Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə1/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
  1   2   3   4   5   6   7   8   9   ...   81



 
Kərəm Bayramov, Yunis İsmayılov,  
Sona İmanova 
 
 
 
 
LATIN AMERİKASI  
ÖLKƏLƏRİ 
 
 
 
Bakı – 2012  



 
GİRİŞ
 
Latın  Amerikası  Cənubi  Amerika  materikini  bütövlükdə,  Meksika  və  ondan  
cənubda yerləşən ölkələriləri, habelə Karib hövzəsindəki ada dövlətləri əhatə edir. 
Bura  daxil  olan  ölkələr  bir-birindən  ərazisinin  ölçülərinə,  təbii  şəraiti,  əhalisi, 
əmək  və  təbii  resursla  təmin  olunma  səviyyəsinə  görə  olduqca  fərqlənir.  Region 
əhalisinin  əksəriyyətinin  danışdığı  roman  dili  qrupunun  əsasını  latın  dili  təşkil 
etdiyindən  Latın  Amerikası  adını  almışlar.  30-dan  çox  ölkənin  daxil  olduğu  bu 
region  olduqca  əlverişli  coğrafi  mövqeyə  malik  olmaqla  yanaşı,  uzun  müddət 
Avropada  baş  verən  müharibələrdən  aralı  olmuşdur.  Avropalıların  bu  regiona 
gəlişindən  əvvəl  əhalisini  müxtəlif  hindu  tayfaları  təşkil  edirdi.  1492-ci  ildə 
Xristofor  Kolumbun  materiki  kəşfindən  sonra  müxtəlif  avropa  ölkələri  arasında 
mənimsənilmə  üçün  mübarizə  meydanına  çevrildi.  Regionda  xüsusi  fəallıq 
göstərən ispan  və portuqal müstəmləkəçilərilə aparılan uzunmüddətli  mübarizədə 
ölkələrin əksəriyyəti XIX əsrin əvvəllərindən müstəqillik əldə etməyə başlamış və 
nəhayət buna nail olmuşlar. 
Latın  Amerikasının  təbii  şəraiti  olduqca  rəngarəngliyi  və  mürəkkəbliyi  ilə 
seçilir.  Dünyanın  ən  uzun  dağ  sistemlərindən  biri  olan  And  dağları  şimaldan 
cənuba doğru, meridian istiqamətində uzanır.  Burada qərb  yarımkürəsinin ən uca 
nöqtəsi olan Akonkaqua, dünyanın ən hündürdə yerləşən gölü Titikaka, ən bol sulu 
çayı  Amazon,  ən  hündür  şəlaləsi  Anhel  yerləşir.  Dünyanın  böyük  ovalıqlarından 
olan  Amazoniyada  ən  iri  həmişəyaşıl  meşə  sahəsi  yerləşir.  İncə  bir  saplaqdan 
asılan  üzüm  salxımına  bənzər  materik  hər  tərəfdən  okean  suları  ilə  əhatələnmiş 
olsa da, sahil xətləri elə formalaşmışdır ki, bir dənə də olsun iri körfəz, yarımada 
əmələ  gəlməmişdir.  Yalnız  şimal  hissəsində  Meksika  körfəzi,  Venesuela  və 
Quayakil körfəzləri  vardır. Cənub-şərq hissəsindən Parana  və Uruqvay çaylarının 
estuarisini  su  basması  nəticəsində  La-Plata  körfəzi  yaranmışdır.  Şimalda  Vest-
hind, cənubda isə materik mənşəli Çiloe, Vellinqton, Odlu Torpaq onu əhatə edir. 
Materikin səthi də sahil xətləri kimi sadədir. Şimaldan cənuba doğru uzanan And 
dağları ovalıq və yaylalarla əhatələnir. İspanca "Hamar" mənasını daşıyan Orinoko 
ovalığı  şimalda  And  dağlarını  Qviana  yaylasından,  geniş  Amazon  ovalığı  isə 
Braziliya  və  Qviana  yaylalarından  ayırır.  Materikin  şərq  hissəsi  qədim  platforma 
sahəsidir.  Platformanın  səthindəki  qalxmalar  yaylaları,  enmələr  isə  ovalıqları 
əmələ  gətirir.  Platformanın  əsasını  kembriyə  qədərki  maqmatik  və  metamorfik 
süxurlar  təşkil  edir.  Platformanın  özülündə  daha  qədim  dövrlərdə  baş  verən 
proseslər  onu  daha  da  mürəkkəbləşdirmiş,  süxurların  qaynayıb-qarışmasına, 
parçalanıb gah səthə çıxmasına, gah da enərək metamorfik süxurlara çevrilməsinə 
və yaxud da lava şəklində müasir platoların yaranmasına səbəb olmuşdur. 
Regionun  şərq  hissəsinin  relyefinin  formalaşması  nisbətən  sakit  keçsə  də, 
qərbində  yaranan  relyef  güclü  endogen  proseslərin  törəməsidir.  Naska  litosfer 
tavasının  toqquşma  zonasında  dünyanın  ən  nəhəng  dağ  sistemlərindən  biri  olan 
Andlar  əmələ  gəlmişdir.  Bu  dağlıq  zona  çoxlu  miqdarda  vulkan  yadigarları  ilə 
zəngindir. 



 
Regionda  olan  təbii  sərvətlər  ilk  dövrlərdən  az  tədqiq  olunmuşdursa  və 
buranın  qızıl  və  gümüşü  avropalıları  daha  çox  cəlb  edirdisə,  artıq  XX  əsrdən 
etibarən buranın qara, əlvan və nadir metalları, son illər isə neft və təbii qazı onları 
daha  çox  maraqlandırmağa  başlamışdır.  Ərazisinin  istər  And,  istərsə  də  şərq 
praltforma  hissəsinin  təbii  sərvətlərinin  yerləşməsi  və  miqdarı  olduqca 
rəngarəngdir.  Dəmir  filizinin  zəngin  ehtiyatları  qədim  platforma  qalxmalarında 
xüsusilə də Braziliya yaylasının mərkəzi və kənar hissələrində, Boliviyada, Qviana 
yaylasının  şimalında  cəmləşmişdir.  Bu  hər  iki  yaylanın  kristallıq  bünövrəsinin 
aşınmış  və səthə çıxmış hissələrində manqan  və nikelin zəngin  ehtiyatları  vardır. 
Yaylaların,  xüsusilə  də  Qviana  yaylasının  nisbətən  rütubətli  hissəsində  cavan 
aşınma  nəticəsində  laterit-boksid  ehtiyatlarının  yaranmasına  səbəb  olmuşdur. 
Yaylaların  nisbətən  qədim  intruziyalarında  nadir  elementlərdən  olan  berillium, 
niobi,  radioaktiv  və  yer  qabığında  çox  nadir  hallarda  rast  gəlinən  elementlər 
toplanmışdır. 
Platformanın enən hissələrində, Amazonya və Pataqoniya tavasında neft, təbii 
qaz  və  əsasən  də  qonur  kömür  ehtiyatları  vardır.  Neftli-qazlı  yataqlar  əsasən 
dağətəyi  hissələrində  və  And  dağarası  çökəkliklərindədir.  Marakaybo  və 
Maqdalena  çökəkliyi  və  Quayakil  körfəzi  rayonunda  da  neft  ehtiyatları  aşkar 
edilmişdir.  Dağ  qurşağının  şərqində,  əsasən  də  Argentinada  uran  ehtiyatları 
tapılmışdır. 
And dağları isə bütövlükdə əlvan və nadir metal filizi ehtiyatları ilə zəngindir. 
Əlvan  metalların  xüsusi  çəkisinə  görə  daha  çox  yayılanı  mis  və  onunla  əlaqədar 
olan  molibdendir.  Bu  filizin  ehtiyatına  görə  Peru  və  Çili  daha  çox  fərqlənir. 
Boliviyanın  "qalay  qurşağı"  zonasında  volfram,  sürmə,  vismut,  gümüş,  selen 
həmçinin  sink-qurğuşun  filizi  ehtiyatları  da  çoxdur.  Perunun  Məkəzi 
Kordilyerlərində  polimetal  filizlərinin  iri  ehtiyatları  cəmləşmişdir.  Kolimbiyanın 
rütubətli And hissəsində səpinti halında platin və qızıl, quru iqlimə malik Atakama 
gölməçələrində  biokimyəvi  proseslərlə  bağlı  yaranan  çili  şorası  olduqca  geniş 
şöhrət qazanmşdır. 
Latın  Amerikası  ərazisinin  böyük  hissəsi  isti  iqlim  qurşağındadır.  Şərq 
bölgəsinin  düzənlik  relyefi  qışda  Antarktikada  soyuq  hava  kütlələrinin  şimaladək 
təsir  etməsinə  zəmin  yaradır.  Pataqoniya  platosunun  temperaturunun  -  35°-yə, 
enməsinə,  Pampada  soyuq  "pamperos"  küləkləri  ayazlı,  şaxtalı  günlərin  2-3  ay 
davam  etməsinə  səbəb  olur.  Daxili  düzənlik  hissədə  soyuq  hava  kütləsi  Amazon 
sərhəddinədək gedib çatır ki, bu da temperaturun 12°-dək enməsinə gətirib çıxarır. 
Alçaq  enliklərdə  yüksək  temperatur  şəraitində  iqlim  tipi  yalnız  düşən 
yağıntıların  miqdarı  ilə  müəyyənləşir.  Qərbi  Amazoniya  ekvatorial  iqlim 
qurşağında  yerləşdiyindən  bol  istilik  və  rütubət  alır.  And  dağlanrının  ekvatorial 
hissəsində  orta  aylıq  temperaturların  fərqi  olduqca  az,  yağıntıların  illik  rejimi 
sabitdir.  Lakin  hündürlüyə  qalxdıqca  temperaturun  azalması,  sütkalıq  amplitudun 
artması  müşahidə  edilir.  Ekvatorial  iqlim  qurşağından  şimala  və  cənuba  doğru, 
bütövlükdə  isə  regionun  şimal  hissəsində,  xüsusilə  də,  Braziliya  yaylasında, 
Mamore və Pantanal düzənliyində, Peru Andlarında və Ekvadorun qərb hissəsində 
subekvatorial iqlim qurşağında yay isti və rütubətli, qış quru və tropik xarakterlidir. 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə