KitabxanaşÜnasliq və İnformasiya №2



Yüklə 323,25 Kb.
Pdf görüntüsü
tarix11.07.2018
ölçüsü323,25 Kb.
#55164


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 

№ 



         

 

 

 

 

 

2010 

 

64



 

 

 



TÜRK XALQLARININ KİTAB VƏ KİTABXANA 

MƏDƏNİYYƏTİNDƏ LÜĞƏTÇİLİK ƏNƏNƏLƏRİ 

 

P.F.KAZIMİ 

Bakı Dövlət Universiteti 

 

 

Milli irsin öyrənilməsi istiqamətində aparılan tədqiqatlar təkrar-təkrar 

zəngin mədəniyyətin varisliyini üzə çıxarır, xüsusilə də orta əsrlərdə Azərbay-

canın kitab və kitabxana tarixinin açılan hər bir səhifəsi etinik coğrafiyanın 

ümumi mənzərəsində xalqımızın əhəmiyyətli rolunu göstərir. 

Tədqiqatlar göstərir ki, Azərbaycan mədəniyyətinin bir çox xüsusiyətləri 

erkən orta əsrlərdən demək olar ki, bütün türk xalqlarına da xas olmuşdur. 

Təəsüflə qeyd etməliyik ki, XX əsrin əksər tədqiqatçıları türkoloji axtarışlarını 

türk xalqlarının fərqləndirici əlamətlərini öyrənib üzə çıxarmağa həsr etmişlər. 

Bu Rus tədqiqatçıları ilə yanaşı Avropa mütəxəssislərinə  də aid oluna bilər. 

Ümumi cəhətlərin, tarixi köklərin və müştərək  ənənələrin araşdırılmasında 

maraqlı  tərəfləri müəyyənləşdirmək türk tədqiqatçıların qarşısında duran 

vəzifələrdir. 

Əvvəlki tədqiqatlarda ifadə olunduğu kimi ilk kitablar müqəddəs kitab-

lar olmuşdu ki, kitabxana fondlarının repertuarını böyük tarixi dövrdə  məhz 

müqəddəs kitablar müəyyənləşdirilmişdi. Sonrakı mərhələdə dastan və əsatir-

lər geniş yayılmış, müxtəlif coğrafi ariallarda müxtəlifliyi ilə  fərqlənmişdi. 

Məsələn, Zərduştliyin müqəddəs kitabı olan Avesta eramızdan əvvəl III yüzil-

likdə artıq Romada od və ailə ocağının  ilahəsi Vesta əsatirinə çevrilir. Vesta 

rahibələri erkən yaşlarından otuz il müddətinə bakirəliyini qorumalı və saflıq 

simvolu olaraq Roma imperatorlarının yaxın əhatəsində olmalı idilər. 

Ən qədim türk əsatirlərində də Şamanizmdən, Atəşpərəstlikdən və daha 

qədim olan yaranışın Şumer dövrü qavramlarından doğan elementlər mövcud-

dur. Eləcə də dini dünyagörüşünün formalaşdırılmasında ilahiyyatçı mütəxəs-

sislər qədim Şumer əsatirlərindən xeyli faydalanmışdılar. Avropa bibliyaşünas 

alimlərinin verdiyi məlumata görə eramızdan  əvvəl VI yüzillikdə  yəhudilər 

Tövratın bir sıra hekayətlərini məhz “Gilqameş” dastanından götürmüşlər. 

Qədim və orta əsr kitabxanalarının repertuarında lüğətçilik mədəniyyəti 

də mühüm  yer  tutur. Təsadüfi deyil ki, bir çox tədqiqatçılar Xətib Təbrizinin 

Təbrizdən Bağdada getməyini onun oxuduğu kitablarda başa düşmədiyi sözlə-

ri öyrənmək məqsədi ilə olduğunu  əsaslandırırlar. XI-XII əsrlədə  İslam cə-

miyyətinin tədricən liberallaşması, elmi ədəbiyyatın çeşidinin genişlənməsi, 




KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 

№ 



         

 

 

 

 

 

2010 

 

65



əyalətlərdə insanların  ərəb və fars dilli mənbələrdən istifadə etməsinə  şərait 

yaradırdı ki, bu zaman məzmunlu lüğətlərə ehtiyac duyulurdu. Cəmiyyət mə-

lumat ehtiyacını yaratdığı kimi, onların ödənilməsinə də şərait yaradır və biz 

XI əsrdən başlayaraq belə lüğətlərin meydana gəlməsini müşayət edirik. 

Qorunub saxlanılmış ən qədim türk kitabının Mahmud Kaşğarinin “Di-

vani lüğəti türk” olması da bu fikrimizi təstiq edir. Bu kitab ümumtürk mədəni 

abidəsidir.  Şərqi Türküstanda yazılmasına və Bağdad xəlifəsinə  təqdim edil-

mək üçün hazırlanmasına baxmayaraq lüğət bütün türk xalqlarının dilini, ləh-

cə və şivəsini əhatə edir, eləcə də bu dillərin tanıdılması məqsədini daşımışdır. 

Tədqiqatçı S.İ.Bayevski Bədrəddin  İbrahimin “Fərhəngi zəfərquya və 

cahannuya” əsərini araşdıraraq onu fars dilinin izahlı lüğəti kimi təqdim edir. 

Lakin qorununb saxlanmış ən qədim lüğətin Əsədi Tusiyə mənsub olan “Lü-

ğəti furs” olduğunu qeyd edir və bu lüğətin həqiqi müəllifinin Qətran Təbrizi 

olduğunu ortaya atır. Məlumdur ki, Qətran Təbrizi  Əsədi Tusinin müəllimi 

olmuşdur və 1959-cu ildə Tehran Universitetinin elmi jurnalında çap olunan 

Əsgər Hüquqinin məqaləsində  də bu təsdiq olunur. Məlum olur ki, Tehran 

universitetində  hətta bu kitabın nüsxəsi belə mövcuddur. Lakin 1966-cı ildə 

Tehranda keçirilən iranistlərin beynəlxalq konfransında M.Muyin çıxış edir və 

iddia edir ki, belə bir nüsxə yoxdur və Qətran Təbrizinin lüğəti əslində Əsədi 

Tusinin lüğətinin ixtisar olunmuş variantıdır. Şərqşünas və mətinşünas tədqi-

qatçılar bu barədə öz sözlərini deyiblər və yəqin ki, bundan sonra da bu fikrin 

qərəzli olmasını elan edəcəklər. Biz isə kitabxanaşünaslıq baxımından onların 

hər birini kitab vahidi olaraq öz biblioqrafik siyahımıza daxil etməyi düzgün 

hesab edirik. 

Bədrəddin İbrahimin “Fərhənge zəfərquluya” lüğətinin quruluşu göstərir 

ki, bu lüğət heç də S.Bayeviskinin dediyi kimi fars dilinin izahlı lüğəti deyil. 

Lüğətin daxilində fars leksik vahidləri türk və ərəb leksik vahidləri kimi müs-

təqil fəsillərdə ümumiləşib və müəllif etimologiyasını müəyyənləşdirə bilmə-

diyi sözləri fars-ərəb və ya fars-türk sözləri kimi ayrıca fəsildə toplayıb. Lüğə-

tin adından da gördüyümüz kimi fars dilinin izahlı lüğətinə heç dəxli yoxdur. 

Fars dilinin izahlı lüğətini Pəhləvi İranında Dehxoda adlı görkəmli alim 

tərtib etmiş və “Lüğətinameyi Dehxoda” adı ilə 48 cilddə çap etdirmişdi. Lü-

ğətə fars, türk, ərəb sözləri ilə yanaşı  Pəhləvi dövründən qalan xeyli arxaik 

sözləri də toplayaraq onu praktik lüğətdən daha çox paniranist ideyaların ifti-

xar mənbəyi olaraq formalaşdırmışdı. Burada adı çəkilən M.Muyin isə 4 cild-

lik “Lüğətinameyi Moin” kitabını XX əsrin 60-cı illərində  tərtib edir. Daha 

çox praktikliyi ilə  fərqlənən bu lüğət belə türk və  ərəb sözlərinin fars dilinə 

göstərdiyi tarixi təsirdən kənarda qalmır. Tədqiqatçı Cavad Heyət fars dilində 

istifadə olunan türk sözləri lüğətinin tərtibatçısıdır. 



KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 

№ 



         

 

 

 

 

 

2010 

 

66



Bu məqalədə XI-XVIII əsrlərdə hazırlanmış  və geniş coğrafi arealda 

yayılaraq türk xalqına məxsus lüğətlərin biblioqrafik siyahısını verməyə ilk 

dəfə cəhd göstəririk. 

 

1.



 

XI əsr Fərxənge Qətran (Qətranin lüğəti) 

2.

 

XI əsr Anonim 



Fərxənge Fordovsi 

(Firdovsinin lüğəti) 

3.

 

1065 Asadi 



Tusi “Lüğəti furs” (fars 

lüğəti) 


4.

 

1076 (469 hicri) 



Mahmud Qaşqayı “Divani 

lüğəti 


türk” 

5.

 



1134-cü  

ildə vəfat etmiş 

Cərullah Mahmud 

Zəməxşəri 

“ Kitabe lüğəte 

müqəddəmeye 

ədəb Zəməkşəri” 

6.

 



 

XIII əsr Fəxrəddin Naxçıvani “Sixax 

əlmadjam” 

7.

 



XIII əsr Misir 

Məmlukləri zamanı “Kitab 

əl qəvanin 

əl külliyyə Lidabti 

əl lüğət əttürkiyə” 

8.

 



XIII əsr  Elxanilər 

dövrü 


Cəmaləddin ibn Mihnə  

“Kitab Helye əl 

insan və Helye ən 

lisan” 


9.

 

XIV əsr Bədrəddin İbrahim “Fərhəngi 



zəfərquya və 

cahannuya” 

10.

 

XIV əsr 



Şəmsəddin “Sixax 

əl furs” 

11.

 

XIV əsrin  



əvvəllərində 

İtalyan və Alman 

misionerləri 

“Kodeks 


Kumanikus” 

(qıpcaq məcmuəsi) 

12.

 

 



1301 Mövlana 

Fəxrəddin 

Mubarak Qaznavi Kəvvas 

“ Fərhəngi Fəxri 

Kəvvas”  

13.


 

1312-13 cü illər 

Əbu Heyyan əl-Əndəlusi  

“Kitab əl idrak 

Lilisan əl ətrak” 

14.


 

1328 Məhəmməd İbn Hinduşah  

Naxçıvani 

“Səhih əl-Furs”  

15.

 

 



1343 

Şəmsi Fərxi İsfahani “Miyari 

Cəmali”  

16.


 

1343 Anonim  Dastur 

al-afazil 

17.


 

1393 Məhəmməd İbn Kəvvas 

Bəlxi 

“Baxr al-fəzail”  




KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 

№ 



         

 

 

 

 

 

2010 

 

67



18.

 

XV əsr 



Anonim 

“ Kitabi bəlağət əl 

müştaq fi lüğət türk 

əl qıpçaq” 

19.

 

1419 



Nasir Kazi Qunbazi 

“Risaleyi Nasiri 

Əhməd”  

20.


 

1419 


Anonim 

“Adat al Fuzala”  

21.

 

1434 Məhəmməd İbn  Kəvvas  



Bəlxi 

“Baxr al-fəzail”  

 

22.


 

1474 (Hindistan) 

Təvanəddin Faruxi 

“ Fərhəngi 

İbrahim”  

23.


 

XV-XVI əsrlər  

Anonim 

Fərid al Favaid 



24.

 

XVI əsrdə (Anadolu) Anonim 



“Lüğəti əbu şəka” 

25.


 

XVI əsr Nəvai “Mühakimat 

əl-

lühəteyn” 



26.

 

XVI əsr Məhəmməd Bin Qeys 



“Kitabi Tubyan 

əllucət ət türk  ala 

lisani qanıqlı” 

27.


 

XVI əsr Anonim 

Kəşf əl-lüğət 

28.


 

XVI əsr Məhəmməd Bin Qeys 

“Lüğəti-türki 

xərəzmi” 

29.

 

XVI əsr Məhəmməd Bin Qeys 



“Ketabe  lüğəte  

Məhəmməd Bin 

Qeys” 

30.


 

1510 (Hindistan) 

Mövlanə Mahmud İbn 

Şeyx Zeynalabdin 

Muhəmməd 

“Toxfat as-saadat”  

31.

 

1519 (Hindistan) 



Muhəmməd  ad-Dəxləvi “Muayyad 

al-


Fuzala”  

32.


 

1544 Məhəmməd Tusi Ələvi “Lüğəti Şaxname”  

33.

 

1576 Anonim  “Fəraid əl- fəvaiz”  



34.

 

1593 Anonim  “Mədar al-əfazil”  



35.

 

XVII əsrdə Hindistanda 



“ 

Lüğəti Fəzlullah 

xan” 

36.


 

1600 (İsfahan) Məhəmməd Qasim Sururi 

Kaşani 

“Məcmə əl-furs”  



37.

 

1608 Fəxrəddin Həsən Şirazi “ 



Fərhəngi 

Cahangiri”  

38.

 

1652 Məhəmməd Təbrizi Burhani 



kati 

39.


 

1662 Anonim  “Şərhi Gülüstan”  

40.

 

1665 (Türkiyə) Həsən Süuri 



Fərhəngə Süuri 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 

№ 



         

 

 

 

 

 

2010 

 

68



41.

 

1705 (Herat) 



Anonim 

“Bədai əl lüğət” 

42.

 

XVII əsr Yaqub 



Cəngi tərəfindən 

Hindistanda yazılmış 

“Kitabe zəbani 

türki” 


43.

 

XVII əsr Anonim 



“Əl Tamğaye 

Nasiri” (farsca-

cığatayca lüğət) 

44.


 

XVIII əsr Mirzə Mehdixan Astrabadi  “Səngilax” 

(Nəvainin 

şeirlərinə lüğət) 

45.

 

1727 (Hindistan) 



Məhəmmədtəan 

Qaqaqoyunlu 

“ Fərhəngi türk”  

 

Burada adları çəkilən lüğətlərin bəzilərinin müəllifi anonimdir. Bəziləri-



nin yazıldığı il və  məkan məlum deyil. Bəzi hallarda eyni lüğətin bir neçə  

tərtibatçı tərəfindən hazırlanması iddia olunur.  Lakin harada, kim tərəfindən 

yazılmasına baxmayaraq ütün bu lüğətlərdə türk dili və onun müxtəlif əsərlər-

də  və ya dillərdə istifadə olunan kəlmələri haqqında  şərhlər verilir, bir çox 

hallarda lüğətin bütöv bir fəsli türk dilinə və ya ləhcələrinə aid edilir. Tərtib 

etdiyimiz siyahının bitkin olması barədə iddiamız yoxdur. Bu sahədə axtarış-

larımız yəqin ki, siyahının daha böyük və məzmunlu olması ilə nəticələnəcək. 

Orta  əsrlərdə kütləvi istifadə olunan, tez-tez üzü köçürülən məşhur lü-

ğətlər sırasında rus tədqiqatçı S.İ.Bayevski 1652-ci ildə Təbriz şəhərində ya-

zılmış  Məhəmməd Təbrizinin “Bürhani kati” lüğətini göstərir. Eləcə  də orta 

əsr lüğətlərinin varisliyi məsələsini araşdıran rus tədqiqatçısı göstərir ki, hər 

bir lüğətin tərtibatçısı özündən əvvəlki lüğətlərə istinadlar vermiş və onlardan 

geniş şəkildə faydalanmışlar. Bu məlumat əsas verir ki, orta əsr kitabxanala-

rında lüğət materiallarının geniş yayılması və məlumatın mütəxəssislərin fak-

tını iddia edək. Elmi işdə faydalana bilmək imkanı mütəxəssislərə  hər dəfə 

daha geniş və məzmunlu lüğətin tərtibinə imkan yaratmışdı. 

Qeyd olunan lüğətlərin  əksəriyyətinin tərtibatçısı türk əsilli alimlər ol-

muşdur. Lakin hətta fars dili lüğətinin tərtibatçıları belə konkret ədəbi nümu-

nələrdə istifadə edilən türk mənşəli sözləri və frazeologiyanı ya ayrıca bir fə-

sildə göstərmiş, ya da mətin içərisində onlara izahlar vermişlər. Orta əsrlərdə 

lüğətlər əsasən ədəbi və elmi əsərlərdə mütaliə zamanı anlaşılmayan sözlərin 

izahı məqsədi ilə tərtib olunduğu üçün burada islam mədəniyyətinin ifadəçisi 

olan  ərəb, türk və fars dillərindən başqa digər dillərdən istifadəyə  qəbul 

olunmuş söz və anlayışlara da təsadüf edilirdi. 

Mahmud Kaşğarinin “Divani lüğəti türki” onun mürəkkəb quruluşu, elə-

cə də sonrakı dövrlərdə tərtib olunmuş lüğətlər göstərir ki, orta əsrlərdə türk 

dili kifayət qədər zəngin və mürəkkəb fonetik tərkibə malik olmuşdu. Geniş 

coğrafi  əraziyə yayılması  səbəbindən inteqrasiya elementlərinin zəif olması 




KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 

№ 



         

 

 

 

 

 

2010 

 

69



dilin ümumi inkişafına deyil, ayrı-ayrı ləhcə və şivələrin inkişafına öz təsirini 

göstərmişdi. Bu baxımdan türk olmayanın belə bir lüğəti tərtib etməyi müm-

kün deyildi. Odur ki, qeyd olunan lüğətlərin  əksər hallarda tərtibatçısı türk 

əsilli olmuş və ya türk əsilli mütəxəssislərin köməyi ilə tərtib edilmişdi. 

İran lüğətləri mövzusunda tədqiqat aparmış  Səid Nəfisi “Qədim  İran 

lüğətləri” kitabında “Şahnamə”yə  həsr edilmiş bir neçə lüğətin adını  çəkir. 

Adları çəkilən digər lüğətlərin milli mənsubiyyəti göstərilmir. Tədqiqatı azər-

baycanlı mütəxəssis aparsa da, paniranist ideologiyaya xidmət etmişdi. 

Lüğətlər xalqların mədəni həyatında mühüm rol oynadığından bundan 

dini, ideoloji və s. məqsədlər üçün sui-istifadə etmək cəhdləri də mövcüd ol-

muşdur. Məsələn, görkəmli tədqiqatcı Cavad Heyətin iddiasina görə XIV əs-

rin  əvvələrində italyan və alman missionerləri qıpçaq türklərini xristianlığa 

cəlb etmək məqsədi ilə “Kodeks Kumanikus” və ya “Qıpçaq məcmuəsi” adlı 

lüğət tərtib edirlər. Bu lüğətin əlyazması Venesiyadakı Santo Markos kitabxa-

nasında saxlanılır. Kitab iki dəftərdən ibarətdir. Birincisi italyanlar tərəfindən 

tərtib edilmiş latın-fars-türk (qıpçaq) lüğəti, ikinci kitab qıpçaq-alman lüğətin-

dən təşkil olunub və latın əlifbası ilə yazılıb. 

Orta əsr islam mədəniyyəti ölkələrində məhz bu lüğətlər insanların ədə-

bi və elmi inteqrasiyasını təmin etmişdi. Bu lüğətlərin müxtəlif tarixi dövrlər-

də üzü köçürülmüş nüsxələri bütün islam dünyasına yayılmış və kitabxanala-

rın fondunda saxlanaraq mütaliə prosesini dərin və  səmərəli etmiş, XVII-

XVIII  əsrlərdən başlayaraq Avropa alimlərinin də diqqətini ciddi informativ 

material kimi cəlb etmişdi. Təsadufi deyil ki, bu lüğətlərin hər biri öz növbə-

sində linqvistlər üçün vacib mənbə, tarixçi və mətinşünaslar üçün mühüm va-

sitə olmuşdur. Onlar orta əsr kitabxanalarının repertuarını müəyyənləşdirmək 

baxımından da çox əhəmiyyətlidir. Orta əsr kitabxanalarımızın çoxu demokra-

tik əlamətli kitabxanalar olmuşdur. Məlumatın toplanması, sistemləşdirilməsi, 

saxlanılması və ictimai istifadəyə verilməsi prosesində senzura, məhdudiyyət 

və ayrı-seçkilik əlamətlərinə rast gəlmədiyimiz üçün iddialarımız əsaslıdır. 

Lüğətçilik mədəniyyətimizin araşdılılması da bir daha sübut edir ki, orta 

əsrlərdə islam mədəniyyətinin ifadəçisi kimi ərəb dili ilə yanaşı azərbaycan, 

türk və fars dilləri də yanaşı olmuşdu. Nəticə olaraq Azərbaycan  ərazisində 

kitabxanalarda üç dilli kitab fondu formalaşmış, bu eləcə  də digər türk dilli 

ərazilərə  də aid olmuşdur. Üç dilli oxucu kontingenti meydana gəlmiş, daha 

geniş məlumat mənbələrini əldə edə bilmişlər. 

Orta  əsr kitabxanalarının repertuarında lüğətlər geniş  və mühüm rol 

oynamışdır. Müqəddəs kitabların rəngarəngliyi ilə yanaşı dastan və əsatirlərin 

zəngliyinə baxmayaraq kitabxanalarda saxlanılma və mühafizəsi baxımından 

fərqli olmuşdu. Bu baxımdan lüğətlərin bəxti daha çox gətirmiş və böyük bir 

əksəriyyəti qorunub saxlanılmışdı. Tarixi əsərlərdə bu baxımdan bəxti daha 

çox gətirmiş koteqoriyaya daxildir. 



KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 

№ 



         

 

 

 

 

 

2010 

 

70



 

ƏDƏBİYYAT 

 

1. Xələfov A.A. Azərbaycanda kitabxana işinin tarixi. – Bakı, 2004. 

2. Şərifli K. Azərbaycan  əlyazma kitabı  və kitabxanaları. – Bakı, 

“Nurlan”, 2009. – 190 s. 

3.Cavad Heyət. Türklərin tarix və  mədəniyyətinə bir baxış. – Bakı, 

Aspoliqraf, 2009. – 184 s. 

4.Kazımi P. Səfəvilər dövründə Azərbaycanda kitabxana işi. – Bakı, 

BDU-nun nəşri, 2008, 174 s. 

5.Badrad-din  İbrahim. Farxanq zafanquya va djaxannuya. – Moskva, 

Nauka,1974. 200 s. 

 

THE DICTIONARY TRADITION IN THE  



TURKISH NATIONS BOOK AND LIBRARY CULTURE 

 

P.F.KAZIMI 

 

SUMMARY 

 

  Super Islam ethnos had been an element integration in the East for a 



long history period. The reflection from of  fulfilled by Arabic language and 

Turkish and Persian language. The dictionary tradition served to the nations 

integration in the middle century.   

 

СЛОВАРЕТВОРЧЕСКИЕ ТРАДИЦИИ В КНИЖНОЙ  



И БИБЛИОТЕЧНОЙ КУЛЬТУРЕ ТЮРКСКИХ НАРОДОВ 

 

П.Ф.КАЗЫМИ 

 

РЕЗЮМЕ 

 

 

  Исламский супер этнос по праву относятся как к арабскому на-

роду, так и к тюркским и персидским народам. Ислам был интегрирую-

щим  звеном  в  большой  географии.  Данная  статья  выявляет  словаре-

творческие традиции исламского периода как вторым интеграционным 

элементом  средних  веков.  А  так  же  определяет  репертуар  книжного 

фонда  библиотек  имеющих  демократических  элементов  в  своей  дея-

тельности. 

 

 



Yüklə 323,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə