daxil olmaqla 

kütlə  üçün  qanunun 

hər  şey  dövlətin  əlində  olmalıdır.  Kişi-qadın  əla-

zəruri  olduğunu  deyir. 

qələri də tənzim olunur - yaxşılar yaxşılarla, zəiflər 

Qanunlar sünidir, “müd-

zəiflərlə. Qadınlar kişilərlə eyni hüquqa malikdir, 

rik şəxs qanuna tabe ol-

uşaqlar  ümumidir.  Dövlət  vətəndaşların  tərbiyəsi 

mamalı, azad yaşamalı-

ilə məşğul olmalıdır, uşaqlar xüsusi təhsil-tərbiyə 

dır”.  Demokrit  demok-

sistemi  ilə  yetişdirilir,  istedadından  asılı  olaraq 

ratyanı  monarxiyadan 

uşaq  bir  zümrədən  digərinə  (aşağı  və  yuxarı) 

çox  üs tün  tu tur du: 

keçirilə  bilər.  Filosoflar  ağıllı,  dürüst  və  ədalətli 

“azadlıq  qul  olmaqdan 

olduqları üçün hakimiyyəti onlar idarə etməlidir-

nə qədər yaxşıdırsa, de-

lər. O, sonra yazdığı “Qanunlar” əsərində bu “mü-

mokratiyada kasıblıq da 

kəmməl dövlət nümunəsini”, ideal dövlət utopiya-

monarxiyada xoşbəxt sayılan həyatdan bir o qədər 

sının mütləqliyini xeyli yumşaltmışdı. Xüsusi mül-

yaxşıdır”. O, eyni zamanda dövlət və onun idarə 

kiyyət  və  sərbəst  ailə  siyasəti,  siyasi  hüquqların 

olunmasına aid qəti fikir söyləyirdi: “dövlətin ma-

zümrə  üzrə  deyil,  əmlakın  dəyərinə  uyğunlaşdı-

raqları hər şeydən üstün tutulmalıdır və çalışmaq la-

rılması,  əkinçiliyin  qul-

zımdır ki, o, yaxşı idarə 

lara aid edilməsi, fərqli-



8

olunsun”.

qarışıq siyasi quruluşla-

P l a t o n a   g ö r ə  

rın  mümkünlüyü  qeyd 

(“Dövlət”)  dövlət  əmə-

və qəbul  edilmişdi. 

yin ictimai bölgüsünə, ix-

Aristotel öz döv-

tisaslaşmağa ehtiyacdan 

lət  və  insan  problemini 

yaranıb.  Dövlətə  əmlak 

“Politika”  və  həmçinin 

bərabərsizliyi xasdır. De-

“Etika”  əsərində  şərh 

mok ratiya  çoxlu ğun 

etmişdir.  İnsan  cəsur, 

ağılsızlığıdır, ata uşaqla-

ağıllı,  ədalətli  və  fəra-

rından,  müəllim  şagird-

sətli  olmalıdır.  Ədalət 

lərdən,  kişilər  qadın-

ümumi  xoşbəxtlik  de-

lardan qorxurlar. Tək demokratiya deyil, tiraniya, 



7

Great Thinkers of the Eastern World: The Major Thinkers and the Philosophical and Religious Classics of China, India,

Japan, Korea, and the World of Islam. Editor: Ian P. McGreal. HarperResource, 1995 (Ruscaya tərcüməsi: Великие

мыслители Востока. Москва, «КРОН-ПРЕСС», 1999); Восточная философия. Минск, Харвест, 2006.

Автор-составитель М.В. Адамчик)

Demokrit

8

Mатериалисты древней Греции. Москва, 1955



Platon

Aristotel


32

94 Mart

məkdir, bunu əldə etmək üçün qanunlara əməl et-

kiyyətsiz necə mümkün ola bilər?! Platonda ailənin 

mək və hakimiyyətə tabe olmaq zəruridir. Ünsiy-

ümumiləşdirilməsi  də Aristoteli  əsəbiləşdirir;  ha-

yətin  zəruriliyi  insanları  növbə  ilə  ailə,  kənd  və 

mıya məxsus olana kim qayğı göstərəcək?! Lakin 

dövlət  qurmağa  gətirib  çıxarır.  İnsan  siyasi 

Aristotel  qul  məsələsində  Platona  nisbətən  daha 

məxluqdur. İnsanlar birlikdə ancaq yaxşı dövlətdə 

radikal mövqe tutur: “aydındır ki, öz təbiətinə görə 

xoşbəxt  ola  bilərlər.  Siyasi  quruluş  üç  hissədən 

bəziləri  qul,  digərləri  azaddır”,  “bəzilərinə  qul, 

ibarətdir: qanunverici, icraçı və məhkəmə sistemi. 

digərlərinə  ağa  olmaq  faydalıdır”.  Qulları  yunan 

Hakimiyyətin kimin və ya kimlərin - bir adamın, 

olmayanlar arasından almaq doğrudur.

İnqilabların  qarşısını  almaq  üçün  üç  şeyə 

azlığın və çoxluğun əlində olmasından asılı olaraq 

fikir  vermək  zəruridir:  dövlət  təbliğatı,  qanuna 

üç  “düzgün”,  ümumi  maraqlara  xidmət  edən  qu-

böyük  hörmət  və  ədalət  (“hər  kəsə  ləyaqətinə 

ruluş - monarxiya, aristokratiya (nəcib insanların 

görə”).


hakimiyyəti) və politiya (respublika) əmələ gəlir. 

Platondan  sonra  ideal  dövlət  haqqında 

Bunların hər biri məqbuldur, hərçənd ki, monarxi-

çoxsaylı  utopik  əsərlər  yazılmış,  proqramlar  irəli 

ya aristokratiyadan, aristokratiya politiyadan yax-

sürülmüşdür.  Yambulun  ([-3]  və  ya  [-2]-ci  əsr) 

şıdır. 

“Günəş  adaları”,  bir  qədər  əvvəl  yaşamış 



“Düzgün olmayan”, xüsusi maraqların əsas 

Feopompun “Meropida”sı,  Cənubi Amerika, Orta 

götürüldüyü  halda  isə  uyğun  olaraq  tiraniya,  oli-

Şərq və Çində mövcud olan sosializмvari hərəkat 

qarxiya  (kasıbları  nəzərə  almayan  zənginlərin 

və  dövlətlər,  Məzdək,  İbn  Tüfeyl  (“Həyy  ibn 

hakimiyyəti)  və  demokratiya  (zənginləri  nəzərə 

Yəzqan”),  Nizami  Gəncəvi  (“İskəndərnamə”), 

almayanların  hakimiyyəti)  alınır.  Aristotelin 

Thomas More, T. Campanella, Gerrard Winstanley, 

tiraniyaya  münasibəti  çox  kəskindir  -  “oğrunu 

E-G.  Morelly,  Henri  de  Saint-Simon,  Robert 

deyil,  tiranı  öldürənə  eşq  olsun”!  Tiran  haki-

Owen, Charles Fourier və başqalarının fəaliyyət və 

miyyətdə  qalmaq  üçün  xüsusi  qabiliyyətə  malik 

dövlət  utopiyaları haqqında  xüsusi  söhbət  açmaq 

insanların yüksəlməsinə hər cür (məhv etmək daxil 

maraqlı görünsə də, ədəbiyyata göndərməklə kifa-

olmaqla)  mane  olmalı  (!?),  xəfiyyələr  saxlamalı, 

9

yətlənirik.

insanlar  arasına  nifaq  salmalı,  onların  ictimai 

Müxtəlif xalqlara məxsus və müxtəlif dövr-

həyatını  nəzarətdə  saxlamalı,  böyük  miqyaslı 

lərdə yaşamış mütəfəkkirlərin etik və siyasi görüş-

işlərlə baş qatmalı olur. “Düzgün olmayan” üçlü-

ləri,  dövlət  və  idarəetmə  modelləri  haqqında  dü-

yün arasında demokratiyaya dözmək olar, bir şərtlə 

şüncələri bir çox hallarda necə də bir-birinə yaxın, 

ki,  hakimiyyət  kütlənin  deyil,  qanunun  əlində 

bir-birinə oxşar ola bilir! Bu, müxtəlif insanların iç 

olsun. Demokratiyaya tənqidi münasibəti anlamaq 

dünyasının  və  ətraf  aləmlə,  cəmiyyət  və  dövlətlə 

üçün bir cəhəti nəzərdə tutmaq lazımdır: o dövrün 

münasibətlərinin  böyük  bənzərliyinin  bir 

yunan demokratiyası əsl seçkiyə deyil, püşkatma-

nəticəsidir və bu bənzərliyin əlamətidir. Bu, müx-

ya əsaslanırdı. Bu siyasi quruluş növlərinə bir qə-

təlif dövrlərdə yaşamış müxtəlif xalqların eyni və 

dər başqa deyilişdə Platonda da rast gəlinir. 

ya bir-birinə çox yaxın arzu və istəkləri, qayğı və çə-

Platonun dövlət modelində Aristotel birinci 

tinlikləri,  ehtiyat  və  qorxuları  olduğundan  xəbər 

növbədə xüsusi mülkiyyətə qadağanı tənqid edir: 

verir.  Bu,  bəşəriyyətin  və  tarixi  prosesin  vahidli-

“mülkiyyət  haqqında  adi  fikir  belə  görünməmiş 

yinə və bütövlüyünə dəlalət edir.

həzz verir”. Mülkiyyətin xüsusi olması ilə yanaşı 

insanları xeyriyyəçilik etməyə çağırmaq olar. İnsa-



(davam edəcək) 

ni sifət olan xeyriyyəçilik və comərdlik xüsusi mül-



9

Игорь Шафаревич. Социализм как явление мировой истории. Москва, “Эксмо», 2003;

Утопический социализм. Хрестоматия. Москва, Издательство политической литературы, 1982;

İbn Tufeyl və Nizami Gəncəvinin uyğun əsərləri



Yüklə 80,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə