Kərbəla qiyamında qadınların rolu Müəllif: Röya Mehtiyeva 1 Elmi nəzarətçi



Yüklə 73,65 Kb.
Pdf görüntüsü
tarix04.02.2018
ölçüsü73,65 Kb.
#23918


 

 



Kərbəla qiyamında qadınların rolu   

Müəllif: Röya Mehtiyeva

1

 



Elmi nəzarətçi: Dr. Əfzələddin Rəhimov

2

 



Alınan tarix: 11/09/2016             qəbul tarixi: 02/11/2016 

Giriş 

Məqalədə Həzrət İmam Hüseynin (ə) qiyamında qadınların rolundan bəhs edilir. 

Bu  məqalədə,  Əhli-beyt  (ə)  xanımlarının  deyil,  onlardan  əlavə  hansı  dəyərli 

xanımların Kərbəla qiyamındakı  əsaslı rolu olub-olmaması araşdırılır. Bu haqda 

olan tarixi məqamlara toxunulur. 

 

Məqalənin qısa xülasəsi 

Məqalədə  Həzrət  İmam  Hüseynin  (ə)  qiyamında  qadınların  rolundan  bəhs  edilir. 

Bu  məqalədə,  Əhli-beyt  (ə)  xanımlarının  deyil,  onlardan  əlavə  hansı  dəyərli 

xanımların  Kərbəla  qiyamındakı  əsaslı  rolu  olub-olmaması  araşdırılır.  Bu  haqda 

olan tarixi məqamlara toxunulur. 



 

Müqəddimə 

Məhəmməd  peyğəmbərin  (s)  gəlişi  ilə  cəmiyyətdə  tam  insani  hüquqlu  şəxsiyyətə 

çevrilən  qadınlar  daim  İslam  dininin  inkişafı  və  müdafiəsi  yolunda  özünəməxsus 

əhəmiyyətli  rol  oynayaraq,  böyük  nüfuz  qüvvəsinə  malik  olmuşlar.  Biz  İslam 

tarixini  diqqətlə  izlədikdə, bu  dinin  yarandığı gündən  e`tibarən  Həzrət  Xədicə  (ə) 

kimi  namuslu,  cəsur  qadınların  tərəfindən  maddi  və  mə`nəvi  cəhətdən  mühafizə 

olunaraq,  dəstəkləndiyinin  şahidi  oluruq.  O,  bütün  var-dövlətini    İslam  dininin 

qorunması və inkişafı yolunda xərcləməklə yanaşı sevimli Peyğəmbərimizi (s) ən 

böhranlı vaxtlarda belə tərk etmədi. Böyük mal-mülkə sahib, zəngin bir xanım olan 

Xədicənin  (ə)  bütün  sərvətini  İslam  yolunda  sərf  edərək,  sonda  isə  müşriklərin 

                                                           

1.  Əl-Mustafa  Beynəlxalq  Virtual  Universitetinin  İslam  maarifi  fakültəsi,  İlkin  bakalavr  pilləsi, 



royamehdi@mail.ru

  

2. Əl-Mustafa Beynəlxalq Virtual Universitetində elmi-işçi, 



rahimli80@mail.ru

 



 

 



yaratdığı iqtisadi blokadanın nəticəsində aclıq ucbatından dünyasını dəyişməsi də, 

möhtəşəm qadın fədakarlığının möhtəşəm nümunəsidir.

3

 

Həmçinin  Həzrət  Fatimə  (s)  kimi  dəyərli  xanımların  atasının  və  yaxınlarının 



qürbətinə,  ayrılığına  dözməklə  bərabər,  İslam  yolunda  öz  vətənindən  belə  köçüb, 

yad şəhərlərə hicrət etməsi, onun simasında müsəlman qadınının  əzmindən xəbər 

verir.

4

 



Təsadüfi  deyildir  ki,  Əmmar  Yasirin  (ə)  anası  Süməyyə  düşmənlərin  ən  ağır 

işgəncələrinə  dözərək  əqidəsindən,  inamından  dönməmiş  elə  buna  görə  də, 

müşriklər tərəfindən amansızlıqla qətlə yetirilmişdi. Belə ki, O, İslam dünyasının 

ilk şəhidi sayılır.

5

 

Peyğəmbərin  (s)  dövründə  müharibələrdə  döyüşçülərə  qulluq  edən,  onların 



qayğısına qalan müsəlman qadınlar bundan əlavə hətta ən çətin anlarda da, döyüş 

meydanına  atılaraq  qəhrəmancasına  vuruşmuşlar.  Ümmü  Amir  ləqəbli  Nəsibənin 

Ühüd  döyüşündə,  Həmzənin  bacısı  Səfiyyənin  Xəndək  müharibəsində  düşmənə 

qarşı vuruşaraq göstərdiyi rəşadətlər üçün Peyğəmbərimizin (s) onlara behişt və`d 

etməsi də, buna misal ola bilər.

6

 



Müsəlman  xanımlar  öz  atalarını,  ərlərini,  qardaşlarını  və  övladlarını 

Peyğəmbərin  (s)  düşmənlərilə  mübarizəyə  həvəsləndirməklə  birgə,  onların  şəhid 

olduğunu  eşitdikdə  də,  daim  qürur  hissi  ilə  yüksək  səbir  və  dözüm  nümayiş 

etdirmişlər. Ühüd döyüşündə qardaşının, dayısının və ərinin şəhid olduğunu eşidən 

Hİmnə  binti  Cəhişin  vüqarla  «hamımız  Allah  tərəfindən  yaranmışıq  və  hamımız 

Ona  doğru  geri  dönəcəyik.»  deyə,  söyləməsi,  müsəlman  qadının  hər  şeyə  qadir 

olduğuna bir örnək sayıla bilər.

7

 



                                                           

3- «Sirəti-İbn Hişam», c. 1, səh. 274; «Kənzul-ümmal», c. 13, səh. 275. 

4- «Məsumların həyatı», səh. 41. 

5- «Kənzul-ümmal», c. 13, səh. 630. 

6- «Sirəti-İbn Hişam», c. 3, səh. 45 və 179; İbn Əbil Hədid, «Nəhcül-bəlağənin şərhi», c. 3, səh. 377 və 

388 «Kənzul-ümmal», c. 13, səh. 632. 

7- «Tarixi-Təbəri», c. 2, səh. 74; İbn Əbil Hədid, «Nəhcül-bəlağənin şərhi», c. 3, səh. 388 və 395. 



 

 



Qadınların Kərbəla qiyamındakı rolları 

Kərbəla  qiyamının  inkişaf  tarixini  və  hadisələrin  məntiqi  ardıcıllıqla  gedişini 

izlədikdə, onun hər ləhzəsində ləyaqətli müsəlman xanımının da öz rolu olduğunu 

anlayarıq. Belə ki, biz, İslam tarixi boyunca seyr etdiyimiz nümunəvi qadına xas 

olan  xislətləri  Kərbəla  qiyamında  adı  səslənən  hər  bir  qadında  kamil  şəkildə 

görürük. 

Qiyamın  əvvəlindən  e`tibarən  bir  çox  müsəlman  qadınlar  İmam  Hüseynə  (ə) 

kömək  etmək  üçün öz  səylərini göstərmişlər. Bu səylər  müxtəlif  formalarda  ifadə 

olunaraq, özünəməxsus tə`sir gücünə malik olmuşdur:

8

 



 

1- Elçilərə himayəkarlıq etdilər 

Bə`zi  qadınlar  ağır  şəraitdə,  düşmən  nəzarətinin  ən  güclü  və  təhlükəli  olduğu 

mühitdə  İmam  Hüseynə  (ə),  onun  tərəfdarlarına  öz  himayələrini  əsirgəməmiş, 

böyük  rəşadətlə  onları  müdafiə  etmişdir.  Kərbəla  qiyamında,  Tuə,  kimi  xanımın 

İmamın (ə) Kufəyə göndərdiyi elçisi Müslim ibn Əqilə öz evində pənah verdiyini, 

düşmənlərdən  gizləyərək,  qoruduğunun  şahidi  oluruq.

9

  Bir  halda  ki,  Həzrət 



Hüseyni (ə) on səkkiz min məktubla Kufəyə dəvət edən kufəlilər Müslim ibn Əqili 

şəhər  küçələrində,  İbn  Ziyadın  qoşununun  təqibi  altında  yalnız  buraxaraq,  onu 

tənha  və  köməksiz  qoymuşdu.  Qorxaq  Kufə  əhli  hətta  evlərinin  qapısını  da 

bağlamışdılar. Amma Tuə adlı bir müsəlman xanım, Müslim ibn Əqili tanıyaraq, 

onu öz evində gizlətdi. Və imanın qorxuya üstün olduğunu sübut etdi. 

 

 



 

                                                           

8- Elə buna görədə hazırki bəhsimizdə qadınların Kərbəla qiyamındakı fəaliyyətlərini təhlil edərkən Əhli-

beyt (ə) xanımlarının həll edici rolunu müstəqil şəkildə, ayrı bir sual ətrafında araşdıracayıq. 

9- Zəbihullah Məhəllati, «Rəyahinüş-şəriə», c. 4, səh. 374; «Biharül-ənvar», c. 44, səh. 350-358; Şeyx 

Müfid, «İrşad», səh. 401-404; Əbi Muxnəf, «Məlhuf əla qətlil-tafuf», səh. 112-119. 




 

 



2- Dəyərli məsləhətlər verdilər 

Bir  çox  qadınlar  Həzrət  Hüseynin  (ə)  də`vətini  qəbul  etmək  üçün  tərəddüd  edən 

ərlərini  İmama  (ə)  qoşulmağa  meylləndirir,  bu  barədə  onlara  dəyərli  məsləhətlər 

verirdilər. 

Kərbəlada qəhrəmanlıqla şəhid olan Züheyr ibn Tin məhz həyat yoldaşı Dilhəm 

binti  Əmrin  məsləhəti  sayəsində  haqqın  yolunu  taparaq,  İmam  Hüseynə  (ə) 

qoşuldu.

10

  Züheyr  ibn  Tin  İmamın  (ə)  tərəfdarı  kimi  tanınmırdı.  O,  hətta  Həzrət 



Hüseynin  (ə)  onu  də`vət  etmək  üçün  göndərdiyi  elçisinə  də,  rədd  cavabı  verdi. 

Amma,  belə  olduqda  arvadı  Dilhəm,  Züheyrə:  «Sübhənəllah!  Sən  peyğəmbər 

övladının də`vətini qəbul etmirsən? Utanmırsanmı? Heç olmazsa get, səninlə nə işi 

olduğunu öyrən!»- dedi. Həyat yoldaşının məntiqli sözləri qarşısında xəcalət çəkən 

Züheyr  ibn  Tin  İmamın  (ə)  yanına  gedib,  onunla  görüşdü.  Sonra  isə  Dilhəmin 

yanına qayıdaraq, Hüseynə (ə) qoşulduğunu, onunla birgə düşmənə qarşı mübarizə 

aparacağını  söylədi.  Lakin  o,  Dilhəmin  razı  olmayacağını  zənn  etdiyi  üçün 

qorxurdu.  Dilhəm  isə  öz  növbəsində  ərinə  dedi:  «Züheyr  get!  Allah  sənə  kömək 

olsun.  Əgər  şəhid  olsan,  Allahın  izni  ilə  qiyamət  günü  Peyğəmbərin  (s)  və 

Hüseynin (ə) kənarında mənə şəfaət tələb edərsən.» Belə olduqda Züheyr İmamın 

(ə) yanına qayıtdı. Və Aşura günü igidlik nümayiş etdirdikdən sonra, şəhid oldu. 

Həbib  ibn  Məzahir  də,  İmam  Hüseynin  (ə)  çağırış  məktubunu  alarkən,  xanımı 

ona  dedi:  «Həbib,  səni  and  verirəm  Allaha  ki,  ağamız  Hüseynə  (ə)  kömək  etmək 

üçün səhlənkarlıq etmə!»

11

 

Həbib  ibn  Məzahir  isə  onu  sınamaq  məqsədilə  belə  söylədi:  «Mən  necə 



Kərbəlaya  gedim  ki,  qorxuram  övladlarım  yetim  qala?»  Amma  Həbibin  həyat 

yoldaşı cavabında dedi: «Sən Allahın Rəsulu Məhəmmədin (s) Hüseyn ibn Əli (ə) 

barəsində  buyurdu:  «Həsən  (ə)  və  Hüseyn  (ə)  behişt  cavanlarının  sərvəridir.» 

                                                           

10- «Əyanüş-şiə», c. 6, səh. 427; «Tarixi-Təbəri», c. 3, səh. 302; «Biharül-ənvar», c. 44, səh. 372-373; 

«Rəyahinüş-şəriə», c. 3, səh. 307. 

11- Mürtəza Kermani, «Qəhrəman qadınlar», səh. 74; K. Firişler, «İmam Hüseyn (ə) və İran», səh. 3-5. 



 

 



Kəlamını  eşitməmisənmi?  İndi  isə  nə  üçün  Peyğəmbər  övladının  köməyinə 

tələsmirsən?  Ey  Həbib,  get  və  İmam  Hüseyni  (ə)  görsən,  mənim  əvəzimdə  də, 

onun əllərini, ayaqlarını öpərsən. Salamımı ona yetirərsən. » 

3- Mənəvi dayaq oldular 

Cəsur  müsəlman  qadınları  Kərbəlada  öz  ərlərini  döyüşə  atılmağa  həvəsləndirir, 

onlara mə`nəvi dayaq olurdular. 

Müslim  ibn  Ovsəcənin

12

    Ümm  Xələf  adlı



13

  arvadı  ərinin  şəhid  olduğunu  öz 

gözlərilə  seyr  etdikdən  sonra,  oğlu  Xələfi  döyüş  meydanına  göndərdi.  Amma 

İmam  Hüseyn  (ə)  Xələfin  anasının  kimsəsiz  qalmaması  üçün  dedi:  «Ey  cavan! 

Atan  igidliklə  şəhid  oldu.  Əgər  sən  də  şəhid  olsan,  anan  Ümm  Xələf  köməksiz 

qalar və bu azğın səhrada kimə pənah aparar?» İmamın (ə) söylədiklərini diqqətlə 

dinləyən  Xələf  ibn  Müslim  azca  tərəddüd  edərək,  geriyə  anasının  yanına  qayıtdı. 

Lakin  rəşadətli,  cəsur  qadın  olan  Ümm  Xələf  oğluna  belə  əmr  etdi:  «Oğlum, 

döyüşə  getməsən,  Peyğəmbərin  övladı  Hüseynə  (ə)  kömək  edərək,  düşmənlərinə 

qarşı vuruşmasan həyatım boyu səndən razı olmayacağam!» 

Xələf anasının əmrilə ruhlanaraq döyüşə atıldı və şəhid oldu. 

Əmr ibn Cünadənin anası Bəhriyyə xanım

14

 da, əri Cünadə ibn Kəəb Ənsarinin 



düşmən  tərəfindən  qətlə  yetirildiyini  gördükdən  sonra  on  bir  yaşlı  oğlunu 

vuruşmaq  üçün  göndərdi.  İmam  Hüseynin  (ə)  gözləri  Əmr  ibn  Cünadəyə 

sataşdıqda,  ona  buyurdu:  «Bu  cavanın  atası  indicə  şəhid  oldu.  Onun  da,  vuruşub 

şəhid olması anası üçün ağır bir dərd olar.» Amma Əmr ibn Cünadə İmama belə 

dedi: «Ey Peyğəmbərin övladı anam özü mənə döyüşməyə əmr etdi.» Belə olduqda 

                                                           

12- Məhəmməd Füzuli, «Hədiqətüs-süəda” adlı əsərində Müslim ibn Ovsəcəni milliyyətcə azəri türkü 

olduğunu iddia edir. 

13- Cavad Mühəddisi, «Aşura şüarları», səh. 247; Doktor Əli Qaimi, «Aşura tarixində qadınların rolu», 

səh. 62-63. 

14- Seyid Ətaullah Muhacirani, «Aşura elçiləri», səh. 44; Mürtəza Mütəhhəri, «Hüseyn (ə) inqilabı», c. 2, 

səh. 174; «Doktor Əli Qaimi, «Aşura tarixində qadınların rolu», səh. 72-73. 




 

 



Həzrət  Hüseyn  (ə)  Əmrə  döyüşmək  üçün  icazə  verdi  və  o,  qəhrəmanlıqla  şəhid 

oldu. 


 

4- Səbir və dözüm dərsi verdilər 

Kərbəlada  müsəlman  qadınları  yüksək  əzm  və  dözüm  nümayiş  etdirərək  bütün 

azadələrə ibrət dərsi oldular. 

Vəhəb  ibn  Abdullah  Xəbab  Kəlbinin  anası

15

  ərinin  ardınca  oğlunun  da  şəhid 



olduğunu  izlədiyi  zaman,  daşürəkli  düşmən  qoşunu  oğlunun  kəsilmiş  başını 

anasına doğru tulladı. Cəsarətli qadın isə oğlunun başını götürüb, vüqarla düşmənə 

doğru  irəlilədi  və  onu  zülmkar  dəstəyə  sarı  atıb  dedi:  «Biz  Allah  yolunda 

verdiyimiz qurbanları geri almırıq!» 

 

5- Əhli-beyti himayə etdilər 

Vəfalı  mö`min  qadınlar,  ən  ağır,  acınacaqlı  hallarda  belə  İmam  Hüseynin  (ə) 

ailəsini  tənha  qoymayaraq,  onları  tərk  etmədilər.  Özlərinin  sığınmağa  pənahgahı 

olduqları halda da, Əhli-beytlə (ə) birlikdə əsirliyə qatlanaraq, çoxlu əzab-əziyyətə 

dözdülər. 

Şəhidlərin  ağası  Həzrət  Hüseyn  (ə)  döyüş  gecəsi  öz  tərəfdarlarını  bir  yerə 

toplayaraq,  şəhid  olacaqlarını,  arvad-uşaqlarının  əsir  düşəcəyini  xəbər  verdi.  Elə 

buna görə də, əshabına öz ailələrini yaxınlıqda məskunlaşan Bəni-Əsəd qəbiləsinə 

apararaq, onlara tapşırmalarını təklif etdi. Əli ibn Məzahir

16

 Bunu eşitdikdə ayağa 



qalxıb xeyməsinə, öz ailəsinin yanına getdi və İmamın təklifini ona söylədi. Amma 

bunu  eşidən  həyat  yoldaşı  elə həyəcanlandı ki, başını xeymənin dirəyinə  vuraraq 

dedi: «Sən necə rəva bilirsən ki, Peyğəmbərin (s) övladlarını göz yaşları içərisində, 

əsir  tutaraq  əzab  verə-verə  aparsınlar,  amma  sənin  ailən  Bəni-Əsəd  qəbiləsinin 

                                                           

15- «Tarixi-Təbəri», c. 3, səh. 322; Xarəzmi, «Məqtəl», c. 2, səh. 12-13. 

16- «Musuətu kəlimatil-İmamil- Hüseyn (ə)», səh. 411-412; Zəhra Fəxr Ruhani, «Qadınların Hüseyn (ə) 

qiyamında rolu», səh.19. 




 

 



pənahında  rahat  yaşasın?  Sən  necə  qıyırsan  ki,  Peyğəmbərin  (s)  ailəsini  qarət 

etsinlər  amma  mən  onları  tənha  qoyaraq  Bəni-Əsəd  qəbiləsinin  xeyməsində 

vicdanımın  mühakiməsindən  qaçaraq,  asudə  ömür  sürüm?  Necə  ola  bilər  ki,  sən 

İmam Hüseynə (ə) kömək edib, qiyamət günü Peyğəmbərin (s) hüzurunda üzü ağ 

olasan,  lakin  mən  yalnız  özümü  düşünərək,  onun  ailəsini  bu  dəhşətli  günlərdə 

tənha  qoyub,  Həzrət  Fatimənin  (ə)  yanında  üzüqara  olum?  Allaha  and  olsun  ki, 

mən  Əhli-beyt  (ə)  xanımlarını  köməksiz  qoymayacağam!  Mən  heç  bir  yerə 

getməyəcəyəm.» 

 

6- Cihad etdilər 

Aşura  günü  qadınlar  özləri  də,  böyük  cəsarətlə  əlinə  silah  alıb  döyüşə  qatıldılar. 

Ümm  Vəhəb

17

  (Vəhəb  ibn  Abdullah  Xəbab  Kəlbinin  anası)  xeymənin  dirəyini 



yerindən  çıxardaraq, düşmən  qoşununa  hücum  etdi.  İki  nəfəri  öldürdükdən  sonra, 

İmam  Hüseynin  (ə)  əmrilə  geriyə  döndü.  Əzra  (Adı  çəkilən  Vəhəbin  həyat 

yoldaşı),  Bəhriyyə  binti  Məsud  Xəzrəci  (Əmr  ibn  Cünadənin  anası)  və  Abdullah 

ibn Umeyrin anası da,

18

 xeymələrin dirəklərini əllərinə alıb vuruşa başladı. Ancaq 



İmam Hüseynin (ə) yenidən xeymələrə qayıtma əmri verməsilə geri döndülər. 

 

7- Şəhid oldular 

Kərbəlada qeyrətli müsəlman xanımlar haqq yolunda savaşan ərlərinə, qardaşlarına 

və  övladlarına  döyüşün  ən  böhranlı,  dəhşətli  anlarında  belə  yaxından  dəstək 

olurdular. Hətta onların bə`zisi bu yolda şəhadət mərtəbəsinə də, yüksəldilər. 

                                                           

17- Mustafa Əsrar, «Aşura qiyamçıları», səh. 143; «Tarixi-Təbəri», c. 3, səh. 322; Xarəzmi, «Məqtəl», c. 

2, səh. 12-14. 

18- Səmhi, «Əbsarül-eyn», səh. 206; Müqərrəm, «Məqtəlül- Hüseyn (ə) » səh. 316, «Aşura qiyamçıları», 

səh. 134; Nuhuddin Ziya, «Vəhəb xanidanı», səh. 23; Mürtəza Fəhim Kermani, «Tarixdə qadın rolu», səh. 

181-186. 



 

 



Ümm  Vəhəb  (Abdullah  ibn  Umeyr  Kəlbinin  həyat  yoldaşı)  ərinin  yaralı 

bədəninin  cansız  şəkildə  savaş  meydanına  düşdüyünü  gördükdə,  yanına  gedərək, 

onu  ağuşuna  aldı.  O,  göz  yaşları  içində  deyirdi:  «Behişt  sənə  halal  olsun!  Mən 

Allahdan  sənin  məqamını  ən  ali  dərəcədə  ucaltmasını  və  məni  də,  sənə 

qovuşdurmasını diləyirəm.» Elə bu zaman Şümrün əmrilə şərəfsiz bir şəxs qılıncını 

çəkərək onu qətlə yetirdi. O Kərbəlada şəhid olan ilk qadındır.

19

 

Həmçinin Haniyə və Müslim ibn Əqilin qızı Atikə də düşmən tərəfindən Aşura 



günü amansızcasına öldürüldü.

20

 



 

8- Cinayətkarlara etiraz etdilər 

Kərbəla  cinayətkarlarından  bə`zilərinin  arvadları  öz  ərlərinin  insaniyyətdən  uzaq 

mənfur əməllərinə qarşı e`tiraz edərək, onları kəskin çıxışları ilə tənqid etdilər. Bu 

bir  halda  baş  verirdi  ki,  Hüseynin  (ə)  qatilləri  dırnaqarası  qələbəsini  təntənə  ilə 

qeyd  edirdi.  Hər  an  onların  qəzəblənərək,  e`tiraz  edən  şəxsləri  öldürmək  qorxusu 

var  idi.  Yezid  ibn  Müaviyənin  arvadı  Hind  binti  Abdullah  ibn  Amir  onun 

cinayətlərinə  e`tiraz  edərək  dedi:  «Ey  Yezid,  Allah  sənə  lə`nət  etsin.  Sən  artıq 

mənim  ərim  deyilsən.  Vay  olsun  sənə!  Qiyamət  günü  nə  üzlə  Allahın  və 

Peyğəmbərin (s) qarşısında dayanacaqsan?»

21

 



Xuli ibn Yəzid Əsbəhinin (İmamın (ə) kəsilmiş başını İbn Ziyada aparan şəxsin) 

arvadları  Əyyuf  və  Nivar  da  ona  e`tiraz  edərək,  arxa  çevirdilər.  Və  bir  daha  heç 

vaxt onunla danışmadılar.

22

 



Aşura  günü  Bəkr  ibn  Vail  qəbiləsindən  olan  bir  qadın,  Ömər  ibn  Sədin 

qoşununun  namərd  əməllərini  gördükdə  qeyrəti  cuşa  gəldi.  O,  qılıncını  çəkərək 

                                                           

19- Səmhi, «Əbsarül-eyn», səh. 180 və 209; «Musuətu kəlimatil-İmamil- Hüseyn (ə) » səh. 433. 

20- Məhəmməd İştihardi, «Ali-Məhəmməd (s) müsibətindən», səh. 212. 

21- Məhəmməd İştihardi, «Ali-Məhəmməd (s) müsibətindən», səh. 484; Əbu Məxnəf, «Məqtəlül- Hüseyn 

(ə) », səh. 187-189. 

22- Müqərrəm, «Məqtəlül-Hüseyn (ə) », səh. 375; «Məalis-sibteyn», c. 2, səh. 93. 




 

 



Şümrün qoşununda yer alan qəbilə kişilərinə dedi: «Ey Bəkr ibn Vail qəbiləsi! Nə 

üçün  sakitcə  durub,  Peyğəmbərin  (s)  ailəsinin  xeymələrinin  qarət  edilib, 

yandırılmasına  tamaşa  edirsiniz?  Kişiliyiniz  və  qeyrətiniz  yoxdurmu?”  Amma 

onun qəbiləsinin üzvləri qəzəblənib qadını zorla sürüyərək özləri ilə apardılar.

23

 

 



9- Kərbəla şəhidlərini dəfn etdilər 

Aşura  vaqiəsindən  sonra  Bəni-Əsəd  qəbiləsinin  qadınları  Əhli-beyt  xanımlarına 

mənəvi  dayaq  olmaq  üçün  Kərbəlaya  gəldilər.  Onlar  şəhid  olmuş  şəxslərin 

bədənlərinin  dəfn  olunmadığını  görüb,  qəzəbli  halda  ərlərinin  yanına  qayıdaraq 

belə  söylədilər:  «Siz  Hüseynə  (ə)  kömək  etmədiyinizə  görə  Allah-taalanın 

hüzurunda nə bəhanə gətirəcəksiniz?! Ey bədbəxtlər, heç olmasa qalxın, şəhidlərin 

doğranmış bədənlərini dəfn edin.» 

Bunu  eşidən  Bəni-Əsəd  qəbiləsinin  kişiləri  xəcalət  çəkərək,  utandılar.  Və 

Kərbəla şəhidlərini dəfn etmək üçün oraya yola düşdülər.

24

  



Bəli, əziz oxucu, müsəlman qadınlar bütün bu hərəkətlərilə qadın əzəmətinin və 

iqtidarının  müqəddəsliyini  sübut  etməklə  yanaşı,  haqla  batilin  savaşı  sayılan 

Kərbəla  qiyamına  hər  kəsin  məsuliyyətlə  yanaşmalı  olduğunun  vacibliyini 

anlatdılar.  

 

 

 



                                                           

23- Şeyx Abbas Qumi, «Müntəhəl-əmal», c. 2, səh. 289; Şeyx Abbas Qumi, «Nəfsül-məhmum», səh. 174. 

24- Məhəmməd İştihardi, «Ali-Məhəmməd (s) müsibətində», səh. 405. 



 

10 


 

İstifadə olunmuş mənbələr 

- İbn Əbil Hədid, «Nəhcül-bəlağənin şərhi» 

 - Müqərrəm, «Məqtəlül-Hüseyn (ə) » 

- Məhəmməd İştihardi, «Ali-Məhəmməd (s) müsibətindən»  

- Mürtəza Fəhim Kermani, «Tarixdə qadın rolu»  

- Mustafa Əsrar, «Aşura qiyamçıları» 

- «Musuətu kəlimatil-İmamil- Hüseyn (ə)» 

- Mürtəza Mütəhhəri, «Hüseyn (ə) inqilabı» 

- Məhəmməd Füzuli, «Hədiqətüs-süəda”  

- Nuhuddin Ziya, «Vəhəb xanidanı»  

- Mürtəza Kermani, «Qəhrəman qadınlar» 

- Əllamə Məclisi, «Biharül-ənvar» 

- Əbu Məxnəf, «Məqtəlül- Hüseyn (ə)»  

- Əbi Muxnəf, «Məlhuf əla qətlil-tafuf» 

- «Sirəti-İbn Hişam» 

- Səmhi, «Əbsarül-eyn» 

- Səmhi, «Əbsarül-eyn» 

- Seyid Ətaullah Muhacirani, «Aşura elçiləri» 

- Şeyx Müfid, «İrşad»  

- Şeyx Abbas Qumi, «Müntəhəl-əmal» 

- Şeyx Abbas Qumi, «Nəfsül-məhmum» 

- «Tarixi-Təbəri» 

- Cavad Mühəddisi, «Aşura şüarları» 

- Doktor Əli Qaimi, «Aşura tarixində qadınların rolu» 

- K. Firişler, «İmam Hüseyn (ə) və İran» 

- Zəbihullah Məhəllati, «Rəyahinüş-şəriə» 

- Zəhra Fəxr Ruhani, «Qadınların Hüseyn (ə) qiyamında rolu» 

- Xarəzmi, «Məqtəl» 



 

Yüklə 73,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə