Kəşfiyyat sisteminin seçilmə qaydaları. Kəşfiyyat mərtəbələri



Yüklə 10,16 Kb.
tarix06.02.2018
ölçüsü10,16 Kb.
#26745
növüQaydalar

Kəşfiyyat sisteminin seçilmə qaydaları.

Kəşfiyyat mərtəbələri

Neftli-qazlı strukturların kəşfiyyatı göstərir ki, həm platforma, həm də geosinklinal ərazilərdə bir laylı yataqlar nadir hallarda rast gəlinir. Əksər hallarda kəsilişin neft-qazlılıq diapazonu kifayət qədər böyük olur və bir neçədən bir neçə on məhsuldar horizontların olması ilə səciyyələnir. Belə yataqlar çoxlaylı adlanırlar. Çoxlaylı yataqların kəşfiyyatı əsasən 2 sistem üzrə aparılır: yuxarıdan aşağı və aşağıdan yuxarı; və yalnız ayrı-ayrı hallarda birgə kəşfiyyat sistemi tətbiq edilir.



Yuxarıdan aşağı kəşfiyyat sistemi hər üstdə yatan məhsuldar horizontun kəşfindən sonra ardıcıl olaraq altda yatan horizont kəşf edilir. Bu sistemə əsasən üst horizontun neftliliyi müəyyən edildikdən sonra həmin horizontda istismar qazıması və növbəti altda yatan horizontda isə ayrı-ayrı kəşfiyyat quyuları qazılır. Bu ardıcıllıqla yuxarıdan aşağı kəşfiyyat sistemi üzrə işlər davam edilir.

Aşağıdan yuxarı kəşfiyyat sistemində bir qrup neftli və qazlı horizontların açıldıqdan sonra ardıcıl olaraq hər növbəti üstdə yatan horizontda kəşfiyyat işləri altda yerləşəndəkində tamamlanandan sonra aparılır. Mövcud mərtəbənin kəşfiyyatına başlanan alt horizontu b a z i s horizontu adlanır. Neft və qaz yığımlarının kəşfiyyatını aşağıdan yuxarı aparmaq daha məqsədə uyğundur. Bu sistem nisbətən az xərclərlə fərdi yatağın daha tez öyrənilməsinə əsas verir. Bu sistem eləcə də, ehtiyatların artırılmasını təmin edir. Ayrı-ayrı stratiqrafik vahidlərə məxsus müəyyən edilmiş böyük qalınlığa malik məhsuldar horizontları bəzi hallarda ayrı-ayrı kəşfiyyat mərtəbələri kimi ayrı kəşfiyyat quyuları şəbəkəsi ilə kəşfiyyatını aparmaq daha məqsədə uyğundur.

Kəşfiyyat mərtəbəsi dedikdə yatağın kəsilişinin ayrı kəşfiyyat quyuları şəbəkəsi ilə öyrənilməsi nəzərdə tutulan və bir neçə neftli yaxud qazlı horizontlarından ibarət hissəsinə deyilir. Belə halda quyuların yüksək debitləri ilə fərqlənən, sahə və ehtiyatları üzrə ən iri horizontun bazis horizontu olması məqsədə uyğundur. Beləliklə, əgər kəsilişdə iki böyük məhsuldar horizont şaquli istiqamətdə bir-birindən əhəmiyyətli dərəcədə aralı yerləşirsə, onların hər birisini ayrı kəşfiyyat mərtəbəsi qəbul etmək məqsədə uyğundur. Kəşfiyyat mərtəbəsi seçildiyi zaman quyuların qazılma şəraitini, məsələn, anomal yüksək lay təzyiqinin olmasını nəzərə almaq lazımdır. Belə horizontlar ayrı kəşfiyyat mərtəbəsi kimi qəbul edilir. Kəşfiyyat sistemi seçildiyi zaman aşağıdakı hallar ola bilər:

  1. Əgər yüksək məhsuldarlığa və mühüm neft və qaz ehtiyatlarına malik horizontlar kəsilişin aşağı hissəsində yerləşirsə, bu zaman ayrı-ayrı kəşfiyyat mərtəbələrinin kəşfiyyatının aparılması aşağıdan yuxarı daha effektivdir.

  2. Yataqda bir sıra yüksək hasilatlı məhsuldar laylar müəyyən edilmişdir. Belə halda ayrı-ayrı kəşfiyyat mərtəbələrinin kəşfiyyatı onların yatma dərinliklərindən asılı olaraq aparılmalıdır. Əgər yüksək hasilatlı horizontlar quyuların kütləvi şəkildə qazıla bilməsi dərinliklərdən aşağıda yatırlarsa, bu zaman əvvəlcə üst stratiqrafik kompleksə aid olan neftli laylar qrupunu kəşf edib işlənməyə hazırlamaq olar və yalnız bundan sonra altda yatan kompleksin horizontlarının ayrı-ayrı quyular şəbəkəsilə mükəmməl kəşfiyyatına başlamaq olar.

  3. Əgər yataqda yüksək hasilatlı horizontlar kəsilişin yuxarı hissələrindədirlərsə, bu zaman birinci növbədə kəsilişin üst laylarında kəşfiyyat işlərinin aparılması daha məqsədə uyğundur.

Kəşfiyyat sisteminin aşağıdan yuxarı aparılmasının əsas üstünlüklərindən biri üst horizontların sınanması üçün quyuların geriyə qaytarıla bilməsi imkanıdır. Nəzərdə saxlamaq lazımdır ki kəşfiyyat mərtəbələri o yataqlarda ayrılır ki hansılarda artıq axtarış qazıması zamanı bir sıra sənaye əhəmiyyətli fərdi neft və qaz yataqları müəyyən edilmişdir. Lakin bu axtarış qazıması yarımmərhələsində kəşfiyyat mərtəbələrinin ayrılmasına əsas vermir.
Yüklə 10,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə