Kitаb аtаmın yаzılаrının ərsəyə gəlməsində müstəsnа хidməti оlаn



Yüklə 4,79 Kb.
Pdf görüntüsü
səhifə1/101
tarix04.11.2017
ölçüsü4,79 Kb.
#8307
  1   2   3   4   5   6   7   8   9   ...   101


_____________
Milli Kitabxana________________ 
 
1
 
Əhəd Hüsеynоv 
 
 
TƏNQİD  VƏ  ƏDƏBİ 
PRОSЕS 
 
 
Kitаb  аtаmın yаzılаrının  ərsəyə 
gəlməsində müstəsnа  хidməti  оlаn 
əziz аnаm Ülkər хаnımın və həyаtdаn 
nаkаm gеtmiş 
bаcım Səhərin 
müqəddəs rühlаrınа ithаf оlunur. 
 
 
 
 
«Nurlаn» 
Bаkı-2009 
 
_____________
Milli Kitabxana________________ 
 
2
 
Tərtib еdəni: 
Zərnurə ƏHƏDQIZI 
 
 
Еlmi rеdаktоru və «Ön söz»ün müəllifi: 
Təyyаr CАVАDОV 
filоlоgiyа еlmləri dоktоru 
 
 
 
Əhəd Hüsеynоv. Tənqid  və  ədəbi prоsеs. 
Bаkı, «Nurlаn», 2009. – 416 səh. 
 
   
Kitаbdа  Аzərbаycаn  ədəbi tənqidinin istеdаdlı  və nüfuzlu nü-
mаyəndələrindən biri kimi tаnınаn  Əhəd Hüsеynоvun  ədəbi-tən-
qidi məqаlələri tоplаnmışdır.  
        Nəsr, pоеziyа, tənqid və ədəbiyyаtşünаslıq məsələlərinə həsr 
еdilmiş bu məqаlələr 50-70-ci illər  ədəbi prоsеsinin bütün mü-
rəkkəbliyi, ziddiyyətləri, inkişаf spеsifikаsı, sоsiоlоji və  еstеtik 
təmаyülləri hаqqındа аydın təsəvvür yаrаdır. 
      Kitаbdа müəllifin M.Füzulinin аllеqоrik əsərlərinin idеyа-еstе-
tik  хüsusiyyətlərindən bəhs  еdən «Füzulinin təmsilləri»  аdlı  аrаş-
dırmаsı və əsərlərinin bibliоqrаfiyаsı dа yеr аlmışdır.  
 
 
 
 
H
2009
098
4702000000


N
 qrifli nəşr
 
© Ə.Hüsеynоv, 2009                       
© 
«Nurlаn», 2009 
 


_____________
Milli Kitabxana________________ 
 
3
ƏHƏD HÜSEYNOV TƏNQİDİNİN ÜSLUBİ 
DOMİNANTLARI 
 
Ə.Hüseynov Azərbaycan ədəbi tənqidinin Böyük Vətən 
müharibəsindən sonrakı nəslinin nümayəndəsidir. O, bu sahəyə 
1948 – ci ildə “Azərbaycan  ədəbiyyatının vəziyyəti və onu 
yaxşılaşdırmaq tədbirləri haqqında” hökumət qərarından sonra 
cəlb edilən istedadlı  gənclərin sırasında gəlmişdi. Bu illərdə 
ədəbi tənqid sahəsində Mir Cəlal, M.Hüseyn, M.Arif, 
M.İbrahimov, M.C.Cəfərov, C.Cəfərov, M.Rəfili,  Ə.Ağayev, 
H.Orucəli kimi ünlü simalar fəaliyyət göstərirdilər. Bununla 
belə 40 – cı illərin sonlarında yazdığı “Fədai” poeması 
haqqında”, “Gənclərimizin  şeirləri haqqında”, “Ə.Cəmilin 
lirikası” kimi ilk məqalələri ilə  ədəbi prosesə nüfuz etməyə 
çalışan Ə.Hüseynov 50-60-cı illərdə artıq professional tənqidin 
aparıcı nümayəndələrindən biri kimi tanınır və qəbul edilirdi. 
 1948-ci 
ildən 1970-ci ilə  qədər (1970-ci ildə  qələmə 
alınan və yalnız bu günlərdə “Ədəbiyyat qəzeti”ndə çap olunan 
“Ünvansız məktub” məqaləsi onun ədəbi tənqidlə bağlı hələlik 
bizə  məlum olan son yazısıdır) yorulmadan çalışan tənqidçi 
bilavasitə müasir ədəbi prosesə dair əlliyə  qədər məqalənin 
müəllifidir. 
 Bu 
məqalələrlə tanışlıq bizi çox aydın və  qəti bir 
qənaətə  gətirir ki, Ə.Hüseynov  ədəbi prosesi ardıcıl  şəkildə 
izləyən, ona həssaslıqla yanaşan bir tənqidçi olmuşdur. Ruhən 
ədəbiyyata bağlı və yüksək nəzəri təfəkkürə sahib olduğu üçün 
o, sənətin ictimai və milli şüurun inkişafındakı roluna, idraki və 
tərbiyəvi  əhəmiyyətinə inanmış, aramsız çalışmalarının 
psixoloji əsasında da məhz bu inam dayanmışdır. 
 
Həm ədəbiyyatşünas, həm də tənqidçi kimi fəaliyyətinin 
bütün məqamlarında, qələmindən çıxan hər bir ədəbi – elmi 
yazıda onun xalq mənafeyi üçün çırpınan ürəyinin istəkləri, 
vətəndaş  məramı  və qayəsi, milli ədəbiyyatın təəssübünü 
çəkməsi, onu daim irəli aparmaq ehtirası nəzərə çarpır. 
_____________
Milli Kitabxana________________ 
 
4
 
Tənqidçi “söz”ündə ötkəmlik və sərtlik, prinsipiallıq və 
obyektivlik  Ə.Hüseynovun yaradıcı xarakterini şərtləndirən 
əsas sifətlərdəndir. Bu “ötkəmliy”in və “sərtliy”in mayasında 
ideologiyadan güc alan “sovet tənqidi”nə  məxsus müəyyən 
cizgilər olsa da, bütövlükdə daha çox sənətin taleyi naminə 
inandığı elmi həqiqəti bütün aydınlığı ilə və çəkinmədən, ayaq 
geri qoymadan demək, deməyi bacarmaq psixologiyası dayanır.  
Ə.Hüseynov,  əgər belə demək mümkünsə, klassik 
tənqidçi tipi idi. Düşündüyünün həqiqət olduğuna inananda
onu söyləməkdən heç vaxt çəkinmirdi. 
 O, 
dünya 
ədəbiyyatının tarixini yaxşı bilirdi. Milli ədəbi 
prosesin tarixi inkişaf yolunu bütün incəliklərinə qədər mənim-
səmişdi. Çox ciddi elmi-nəzəri hazırlığı ona müasirlərinin yara-
dıcılığına dünya və milli ədəbi – tarixi proses kontekstlərində 
yanaşmaq, imkanı verirdi. 
 
Tənqidçi,  ədəbi prosesə canlı  və daim inkişafda olan 
bütöv bir orqanizm kimi baxır, ona kompleks şəkildə 
yanaşmağı vacib sayırdı. Dövrün ədəbi orqanlarında çıxan 
əsərlərlə, ayrı – ayrı nəşriyyatların ədəbi – bədii çap məhsulları 
ilə tanış olur, oxuyur və bu əsərlər haqqında öz mülahizələrini 
söyləyirdi. Xüsusən, sovet dövründə  bədii  əsərin məhz  ədəbi 
orqanlarda çap olunmaq yolu ilə həyata vəsiqə aldığını nəzərə 
alsaq (demək olar ki, başqa imkanın olmadığını da nəzərə 
alsaq), onda ədəbi-bədii orqanların cari ədəbi prosesin 
istiqamətlənməsində  (əslində  ədəbiyyatın taleyinin müəyyən-
ləşməsində) oynadığı rolu təsəvvür etmək çətin deyil. Buna 
görə də, Ə.Hüseynov “Azərbaycan”, “Ədəbiyyat və incəsənət” 
və digər ədəbi orqanların fəaliyyətini ardıcıllıqla izləyir, hər bir 
nömrənin  ədəbi məhsullarını analitik elmi təhlildən keçirir və 
qiymətləndirirdi.  
 Bu 
mənada tənqidçinin 1953-cü ildə yazdığı 
“Tələbkarlığı artırmalı” məqaləsi daha artıq səciyyəvidir. 
“Azərbaycan” jurnalının 1953-cü il birinci nömrəsində çap 
olunan əsərləri diqqətlə təhlil edən, bu nümunələrin qüvvətli və 
zəif cəhətlərini aşkarlayan tənqidçi jurnalın redaksiya heyətini 


Yüklə 4,79 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə