KəSKİn döNÜŞ! ErməNİ Mİfomaniyasi və HƏQİQƏT (SƏNƏDLƏR) erix fayql



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
tarix12.10.2018
ölçüsü0,64 Mb.
#73976


«Qarapapaqlar».-2010.-№4(34).-S.6-15.

KƏSKİN DÖNÜŞ! ERMƏNİ MİFOMANİYASI VƏ HƏQİQƏT

(SƏNƏDLƏR)

ERİX FAYQL,

tarix elmləri doktoru, professor prof.erich.feiql@chello.at www.monarchie.at ALMANİYA



REDAKSİYADAN: 100 ildir ki, erməni təbliğat  maşını uydurma soyqırım məsələsindən əl çəkmir. Amma

dediklərinin  faktlarla,  tarixdəki  arxiv  sənədləri  ilə  sübutuna  gəldikdə  isə  hər  bir  erməni  qarşı  tərəflə  bir  masada

əyləşməkdən hər vəcdlə vaz keçməyə çalışır. Çünki qarşılıqlı aparılacaq dialoqun sonu ağır ifşaedici məğlubiyyətlə

bitəcəyini ermənilər hamıdan yaxşı bilir. İndi türklərin səsinə səs verən haqq-ədalət tərəfdarı olan alimlərin də sayı

günbəgün artmaqdadır. Alman professoru da həqiqətin tərəfində durduğunu bu sanballı və faktlara əsaslanan kitab

ilə ermənilərə bir daha mesaj buraxmışdır  ki, nə qədər gec deyil, bu xam xəyaldan əl  çəksinlər. Çünki Erix Fayql

kimi  yüzlərlə  ziyalı və  tədqiqatçı artıq  bu  işin izinə  düşmüş  və  illərdir  ki,  "gizlədilmiş"  faktların  üzə  çıxması və

dünyaya yayılması ilə məşğul olmağı özlərinə şərəf bilmişlər. Çünki tarixdə qalmaq üçün Ziyalı olan kəs ömrünü öz

peşəsi çərçivəsində ləyaqətlə yaşamalıdır.

Alman  dilində  nəşr  olunmuş  kitabından  gələcək saylarımızda  da  istifadə  edəcəyik ki,  Avropa  arxivlərindən

oxucularımız hali olsun.

"Bu günə nəzarət edən keçmişi də nəzarətdə saxlayır. Gələcək keçmişə nəzarət edənindir".



Corc ORUELL, "1984" 

MİFOMANİYA  -  patoloji  baxımdan  yalançılıqla  üzvü  surətdə  bağlı  olan  psixi  xəstəlikdir.  Erməni

böhtanları bir əsrdən artıq müddətdə yayıldığından və onların "türklərin erməni xalqına qarşı törətdikləri soyqırım"

adlandırdıqları uydurma əfsanənin də yaşı artıq 90 ilə çatdığından, bu kinli cəfəngiyyatın qarşısının təkzibedilməz

sənədlər və əyani materiallar əsasında cəsarətlə alınmasının vaxtı gəlib çatmışdır.

Onlar arxivdən çıxan bu sənədə istinad edərək "müharibə aparan millət" olduqlarını iddia edirlər: (Sağdakı

sənədə  bax.  İstinad  olunan  sənədlərin  hamısının  surəti  müəllifin  adı  çəkilən  əsərində  var.  Orijinaldan

tərcümə edilməklə bəzisinin foto-surətini də veririk.)

Artıq bir əsr yarımdır ki, erməni fanatları dünyanı terrora məruz qoyurlar. Bu terror Osmanlı imperiyasında

azğınlıq edən və dünya ictimaiyyətini yanlış məlumatlandıran protestant və qriqorian iğtişaşçıları, həmçinin erməni

siyasi  təşkilatlarının  (daşnaklar,  qnçakistlər)  üzvləri  tərəfindən  başlanmışdır.  Erməni  terroru  xofundan  adamlar

yalnız nadir hallarda həqiqəti danışmağa cəsarət edir və belə vəziyyət bu günədək davam etməkdədir. Həmin dövrdə

"DAR UL İSLAM" adlı şah əsərini yazmış Mark Sayks erməni fırıldaqlarının ifşaçısı olmuş, həmçinin "LE PETİT

JOURNAL" jurnalı real vəziyyət haqqında yazmağa cəsarət tapmışdı.

«Cənab Nazir,

Erməni  Milli  Nümayəndə  Heyəti  adından  aşağıdakıları  xatırladan  Bəyanatı  Zati-alilərinizin  nəzərinə

çatdırmağı özümə  şərəf  bilirəm:  Yaxşı  bildiyiniz  kimi,  müharibənin  əvvəlindən  ermənilər  de-fakto  vuruşan  tərəf

olmuşlar, Siz özünüz etiraf etmişdiniz ki, erməni/ər Antanta işinə yenilməz sədaqətlərinə görə ağır itkilər vermiş və



əzablar çəkmişlər, onlar bütün cəbhələrdə Alyans tərəfində vuruşmuşlar:

Fransada  onlar  ilk  günlərdən  Xarici  Legiona  könüllü  qismində  daxil  olaraq  fransız  bayrağı  altında  şöhrət

qazanmışlar;

Fələstində  və  Suriyada  Respublika  hökumətinin  xahişi  ilə  Milli  Nümayəndə  Heyəti  tərəfindən  səfərbər

edilmiş erməni könüllüləri fransız qoşun kontingentinin böyük hissəsini təşkil edərək general Allenbinin qazandığı

qələbələrdə mühüm rol oynamışlar və bu haqda sonuncu və onların fransalı komandirləri rəsmi bəyanat vermişlər;

Qafqazda  Rus  İmperiyası  Ordusunun  tərkibində  vuruşan  150.000  ermənidən  əlavə,  40.000  nəfər  könüllü

erməni vilayətlərinin bir qisminin azad olunmasında iştirak etmişlər və yalnız onlar bütün Qafqaz xalqları arasında

öz komandirləri Andronikin və Nəzərbəyovun başçılığı altında bolşeviklərin geriyə çəkilməsindən başlayaraq sülh

müqaviləsinin imzalanmasına qədər türk ordularına müqavimət göstərmişlər.» 

Zati-aliləri cənab S. Pişona 

Xarici Işlər Naziri

Cənab Nazir, Sizə yüksək ehtiramımı bir daha ifadə etməyə icazə verin.

Sədr: Boqoş Nübar. 

(şəxsi imzası)

1914-cü  ildə  müharibənin  başlaması  ilə  vəziyyət  daha  dramatik  hal  aldı.  Osmanlı  İmperiyasında  yaşayan

ermənilər məqsədyönlü şəkildə türklərin arxa cəbhəsi boyunca sabotajlar törətməyə çalışırdılar. Fransada, Rusiyada

və bir sıra digər ölkələrdə, həmin dövrdə Beşlər Cəbhəsi Müharibəsinə cəlb edilmiş Türkiyənin əleyhinə çıxış edən

erməni  könüllülərinin  güclü  ittifaqları  yaradıldı  ki,  «DE-FAKTO  MÜHARİBƏ  APARAN  MİLLƏT»  qismində

təqribən  minillik  bir  müddət  ərzində  özlərinin  yaşadıqları və  yalnız  faydalandıqları torpağa  qarşı  məkrli,  qəddar

mübarizəyə  başladılar.  Ermənilərin  rəhbəri  olmuş  Boqoş  Nübarın  1918-ci  ildə  Parisdə  Fransa  Xarici  İşlər

Nazirliyinə ünvanladığı məktub (yuxarıda göstərilmiş sənəd) həqiqi vəziyyətin inkarolunmaz dəlilidir.

Onlar müharibə aparırdılar!

"Underwood  &  Underwood"  öz  dövrün-  də  ABŞ-ın ən  nüfuzlu  mətbuat  agentliyi  idi.  Onun  şəkilləri  bütün

dünyada  yayımlanır  və  tam  mötəbər  mənbə  sayılırdı.  Erməni  qiyamları 1915-ci  ilin  fevral-mart  aylarında  başladı.

Amerika və Britaniya mətbuatında yayılan çoxsaylı fotoşəkillər osmanlıların cəbhə xəttinin arxasından Vana hücum

və  «QİSASA  HAZIRIQ:  QAFQAZDA  ERMƏNİ  KONTİNGENTİ»  şüarı altında  erməni  könüllü  birləşmələrinin

nümayişi haqqında həqiqətləri əks etdirirdi. Sual olunur: "Nəyin qisası?" Osmanlı ermənilərinin ən mühüm dövlət

vəzifələrini tutduqlarına, bütün tikinti və maliyyə işlərinin, həmçinin iqtisadi idxalın onların əllərində cəmləşdiyinə

və  ya  onların  azad  dini  etiqada  malik  olmalarına,  ən  yüksək  ödənişli  məktəbləri  idarə  etdiklərinə  və  çoxsaylı

imtiyazlardan bəhrələndiklərinə görəmi? 

(Şəkildə:  20  iyul  1915-ci  il  tarixli  "Yeniyetmə  Ermənistan"dan  götürülmüş  şəkildə  qnçak  erməni

könüllüləri dəstəsi.)

"Ermənilərin soyqırımı məhkəmə qarşısında. Tələt Paşanın prosesi" kitabı oxucunu gerçəklikdən yayındıran,

təhrikçilərin  emalatxanasında  ustalıqla  uydurulmuş  tipik  yalandır.  Kitabın  üz  qabığı  üzərində  erməni  terrorçusu

tərəfindən  Berlində  qətlə  yetirilmiş  Tələt  Paşa  və  qeyri-iradi  olaraq  1915-ci  il  hadisələrinin  qurbanları haqqında

təsəvvür yaradan kəllə sümükləri yığını təsvir olunmuşdur.

Əvvəldən  qarşıya  məqsəd  qoyulduğu  kimi  yalan  və  saxtakarlıq  baş  tutmuşdur.  Əsl  söhbət  isə  Prussiya  ilə

Fransa  arasındakı  müharibəyə  həsr  olunmuş  və  1871-ci  ildə  (!!)  Vasiliy  Vereşagin  tərəfindən  çəkilmiş

"Müharibənin apofeozu" (Tretyakov Qalereyası, Moskva) rəsm əsərindən gedir.



FAKTLARI  TAMAMİLƏ  YANLIŞ  VƏ  TƏHRİF  OLUNMUŞ  TƏRZDƏ  ƏKS  ETDİRƏN  "MUSA

DAĞININ  QIRX  GÜNÜ"  ROMANI  ARTIQ  ÇOXDAN  ÖZÜNÜN  BÜTÜN  PLANET  BOYU  ZƏFƏR

YÜRÜŞÜNƏ  BAŞLAMIŞ  VƏ  "MƏNFUR  TÜRKLƏRİN"  PORTRETİNİ  FORMALAŞDIRMIŞDIR.

LAKİN,  BURADA  ROMANIN  MÜƏLLİFİ  OLAN  AVSTRİYANIN  BÖYÜK  ŞAİRİ  FRANS  VERFELİN

HEÇ  BİR  GÜNAHI  YOXDUR.  O,  YALNIZ  SAXTA  SƏNƏDLƏRİ  ONA  TƏQDİM  ETMİŞ  KƏLƏKBAZ

VƏ ŞARLATAN ERMƏNİ BANDASININ QURBANI OLMUŞDUR.

BU  GÜN  DƏ  DAVAM  EDƏN  DÜNYA  MİQYASLI  BU  SAXTAKARLIĞIN  VƏ  YALANIN

PƏRDƏARXASI  RƏHBƏRLƏRİ  -  BÜTÜN  KİTABI  GUYA  Kİ,  GƏNC  TÜRKLƏR  TƏRƏFİNDƏN

VERİLMİŞ  UYDURMA  QƏTL  ƏMRLƏRİLƏ  HƏDDƏN  ARTIQ  BOYAYAN  ARAM  ANDONYAN,

FIRILDAQLARININ  ÜSTÜ  YALNIZ  BU  YAXINLARDA  AÇILMIŞ  HİYLƏGƏR  VƏ  SAXTAKAR

PASTOR  YOHANNES  LEPSİUS,  ELƏCƏ  DƏ  ABŞ-ın  SABİQ  SƏFİRİ  MORGENTAUDUR.  ERMƏNİ

MİLLƏTİNDƏN  OLAN  HƏMKAR-  LARI  VƏ  ETİBARLI  ŞƏXSLƏR  İLƏ  TAM  ƏHATƏ  OLUNMUŞ

MORGENTAU

 KOR-KORANƏ

 ONLARIN

 PIÇILTILARINA

 İNANIRDI,

 ÜMİDVARIQ

 Kİ,

KOR-KORANƏ  İNANIRDI,  ƏKS  HALDA  0,ERMƏNİ  TERRORUNUN  ƏSAS  GÜNAHKARLARINDAN

BİRİ OLARDI.

VERFELİN  ROMANI  NƏ  QƏDƏR  ƏZƏMƏTLİ  GÖRÜNSƏ  BELƏ,  ONUN  HƏQİQƏTLƏ  HEÇ

BİR ƏLAQƏSİ YOXDUR!

"Gerçək və cəlbedici novella?" Bəli, "cəlbedicidir", lakin "gerçək" deyil!

Hazırda "40 gün" ABŞ-da və ingilisdilli məkanda erotik və kriminal detektiv kimi geniş tirajla satılır və hər

yerdə  öz  oxucusunu  tapır.  Lakin,  oxuculara  çətin  məlum  olsun  ki,  Verfelin  kitabdakı  səhvlərini  aydın




sənədləşdirmiş  bütün mühüm məqamlar gizlicə silinib kitabdan çıxarılır, misal üçün Van üsyanı barədə epizod ki,

fransız dilində çıxan nəşrə də aiddir. Kitabın yeni nəşrlərində edilən manipulyasiyaların arxasında durmuş  mafiya

bu işi hansı məqsədlə yerinə yetirdiyini yaxşı bilir.

Kitabın üz qabığındakı zahiri effekt üçün nəzərdə tutulmuş səhvləri düzəltmək bir o qədər də çətin deyildir:

1. Musa Dağı vulkanik törəmə deyildir, o, daha çox sakit, düz yamaclı dağ landşaftını xatırladır. Nə orada, nə

də  Osmanlı  İmperiyasının  hər  hansı  digər  yerində  heç  kim  köçkünləri  qırmanclamamışdır.  Belə  hərəkətlər  türk

qanunvericiliyi ilə ciddi cəzalandırılırdı. Qiyamçıların sahildə guya ki, ağ mələfələrlə köməyə çağırmaları haqqında

əhvalat da gülməlidir («Xristianlar fəlakətdə»). «Qiymətli  yükü» təhlükəsiz  yerə  çatdırmaq üçün  fransız donanma

birləşmələrinin  zirehli  kreyser  və  nəqliyyat  gəmiləri  çoxdan  sahildən  ayrılmışdılar,  çünki  söhbət  Süveyş  cəbhəsi

üçün lazımlı minlərlə fanatik və potensial mübarizlərdən gedirdi!

2. Daha sonra hadisələr belə cərəyan etmişdir: Musa Dağının «qəhrəmanları» britaniyalıların və fransızların

Kipr  və  Misirdəki  düşərgələrində  hərbi  hazırlıq  keçmiş,  döyüşlərdə  iştirak  etmək  üçün  qısa  müddətə  Suriyaya

gəlmişlər.  Lakin,  Antanta  dövlətlərinin  verdiyi  səlahiyyətlərdən  dözülməz  dərəcədə  sui-istifadə  etdikləri

səbəbindən,  onlar  tezliklə  cəbhə  xəttindən  çıxarılmışlar.  Buna  bənzər  vəziyyət  rus  cəbhəsində  də  baş  vermiş  və

buna görə də çar komandanlığı get-gedə onlardan uzaqlaşmışdır.

Parisin  Tarix  Muzeyində  Musa  Dağı  "qurbanlarına"  fransızların  və  britaniyalıların  cəbhə  döyüşlərinə  cəlb

edilməsi  məqsədilə  hərbi  təlim  verdikləri  əks  olunmuş  fotoşəkillər  vardır.  Bu  şəkillər  sistematik  surətdə  arxivləri

"arzuolunmaz" sənədlərdən "təmizləmiş" saxtakar erməni nümayəndələrinin nəzərindən qaçmışdır. (Yuxardakı və



aşağıdakı fotolara bax.)

Fotoşəkildəki DESAİX zirehli gəmisi o dövrdə Osmanlı İmperiyasının ən zəif yeri olan Anadolu ilə Suriya

arasındakı ərazidə keşik çəkən donanmanın flaqman gəmisi olmuşdur. Burada ermənilərin məqsədi (Vandakı kimi)

Antanta ordularının hücumunu asanlaşdırmaq üçün arxadan türk cəbhəsini yarmaq idi.

Aram  Andonyanın  saxtalaşdırdığı  18  fevral  1331-ci  il  (2  mart  1916-cı  il)  tarixli  məktublarından  birini

nəzərdən keçirək. Məktub heç bir müsəlmanın yazmadığı üslubda yazılmış "Bismillah" ifadəsi ilə başlayır.  Lakin,

Aram Andonyan məktubun tarixini saxtalaşdırarkən öz iradəsindən asılı olmayan digər labüd səhvə yol vermişdir.

Belə  ki,  tarixlərin  Rumi  Osmanlı  təqvimi  üzrə  hesablanma  qaydalarından  məlumatsız  olan  Andonyan  Rumi  və

xristian  təqvimləri  arasındakı  13  günlük  fərqin  aradan  qaldırılması  (fevral  1917)  qaydasını  bilmədiyindən,

məktubda  bir  il  gec  tarix,  yəni  1330-cu  il  (1916-cı  il)  əvəzinə  1331-ci  il  tarixini  göstərmişdir.  Baxmayaraq  ki,

məktubun  məzmunu  ermənilərin  əvvəlcədən  planlaşdırılmış  köçürülməsi  aksiyasını  "sübut"  etməyə  hesablanmış

tərzdə tərtib olunmuşdur... lakin, hər halda mənbə doqquz ay (!) hadisənin tarixini saxtalaşdırmışdır.

(Bu, sübut üçün inkarolunmaz bir fotosurətdir)

12 oktyabr 1915-ci il tarixli 537 saylı daha bir sənəd.

A.  Andonyan  Daxili  İşlər  naziri  Tələtə  məruzə  edir:  "Bizə  məlum  olmuşdur  ki,  bəzi  adamlar,  o  cümlədən

məmurlar  erməni  qızları  ilə  evlənirlər.  Biz  bunu  qəti  qadağan  edirik  və  təkidlə  tövsiyə  edirik  ki,  bu  adamlar

müəyyənləşdirilib səhraya sürgün olunsunlar ".

Bəs  ölənlərin  həqiqi  sayı?  Parisdə  qaçqınların işləri  üzrə  erməni  nümayəndəliyinin  həmin  dövrdəki  başçısı

Boqoş Nübar tərəfindən tərtib olunmuş təkzibedilməz sənəd mövcuddur: 

Əziz Nazir,

İstəyinizi  bildirdiyinizə  görə,  təcili  köməyə  ehtiyacları  olan  Türkiyədən  gəlmiş  erməni  qaçqınları  və

köçkünlərinin təqribi sayı barədə məlumatları Sizə yazmağı özümə şərəf bilirəm.

Onların yerləşdikləri ərazilərdə təqribi sayı aşağıdakılardır: 




250 000 Qafqazda, 

40 000 Persiyada, 

80 000 Suriya və Fələstində, 

20 000 Mosulda və Bağdadda 

Cəmi: 390 000

Deportasiya  olunmuşların  ümumi  sayı 600-700  min  nəfər  civarında  dəyərləndirilir.  Mənim  Sizə  yazdığım

rəqəmlər hazırda Alyansın fəth etdiyi yeni ərazilərdə yaşayan sağ qalmış ermənilərin sayını əks etdirir. Qalanları isə

səhralıq torpaqlara yayıldıqlarından, biz onlar haqqında dəqiq məlumat verə bilmirik.

Əziz Nazir, mənim ən xoş arzularımı qəbul edin.

Cənab Quva.

Səlahiyyətli Nazir, 

Xarici İşlər Nazirliyi.

Məktubu Xarici İşlər Nazirliyinə ermənilərin Fransadakı nümayəndəsi Boqoş Nübar göndərmişdir.

(Fransa Xarici İşlər Nazirliyinin Arxivi, Yaxın Şərq Bölməsi, «Ermənistan», cild 2, səh.47).

Bu  sənəddə  birmənalı  şəkildə  göstərilir  ki,  köçürülmüş  ermənilər  arasında  ölənlər  300.000  nəfər  olduğu

halda, həmin Vətəndaş müharibəsi dövründə müsəlmanların (türklər, kürdlər, çərkəzlər) insan tələfatı 500.000 nəfər

olmuşdur.  Belə  göstəricilər  sadəcə  olaraq  unudulur,  bu  haqda  heç  kim  yazmır  və  danışmır.  Belə  ki,  bir  erməni

yepiskopunun dediyi kimi onlar yalnız "heç nəyə yararsız türklərdir".



FAKTLAR-Cədvəl 2.

Dünyanın  ən  məşhur  demoqraflarından  biri,  Luisvill  Universitetinin  (ABŞ)  professoru  Castin  Mak  Karti

"Müsəlmanlar və milli azlıqlar - Osmanlı Anadolusunun əhalisi və imperiyanın süqutu" adlı təkzibolunmaz nəşrini

dərc  etmiş,  sonradan  öz  tədqiqatlarının  nəticələrini  cədvəllər  şəklində  tərtib  etmişdir.  Bu  göstəricilər  fonunda

erməni fanatlarının və onların ABŞ-dakı protestant təhrikçilərinin protestant erməni dövlətini HARADA və NECƏ

qurmaq istədikləri sualı öz-özlüyündə əhəmiyyətini dərhal itirir.

Anadolu  əhalisinin  dini  mənsubiyyətlərinə  uyğun  olaraq  faizlə  göstərildiyi  Osmanlı  İmperiyasının  xəritəsi

əlavə edilir. Osmanlı İmperiyasında "milli" və yaxud hətta "irqi" ayrı-seçkilik aparılmırdı.

Osmanlı  İmperiyasının  xristian  əhalisi,  əsasən  yunanlardan  və  ermənilərdən  ibarət  idi  ki,  Mak  Karti

tərəfindən  bu  xəritədə  Tukay  Ataovun  (Anqara,  2001)  "Ermənilər  sonrakı  Ottoman  dövründə"  əsərindən

götürülmüş  rəqəmlərlə  qrafik  surətdə  əks  olunmuşdur.  Bir  çox  hallarda  "Altı vilayət"  adı ilə  (altı inzibati  vahid  -

Osmanlı İmperiyasının şərq əyalətləri) qeyd olunan Anadolu xəritəsi birmənalı təsdiq  edir  ki,  "protestant"  erməni

dövlətinin  yaradılması  əlçatmaz  xülya  olmuşdur,  baxmayaraq  ki,  bütün  müsəlman  əhalisinin  köçürülməsi

əvvəlcədən  planlaşdırılmışdı.  Bizim  günlərdə  ölkənin  qərbində  azərbaycanlıların  öz  torpaqlarından  qovulması

zamanı bu siyasət dramatik miqyasda həyata keçirilmişdir.

Guya  ki,  əsasən  ermənilərin  məskunlaşdığı  "  Altı  vilayət"  ifadəsi  çaxnaşmalarda,  terrorda  və  müharibədə

maraqlı olan dairələrin uydurduqları standart ifadələrdəndir. C.Mak Karti, həmçinin hazırda təşəkkül tapmış həqiqi

məqamları  üzə  çıxararaq  bildirir  ki,  "Ermənistan"  və  "erməni"  sözlərinin  anlayışında  böyük  yanlışlıq  vardır:

Ermənistan - məsələn, Amerika kimi coğrafi anlayışdır: braziliyalılar, mayya və eskimoslar ABŞ vətəndaşları kimi

amerikalılardır.  Bu  eynilə  türklər,  kürdlər,  gürcülər  və  digər  kiçik  etnik  qruplar,  o  cümlədən  "hayklar"  yaşayan

Ermənistana  da  aiddir  (ermənilər  özlərini  «hayk»,  Anadolunun  şərqində  yerləşən  respublikanı  "Hayastan"

adlandırırlar).




"Altı  vilayət"in  əhalisi  barədə  manipulyasiyanın  klassik  nümunəsi:  Birinci  Dünya  Müharibəsindən  sonra

Parisdə  Antanta  dövlətləri  qarşısında  hesabat  verən  erməni  parlamentariləri  "erməni  patriarxının  statistikasını"

təqdim etmişdilər. Bu statistikaya görə, 1 018 000 nəfər hayk, həmçinin  165  000  digər  xristianlar  yalnız 666  000

türklərə, qalanları isə çərkəzlər, lazlar, kürd nomadları, oturaq kürd xalqları və s. kimi göstərilən, ümumi sayı 1 432

000  nəfər  olan  müsəlmanlara  qarşı  qoyulur  ki,  bu  da  "sənədi"  başdan-başa  iftiraya  çevirir.  Belə  ki,  Osmanlı

İmperiyasında  əhalinin,  yuxarıda  qeyd  olunduğu  kimi,  heç  vaxt  mili  mənsubiyyətinə  görə  siyahıya  alınması

aparılmamış, yalnız dini mənsubiyyəti qeyd edilmişdir.

Osmanlı statistikasına görə, ümumi əhalinin 784 917 nəfərini (19%) ermənilər, 176 845 nəfərini (4%) digər

xristianlar, 3 173918 nəfərini (77%) müsəlmanlar təşkil edirdi.

Sağ qalmış ermənilər

Sağ qalmış erməni mühacirlərinin sayı:

SSRİ 400000

Suriya 100000

Yunanıstan 45000

Livan 50000

Fransa 30000 

İraq 25000 

Bolqarıstan 20000 

Fələstin/İordaniya 10000 

Kipr 2500 

Misir 40000 

İran 50000

Digər Avropa ölk. * 2000 

Şimali Amerika 35380 



Digərləri * 1000

Qaçqınların ümumi sayı 810000 

Türkiyədə qalanlar 70000 

Cəmi: 880000



(Digər Avropa ölkələri dedikdə: Avstriya, Çexoslovakiya, Macarıstan, Yuqoslaviya, İsveçrə, İtaliya, Böyük

Britaniya.



(Digərləri dedikdə: Yaponiya, Çin, Hindistan, Latın Amerikası.

(Mənbə:  C.Mak  Karti,  «Müsəlmanlar  və  milli  azlıqlar  -  Osmanlı  Anadolusunun  əhalisi  və  imperiyanın

süqutu»).

BU  GÜN  "1915-Cİ  İL"  TÜSTÜ  PƏRDƏSİ  ARXASINDA  TÜRKİYƏYƏ  VƏ  AZƏRBAYCANA  QARŞI

ERMƏNİ  YÜRÜŞLƏRİLƏ  YANAŞI,  ERMƏNİLƏRİN  1989-CU  İL  İŞĞALÇI  MÜHARİBƏSİ  VƏ  ONUN

FACİƏLİ NƏTİCƏLƏRİ GİZLƏNİR.



Ermənilər tərəfindən işğal olunmuş Azərbaycan əraziləri

Dağlıq Qarabağ regionu - Sahəsi 4 388 km

2

Əhalisi (1989) 189 085



Şuşa rayonu - Sahəsi -ci il 289 km

2

Əhalisi (1989) 20 579



Azərbaycanlılar 19 036 (92,5%)

Ermənilər 1 377 (6,7%)

İşğal edilmişdir 8 May 1992-ci il.

Erməni təcavüzünün qurbanları

Həlak olanlar - 20 000

Yaralananlar - 50 000

İtkin düşənlər - 4 866

Dağlıq Qarabağdan kənar ərazilər

Rayonlar: İşğal edildiyi tarix: Əhalisi: 

Laçın, 18 may 1992-ci il, 71000 

Kəlbəcər, 2 aprel 1993-cü il, 74000 

Ağdam, 23 iyul 1993-cü il, 165600 

Fizuli, 23 iyul 1993-cü il, 146000 

Cəbrayıl, 26 avqust 1993-cü il, 66000 

Qubadlı, 31 avqust 1993-cü il, 37900 

Zəngilan, 28 oktyabr 1993-cü il, 39500



Dağıntılar və dəymiş  ziyan

Yaşayış məntəqələri - 890, 

Evlər-150000, 

İctimai binalar-7000, 

Məktəblər-693, 

Uşaq bağçaları-855, 

Xəstəxanalar, sağlamlıq mərkəzləri- 695, 

Kitabxanalar-927, 

İbadət evləri (müxtəlif dinlərə məxsus) -44, 

Məscidlər-9, 

Tarixi yerlər-9, 

Tarixi abidələr və muzeylər-464, 

Muzey eksponatları-40 000, 

Sənaye və kənd təsərrüfatı müəssisələri-6 000, 

Küçələr-800 km, 

Körpülər-160, 

Su kəməri xətləri-2 300 km, 

Qaz kəməri xətləri-2 000 km, 

Elektrik enerjisi xətləri-15 000 km, 

Meşələr-280 000 ha, Əkin sahələri-1 000 000 ha, 

Su təchizatı sistemləri-1 200 km.

Ümumi zərər 60 milyard ABŞ dollarıdır.

Azərbaycanın  şair  və  bəstəkarlarının  cəbhədə  əks-hücumlar  zamanı  rast  gəlinən  eybəcər  hala  salınmış

abidələri  dəhşətli  mənzərə  yaradır.  Heykəllərin  sifətləri  elə  dağıdılmışdır  ki,  sanki  əsgərlər  qəsb  etdikləri

vilayətlərin əsil simasına xas olan hər şeyi silmək istəmişlər.

Bütün  dünyaya  məlum  olan  və  ümumi  nifrətə  layiq  hadisə  -  öz  qəddarlığı  ilə  yalnız  Hitler  və  ya  Stalin

erasının  aksiyaları  ilə  müqayisə  oluna  bilən,  təkcə  əhalinin  öz  torpaqlarından  qovulması  ilə  deyil,  həmçinin

günahsız insanların kütləvi qırğını ilə nəticələnən Azərbaycanın kiçik şəhəri Xocalının dağıdılması olmuşdur.

Yüz  il  keçdikdən  sonra  hələ  də  Azərbaycan  o  vaxt  çar  Rusiyasının  himayəsi  altında  ilk  dəfə  açıq  şəkildə

Bakıda  hakimiyyəti  zəbt  etmək  və  beləliklə,  Azərbaycan  neftini  ələ  keçirmək  istəyən  ermənilərin  1905-ci  il

hücumunun minlərlə qurbanlarmı xatırlayır. Sonda rusların da narahatçılığına səbəb olmuş və onlar tərəfindən son

qoyulmuş  bu  qırğının  və  həmin  dövrdə  çəkilmiş  fotoşəkilləri  erməni  təcavüzünün  miqyaslarının  şahididir.

Fotoşəkillər  işğalçıların  təchizatını  da  göstərir.  Azərbaycan  ərazisi  ilə  təcavüzkar  qüvvələrə  qeyri-qanuni

silah-sursat,  həmçinin  işğal  olunmuş  ərazilərdə  sayı  durmadan  artan  yeni  məskunlaşdırılanları  daşıyan  və  sonu

görünməyən erməni yük maşınları karvanı uzanır.

Ermənilərin  1905-ci  ildə  Şuşada  törətdikləri  vəhşilikləri  və  13  il  sonra  Bakıda  ermənilərin  törətdikləri

dağıntıları göstərən tarixi fotoşəkillər buna sübutdur.

1905-ci il hadisələri bütün Azərbaycanı işğal etmək cəhdinin yalnız müqəddiməsi idi. 1918-ci ilin martında

bütün olaylar yenidən, lakin daha "yüksək" səviyyədə təkrar edildi: erməni qoşunları Bakıya soxuldular və burada

şəhərin yeni ağaları kimi qaldılar. Ermənilərin bu işğalçılıq yürüşləri nəticəsində 20 000 azərbaycanlı həyatını itirdi

və yerli əhali öz məskənlərindən qovuldu.



Vyanadakı  Dövlət  arxivindən  götürülmüş  6059  saylı  sənəddə  -  1918-ci  il  Azərbaycan  hadisələri

haqqında  Osmanlı  İmperiyasında  Avstriya-Macar  hökumətinin  üzvü  olmuş  qraf  Trautmansdorffun

dramatik hesabatında,- bildirilir:

Bolşeviklər  martın  21-də  günortadan  sonra  saat  5-ə  qədər  tatarlara  (azərbaycanlılara-red.)  bütün  silahlarını

təhvil  vermək  və  sovet  hökumətini  tanımaq  tələbini  bildirən  ultimatum  elan  etdilər.  Ermənilər  özlərini  neytral

apardılar.  Onlar  tatarların  yanına  öz  nümayəndələrini  göndərdilər  və  tam  dəqiqliklə  bildirdilər  ki,  bolşeviklərlə

hesablaşmağa hazırlaşmırlar.

Buna  baxmayaraq,  31.03  tarixində  axşam  ermənilər  bolşeviklərlə  birləşdilər  və  tatarlara  qarşı  çıxış  etdilər.

Hücum  tamamilə  gözlənilmədən  başlandı.  Tatarlarda  5  pulemyot  var  idi  və  heç  bir  artilleriya  qurğusu  yox  idi,

bolşeviklər və ermənilər gəmi artilleriyasından əlavə daha 12 topa malik idilər.

Tatarların nizami qoşunlarında 400-500 adam olduğu halda, artıq yanvar ayından ermənilərin bütöv bir polku

var  idi,  bolşeviklərin  sərəncamında  isə  1,5  polk  dayanırdı.  Türk  zabitlərinin  təkmilləşdirilməmiş  təşkili  və

idarəçiliyi onların məğlubiyyətinə səbəb oldu. Bundan əlavə, şaiyələr yayıldı ki, tatarlar hərbi dəstələrin yaradılması

üçün ianə toplamaq istəmirlər.

Qırğın  31.03.  tarixində  başlandı və  yalnız  aprelin  3-də  başa  çatdı.  Təqribən  12  000  nəfər  öldürüldü.  Evlər

qismən  yandırıldı  və  dağıdıldı.  Arxitekturanın  şah  əsəri  olan  "İsmailiyyə"  binası  tamamilə  dağıdıldı.  Qaçmaqla

canını  qurtara  bilməyənlərin  hamısı  ermənilər  tərəfindən  öz  mənzillərində  öldürüldülər.  Ermənilər  müsəlman

qadınların  qarınlarını  yırtırdılar.  Körpə  uşaqlara  da  rəhm  etmirdilər.  Bu  iyrənc  cinayətlər  bolşeviklərlə  (ruslar)

ermənilər arasında müəyyən bir "soyuqluq" yaratdı.

Mənim  tatar  ziyalıları  ilə  söhbət  etməyə  yalnız  kiçik  bir  imkanım  oldu,  çünki  çoxları  yalnız  qaçmaqla

(qismən  Tiflisə)  canlarını  qurtarmışdılar.  Hazırda  Bakı  demək  olar  ki,  xarici  aləmdən  tam  təcrid  olunmuşdur.

(Solda sənədin surəti verilir-bax.)

Erməni  təcavüzü  -  dövlətin  ideya  məzmunudur.  Bunu  başa  düşmək  üçün  öz  varlığının  mənasını müharibə,

terror, yalan və işğalda görən bu qəribə respublikanın gerbinə baxmaq kifayətdir.

Adının nə dilçilik, nə də tarixi nöqteyi-nəzərdən Ermənistanla heç bir əlaqəsi olmayan Ağrı dağını (Ararat)

bəziləri  Nuh  Gəmisinin  lövbər  saldığı yer  sayır.  Bu  iddianın  həqiqətə  uyğunluğu  və  ya  cəfəngiyyat  olması haqda

təfsilata varmağın burada nə vaxtı, nə də yeri deyildir. Lakin, ermənilər özlərini Nuh peyğəmbərin vərəsələri elan

etdiyi  səbəbindən,  məsələ  aqressiv  və  siyasi  şəkil  alır.  Axı bu  məkana  dair  əfsanə  təsdiqlənəcəyi  təqdirdə,  həmin

imtiyaz təkcə hayklara deyil, hamıya aid olmalıdır.

Bütün bunlardan başqa, Ağrı dağı birmənalı olaraq Türkiyə ərazisində yerləşir. Əgər polyaklar öz gerblərində

Brandenburq  Darvazalarını  təsvir  etsəydilər,  almanlar  buna  necə  reaksiya  göstərərdilər.  Yaxud  Eyfel  Qülləsi

Bundestaqın iclas  salonunu  bəzəsəydi  - fransızlar, və  ya  Tauer  Körpüsü  Fransanın üçrəngli  bayrağını bəzəsəydi  -

ingilislər bunu necə qəbul edərdilər? Ağlasığmazdır, elə deyilmi?  Bu  gün  artıq erməni  gerbində  «Oraq  və  Çəkic»




yoxdur. Onu Nuh Gəmisi ilə Ağrı dağı müvəffəqiyyətlə əvəz edir.

VİCDANA ÜNVANLANMIŞ SUAL:

BƏZİ  SİYASƏTÇİLƏR,  ƏSLİNDƏ  HEÇ  BİR  ANLAYIŞLARI  OLMADIĞI  HALDA,  1915-Cİ  İL

HADİSƏLƏRİNDƏN  NECƏ  DƏ  HƏVƏSLƏ  DANIŞIRLAR,  LAKİN,  1946-CI  İLDƏ  MÜHARİBƏDƏN

SONRA  YÜZ  MİNLƏRLƏ  SUDET  ALMANLARININ  ÖLDÜRÜLMƏSİNDƏN  VƏ  ÜÇ  MİLYONUNUN

DİDƏRGİN SALINMASINDAN DANIŞMIRLAR!

Cavab sadədir. Müəyyən dairələr nəyin bahasına olursa-olsun Türkiyənin Avropa Birliyinə qəbul edilməsinin

qarşısını almaq istəyirlər və bu məqsədə çatmaq üçün heç bir vasitədən çəkinmirlər. Eyni zamanda, onlar özləri heç

nə olmamış kimi bu günə qədər qüvvədə olan Beneş Dekretlərinə sadəcə məhəl qoymurlar.

Burada  söhbət  ümumiyyətlə  ondan  getmir  ki,  Türkiyə  Avropa  Birliyinə  daxil  olmaq  istəyir  və  ya  daxil

olmalıdır.  Bu  tamamilə  başqa  mövzudur.  Burada  məsələ  ikiüzlülükdə,  o  cümlədən  həqiqi  vəziyyəti  bilmədən

"1915-ci  il"  haqqında  yalan  danışmaqla  Ankaranı  günahlandırmaq  istəyən  xristian  "xalq  nümayəndələri"nin

ikiüzlülüyündədir.  Lakin,  onlar  ermənilərin  Azərbaycana  qarşı  bu  günə  qədər  davam  edən  təcavüzü  haqqında  bir

kəlmə belə söyləmirlər! On minlərlə tələfat və 1 milyon qaçqın! Bu gün. Indi!

Bəs  Türkiyə?  İkinci  Dünya  Müharibəsində  tam  mühasirədə  olmasına  baxmayaraq,  heç  kimi  ölkədən

çıxarmadı. Nəticədə minnətdarlıq əvəzinə - BÖHTAN.

Vyana, 20 iyun 1984-cü il:

1915-ci  il  faciəli  hadisələrindən  on  illər  sonra  anadan  olmuş,  mühacir  türk  fəhlələrinin  əmin-amanlığına

cavabdeh,  sevilməyə  layiq,  ailəsinə  və  işinə  sədaqətli  diplomat  erməni  terroristləri  tərəfindən  Türkiyə  səfirliyi

qarşısında qətlə yetirildi. Öldürülən Ərdoğan Ozen (1950 təv.) mənim dostum idi. O zamandan etibarən mən tarixi

həqiqətə nail olmağa çalışıram ki, nəhayət sülh bərqərar olsun.

Kəskin dönüş! Ermənilərin yalançı təbliğatına və təcavüzünə qarşı Azərbaycanlıların və türklərin müqaviməti

təşkil edilir...

1915-ci il hadisələri haqqına həqiqət - bu məkrli vətəndaş müharibəsi idi...

Musa Dağı hadisələri haqqında həqiqət və aldadılmış Frans Verfel...

Ermənilərin Azərbaycanlılara və türklərə qarşı törətdikləri kütləvi qətllər haqqında həqiqət.

Ermənilərin Azərbaycana qarşı bədnam işğalçı müharibəsi haqqında həqiqət...

Ermənilərin Türkiyəyə qarşı psixoloji və fiziki terroru haqqına həqiqət...



VƏ... ABŞ PREZİDENTİNİN BƏYANATI

"Biz bundan sonra da Qarabağ münaqişəsinin sülh və etibarlı həlli yolunu axtarmağı öhdəmizə götürürük....

Mən sülh, tolerantlıq və barışıq naminə çalışan bütün insanları yüksək qiymətləndirirəm..."

Ağ Ev, 24 aprel 2005.

ABŞ-da erməni mafiyasının prezidentə təzyiq göstərmək və ona "soyqırım" sözünü qəbul etdirmək ümidləri

özünü doğrultmadı.

Əvəzində bunun əksi baş verdi. KƏSKİN DÖNÜŞ BAŞLANDI.

(Şəkildə: Van yaxınlığındakı Sevdə abidə. Daş sütun arxasındakı torpaq çuxurunda paramilitarist ermənilərin

zorakı idarəçiliyinin mövcud olduğu qısa  müddətdə  öldürülmüş  6.000  müsəlman,  türk  və  kürd  qurbanları uyuyur.

Türkiyənin  bütün  şərqində  faciəvi  1915-ci  ilin  baharında  ermənilər  tərəfindən  öldürülmüş  əliyalın,  müdafiəsiz



insanların xatirəsinə ucaldılmış abidələr olmayan yer çətin tapılar.

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə