Kitabxanaya kitab hədiyyə edirik



Yüklə 16,7 Kb.
tarix31.10.2018
ölçüsü16,7 Kb.
#77046
növüYazı

Yasamal rayon M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası tərəfindən keçirilən

Kitabxanaya kitab hədiyyə edirik” aksiyasının iştirakçıları

1. İsa Həbibbəyli – akademik, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

İsa Həbibbəylinin 800 elmi əsəri, o cümlədən yüzdən artıq kitabı (8 monoqrafiya, 2 dərslik, 6 dərs vəsaiti, 6 tanıtma kitabı, 7 albom – monoqrafiya, 8 broşura, və s.) vardır. Alimin tədqiqat sahəsi Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsidir.

2. Mahirə Quliyeva – filologiya elmləri doktoru, AMEA –nın Nizami adına Ədəbiyyat institutunun “Orta əsrlər Azərbaycan ədəbiyyatı” şöbəsinin nəzdindəki “Füzulişünaslıq” sektoruna rəhbərlik edir. Mahirə Quliyevanın 120 – dən artıq elmi məqaləsi çap edilmişdir. Müəllif Bakı, Moskva, Strasburq, Türkiyə, Misir, Polşa, Pyatiqorsk və İranda keçirilən beynəlxalq elmi konfranslarda iştirak etmişdir.

3. Gülzar İbrahimova – Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin, Mətbuat Şurasının üzvüdür. Həsənbəy Zərdabi mükafatçısıdır. ”Sehirli Dünya” uşaq jurnalının baş redaktorudur.

Uşaqları maarifləndirmə yolunda boyük layihələr həyata keçirir.90 –dan çox kitabın müəllifidir.Yaratdıgı “Sehirli Dünya"jurnalının Youtube kanalına üç milyona yaxın baxış, 10 mindən çox abunəçisi var. İbrahimova Gülzar Hidayət qızı yazıçılar arasında mənsur şeir yazarı – “Gülzar nənə” kimi tanınır və sevilir. Uşaqlar üçün dəyərli layihələr həyata keçirir.

4. Gülarə Munis – şairə– publisist, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, “Azad Qələm” qəzeti və “İşıq” qadın jurnalının əməkdaşıdır. 22 kitabı nəşr olunub, geniş oxucu kütləsinin istifadəsinə verilib.

Gülarə Munis Yaxın və Orta Şərqdə, o cümlədən Azərbaycanda, Azərbaycan türkcəsində “Divan” kitabı yazan ilk qadın şairədir.Yaradıcılıgında əsas xətt vətənpərvərlik mövzusudur.

5. Mobil İsmayılov – tanınmış hüquqşünas, peşəkar və təcrübəli prokurodur. 28 ildir prokurorluq orqanlarında çalışıb. Gənclik illərində müstəntiq vəzifəsində işləyib. Mobil İsmayılov Sabirabad, Saatlı rayonlarında və Əli –Bayramlı (indiki Şirvan) şəhərində prokuror vəzifəsində işləmişdir.

6. Larisa Cavanşir – naşir, tanınmış jurnalist, “Qızıl qələm” mükafatı laureatı. “Azerbaijan Review” jurnalının baş redaktoru, baku. inform saytının təsisçisi və baş redaktoru. 10 kitabın tərtibçisidir. Kitabları 8 dildə nəşr olunub ( Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb, çin və yapon).

7. Lətifə Məmmədova – tarix elmləri üzrə fəlsəfə doktoru, dosent. 25 kitabın müəllifi, tərtibçisi və redaktoru olmuşdur. Dövrü mətbuatda 15–dən çox məqaləsi dərc olunmuşdur. ELNİT (kitabxanalarda yeni texnologiyalar) Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin üzvüdür. “İnformasiya hamı üçün” YUNESKO Proqramının Azərbaycan komitəsinin sədridir, hazırda Yasamal rayon MKS-inin direktoru vəzifəsində işləyir.

8. Ramiz Dəniz (Ramiz Əli oğlu Qasımov) –yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü. 2005 –ci ildə “Qızıl qələm” mükafatına layiq görülmüşdü, 2009 –cu ildə isə ədəbiyyat sahəsi üzrə prezident təqaüdçüsü olmuşdur. Bir sıra bədii, elmi–populyar kitabların müəllifidir. Əsərləri Azərbaycan, rus, ingilis və ispan dillərində nəşr olunmuşdur. Yasamal rayon MKS-inə 19 adda 139 kitab hədiyyə etmişdir.

9. Esmira Fuad–filologiya üzrə fəlsəfə doktoru, AMEA–nın Nizami adına Ədəbiyyat institutunun əməkdaşı. Məmmədhüseyn Şəhriyarın yaradıcılıgının ilk tədqiqatçılarından biri. Uzun illər Cənubi Azərbaycan epik şeirlərini təhlil edir. 10 kitabın müəllifidir.

10. Şahnaz Ağamir – istedadlı jurnalist, AzTV – Radio QSC –nın “Azərbaycanın səsi” Beynəlxalq radiosunun redaktoru. Uzun illər respublikanın müxtəlif mətbu orqanlarında işləmişdir. Bir sıra qəzet və jurnallarda məqalələri və şeirləri dərc olunmuşdur. Dr. Cavad Heyətin redaktoru olduğu jurnalda iki şeiri dərc olunmuşdur.

11. Sevinc Ağa Xəlilqızı – 2 kitabın və bir çox məqaləlrin müəllifi, “Yeni Təfəkkür” qəzetinin müxbiri , Milli Qəhrəmanımız Mübariz İbrahimova, aprel döyüşlərində şəhid olmuş Elnur Əliyevə şeirlər həsr etmişdir. Bu yaxınlarda xeyriyəçi, maarifpərvər H.Z.Tağıyevə “Canıma can verən ölməz diyarım!” poema həsr etmişdir.

12. Yusubov Məhəmməd – kitabxananın fəal oxucusu,158 №-li məktəbin lX sinif şagirdi, ən çox xarici müəlliflərin kitablarını mütaliə edir.

13. İslam Rəhimov – kitabxanaya uzun illər ərzində müraciət edən fəal oxucu.

14. Şahnaz Haşımova – Azərbaycan müğənnisi , Xalq artisti. Repertuarına xalq mahnıları, muğamlar, Azərbaycan bəstəkarlarının mahnıları, həmçinin türk, fars, tacik, əfqan, ərəb və s. xalqların mahnıları daxildir.

Şahnaz xanım yaradıcılığında poeziyaya da böyük yer vermişdir.



Şahnaz xanımın şeirlərində Vətənə, xalqa, ailəyə məhəbbət motivləri əsas yer tutur.
Yüklə 16,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə