Kimya dərsləRİNİn təŞKİLİ VƏ keçİRİLMƏSİNDƏ MÜASİr yanaşmalar



Yüklə 288,4 Kb.
Pdf görüntüsü
tarix25.07.2018
ölçüsü288,4 Kb.
#59116
növüDərs


2-3(50-51)2015 

 

 



30

KİMYA DƏRSLƏRİNİN TƏŞKİLİ VƏ KEÇİRİLMƏSİNDƏ MÜASİR 

YANAŞMALAR  

 

A.Z.Məmmədova, A.M.Həsənova, G.Ə.Əhmədzadə, R.X.Məmmədova 



Azərbaycan Dövlət Pedaqoji Universiteti 

 

 

 

Təhsilin məzmununun yeniləşdirilməsi ilə bağlı aparılan islahatların uğurla 



davam etdiyi hazırkı dövrdə, təlimin təşkilinin əsas formalarından olan dərs, onun 

quruluşu və müasir tələblər səviyyəsində təşkili barədə pedaqoji mətbuatda geniş 

müzakirələr aparılır, görkəmli təhsil mütəxəssisləri öz fikirlərini bildirir, rəy və 

təkliflərini verirlər [1-3]. Müasir dərsin, necə olması barədə  səsləndirilən 

çoxşaxəli suallara verilən cavablardan aşağıdakı ümumi nəticələrə gəlmək olar. 

 



Dərsin müasirliyi dövrün müasirliyindən asılıdır. 

Müasir dərs idrak fəallığı şəraitində şagird şəxsiyyəti ön plana çəkilməklə, 

onların fərdi xüsusiyyətləri, maraq və meylləri, eləcə də cəmiyyətin tələbi nəzərə 

alınmaqla təşkil olunmalıdır. Dərsdə  şagirdlərin müstəqil biliklər qazanmalarına 

şərait yaradılmalı, müəllim özünün bələdçilik funksiyasını düzgün yerinə 

yetirməlidir. Dərsə bir texnoloji proses kimi də yanaşılır. 

 

Həmişə olduğu kimi bu gün də dərs təlimin əsas təşkilat forması hesab 



edilir. Müəllim və şagirdlərin təlim fəaliyyəti sinif-dərs sistemində özünü göstərir. 

Müasir dərsə verilən tələblərə uyğun olaraq öyrədənlə öyrənən arasında, 

şagirdlərin öz aralarında və məktəblə valideynlər arasında  münasibətlər yeniləşir, 

müəllim və  şagirdin funksiyası  dəyişir. Müəllim bələdçi, istiqamətverici,  şagird 

tədqiqatçı, “kəşf edən” olur. Lakin bu halda da, dərsin səmərəli nəticə verməsi 

müəllimin səriştəliliyindən asılıdır və əsas iki amil mühüm rol oynayır:  

-

 

dərsin məqsədinin dəqiq müəyyənləşdirilməsi; 



-

 

məqsədə nail olmaq üçün təlim üsullarının, vasitələrinin düzgün 



seçilməsi və onlardan peşəkarlıqla istifadə edilməsi. 

 



Dərsin  əsasını  təşkil edən təhsilverici, tərbiyəedici və inkişafetdirici 

funksiyaları müasir dövrün tələblərinə uyğun olaraq yerinə yetirilməlidir. 

-

 

təhsilverici funksiya – tədris materialının məzmunu və  həcminin 



mənimsənilməsinin təmin edilməsi, alınmış biliklərin yaradıcı tətbiqi üçün şəraitin 

yaradılması və s.; 

-

 

inkişafetdirici funksiya – şagirdin intellektual qabiliyyətlərinin, fərdi 



keyfiyyətlərini, tədqiqat, praktiki təlim fəallığını planlaşdırmaq vərdişlərini və s. 

aşkara çıxarmaq üçün bütün psixi funksiyalar kompleksinin inkişafına yönəlmiş 

tədris materialı və metodlarından istifadə edilməsi



Kimya məktəbdə 

 

31 



 

-

 



tərbiyəedici funksiya – ümumbəşəri və  vətəndaş  dəyərlərinin 

formalaşmasdırılması (sosial kamillik), şagirdin mənəvi keyfiyyətlərinin, yüksək 

davranış  mədəniyyətinin tərbiyə olunması (mənəvi kamillik), təlim prosesinə 

uyğun psixoloji mühit, bilikləri  əldə etmək həvəsinin, özünə hörmətin (şəxsi-

emosional kamillik) formalaşdırılması, elmi dünyagörşü və estetik təfəkkürün 

inkişaf etdirilməsi. 

Dərsin tipləri müxtəlif əlamətlərə görə müəyyən edilir. Təlimin nəzəriyyə 

və praktikasında dərslərin tiplərə bölünməsinin  əsasının aşağıdakı  əlamətlərin 

təşkil etdiyi göstərilir. Bu əlamətləri  kimya dərslərinin tipləri üçün də  məqbul 

hesab etmək olar. 

 

Tədris prosesinin əsas mərhələləri.  Buna uyğun olaraq dərslər giriş 



dərsinə,  şagirdlərin maddələrlə ilk tanışlıq dərsinə, anlayışların yaradılması 

dərsinə, məşqedici dərsə  və s. təsnif edilə bilər. Belə  təsnifatın tərəfdarları 

kimyaçı medodistlərdən S.V.İvanov,  İ.N.Borisov,  Ə.Ö.Əbdürrəhimov olmuşdur 

[4]. 

 

Dərslərin keçirilməsinin  əsas üsulları.  Buraya müxtəlif məşğələ 



növlərinə uyğun olaraq aşağıdakı qrup dərsləri aid edirlər: 

-

 



tədris materialının müəllim tərəfindən  şərhi (mühazirə, müsahibə

hekayə); 

-

 

şagirdlərin müstəqil işləri (laboratoriya işləri, praktik məşğələlər, 



eksperimental məsələlərin həlli, paylama materialları üzərində iş, dərslik üzəridə 

iş, elmi-kütləvi  ədəbiyyat və soraq kitabları üzərində  iş, cədvəl və digər  əyani 

vəsait üzərində iş); 

-

 



seminar məşğələsi (mühazirə vasitəsi ilə  əldə edilmiş biliklər 

təkmilləşdirilir; 

-

 

ekskursiya dərsi və sairə. 



 

Təhsilin məqsəd və ya əsas didaktik vəzifəsi.  Metodistlər  kimya 

dərslərinin təhsilin məqsədi və ya vəzifəsinə görə tiplərə bölünməsini daha 

məqsədəuyğun hesab edirlər və müxtəlif təsnifat təklif edilir. 

Metodiki  ədəbiyyatlarda verilən təsnifatlara  əsasən müasir təhsil üçün 

kimyadan dərs tiplərini aşağıdakı kimi verməyi məqsədəuyğun hesab etmək olar. 



1.

 

Yeni bilik və bacarıqların mənimsənilməsi (yeni bilik verən dərs) 

dərsləri; 

2.

 

Bilik, bacarıq və 

vərdişlərin təkmilləşdirilməsi (biliklərin 

möhkəmləndirilməsi) dərsləri; 



3.

 

Bilik və bacarıqların ümumiləşdirilməsi və sistemləşdirilməsi dərsləri; 



4.

 

Bilik və bacarıqların səviyyəsinin yoxlanılması  və qiymətləndirilməsi 

dərsləri; 

5.

 

Kombinə edilmiş (qarışıq) dərslər. 




2-3(50-51)2015 

 

 



32

Birinci dərs tipində əsas məqsəd şagirdlərin yeni tədris materialını əvvəlki 

dərslərdən  əldə etdikləri biliklər  əsasında, müəllimin bələdçiliyi ilə, müvafiq iş 

formalarından istifadə edilməklə müstəqil olaraq öyrənmələridir. 

İkinci dərs tipində qazanılmış biliklərin tətbiqi və möhkəmləndirilməsi, 

bacarıq və  vərdişlərin formalaşdırılması aparılır və bu işlər çalışma, məsələ  və 

misal həlli, laboratoriya və praktik işlərin icrası ilə həyata keçirilir. 

Üçüncü dərs tipində  əldə edilmiş bilik və bacarıqlar təkrar olunur, 

sistemləşdirilir, ümumiləşdirilir və yekun nəticə  çıxarılır. Belə  dərslər adətən 

tədris vahidinin sonunda ümumiləşdirici dərs kimi aparılır. 

Dördüncü dərs tipi müəyyən müddət  ərzində öyrənilmiş  tədris 

materiallarının mənimsənilmə 

səviyyəsini müəyyənləşdirmək və 

qiymətləndirmək, şagirdlərin biliklərində olan çatışmazlıqları düzəltmək məqsədi 

ilə aparılır. 

Metodistlər kimyanın tədrisində ən çox kombinə edilmiş dərs tipinin tətbiq 

olunduğunu göstərirlər. Bir neçə didaktik vəzifəni yerinə yetirən dərslərə kombinə 

edilmiş  dərslər deyilir. Belə  dərslərdə  məlum materialların təkrar olunması, 

dərinləşdirilməsi, yeni materialın izah olunması, möhkəmləndirilməsi, bacarıq və 

vərdişlərin formalaşdırılması, biliklərin yoxlanılması  və s. kimi məsələlərin həll 

edilməsinə imkan yaranır. Bu tip dərslərin yeni tədris vahidinin öyrənilməsinə 

başlanıldıqda həyata keçirilməsi məsləhət bilinir. 

Metodiki  ədəbiyyatda həmçinin müəllim və  şagidlərin fəaliyyətinin 

xarakterindən asılı olaraq dərslərin növlərə bölünməsi də verilir və qeyd edilir ki, 

hər bir dərs tipinə uyğun dərs növləri (fəaliyyət növləri) vardır. 

Dərs tiplərinə uyğun olan növlər aşağıdakı kimi verilir: 

1.

 

Yeni materialın öyrənilməsi dərsləri: dərs-mühazirə, dərs-söhbət, 



problemli dərketmə dərsi, tədqiqat xarakterli müstəqil işlər (nəzəri və ya praktik 

işər) aparılan dərs. 

2.

 

Bilik, bacarıq və  vərdişlərin təkmilləşdirilməsi dərsləri: reproduktiv 



xarakterli müstəqil işlər (şifahi sorğu və yazılı çalışmalar), laboratoriya işlərindən 

ibarət dərs, praktik işlərin yerinə yetirilməsi dərsi, ekskursiya dərsi, seminar dərsi. 

3.

 

Bilik və bacarıqlaın ümumiləşdirilməsi və sistemləşdirilməsi dərsləri: 



ümumiləşdirici xarakterli təkrar məsələ  və çalışmaların həlli, cədvəl, sxem və 

ayrı-ayrı faktların ümumi sisteminin yaradılması. 

4.

 

Bilik və bacarıqların səviyyəsinin yoxlanılması  və düzəldilməsi 



dərsləri: zaçot qəbulu dərsi, testləşdirmə dərsi, adi yoxlama yazı işləri. 

5.

 



Kombinə edilmiş  dərslər. Belə  dərslərə yuxarıdakı dörd dərs tipi üçün 

göstərilən bütün dərs növlərindən məqsədəuyğun olaraq istifadə etmək olar. Bu 

deyilənlər mütləq hesab olunmur, müəllimin səriştəsindən asılı olaraq 

dəyişikliklər edilə bilər. 

  Görkəmli mütəxəssis psixoloq Zülfiyyə Veysova fəal dərs üçün iki 



Kimya məktəbdə 

 

33 



 

sütunu əsas hesab edir [5]. 



1.

 

Ümumiləşdirmə – dərsin “məzmun-məna” sütünunu əks etdirir (bu 

dərs nədən ötrü keçilir; hansı yeni biliyi şagird kəşf etməlidir)



2.

 

Motivasiya və problemin qoyulması – dərsin “dinamik” sütunudur (nə 

üçün bu kəşfetmə prosesi yaranır). 

Müəllifin fikrincə bu iki stunun vasitəsilə dərs ayrı-ayrı tərkib hissələrinə 

parçalanmır və onun həm məna baxımından, həm də psixoloji dərketmə prosesləri 

baxımından vəhdəti təmin olunur.  

Fəal dərs həmçinin idrak proseslərinin iki əsas istiqamətinə uyğun olaraq 

iki növdə  təqdim olunur: induktiv və deduktiv. Dərsin bu növlərinin seçilməsi 

onun məqsədindən asılıdır. Beləki,  İnduktiv tədqiqat daha çox yeni mövzunun 

keçirilməsi zamanı istifadə olunur, deduktiv tədqiqat isə daha çox mövzunun 

möhkəmləndirilməsi və dərinləşdirilməsi məqsədilə istifadə olunur [5]. 

Kimyaçı alim Akif Əliyev “dərsin quruluşu”  əvəzinə “dərsin strukturu” 

terminin işlədilməsini və kimya dərsləri üçün aşağıdakı üç ümumi didaktik 

strukturu münasib hesab edir [2]: 

1.

 



Şagirdlərin  əvvəlki (dərs mövzusu ilə  əlaqəli) bilikləri və  fəaliyyət 

üsullarının aktuallaşdırılması (buraya təkcə  əvvəlki biliklərin sorğusu deyil, həm 

də bu biliklərin yeni şəraitdə tətbiqi bacarığının yoxlanılması daxildir); 

2.

 



Yeni anlayış  və  fəaliyyət üsullarının formalaşdırılması (yeni dərs 

materialının öyrənilməsi bu mərhələyə daxildir). 

3.

 

Yeni biliklərin tətbiqi üzrə çalışmalar, yeni bacarıq və  vərdişlərin 



formalaşdırılması. 

Hazırda təhsildə  ən çox üstünlük verilən fəal/interaktiv təlimlə aparılan 

dərslər üçün yeddi mərhələ nəzərdə tutulur [6]. 

İstər ənənəvi, istərsə də müasir təlimlə müəllim dərsə hazırlaşarkən mütləq 

onun planını tərtib etməlidir.  

Metodiki  ədəbiyyatlarda kimya dərslərinə verilən müasir tələbəri 

ümumiləşdirərək, bəzi əlavələr etməklə  aşağıdakı kimi qruplaşdırmaq olar. 

1.

 



Digər fənlərdə olduğu kimi müasir  kimya dərslərində  də  həyata 

keçirilən təlim-tərbiyə prosesləri, dövrün, zamanın tələblərinə cavab verməli, 

Dövlətimizin mənafeyinə xidmət etməli, gənclərdə  vətəninə, xalqına məhəbbət 

hissi aşılanmalıdır. 

2.

 

Öyrənilən tədris materialının məzmunu yüksək elmi səviyyədə olmaqla, 



kimya elminin inkişafını əks etdirməlidir.  

3.

 



Müasir kimya dərsi kurikulum əsasında, onun məzmun xətləri və 

standartlarına uyğun təşkil olunmalıdır. Dərs zamanı elə  təlim mühiti 

yaradılmalıdır ki, müəllimin bələdçilik, şagirdin isə tədqiqatçılıq funksiyası təmin 

olunsun. 




2-3(50-51)2015 

 

 



34

4.

 



Kimya dərslərinin yüksək elmi səviyyədə olması üçün, müəllimin 

özünün hazırlıqlı, mövzuya aid materialları dərindən bilməsi, şagirdlər üçün yeni, 

lakin onların başa düşə biləcəyi elmi, texniki yeniliklər barədə məlumatlı olması 

vacibdir. Dərsdə müəllim elmi səhvə yol verməməli, eləcə  də  şagirdin istər 

danışıq, istərsə  də eksperimental xarakterli işlərdə yol verdiyi qüsurları üzə 

çıxarmalı, onlara düzəliş verməlidir. 

5.

 

Hazırkı dövrdə  fəal dərsə daha çox üstünlük verildiyi üçün məllimin 



onun mərhələlərinə ciddi riayət etməsi, mövzuya uyğun metod, texnika və  iş 

formaları seçməsi, əlverişli, işgüzar, şagirdlərin əməkdaşlığını təmin edən, onlarda 

maraq, həvəs oyadan təlim mühitinin yaratması vacib şərtlərdəndir.  

6.

 



Kimya dərslərinin yüksək səviyyədə  təşkil edilməsi və onun səmərəli 

nəticə verməsi üçün vacib olan amillərdən biri də, təlimin müasir texniki  

vasitələri, reaktiv və avadanlıqlarla təchiz olunmuş laboratoriyaların olmasıdır. 

Müəllimin rəhbərliyi altında  şagirdlərin müstəqil olaraq sadə, lakin dərs 

mövzusunun mahiyyət və məzmununu əks etdirən təcrübələri aparmaları, onlarda 

tədqiqatçılıq qabiliyyətlərinin inkişaf etməsinə, müəyyən həyati bacarıq və 

vərdişlərə yiyələnmələrinə imkan yaradar. 

7.

 



 Müasir kimya dərsinin bütün tiplərində onun öyrədici (təhsilverici) 

vəzifəsi ilə yanaşı  tərbiyəedici və inkişafetdirici funksiyaları  də yerinə 

yetirilməlidir. 

8.

 



Dərsdə hər üç funksiyanın yerinə yetirilməsi, onun kurikulumda verilən 

alt standartlara uyğun müəyyənləşdirilən məqsədlərinin həyata keçirilməsində öz 

əksini tapmalıdır. 

9.

 



Müəllim dərsin tipinə uyğun olaraq elə təlim metodları, texnikaları və iş 

formaları seçməlidir ki, onlar həm dərsin məqsədlərinin həyata keçirilməsinə  və 

təlimin məzmununa müvafiq olsun, həm də  şagirdlərin idrak fəallığını, 

təfəkkürünü, hafizəsini inkişaf etdirsin. Onu da qeyd edək ki, dərsin 

məqsədlərinin qoyulmasında Blumun taksonomiyalarının bilmə, anlama, tətbiq, 

analiz, sintez, qiymətləndirmə    (dəyərləndirmə) səviyyələri üzrə asandan çətinə 

doğru ardıcıllığı nəzərə alınmalıdır. 

10.


 

Kimya dərslərində şagirdlərin idrak fəallıqlarının, onların məntiqi, 

tənqidi və yaradıcı  təfəkkürlərinin inkişaf etdirilməsində, müstəqil işlərdən, o 

cümlədən, məntiqi, eksperimental, elmi-tədqiqat, istehsalat-texniki xarakterli 

məsələlərdən istifadə edilməsi səmərəli nəticə verər. 

11.


 

Müasir kimya dərslərində  şagirdlərdə internet və informasiya 

mənbələrindən istifadə bacarıqları formalaşdırmaq üçün, onlara keçdikləri 

müvafiq dərs mövzularına uyğun təqdimatlar hazırlamaq tapşırığı vermək 

məqsədəuyğun olardı. 

12.


 

Müasir kimya dərslərində  fəndaxili və  fənlərarası inteqrasiya 

yaradılmasına diqqət yetirilməli, müvafiq mövzuların tədrisi həyatla, istehsalatla, 



Kimya məktəbdə 

 

35 



 

ölkəmizdə gedən quruculuq işləri praktikası ilə  əlaqələndirilməlidir.  Şagirdlər 

sınaq  şüşələrində, sadə qurğularda aparılan təcrübələrlə kifayətlənməməli, eləcə 

də internet materiallarının görüntüləri vasitəsilə, imkan daxilində istehsalat 

şəraitində kimyəvi proseslərin gedişini, qanunauyğunluqlarını öyrənməli, kimyəvi 

maddələrin xalq təsərrüfatında, məişətdə  və  kənd təssərrüfatında tətbiqini 

bilməlidirlər. Dərslərdə belə  məsələlərə diqqət yetirilməsi  şagirdlərin kimya 

elminə marağını artırar, müvafiq sənaye sahələrində  işləməyə  həvəs yaradar. 

Kimya dərslərində  əmək tərbiyəsi və peşə yönümü üzrə  işlərin aparılması ilə 

müasir dövrdə  məktəblərin qarşısında duran mühüm vəzifələrdən biri olan 

şagirdləri əməyə hazırlamaq vəzifəsi yerinə yetirilmiş olur. 

13.


 

Kimya dərslərində qarşıya qoyulan mühüm tələblərdən biri də 

şagirdlərin ekoloji biliklərinin inkişaf etdirilməsi, kimyəvi maddələrin olduğu 

sənaye və  məişət tullantılarının  ətraf mühitə, canlı aləmə ziyan vurmaması üçün 

hansı tədbirlərin görülməsi barədə onların maarifləndirilməsidir. 

Müasir kimya dərslərində  şagirdlərin  əldə etdikləri bilik, bacarıq və 

vərdişlərin inkişafına daima nəzarət etmək, çatışmazlıqları, nöqsanların vaxtında 

aşkar etmək və onları aradan qaldırmaq üçün müvafiq qabaqlayıcı  tədbirlərin 

görülməsi də vacib olan tələblərdəndir.  

Bunun üçün sistemli şəkildə yoxlamaların aparılması, nəticələrin təhlil 

olunması,  şagirdlərin özlərinə  və valideynlərinə çatdırılması kimi görülən işlər 

müsbət nəticə verər. 

Yuxarıda sadalananlara bir daha aydınlıq gətirmək məqsədilə kimyadan bir 

dərsin planı və gedişini verməyi məqsədəuyğun hesab edirik. 



 

Mövzu: Oksigenin kimyəvi xassələri. (Mövzu VII sinifdə tədris olunur) [7]. 

Alt standart: 2.1.1., 2.2.1., 3.1.1. 

Məqsəd: 

Şagird: 

1.

 



Kimyəvi hadisə, kimyəvi reaksiya və kimyəvi xassə barədə  əvvəlki 

dərslərdən malik olduğu bilikləri aktuallaşdırır. 

2.

 

Oksigenin bəzi qeyri-metal və metallarla qarşılıqlı təsirinə aid kimyəvi 



təcrübələri müşahidə edir, reaksiyaların getməsi qnunauyğunluğunu izah edir. 

3.

 



Oksigenin kimyəvi xassələrinə aid aparılan reaksiyaların tənliklərini 

tərtib edir, “oksid”, “birləşmə”, “oksidləşmə” və “yanma” anlayışları barədə ilkin 

məlumatlar əldə edir və onlara tərif verir. 

Dərsin tipi: Yeni bilik və bacarıqların mənimsənilməsi dərsi (yeni bilik 

verən dərs). 



Dərsin növü: İnduktiv tədqiqat. 

Təlim forması. Kollektivlə (bütün siniflə) iş. 


2-3(50-51)2015 

 

 



36

Təlim üsulu: problemli şərh, müsahibə, müzakirə 

İnteqrasiya: Biologiya fənni ilə. 

Resurslar:  sınaq  şüşələri, qazaparan boru, spirt lampası,  şüşə bankalar, 

şüşə kasa, metal qaşıqlar, kibrit, kömür, kükürd parşaları, qırmızı fosfor, mis, 

polad məftil, maqnezium lenti. 

Dərsin gedişi 

 

I mərhələ. Motivasiya, problemin qoyuluşu. 

Şagirdlərə aşağıdakı suallarla müraciət edilir. 

1.

 

Maddələr üçün hansı xassələr ayırd edilir? 



2.

 

Maddənin kimyəvi xassəsi dedikdə nə nəzərdə tutulur? 



3.

 

Siz keçən dərslərinizdə oksigenin hansı xassələri ilə tanış oldunuz? 



Şagirdlərin cavablarına  əsasən mövzunun oksigenin kimyəvi xassələrinə 

aid olduğu açıqlanır və tədqiqat sualı müəyyənləşdirilir. 



Tədqiqat sualı: Oksigenin kimyəvi xassələrini müəyyən etmək üçün onun 

hansı maddələrlə qarşılıqlı təsirinə aid təcrübələr aparmaq məqsədəuyğundur? 



II mərhələ. Tədqiqatın aparılması 

Şagirdlər oksigenin təyininə aid keçən dərsdə aparılan təcrübədən onun 

yanmaya kömək etdiyini bildikləri, eləcə də əvvəlki dərslərdə oksigenin bəzi bəsit 

və mürəkkəb mddələrlə qarşılıqlı təsirinə aid reaksiya tənliklərini gördükləri, hətta 

bəzi təcrübələr barədə müəyyən məlumatlara malik olduqları üçün öz təkliflərini 

verə bilərlər. 

Sonra oksigenin alınması üçün qurğu yığılır, alınan oksigen bir neçə şüşə 

bankaya toplanılır və içərilərinə metal qaşıqda yandırılmış kömür, kükürd, qırmızı 

fosfor, maqnezium lenti, polad və mis məftilləri daxil edilir. Şagirdlər təcrübələrin 

gedişində maddələrin havadakı oksigendə zəif, təmiz oksigendə isə parlaq alovla 

yandıqlarını, kimyəvi reaksiyaların bir sıra əlamətlərini müşahidə edirlər. 

Onlar bir daha oksigenin yanmaya kömək etməsinə  əmin olurlar və 

götürülən bəsit maddələrin ona birləşdiklərini təxmin edirlər. Şagirdlərə aparılan 

reaksiyaların tənliklərini yazmaq və onları əmsallaşdırmaq təklif olunur. 



III mərhələ.  İnformasiya mübadiləsi.  Şagirdlərə müraciət olunur ki, 

aparılan təcrübələrin müşahidəsinə və lövhədə yazılan reaksiya tənliklərinə əsasən 

onlarda hansı  əlamətlərin baş verdiyini və  kimyəvi reaksiyanın hansı tipinə aid 

olduğu barədə öz fərziyyələrinizi irəli sürün. Oksigenin hansı  bəsit maddələrlə 

reaksiyaya girməməsi barədə fikirlərinizi bildirin.  

IV mərhələ.  İnformasiyanın müzakirəsi və  təşkili.  Şagirdlərin 

fərziyyələri dinlənilir. Onlar aparılan təcrübələrdə istiliyin ayrıldığını, işığın 

göründüyünü, yazılan reaksiya tənliklərində  bəsit maddələrdən bir mürəkkəb 

maddənin  əmələ  gəldiyini və onun tərkibində  həmişə biri oksigen olduğunu 

müşahidə etdikləri üçün birləşmə reaksiyaları, yanma, oksidləşmə anlayışları, 



Kimya məktəbdə 

 

37 



 

kimyəvi reaksiyaların  əlamətlərindən istiliyin ayrılması, qazın  əmələ  gəlməsi, 

rəngin dəyişməsi iyin çıxması barədə düzgün ifadələr söyləyə bilərlər. Onlar 

həmçinin təsirsiz qazların xassələri, qiymətli metalların havada korlanmadıqları 

barədə müəyyən məlumatlara malik olduqları üçün onların oksigenlə reaksiyaya 

girmədikləri barədə də mülahizə yürüdə bilərlər. 



V mərhələ.  Nəticə  və ümumiləşdirmə.  Şagirdlərin cavabları  və 

müəllimin əlavələri ilə oksigenin kimyəvi xassələri haqqında aşağıdakı nəticələrə 

gəlinir. 

1.

 



Kimyəvi xassə dedikdə maddənin digər bəsit və mürəkkəb maddələrlə 

qarşılıqlı təsiri nəzərdə tutulur. 

2.

 

Oksigen bir bəsit maddə kimi digər bir çox bəsit (qeyri-metal və metal) 



və mürəkkəb maddələrlə reaksiyaya daxil olur və bu zaman birləşmə reaksiyası 

baş verir. 

3.

 

Reaksiya zamanı bəsit maddə götürülərsə bir mürəkkəb, iki elementdən 



ibarət mürəkkəb maddə götürülərsə iki mürəkkəb maddə alınar ki, bunlara da 

oksiddlər deyilir. 

4.

 

Aparılan reaksiyalarda həmişə oksigen özünə digər atomu 



birləşdirdiyinə görə bu reaksiyalara oksidləşmə reaksiyaları da deyilir. 

5.

 



Oksidləşmə reaksiyaları istiliyin ayrılması  və  işığın görünməsi ilə 

müşayiət olunduqda, onlar yanma reaksiyaları adlanır. 

6.

 

Tərkibi yalnız karbon və hidrogendən ibarət mürəkkıb maddə yandıqda 



onların sayından asılı olmayaraq həmişə karbon qazı (CO

2

) və su (H



2

O)  əmələ 

gəlir. 

7.

 



Oksigen qeyri-metallardan flüor, xlor, brom, yod və  təsirsiz qazlarla, 

metallardan isə gümüş, qızıl və platinlə birbaşa qarşılıqlı  təsirdə olmur. Onlara 

uyğun oksidlər dolayı yolla alınır. Lakin təsrsiz qazlardan helium, neon və arqon 

ümumiyyətlə oksid əmələ gətirmir. 



VI mərhələ. Yaradıcı  tətbiqetmə.  Bu mərhələni oksigenin aparılan 

təcrübələrdən  əlavə digər bəsit və mürəkkəb maddələrlə qarşılıqlı  təsiri 

reaksiyalarının tənliklərini tərtib edin və sizə  məlum olan kimyəvi hadisələrin 

hansının oksidləşmə, hansının yanma olmasına aid nümunələr yazın kimi ev 

tapşırığı verməklə yerinə yetirmək olar. 

VII mərhələ. Qiymətləndirmə və refleksiya. Təlim forması kollektivlə iş 

olduğu üçün qiymətləndirməni hər bir şagirdin verdiyi cavabların sayına, onları 

necə ifadə etmələrinə, dolğunluğuna, 

əhatəliliyinə görə aparmaq 

məqsədəuyğundur. Refleksiyanı  tədqiqat sualının cavabını  əhatə edən məsələləri 

şagirdlərə bir daha xatırlatmaqla aparmaq olar. 

 

 



2-3(50-51)2015 

 

 



38

İstifadə  edilmiş  ədəbiyyat: 

 

1.

 



Mehrabov A. Müasir dərs:onun 

təşkilinə və gedişinə qoyulan tələblər. 

“Kurikulum” jurnalı, 2013, № 4, səh. 

5-10.      

2.

 

Müasir dərs: O, necə olmalıdır. 



“Kurikulum” jurnalı, 2013, № 4, səh. 

55-62.  


3.

 

Заграничная  Н.А.,  Иванова  Р.Г. 



Современные подходы к обучению 

химии.  Химия  в  щколе,  №2,  стр. 

10-15, 2010.    

4.

 



Əliyev R.Y., Əzizov  Ə.T. Kimyanın 

tədrisi metodikası, II hissə, Bakı, 

2006, 293s.    

5.

 



Veysova Z. Dərs və onun quruluşu 

haqqında.”Kurikulum” jurnalı, 2013, 

№2, səh. 105-108.    

6.

 



Veysova Z. Fəal/interaktiv təlim. 

Bakı, 2007, 150 səh.   

7.

 

M.Abbasov, V.Abbasov və b. 



Kimya. Ümumtəhsil məktəblərinin 

7-ci sinfi üşün dərslik. Bakı, 

“Aspoliqraf”, 2014, 96 s. 

 

 



 


Kimya məktəbdə 

 

39 



 

А.З. Мамедова, А.М. Гасанова, Г.А. Ахмедзада,  Р.Х. Мамедова 

 

 

Современные подходы по проведению и организации уроков по химии

 

 

АННОТАЦИЯ  

 

В  статье  представляется  отношение  к  мнениям  представителей 



педагогической  мысли  о  современном  уроке,  в  том  числе  уроках  химии,  их 

разновидности, структуре, типов и обобщаются требования к современному уроку 

по химии.

 

 



 

A.Z. Mammadova, A.M. Hasanova, G.A. Ahmadzadeh, R.X. Mammadova 

 

Modern approaches for conducting and organizing lessons in chemistry

 

 

ANNOTATION 

 

The article represents the ratio of the opinions of representatives of educational 

thought of the modern classroom, including chemistry lessons, their variety, structure, 

types and summarizes the requirements for a modern lesson in chemistry.

 

 

 



 

 

Açar  sözlər:   müasir  dərs,  təhsilverici,  inkişafetdirici,  tərbiyəedici  funksiyalar, 

motivasiya, induktiv, deduktiv, oksigen, kimyəvi xassə, oksid, 

oksidləşmə, yanma. 

 

Ключевые слова: современный урок, обучающие, развивающие, воспитывающие 

функции, мотивация, индуктивный, дедуктивный, кислород, 

химическое свойство, оксид, окисление, горение. 

 

Keywords: modern lesson, training, developing, raising function, motivation, inductive, 

deductive, oxygen, chemical properties, oxide oxidation combustion. 



Yüklə 288,4 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə