Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə1/10
tarix12.10.2018
ölçüsü1,03 Mb.
#73703
  1   2   3   4   5   6   7   8   9   10


     

                          F. 

Köçərli adına 

 

                   

Respublika Uşaq Kitabxanası

 

    


 

 

 



 

 

 



 

 

 



 

31 Mart – tariximizin göz yaşı

 

 

 

31  Mart  Azərbaycanlıların  Soyqırımı  Günü  ilə  bağlı  mərkəzi 



kitabxanaların  uşaq  şöbələri,  MKS-nin  şəhər,  qəsəbə,  kənd  kitabxana 

filialları üçün hazırlanmış  metodik vəsait 

 

 



 

 

Bakı – 2018

 



 

Tərtibçilər:                                     Aynurə Əliyeva 



                                           

          Sevil Əhmədova  

 

Redaktor:                                        Könül Ağazadə 

 

İxtisas  redaktoru və                      Şəhla Qəmbərova 

buraxılışa məsul:                            Əməkdar Mədəniyyət işçisi                                    

                                                          

     31 Mart – tariximizin göz yaşı : 31 Mart

 

Azərbaycanlıların 

Soyqırımı Günü ilə bağlı mərkəzi kitabxanaların uşaq şöbələri, 

MKS-nin  şəhər,  qəsəbə,  kənd  kitabxana  filialları  üçün 

hazırlanmış  metodik  vəsait  /Azərbaycan  Respublikası 

Mədəniyyət  və  Turizm  Nazirliyi,  F.  Köçərli  ad.Respublika  

Uşaq Kitabxanası; tərt.ed. A. Əliyeva;  ixt.red. və  burax.məsul 

Ş.  Qəmbərova;  red.  K.  Ağazadə.  –  Bakı:  F.  Köçərli 

ad.Respublika Uşaq Kitabxanası, 2018.- 41 s. 

 

 

  



    

 

 

 

 

 

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2018 


 

Tərtibçidən 

    Tarixi qədimdən-qədim, soykökü  minilliklərə gedib çıxan bir 

xalq var – Azərbaycan xalqı! Əsrlər boyu hər cür məhrumiyyətə, 

müsibətə  sinə  gərib,  ən  ağır  döyüşlərdən,  ölüm-dirim 

savaşlarından  qalib  kimi  çıxan,  meydanda  düşmənin  gözünün 

içinə  dik  baxmağı  bacaran  məğrur,  qürurlu,  əyilməzdir 

Azərbaycan xalqı! Azərbaycan tarixində faciəli günlər çox olub. 

Xalqımızın həyat salnaməsini vərəqlədikcə əsrlər boyu başımıza 

gələnlərin şahidinə çevrilirik, əcdadlarımızın, babalarımızın  və 

atalarımızın  zaman-zaman düçar olduqları bəlaları göz önünə 

gətiririk. Heyrət edirik ki, ağlagəlməz keşməkeşlərə tab gətirib 

yaşamış, bu günlərə gəlib çıxmış xalqımız nə qədər yenilməz  və 

dözümlü  imiş?!..  Faşizm  Almaniyası  milyonlarla  insanın  qanı 

bahasıyla  nəticələnən  İkinci  Dünya  Müharibəsini  bir  neçə             

il  davam  etdirmişdirsə,  ermənilərin  törətdikləri  vəhşiliklərin  

tarixi  200  ildir.  Azərbaycan  xalqına  qarşı  1905-1907,              

1917-1918-1920-ci 

və 

1948-1953-cü 



illərdə  törədilən 

soyqırımlarına    Qaradağ,  Xocalı  da  əlavə  olundu,  aranlı-dağlı 

Qarabağ  işğal  edildi.  Xalqımız  özünə  qarşı  tuşlanmış  çirkin 

niyyətləri  heç  vaxt  unutmamalı,  qəlbində  yaşatmalı,  səbəbləri 

öyrənib təhlil etməli və tarixin ibrət dərslərindən düzgün nəticə 

çıxarmalıdır.  Bu  bizim  üçün  yazılmamış  həyat  qanununa 

çevrilməlidir.  Azərbaycan  tarixinə,  insanlığa  və  bəşəriyyətə 

qarşı  ən  amansız  və  dəhşətli  cinayətlərdən  biri  kimi  düşmüş 

soyqırımı  bugünkü  və  gələcək  nəsillər  unutmasın  deyə,  bu 

vəsaiti işləməyi özümüzə borc bilirik.  

 

 

 



 

    



 

Bir əsrə sığmayan zülm 

     Azərbaycan  xalqının  minilliklərlə  ölçülən  zəngin  və  şərəfli 

tarixində  həm  qəhrəmanlıq,  həm  də  faciə  səhifələri  bir-birini 

əvəz  etmiş,  nəsildən-nəslə  qan  yaddaşı  və  gen  vasitəsilə 

ötürülmüşdür.  Tariximizin  bu  31  Mart  səhifəsinin  unikallığı 

ondadır  ki,  o  eyni  vaxtda  həm  faciə,  həm  də  qəhrəmanlıq 

nümunəsidir.  

    Tarixçilər XX  əsri “bəşər tarixinin ən zəngin, ən ziddiyyətli 

və  eyni  zamanda  da  şərəfli,  həm  də  qanlı-qadalı  əsri” 

adlandırırlar.  Şərəfilə  yanaşı,  qanlı-qadası  da  bizim  payımıza 

düşdü. Əvvəlində də, sonunda da faciələrə soyqırımlara  məruz 

qaldıq. “Dünyanın siyasi xəritəsini, bəşəri, tərəqqi və inkişafın 

məcrasını  dəyişən  XX  əsr  bütün  dünya  kimi  Azərbaycanı  da  

milli  intibah, siyasi oyanış,  müstəqillik və  istiqlal  yoluna cəlb 

etdi. “Bu istiqlal, bu oyanış bizə qanlı faciələrin, soyqırımların 

bahasına  başa  gəldi.  Belə  faciələrdən  biri  də  100  ili  haqlayan 

1918-ci il martın sonlarından aprelin əvvəllərinə kimi xalqımıza 

qarşı törədilən, tarixdə misli görünməmiş mart faciəsi oldu.  

 

     1998-ci  ildən  31  Mart  Azərbaycan  Respublikasında  dövlət 



səviyyəsində 

Azərbaycanlıların 

Soyqırımı  Günü  kimi                           

qeyd  edilir.  Bu  soyqırım  Azərbaycan  xalqı  və  dövlətçiliyinin 

tarixində  baş  vermiş  faciəli  hadisələrə  milli  yaddaşın 

təzahürüdür. 

Azərbaycanlıların  kütləvi  surətdə  qırğını, 

repressiyalara  məruz  qalması,  doğma  yurdlarından  sürgün 

edilməsi  və  didərgin  salınması  XX  əsr  tarixinin  ən  faciəli  və                   

dəhşətli  səhifələrindəndir.  “Böyük  Ermənistan”  yaratmaq 

xülyasından  ruhlanan  erməni  qəsbkarları  1905-1907-ci  illərdə 

azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar 

həyata  keçirdilər.  Ermənilərin  Bakıdan  başlanan  vəhşilikləri 

Azərbaycanı  və  indiki  Ermənistan  ərazisindəki  Azərbaycan 

kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə 



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə