Kəlbəcər Kəlbəcər — Azərbaycan Respublikası ərazisində rayon. İnzibati mərkəzi Kəlbəcər şəhəridir. Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır



Yüklə 27,63 Kb.
Pdf görüntüsü
tarix18.04.2018
ölçüsü27,63 Kb.
#39356


Kəlbəcər

Kəlbəcər   —   Azərbaycan   Respublikası   ərazisində   rayon.   İnzibati   mərkəzi   Kəlbəcər 

şəhəridir.

Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. 1993-cü ildə Ermənistan 

Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub,

 

adı dəyişdirilərək Karvaçar adlandırılıb 



və qondarma "Dağlıq Qarabağ Respublikası"nın Şaumyan rayonunun mərkəzi elan edilib.

 

Tarixi

"Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer 

kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car "qala" mənasını 

verir.   Yaşayış   məntəqəsinin   yerləşdiyi   qayada   Tərtərçay   çayı   boyunca   cərgə   ilə   düzülmüş 

qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim 

türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər.

Kəlbəcərdəki   oronomik   toponimlərin   hamısı   türk   mənşəlidir.   Bir   sıra   qədim   türk 

tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır.

Kəlbəcər   ən   qədim   insan   məskənlərindən   biridir.   Bu   ərazidə   ibtidai   insanın   təşəkkül 

tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir 

tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir 

ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.

Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı 

olan   qaya   təsvirləri,   çöp   şəkilli   qədim   türk   əlifbası   nümunələri   aşkar   edilib.   Buradakı   daş 

abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə 

İslamın yayıldığı dövrlərdə yaradılıb.

Kəlbəcərdə "Türk qəbristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən 

böyüyü   Tirkeşəvənd,   Kəlbəcər,   Zar   və   b.   kəndlərin   ərazisindədir.   Qəbirstanlıqlar   müxtəlif 

əsrlərdə   yaradılmış,   forma   və   ölçüləri   ilə   bir-birindən   fərqlənən   at,   qoç,   sandıq   qəbirüstü 

fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.

Kəlbəcərin işğalı

Kəlbəcər 1993-cü ilin aprel ayının 2-dən ermənistan ordusunun işğalı altındadır.

Dağlıq Qarabağ ərazisindən  kənarda yerləşən  Kəlbəcər  rayonunun Ermənistan  Silahlı 

Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli 

əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb.

Kəlbəcərin   işğalından   sonra   3205   saylı   iclasda   BMT   Təhlükəsizlik   Şurası   822   saylı 

Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal 

olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli 

gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

Kəlbəcər   rayonunun   əhalisi   Azərbaycan   Respublikasının   56   rayon   və   şəhərinin   707 

yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-

dək   fərdi   mənzil,   37.852   ha   meşə   sahəsi   indi   də   talan   olmaqdadır.   BMT-nin   və   ATƏT-in 

prinsiplərinə   zidd   olaraq   1999-cu   ildən   Kəlbəcər   rayonu   ərazisində   ermənilərin 

məskunlaşdırılmasına başlanılıb.

1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl 

ziyan vurulmuşdur. İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam qovulmuş, 511 dinc əhali 

öldürülmüş, 321 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür.



Coğrafi mövqeyi

 

Kəlbəcər   Azərbaycanın   ən   yüksək   dağ   rayonudur.   Ən   hündür   zirvələri   Camışdağ 



dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər 

qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göy-Göl, Goranboy, şimali-şərqdə Tərtər, 

şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir.

Relyefi

Kəlbəcər   rayonu   faydalı   qazıntılarla,   o   cümlədən   qızıl,   xrom   yataqları   ilə   zəngindir. 

Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. 

Alagöllər, Qaragöl, Zalxa gölü və s. gölləri var. Rayonda əsasən çimli dağ-çəmən və qonur dağ-

meşə torpaqları yayılmışdır. Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır.

Təbiəti

Kəlbəcərdə tanınmış Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdəkvə c. mineral bulaqlar vardır.



İri yaşayış məntəqələri

Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var. Ağdərə rayonunun 20-yə qədər kəndi 

də Kəlbəcər inzibati bölgüsünə daxildir.

Bölgələri

Ayrım dərəsi (20-dək kəndi əhatə edir)

Qılınclılar (10-dək kəndi əhatə edir)

Alxaslı (6-7 kəndi əhatə edir)

Qaraçanlı (4 kəndi əhatə edir)

Görkəmli şəxsləri

Şahlar Şükürov – Azərbaycanın Milli Qəhrəmanı.

Sərdar Səfərov – Azərbaycanın Milli Qəhrəmanı.

Yunis Nəcəfov – Azərbaycanın Milli Qəhrəmanı.



İqtisadi xarakteristikası

 

Kənd təsərrüfatında əsasən heyvandarlıq və əkinçilik inkişaf etmişdir.



Kəlbəcər   rayonu   ərazisində   yerləşən   İstisu   mineral   suları   özlərinin   əlverişli   qaz   və 

kimyəvi   tərkibinə,   yüksək   temperaturuna,   böyük   təbii   ehtiyatlarına   görə   xüsusilə   fərqlənir. 

Onun suları ilə insanın həm xarici həm də daxili xəstəliklərini müalicə etmək mümkündür. 

İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilmişdir. Həmin 

zavod sutkada 800 min litr su istehsal edirdi.

Rayonun İstisu qəsəbəsində Ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyaları 

fəaliyyət göstərirdi. Hər il orada 50 min nəfər müalicə olunur və istirahət edirdi.



Maddi-mədəni irsi

Kəlbəcərdə alban dövrünə aid xeyli tarixi abidələr var. Bunlardan ən məşhuru Xudavəng 

məbəd   kompleksidir.   Bu   abidə   kompleksi   Kəlbəcər   rayonunun   şərqində   –   rayonunun   29 

kilometrliyində yerləşir. "Xudadəng" də adlandırılan abidə kompleksi VI-VII əsrlərdə alban 

knyazı tərəfindən tikilib, XV əsrdə isə bu abidə alban knyazlığının dini məbədi olub. Sonralar 

məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət alban hökmdarı Həsən Cəlal 

tərəfindən yenidən inşa edilib. Həsən Cəlalın arvadı Minə Xatun bu qalada dəfn olunub. Anası 

Arzu Xatun və dövrün görkəmli ziyalısı Mxitar Qoş bu məbəddə olmuş və xatirə üçün nişan 

daşları qoymuşdur. Üstü gümbəz kimi tikilmiş bu kompleksin tikintisində ağac materialından 

da istifadə edilib. Binanın divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və yazılar var. 

Abidənin tikintisində istifadə olunmuş daşlar Tərtər çayının sahilində – bir dərədə yığılaraq 

suxurlaşmış   və   kiristallaşmış   gildən   əmələ   gəlmişdir.   Kəlbəcər   rayonunun   Vəng   kəndi 

ərazisində də digər bir alban məbədi yerləşir.

Kəlbəcədəki   digər   qədim   Alban   abidələri   bunlardır:   "Laçınqaya",   "Lev",   "Uluxan", 

"Qalaboynu", "Comərd". Kəlbəcərin Ağdaban kəndinin də qədim alban tayfasının adını daşıdığı 

güman edilir. "Alban" adının Ağuan, Aluan, Ağvan, Andan kimi təhrif olunmuş adlarından 

birinin də Ağban olması istisna deyil.

Kəlbəcər   rayonunun   Vəng   kəndi   ərazisində   alban   məbədi,   Çərəkdar   kəndində   alban 

kilsəsi   (Həsən   Camal   kilsəsi),   Qanlıkənd   ərazisində   Lök   qalası,   Qaraçanlı   kəndinə   Uluxan 

qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən alban kilsəsi, Qalaboynu kəndində 

Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər 

şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində 

Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir 

adına   mədəniyyət   evi,   Söyüdlü   yaylağında   Seyid   Əsədullanın   ziyarətgahı   işğal   zonasında 

qalaraq, Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən dağıdılıb.

Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı 

-"əkiz"lərdir.   "Soltan   Heydər",   "Qurbağalı   çay",   "Turşsu",   "Ayçınqıllı",   "Gəlinqayası", 

"Böyükdəvəgözü",   "Sərçəli"   və   s.   yerlərdəki   qayaüstü   təsvirlər   təkcə   Kəlbəcərin   deyil, 

bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edir. Kustar şəkildə, 

bazalt   daşına   həkk   edilmiş   keçələrdən,   ov   səhnələrindən,   yallıyabənzər   oyunlardan,   göy 

cismlərindən,   qədim   heyvanlardan   və   s.   ibarət   bu   daş   kitabələr   Kəlbəcərin   tarixinin, 

mədəniyyətinin qədimliyini əks etdirir. Bu təsvirlərdən biri belədir: Bir insan fiquru ayağının 

birini bir dairənin, o birini isə digər bir dairənin üzərinə qoyaraq yuxarıdakı kürəyə baxır. 

Güman olunan budur ki, insan bir planetdən digərinə uçmaq arzusundadır. İnsan fiqurunun 



ayağı altındakı dairənin biri Yer, o biri isə Ay güman olunur.

Yüklə 27,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə