Kitabda Vasif Məmmədəliyev və Ziya Bünyadovun Quran tərcüməsi istifadə olunub



Yüklə 282,06 Kb.
səhifə1/4
tarix07.12.2017
ölçüsü282,06 Kb.
#14555
  1   2   3   4






Müqəddimə

Allaha həmd olsun! Mərhəmət peyğəmbəri Məhəmməd əl-Mustafaya (sallaLLahu aleyhi və səlləm), onun pak, mömin nəslinə və əshabələrinə Allahın salavatı və salamı olsun!

İndiki vaxtda gecə-gündüz şiə-sünni birliyinə cağıran insanlar var. Biliyi olmayan şəxs “islam birliyi”, “müsəlman arasında vəhdət” kimi şuarlara aldanıb, həmin yola (yənı, “birlik” yoluna) cox gözəl baxır, və bu iki məzhəb arasında olan (yəni, sünnilik və şiəlik arasında) fərqləri üzə çıxaran insanlara çox pis baxır. Amma rədd olsun o birlik ki, islamın alçaldılması hesabına olacaq. Məhv olsun o ittifaq ki, Məhəmməd peyğəmbərin (sallaLLahu aleyhi və səlləm), onun əshabələrinin, qadınlarının (onların hamısına Allahın salavatı və salamı olsun!) namusu hesabına bina olacaq.

Bu balaca kitabda, şiə təriqətinin əsas kitabı olan, Məhəmməd ibn Yaqub Al Kuleyni tərəfindən yazılan, “Əl Kəfi” kitabı barəsində söhbət açılacaq.

Bu kitabın tərcüməsini edən qardaşa və ona kömək yetirən müsəlmanlar üçün dua edirəm ki, Allah qiyamətdə mizanda savablarını bol-bol artırsın və onların günahlarını bağışlasın.

Kitabda Vasif Məmmədəliyev və Ziya Bünyadovun Quran tərcüməsi istifadə olunub.

Bacardığım qədər çalışdım kitabın mətnini faydalı dipnotlar ilə açıqlayım.Yardım Allahdandır!

Müəllifin dipnotları altında xətt çəkilib, Anar qardaşımız tərəfindən olunan qeydlərin axırında “Mütərcim” yazılıb, qalan izahları isə mən, Allahın zəlil qulu etmişəm.

Şübhəsiz ki, heç bir iş nöqsansız deyil, o cümlədən, bu işimiz. Pak və nöqsansız olan isə yalnız Allahdır.

Hər bir qeydlərinizi və təkliflərinizi bu ünvana yollayın: efendi1403@googlemail.com

Abu Əli “Əfəndi” Abdulla Al Ucari.

Bakı, 23/10/2006.

Müqəddimə

Bismilləhir Rahmənir Rahim. Peyğəmbər və nəbilərin ən şərəflisi olan, ağamız Məhəmmədə (sallaLLahu aleyhi və səlləm), onun ailəsinə və səhabələrin hamısına Allahın salamı və xeyir duası olsun.

Bu yazı mənim hörmətli şeyxim Usman Xəmisin bəhrələrindən biridir. Allahın köməyi və öz biliyinin genişliyi sayəsində bu haqda geniş söz söyləmişdir. Onları sizə 12 imam şiələrinin ən mühüm və dəqiq kitabı olan “Əl Kəfi”-yə səyahət” adı altında yazılı surətdə təqdim edirəm1.

Tapmaq asan olsun deyə, internetdə olan “Kəfi” kitabından şeyxin nəql etdiyi rəvayətləri burada gətirirəm. Bu yazıdakı fəsil və səhifələr tamamilə şeyxin nəql etdiyi kimidir. Eyni zamanda, şeyxin mülahizə formasında söylədiyindən ötrü istifadə etdiyi ləhcə sözləri, mənasını dəyişdirmədən əvəz etmişəm2. Mən, təqdim etdiyi və etməkdə olan elmi bəhrələrinə görə Allahdan hörmətli şeyximizə ən yaxşı ödənişi, savabı diləyirəm. Eyni zamanda bizi də bu əcrdən məhrum etməməyi Allahdan diləyirəm. O, Eşidən və dualara cavab verəndir.

Əbu Badr.


Müqəddimə.

Allahın adı ilə. Əssələmu aleykum va rahmətuLLah. Allah sizi saxlasın, qardaşlar. Mən, bizi və sizi, Allahın sevdiyi və razı qaldığı şeylərə müvəffəq etməyi Ondan diləyirəm. Allaha həmd olsun! Aləmlərə rəhmət olaraq göndərilən peyğəmbərimiz Məhəmmədə (sallAllahu aleyhi və səlləm), ailəsinə və səhabələrin hamısına Allahın salamı və xeyir duası olsun.

Əcəmlər Buveyh dövləti zamanında şiəliyi yaymağa başladılar. Bu, hicri təqvimi ilə İV əsrdə baş vermişdir. Onlar, peyğəmbərin (sallAllahu aleyhi və səlləm) ailəsinin etmədiyı şirk və yalanları onların adına yazıblar. İnşəAllah bu gecə biz onları sizə açıqlayarıq. Əfsuslar olsun ki, bəzi insanlar bu yalanlara inanmışlar. Buna ən yaxşı misal, 12 imam şiələrinin əksər alimlərinin düzgün saydığı, əlimizdə olan “Əl Kəfi” kitabıdır. O kitabın hamısının düzgün olmadığını deyərkən, “Kəfi”-nin onlarda ümumən ən düzgün kitab olduğunu təsdiqləyirlər. Ümumi rəyə görə, bu kitab, bu sapıq dəstənin hər hansı başqa kitabı ilə müqayisə oluna bilməz. Bu kitabın müəllifi əcəmlərdən3 biridir. Adı Məhəmməd ibn Yaqub Kuleynidir. Bu kitabı nə Əli ibn Əbu Talib (radiAllahu anhu), nə də onun övladları yazdığını bilərək, həmin əcəmi bu kitabı özü yazmış və yazdıqlarını onlara (əhli-beytə) heç bir sənəd olmadan, yalandan nisbət etmişdir. Məhəmməd ibn Həsəndən rəvayət olunub: “Atam Əbu Cəfərə ikinciyə dedi: “Sənə fəda olum, bizim şeyxlərimiz Əbu Cəfər və Əbu Abdullahdan rəvayət etmişlər, o vaxtlar isə təqiyyə güclü idi. Ona görə də onlar kitablarını gizlətmişlər, sizlər də onlardan rəvayət etməmisiniz. Onlar öləndə kitabları bizə gəlib çatıb. O, dedi: “Onunla söyləmişlər, o da haqdir”. Deməli, əgər onlarda Cəfər Sadiq və onun atası Məhəmməd Baqirə çatan birbaşa isnad yoxdursa, Həsən, Hüseyn, Əli ibn Əbu Talibə (onların hamısına Allahın salavatı və salamı olsun) və Məhəmməd peyğəmbərə (sallAllahu aleyhi və səlləm) çatan isnad haradan ola bilər? Onlar iddia edirlər ki, bunu təqiyyə ucbatından ediblər. Eyni zamanda iddia edirlər ki, şiələr öz elmlərini təqiyyə aradan qalxdığı üçün yalnız Cəfər Sadiqin dövründə üzə çıxara bilmişlər. Bax belə biz bitmək bilməyən təzadlarla üzləşirik.
Usman Xəmis.


Kuleyni kimdir?

Məhəmməd Yaqub Kuleyni, İrandakı Kuleyn şəhərində anadan olub. O, Kuleyni və Razi kimi tanınıb. Onu həmçinin Əbu Cəfər Avar Sələsli Bağdadi kimi də tanıyırlar. Öz vaxtında şiələrin Reydə şeyxi və hörmətli şəxsiyyəti olmuşdur. Onun məclislərində elm tələbələri ilə səyahət edən alimlər olmuş və onun halqalarında ondan dərs və məsləhət almaq üçün iştirak etmişlər. Şiələrə görə, o dərin bilikli alim, etibarlı hədisçi, ədalətli və dəyərli söz sahibi idi4. Onlara görə, Kuleyni imami fəqihlərin şeyxi, böyük elm sahibi və fəzilətli ədəb sahibi hesab olunur. Bundan əlavə o, ixlas, ibadət, zahidlik və bilik nümunəsi idi.

Nəcaşi onun haqqında belə deyib: “Dövründə bizim məzhəbin Rey kəndindəki ustadı və ən məşhur şəxsi idi. Hədis sahəsində insanların arasında ən güvənilən və ən sağlam adam idi”. Tusi deyib: “Güvəniləndir, rəvayətləri bilir”. İbn Taus deyib: “O, etibarlığına ittifaq olunmuş, şeyx Məhəmməd ibn Yaqub Kuleynidir”. Tibbi onu ümmətin islahatçılarından hesab edir, özüdə yüzlüyün əvvəlində, 4-cü yüzlüyü nəzərdə tuturam5. Bu Kuleyni şiə nəzərində yaman güvənilən sayılıb. Mirzə Abdulla Əfəndi onun haqqında belə demişdir: “İslamın güvənci (sikatul islam), islamın etibarlısı haqqında soruşsan, deyərlər ki, (bil ki) o, Kuleynidir”. Abdulla Şuştari deyib: “O, islamın etibarlı (sikatul islam), insanların nümunəsi və elmlərin elmidir. Kütlə və seçilmişlərin böyük öndəri şeyx Əbu Cəfər Məhəmməd ibn Yaqub Kuleynidir.
Əl Kəfi” kitabının imami şiələrin yanında dərəcəsi.

Kuleyni hicrətin 329-cu ilində vəfat edib. Ancaq onun ölüm tarixində ixtilaflar var. Bu adam “Kəfi” adlanan kitabı toplamışdır. Bu hədislər toplusu imami şiələrində ən doğru kitab hesab olunur. Qeyd etmək lazımdır ki, bununla yanaşı onların bəziləri bu kitabın tam səhih olduğunu hesab etmiş, bəziləri isə, o kitabda ağla siğmayan səhvləri gördükləri zaman, onun tam səhih olduğunu inkar etmişlər. Ancaq hər halda bu kitab onların ixtilafsız olaraq ən yaxşı və ən düzgün kitabı hesab olunur. Bu kitabın müəllifi haqda onların alimlərinin söylədiklərini nəql etdikdən sonra, onların alimlərinin bu kitab haqda söylədiklərini nəql edirəm.

“Müstədrək” kitabın muəllifi olan Nuri Təbərsi deyib: “Dörd kitab6 arasında “Kəfi”, ulduzlar arasında günəş kimidir. Əgər insaflı adam onu dərindən araşdırsa, oradakı əhəd7 sənədlərinin vəziyyətini araşdırmaqdan əl çəkər8. Yalnız etibar əldə edər, onun düzgünlüyü və sübutu barədə həmin şəxsdə arxayınlıq əmələ gələr”9.

Hurr Amili deyib: “Dörd kitab sahibləri və onların bənzərləri öz kitablarınin sübut, düzgünlük və üsuluna şahidlik ediblər. Onlar etibarlı olduqları üçün nəql, rəvayət və sözlərinin qəbul olunması vacibdir”10.

“Müraciət” kitabınin müəllifi Əbdülhüseyn Şərəfutdin Müsəvi deyib: “Kəfi, İstibsar, Təhzib, Mən lə yahduruhul fəqih, mütəvətirdirlər11. Tərkibləri şübhəsizdir. Kəfi isə onların ən əzəmətlisi, ən qədimi, ən yaxşısı və ən kamilidir”12.

Məhəmməd Sadiq Sadr deyib: “Oxucunun mütaliəsi üçün layiqdir. Şiələr bu dörd kitaba etibar edən toplumdur, onlarda olan rəvayətləri səhih saysalar da, onların əhli-sünnədən olan qardaşları kimi onlara (yəni, dörd kitaba) səhih adını verməmişlər”13.

Kitabın müəllifi Kuleyni, bu əsərin yazılma səbəbini soruşan şəxsə demişdir: “Dedim: sən, sadiqlərdən gələn səhih xəbərlərlə din elmini öyrənib onunla əməl edən, düz yola gəlmək istəyənin ona müraciət edəcəyi və öyrəncin kifayətlənəcəyi din elmlərini özündə toplayan yetərli (Kəfi) vasitənin olmasını istəməzsən”14.

Kəfi kitabının tədqiqatçısı Nəini demişdir: “Kəfinin isnadını araşdırmaq aciz insanın işidir”15.

Kəfinin (başqa) tədqiqatçısı Əli Əkbər Gifari demişdir: “Şiə toplumu və imamət əhli bu kitabın üstün olmasında və onun xəbərlərinə etibar edib onun hökmləri ilə əməl etməkdə ittifaq etmişlər. Onlar, onun dərəcə və dəyərinin uca tutulmasında həmrəydirlər ki, bu kitab kamillik və zəbt cəhətdən tanınmış etibarlı şəxslərin rəvayətlərinin cəmləndiyi bir yerdir. Və bu günə kimi o kitab, şiələrdə başqa hədis üsulu kitablarından ən üstün və ən gözəl sayılır”16.

Müfid deyib: “Kəfi şiələrin ən parlaq və ən faydalı kitabıdır”17.

Feyz Kaşani şiə kitabları haqqında deyib: “Kəfi artıq əskik şeylərdən təmiz olduğu və üsulu əhatə etdiyi üçün onların ən şərəflisi, ən etibarlısı, ən kamili və ən yaxşı cəm olunmuşudur”18.

Məclisi deyib: “Kəfi kitabı üsülların ən yaxşı toplanmışı və ən dəqiqidir. Nicat tapacaq dəstənin ən yaxşı əsəridir”19.

Məhəmməd Əmin Əstərəbadi deyib: “Biz öz şeyxlərimizdən və alimlərimizdən bu kitaba tay olacaq kitabın islamda təlif olunmadığını eşitmişik”20.

Abbas Qummi isə deyib: “Kəfi islam kitablarının ən parlağı və imamiyyə kitablarının ən əzəmətlisidir. Onun kimi kitab imamiyyədə təlif olunmamışdır”21.

Şiələr desələr ki, bu kitab tam səhih deyil, içində həm zəif, həm də səhih hədislər varsa, bu “Kəfi”-yə tam inanan Axbari və başqa şeyxlər kimi alimlərin sözlərinə müxalif olacaq. Müasir şiələr “Kəfi”nin hamısını düz saymasalar da, icma ilə onu şiələrin ən düzgün kitabı hesab edirlər22.

Onlar o kitabı yaxşı əsər sayıb nəinki şiələr, hətta bütün islam aləmində ona tay olacaq kitab olmadığını deyirlər. Ona görə onların indiki tacları23deyir: “Yetər ki biləsən: şiələrin ən əzəmətli kitabı Kəfidir, və deyirlər ki, onda minlərlə yalan var”24.

Bu kitabın onlardakı məqam və dərəcəsini bildikdən sonra, gəlin bu kitabın özünə səyahət edək. “Kəfi”-də gələn dəhşətli və komik rəvayətlərlə kifayətlənəcəm. Əgər şiə aləmində bütün komik rəvayətləri qeyd etmək istəsəydim, şiələrdə mötəbər sayılan “Ənvaru Numaniya”, “Biharul ənvar”, “Səluni qəblə ən təfqiduni”, “Mədinətul məaciz”, “Zəhrurrabiz” və başqa etibarlı kitablarına müraciət edərdim. Ancaq mən onların ən düzgün kitabını nəzərdə tutmuşam. Oradan, nəinki peyğəmbər (sallaLLahu aleyhi və səlləm) və onun əhli-beytindən (radiAllahu anhum), heç adi bir ağıllı adamdan əmələ gəlməsi mümkün olmayan bəzi şeyləri çıxartdım. Onların başqa kitablarından nəyisə qeyd etsəm çox təəccüblənərsiniz. Ancaq məqsədimiz ixtisardı. Ona görə nəinki Kəfinin hamısından, əksinə, onun bir hissəsindəkilərlə kifayətlənəcəm. Yardım Allahdandır.
1) Bu kitabın sənədi və isnadı qeyd olunan adamları.

Kuleyni Kəfidə Əli ibn Əbu Talibdən (əleyhissəlam) rəvayət edir ki, o deyib ki, peyğəmbərin (sallaLLahu aleyhi və səlləm) eşşəyi Ufeyr intihar etmişdir25. Əli dedi: “Bu eşşək dilə gəlib peyğəmbərlə danışmışdır: “Atam-anam sənə qurban olsun! Atam mənə, o atasından, o babasından, o da ulu babasından rəvayət etmişdir ki, Nuh ilə birlikdə gəmidə ikən, Nuh (ə) yerindən qalxmış, onu sığallayaraq belə demişdir: “Bu eşşəyin nəslindən elə bir eşşək gələcəkdir ki, peyğəmbərlərin ağası və sonuncusu ona minəcəkdir. Mənə son peyğəmbərin eşşəyi olmağı nəsib edən Allaha həmd olsun”26.

Biz Kuleyninin isnad ilə rəvayət etdiyi bir hədisi qeyd etdik. Gördüyünüz kimi, onun isnadı tam şəkildə eşşəklərdən ibarətdir. Ən qəribə odur ki, belə bir rəvayət, özünü nicat tapacaq dəstə kimi tanıdan təriqətin ən əzəmətli kitabında yer alıb. Dərd yarı tək bir eşşək olsaydı, hədisin ravilər zənciri tamamilə eşşəklərdən ibarətdir. Ufeyr atasından, o babasından, o da ulu babasından nəql edir. Allah Əlini (radiAllahu anhu) eşşək və onun əcdadlarından təvayət etməkdən üstün tutub27. Hədis elmi cəhətindən isə bu hədisdə bir çox səhv var.

Birincisi, isnadda məchullar28 var. Biz bilmirik, o eşşəklər etibarlı, hafizəsi güclü olan varlıqlardır yoxsa yox? Biz bu eşşəklərin tərcümeyi-halını yazan alim tanımırıq. Bəlkə biz hörmətli oxucu ilə birlikdə onların tərcümeyi-halını Dəmirinin “Heyvanlar həyatı” ya da Cahizinin “Əl heyvanları” kitablarında axtarsaq bir məlumat əldə edə bilərik.

İkincisi, eşşək peyğəmbərə nə deyir? Atam-anam sənə qurban olsun! Onun ata-anası kimdir ki, onları peyğəmbərə qurban edir?! Sözsüz ki, bu peyğəmbərə bir təhqirdir. Mən deyərdim ki, bu bir ədəbsizlik və amoral bir hərəkətdir ki, yaranmışların ağasına eşşək “Atam-anam sənə fəda olsun” desin.

Üçüncüsü, bu rəvayətdə ravilər arasında yalanda ittiham olunan birisi var. O da eşşəyin babasının ulu babasıdır. Çünki o, qəti şəkildə Nuhu qörə bilməzdi. Ancaq o iddia edirdi ki, Nuh onun belini siğallayıb. Bu kitabın sənədlərindən bir ibrət verən nümunə idi.


Kitabda keçən komik rəvayətlər.

Əbu Cəfər və Əbu Abdullahdan: “İnsanlar Allahın elçisini yalan saydıqda, Allah yer üzündəkilərini Əlidən başqa məhv etmək istədi. Onun sözünə əsasən “Onlardan üz çevir, sən danlanmazsan”. Sonra Onun (Allahın) ağlına başqa bir fikir gəldi və möminlərə rəhm etdi. (Sonra isə) peyğəmbərə buyurdu: “Yada sal, həqiqətən, yada salmaq möminlərə fayda verər”29.

Bu kitabın (yəni Kəfinin) böyük bəlalardan biri də budur ki, rəvayətlərində Allahın kitabına tənə edirlər.

Əbu Cəfərdən: “Quranı, Allah Təala tərəfindən nazil edildiyi kimi tam topladığını iddia edən kəs, şübhəsiz, yalançıdır. Quranı, Allah tərəfindən endirildiyi kimi toplayan yalnız Əli ibn əbu Talib və ondan sonra gələn imamlar olublar”30.

Əbu Həsənə deyildi: “Sənə fəda olum, biz Qurandan elə ayələr eşidirik ki, bizdə olan kimi deyil, biz də onları sizdən eşitdiyimiz kimi oxumağı bacarmırıq. Olmaya, biz günah işlədirik?" O dedi: "Yox, siz onları öyrəndiyiniz kimi oxuyun. Vaxt gələr, sizi öyrədəcək şəxs özü gəlib çıxar”31.
Allah Təbarəkə və Təalənin kitabının təhrif olunmasına iddia

"Səlim ibn Səlmə demişdir: "Bir dəfə bir nəfərin Əbu Abdulla əleyhissəlama Qurandan başqala-rının oxuduğuna bənzəməyən bəzi şeylər oxuduğunu eşitdim. Əbu Abdulla əleyhissəlam dedi: "Müdafiəçimiz zühur edənədək bu qiraətdən imtina edib, sən də camaat oxuyan kimi oxu. Qiyamətdən sonra isə Qüdrət və Cəlal sahibi Allahın Kitabı Onun Özünün istədiyi kimi oxunacaq". Sonra o, Əli əleyhissəlamın yazdığı müshəfi çıxartdı və dedi: "Əli əleyhissəlam onu yazıb qurtarandan sonra adamlara göstərib demişdir: "Bu, Qüdrət və Cəlal sahibi Allahın Məhəmməd səlləllahu əleyhi və alihiyə nazil etdiyi Kitabıdır. Mən onu iki lövhədən toplamışam". Camaat demişdir: "Budur, bizdə Quranın toplandığı müshəf var, bizim ona ehtiyacımız yoxdur". O demişdir: "Onda siz onu bu gündən sonra heç vaxt görməyəcəksiniz. Mənim borcum onu toplayandan sonra sizə göstərmək idi ki, oxuyasınız".32

Əbu Əbdullahdan: “Həqiqətən Fatimənın müshəfı də bizdədir. Siz heç bilirsiniz, Fatimənın müshəfı nədir?” Dedim (yəni, ravi dedi): “Fatimənın müshəfı nədir?”. Buyurdu ki: “Sizin bu Quranınızın üç qatını əhatə edən müshəftir. Allaha and olsun ki, içində Quranınızdan bir hərf belə yoxdur”33.

Bu, onların təhrifə dəlalət etdiyi hədislərin bir neçəsi:

Əbu Basir Əbu Abdullaha dedi: “Sənə fəda olum, bu ayəni “Biri vaqe olacaq əzab barədə soruşdu. (O əzabı) Əlinin vilayətinə inanmayanlardan (kafirlərdən) dəf edə biləcək bir kimsə yoxdur!” biz belə oxumuruq. Dedi: “And olsun Allaha, Cəbrayıl Məhəmmədə elə nazil edib, və Fatimənın kitabında belə sabit olmuşdur”34.

Əbu Abdullah dedi: “Cəbrayılın Məhəmmədə (sallaLLahu aleyhi və səlləm) gətirdiyi Quran 17000 ayədir”35. Bu da, şəkksiz, Quranın üç mislidir. Məlumdur ki, Quranın ayələrinin sayı altı mindən bir az çoxdur. Deməli, söhbət onların iddia etdikləri Fatimənin (radiAllahu anha) müshəfi barəsində gedir.

Kuleyni öz kitabında “Vəhy edildiyi kimi, Quranın hamısını ancaq imamlar toplamışlar”36-adlı bir başlıq qoymuşdur.

Allah Təbarəkə və Təalənın kitabının təhrif olunması barədə sizə bir neçə bənd oxuyuram.

Zeyd ibn Cəhmdən: Dedi: “Əbu Abdullaha: “Qoy imamlar sizin imamlardan daha üstün olsun”37-oxudu. Dedim: “Sənə fəda olum, imamlar?” Cavab verdi: “And olsun Allaha, imamlar!” Dedim: “Biz onu “ərba” oxuyuruq”. Dedi: “Ərba yox”, və əli ilə işarə etdi38.

Əbu Abdullahdan: “(O) dedi: ayə belə enib: “Hər kəs Allaha və peyğəmbərinə Əli və imamların vilayət məsələsində itaət etsə, böyük bir səadətə nail olar”39.

Əbu Abdullahdan: (Bu ayəni oxuyub)“Doğrusu, bundan əvvəl Adəmə də Məhəmmədi, Əlini, Fatiməni, Həsəni, Hüseyni və onların nəslini (unutmamağa) tövsiyə etmişdik. Lakin o (tövsiyəmizi) unutdu”- (sonra imam dedi): “Allaha and olsun ki, Məhəmmədə (ayə) belə nazil olmuşdur”40.

Əbu Cəfərdən: “Cəbrayıl Məhəmmədə (s) bu ayəni belə nazil etmişdi: “Həsəd apardıqları üçün Allahın Əli barəsində41 nazil etdiyini inkar edərək özlərini satmaqları nə pis bir şeydir”42.

Əbu Əbdullahdan43: “Cəbrayıl Məhəmmədə (s) bu ayəni belə endirmişdi: “Əgər bəndəmizə Əli haqqında nazil etdiyimizə şəkkiniz varsa, siz də ona bənzər bir surə gətirin”44.

Sözsüz ki, bu sözlərin hamısı Əbu Abdullahın (Cəfər ibn Sadiqin) adından söylənilən yalanlardır. Biz bunu söhbətimizin əvvəlində demişdik. Əbu Cəfər (Məhəmməd Baqir) və ümumən Məhəmməd peyğəmbərin (sallaLLahu aleyhi və səlləm) əhli-beytindən olan başqa imamların adından söylənilən yalanlardır. Allah bu yalanı uyduranlara lənət etsin!

İmam Rzadan (Əli ibn Musa) rəvayət ediblər: “Müşriklərə ağır gəldi Əlinin vilayəti. Özlərini (onları) dəvət etdiyin”- Allahın ayəsi barəsində buyurub: “Bu ayə hifz edilmiş kitabda bu şəkildədir”45.

Əbu Cəfərdən (Baqir)-dən rəvayət edirlər: “Aşağıdakı ayə, Məhəmməd (sallaLLahu aleyhi və səlləm)-ə bu şəkildə nazil olmuşdu: “Lakin Məhəmmədin əhli-beytinə zülm edənlər özlərinə deyilmi sözü başqası ilə dəyişdilər. Və biz Məhəmmədin əhli-beytinə qarşı zalım olanlara etdikləri zülmə görə, göydən cəza nazil etdik”46.

Bir kişi Əbu Abdullahın yanında oxudu: “De: “İstədiyinizi edin. Allah, Onun peyğəmbəri və möminlər əməllərinizi görəcəklər”. Buyurdu ki: “Burada belə deyil. Həqiqətən, burada belədir “və məmunlar47 əməllərinizi görəcəklər” və məmunlar bizik”48.

Əbu Həsən Maridən: “Mən sizə nə bir zərər, nə də bir xeyir vermək qüdrətinə malik deyiləm!” “Məni Allahdan heç kəs qurtara bilməz və mən də Ondan başqa heç bir sığınacaq tapa bilmərəm! Allah dərgahından olanı və Onun Əli haqqında göndərdiklərini təbliğ etməkdən başqa (əlimdən bir şey gəlməz)” (Ravi imamdan soruşdu:) “Ayə belə nazil olub?” İmam dedi: “Bəli”49... Sonra imam buyurdu: “Ya Məhəmməd, Onların sənə varisin haqqında deyəcəklərinə səbr et. Onlardan gözəl tərzdə ayrıl! Yalan sayan var-dövlət sahiblərini mənə tapşır və onlara bir az möhlət ver!”50. (Ravi) dedim: “Belə nazil olub?”. Dedi: “Bəli”51.

Bu təhrifə aid misallardan bir neçəsi idi. Əgər biz bu gecə bu xəbis kitabda Quranın təhrifinə aid hər şeyi oxusaydıq, səhərə qədər elə bununla məşğul olardıq. Ancaq ümidvaram ki, bu misallar kifayətdir52.
Əhli-sünnəyə müxalif olmaqda hərislik.

Əbu Abdullahdan rəvayət edirlər ki, o deyib: “Əgər kiminsə öz qardaşı ilə53 bir məsələ problem olsa, o məsələni həll etmək üçün öz qardaşını (yəni, şiələrdən) çağırsın ki, onların arasında hökm versin. Və bunlara (yəni, əhli-sünnəyə) məsələni təqdim etməkdən vaz keçsin. Yoxsa o, Allahın buyurduğu şəxslər kimi olar: “Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmürsənmi? Onlar Tağutun hüzurunda mühakimə olunmaq istəyirlər. Halbuki onlara inanmamaları əmr olunmuşdur”54.

Kəfidən başqa mənbələr də bu məsələni təsdiqləyir. Əbu Abdullah Cəfər ibn Sadiqdən rəvayət var ki, o deyir: “Əgər siz iki müxtəlif hədislə rastlaşsanız, Allahın kitabında heç nəyə rast gəlməsəniz ümumi xəbərlərlə (yəni əhli-sünnə ilə) tutuşdurun. Əgər onların hədisləri ilə uyğun qəlsə, onu (məsələni) atın, onların hədislərinə zidd olsa (onda) götürün”55.

Həmçinin Əlı ibn Əsbatdan rəvayət var ki, o dedi: “İmam Rzadan dedim: “Mənim qarşıma bilmədiyim bir məsələ çıxsa, onun həllini biləni tapmasam, (yaşadığım) ölkədə isə sənin ardıcıllarından yoxdur (onda mən nə edim?). İmam cavab verdi: “O ölkənin fəqihlərinin (yəni, əhli-sünnədən olan) yanına get. Öz məsələni ondan soruş. Sənə nə desə, onun əksini götür, çünki haqq ondadır”56.

Müsəlman bir kənara, heç ağıllı insan belə söz deyər?
Kəfidə yalan haqqında.

Cəfər Sadiq deyib: “Allah, insanlarda bizə qarşı qəzəb yox, sevgi yaradan qula rəhm etsin. Allaha and olsun ki, sözlərimizin gözəlliyini görsəydilər, onları əziz tutardılar. Heç kəs də onlara bir şey əlavə edə bilməzdi. Ancaq indi, bir nəfər söz eşidən kimi ona on dənəsini əlavə edir”57.

Cəfər Sadiq deyib: “Kim öz adına bu işi çıxsa yalan deyib58. Qoy şeytan onun yalanına ehtiyac duysun”59.

Cəfər Sadiq deyib: “Qaim (yəni, Mehdi) gəldikdə şiələri yalan sayanları öldürəcək60.

Cəfər Sadiq deyib: “Əgər insanların hamısı bizim şiələrimiz olsaydı, onların ¾ bizə şübhə ilə yanaşardılar, ¼ isə axmaq olardı”61.

Cəfər Sadiq deyib: “Allah münafiqlər barəsində ayə nazil etdikdə yalnız tərəfdar (şiə) olduqlarını iddia edənləri nəzərdə tutub”62.

Musa Kazım deyib: “Əgər onları imtahan etsən (yəni, şiələri), onların mürtəd olduqlarını görərsən. Əgər lap araşdırsan yalnız 1000 nəfərin sadiq olduğunu görərsən”63.

İndi isə bu kitabın məzəli və böyük bəlalı64 rəvayətləri qeyd edəcəyik. İnsan bu rəvayətlərə əsaslanaraq öz dininə sitayiş edə bilməz. Ağıllı başlı insan bu kitabı öz dininin və yaxud məzhəbin ən düzgün kitabı kimi qəbul edə bilməz. Sizin vaxtınızı çox aparmamaq üçün çalışıram qısa danışım.

Kuleyni “Kəfi”-də Həbabə Valibieyyədən rəvayət edib: “Mən əmirəlmöminin Əli ibn əbu Talibə dedim, Allah sənə rəhm eləsin, imamlığın nişanəsi nədir?” Dedi: “O daşı mənə gətir”, və əli ilə daşa işarə etdi. O daşı ona gətirdim, öz (üzükdə olan) möhürü ilə onu möhürlədi. Sonra mənə dedi: “Ya Habəbə, əgər imamlığı iddia edən bir nəfər gördüyün kimi (o daşı) möhürləyə bilsə, bil ki, o, imamdır, ona tabe olmaq vacibdir, imam nə istəsə, o ondan qaça bilməz (yəni, istədiyi şey alınar). Habəbə dedi: “(Bir müddət keçdikdən) sonra getdim Həsənin yanına. O əmirəlmömininin məclisində idi. (Mənə) dedi: “Ey Habəbə Valibiyyə”. Dedim: “Bəli, ağam”. İmam dedi: “Səndə olanı mənə ver”. Mən də verdim. O, əmirəlmöminin kimi onu (daşı) möhürlədi”. (Ravi davam edir): “Sonra getdim Hüseynin yanına. O, Allahın elçisinin məclisində idi. Yaxınlaşıb (oturanları) salamladı. Və dedi: “Nişanədə istədiyinin dəlili vardır65. Sən imamalığın nişanəsini istəyirsən”. Cavab verdim: “Bəli, ağam”. (Hüseyn) dedi: “Səndə olanı mənə ver”. Ona daşı verdim və o, onu möhürlədi”. (Ravi davam edir): “Sonra Əli ibn Hüseynin yanına getdim, artıq qocalmışdım, əsirdim, 113 yaşı adlamışdım. Onu rüku və səcdə halında gördüm. İbadətlə məşğul idi. İmamlığın nişanəsini almaqdan məyus oldum. O mənə şəhadət barmağı ilə işarə etdi, mənə cavanlığım qayıtdı. Ona dedim: “Ağam, dünyadan nə qədər ötüb və nə qədər qalıb?” İmam cavab verdi: “Dünyadan ötənlərə bəli, qalanlara isə yox. Səndə olanı mənə ver”. Ona daşı verdim, o da onu mənim üçün möhürlədi. Sonra Əbu Cəfərin yanına gəldim, mənim üçün onu möhürlədi. Sonra Əbu Hasan Musanın yanına gəldim, o da mənim üçün onu möhürlədi. Sonra Rzanın yanına gəldim, o da mənim üçün onu möhürlədi”66.

Əbu Basirdən rəvayət edirlər: “Əbu Abdullahın yanına daxil olub ona dedim: “Sənə fəda olum, səndən bir məsələni soruşmaq istəyirəm, ancaq burada sözümü eşidəcək bir adam ola bilər”. Əbu Abdullah onunla başqa ev (otaqı) arasındakı örtüyü qaldırıb ora baxdı. Sonra dedi: “Ey Əbu Məhəmməd, səni maraqlandıran şeyi soruş”. (Əbu Basir) dedim: “Sənə fəda olum, şiələrin deyirlər ki, guya Məhəmməd (sallaLLahu aleyhi və səlləm) Əliyə bir şey öyrədib, ondan 100 000 qapı açılır”. (İmam) dedi: “Ey Əbu Məhəmməd, rəsulullah Əliyə 100 qapı öyrətdi və bunların hər biri də min qapı açar”. Dedim ki: “Allaha and içirəm ki, elm budur”. İmam bir saat düşünüb, yeri cızdı (yaxud bir saat yeri qazıdı). Sonra dedi: “O elmdir, amma (elə-belə elm) də deyil”67. Sonra əlavə etdi: “Ey Əbu Məhəmməd, “cəmia”68 bizdədir. Heç bilirsən, “cəmia” nədir?”. (Əbu Basir) dedim: “Sənə fəda olum, “cəmia” nədir?”. (İmam) dedi: “O Allahın elçisinin biləyi ölçüsündə 70 bilək (arşın) uzunluğu olan bir yazıdır. Onun doldudulması içindəki çatlaqdandır. 69Əlinin əli ilə yazılıb. Onda bütün halal və haram vardır. İnsanın ehtiyacı olduğu hər şey, hətta cızığa düşən qan pulu belə vardır”.Sonra imam əlini çiynimə qoydu və dedi: “Ey Əbu Məhəmməd! Mənə icazə verirsənmi?” Dedim: “Mən özümü sənə verdim, sənə fəda olum, istədiyini et”. Elə bil qəzəbli halda əli ilə mənə toxundu, və dedi: “Bax, bu çimdiyin cəzası belə orada yazılıb”. Dedim ki: “Allaha and olsun, bu bir elmdir”. (İmam) dedi: “Həqiqətən, o bir elmdir, ancaq belə də deyil”. Sonra bir saata yaxın susub dedi: “Cəfr elmi bizdədir, insanlar heç bilirlər ki, cəfr nədir?“ (Ravi) dedim: “Cəfr nədir?” (İmam) cavab verdi: “Peyğəmbərlərin, vəsilərin, Bəni İsraildən keçmiş alimlərin elmini əhatə edən dəridən hazırlanmış bir qabdır”70 Dedim: “Allaha and olsun ki, bu elmdir”. (İmam) dedi: “Həqiqətən, o bir elmdir, ancaq belə də deyil”. Sonra bir saat susub dedi: “Bizdə Fatimənin müshəfi vardır. Heç bilirlər, Fatimənın kitabı nədir?” Dedim: “Fatimənın kitabı nədir?” Dedi: “O, sizin bu Quranınızın üç qatını əhatə edən müshəfdir. Allaha and olsun ki, içində Quranınızdan bir hərf belə yoxdur”. Dedim: “Allaha and olsun ki, bu elmdir”. (İmam) dedi: “Həqiqətən, o bir elmdir, ancaq belə də deyil”. Sonra bir saat susub dedi: “Bu günə qədər olanlara və bundan sonra qiyamətə qədər olacaqlara aid elm bizdədir”. Dedim: “Allaha and olsun ki, bu elmdir”. İmam) dedi: “Həqiqətən, o bir elmdir, ancaq belə də deyil”. (Ravi) dedim: “Bəs elm nədir?”. (İmam) dedi: “Elm, gecə-gündüz, bir işdən sonra meydana gələn bir başqa işlə əlaqədar ortaya çıxan nəsnəyə deyilir”71.

Bunu heç bir şərh vermədən gətirirəm72.

Bu rəvayət isə Əbu Cəfər Məhəmməd Baqirdəndir (radiAllahu anhu): “İmamın on əlaməti vardır: 1) Təharətli və sünnət olaraq doğulurlar; 2) Doğulduğu zaman əlləri üstünə düşüb, yüksək səs ilə iki şəhadəti gətirir; 3) Cənabət olmaz; 4) Gözləri yatar, amma ürəyi yatmaz; 5) Əsnəməz, gərnəşməz; 6) Qarşısını gördüyü kimi arxasını da görür; 7) Nəcisi müşk iyi verir; 8) Yerə onu (nəcisini?) örtmək və udmaq tapşırılıb; 9) Peyğəmbərin zirehini geyəndə düz əyninə olur, insanlardan istər uzun boylu, istərsədə qısa boylu bir şəxs (onu) geysə, o zireh bir qarış uzanar; 10) Və günləri bitənə qədər “muhəddəs”-dirlər”73.

İshaq ibn Cəfər atası imam Sadiqdən (radiAllahu anhu) rəvayət edir: “(Analar imamları) doğacağı gecə evdə bir nur görünər. Bu nuru ondan və atasından başqa heç kəs görməz. Onu dünyaya gətirərkən oturaq halda gətirər. Doğuluş əsnasında (vaginada?) elə bir açıqlıq olar ki, o dördbucaq şəkildə bayıra çıxar və yerə düşdükdən sonra yumurlanar, və hansı tərəfdə olarsa olsun, səhv salmadan Qiblə istıqamətə üzünü çevirər. Sonra üç dəfə asqırar və barmağı ilə Allaha həmd etdiyini işarə edər. Göbəyi kəsilmiş, sünnət olunmuş, yuxarı və aşağı qabaq dişləri, azı və kəsici dişləri çıxmış şəkildə dünyaya gələr. Əllərin arasından qızıl parçası kimi işıq saçır. Onun gecə və gündüz əllərindən qızıl axır”74.

Siz bunları eşidəndən sonra, heç bir cizgi filmi xatırlamadınız?

“Rövdatul vaizin”də gəlib ki, Əli ibn Əbu Talib doğulanda peyğəmbər (sallaLLahu aleyhi və səlləm) onun yanına getdi. Onu ayaq üstə gördü. Sağ əlini sağ qulağının üstünə qoyub azan verirdi. Hənifəliyi (İbrahim peyğəmbərin (aleyhi səlləm) dinini) təsdiq edib, Allahın təkliyinə və risaləsinə şəhadət verirdi. Doğulduğu gündən bunu edirdi. Sonra Əli (radiAllahu anhu) peyğəmbərə (sallaLLahu aleyhi və səlləm) dedi: “Oxuyum?”. O da ona dedi:”Oxu”. Və (Əli) Tövrat, İncil, Zəbur və Quranı oxudu75.

Təbii ki, İbrahimin səhifələrini unutmuşdu. Təəccüblüsü də budur ki, bunların hamısı Quranın nazil olmasından qabaq olub.

Həmçinin, bu kitabda (Kəfidə) uzun bir hədisdə rəvayət olunur ki, Əli ibn Hüseyn dedi: “Qulların günahları çoxaldıqda və Allah Təbarəkə və Təalə onları öz nişanələrinin biri ilə danlamaq (cəzalandırmaq) istədikdə, ulduzların, planetlərin, ay və günəşin axarı (orbitası) yerləşdiyi fələyin (qalaktika) cavabdehi olan mələyə həmən fələyi öz axarından dəyişməyi əmr edər... O mələk 70 000 mələyi onu öz axarından dəyişməyi əmr edər. (Sonra imam deyir): “Onlar onu dəyişirlər və günəş o fələkdə axan dənizə düşür. Onun işığı sönür, rəngi isə dəyişir. Allah öz nişanələrini böyük tutmaq istədikdə günəşi o dənizdə batırır və istədiyi kimi öz məxluqatını qorxudur”. (Sonra imam deyir): “Bu, günəşin tutulması vaxtı olur”. (Sonra deyir):”Ayla da belədir”. (Sonra deyir): “Allah onları üzə çixarmaq və ya öz axarlarına qaytarmaq istədikdə fələyə cavabdeh olan mələyə həmən onu öz axarına qaytarmağı əmr edər. O da fələyi qaytarır, günəş də öz axarına qayıdır”76.

Bu (Kəfiyə əsasən), günəş və ayin tutulmasıdır. Bizə belə rəvayətlər, nəsranilərin öz İncillərindəki fakt və həqiqətə zidd olan məsələləri xatırladır. Misal üçün, onlar qədimdə olduğu kimi, yerin kainatın mərkəzi olması və ağıllı insanın qəbul etməyəcəyi başqa fikirlərə sahib olublar. Bu iddiaların elm tərəfindən puç olduqları sübut olanda, öz kitablarını yalan saydılar. Başa düşdülər ki, yazılanlar insan tərəfindən uydurulmuş yalan olub, o batilləri atıb elmdə tapdıqları haqdan yapışdılar. Bundan sonra İncilin hamısını, istər haqq olsun, istər batil, kənara atdılar. İncili və Tövratı təhrif edənlərin heç ağillarına belə gəlməzdi ki, elm o dərəcədə inkişaf edəcək ki, onların cəfəngiyatlarının üstünü açacaq.

Elə belə yalanlar əsasında Kuleyni kimi müəlifflər öz kitablarını da qurublar. O vaxtlar insanlar həqiqəti bilməyib, bu cür nağillara inanırdılar. Elm dünyada inkişaf edəndən sonra, kainat barəsində bu cür yalan sözlər puç oldu. Bəs niyə nəsranilər öz batillərindən döndülər, şiələr isə yox? Mən bilmirəm, bəlkə siz bilirsiniz?

Kuleyni Əbu Abdullahdan başqa bir məzəli hədis rəvayət edib: “Fildə elə bir şey yoxdur ki, ağcaqanadda olmasın, əksinə, ağcaqanad fildən qanadların olması etibarilə üstündür”77.

Yənı ağcaqanaddakı şeylər (əzalar) fildən çoxdur, onda iki dənə qanad artiqdir.


Yüklə 282,06 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə