KiÇİk qafqazin tektonik quruluşu və onun müASİr strukturu



Yüklə 20,9 Kb.
səhifə1/4
tarix23.04.2022
ölçüsü20,9 Kb.
#85982
  1   2   3   4
New Microsoft Word Document


KİÇİK QAFQAZIN TEKTONİK QURULUŞU VƏ ONUN MÜASİR STRUKTURU

Kiçik Qafqazın qırışıqlıq-qayma strukturu Gürcü massivindən şimalda yerləşən, şimala qabarmış geniş qövs əmələ gətirir və Transqafqaz eninə qalxması zonasında yerləşir. Müasir təsəvvürlərə görə Kiçik Qafqaz dağ-qırışıqlıq sistemi cənubi-Qafqaz mikroplitəsilə Mərkəzi-İran mikrokontinentinin (mikroplitəsinin) cənubi Azərbayсan seqmenti ilə kolliziya zonası hesab edilir və Mezotetisin Kiçik Qafqaz qanadının okean qabığının subduksiyası nəticəsində formalaşmışdır. Kontinental plitələrin sərhədi Zəngəzur tektonik qırılması – Girratağ qırılması boyu keçir.

Kiçik Qafqaz qırışıqlıq sisteminə Lök-Qarabağ, Göyçə-Həkəri, Misxan-Zəngəzur, Araz zonaları daxildir. Lök-Qarabağ zonası Cənubi-Qafqaz mikroplitəsinin cənub-qərb qanadı, Araz zonası isə Mərkəzi İran mikroplitəsinin ən kənar şimal-qərb blokudur. Onların arasında yerləşən ofiolitlər gec təbaşirdə mikroplitlərin kənarına obduksiya etmişdir və şimal Göyçə-Həkəri və cənub Vedi (Ermənistan ərazisində) melanj zonalarını əmələ gətirmişlər.


Yüklə 20,9 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə