Kitablar, Rəylər Тarix və onun problemləri, №1 2014 341



Yüklə 164,08 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü164,08 Kb.
#32378


Kitablar, Rəylər 

Тarix və onun problemləri, № 1 2014 

 

341 

ŞAHIN FAZIL 

tarix elmləri doktoru, professor 

E-mail: TarixVeOnunProblemleri@gmail.com 

 

BIR ƏSRIN IKI DÖVLƏTI, YAXUD 



QARAQOYUNLULARIN VƏ AĞQOYUNLULARIN TARIXŞÜNASLIĞI 

HAQQINDA YENI KITAB 

 

Kimlər olmuşlar Qaraqoyunlular? Bəs Ağqoyunlular? XV əsrin əvvəlində Azərbaycan-



da yadelli ağalığına son qoyan və oğuz-türk dövlətçilik ənənəsinin bərpaçısı olan Qaraqoyun-

lular,  eləcə  də  həmin  əsrin  ikinci  yarısında  Qaraqoyunluları  əvəz  edən  Ağqoyunlular  hara-

lardan  gəlmişlər  Azərbaycana?  Rəng  mənasını  bildirən  və  «qoyun»  totemi  (yaxud  onqon) 

səciyyəsini ifadə edən bu istilahlardan birincisinin «qara qoyun», ikincisinin isə «ağ qoyun» 

adlanmaları hansı səbəbdən irəli gəlmişdir? Doğrudanmı əski vaxtlardan bəri «qoyun toteminə 

bağlı  olan  və  islam  dinini  qəbul  etdikdən  sonra  da  bu  totemi  tərk  etməyən  Qaraqoyunlular 

(həmçinin Ağqoyunlular) tarixin müəyyən bir ilk çağının və orta çağının gedişində böyük rolu 

olan «qon», yəni «qoyun» türk elindən XV əsrədək gəlmiş və əski adları olan «qoyun»u mü-

hafizə  edərək  Qaraqoyunlu  və  Ağqoyunlu  adları  ilə  mövcud  olmuşlar?  Həqiqətənmi  dövlət 

qurduqdan sonra onların bayraqlarında qara və ağ qoyun (yaxud qoç) başları rəsm edilmişdi? 

Nədir  islamaqədərki  bu  zoomərfik  qoyun  onqonu,  yaxud  totemi?  Bu  tayfaların  mənşəyi 

haradan başlanıb? Onlar uzaq Türküstandan/Türkmənistandan yox, məhz Türküstandan!/ gələ-

rək Şərqi Anadolu, İran və Azərbaycan ərazilərində məskunlaşmışlar? Gerçəkdənmi Qaraqo-

yunlular  və  Ağqoyunlular tam  köçəri həyat tərzi sürmüşlər? Türkmənistan «türkmənləri» ilə 

Azərbaycan  «türkmanları»  arasında  hansı  fərq  vardır?  Qaraqoyunlular  oğuzların  «barani» 

(yaxud  «baharlı»),  Ağqoyunlular  isə  «bayandır»  (yaxud  «bayanduriyyə»)  boylarına  mənsub 

olmaqla  neçə  el  və  tayfadan  ibarət  olmuşlar?  Qaraqoyunlu  dövlətinin  ictimai-siyasi  tarixi,  o 

cümlədən  Azərbaycan  Qaraqoyunlu  dövlətinin  quruluşu  haqqında  hansı  tədqiqatçılar  fikir 

söyləmişlər?  Qaraqoyunlu-Ağqoyunlu,  Qaraqoyunlu-Teymuri,  Qaraqoyunlu-Gürcü,  Qaraqo-

yunlu-Osmanlı,  Qaraqoyunlu-Məmlük  dövlətləri  arasında  münasibətlər  nə  səviyyədə  olmuş-

dur? Ağqoyunluların mənşəyi, Azərbaycan hökmdarı olan Uzun Həsənin şəxsiyyəti, onun ana-

sı  Saray  Xatunun  xarakterik  xüsusiyyətləri,  Ağqoyunluların  dövlət  quruluşu  haqqında  nə 

bilirsən? XV əsrin II yarısını əhatə edən Ağqoyunlu-Səfəvi, Ağqoyunlu-Teymuri, Ağqoyunlu-

Osmanlı, Ağqoyunlu-Məmlük, Ağqoyunlu-Gürcüstan, habelə Ağqoyunlular və Qərbi Avropa 

dövlətləri arasında nə kimi əlaqə və münasibətlər mövcud idi? Azərbaycanın Qaraqoyunlu və 

Ağqoyunlu dövlətlərində iqtisadi-ictimai və mədəni həyat, o cümlədən kənd təsərrüfatı və aq-

rar  münasibətlər,  Uzun  Həsən  və  varislərinin  islahatları,  ticarətin  inkişafı,  maarif  və  elm, 

memarlıq və incəsənət hansı səviyyədə idi? 

Hörmətli  oxucu,  sənin  bu  suallara  cavab  tapmağın  elə  sənin  özündən  asılıdır.  Bunun 

üçün sən Tofiq Hümbət oğlu Nəcəflinin min bir əziyyətlə yazdığı və bir il öncə çapdan çıxmış 

«Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri (Müasir Türkiyə tarixşünaslığında)» adlı 

monoqrafik əsərini oxumalısan (1). Oxu və bir neçə illərboyu elmi dövriyyədə olan bu çətin 

suallardan yaxanı qurtar. 

T.Nəcəfli keçən əsrin son rübündən başlayaraq AMEA A.A.Bakıxanov adına Tarix İns-

titutunun «Orta əsrlər tarixi» şöbəsində əvvəllər aspirant, sonra kiçik elmi işçi, daha sonra apa-

rıcı elmi işçi, hazırda isə elmi işlər üzrə direktor müavini  vəzifələrində çalışan tədqiqatçıdır. 

Qeyd etməliyəm ki, birinci kitabı olan «Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir 



Kitablar, Rəylər 

Тarix və onun problemləri, № 1 2014 

 

342 


türk tarixşünaslığında» monoqrafiyası diqqəti cəlb edən və müəllifi alimlik səviyyəsinə qaldı-

ran əsər olmuşdur (2). İndi isə ikinci monoqrafik əsər, özü də daha müfəssəl və geniş həcmli. 

Kitabın «Ön sözü»nün əvvəlində AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Yaqub 

Mahmudov «Türk xalqlarının qardaşlıq tarixi yenidən yazılmalıdır» ünvanlı  məqalə ilə çıxış 

edir və hökm verir: Türk xalqlarının qardaşlıq tarixi yenidən yazılmalıdır! Əlbəttə, zəruri fikir-

dir. Tarixin gedişatı dəyişdikcə tarixi hadisələrə baxış müsbət  mənada dəyişilməli, yəni fikir 

və mülahizələrə daha obyektiv yanaşılmalı, daha dərin tədqiqat işləri aparılmalıdır. Bizim qar-

daşlıq  tariximizin  daha  dərindən  araşdırılması  türk  xalqlarının  bu  tarixi  sahəsində  indiyəcən 

qələm işlətmiş və gələcəkdə də qələm işlədəcək tədqiqatçıların qarşısında qoyulan konkret bir 

vəzifə deyilmi? Bir halda ki, «Müasir tarixi şərait qardaş türk xalqlarının tarixçilərindən ötrü 

ümumtürk tarixini yenidən yazmaq üçün geniş imkanlar açmışdır» (3). 

«Ön sözün  müəllifi sözünə davam  edir: «Məlum həqiqətdir  ki, yaxın  keçmişdə  Sovet 

İttifaqının dağılmasına qədər nə Azərbaycanın və Mərkəzi Asiyanın türk tarixçiləri, nə də bü-

tövlükdə sovet türkoloqları obyektiv türk tarixi yaza bilməzdilər. Bu tarix hökmən mərkəzin-

Moskvanın diktə etdiyi konsepsiyalar əsasında saxlataşdırılmalı və təhrif olunmalı idi. Sovet 

rejiminin  yalançı  xalqlar  dostluğu  ruhunda  yazılan  əsərlərdə  türk  xalqları  bir-birinin  yağı 

düşmənləri  kimi  təqdim  olunurdu.  Daha  doğrusu  əsl  qardaşlar  bir-birinə  düşmən,  düşmənlər 

isə  qardaş  kimi  təqdim  edilirdi.  Sovet  türkoloqlarına,  o  cümlədən  Aəzrbaycan  tarixçilərinə 

türk mənbələrindən və tarixçiəlrinin əsərlərindən faydalanmaq yasaq idi. Sovet İttifaqının sər-

hədlərindən xaricdə əsər nəşr etmək isə mümkün iş deyildi (4). 

Y.Mahmudov qardaş türk tarixçilərinə də üzünü tutaraq, onlara öz acı təəsüflərini bil-

dirir: «Nə qədər acı təəssüflər doğursa da qardaş türk tarixçiləri də, bir çox hallarda, ümum-

türk  tarixinə,  o  cümlədən  Azərbaycanın  orta  əsrlər  tarixi  sahəsindəki  tədqiqatlarına  yenidən 

baxmalıdırlar.  Hər  bir  türk  xalqının  tarixinə,  onun  tarixi  şəxsiyyətlərinə,  dünya  tarixindəki 

roluna  həssaslıqla,  ehtiramla  yanaşılmalıdır.  Bir  sözlə,  doğru-düzgün,  həqiqəti  olduğu  kimi 

əks  etdirən  tarix  yazılmalıdır.  Hər  bir  tarix  əsəri  qardaş  türk  xalqlarını  bir-birinə  daha  da 

yaxınlaşdırmalıdır. Bunun üçün türk xalqlarının qardaş qanı ilə yoğrulmuş və nəsillərə əmanət 

edilmiş  tarixi  üzə  çıxarılmalıdır.  Əmir  Teymura,  Uzun  Həsənə,  Şah  İsmayıl  Xətaiyə,  Sultan 

Səlimə, Sultan Süleymana və digər tarixi simalara ümumtürk tarixinin şəxsiyyətləri kmi eyni 

mövqedən,  həssaslıqla,  həmin  tarixi  şəxsiyyətlərin  mənsub  olduqları  qardaş  türk  xalqlarının 

tarixi mənafeyi baxımından yanaşılmalıdır. Bir sözlə, türkün elə bir tarixi yazılmalıdır ki, bu 

tarix bütün türk xalqları üçün doğma olsun, gələcək nəsilləri birləşdirən tarix olsun» (5). 

T.Nəcəflinin 5 fəsildən və 25 yarımfəsildən (paraqrafdan) ibarət məlum monoqrafiyası 

Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri tarixinin müasir Türkiyə tarixşünaslığında 

tədqiqinə həsr olunmuş bitkin bir əsərdir. «Azərbaycan Qaraqoyunlu dövlətinin ictimai-siyasi 

tarixi Türkiyə tarixşünaslığında» adlanan I fəsildə Qaraqoyunluların mənşəyi, siyasi tarixi, ilk 

Qaraqoyunlu hökmdarı Qara Yusifin siyasi fəaliyyəti və şəxsiyyəti, Azərbaycan Qaraqoyunlu 

dövlətinin quruluşu məsələlərinə diqqət yetirilmiş, fəslin məzmunu onun 4 yarımparaqrafında 

öz əksini tapmışdır (6). Burada Qaraqoyunluların nəslinə, etnik mənsubiyyətinə, bu tayfa bir-

ləşməsinin adının ifadəsi olan «türkman» istilahına nəzər yetirilmiş, xüsusilə istilahın «türk-

mən // türkman», «ət-türkman», «türkmaniyyun», «teqomen» formasında işlənməsi haqqında 

fikir söylənilmiş, Qaraqoyunluların «türkman» adlandırılmaları, bunun səbəbləri və məna tu-

tumu  (əsil,  böyük  turk)  izah  olunmuşdur  (7).  Bundan  ötrü  müəllif  kimlərə  və  nələrə  istinad 

etmir:  Tarixçilər  Əbül  Fəzl  Beyhəqi,  əl-Müqəddəsi,  Mahmud  Qaşğari,  Şükrullah,  Dövlətşah 

Səmərqəndi;  tədqiqatçılar  V.Bartold,  V.Minorski,  F.Köprülü,  İ.Kafəsoğlu,  Z.Bünyadov, 

O.Əfəndiyev,  Ə.Çay,  M.Seyidov,  Y.Dogini,  Ş.Şərəfoğlu,  Ə.Müdərrisoğlu,  F.Sümer,  F.Kırzı-




Kitablar, Rəylər 

Тarix və onun problemləri, № 1 2014 

 

343 

oğlu, O.Turan, M.Yınanc. K.Kürün, İ.Uzunçarşılı, C.Zeynaloğlu, Z.Toğan, M.Baharlı, M.Sey-

fəddini, K.Bosfort, D.Yeremeyev, M.İsmayılov, Q.Qeybullayev, T.Ünal, Ş.Təkindağ; mənbə-

lər  «Divani-lüğatüt-türk»,  «Oğuznamə»,  «Tarixi-Türkməniyyə»,  «Tarixi-Sultan  Qütbşahi», 

«Hüzhətül-qülub», «Kitabi-Diyarbəkriyyə» və s. 

Bu  fəsildən  görünür  ki,  etnik  məna  kəsb  edən  «türkman»  istilahı  tarixən  anlam  xü-

susiyyətini daşımışdır. Müəllif müxtəlif alimlərin bu sözlə bağlı fikirlərini belə təsnif edir: 

1.

 



İslam dinini qəbul etmiş oğuzlara verilmiş addır: 

2.

 



Oğuzların  «oğuz»  və  «türkman»  adları  ilə  iki  qismə  bölünməsi  səlcuqların  hökm-

ranlıq dövründə başlanmışdır; 

3.

 

Oğuzların daha çox köçəri həyat tərzi keçirən hissəsinə şamil edilmişdir; 



4.

 

Bu istilahın izləri müasir Azərbaycanda «tərəkəmə» ifadəsində qalmaqdadır (8). 



Qaraqoyunlu  və  Ağqoyunlu  adları  ilə  tanınmış  tayfalar  biri-digərini  vahid  türkman 

xalqının  hissəsi  hesab  edirdilər  və  bu  tayfalar  özlərini  Kiçik  Asiyanın  (Osmanlı,  Rumlu)  və 

Orta  Asiyanın  (Cığatay)  türkmanlarından  fərqləndirirdilər.  Məsələn,  Əbubəkr  Tihraninin 

«Kitabi-Diyarbəkriyyə»  əsərində  tədqiqatçılar  tərəfindən  dəfələrlə  misal  gətirilən  belə  bir 

epizod  vardır:  Hələ  Qaraqoyunlu  dövlətinin  təsisindən  bir  neçə  il  əvvəl  Qara  Yusif  Qaraqo-

yunlu  tərəfindən  Qara  Yuluq  Osman  Ağqoyunluya  göndərilən  bir  məktubda  hər  iki  tayfa 

birliyi arasında olan nifaqın dayandırılması təklif olunurdu: «Bizim hər ikimiz türkmanıq. Gəl 

bundan  sonra  bir-birimizə  hücum  etməyək  və  bir  daha  qırılmayaq.  Qoy  bizim  hər  birimiz 

Rumdan və Cağataydan olan düşmənlərimizlə mübarizə edək» (9). 

Faruq  Sümer  yazır:  «Qaraqoyunlu  tayfasının  adı  bu  gün  hakim  olan  ümumi  qənaətə 

görə, totemlərinin qoyun olması ilə əlaqəli sayılsa da, qədim türklərdə digər tayfalarda olduğu 

kimi totem olan heyvanların ətinin yeyilməsi qəbul olunmadığına görə bu adın onlara aid olan 

sürülərinin rəngi ilə bağlı verilmiş olması mümkündür». Əbdülxaliq Çay bu fikri müdafiə edir 

və başlığa  məşğuliyyəti heyvandarlıq olan  Qaraqoyunlulara bu adın  bəslədikləri heyvanların 

rənginə  görə  verildiyini  əsaslandırmağa  çalışır.  Türkiyədə  qoyunun  totem  mahiyyətində  ol-

masına  dair  Türkiyə  tarixçiləri  arasında  fikir  ayrılığı  vardır.  Məsələn,  O.Turan,  E.Esin  və 

H.Koşay qoyunun (qoçun) əski türklərdə başlıca totemlərdən biri olması fikrindədirlər (10). 

Qoyunun  əski  zamanlarda  əhali  arasında  totem  səciyyəsi  daşığıdını  R.Əfəndiyev  və 

M.Seyidov də qeyd edirlər. Bu adın Qaraqoyunlulara verilməsi ilə əlaqədar M.Seyidov yazır: 

«Qaraqoyunluların adları onların fəlsəfi-mifoloji görüşləri, inamları, ictimai quruluşları ilə sıx 

bağlıdır. Qaraqoyunluların adlarının qoyulması ibtidai qəbilə quruluşundan qabaqkı dual təş-

kilatın qanunları ilə səsləşir (11). 

Qoyun  istilahının  onqon  olması  qədim  türk  dastanı  «Oğuznamə»də  göstərilir:  «Oğuz 

xaqan böyük ordugah… sağ tərəfdə qırx qulac ucalığında ağac dikəltdi. Onun başına bir qızıl 

toyuq qoydu, ayağına bir ağ qoyun bağladı. Sol tərəfdə qırx qulac ağac dikəltdi. Onun başına 

bir gümüş toyuq qoydu, ayağına bir qaraqoyun bağladı. Sağda Bozoqlar oturdu. Solda Uçoqlar 

oturdu». Dastandan məlum olur ki, oğuz xaqan oğlanlarını iki soya-Bozoqa və Üçoqa bölmüş 

və hərəsinə də ayrıca onqon-ağqoyun və qaraqoyun, qızıl toyun, gümüş toyuq vermişdi. M.Se-

yidovun fikrincə, ağ və qara qoyuna tapınmış Bozoq, Üçoq qəbilələrində toyuq zoomorfik on-

qonu  zəifləmiş  və  tədricən  sıradan  çıxmışdır.  Hər  iki  tayfa  birləşməsi  sonralar  yalnız  ağ  və 

qara qoyuna tanındıqları üçün Ağqoyunlu və Qaraqounlu adlanmışlar (12). 

Fransız şərqşünası Y.Doginin fikrincə, Qaraqoyunlu türkmənləri («türkmanları» olma-

lıdır-Ş.F.) bayraqlarındakı qara qoyun (qoç) rəsminə görə Qaraqoyunlu adlanmışlar (13). La-

kin T.Nəcəfli bu fikirlə razılaşmır, çünki bu tarixçi prinsipial saydığı məsələdə qoç kimi tərs-

dir. Əsərdə oxuyuruq: «Onların fikri ilə razılaşmaq çətindir. Çünki tayfa və sülalənin öz adını 



Kitablar, Rəylər 

Тarix və onun problemləri, № 1 2014 

 

344 


bayraqdakı  qara  qoyun  rəsminə  görə  alması  fikri  həqiqətdən  uzaqdır.  Belə  nəticəyə  gəlmək 

olar ki, Qaraqoyunlu tayfa birləşməsində qoyun artımla  bağlı olan zoomorfik onqon imiş  və 

ona  görə  də  tayfa  bayraqlarında  bu  onqonun  (qoç)  şəkli  çəkilirmiş.  F.Kırzıoğlu  da  belə 

qənaətə  gəlir  ki, Qaraqoyunlular bayraqlarında qoç başı təsvirləri qoyaraq qədim  onqonların 

xatirəsini  yaşatmışlar.  Ş.Səfəroğlu  və  Ə.Mülərrisoğlu  da  belə  hesab  edirlər  ki,  Qaraqoyunlu 

adı türklərin islamaqədrki dövrdə inandıqları qoyun toteminə əsaslanır (14). 

F.Sümer isə yazır ki, bayraqlarında qoyun rəsmi olduğu üçün Qaraqoyunluların bu adı 

almasına  aid  Qərb  müəlliflərinin  iddialarının  heç  bir  əsası  yoxdur.  O,  öz  fikrini  orta  əsr 

qaynaqlarında bununla bağlı heç bir məlumatın olmaması ilə əlaqələndirir (15). 

Bu  məsələdə  başqa  bir  fikir  isə  tarixçi  Mövlana  Şükrullaha  məxsusdur  ki,  T.Nəcəfli 

onunla  razılaşır:  Şükrullahın  yazdığına  görə  «852/1449-cu  ildə  Sultan  II  Murad  bu  binəvanı 

(yəni  Şükrullahı-Ş.F.)  Mirzə  Cahanşahın  yanına  göndərmişdi.  Söhbət  əsnasında  buyurdu  ki, 

Sultan Murad mənim axirət qardaşımdır. Bu qardaşlıqdan başqa həm də qohumumdur. Bu qo-

humluğun səbəbi soruşuldu. Buyurdu ki, tarixi oxuyan Mövlana İsmayılı çağırsınlar və Oğuz 

tarixini də gətirsinlər. Mövlana İsmayıl gəldi və monqol yazısı (uyğur əlifbası) ilə yazılmış bir 

kitab gətirdi. O kitabdan anlaşıldı ki, Sultan Muradın soyu Oğuz oğlu Göyalp, Qara Yusifinki 

isə 41-ci nəsildən Dənizalpa bağlanır» (16). 

Sonrakı fikir yenə də F.Sümerlə bağlıdır: «…Qaraqoyunlular Oğuz nəslindən Dəniz xa-

nın oğulları olan İğdir, Buğduz, Yivə və Kınık boylarından birinə mənsub olmuşdur. Bunlar-

dan  Yivə  boyu  ilə  Qaraqoyunlular  arasında  nəsli  qohumluq  əlaqələrinin  ola  biləcəyinə  dair 

bəzi izlər görünür». Bu fikri Ə.Çay da müdafiə edir. F.Sümer Yivə türklərinin Səlcuq yürüş-

ləri dövründən etibarən Azərbaycanda məskunlaşdıqlarını və XII əsrin II yarısında Həmədan 

bölgəsində  öz  bəyliklərini  yaradaraq  onu  Monqol  yürüşlərinə  qədər  qoruyub  saxladıqlarını 

qeyd edir (17). 

M.Yınancın Qaraqoyunluların mənşəyi məsələsi ilə bağlı maraqlı mülahizəsi vardır ki, 

T.Nəcəflini tamamilə qane edir: M.Yınancın təbirincə «əskidən bəri qoyun toteminə bağlı olan 

və müsəlman olduqdan sonra da bu totemi tərk etməyən Qaraqoyunlular ilk çağ ilə orta çağın 

bir qismində böyük rol oynadığını bildiyimiz «qon» (yəni «qoyun») türk elindən qalmışdır və 

əski adları olan «qoyun» adını mühafizə etmişlər. Azərbaycanda və Anadoluda məskunlaşmış 

Qaraqoyunlar buradakı oğuzların Baranlı boyuna daxil olmuşlar» (18). 

Qaraqoyunluların  30  min  çadırdan  ibarət  kütlə  halında  Türküstandan  İrana  və  Şərqi 

Anadoluya gəlmələri məsələsi haqqında isə aşağıdakı fikirlər məgər Qaraqoyunluların tarixin-

dən  bəhs  etmirmi?  «Tarixi-Türkməniyyə»  və  «Tarixi-Sultan  Qütbşahi»  əsərlərində  Qaraqo-

yunluların  599/1202-1203-cu  ildə  Qara  Yusifin  7-ci  ulu  babası  Oğuz  nəslindən  olan  Törə 

bəyin  rəhbərliyi  altında  İrana  və  Şərqi  Anadoluya  axını  və  onların  burada  daim  gürcülər  və 

tatarlara qarşı mübarizə aparması açıqlanır. T.Nəcəflinin dəfələrlə müraciət etdiyi F.Sümer də 

bu  məlumatın  doğru  olduğunu  güman  edir.  O,  öz  fikrini  Monqol  istilasına  qədərki  dövrdə 

Qaraqoyunlulara  aid  heç  bir  məlumatın  olmaması  ilə  əsaslandırır.  F.Kırzıoğlu  isə  həmin 

məlumatdakı  599  rəqəminin  hicri  tarixi  olmadığı  qənaətinə  gəlir.  O,  belə  güman  edir  ki,  bu 

tarix  həmin  dövrdə  Ön  Asiyada  geniş  yayılmış  «İsgəndər  təqvimi»nə  əsaslanmışdır.  Çünki, 

1202-1203-cü  illərdən  az  sonra  Anadoluda  «Gürcülərə  qarşı  savaşa»  və  «Tatarlara  qarşı 

müqavimətə» imkan və lüzum yox idi. 

Türkiyə  tarixçilərindən  İ.Uzunçarşılı,  F.Koprülü,  C.Zeynaloğlu,  Z.Toğan  və  H.Orkun 

qaraqoyunluların  Azərbaycana  və  Şərqi  Anadoluya  Arğun  xanın  (1284-1291)  dövründə 

gəldiklərini qeyd edirlər. Bu fikir Türkiyə tarixşünaslığında sonralar da təkrar edilməkdədir və 

Azərbaycan tarixşünaslığında da qəbul olunmuşdur. Vaxtilə A.A.Bakıxanov Qaraqoyunluların 




Kitablar, Rəylər 

Тarix və onun problemləri, № 1 2014 

 

345 

Arğun xan dövründə Orta Asiyadan Azərbaycana gəldiyini qeyd etmişdi. Sonralar M.Baharlı 

və Ə.Sumbatzadə də həmin müddəanı qəbul etmişdir. 

C.İbrahimov qaraqoyunluların Azərbaycana gəlişini XII-XIII əsrlərə, M.Seyfəddini XI-

XIII əsrlərə, K.Bosvort, D.Yeremeyev, M.İsmayılov və Q.Qeybullayev isə XIII əsrin əvvəllə-

rinə aid etmişlər. Z.Bünyadov və O.Əfəndiyev bununla bağlı yazırlar ki, «ehtimal etməyə əsas 

var ki, sonralar qaraqoyunlu tayfalarının tərkibinə daxil olmuş tayfa və qəbilələrin bir hissəsi 

artıq  VIII-IX  əsrlərdə  Azərbaycanda  məskunlaşmış  və  monqol  istilası  zamanı  onlar  bu 

torpaqlardan sıxışdırılıb çıxarılmışlar». T.Nəcəfli onların bu mülahizəsində obyektiv həqiqətin 

olduğunu  bildirir.  Ona  görə,  faktlar  göstərir  ki,  yerli,  oturaq  əhali  ilə  türkman  tayfalarının 

qaynayıb-qarışma prosesi XIII əsrdən xeyli əvvəllərə təsadüf edir, məhz bunun nəticəsi idi ki, 

qərbi  türkmanlar  Orta  Asiya  türkmənlərinin  birbaşa  xələfləri  olsalar  da,  Azərbaycan  etnosu-

nun mühüm hissəsini təşkil edirlər (19). 

Bəs osmanlılar? Osmanlıların hansı sülaləyə mənsub olmalarının müəyyənləşdirilməsi 

üçün T.Nəcəfli ərəb müəllifləri Beyhəqiyə, Yaqut Həməviyə, fars müəllifi Ə.Tihraniyə, tarix-

çilər Z.Toğana, S.Ağacanova, Ə.Dehxodaya və V.Minorskiyə əsaslanır (20).  

İndisə, Qaraqoyunlu tayfalarının adları və yaşadıqları yerlər T.Nəcəflini maraqlandırır. 

Baranilərdən  başqa  həmin  tayfalar  bunlardır:  Sədli,  Baharlı,  Qaramanlı,  Alpaut,  Cagirli,  Ça-

xar, Hacılı, Ağacəri, Bayramlı, Duharlı (Duxarlı), Ayinli, Dögər, Süleymani, Zirki, Mahmudi 

və s. (21). Onların yaşadıqları yerlər isə Naxçıvan, İrəvan, Şuşa, Zəngəzur, Aranın və Şirvanın 

müxtəlif  yerləri,  Həmədan,  Göyçay,  Cəbrayıl,  Masallı,  Kirman,  Zəncan,  Xuzistan, 

Yelizavetpol, Qazax, Cavanşir və s. 

Azərbaycan Qaraqoyunlu dövlətinin siyasi tarixinə də nəzər yetirən T.Nəcəfli bu məsə-

ləyə  nə  az,  nə  çox,  20  səhifədən  artıq  yer  ayırmış,  bu  dövlətin  yaranmasını,  təşəkkülünü  və 

süqutunu əhatəli şəkildə təsvir edir (22). 

Azərbaycan hökmdarı Qara Yusifin siyasi fəaliyyətini araşdıran T.Nəcəfli onun şəxsiy-

yətindən bəhs edir  və  Azərbaycan Qaraqoyunlu dövlətinin quruluşu haqqında ətraflı danışır, 

bu  səltənətin  siyasi  quruluşu,  inzibati  idarə  sistemi,  saray,  divan  və  hərbi  təşkilatlarına  aid 

sistemləşdirilmiş fikirlər söyləyir, taxt-tacdan, sikkə və xütbədən, bayraq və sancaqdan, pad-

şahın  çadırlarından,  tuğdan,  tuğradan  və  möhürlərdən  (daha  nə  qaldı  ki,?)  söz  deməyi  də 

ununtmur (23). 

Sonra  isə  bəylərbəyi,  əmirülüməra,  şahzadə,  vəzir,  divan  əmiri,  pərvanəçi,  müxtəlif 

divanlar  (divani-inşa,  divani-istifa,  divani-ərz,  divani-işraf,  divani-təvaçi,  divani-vəzarət, 

divani-əmarət,  divani-məşvərət  və  s.)  bu  tədqiqatçının  fikrini  məşğul  edən  vəzifələrdən  və 

yüksək  məqamlardan olur (24). Əlbəttə, mustovfi, həkim, qazi, sədr, möhtəsib, əmirlər silki, 

hakim, yasovul, bukavul, çaşnigir, fərraş, quşçu, parsçı, yurtçi, inaq, baratdar, möhürdar, qor-

çi, təvaçi, əmiraxur, puşandar, türkəşbənd, qarovul və s.-də yaddan çıxmır (25). 

II fəsil Azərbaycan Qaraqoyunlu dövlətinin xarici siyasəti, yəni diplomatiyası haqqın-

dadır. Müəllif ilk olaraq Qaraqoyunlu-Ağqoyunlu münasibətlərinin şərhini verir (26), tarixşü-

naslığını  əhatə  edir  ki,  Qaraqoyunlu-Teymuri  münasibətlərinin  tədqiqi  Türkiyə  tarixşünas-

lığında  XX  əsrin  ortalarında  başlanmış,  bu  sahədə  Əbdürrəhim  Şərif  bəy,  İ.Uzunçarşılı, 

M.Yınanc,  Z.Toğan,  Y.Özər,  F.Sümer,  İ.Aka  kimi  tarixçilər  öz  sözlərini  demiş,  üçüncü  Qa-

raqoyunlu hökmdarı Cahanşahın ölümündən sonra da həmin münasibətlərin daha iki il davam 

etdiyini bildirmişlər (27). 

Zənnimcə  bu  fəslin  «Qaraqoyunlu-Gürcüstan  münasibətləri»  adlanan  3-cü  paraqrafı 

T.Nəcəflinin  bu  monoqrafiyasında  öz  orijinallığı  ilə  çox  seçilir,  çünki  bu  müəllifə  qədərki 

bütün  alimlər  həmin  münasibətlərə  bir  qədər  ötəri  toxunmuş,  bir  neçə  kəlmə  söz  deməklə 



Kitablar, Rəylər 

Тarix və onun problemləri, № 1 2014 

 

346 


kifayətlənmişlər. T.Nəcəfli isə, göründüyü kimi, yığcam olsa belə həmin münasibətlərə xüsusi 

yarımparaqraf  yazmış,  gürcü  çarı  I  Konstantin  (1407-1412),  onun  oğlu  I  Aleksandr  (1412-

1442), IV Vaxtanq (1442-1446)  kimi hökmdarlarla Qaraqoyunlu  padşahları arasındakı siyasi 

məsələlər haqqında türk tarixçilərinin əsərlərinə istinad edərək Cahanşahın Gürcüstana yürüşü 

nəticəsində  «mühüm  qənimət  ələ  keçirilməsi  və  gürcü  çarlarının  Qaraqoyunlulardan  asılılığı 

qəbul edib, onlara illik bac» ödəməli olduqlarını vurğulamışdır (28). 

Qeyd etməliyəm ki, bu monoqrafiyanın 3-cü paraqrafına nisbətən 4-cü paraqrafı, yəni 

Azərbaycan  Qaraqoyunlu  dövlətinin  Osmanlı  dövləti  ilə  mövcud  olan  qarşılıqlı  əlaqələri 

olduqca müfəssəldir, çünki həmin əlaqələr daha geniş olmuşdur. Göstərilir  ki, XIV əsrin so-

nunda Qaraqoyunlu tayfa ittifaqı Mosulda, Ərzurumda, Xoyda, Naxçıvanda və Göycə gölünün 

cənub  sahilində  artıq  möhkəmlənmişdilər.  Tədqiqatçı  xüsusi  vurğulayır  ki,  Qaraqoyunlu-

Osmanlı  münasibətləri  məsələsi  «indiyədək  Türkiyə  tarixçiləri  üçün  xüsusi  tədqiqat  obyekti 

olmamış  və buna  görə də onlar bu problemə  səthi yanaşmışlar (29). XV əsrin əvvəllərindən 

başlayaraq  genişlənən  həmin  münasibətlər  monoqrafiyada  təfsilatla  verilmiş,  Qaraqoyunlu 

dövlətinin yaranmasından süqutuna qədərki yarım əsrdən çox davam edən dövrü əhatə etmiş 

və qarşılıqlı əlaqələr baxımından olduqca oxunaqlı tərzdə qələmə alınmışdır (30). 

Bu fəslin «Azərbaycan Qaraqoyunlu dövlətinin Misir məmlük dövləti ilə münasibətlə-

ri»  adlanan  5-ci  paraqrafı  da  xüsusi  bir  məsələnin  tədqiqinə  ayrılan  (əlbəttə,  əsasən  Türkiyə 

tarixşünasları tərəfindən) orijinal bir hissədir. Bzim müəllif yazır: «Azərbaycan Qaraqoyunlu 

dövləti ilə Misir Məmlük sultanlığı arasındakı siyasi əlaqələr XIV əsrin sonunda Qaraqoyunlu 

bəyliyinin  məmlük  sultanları  ilə  siyasi  münasibətlər  yaratmasıyla  başlamışdır.  Dövrün  qay-

naqları  bu  əlaqələrin  əsasının  hələ  Qaraqoyunlu  Qara  Yusifin  Azərbaycanda  siyasi  haki-

miyyəti ələ almasından əvvəl baş verdiyini qeyd edirlər. XIV əsrin son rübündə Qaraqoyunlu 

bəyliyi Şərqi Anadoluda siyasi güc mərkəzinə çevrilərək, bölgədə baş verən siyasi hadisələrdə 

fəal iştirak etməyə başladı» (31). 

Zamanın tələbinə uyğun olaraq Qaraqoyunlular nisbətən güclü dövlət qurmaları ilə mü-

nasibətlər yaratmağa cəhd edirdilər. Bu dövlətlə məmlüklər arasındakı münasibətlər hələ Qara 

Yusifin babası Bayram Xoca Qaraqoyunlunun 1372-ci ildə Mosul şəhərini mühasirəyə almağı 

ilə  başlandı  və  davam  etdi.  Bəs  nə  idi  Qaraqoyunlu-Məmlük  münasibətlərini  inkişaf  etdirən 

səbəb?  Bu  sualın  cavabını  yenə  də  bu  monoqrafiyada  oxuyuruq:  «XIV  əsrin  sonunda  Əmir 

Teymurun Ön Asiyaya hərbi yürüşləri Şərqi Anadoluda siyasi hadisələrin gedişinə əsaslı təsir 

etdi  və  öz  növbəsində  Qaraqoyunlu-Məmlük  münasibətlərinin  inkişafını  şərtləndirmiş  oldu. 

Əmir  Teymur  tərəfindən  Azərbaycanın  işğal  edilməsindən  (1386)  sonra  Azərbaycanda  və 

Şərqi Anadoluda teymurilərə qarşı mübarizə aparan qüvvələrin Misir Məmlük dövlətilə siyasi 

əlaqələri xeyli  gücləndi. Qeyd olunan dövrdə bölgədə Əmir Teymura qarşı  mübarizə aparan 

əsas qüvvələrdən biri məhz Qaraqoyunlu bəyliyi idi (32).  

Qara  Yusifin  atası  Qara  Məhəmməd  də  Məmlük  sultanı  ilə  yaxın  münasibət  yaratdı. 

Əmir Teymurun 1401-ci ildə Bağdadı və Şamı, sonrasa Osmanlı sultanını (1402) məğlubiyyə-

tə  uğratması  Qara  Yusifi  də  bölgədə  yeganə  siyasi  mərkəz  olan  Misirin  məmlük  sultanı  ilə 

əlaqələri gücləndirməyə vadar etdi (33). 

Amma XV əsrin ortalarında Qaraqoyunlu-Məmlük münasibətlərində müəyyən gərgin-

lik  yarandı,  çünki  Ərzincanın  Ağqoyunlular  tərəfindən  ələ  keçirilməsi  və  çox  keçmədən  bu 

nahiyənin  yenidən  Qaraqoyunlular  tərəfindən  tutulması  və  Cahanşahın  Malatyaya  qədər 

irəliləməsi  Məmlük  sultanını  narahat  etməyə  başladı.  Sultanın  qarşısında  artıq  Cahanşahın 

şəxsində  yeni  bir  güclü  rəqib  dayanmışdı.  Lakin,  rəqiblər  dövrün  tələbinə  uyğun  hərəkət 

etdilər  və  Sultan  Seyfəddin  Çaxmaq  əz-Zahirlə  Cahanşah  padşah  arasında  əlaqələr  yenidən 




Kitablar, Rəylər 

Тarix və onun problemləri, № 1 2014 

 

347 

yaxşılaşdı.  Bu  vəziyyət  yenə  uzun  çəkmədi.  Belə  ki,  Şərqi  Anadoluda  siyasi  vəziyyətə  nə-

zarətin  Ağqoyunluların  əlinə  keçməsi  və  bölgədə  Cahanşah  Qaraqoyunlunun  mövqeyninin 

zəifləməsi Misir Məmlük sultanının Ağqoyunlulara tərəf meyillənməsinə səbəb oldu (34). Nə 

etmək  olardı?  Dünya  beləydi.  Dövr  beləydi.  Dövran  beləydi.  Güclü  güclünün  tərəfini  sax-

layırdı. 

Əsərin  III  fəsli  Azərbaycan  Ağqoyunlu  dövlətinin  ictimai-siyasi  tarixinin  Türkiyə 

tarixşünaslığında  əks  etdirilməsinə  həsr  olunmuşdur.  Bu  fəsildə  Ağqoyunluların  mənşəyi 

məsələsi, əlbəttə, ön plandadır. 

Kimlərdir  Ağqoyunlular?  Ağ  bayraq  üzərində  ağ  qoyun  şəkli  görünərmi?  Məgər  ağ 

parça üzərində ağ qoyun çəkmək gözlərə görünə bilərmi? Ağqoyunlu tayfa birliyinə daxil olan 

boyların mənşəyi məsələsi Azərbaycan və Türkiyə tarixşünaslığında nə səviyyədə işlənmişdir? 

Türkiyə tarixçiləri arasında Ağqoyunlu tayfalarına bu adın verilməsilə bağlı fikir birlyi 

yoxdur.  Bu  fikir  müxtəlifliyi  qədim  türklərdə  qoyunun  (qoç)  totem  kimi  qəbul  edilib-

edilməməsi fikrindən doğmuşdur. Məsələnin elmi həlli, bilavasitə bundan asılıdır. Tarixçilərin 

bir  qismi  bu  adın  Ağqoyunlulara  onların  qədim  totemləri  ilə  bağlı  verildiyini  göstərir. 

M.Yınancın  fikrincə,  Ağqoyunlular  qədimdən  qoyun  toteminə  bağlı  olmuş  və  islamı  qəbul 

etdikdən sonra da bu totemə sadiq qalaraq bayraqlarına qoyun (qoç) təsvirləri çəkdirmiş, qəbir 

daşlarını qoç heykəlləri şəklində qoydurmuşlar. 

Ş.Səfəroğlu  və  Ə.Müdərrisoğlu  belə  hesab  edirlər  ki,  «Ağqoyunlu»  adı  türklərin  isla-

maqədərki  dövrün  qoyun  totemi  (özü  də  ağ)  ilə  bağlıdır.  Ağqoyunlular  əcdadları  olan  hun 

türklərinin  ənənələrini  davam  etdirmişlər,  adları  çəkilən  bu  iki  müəllif  «Ağqoyunlu»  adını 

coğrafi  cəhətlə  bağlamağa  çalışaraq  qeyd  edirlər  ki,  Qoyunlu  (hun)  türklərinin  Anadolunun 

cənubunda yerləşən boyları «Ağqoyunlu», şimalında məskunlaşan boyları isə «Qaraqoyunlu» 

adlanmışdır. 

Azərbaycan tədqiqatçılarından E.Mehrəliyev də «Qaraqoyunlu» və «Ağqoyunlu» adla-

rındakı «qara» və «ağ» sözlərinin coğrafi cəhət bildirdiyini göstərir. Osman Turan Ağqoyunlu-

ların  qoyunun  qədim  totemləri  olduğu  üçün  bu  adı  qəbul  etdiklərini  və  bayraqlarına  da  ağ 

qoyun (qoç) rəsmlərini qoyduqlarını qeyd edir. 

Türkiyə  tarixçilərinin  digər  bir  qismi  isə  Ağqoyunlulara  bu  adın  bəslədikləri  qoyun 

sürülərinin  rənginə  görə  verildiyini  israr  edirlər.  Həmin  tarixçilər  bunu  Oğuz  boylarına  aid 

onqonların əti yeyilməyən yırtıcı quşlar olması və onqon kimi qəbul edilmiş heyvanın ətinin 

yeyilməməməsi faktı ilə əsaslandırmağa çalışırlar. 

Avropa  tədqiqatçılarından  D.Dogini  qeyd  edir  ki,  Ağqoyunluların  bayraqlarında  ağ 

qoyun rəsmi olduğu üçün onlara bu ad şamil edilmişdir. Bu fikir həm bəzi Türkiyə tarixçiləri, 

həm də Azərbaycan müəllifləri tərəfindən qəbul edilmişdir. Hətta son tədqiqatlarda da həmin 

fikir öz əksini tapmışdır (35). 

Lakin,  T.Nəcəfli  bu  fikirlə  razılaşmır  və  ona  tənqidi  yanaşır.  Çünki,  Ağqoyunluların 

bayraqlarında olan ağ qoyun rəsminə görə Ağqoyunlu «adlanmaları» ona qətiyyən inandırıcı 

görünmür və onda belə bir sual yaranır: «Bəs tayfa bayraqlarının yaranmasına qədərki dövrdə 

bu tayfa necə adlanmışdır?» Sual Tofiqindir, cavab da: «Belə nəticəyə gəlmək olar ki, Ağqo-

yunluların əski təfəkküründə qoyun (qoç) onqon olmaqla yanaşı, hələ qədim dövrlərdə yaylaq-

qışlaq  həyatı  yaşayan  Ağqoyunlu  tayfaları  Azərbaycanın  qərb  bölgələri  ilə  yanaşı  monqol 

hücumları  zamanı  cənub  Şərqi  Anadoluda  məskunlaşmışdılar.  Maraqlıdır  ki,  bu  dövrdə  on-

lardan şimalda Qaraqoyunlu tayfaları yerləşmişdi. Qədim türk tayfalarının təfəkküründə quzey 

qara,  güney  qırmızı,  batı  ağ,  doğu  göy  anlamında  olduğu  üçün  Şərqi  Anadolunun  şimalında 

yerləşən və qoyunçuluqla məşğul olanlar Qaraqoyunlu, onlardan cənub-qərbdə yerləşənlər isə 



Kitablar, Rəylər 

Тarix və onun problemləri, № 1 2014 

 

348 


Ağqoyunlu  adlanmışlar.  Bu  tayfalar  tarixi  ənənəni  uzun  müddət  yaşatmış  və  qəbirüstü 

abidələrini də qoç fiquru formasında qoymuşlar (36). 

Müəllifə  görə,  bəzi  türk  tarixçiləri  Ağqoyunlu  bayraqlarında  ağ  qoyun  rəsminin 

olmadığını  göstərirlər. Onlar Topqapı  Saray  Muzeyində saxlanılan  və Uzun Həsənə aid olan 

ağ  bayraq  üzərində  qoyun  rəsminin  olmadığını,  üzərində  «Sultan  Həsən  Bahadur»  sözləri 

yazılmış Bayandur damğasının vurulduğunu sübut gətirirlər (37). 

Kitabda  Ağqoyunlu  tayfa  birləşməsinin  aşağıdakı  tayfalardan  ibarət  olduğu  göstərilir: 

Bayandur,  Bayat,  Dögər,  Çəpni,  İnallı,  Cagirli,  Ərəbgirli,  Bicən,  Duharlı,  Bayramlı,  Hacılı, 

Mosullu,  Pornak,  Qoca  Hacılı,  Əfşar,  Sədli,  Ağmalı,  Qacar,  Alpaut,  Ağacəri,  Qaramanlı, 

Şeyxli, Əhmədli, Tabanlı, Heydərli, Əmirli, İzzədin Hacılı, Çavundur, Həmzə Hacılı, Yurtçu, 

Süleyman Hacılı, Dodurğa, Karqın, Bəğdilli (38). 

III  fəslin  2-ci  yarımparaqrafı  Azərbaycan  Ağqoyunlu  dövlətinin  siyasi  tarixinin  təd-

qiqidir.  Bu  tarixi  tədqiq  edən  türk  tarixçilərinin  əsərlərində  (İ.Uzunçarşılı,  M.Yınanc, 

F.Sümer, Ş.Turan, S.Ərşahin, İ.Erdəm, K.Paydaş) siyasi tarixi məsələlər xüsusi tədqiqat möv-

zusu kimi araşdırılmışdır. Z.Toğanın, Ə.Şərif bəyin, F.Kırzıoğlunun, Y.Öztunanın, S.Tanselin 

və  K.Gürünün  əsərlərində  də  Ağqoyunlularla  bağlı  mühüm  məlumatlar  öz  əksini  tapmışdır 

(39). 

III fəslin 3-cü yarımparaqrafında Uzun Həsənin şəxsiyyəti araşdırıldıqdan (40) sonra 4-



cü yarımfəsildə onun məşhur anası Saray Xatunun fəaliyyətinə diqqət yetirilir (41). 

Fəslin ən  maraqlı yarımparaqrafı isə zənnimizcə, 5-ci yarımparaqraf olan  Azərbaycan 

Ağqoyunlu dövlətinin quruluşudur. Burada da Ağqoyunlu dövlətinin mahiyyət etibarilə Tey-

muri  və  Qaraqoyunlu  dövlətlərinin  ənənəsini  davam  etdirdiyi  nəzəri  cəlb  edir,  hökmdarlığa 

məxsus taxt, sikkə, xütbə, bayraq, xalat (bəlkə xələt), səltənət çadırı, tuğradan danışılır,  Ağ-

qoyunlu  dövlətində  siyasi  aparatın  idarə  olunmasında  iştirak  edən  bəylərbəyi,  əmirülməra, 

divan rəisi, baş vəzir və başqalarından bəhs olunur, mustovfi, qazi, sədr, müfti, möhtəsib, dar-

ğa, yasovul və s. mahiyyəti açıqlanır, ordu və onun təşkili tədqiqat obyekti olur (42). 

IV fəsil «Azərbaycan Ağqoyunlu dövltinin xarici siyasəti müavir Türkiyə tarixşünaslı-

ğında» adlanır. Adına uyğun yazılan bu fəsildə Ağqoyunluların Səfəvilər, Teymurilər, Gürcüs-

tan hakimləri, Osmanlı, Misir və Qərbi Avropa dövlətləri ilə diplomatik münasibətləri müfəs-

səl  işıqlandırılır,  o  cümlədən  Türkiyə  alimlərinin  bu  sahədəki  tədqiqatlarına  qiymət  verilir. 

Tədqiqatçılardan  T.Gündüz,  A.Arayancan,  M.Ekinci,  İ.Ərdəm,  K.Paydaş,  F.Sümer  Səfəvilər 

dövlətinin yaranmasınadək Ağqoyunlu-Səfəvi şeyxləri arasındakı münasibətlərdən ətraflı bəhs 

etmiş (43), F.Sümeri, İ.Akanı, M.Yınancı Ağqoyunlu-Teymuri münasibətləri maraqlandırmış 

(44), F.Sümer, K.Paydaş, M.Yınanc, F.Kırzıoğlu, S.Ərşahin kimi məşhur tarixçilər Ağqoyun-

lu-Gürcüstan münasibətlərinə öz münasibətlərini bildirmiş (45), X.İnalcıq, B.Baykal, Y.Yucel, 

R.Kılıc,  Ə.Sadiq  Ərzi,  A.Sina,  Y.Öztuna,  M.Ərəndil,  Ş.Turan,  İ.Uzunçarşılı,  S.Ərşahin, 

S.Tansel, A.Şimşirgil, Ə.Qonuqçu, V.Çabuk, S.Çöhrə, Z.Toğan, İ.Ərdəm Ağqoyunlu-Osmanlı 

qarşılıqlı əlaqələri haqqında geniş mülahizə yürütmüşlər (46). T.Nəcəfli Ağqoyunlu-Osmanlı 

münasibətlərinin  Türkiyə  tarixçiləri  tərəfindən,  bütün  uğurlara  baxmayaraq,  hələ  də  lazımi 

səviyyədə işlənməməsi xüsusunda onlara öz iradını bildirməkdən qalmır: «Beləliklə, Türkiyə 

tarixçiləri Ağqoyunlu-Osmanlı münasibətlərinin müxtəlif dövrlərini araşdırarkən, Ağqoyunlu-

Osmanlı ziddiyyətlərinə, tərəflər arasındakı müharibəyə daha geniş yer vermişlər. Ağqoyunlu 

hökmdarı  Uzun  Həsənin  ölümündən  sonrakı  dövrdə  Ağqoyunlu-Osmanlı  münasibətləri  Tür-

kiyə tarixşünaslığında lazımi səviyyədə araşdırılmamışdır. Hətta  Ağqoyunlularla  bağlı tədqi-

qat işi aparan İ.Uzunçarşılı, M.Yınanc, F.Sümer, S.Ərşahin, İ.Erdəm və K.Paydaş da bu məsə-

lələrə geniş diqqət yetirməmişlər» (47). 




Kitablar, Rəylər 

Тarix və onun problemləri, № 1 2014 

 

349 

IV fəslin 5-ci paraqrafında isə Ağqoyunlu dövlətinin Misir məmlük sultanlığı ilə müna-

sibətləri əks etdirilmişdir. Müəllif yazır ki, «onların arasında qarşılıqlı əlaqələr hələ XIV əsrin 

sonunda yaranmışdır. Bu əlaqələr qarşlıqlı mənafeyə əsaslandığı üçün dövrün geosiyasi vəziy-

yətindən  asılı  olaraq  gah  düşmən,  gah  da  dostluq  xarakteri  daşımışdır.  XIV  əsrin  sonlarında 

Əmir Teymurun növbəti yürüşü ilə bağlı Şərqi Anadoluda siyasi durum xeyli gərginləşdi (48). 

Lakin Əmir Teymur ordusunun bölgəni tərk etməsindən sonra Ağqoyunlu-Misir əlaqələri də-

yişən siyasi xətlə inkişaf etmiş, gah yaxşılaşmış, gah da pisləşmişdi. Qara Osman Ağqoyunun 

xarakteri,  məlum  olduğu  kimi,  olduqca  ziddiyyətli  olmuşdur.  Onun  Məmlük  sultanı  Şeyx 

Mahmudi  ilə  münasibəti  normal  idisə,  Əşrəf  Barsbayın  hakimiyyəti  dövründə  dostluq  əla-

qələrinə tamamilə son qoyuldu. Belə ki, oğlu Əli bəyin həbsi ilə bağlı oğlunun azad olunma-

sından  ötrü  Qara  Osmanın  göstərdiyi  bütün  səyləri  Sultan  Barsbay  cavabsız  qoydu.  Bu  mə-

sələdən  qəzəblənən  Qara  Osman  yenidən  Məmlük  torpaqlarını  viran  etməyə  başladı.  Hətta 

Sultan Barsbayı təhqir edərək ona ayna, xalat və haçaquyruq qoyun göndərdi» (49). 

1435-ci  ildə  Qara  Osmanın  ölümündən  sonra  Ağqoyunlu  bəyliyində  hakimiyyətə  Əli 

bəy gəldi. Onun məmlüklərlə münasibətləri yaxşılaşdırmaq istəyi gözlədiyi nəticəni vermədi. 

O, Xarputu Sultan Əşrəf Barsbaya güzəştə getsə də vəziyyət düzəlmədi ki, düzəlmədi. 1444-

cü  ildə  Cahangir  Mirzənin  Ağqoyunlu  bəyliyində  hakimiyyəti  ələ  almasından  sonra  da  Ağ-

qoyunlu-Məmlük  münasibətlərində  soyuluk  hökm  sürməkdə  idi.  «Cahangir  Mirzənin  rəh-

bərliyi altında tarixinin ən çətin dövrünü yaşayan Ağqoyunluların müqəddaratı məsələsi Məm-

lüklərlə Qaraqoyunlular arasında diplomatik çəkişmə  mövzusuna çevrildiyi bir  vaxtda siyasi 

mübarizə meydanına gənc şahzadə Uzun Həsən çıxdı» - yazır T.Nəcəfli (50). 1452-ci ildə Ca-

hangir Mirzənin Diyarbəkrdən səfərə çıxdığını öyrənən Uzun Həsən fürsətdən istifadə edib bu 

şəhəri  ələ  keçirdi.  İ.Erdəm  və  K.Paydaş  tərəfindən  verilən  məlumata  görə,  Uzun  Həsən  Di-

yarbəkri  tutduqdan  sonra  şəhərin  açarlarını  asılılıq  rəmzi  kimi  Qahirəyə-Məmlük  sultanına 

göndərdi. Uzun Həsənin bu hərəkətindən razı qalan Sultan Çaxmaq açarları ona geri qaytardı 

və Uzun Həsəni rəsmən Diyarbəkrin valisi kimi tanıdı (51), lakin Ağqoyunlu-Məmlük müna-

sibətləri 1461-ci ildə Misir sultanı Əşrəf İnalın ölümündən sonra yenidən zəifləməyə başladı. 

Bütün bu hadisələr bir daha bunu söyləməyə dəlalət edir ki, onların qarşılıqlı münasibətləri bu 

dövlətlərin apardıqları siyasətlə bağlı olmuşdur və tez-tez dəyişməkdəydi. Xarput qalası həmin 

dövrdə dəfələrlə əldən-ələ keçmiş, gərgin Ağqoyunlu-Məmlük münaqişələrinə səbəb olmuşdu. 

T.Nəcəflinin  yazdığına  görə  münaqişələrə  tezliklə  xitam  verildi,  çünki  «Ağqoyunlu-Məmlük 

münasibətlərindəki  gərginliyinin aradan qalxmasında xarici amillərin təsirini nəzərdən qaçır-

mamaq lazımdır. Osmanlı dövlətinin Qaramanda möhkəmlənərək Misir sultanının asılılığında 

olan Zülqədər bəyliyinə təzyiqlərini artırması və Qaraqoyunlu Cahanşahın Ağqoyunlu bəyliyi 

üçün  ciddi  təhlükə  yaratması  Ağqoyunlu-Məmlük  münasibətlərinin  nizama  salınmasına 

müsbət təsir göstərdi (52). 

Monoqrafiyada  oxuyuruq:  «1468-ci  ildə  Uzun  Həsən  Qaraqoyunlular  üzərində  qələbə 

qazanaraq  Azərbaycanda  siyasi  hakimiyyəti  ələ  aldıqdan  sonra  Azərbaycan  Ağqoyunlu 

dövlətilə Misir Məmlük dövləti arasında münasibətlər daha da möhkəmləndi. S.Ərşahinin fik-

rincə, Uzun Həsən Qaraqoyunluları ortadan qaldırıb Teymuriləri də Xorasana sıxışdırdıqdan 

sonra Məmlüklərlə daha sıx əlaqə qurmağın vacibliyini lazım bildiyindən Qahirəyə bağlılığını 

bildirdi. Onun əsas məqsədi Osmanlılar qarşısında təklənməmək üçün Məmlüklərin etimadını 

qazanmaq idi. Şübhəsiz ki, iki dövlət arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsində Məm-

lük sultanı da  maraqlı idi. Artıq bu zaman Məmlük sarayında taxt-tac uğrunda  gedən  müba-

rizədə Əşrəf Qayıtbəy öz mövqeyini möhkəmləndirdi. Məhz bu səbəbdən, 1468-ci ilin avqus-




Kitablar, Rəylər 

Тarix və onun problemləri, № 1 2014 

 

350 


tunda  Uzun  Həsən  ona  dostluq  münasibətlərini  çatdırmaq  üçün  təbrik  məktubu  göndərdi» 

(53). 


Ağqoyunlu padşahı Məmlük sultanının artıq rəğbətini qazana bilmişdi. Bu zaman sul-

tan  padşaha  bir  elçi  göndərdi.  Əbubəkr  Tihrani  yazır:  «…Misir  sultanı  Qayıtbay  tərəfindən 

göndərilən  elçi  dəbdəbəli  surətdə  və  qiymətli  töhfələrllə  gəlib  yetişdi,  sədaqət,  dostluq  və 

vilayətlərin fəthi münasibətilə təbriklər ifadə edən bəlağətli bir məktub təqdim etdi. O da hör-

mətlə qarşılanıb ənam və hədiyyələr aldıqdan sonra yola salındı». Tarixçinin verdiyi məlumat 

bir daha təsdiq edir ki, Ağqoyunlu dövlətinin yaranması ilə onların qarşılıqlı münasibətləri xoş 

məcrada inkişaf etməyə başladı (54). 

Amma,  az  sonra  Uzun  əsən  Məmlük  sultanının  nəzarətində  olan  Suriya  ərazisindən 

keçməklə Aralıq dənizinə çıxmaq qərarına gəldi. O, bu qərarını gerçəkləşdirmək üçün 1472-ci 

ilin oktyabrında yürüşə başladı. Şübhəsiz ki, bu yürüş Ağqoyunlu-Məmlük  münasibətlərində 

yenidən gərginlik yaratdı (55). 

1478-ci  ildə  Uzun  Həsənin  ölümündən  sonra,  Sultan  Yaqubun  hakimiyyəti  dövründə 

(1478-1490)  Ağqoyunlu-Məmlük  münasibətlərində  siyasi  gərginlik  hələ  davam  etməkdəydi 

(56). 


Beləliklə, XV əsrdə bu şahlıq və sultanlıq dövlətləri arasında mövcud qarşılıqlı müna-

sibətlərin  Türkiyə  tarixşünaslığında  tədqiqi  səviyyəsinin  öyrənilməsi  göstərir  ki,  onların  ara-

sındakı münasibətlər heç də həmişə sabit olmamış, tarixi şəraitdən və bölgədə baş verən siyasi 

hadisələrdən tamamilə asılı olmuşdur. Belə ki, iki dövlət arasındakı qarşılıqlı əlaqələrə, eləcə 

də  siyasi  maraqlara  söykənən  əməkdaşlığa  daha  çox  Osmanlı  dövlətinin  bölgədə  yeritdiyi 

siyasət  öz  təsiri  göstərirdi.  Ağqoyunlu  və  Məmlük  dövlətləri  Cənub-Şərqi  Anadoluda  siyasi 

nüfuz  qazanmaq  uğrunda  gedən  mübarizənin  müəyyən  mərhələsində  müttəfiq  kimi  çıxış 

etsələr  də,  hər  iki  dövlətin  siyasi  maraqları  bölgədə  toqquşan  zaman  onlar  arasındakı  müna-

sibətlər gərginləşərək pisləşirdi. Buna baxmayaraq, Ağqoyunlu və Məmlük dövlətləri arasında 

mövcud siyasi münasibətlər qeyri-sabit və mürəkkəb olduğu üçün hətta tərəflər bir-birinə qarşı 

zor vasitələrindən istifadə etməkdən də çəkinmirdilər (57). 

IV fəslin son paraqrafı (VI paraqraf) Ağqoyunlu dövlətinin Qərbi Avropa dövlətləri ilə 

əlaqələrinin tarixşünaslığına həsr olunmuşdur. Müəllif qeyd edir ki, Azərbaycan tarixşünaslı-

ğında Ağqoyunlu dövlətinin Avropa ölkələri ilə diplomatik əlaqələri Y.Mahmudov tərəfindən 

dərindən  araşdırılmışdır.  Türkiyə  tarixşünaslığında  isə  bu  məsələ  Ş.Turan  tərəfindən  tədqiq 

olunmuşdur. Bununla yanaşı İ.Uzunçarşılı, Y.Öztuna, S.Ərşahin, İ.Erdəm və K.Paydaşın əsər-

lərində də bu məsələyə toxunulmuşdur (58). 

Tədqiqatlar göstərir ki, Ağqoyunluların aşağıdakı Qərbi Avropa dövlətləri ilə daha ge-

niş əlaqəsi olmuşdur: Venesiya Respublikası, Trabzon, Almaniya, Papalıq, Kipr, Rodos, Ma-

carıstan və s. 

Əlbəttə, Ağqoyunluların Qərbdəki başlıca müttəfiqi Venesiya Respublikası idi və ara-

larında müttəfiqlik müqaviləsi imzalanmışdı. Lakin, Venesiya həlledici məqamda müqaviləyə 

riayət etmədi (qərb ikiüzlülüyü!). Ağqoyunlu hərbi qüvvələri müqavilə şərtlərinə əməl edərək 

1472-ci ilin yayında… Osmanlı qoşunu üzərində qələbə qazandı. Lakin bu müvəqqəti qələbə 

idi. Ağqoyunlu-Osmanlı müharibəsinin (1472-1473) qızğın çağında Türkiyə ilə gizli danışığa 

girən  Venesiya  Respublikası  müttəfiqinin  müvəqqəti  qələbələrindən  istifadə  edərək  Osmanlı 

sultanından dinc yolla ticarət imtiyazları qoparmağa çalışdı, bununla da Ağqoyunlu dövlətinin 

məğlub  olmasına  şərait  yaratdı.  Nəticədə,  Osmanlı  sultanı  özünün  bütün  hərbi  qüvvələrini 

Uzun Həsənə qarşı səfərbər edə bildi və Otluqbelidə mühüm qələbə qazandı. Ş.Turan Otluq-

beli  döyüşündən  sonra  Venesiyanın  ardıcılı  olaraq  Ağqoyunlu  sarayına  üç  diplomat  göndər-




Kitablar, Rəylər 

Тarix və onun problemləri, № 1 2014 

 

351 

məsinin səbəblərinə toxunaraq yazır ki, belə bir qərarın verilməsində Venesiya senatının Uzun 

Həsənin  Otluqbeli  məğlubiyyətindən  nə  qədər  təşviş  keçirdiyini  göstərir,  çünki  Ağqoyunlu-

ların  məğlubiyyəti  Osmanlı  imperiyasının  qələbəsi  deməkdi  və  bu  qələbə  Qərbi  Avropa 

dövlətlərinin zərərinə idi (59). 

Nəhayət V fəsil. Özü də bu kitabın Azərbaycan Qaraqoyunlu və  Ağqoyunlu dövlətlə-

rində ictimai-iqtisadi və mədəni həyat kimi mühüm məsələyə həsr olunmuş sonuncu fəsli. 

V fəslin 5 yarımparaqrafı aşağıdakıları əhatə edir: 

1. Kənd təsərrüfatı və aqrar münasibətlər; 

2. Uzun Həsən və varislərinin islahatları; 

3. Ticarətin inkişafı; 

4. Maarif və elm; 

5. Memarlıq və incəsənət. 

Türkiyə tarixşünaslığında XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin ictimai-

iqtisadi həyatının tədqiqinə geniş yer verilməsə də, məsələlər araşdırılmışdır (60). Dövlət tor-

paqları  /əraziyi-divani,  əraziyi-xasə/,  soyurqal  institutu,  iqta,  tiyul,  mülk,  icma,  vəqf  torpaq-

larına türk alimləri tərəfindən  müəyyən diqqət yetirilmiş, bundan başqa 30-dan çox  vergi  və 

mükələlfiyyət növləri tədqiqat obyekti olmuşdur (61). 

Uzun Həsən və onun varislərinin islahatlarına gəldikdə isə, şübhəsiz ki, bu kitabda döv-

lətdə vergi işlərini nizama salan «Qanunnamə» haqqında dəfələrlə danışılmışdır. Uzun Həsə-

nin  fərmanı  ilə  hazırlanmış  «Qanunnamə»  Osmanlılar  tərəfindən  bir  müddət,  səfəvilər  tərə-

findən  isə  uzun  zaman  ərzində  istifadə  edilmişdir.  F.Sümer  bu  sənədi  Ağqoyunlu  dövlətinin 

islam aləminin maliyyə tarixinə mühüm bir töhfəsi kimi qiymətləndirir (62). 

Uzun  Həsənin  vəfatından  sonra  onun  varisləri  tərəfindən  (Sultan  Yaqub  və  Gödək 

Əhməd)  də  islahat  cəhdləri  olmuşdur.  T.Nəcəfli  yazır:  «Hakimiyyətin  mərkəzləşdirilməsinə 

yönəldilmiş  islahat  cəhdləri  bu  dəfə  nəticəsiz  qaldı.  Bu  dövrdə  islahata  qarşı  çıxmış  siyasi 

qüvvələr daha  güclü idi. Cəmi 7 ay hakimiyyətdə olmuş  Sultan Əhmədin (Gödək Əhmədin) 

əmirlərin  qaldırdığı  qiyam  zamanı  öldürülməsi  ilə,  həyata  keçirilən  islahatlar  yarımçıq  qaldı 

(63). 

Fəslin 3-cü paraqrafı ticarətin inkişafı məsələsindən bəhs edir. Azərbaycan Qaraqoyun-



lu və Ağqoyunlu dövlətləri Qərb dünyası ilə geniş ticarət əlaqəsi yaratmışdılar. Mərkəzi Asi-

ya, Çin, Hindistan və İran  körfəzini Qara dəniz və Aralıq dənizi hövzələri ilə Yaxın və Orta 

Şərq ölkələrini Dərbənd keçidi il əvə Volqa-Xəzər su yolu vasitəsilə Rusiya ilə əlaqələndirən 

beynəlxalq ticarət yollarının  bu dövlətlərin ərazisindən  keçməsi onların xarici iqtisadi əlaqə-

lərinə müsbət təsir göstərirdi. Eyni zamanda, Azərbaycanın, habelə bütövlükdə Cənubi Qafqaz 

və  İranın  məşhur  sənətkarlıq  və  ticarət  mərkəzlərinin  xammal  ehtiyatlarının  bu  dövlətlərin 

əlində  cəmləşməsi  onların  bilavasitə  özlərinin  və  Qərb  ölkələri  ilə  geniş  ticarət  əlaqəsi 

saxlamasına  əlverişli  şərait  yaradırdı.  Azərbaycan  ipəyi,  xüsusilə  xam  ipək  Qaraqoyunlu  və 

Ağqoyunlu  dövlətlərinin  Avropa  ölkələri  ilə  qarşılıqlı  əlaqələrində  mühüm  rol  oynayırdı. 

Azərbaycan  dövlətlərinin  Avropa  ölkələri  ilə  qarşılıqlı  ticarət  əlaqələri,  əslində  Şərq-Qərb 

sivilizasiyaları arasında ən qədim zamanlardan başlamış qarşılıqlı əlaqələrin davamı və konk-

ret mərhələsi idi (64). 

Tofiq  Nəcəfli  nəzərə  çatdırır  ki,  bütövlükdə  XV  əsr  /əsrin  əvvəlini  və  sonunu  nəzərə 

almasaq/  Azərbaycanda  şəhər  həyatının  nəzərə  çarpacaq  dərəcədə  canlanması,  şəhərlərin 

ticarət-sənətkarlıq əhəmiyyətinin artması dövrü kimi qiymətləndirilə bilər. Şəhərlərin inkişafı 

həm  daxili,  həm  də  xarici  bazarda  əmtəələrə  olan  tələbatın  artması  ilə  əlaqədar  idi.  Avropa 

ölkələrində  və  Asiyada  əmtəə-pul  münasibətlərinin  inkişafı  hər  iki  qitə  arasında  tranzim 



Kitablar, Rəylər 

Тarix və onun problemləri, № 1 2014 

 

352 


ticarətin genişlənməsinə şərait yaratdı. Azərbaycan şəhərləri bu inteqrasiya prosesində mühüm 

rol oynamışdır (65). 

XV  əsrdə  Azərbaycanın  xarici  ticarət  əlaqələrinin  genişlənməsi,  xüsusən  Azərbaycan 

ərazisindən keçən beynəlxalq karvan yollarının daha da canlanması Azərbaycan şəhərlərinin, 

o  cümlədən  Təbriz,  Şamaxı  və  başqa  şəhərlərimizin  iqtisadi  həyatına  müsbət  təsir  göstərdi. 

Belə ki, ayrı-ayrı sənətkarlıq sahələrinin inkişafı ilə yanaşı, beynəlxalq ticarət mərkəzləri ol-

maları da Azərbaycan şəhərlərinin iqtisadi tərəqqisində mühüm rol oynayırdı. Məhz Avropa-

Asiya ticarətində əlaqələndirici rol oynadığı üçün təbriz Yaxın və Orta Şərqin ən böyük ticarət 

mərkəzinə çevrildi (66). 

Qeyd  etmək  lazımdır  ki,  Müasir  Türkiyə  tarixçilərinin  araşdırmalarında  Azərbaycan 

ipəyi əsasən  İran ipəyi, tacirlərimiz də  İran  və ya Əcəm taciri  kimi təqdim olunmuşdur. Əs-

lində isə  Azərbaycanın Osmanlı dövləti ilə ticarətini həyata  keçirənlərin böyük əksəriyyətini 

azərbaycanlı  tacirlər  təşkil  etmişdi.  Xəlil  İnalcığın  verdiyi  məlumata  görə,  məhz  XV  əsrdə 

Azərbaycan  Bursaya  gələn  ipək  tacirləri  arasında  azərbaycanlılar  üstünlük  təşkil  edirdilər. 

Onların əksəriyyəti Təbriz, Şamaxı, Çüxursəd və Şirvandan olan tacirlər idi (67). 

XV  əsrin  birinci  yarısında,  xüsusən  Qaraqoyunlu  Cahanşahın  hakimiyyəti  dövründə 

ticarət sahəsində nisbətən canlanma nəzərə çarpır (68). XV əsrin ortalarına doğru Azərbaycan 

qonşu  Osmanlı  dövləti  və  Qərbi  Avropa  ölkələri  ilə  geniş  ticarət  əlaqələri  saxlayırdı  (69). 

K.Paydaşın  fikrincə,  Ağqoyunlu  hökmdarları  beynəlxalq  ticarətə  böyük  əhəmiyyət  verərək, 

ticarətin  inkişafı  üçün  mühüm  önəm  daşıyan  keçid  yollarını  öz  nəzarətləri  altına  almağa  ça-

lışırdılar (70). 

V  fəslin  4-cü  paraqrafı  maarif  və  elmdən  danışır.  Mədəniyyətin  tərkib  hissələrindən 

olan bu sahə üzrə Türkiyə tarixçilərindən İ.Uzunçarşılı, F.Sümər, M.Məcid, S.Ərşahin, Ə.Tə-

mizəl, Y.Dəmirçi, A.Arayancan, İ.Ərdəm, K.Paydaş müəyyən fikirlər söyləmişlərsə də T.Nə-

cəfli onların adda-budda fikir və mülahizələrini ümumiləşdirmiş, XV əsr Azərbaycan maarifi 

və  elmi  haqqında  öz  sözünü  daha  maarifpərvəranə  və  elmi  şəkildə  bacarmışdır.  Bu  boyda 

onun  gəlmiş  olduğu  fikirlər  və  çıxardığı  elmi  nəticələr  məgər  dediyimizin  sübutu  deyilmi? 

T.Nəcəflinin  öz  fikir  və  mülahizlərinin  isbatı  üçün  gətirdiyi  izahlar  və  şərhlər  onun  elmi 

məharətinin püxtələşməsindən xəbər verir (71). 

Nəhayət bu fəslin 5-ci paraqrafı: Memarlıq və incəsənət. Bu bəhsdə T.Nəcəfli daha nə-

dən  danışmır:  xəttatlıq,  miniatür  rəssamlığı,  saray  kitabxanası,  xətt  sənəti  növləri,  Təbriz 

miniatür məktəbi, Göy Məscid, Cümə Məscidi, türbə (Pir Hüseyn türbəsi), gümbəz, mədrəsə, 

bazar (Qeysəriyyə), saray kompleksi, yaxud «Həşt beheşt» sarayı və s. 

Qeyd etməliyəm ki, «Həşt beheşt» saray kompleksini təfərrüatla təsvir edən venesiyalı 

tacir ona elə məftun olmuşdu ki, hətta sarayın yanındakı Hərəmxanadan da söz açmağı (hətta 

şah hərəmxanasından) gözdən qaçırmamışdır. Kitabda oxuyuruq: «…Saraydan bir ox atımlıq 

məsafədə birmərtəbəli Hərəmxana binası gözə dəyir. Bura kifayət qədər böyük idi. Min qadın 

müxtəlif rahatlıqla qala bilirdi… Burada padşahın sarayına uzanan yola açılan bir qapı vardı» 

(72).  Təsəvvür  edirsinizmi?  Min  qadın…,  rahatlıqla  qala  bilmək…  padşahın  sarayına  qədər 

uzanan qapı… 

«Azərbaycan  Qaraqoyunlu  və  Ağqoyunlu  dövlətləri  (Müasir  Türkiyə  tarixşünaslığın-

da)» kitabının «Nəticə» hissəsində müəllifin gəldiyi nəticə etibarı ilə əhatəli  və hərtərəfli bir 

elmi  nəticədir.  Əsərdə  sayı  441  adda  olan  mənbə  və  ədəbiyyat  göstərilmiş,  2  cədvəl  (Qara-

qoyunlu  və  Ağqoyunlu  tayfaları)  yerləşdirilmiş,  Uzun  Həsənin  bayraqlarından  birinin  şəkli 

(görəsən Uzun Həsənin neçə bayrağı olmuşdur?) özünə yer tapmış, 3 xəritə verilmiş, 6 sənə-



Kitablar, Rəylər 

Тarix və onun problemləri, № 1 2014 

 

353 

din  orijinalı  nəzərə  çatdırılmışdır.  «Göstəricələr»  də  (şəxs  və  coğrafi  adlar,  sülalə,  tayfa  və 

xalq adları, terminlər) də bu kitabın məziyyətini göstərən keyfiyyətidir. 

Kitabda mənim nəzərimi cəlb edən bir neçə kiçik «səhv» də qarşıma çıxdı: 

«Əbubəkr  Tehrani»  əvəzinə  «Əbubəkr  Tihrani»  yazılmalıdır  (Tihran  İsfahan  yaxın-

lığında bir kənddir və Əbubəkr Tehranda yox Tihranda doğulmuşdur). 

Bir neçə istilah – şəxs və yer adları düzgün yazılmamışdır: 

«Hassa  divanı»  deyil  «xassə  divanı»  olmalıdır  (səh.  80);  «Qardizi  –  «Gərdizi»  (səh. 

21), «Mudarrisoğlu» - «Müdərrisoğlu» (səh.25), «Gavərudi» - «Gavrudi» (səh.247), «Bəkdaş» 

- «Bəktaş» (səh.298) kimi yazılsa düzgün olar. 

Beləliklə, T.H.Nəcəfli tərəfindən qələmə alınıb oxucu diqqətinə təqdim olunan «Azər-

baycan  Qaraqoyunlu  və  Ağqoyunlu  dövlətləri  (Müasir  Türkiyə  tarixşünaslığında)»  adlı  mo-

noqrafiya  orta  əsrlər  tariximizin  bir  əsrini  əhatə  edən  əsər  kimi  tarixşünaslığa  dəyərli  bir 

ərməğandır. 



ƏDƏBIYYAT. 

 

1. Nəcəfli T.H. Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri /Müasir Türkiyə 



tarixşünaslığında/, Bakı, 2012. 

2. Nəcəfli T.H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında, 

Bakı, 2000. 

3. Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri. Ön söz hissəsi, s. 5. 

4. Yenə orada, s. 5. 

5. Yenə orada, s. 5-6. 

6. Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri, s. 21-105. 

7. Yenə onun, s. 21-27. 

8. Yenə onun, s. 22-23. 

9. Əbubəkr Tihrani, Kitabi-Diyarbəkriyyə, I cild, Ankara, 1962, s. 58; Fazlullax ibn Ruzbixan 

Xundji. Tarixi-alam aray-i Amini, Baku, 1987, s. 5; Şahin Fazil Fərzəlibəyli. Azərbaycan və 

Osmanlı imperiyası XV-XVI əsrlərdə, II nəşr. Bakı, 1999, s. 63; T.Nəcəfli. Azərbaycan 

Qaraqoyunlu və Ağqoyunlu dövlətləri, səh. 23. 

10. T.T.Nəcəfli. Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri, s. 24.  

11. Yenə orada. 

12. Yenə orada, s. 24-25. 

13. Yenə orada, s. 25. 

14. Yenə orada.  

15. Yenə orada. 

16. Yenə orada, s. 25-26.  

17. Yenə orada, s. 26.  

18. Yenə orada, s. 27. 

19. Yenə orada, s. 28-29. 

20. Yenə orada, s. 30-31. 

21. Yenə orada, s. 32-38. 

22. Yenə orada, s. 39. 

23. Yenə orada, s. 69-73. 

24. Yenə orada, s. 79-82. 

25. Yenə orada, s. 85-99. 

26. Yenə orada, s. 106-126. 




Kitablar, Rəylər 

Тarix və onun problemləri, № 1 2014 

 

354 


27. Yenə orada, s. 126-151. 

28. Yenə orada, s. 151-153. 

29. Yenə orada, s. 153-154. 

30. Yenə orada, s. 153-168. 

31. Yenə orada, s. 168. 

32. Yenə orada, s. 168-169. 

33. Yenə orada, s. 170-171. 

34. Yenə orada, s. 182-184. 

35. Yenə orada, s. 185-186. 

36. Yenə orada, s. 186-187. 

37. Yenə orada, s. 187. 

38. Yenə orada, s. 190-191. 

39. Yenə orada, s. 195. 

40. Yenə orada, s. 216-220. 

41. Yenə orada, s. 220-230. 

42. Yenə orada, s. 231-260. 

43. Yenə orada, s. 261-281. 

44. Yenə orada, s. 281-292. 

45. Yenə orada, s. 292-304. 

46. Yenə orada, s. 304-351. 

47. Yenə orada, s. 351. 

48. Yenə orada, s. 352. 

49. Yenə orada, s. 356. 

50. Yenə orada, s. 365. 

51. Yenə orada, s. 366-367. 

52. Yenə orada, s. 374. 

53. Yenə orada. 

54. Yenə orada, s. 377. 

55. Yenə orada, s. 377-378. 

56. Yenə orada, s. 380-381. 

57. Yenə orada, s. 384. 

58. Yenə orada, s. 385. 

59. Yenə orada, s. 384-404. 

60. Yenə orada, s. 405. 

61. Yenə orada, s. 405-419. 

62. Yenə orada, s. 422. 

63. Yenə orada, s. 429. 

64. Yenə orada. 

65. Yenə orada, s. 430. 

66. Yenə orada, s. 431. 

67. Yenə orada, s. 431-432. 

68. Yenə orada. 

69. Yenə orada. 

70. Yenə orada. 

71. Yenə orada, s. 471-472. 

72. Yenə orada, s. 471-472. 



Yüklə 164,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə