KitabxanaşÜnasliq və İnformasiya №1 (4) 2011



Yüklə 139,29 Kb.
Pdf görüntüsü
tarix20.10.2017
ölçüsü139,29 Kb.
#5547


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 

№ 1 (4)                                                                                                    2011

 

 

 

 

 

 

 

 

 

     

 

78 



ƏDƏBİYYATŞÜNASLIQ BİBLİOQRAFİYASININ 

MÜASİR  VƏZİYYƏTİ  VƏ  PERSPEKTİVLƏRİ 

 

S.P.İSMAYILOVA   

 

Bakı Dövlət Universiteti 

 

Məqalədə Azərbaycanda ədəbiyyatşünaslıq biblioqrafiyasının müasir  

inkşafı vəziyyəti, perspektivləri haqqında məlumat verilmiş, gələcəkdə həlli 

vacib olan istiqamətlər müəyyənləşdirilmişdir. 

 

Azərbaycan  milli  biblioqrafiyasının  mühüm  tərkib  hissəsini  ədəbiy-

yatşünaslıq  biblioqrafiyası  təşkil  edir.  Respublikamızda  ədəbi-bədii    biblioq-

rafik informasiya fəaliyyətinin uzun bir dövr ərzində qazandığı təcrübə və əldə 

etdiyi  nailiyyətlər aydın  şəkildə  sübut edir ki,  ədəbi-bədii biblioqrafik proses 

ölkəmizdə  ədəbi  mühitin  və  kitabxana-biblioqrafiya  fəaliyyətinin  ayrılmaz 

üzvü  sahəsi  kimi  cəmiyyətdə  ədəbi-bədii  əsərlərin  təbliğinə,  insanların  bədii 

zövqünün  formalaşmasına  və  ədəbiyyatşünaslıq  sahəsində  aparılan  elmi-

tədqiqat işlərinin kitabxana-informasiya təminatına təsir göstərmişdir. 

      


Ədəbiyyatşünaslıq  biblioqrafiyası  inkişaf  edib  təkmilləşərək  kitab-

xanaların  ümumilikdə  biblioqrafik  fəaliyyətinin,  ədəbi  ictimaiyyətin  biblioq-

rafik informasiya mədəniyyətinin yüksəlişinə səbəb olmuş, cəmiyyətdə sənəd-

informasiya axtarışı üzrə bir çox maneələrin aradan qaldırılmasına, bu sahədə 

formalaşmış  zəngin  sənəd  kütləsindən  səmərəli  istifadə  üçün  geniş  imkanlar 

açmışdır. 

      

Ədəbi-bədii  biblioqrafik  vəsaitlərin  yaradılmasında  ciddi  addımlar 



atılmış,  xalqımızın  bədii  ədəbiyyat,  ədəbiyyatşünaslıq  və  milli  biblioqrafiya 

tarixində  əlamətdar  hadisələrə  çevrilən  uğurlu  biblioqrafik  tədqiqatlar  mey-

dana  gəlmiş,  yeni  biblioqrafik  mərkəzlər  yaradılmış,    bu  sahədə  mütərəqqi 

ənənələr formalaşmışdır. 

     

 Azərbaycanda  bədii  ədəbiyyat  və  ədəbiyyatşünaslıq  sahəsindəki  bib-



lioqrafik  informasiya  prosesləri  milli  ədəbiyyatımızın  mühüm  yaradıcılıq 

məsələləri ilə  əlaqədar surətdə  inkişaf etmiş,  onun məzmun,  forma   və  ədəbi 

əhatəlik  xüsusiyyətlərində  baş  verən  kəmiyyət  və  keyfiyyət  dəyişikliklərini 

əsasən əks etdirə bilmişdir. 

      

Respublikamızda  dinamik və  daim yeniləşən ədəbi-bədii biblioqrafik 



fəaliyyət,  bu sahədə  informasiya tələbatçılarına təqdim edilən rəngarəng  bib-

lioqrafik  vəsaitlər  cəmiyyətdə  bədii  əsərlərin  təbliğində,  ədəbiyyat    tarixi  və 

nəzəriyyəsinə  dair  aparılan  elmi-tədqiqat  işlərində  müvəffəqiyyətlə    istifadə 

edilir. 



KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 

№ 1 (4)                                                                                                    2011

 

 

 

 

 

 

 

 

 

     

 

79 



    

 XX    əsrin  sonlarında  Azərbaycanın    yenidən  öz  müstəqilliyini  bərpa 

etməsi və yeni iqtisadi inkişaf yoluna keçməsi ilə əlaqədar həyatımızın bütün 

sahələrində  olduğu    kimi  informasiya  sistemində  də  (o  cümlədən  biblioqrafk 

informasiyada)    mühüm  dəyişikliklər  baş  vermişdir.  Bu  həm  də  biblioqrafik 

informasiya tələbatçılarının fəallaşması və bu tələbatlarda milli-mənəvi dəyər-

lərə  yiyələnmək    zərurətilə  bağlı  olmuşdur.  Müasir  dövrdə  elə  bir  şərait    ya-

ranmışdır ki, yüksəkixtisaslı mütəxəssislər belə hər hansı məsələ üzrə dolğun 

informasiya  almaq  üçün  biblioqrafiyanın  vasitəçiliyinə  ehtiyac  duyur.  Çünki 

müəyyən qrup mütəxəssislər  yalnız öz ixtisaslarına dair deyil, həm də digər 

sahələrə,  daha  çox  isə  bədii  ədəbiyyat  və  ədəbiyyatşünaslığa  dair  sənəd  küt-

ləsini izləməli olurlar. 

     

Ədəbiyyat  axtarışı    bu  işin  metodikasını,  mənbələrini  bilməyən  insan 



üçün  çoxlu  zəhmət  tələb  edir.  Bəzən  elə  olur  ki,  mövcud  olan  informasiya, 

mütəxəssislərə operativ kömək edə bilən, lakin onların xəbəri olmayan nəşrlər 

illərlə  istifadəsiz  qalır.  Bunu  təmin  edən  vasitəyə  böyük  ehtiyac  duyulur. 

Sənədlər  və  informasiya  tələbatçıları  arasında  bəşəriyyətin  topladığı  möh-

təşəm  sənəd  resurslarından  daha  mütərəqqi  və  səmərəli  istifadə  olunmasına 

təsir göstərən belə vasitəçilərdən biri biblioqrafik informasiyadır. 

      

Biblioqrafiyanın  bu  missiyasını    yerinə  yetirməyə  kömək  edən  ən 



mühüm  vasitə  biblioqrafik  informasiyadır.  Yalnız  biblioqrafik  informasiya  

sənəd kütləsini hərtərəfli araşdırır, onların  daha  mühüm nümunələrindən isti-

fadə olunmasına kömək edir. Bu işdə digər informasiya orqanları kimi kitab-

xanaların rolu əvəzedilməzdir. 

      

Professor A.Xələfov  yazır: “Müasir cəmiyyətdə hər cür informasiyanı 



cəmiyyət  üzvləri  arasında  yaymağı  qarşısına  məqsəd  qoyan,  informasiya 

resurslarını  toplayıb  saxlayan,  onu  əsrdən-əsrə,  nəsildən-nəslə  ötürən  infor-

masiya  daşıyıcısı  kimi  fəaliyyət  göstərən  informasiya  müəssisələrinin    ən 

mühüm vəsiləsi kitabxana sistemləridir” (4). 

      

Müasir sosial - iqtisadi tərəqqi dövründə Azərbaycan Respublikasının 



tam müstəqillik əldə etdiyi bir şəraitdə kitabxanaların informasiya funksiyası 

daha  böyük  əhəmiyyət  kəsb  edir  və  bu  “Kitabxana  işi  haqqında  Azərbaycan 

Respublikasının Qanunu”nda da öz real ifadəsini tapmışdır: “Kitabxana – elm, 

informasiya,  mədəniyyət,  təhsil  və  tərbiyə  müəssisəsi  kimi  çap  əsərlərini  və 

digər  informasiya  daşıyıcılarını  toplayıb  mühafizə  edən,  onların  sistemli  ic-

timai istifadəsini  təşkil edən, cəmiyyətin intellektual və mənəvi potensialının 

inkişafına xidmət göstərən sosial institutdur” (1). 

     


Müasir  dövrdə  müstəqil  və  çox  qədim  ənənələrə  malik  olan  Azər-

baycan  ədəbiyyatşünaslığı  məzmunlu  ilkin  mənbələr  haqqında  biblioqrafik 

informasiya  olmadan,  həmin  mənbələrdən  mütəxəssislərin  səmərəli  istifadə 

etmələri  mümkün  deyil.  Elə  buna  görədir  ki,  çox  zəngin  ədəbi-bədii  sənəd 

kütləsi  və  axını  zaman  keçdikcə  inkişaf  edərək  zənginləşir,  təkmilləşir  və 



KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 

№ 1 (4)                                                                                                    2011

 

 

 

 

 

 

 

 

 

     

 

80 



cəmiyyətin  ədəbi  biblioqrafik  informasiyaya  olan  tələbatının  daha  dolğun 

şəkildə  ödənilməsinə  xidmət  edir.  Ədəbiyyatşünaslıq  üzrə  biblioqrafik  infor-

masiyanın  formalaşdırılması  və  ehtiyacı  olanlara  çatdırılması  vasitələri  onun 

təsbit  olunduğu  mənbələrdir.  Deməli,  “sənəd-kommunikasiyaları  sistemi” 

cəmiyyət  üzvlərinin  informasiyaya  olan  tələbatının  ödənilməsində  əsas 

amildir. Cəmiyyətdə sənəd tələbatı obyektiv olaraq həmişə var və baş verdiyi 

dövrün konkret sosial şəraiti ilə şərtləşir. 

      


Azərbaycanda  hal-hazırda  ədəbi-bədii  prosesin  biblioqrafik  infor-

masiya təminatı, o cümlədən biblioqrafik vəsaitlər sisteminin formalaşması bu 

sahənin  reallıqlarını  əks  etdirən,  onun  gələcək  inkişafını  müəyyənləşdirən 

elmi-biblioqrafik metod kimi formalaşmışdır. 

      

Bu dövrdə meydana gəlmiş ədəbi-bədii biblioqrafik vəsaitlər məqsəd, 



oxucu  istiqaməti,  növ,  biblioqrafiyalaşdırma  metodikası,  nəşr  forması 

baxımından  rəngarəng,  xalqımızın  ədəbi,  mədəni-mənəvi  həyatındakı  yeni-

likləri,  aparıcı  inkişaf  meyllərini  qavrayıb  təcrübəyə  tətbiq  edən  yaradıcı 

fəaliyyətin nəticəsi  kimi  təzahür etmişdir. Məhz bu biblioqrafik vəsaitlər  sis-

temi  ölkədə  bədii  ədəbiyyat  və  ədbiyyatşünaslıq  sahəsinin  sənəd  kom-

munikasiya sistemindəki maneələrin  aradan qaldırılmasına səmərəli təsir gös-

tərmişdir. 

      


XX əsrin sonu, XXI əsrin əvvəllərində meydana gəlmiş çoxsaylı ədəbi 

–bədii biblioqrafik vəsaitlər özünəqədərki bu mürəkkəb və yaradıcı fəaliyyətin 

tarixi  ənənələrinin  bütün  qabaqcıl  keyfiyyətlərini  mənimsəyib  inkişaf 

etdirmiş,  yeni,  müasir  biblioqrafik  informasiya  meyllərini  özündə  bu  və  ya 

digər dərəcədə əks etdirmişdir. 

      


Müasir  Azərbaycan  ədəbiyyatının  görkəmli  nümayəndələrinə  həsr 

edilmiş  elmi-köməkçi  biblioqrafik  vəsaitlərin  tərtibində  göstərilən  mütərəqqi 

meyllər  özünü  bir  daha  “Elçin”  biblioqrafik  göstəricisində  nümayiş 

etdirmişdir.(2) 

      

Biblioqrafik  göstərici  respublikamızın  tanınmış  yazıçısı  və  ictimai-



dövlət  xadimi  Elçin  Əfəndiyevin  1959-1996-cı  illərdə  Azərbaycan,  rus,  və 

digər  xarici  ölkə  xalqlarının  dillərində  çap  edilmiş  bədii  əsərlərini,  pub-

lisistikasını,  elmi-tənqidi  yazılarını,  o  cümlədən  monoqrafiya  və  elmi  məqa-

lələrini,  həmçinin  müxtəlif  sessiya,  simpozium  və  elmi  konfranslardakı 

məruzə və çıxışlarını, müqəddimə yazdığı və redaktə etdiyi əsərləri əhatə edir. 

Vəsaitdə  həmçinin  ədibin  həyat  və  yaradıcılığı,  ictimai  fəaliyyəti  haqqında 

ədəbiyyat əks etdirilmişdir. Biblioqrafik göstərici çox zəngin yardımçı aparata 

malik  olub,  ədibin  həyat  və  yaradıcılığı,  onun  əsərlərinin  nəşri,  tərcüməsi, 

nəşriyyatlar, redaktorlar, tərcüməçilər, dövri nəşrlər və s. müəllifin əsərlərinin 

nəşri ilə  əlaqədar şəxsiyyətlər və  kollektivlər  haqqında geniş  məlumat  verir. 

Bu  vəsaiti  digər  elmi-köməkçi  göstəricilərdən  fərqləndirən  əsas  xüsusiyyət 

onun  çox  dəqiq  və  elmi-biblioqrafik  cəhətdən  düzgün  müəyyənləşdirilmiş 




KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 

№ 1 (4)                                                                                                    2011

 

 

 

 

 

 

 

 

 

     

 

81 



struktur  quruluşa malik olmasıdır. Belə ki, bu biblioqrafik tədqiqat bir neçə 

bölmədən  ibarət  olan  giriş  hissəsi  ilə  yanaşı  özündə  30-dan  çox  bölməni 

birləşdirən  dörd  əsas  hissədən,  21  yardımçı  aparatdan  ibarət  “Köməkçi 

göstəricilər” adlandırılmış xüsusi bölmədən ibarətdir. 

       

Vəsaitin giriş hissəsində göstərici haqqında professor Zöhrab Əliyevin 



rəyi, sonra E.Əfəndiyevin  əsərlərinin  nəşri haqqında qısa oçerk,  ədibin həyat 

və  yaradıcılığının  əsas  tarixləri  və  ədib  haqqında  ədəbiyyat  və  mədəniyyət 

xadimlərinin  fikirləri təqdim edilir. 

      


Biblioqrafik  göstəricinin  I  hissəsində  müəllifin  Azərbaycan  dilində 

kitabları,  redaktə  etdiyi  kitablar,  dövrü  mətbuatda  və  müxtəlif  məcmuələrdə 

dərc edilmiş bədii əsərləri, ədəbi-tənqidi və publisistik məqalələri, tərcümələri 

və  əsərləri  haqqında  ədəbiyyat  verilmişdir.  Bütün  mənbələr  hər  bir  bölmə 

daxilində əlifba sırası ilə düzülmüşdür. 

      


Vəsaitin  II  hissəsində  ədibin  həyat  və  yaradıcılığı  haqqında 

Azərbaycan  dilində  ədəbiyyat  verilmiş  və  sənədlər  aşağıdakı  bölmələr  üzrə 

qruplaşdırılmışdır: 

I.

 



Həyat və yaradıcılığı haqqında; 

II.


 

Azərbaycan Yazıçılar İttifaqındakı fəaliyyəti; 

III.

 

“Vətən” cəmiyyətindəki fəaliyyəti; 



IV.

 

Baş nazirin müavini kimi fəaliyyəti. 



      

Biblioqrafik göstəricinin III hissəsi Elçin Əfəndiyevin  əsərlərinin rus 

dilindəki  nəşrlərini  və  onun  həyat  və  yaradıcılığı  haqqında  rus  dilində  nəşr 

edilmiş  ədəbiyyatı  əhatə  edir.  Materialların  sistemləşdirilməsi  əsasən  gös-

təricinin  Azərbaycan  dilindəki  mənbələri  əhatə  edən  hissəsinə  uyğun  şəkildə 

təşkil  edilmişdir:  kitabları,  müqəddimə  yazdığı  əsərləri,  dövri  mətbuat  mate-

rialları,  ədəbi-tənqidi  və  publisistik  məqalələri,  ictimai  fəaliyyəti,  ekran-

laşdırılmış  əsərləri,  filmləri  haqqında  ədəbiyyat,  həyat  və  yaradıcılığı  haq-

qında  ədəbiyyat.  Bu  hissədə  materiallar  Azərbaycan  dilindəki  sənədlər  kimi 

əlifba prinsipi əsasında düzülmüşdür. 

      

Biblioqrafik göstəricinin IV hissəsi ədibin xarici dillərdə nəşr edilmiş 



əsərlərini və onun haqqında ədəbiyyatı əks etdirir. Burada ədibin keçmiş SSRİ 

respublikaları və digər xarici ölkələrdə nəşr edilmiş əsərləri və onun həyat və 

yaradıcılığı,  eləcə  də  ayrı-ayrı  əsərləri  haqqında  müxtəlif  ölkələrdə  (Bol-

qarıstan,  Belorusiya,  Çexiya,  ABŞ,  Almaniya,  Türkiyə,  Macarıstan,  İraq, 

Qazaxıstan, Polşa, Rusiya və s.) dərc edilmiş  əsərlərinin  nəşrinin  mükəmməl 

təsviri  verilmiş  və  müəllif  haqqında  xarici  ölkələrdə  dərc  edilmiş  çoxsaylı 

mənbələr  toplanmışdır.  Materialların  düzülüşü  ölkələrin  əlifba  sırasına  görə 

sistemləşdirilmişdir.  Hər  bir  ölkəyə  həsr  olunmuş  bölmə  daxilində  də  mən-

bələrin düzülüşündə əlifba prinsipi əsas götürülmüşdür. 

      


Nəhayət,  biblioqrafik  göstəricidə  diqqəti  cəlb  edən  xüsusiyyət  burada 

orijinal köməkçi göstəricilər sisteminin yaradılmasıdır. Belə ki, burada vəsaitə 




KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 

№ 1 (4)                                                                                                    2011

 

 

 

 

 

 

 

 

 

     

 

82 



daxil  olan  çoxsaylı  və  çoxdilli  sənədlərin  müxtəlif  axtarış  əlamətlərinə  görə 

müəyyənləşdirilməsini təmin edən 21 yardımçı göstərici tərtib edilmişdir. Bu 

yardımçı göstəricilər vasitəsilə ədibin Azərbaycan, rus və xarici dillərdə nəşr 

edilmiş  əsərlərini,  redaktə  etdiyi  əsərləri,  (  kitabları  və  məqalələrini)  tərcü-

mələrini,  onun  əsərlərinin  redaktorlarını,  rəyçilərini,  yazıçının  ssenarilərini, 

səhnələşdirilmiş və ekranlaşdırılmış əsərlərini, nəşriyyatların, dövri orqanların 

adlarını,  müəllifin  əsərləri  çap  edilən  ölkələrin  adlarını  və  tərcümə  edilmiş 

əsərlərinin sərlövhələrini operativ və dəqiq müəyyənləşdirmək mümkün olur. 

Vəsaitdə  bütövlükdə  1152  adda  mənbə  əhatə  edilmişdir.  Vəsaitin  müəllifi 

Bəybala Ələsgərovun gərgin zəhməti və hərtərəfli axtarışları nəticəsində mey-

dana  gəlmiş  bu  tədqiqat  əsəri    Azərbaycan  ədəbi-bədii  biblioqrafiyasının 

nailiyyəti hasab olunur. 

      

Bu  biblioqrfik  vəsaitin  ən  qiymətli  cəhəti  ilk  növbədə  onun  mükəm-



məlliyidir.  Belə  ki,  göstəricidə  ədibin  həyatı,  ictimai  fəaliyyəti  və  yaradı-

cılığının tam biblioqrafik salnaməsi yaradılmışdır. Vəsaitdə Elçin Əfəndiyevin 

həyat  və  yaradıcılığının  bütün  məqamları,  onun  ədəbi  laboratoriyası  bütöv-

lükdə tələbatçıların nəzərində canlanır. Göstəricinin istər məzmunu və istərsə 

də quruluşunda özünəməxsusluğu diqqəti cəlb edir. 

      


“Elçin”  bibloqrafik  göstəricinin təhlilini  bu vəsait haqqında professor 

Zöhrab Əliyevin  aşağıdakı sözləri ilə yekunlaşdırmaq istərdik: “Çağdaş Azər-

baycan  ədəbiyyatının  görkəmli  nümayəndələrindən  biri  olan  Elçin  haqqında 

biblioqrafik  göstərici  başqa  şəxsi    biblioqrafik  vəsaitlər  sistemində  özünə-

məxsus  yer  tutacaqdır  və  Azərbaycan  ədəbiyyatı  üzrə  biblioqrafik  axtarışda 

mühüm rol oynayacaqdır” (3). 

      

Müasir  Azərbaycan  ədəbiyyatının  bünövrəsini  qoyanlardan  biri  olan 



görkəmi nasir, ədəbiyyatşünas alim, pedaqoq Mir Cəlal Paşayevə həsr edilmiş 

ilk biblioqrafik göstərici ədibin 60 illik yubileyi münasibətilə tərtib edilmişdir. 

Mir Cəlal Paşayev haqqında növbəti şəxsi biblioqrafik göstərici  1998-ci  ildə 

ədibin 90 illik yubileyi münasibətilə M.F.Axundov adına Dövlət Kitabxanası 

tərəfindən çap edilmişdir. Bu biblioqrafik göstərici 1968-ci ildə tərtib edilmiş 

vəsaitin  məntiqi  davamı  olaraq    1969-1998-ci  illər  ərzində  Mir  Cəlalın 

əsərləri,  həyat  və  yaradıcılığı  haqqında  müxtəlif  dillərdə  olan  materialları 

əhatə edir. 

      

Bu biblioqrafik mənbədə Mir Cəlalın 30 adda kitabı,  115 adda  ədəbi-



bədii və publisistik məqaləsi, eyni zamanda ədibin həyat və yaradıcılığına həsr 

olunmuş  7  adda  kitab  və  26  adda  məqalə  haqqında  biblioqrafik  məlumat  öz 

əksini tapıb (6). 

     


Müstəqillik  şəraitində  Mir  Cəlal  yaradıcılığına  tələbatçı  marağının 

gündən-günə  artması,  yeni,  daha  mükəmməl,  xronoloji  əhatəlik  baxımından  

daha  bitkin  bir  məlumat  kitabının    yaradılması  zərurətini  meydana  çıxar-

mışdır. Bu məqsədlə M.F.Axundov adına Milli Kitabxana ədibin irsini bütöv-




KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 

№ 1 (4)                                                                                                    2011

 

 

 

 

 

 

 

 

 

     

 

83 



lükdə əks  etdirən sonuncu  əsaslı şəxsi  biblioqrafik göstəricini hazırlayıb  çap 

etdirmişdir.  Bu  biblioqrafik  göstəricinin  nəşri  ilə  Milli  Kitabxana 

“Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasının əsasını qoyub. “Mir Cəlal” 

adlı  biblioqrafik  tədqiqat    1926-cı  ildən  2006-cı  ilə  kimi  ədibin  yaradıcılığı, 

haqqında olan mənbələrin biblioqrafik təsvirini verən çox zəngin informasiya 

mənbəyidir. (7) Biblioqrafik vəsaitə xalq yazıçısı, professor Elçin “Sadəlik və  

müdriklik  (Müəllim  haqqında  söz)”  adlı  giriş  məqaləsi  yazmışdır.  Məqalədə 

Mir  Cəlal  müəllimin  portiretinin  əsas  cizgiləri  haqqında  dolğun  təsəvvür 

yaradılmış,  sevimli  müəllim  haqqında  səmimiyyətlə  söhbət  açılmışdır. 

Biblioqrafik  vəsaitin  ilk  bölməsi  “Mir  Cəlalın  həyat  və  yaradıcılığının  əsas 

tarixləri”  adlanır.  Bölmədə  Mir  Cəlal  müəllimin  həyat  və  yaradıcılığı 

haqqında biblioqrafik məlumat xronoloji ardıcıllıqla verilmişdir. 

      

“Əsərləri”  adlanan  2-ci  bölmədə  ədibin  1926-2006-cı  illərdə  Azər-



baycan dilində  çapdan çıxmış 80 adda kitabı, 774 adda bədii, ədəbi-tənqidi və 

publisistik  məqaləsi,  9  adda  tərcümə  əsəri,  başqa  dillərdə  çap  olunmuş  kitab 

və  23  məqaləsi,  redaktə  etdiyi  26  adda  əsər  və  rəhərlik  etdiyi  36  adda 

dissertasiya  işinin  biblioqrafik  təsviri  verilmişdir.  Bu  bölmədən  məlum  olur 

ki, Mir Cəlalın ilk kitabı 1932-ci ildə “Sağlam yollarda” adı ilə çapdan çıxıb. 

Ədibin  sonuncu  kitabı  isə  2005-ci  ildə  Ədibə  Paşayeva    tərəfindən  tərtib 

olunmuş “Seçilmiş əsərləri” adı ilə hekayələr və romanlar kitabıdır. 

       


Biblioqrafik  vəsaitin  “Dissertasiyalara  elmi  rəhbərlik”  yarımbölməsi 

böyük  alimin  elmi  məktəbi,  rəhbərlik  etdiyi  namizədlik  və  doktorluq 

dissertasiyaları  haqqında  dolğun  təsəvvür  yaradır.  Mir  Cəlal  müəllim  1949-

1975-ci  illər  ərzində  36  adda  dissertasiyaya  rəhbərlik  etməklə  çağdaş  milli 

ədəbi  mühitin  formalaşmasında  müstəsna  rol  oynamışdır.  Kamal  Talıbzadə, 

Bəxtiyar  Vahabzadə,  Cəlal  Abdullayev,  Təhsin  Mütəllimov,  İnayət    Bektaşi, 

Abdulla  Abbasov  və  başqaları  Mir  Cəlal  müəllimin  rəhbərliyi  ilə  yetişmiş 

nəslin parlaq nümayəndələridir. 

        

Vəsaitin  3-cü  bölməsi  “Mir  Cəlalın  həyat  və  yaradıcılığı  haqqında” 

adlanır. Bu bölmədə Mir Cəlal haqqında Azərbaycan dilində yazılmış 10 adda 

kitab  və  417  adda  məqalənin  biblioqrafik  təsviri  öz  əksini  tapıb.  Ümumiy-

yətlə,  biblioqrafik  göstərici  zəngin  faktiki  materiallar  əsasında  tərtib 

edilmişdir. 

      

Bu  biblioqrafik  məlumat  kitabı  yalnız  əsas  mətndə  verilmiş  biblioq-



rafik  informasiyalarla  məhdudlaşdırılmamış,  onun  müəllifi  zəngin  köməkçi 

göstəricilər  yaratmağa  müvəffəq  olmuşdur.  Vəsaitdə  bölmə  və  yarımböl-

mələrə müvafiq Azərbaycan  və rus dillərində 15 adda köməkçi göstərici tərtib 

olunub.  Qeyd  etmək  lazımdır  ki,  bəhs  etdiyimiz  sonuncu  göstərici    3  şəxsi 

biblioqrafik  vəsait  içərisində  ən  mükəmməlidir.  Təkcə  bir  faktı  qeyd  etmək 

yetər  ki,  1968-ci  ildə  çap  olunmuş  şəxsi  biblioqrafik  göstəricidə  Mir  Cəlalın 

ilk  qələm  təcrübəsi  kimi  1928-ci  ildə  “Maarif  yolu”  jurnalının  9-cu  sayında 



KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 

№ 1 (4)                                                                                                    2011

 

 

 

 

 

 

 

 

 

     

 

84 



işıq  üzü  görən  “Dənizin  cinayəti”  adlı  şeridir.  Lakin  tədqiqatlar  nəticəsində 

məlum  olmuşdur  ki,  ədibin  ilk  mətbu  məqaləsi  1926-cı  ildə  “Yeni  fikir” 

qəzetində  dərc  olunmuş  “Dinsizlər  ittifaqı  nasıl  çalışmalıdır?”  adlı  ədəbi-

tənqidi  məqaləsidir.  Bu  məlumat  məhz  2006-cı  ildə  çap  olunmuş  şəxsi 

göstəricidə öz əksini tapıb. Bu baxımdan həmin göstərici Mir  Cəlalın əsərləri 

və  ona  həsr  olunmuş  mənbələrin  biblioqrafik  modelini  yaradan  universal 

xarakterli məlumat kitabıdır. Mir Cəlal Paşayev irsinin tədqiqi və öyrənilməsi 

baxımından  mütəxəssislərin  və  geniş  oxucu  kütləsinin  biblioqrafik  infor-

masiya təminatında olduqca əhəmiyyətli olan bu mənbələr çox qiymətlidir. 

    


Azərbaycanda  ədəbi  biblioqrafiya  təcrübəsi  sübut  edir  ki,  bu  sahədə 

biblioqrafik  vəsaitlərin  tərtibində  ədəbiyyatşünas  alimlərin  yaxından  iştirakı 

çox  yaxşı  nəticələr  verir.  Bu  prosesdə  ədəbiyyatşünas  alimlərlə  təcrübəli 

biblioqrafların  əlaqələndirilmiş  fəaliyyəti  elmi  baxımdan  yüksək  səviyyədə 

hazırlanmış biblioqrafik vəsaitlərin meydana gəlməsinə səbəb olur. 

      


XX əsrdə bir sıra görkəmli ədəbiyyatşünas alimlər bu və ya digər dərə-

cədə biblioqrafik fəaliyyətlə məşğul olmuş və qiymətli biblioqrafik tədqiqatlar 

yaratmışlar.  Bunlara  misal  olaraq  Firudin  Bəy  Köçərlini,  Feyzulla  Qasım-

zadəni,  Həmid  Araslını,  Nazim  Axundovu,  Həbib  Babayevi,  Əziz  Mirəh-

mədovu, Rasim Tağıyevi  göstərmək olar. 

      


Keçən  əsrin  70-80-ci  illərində  formalaşmış  bu mütərəqqi  ənənə  90-cı 

illərdə də uğurla davam etdirilmişdir. Bakı Dövlət Universitetinin professoru, 

filologiya  elmləri  doktoru  İfrat  Əliyeva  tərəfindən  1997-ci  ildə  xalq  şairi 

Bəxtiyar  Vahabzadəyə  həsr  edilmiş  biblioqrfik  göstərici  tərtib  edilmişdir. 

Həmin vəsaitin peşəkar biblioqraf Əşrəf Xələfov tərəfindən redaktə edilməsi, 

onun  yüksək  biblioqrafiyalaşdırma  metodları  əsasında  tərtib  edilməsini  şər-

tləndirmişdir. 

      


Ədəbiyyatşünas  alim,  Bəxtiyar  Vahabzadənin  tədqiqatçısı  və 

biblioqrafiyaşünas  alimin  əlaqəli  fəaliyyəti  nəticəsində  bu  böyük  sənətkara 

həsr  edilmiş  mükəmməl  biblioqrafik  informasiya  vəsaiti  meydana  gəlmişdir.  

Bu vəsaitin əsas məziyyəti onun Bəxtiyar Vahabzadə irsinin biblioqrafik mən-

bələr  əsasında  tam  və  dolğun  əhatə  edilməsi,  sənədlərin  məqsədyönlü 

biblioqrafiyalaşdırılmasıdır. 

      

XX  əsrin  II  yarısında  Azərbaycanda  bədii  ədəbiyyat  və  ədəbiy-



yatşünaslıq  biblioqrafiyasının  inkişafını  təmin  edən  şərtlərdən  biri  də  bu 

sahədə  yeni  peşəkar  biblioqraf  kadrların  meydana  gəlməsi  olmuşdur.  Həmin 

dövrdə biblioqrafik fəaliyyətlə məşğul  olan iri elmi kitabxanalarımıza BDU-

nun  kitabxanaşünas-biblioqraf  ixtisası  üzrə  ali  təhsil  almış,  gənc,  istedadlı 

kadrlar  bu  prosesə  fəal  surətdə  cəlb  edilmiş,  onların  yaradıcılıq  fəaliyyəti, 

elmi bilikləri meydana gələn yeni biblioqrafik vəsaitlərdə öz əksini tapmışdır. 




KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 

№ 1 (4)                                                                                                    2011

 

 

 

 

 

 

 

 

 

     

 

85 



      

Azərbaycanda  ədəbi-bədii  mühitin  müasir  inkişaf  səviyyəsi,  burada 

baş verən keyfiyyət dəyişiklikləri bu sahənin biblioqrafik informasiya sistemi 

qarşısında yeni ciddi vəzifələr qoyur. 

      

XXI  əsrdə  Azərbaycan  milli  biblioqrafiyasının  informasiya  poten-



sialının  mühüm  tərkib  hissəsini  ədəbi-bədii  biblioqrafik  vəsaitlər  sisteminin 

təşkil  etməsi  artıq  fakta  çevrilmişdir.  Xüsusilə,  son  50  ildən  artıq  bir  dövr 

ərzində  ölkəmizdə  ədəbiyyatşünaslığın  sənəd  kütləsinin  biblioqrafiyalaş-

dırılması  prosesi  getdikcə  təkmilləşmiş,  ədəbi-bədii  məkanın  mühüm  infras-

rukturu və ayrılmaz tərkib hissəsi kimi onun inkişafına səmərəli təsir göstərən 

zəngin  sənəd-informasiya  bazasına  çevrilmişdir.  Bu  zəngin  elmi,  ədəbi-bədii 

xəzinənin  təşəkkülü  və  formalaşmasında  respublikamızın  elmi  kitabxana-

larının, peşəkar biblioqraflar nəslinin, bir sıra ədəbiyyatşünas alimlərin böyük 

xidmətləri olmuşdur. 

      


İnformasiya əsri adlandırılan XXI əsrdə Azərbaycan ədəbi biblioqrafik 

informasiya  sisteminin  müasir  texnologiyaya  əsaslanan  fəaliyyət  sahəsi  kimi 

yeniləşməsi,  onun  elmi,  ictimai  və  kommunikativ  funksiyasının  təkmil-

ləşməsi,  struktur  quruluşu  və  nəşr  növlərinin  zənginləşməsi,  nəzəri-metodiki 

əsaslarının güclənməsi zəruri məsələ kimi meydana çıxır.  

     


Bu  prosesə  təsir  edən  amillərdən  ən  mühümü  XX  əsrin  mühüm 

kəşflərindən biri olan yeni informasiya texnologiyalarının – İnternetin sürətlə 

inkişaf  etməsi,  onun  elm,  mədəniyyət,  ədəbiyyat  və  incəsənətin  bütün  sahə-

lərinə sirayət etməsi və geniş şəkildə tətbiq olunmasıdır. Müasir informasiya-

laşdırılmış  cəmiyyətin  xarakterik  cəhətlərindən  biri  İnternet  dünyasında 

informasiya  ehtiyatlarının  və  məlumat  bazalarının  sürətli  artımıdır.  Mövcud 

informasiya  ehtiyatlarından  ədəbiyyatşünas  mütəxəssislərin  səmərəli  istifa-

dəsini  təşkil  etmək  məqsədilə  2002-ci  ilin  yanvar  ayında  AMEA-nın  Nizami 

adına Ədəbiyyat İnstitutunda “İnformasiya və biblioqrafiya” şöbəsi fəaliyyətə 

başlamışdır.“İnformasiya  və  biblioqrafiya”  şöbəsi  Azərbaycan  ədəbiy-

yatşünaslığının son nailiyyətlərinin “İnternet” vasitəsilə dünya elminə inteqra-

siya  edilməsi,  dünya  miqyasında  müvafiq  informasiyaların    toplanması  və 

tələbatçılara  çatdırılmasını  təmin  edir.  Habelə,  “İnternet”  şəbəkələr 

sistemindən alınmış informasiyalar  əsasında dünya  ədəbiyyatşünaslığının son 

nailiyyətlərini  əks  etdirən  büllütenin  nəşr  edilməsi  mütəxəssis  ədəbiy-

yatşünasların  biblioqrafik  informasiya  təminatında  mühüm  rol  oynayır. 

Nizami  adına  Ədəbiyyat  İnstitutunun  “İnformasiya  və  biblioqrafiya”  şöbəsi 

tərəfindən tərtib edilib nəşr olunan “Ədəbiyyatşünaslıq.İnformasiya bülleteni” 

adlı  toplu  mövzu  və  məzmun  əhatəliyi  baxımından  çox  zəngin  mənbədir. 

Azərbaycanda  bu  sahə  üzrə  informasiyanı  çətinliklə  əldə  edən  mütəxəssislər 

bi  bülletendən  istifadə  etməklə  özlərinə  lazım  olan  informasiyanı  topludan 

istifadə etməklə İnternet dünyasından əldə edə bilirlər. 




KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 

№ 1 (4)                                                                                                    2011

 

 

 

 

 

 

 

 

 

     

 

86 



      

İnformasiya  bülleteninin  əvvəlində  verilmiş  “məlumat”da  deyilir: 

“Zəmanəmizin əsas xarakterik cəhətlərindən biri ondan ibarətdir ki, indi alim, 

hüquqşünas,  mühəndis,  müəllim,  jurnalist  və  s.  Sahələrdə  çalışan  bütün 

mütəxəssislər informasiya axını qarşısında çaş-baş qlır. Mövzu ilə əlaqədar nə 

oxumalı?  Lazım  olan  materialları  haradan  və  necə  tapmalı?  Bu  günün  təd-

qiqatçısı  nəhəng  Himalay  dağlarında  qızıl  dənələri  axtaran  ğeoloqun  vəziy-

yətindədir” (5). 

      

İnformasiya  bülleteninin  qarşısına  qoyduğu  əsas  məqsəd  Azərbaycan 



ədəbiyyatşünaslığı  haqqında  İnternet  dünyasında  məlum  olan  informasiyanı 

əldə  etməkdir.  Məsələn,  Məhəmməd  Füzuli  (www  kultur.qov.tr),    “XV-XVI 

əsrlərin Azərbaycan ədəbiyyatı” (www azeriros.ru/az). 

      


İnformasiya  bülleteninin  əsas  əhəmiyyətindən  biri  də  çağdaş  dünya 

ədəbiyyatşünaslığı sahəsindəki elmi yeniliklərlə mütəxəssisləri tanış etməkdir. 

Müasir  dövrdə  informasiya  texnologiyalarına  yiyələnən      ədəbiyyatşünas 

alimlərin  biblioqrafik  informasiya  təminatında  bu  mənbənin  rolu  olduqca 

böyükdür.  Belə  ki,  milli  ədəbiyyatşünaslığımız  öz  uğurlarını  təbliğ  etməklə 

yanaşı, dünya İnternet resurslarından da lazımınca bəhrələnir. 

      

Ədəbiyyatşünaslıq  biblioqrafiyasının  müasir  vəziyyətindən  bəhs 



edərkən  bu  sahə  üzrə  elektron  biblioqrafik  informasiya  mənbələrinin  də 

əhəmiyyətini qeyd etmək lazımdır. 

      

Azərbaycanda  bədii  ədəbiyyat  və  ədəbiyyatşünaslıq  üzrə  elektron 



biblioqrafik  mənbələrin  yaradılması  problemi  ümumilikdə  milli  biblioqrafik 

ehtiyatların  yaradılması probleminin tərkib hissəsidir və buna görə də həmin 

problemə kompleks yanaşılmalıdır. 

     


Respublikamızda digər elm sahələri kimi ədəbiyyatşünaslıq sahəsində 

rəqəm  biblioqrafik  resursun  yaradılması  və  istifadə  edilməsi  XX  əsrin  80-ci 

illərinin  əvvəllərinə  təsadüf  edir.  Lakin  bir  sıra  təşkilati,  maliyə  problemləri 

nəticəsində  bu  proses  ləng  gedirdi  və  SSRİ-nin  dağılması  ərəfəsində  bu  işlər 

demək olar ki, dayandırılmışdır. 

      


Azərbaycanda  biblioqrafik  fəaliyyətdə  informasiya  texnologiyalarının 

növbəti,  keyfiyyətcə  yeni  mərhələsi  2000-ci  illərə  təsadüf    edir.  Bu  dövrdə 

respublikamızın beynəlxalq, siyasi, iqtisadi və mədəni əlaqələr sisteminə daha 

intensiv cəlb edilməsinin tərkib hissəsi və nəticəsi kimi kitabxana-biblioqrafik 

fəaliyyətdə  də  dünyada  mövcud  olan  metodlar  və  texnologiyalar  ölkəmizdə 

tətbiq  edilməyə  başladı.  Bu  prosesin  məntiqi  nəticəsi  kimi  bir  sıra  kitab-

xanalarda,    kitab  fonduna    malik  ictimai  təşkilatlarda  biblioqrafik  informasi-

yanın kompyuterlə işlənərək verilənlər bazalarının yaradılması sahəsində ilkin 

təcrübələr aparılmağa başladı. 

      


Məsələn,  2000-ci ildən etibarən  İSAR humanitar təşkilatında, 2001-ci 

ildən etibarən Gələcək naminə Gənclər təşkilatının  kitabxanasında və bir sıra 

təşkilatlarda kiçik də olsa biblioqrafik verilənlər bazaları yaradılmağa başladı. 



KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 

№ 1 (4)                                                                                                    2011

 

 

 

 

 

 

 

 

 

     

 

87 



Belə  ki,  2001-ci  ildən  Xəzər  Universitetinin  Elmi  kitabxanasında,  BDU-nin 

Elmi  kitabxanasında  elektron  kataloqun  yaradılmasına  başlanıldı.  BDU-nun 

Elmi  kitabxanasında  Əməkdar  elm  xadimi,  professor  Abuzər  Xələfovun 

rəhbərlik  etdiyi  “Kitabxanaların  kompyuterləşdirilməsi”  elmi-tədqiqat 

laboratoriyasının    iştirakı  ilə  kitabxanada  Azərbaycan  ədəbiyyatı  fondunda, 

dissertasiyalar  və  nadir  ədəbiyyat  fondunda  olan  xeyli  kitab  və 

dissertasiyaların elektron biblioqrafik yazısı tərtib edilmişdir. 

     


Respublikamızda  kitabxanaların  elektron  biblioqrafik  ehtiyatlarınin 

işlənməsi və onun tələbatçılara  verilməsi sahəsində digər əhəmiyyətli addım 

Gələcək naminə İctimai Birliyin və Azərbaycan Dövlət İqtisad Universitetinin 

birgə icra etdiyi və Exxonmobil Şirkətinin yardımı ilə həyata keçirilən “Elek-

tron kitabxana şəbəkəsi” layihəsi olmuşdur. 2002-ci ildən həyata keçirilən bu 

layihəyə  əsasən  respublikanın  12  əsas  kitabxanasının  (əsasən  ali  məktəb  və 

respublika səviyyəli kitabxanalar) və 4 ictimai təşkilatın kitabxanası fondunda 

olan  100  min  sənədin  biblioqrafik  yazısı  tərtib  edilərək  WEB  –  serverə 

yerləşdirilmişdir  və  bununla  da  dünyada  bütün  İnternet  istifadəçiləri  üçün 

istifadə imkanı açılmışdır. 

       

Elektron kitabxana şəbəkəsi BDU ilə yanaşı M.F.Axundov adına Milli 



Kitabxana,  Dövlət  İqtisad  Universiteti,  Dövlət  Neft  Akademiyası,  Dövlət 

Dillər Universiteti, Tibb Universiteti, MEA-nın kitabxanalarını əhatə edir. 

     

Verilənlər bazasının menyusu 4 aspekt üzrə axtarışı həyata keçirməyə 



imkan verir. Bunlar axtarış, mövzu, kitabxana və dil aspektləridir.Axtarış adlı 

aspektdə müəllif, sərlövhə, söz əlamətləri üzrə, mövzu aspekti üzrə isə UOT-

un  9  bölməsi  üzrə  axtarış  aparmaq  mümkündür.  Ədəbiyyatşünaslıq  və  bədii 

ədəbiyyat üzrə 8-ci mövzu bölməsi üzrə axtarış aparmaq mümkündür. 

      

Digər elektron biblioqrafik mənbə Azərbaycan Respublikası Prezidenti 



İşlər İdarəsinin kitabxanasına məxsusdur. Kitabxanada biblioqrafik verilənlər 

bazasının  yaradılmasına  2004-cü  ilin  may  ayından  başlanmışdır.  Verilənlər 

bazası  kitabxanada  tətbiq  edilən  İRBİS-64  Kitabxanaların  Avtomat-

laşdırılması  sisteminin  tərkib  hissəsidir.  Verilənlər  bazasına  Azərbaycan,  rus 

və digər dillərdə olan 6000-ə yaxın sənədin biblioqrafik yazısı daxil edilmişdir 

ki, bunun da 20%-ni bədii ədəbiyyat, ədəbiyyatşünaslıq üzrə materiallar təşkil 

edir. Verilənlər bazası  həm  kitabxanadakı  avtomatlaşdırılmış sistemdən, həm 

də WEB kataloqu vasitəsilə İnternetdən müyəssərdir. 

      

Azərbaycanda  ədəbi-bədii  biblioqrafiyanın  müasir  inkişaf  səviyyəsi, 



burada  baş  verən  keyfiyyət  dəyişiklikləri  bu  sahənin  gələcək  inkişafı  qarşı-

sında ciddi vəzifələr qoyur. Bu vəzifələr hər şeydən əvvəl ədəbi-bədii biblioq-

rafik  fəaliyyətdə  mühüm  rol  oynayan  mərkəzlərin  biblioqrafik  fəaliyyəti  ilə 

əlaqədardır.  Bu  mərkəzlər  içərisində  M.F.Axundov  adına  Milli  Kitabxana, 

AMEA-nın  Mərkəzi  Elmi  Kitabxanası    və  Nizami  adına  Ədəbiyyat  İnstitu-

tunun biblioqrafik fəaliyyəti diqqət mərkəzindədir. 




KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 

№ 1 (4)                                                                                                    2011

 

 

 

 

 

 

 

 

 

     

 

88 



     

M.F.Axundov  adına  Milli  Kitabxana  respublikada  çap  əsərlərinin,  o 

cümlədən  ədəbi-bədii  nəşrlərin  dövlət  qeydini,  nəhayət  ölkə  mətbuatının 

statistik  uçotunu  aparmaq  istiqamətindəki  fəaliyyətini  yeni  tələblərə  uyğun  

şəkildə  təşkil  edərək  “Birillik  Azərbaycan  kitabiyyatı”nın  nəşrini  bərpa   

etmişdir.  Vəsaitdə  bədii  ədəbiyyat  və  ədəbiyyatşünaslığa  dair  materiallar  

“Ədəbiyyatşünaslıq”  və  “Azərbaycan  ədəbiyyatı”  bölməsində  sistemləşdiril-

mişdir. 


     

Milli  Kitabxana  qarşısında  duran  vəzifələrdən  ən  əsası  respublikada 

çap əsərlərinin, o cümlədən ədəbi-bədii nəşrlərin dövlət qeydini, cari biblioq-

rafik  informasiya  nəşrlərini  əks  etdirən  “Azərbaycan  mətbuat  salnaməsi”nin 

bərpa edilməsidir. 

      


Müasir  dövrdə  Azərbaycanda  bədii  ədəbiyyat  və  ədəbiyyatşünaslıq 

biblioqrafiyasının  biblioqrafik  informasiya  təminatında  mühüm  rol  oynaya 

biləcək  müstəqil  sahəvi  cari  biblioqrafik  informasiyanı  özündə  əks    etdirən 

siqnal,  referativ  və  analitik  xarakterli  informasiya  nəşrlərinin  olmamasıdır. 

Gələcəkdə  həlli  vacib  olan  bu  problem  AMEA-nın  Mərkəzi  Elmi  Kitab-

xanasının, M.F.Axundov adına Milli Kitabxananın və BDU-nun Elmi Kitab-

xanasının  əlaqələndirmə və ixtisaslaşma prinsipləri əsasında cari biblioqrafik 

informasiya  mənbələrinin  yaradılması  bu  sahədəki  mövcud  boşluqları 

doldurmuş olacaqdır. 

      


Azərbaycan  ədəbiyyatşünaslıq  biblioqrafiyasının  gələcək  perspek-

tivlərindən bəhs edərkən bu sahənin mühüm istiqamətlərini təşkil edən  “Uşaq 

ədəbiyyatı”nı və “Folklorşünaslıq” materiallarını özündə əks etdirən müstəqil 

elmi-köməkçi  xarakterli  biblioqrafik  informasiya  mənbələrinin  olmamasıdır. 

Uğurlu və ciddi axtarışların nəticəsi olaraq yeni bir nəşr olan “Folklor kitabı” 

adlı  vəsait  filologiya  elmləri  doktoru  A.K.Əliyeva  tərəfindən  tərtib  edilib 

2010-cu ildə nəşr edilmişdir. Gələcəkdə həlli vacib olan məsələlərdən biri də 

Azərbaycan ədəbiyyatının ən aktual problemlərinə dair materialları əks etdirən 

mövzu biblioqrafik informasiya mənbələrinin yaradılmasıdır. 

      


Müasir dövrdə biblioqrafik fəaliyyətin digər sahələrində olduğu kimi. 

ədəbi-bədii  biblioqrafiyalaşdırma  yeni  informasiya  texnologiyalarının  tətbiqi 

ilə  mümkün olur. Bu baxımdan  ədəbi-bədii biblioqrafik proseslərin kompyu-

terləşdirilməsi,  ədəbi-bədii  biblioqrafik  ehtiyatların  yerləşdirilməsi  və 

istifadəsinin intensivləşməsi qarşıda duran vacib problemlərdəndir. 

                                  




KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 

№ 1 (4)                                                                                                    2011

 

 

 

 

 

 

 

 

 

     

 

89 



ƏDƏBİYYAT 

 

1.  “Kitabxana  işi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu// 

Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri və təcrübi jurnal. 1999. №1. 

s.3-16. 

2.  Elçin  (Əfəndiyev  Elçin  İlyas  oğlu):  Biblioqrafiya/M.F.Axundov 

adına Azərbaycan Dövlət Kitabxanası.-Bakı.: 1997. 206 s. 

3. Əliyev Z.H. Rəy // Elçin (Əfəndiyev Elçin İlyas oğlu): Biblioqrafiya 

/M.F.Axundov ad.Azərbaycan Dövlət Kitabxanası. B.,1997. s.9. 

    

4.  Xələfov  A.A.  İnformasiyalaşdırılmış  cəmiyyətin  xüsusiyyətləri  və 

problemləri //Respublika. 2002. 17 aprel. 

    

5.  İsmayılova  S.Müstəqillik  illərində  ədəbi  biblioqrafiyanın  inkişafı 

vəziyyəti // Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri və təcrübi jurnal.-

Bakı: BUN, 2008. №1. s.164-173. 

    

6. Mir Cəlal Paşayev: Biblioqrafiya / M.F.Axundov adına Azərbaycan 

Dövlət Kitabxanası. B.,1998. 70 s. 

    

7.  Mir  Cəlal  Paşayev:  Biblioqrafiya  /M.F.Axundov  adına  Milli 

Kitabxana. B., 2006. 226 s. 

                                                                

MODERN PERSPECTIVES  AND DEVELOPMENT OF LITERATURE 

BIBLIOGRAPHY  

 

S.P.İSMAYILOVA 

 

SUMMARY 

 

The  article  studies  the  present  state  and  perspectives  of  Azerbaijan 

Literature  Biblioqraphy.  Main  directions  of  development  bibliographic 

resources are analyzed. 

 

 

CОВРЕМЕННОЕ СОСТОЯНИЕ И ПЕРСПЕКТИВЫ РАЗВИТИЯ 

ЛИТЕРАТУРОВЕДЧЕСКОЙ БИБЛИОГРАФИИ 

 

С.П.ИСМАИЛОВА 

РЕЗЮМЕ 

 

В статье рассматриваются проблемы современного состояния и 

перспективы  азербайджанской  литературоведческой  библиографии. 

Анализируются  основные  направления  развития  библиографических 

ресурсов. 

Yüklə 139,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə