Klassik Alman Fəlsəfəsi Klassik alman



Yüklə 273,13 Kb.
Pdf görüntüsü
səhifə1/2
tarix28.05.2022
ölçüsü273,13 Kb.
#88247
  1   2
Klassik Alman Fəlsəfəsiiiii



Klassik Alman Fəlsəfəsi
Klassik alman
fəlsəfəsi nisbətən qısa bir dövrü əhatə edir. Bu dövr XVIII əsrin 80-ci 
illərindən
başlanır, XIX əsrin yetmişinci illərində (1872-ci ildə Feyerbaxın ölümü ilə) 
başa
çatır. Bu fəlsəfə Yeni dövr fəlsəfi fikrinin zirvəsini təşkil edir.
Klassik alman 
fəlsəfəsi dünya fəlsəfi fikir tarixində görkəmli rol oynamışdır.
Bu fəlsəfə XVII-XVIII 
əsrlər fəlsəfəsində hakim mövqe tutan metafizik metodu
tənqidi surətdə təhlil edərək 
onun elm sahəsindən kənarlaşdırılmasına nail oldu.
Klassik alman fəlsəfəsinin əsas 
nümayəndələri aşağıdakılardır: 
İohann Herder; İmmanuil Kant; İohann Fixte; 
Fridrix Şellinq; Georgi Hegel; Lüdviq Feyerbax 
Klassik alman fəlsəfəsi öz 
mahiyyəti etibarı ilə inqilabi xarakter daşımış, sosial
təkamüllərin nəzəri cəhətdən 
əsasında durmuş, siyasi inqilabı qabaqlamışdır.
Klassik alman fəlsəfəsi vahid mənəvi 
təşəkkül olmaq etibarı ilə bir sıra ümumi əlamətlərlə xarakterizə alunur. O, hər şeydən 
əvvəl

fikir tarixində fəlsəfənin
özünəməxsus rolunun anlaşılması ilə fərqlənir. 
Klassik. alman fəlsəfəsinin nümayəndələri fəlsəfəni mədəniyyətin tənqidi ruhu, 
mədəniyyətin "canı" adlandırmışlar.
İkincisi, onda yalnız bəşər tarixi deyil, insanın 
mahiyyitinin tədqiqinə geniş
yer verilmişdir. Kantda insan əxlaqi varlıq kimi, Fixqedə 
şüurun fəaliyyəti və insanın özunu dərk etməsi kimi, Şellinqdə obyektiv və 
subyektivin vəhdətin kimi,
Hegeldə özünu dərk etmənin və fərdi şüurun muxtəlif cur 
əlaqələri kimi, Feyerbaxda isə özü üçün subyekt, qeyriləri üçün obyekt kimi, 
antropoloji varlıq kimi nəzərdən keçirilir.Üçunçusu, həmin fəlsafənin nümayəndələri 
fəlsəfəyə fəlsəfə elmlərinin, kateqoriyalar və ideyaların özünəməxsus sistemi kimi 
yanaşmışlar. Məsələn, İ.Kant fəlsəfi idrak üçün qnoseologiya və etikanı, Şellinq 
naturfəlsəfə və ontologiyanı, N.Fixte "elm təlimini", Hegel təbiət fəlsəfəsini, məntiqi, 
tarix fəlsəfəsini, fəlsəfə tarixini, huquq fəlsəfəsini, əxlaq fəlsəfəsini, din fəlsəfəsini, 
dövlət fəlsəfəsini,fərdi şüurun inkişaf fəlsəfəsini

L.Feyerbax isə ontologiya, 
qnoseologiya, etika, tarix və din fəlsəfasini tədqiq etmişdir.Dördüncüsü, klassik alman 
fəlsəfəsi dialektikanın bütov bir konsepsiyasını işləyib hazırlamışdır. Kantın 
dialektikası insan idrakının hisslər, ağıl və zəkanın
hududları və imkanlarının 
dialektikasıdır. Fixtenin dialektikası "Mən"in yaradıcıfəallığının. "Mən" və "qeyri-
Mən"in əksliklər olmaqla qarışlıqlı təsirindən ibarətdir. Onlarıi əsasında isə insanın 
özünü dərk etməsi baş verir. Şellinq Fixtenin
hazırladığı prinsipləri təbiətə tətbiq edir, onu qərarlaşmaqda, inkişaf etməkdə ola 
ruh 
kimi nəzərdən keçirir.
Böyük dialektik olan 
Hegel 
idealist dialektikanın geniş və hərtərəfli 
sistemini yaratmış və ilk dəfə bütün təbii, tarixi və mənəvi aləmi fasiləsiz dəyişilmə və 


inkişafda, ziddiyyətlərdə, kəmiyyət və keyfiyyət dəyişilmələrində, fasiləsizlikdə 
fasiləlik kimi nəzərdən keçirmiş, onları hərtərəfli təhlil etmişdir. 

Yüklə 273,13 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə