Köçərli adına Respublika



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
tarix25.08.2018
ölçüsü0,91 Mb.
#64080


 

                                 F. 

Köçərli adına 

 

                   

Respublika 

Uşaq Kitabxanası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

              Günahsız müqəssir

 

Əliabbas Müznib 



 

Əliabbas  Müznibin  135  illik  yubileyi  ilə  bağlı  mərkəzi  kitabxanaların 

uşaq  şöbələri,  MKS-in  şəhər,  qəsəbə,  kənd  kitabxana  filialları  üçün 

hazırlanmış metodik vəsait 

 

 

 

 

 

 

 

Bakı – 2018 


 

Tərtibçilər:                                       Aynurə Əliyeva 



                                           

            Sevil Əhmədova  

 

Redaktor:                                          Könül Ağazadə 

 

İxtisas  redaktoru və                        Şəhla Qəmbərova 

buraxılışa məsul:                               Əməkdar mədəniyyət işçisi                                    

                                                   

     Günahsız müqəssir

 

Əliabbas Müznib : Əliabbas Müznibin 

135 illik yubileyi ilə bağlı mərkəzi kitabxanaların uşaq şöbələri,  

MKS-nin  şəhər,  qəsəbə,  kənd  kitabxana  filialları  üçün 

hazırlanmış  metodik  vəsait  /  Azərbaycan  Respublikası 

Mədəniyyət  Nazirliyi,  F.  Köçərli  ad.Respublika  Uşaq 

Kitabxanası;  tərt.ed.A.Əliyeva;  ixt.red.  və  burax.məsul                 

Ş.  Qəmbərova;  red.  K.  Ağazadə.  -  Bakı:  F.  Köçərli 

ad.Respublika Uşaq Kitabxanası, 2018. – 26 s.   



 

 

 

 

 

 

 

   

 

 

   

 

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2018 


 

Tərtibçidən 

     Bu  gün biz milli  azadlıq tariximiz barədə  iftixar doğuracaq 

çoxlu məlumatlara malikik. Lakin bir zamanlar bu tarixin kiçicik 

bir səhifəsindən belə xəbərsiz olduğumuzu gənc nəsil heç ağlına 

belə  gətirmir.  Bəli,  dünya  dəyişir,  zamanın  hökmü  ilə  bağlı 

qapılar  açılır.  Unudulmuş  tariximiz  aydınlaşır.  Bir  zamanlar 

qaranlıqlar  içərisində  olmuş  keçmişin  məhrumiyyət  dolu 

hadisələri  bu  gün  müstəqil  respublikamızın  şanlı  tarixinə 

çevrilir.  Məhz bu tarix bizi öyrədir, özümüzü daha da dərindən 

dərk etməyə səsləyir. 

     Biz  iftixar  ediləcək  Azərbaycan  tarixini  yaratmış  onlarca 

böyük nümayəndələri bu gün minnətdarlıq hissi ilə yad edirik. 

Nə qədər təəssüflü olsa da, demək lazımdır ki, milli ictimai fikir 

tariximizin  iftixar  doğuracaq  belə  şəxslərinin  heç  də  hamısını 

yad  edə  bilməmişik.  Belə  şəxsiyyətlər  isə  olduqca  çoxdur.  Bu 

şəxslərdən biri, XX əsrin əvvəlləri və sovet  hakimiyyətinin ilk  

illərində  yaşamış,  həyatını,  xalqının  milli  azadlığı  uğrunda 

mübarizəyə  qurban  vermiş  vətənpərvər  şair,  publisist  və 

ədəbiyyatşünas  alim  Əliabbas  Müznibdir.  Əliabbas  Müznibin 

həyat  tarixçəsi  XX  əsrin  əvvəlləri  Azərbaycan  xalqının 

ibrətamiz hadisələrindən biridir. Şairin hələ yüz ilə yaxın tarixin 

ibrətamizliyi  barədə  yazdığı  aşağıdakı  misallar  bu  gün  onun 

özünə nə qədər də aiddir: 

                      Cahanda hər kəsin rəhnümasıdır tarix,  

                      Əsiri-zülməti-qəhrin ziyasıdır tarix,  

                      Hüquqi səlb olunan millətin bu gün məncə,  

                      Hünərli, qüvvəli tək bi xudasıdır tarix.  

     Şair,  ədəbiyyatşünas  Əliabbas  Müznibin  135  illik  yubileyi 

münasibətilə  yazılmış  bu  vəsait  “Giriş”  və  “Keçiriləcək 

tədbirlər”  hissəsindən  ibarətdir.  I  hissədə  şairin  nakam 

həyatından,  II  hissədə  isə  onun  yaradıcılığından  bəhs  edən 

tədbirlərdən söhbət açılır. 

 



 

Giriş  

     

Ədəbiyyatda  Müznib  təxəllüsü  ilə  tanınan  şairin  əsl  adı  və 



soyadı Əliabbas Mütəllibzadədir. Müznib də bir çox yazıçı və 

şair çağdaşları kimi ədəbiyyat və mətbuat aləminə 1905-ci ilin 

Rus  qiyamından  sonra  gəlmiş  və  iti  qələm,  üsyankar  ruhu, 

milliyyətçi və türkçü inancları ilə qısa zamanda ədəbi dairələrdə 

böyük maraq toplamışdır. O, ilk olaraq mollaxanada, bir müddət 

də  rus-tatar  məktəbində  təhsil  almışdır.  Fars  və  rus  dillərinə, 

Türk tarixinə dair geniş məlumatlarını şəxsi oxuma yolu ilə əldə 

etmiş və bu mövzularda dövrünün məlumatlı şəxsiyyətlərindən 

biri kimi tanınmışdır. 

     İlk  şeirlərini  1907-ci  ildən  başlayaraq  “Təzə  Həyat”, 

“İttifaq”,  “Zənbur”  kimi  qəzet  və  jurnallarda  nəşr  etdirən 

Əliabbas Müznib, qısa bir müddətdən sonra 1910-cu ildə “Hilal”  

adlı  bir  qəzet  nəşr  etdirmiş;  həddindən  artıq  tənqidçi  ruhu  və 

ifşaçılığı  ilə  diqqəti  çəkən  bu  qəzetin  ilk  sayı  hələ  mətbuatda 

ikən müsadirə olunmuşdur. Buna səbəb Müznibin “Hökumət, ah 

bir  insan  yeyən  qurd,  nə  pul  qoyar  nə  bir  yurd”    misraları  ilə 

başlayan şeiri olmuşdur. Rəsmi dairələrdən icazəsiz nəşr etdiyi 

ikinci  sayda  isə,  Müznib  milli  gəncliyi,  öz  haqqını  tələb 

etməməsi  baxımından  günahlandıraraq  belə 

yazmışdır: 

“Namusu  qatı,  qarət  etməklə  qazanmak  olmaz,  bəlkə,  hüquqi 

vətən yolunda ölməklə olar. Görürsünüzmü, ata-babadan qalan 

torpağımız zalımın çoxluğundan bir taxta pul mənasında olmuş; 

bu  gün  səhər  kark  olmaqla  məhv  nabud  olmadığımız  dəxi 

mühəkkek  olmuşdur.  Əlimizdən  gedən  ihtiyaratm  istirdadına 

çalışmaqla sübut oluna bilər”. “Hilal” 1911-ci ilin ilk aylarında 

bağlanır. Şairin yayınlamağa başladığı “Şihab-sağıb” dərgisinin 

də  aqibəti  eyni  olmuşdur.  1911-ci  ildə  də  Müznib  hökumətə 

istiqamətli  yazılarına  görə,  əvvəl  qısa  müddət  üçün  həbs 

olunmuş  və  günahlandırılmışdır.  Daha  sonra  isə  çar  hökuməti 




 

tərəfindən ömür boyu Sibirə sürgün edilmişdir. Amma isyankar 



ruhlu şair, Sibirdə də yazmaqdan qalmamışdır. Burada yazmış 

olduğu şeirlərini Bakı mətbuatında nəşr etdirirdi. 1913-cü ildə 

Romanovlar  sülaləsinin  qurulmasının  300  ili  qeyd  olunduğu 

sırada,  Müznib  də  əfv  olunaraq  Bakıya  qayıtmış  və  yenidən 

mətbuat  və  nəşriyyat  aləminə  atılmışdır.  1914-cü  ildə  böyük 

qardaşı  Əbülfəz  Mütəllibzadənin  adına  “Dirilik”  adlı  bir 

məcmuə  qurub.  “Müsavat”  partiyasının  lideri,  Azərbaycan 

Parlamentinin ilk başçısı Məhəmməd Əmin Rəsulzadənin “Milli 

dirilik” adlı ardıcıl yazıları ilk dəfə bu jurnalın sahifələrində nəşr 

olunmuşdur.  Azərbaycanda  türkçülük  fikrinin  yayılmasında, 

Müznib və onun “Dirilik” jurnalı ətrafına yığdığı ədəbi qüvvələr 

əhəmiyyətli  rol  oynamışdır.  1915-ci  ildə  Müznib  bu  jurnalın 

səhifələrində  Rus  imperatoru  Deli  Petronun  Türk-Müsəlman 

düşmənliyi ilə dolu “Vəsiyyət” ini nəşr etdikdən sonra, yenidən 

təqiblərə  məruz  qalmışdır.  Az  sonra  isə  jurnal  bağlanmışdır. 

Daha  sonra  Müznib  “Türkün  səsi”  adlı  bir  qəzet  çıxartmaq 

fikrinə  düşsə  də,  rəsmi  dairələrdən  lazım  olan  izni  ala 

bilməmişdir. 1913-1917-ci    illər  arasında Müznib, milli  yayım 

səhnəsində  geniş  bir  şəkildə  çalışırdı.  Şair  özgün  əsərlərlə 

birlikdə Şərq və Qərb ədəbiyyatından da  tərcümələr edirdi. Öz 

əsərlərindən  və  tərcümələrdən  ibarət  olan  onlarla  kitab 

yayınladırdı. Rus imperiyasının süqutundan sonra Müznib ədəbi 

və  siyasi  sahələrdə  daha  geniş  fəaliyyət  göstərmişdir.  1919-cu 

ildə yeni Azərbaycan Cümhuriyətinin Dövlət Marşını yazmışdır. 

Respublikanın rəsmi nəşr orqanı olan “Azərbaycan” qəzetində 

Türklüyün tarixi və məsələləri üzərinə bir ardıcıl məqalələr nəşr 

etdirmişdir. Sovet rejimi dövründə bir müddət 1920-1926-cı illər 

arasında Müznib yenə mətbuatda çalışdı. Amma burada ona hər 

zaman  millətçilik  sahəsində  köhnə  yazdıqları  xatırladılmış  və 

nəhayət,  1926-cı  ildə,  erkən  yaşda  təqaüdə  ayrılmağa  məcbur 

edilmişdir.  Türkçü  və  milliyyətçi  olduğu  üçün  Müznib  Sovet 



 

dövründə  də,  Çar  dövründə  olduğu  kimi  təzyiq  və  sərt 



reaksiyalara məruz qalıb. Həyatının 20 ilini mətbuata  həsr etmiş 

Müznib,  1926-cı  ildə  44  yaşında  mətbuatdan  ayrılmış, 

siyasətdən  tam  uzaqlaşmış  və  ədəbiyyat  araşdırmacılığı  ilə 

məşğul  olmuşdur.  1927-1937-ci  illər  arasında,  Azərbaycan 

ədəbiyyatı  klassiklərinin  əsərlərindən  ibarət  olan  on  kitab 

yayınlamış. Bütün bu əsərləri özü yığmış,  onlara geniş ön söz, 

bioqrafi  və  şərhlər  əlavə  etmişdir.  1937-ci  ildə  yenidən  həbs 

olunan  Müznib  XX  əsr  Azərbacan    ədəbiyyatının  bir  sıra 

tanınmış  şəxsiyyətləri  kimi,  milliyyətçiliklə  və  pantürkizmlə 

ölüm  cəzası  hökm  olundu.  Son  zamanlarda  ortaya  çıxan 

sənədlərdə  Əliabbas  Müznibin  27  avqust  1937-ci  ildə 

güllələndiyi qeyd edilib.1956-cı ildə dövlət tərəfindən günahsız 

olduğu  etiraf  edilib,  ölümündən  sonra  bəraət  edən  Müznibin 

əsərləri  hələ  də  tam  toplanıb  nəşr  olunmamış  və  yaradıcılığı 

tədqiq edilməmişdir. 

     Görkəmli şairimiz Əliabbas Müznibin  anadan olmasının 135 

illik yubileyi ilə əlaqədar olaraq, kitabxanada bir sıra  tədbirlər: 

kitab  müzakirəsi,  oxucu  konfransı,  rəsm  və  şeir  müsabiqəsi, 

icmal,  ədəbi-bədii  gecə  keçirilə  bilər.  Şairi  sevdirmək, 

yaradıcılığını  gənc  nəslə  və  oxuculara  tanıtmaq  məqsədilə 

kitabxanada  kitab  sərgisi  təşkil  oluna  bilər.  Sərgidə  şairin  

müxtəlif  illərdə  çəkilmiş  şəkillərindən  ibarət  fotostendi, 

kitabları,  ədəbiyyatşünas  və  digər  müəlliflərin  onun  haqqında  

yazdığı kitablar, araşdırmalar, ona ithaf edilən şeirlər, kəlamlar 

və  dövri  mətbuatda  yer  alan  məqalələr  öz  yerini  almaqdadır. 

Sərgiyə müxtəlif başlıqlarlar verilə bilər:  “Günahsız müqəssir”, 

“Əliabbas  Müznib  kimdir”,  “Əliabbas  Müznib”,  “Əliabbas 

Müznib  şəxsiyyətinə  tutulan  işıq”,

 

“Vətən  mücahidlərindən 



biri”,  “Azərbaycan  Cümhuriyyətinin  Dövlət  Marşını  yazan 

şəxsiyyət”,  “Vətən  istiqlalından  ruh  alan  şair”,

 

“Həyatını 



Azərbaycan  xalqının  milli-azadlıq  hərəkatına  həsr  edən 

şəxsiyyət” və s. kimi başlıqlar verilə bilər.  




 

Kitab sərgisi 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

      


 

 

 



 

 

 



 


 

Keçiriləcək tədbirlər 

     İstedadlı şairin yubileyi ilə əlaqədar kitabxanalarda müxtəlif 

tədbirlər keçirilə bilər. Keçiriləcək tədbirlərdən biri də, “Ey dil, 



nə  yatmısan,  gözün  aç  bir  cahana  bax!”  adlı  şeir 

müsabiqəsidir.  Kitabxanaçı  ilk  olaraq  şairin  bir  neçə  şeir 

kitabını məktəblilərə təqdim edir. Məktəblilər müəyyən etdikləri 

şeiri  əzbərləyərək  təyin  edilmiş  tarixdə  kitabxanaya  gəlirlər. 

Qonaqlar və münsiflər öz yerini aldıqdan sonra kitabxanaçı hər 

kəsi salamlayaraq tədbirə keçid alır. O, ilk olaraq şairin  həyat 

və  yaradıcılığından,  onun  ömür  yolundan,  əsərlərindən  və 

kitablarından  söhbət  açır.  Nəfis  şəkildə  nəşr  olunmuş  kitablar 

hamı  tərəfindən  rəğbətlə  qarşılanır.  Kitabxanaçının  dəyərli 

məlumatlarından  sonra  iştirakçılar  ard-arda  öz  şeirlərini 

söyləmək üçün səhnəyə yaxınlaşırlar. 



I iştirakçı: Getmiş cəfavü cövr ilə əldən qərarımız, 

                   Qəhrü qəzəblə səlb olunub ixtiyarımız. 

           

                   Səlb olmadı tramvay işi, artdı dərdü qəm

                   Payi-piyadə seyrə çıxır gülüzarımız.  

 

                   Şollar suyuna qırx neçə milyon gedib yenə, 



                   Qan nuş edər fəğan ilə xurdü kübarımız...  

 

II iştirakçı: Ey dil, nə yatmısan, gözün aç bir cahanə bax! 

                    Dünyanı yandıran sitəmi-biimanə bax! 

                    Varlı evində “yolka” bəzər “Analar” üçün, 

                    Səkkiz yetimi ac yatan Mehribana bax! 

                    Beldə tapança bu qoçu adlı dənini gör. 

                    Ədayə tülkü, qardaşına arslana bax!.. 

 



 

III iştirakçı: Çərxi-din saldı allah, yanar odlara məni, 

                      Qoydu həsrət sarısaç, gözləri göy yarə məni. 

                      Həqq bilir mən o məhin aşiqi-dildadəsiyəm, 

                      Aşiq ömrün uzadan zülfinin üftadəsiyəm. 

                     

                      Maldan keçmişəm, indi ölüm amadəsiyəm  

                      Xeyli xoşbəxtəm edə tığ ilə sədparə məni,  

                      Bənd qıldım dilimi türreyi-tərrarına mən. 

                      Etdim əmlaki fəda arizi-gülnarinə mən... 



Sonda münsiflər heyəti qiraəti ilə fərqlənən iştirakçıları 

mükafatlandırır. 

     Kitabxanada  mövzu  ilə  bağlı  müxtəlif  tədbirlər  keçirilməsi 

məqsədəuyğundur. 

Oxucuları 

maarifləndirmək 

adına 


kitabxanaçı  kitabxanalarla  birgə  məktəblərdə  də  mütəmadi 

tədbirlər 

keçirir.  Belə  tədbirlərdən  biri  də  “Vətən 

mücahidlərindən  biri”  adlı  məktəblilərlə  söhbət  adlanır. 

Kitabxanaçı məktəbin oxu zalına toplaşan oxuculara nakam şair 

Ə.Müznib haqqında məlumata keçid alır. 

Kitabxanaçı:

 

“Müznib”  imzası  Əliabbas  Mütəllib  oğlu 



Əhmədovun  ədəbi  təxəllüsüdür.  “Müznib”  sözü  ərəb  dilində 

günahkar, müqəssir mənasındadır.

 

Qəribə  olsa  da,  bu  imza  ilə 



Əliabbas  Mütəllibzadənin  şəxsi  həyatı  arasında  bir  çox  sıx  

bağlılıq  vardır.  Elə  bil  ki,  hələ  yaradıcılığının  ilk  çağlarında 

taleyin onun adına yazmış olduğu cəza  hökmünü o qabaqcadan 

bilmiş, buna görə də özünə belə bir ədəbi təxəllüs seçmişdir. 

 

     Əliabbas Müznib həyatı boyu öz ictimai ideyalarına görə üç 



dəfə müxtəlif vaxtlarda cəzaya məhkum olmuşdur. Birinci dəfə 

1912-ci  ildə  çar  hökuməti  onu  xalqı  milli-azadlıq  qiyamına 

çağıranlar sırasında Sibirə ömürlük sürgün etmişdir. O, 1913-cü 

ildə  Romanovlar sülaləsinin  üç  yüz illik  yubileyi münasibətilə 

əhvi-ümumiyyəyə  düşmüşdür.  İkinci  dəfə  Əliabbas  Müznib 



10 

 

1914-cü  ildə  dini-fanatizmi  tənqid  etməsinə  görə  Bakı 



ruhanilərindən  şeyx  Qəninin  ölüm  fitvasına  məruz  qalmışdır. 

Əliabbas Müznib üçüncü ağır cəza hökmünə 1937-ci ildə düçar 

olmuşdur.  Lakin  o,  taleyin  onun  adına  yazdığı  bu  cəza 

hökmündən  yaxa  qurtara  bilməmiş,  bir  “burjua  millətçisi”, 

“pantürkist” və “panislamist” kimi məhkum edilib.  Yenə Sibirə 

göndərilmiş,  1938-ci  ildə  orada  da  vəfat  etmişdir.  Beləliklə, 

ədəbi-ictimai  həyata  “Müqəssir”  imzası  ilə  atılmış  Ə.Müznib 

ömrünü müqəssir kimi də başa vurmuşdur.  

     Əliabbas  Müznibin  həyat  tarixçəsi  göstərir  ki,  onun  seçmiş 

olduğu ədəbi təxəllüs ilə mənsub olduğu nəslin taleyi arasında 

da  bir  yaxınlıq  olmuşdur.  Məlum  olur  ki,  belə  bir  cəza  və 

ittihama hələ XIX əsrin əvvəllərində onun ulu babası – Bakının 

sonuncu  xanı  Hüseynqulu  xan  da  məhkum  edilmişdir.  Nəslin 

qanlı  tarixi  1806-cı  ilin  əvvəllərində  çar  generalı  Sisiyanovun 

Bakını işğal etmək istədiyi zaman öldürülməsi ilə başlanmışdır.  

     Bu hadisə sonralar Bakı əhalisi üçün böyük hadisələrə səbəb 

olmuşdur.  Çarizmin  işğalçı  cəza  dəstələri  xalqı  qılıncdan 

keçirmiş,  Hüseynqulu  xan  vətənindən  didərgin  düşmüşdür.  

Ə.Müznib bu qanlı hadisələri ulu babası Hüseynqulu xana həsr 

etdiyi “Təəssürat”, başlıqlı bu şeirində dərin hüznlə yad etmiş, 

şeirin  üzərində  “Ulu  babamı  xatırlama”  sözlərini  yazmışdır. 

Sovet hakimiyyətindən əvvəl qələmə aldığı bir sıra yazılarında 

Əliabbas  Müznibin

 

çarizmin  Azərbaycan  xalqının  başına 



gətirdiyi  faciələri  dəfələrlə  yad  etmişdir.  1919-cu  ildə 

Azərbaycan  Demokratik  Cümhuriyyətinin  bir  illik  yubileyi 

münasibətilə  çap  etdirdiyi  məqaləsində  o  bu  faciəli                

keçmişi  –  “Bir  əsrdən  ziyadə  bir  müddətin  içində  tökülən 

hesabsız  qanların  bahasına  zalımların  yədi-asibanəsindən  əxz 

edilən..” bir gün kimi xatırlayırdı. O, şəxsi arxivində saxlanılan, 

təxminən  1920-ci  ilə  aid  qeydlərdən  birində  XIX  əsrin 



11 

 

əvvəllərində  çarizmin  Bakını  işğalı  hadisələrini  xalq 



ədəbiyyatından aldığı bir şeir parçasında bu cür təsvir edirdi:  

                      Yürüdü qoşunu xanın iləri,  

                      Görcək bunu ruslar çəkildi geri, 

                      Düşmənlərdən təmizlədik şəhəri, 

                      Bakı şəhri sevimli yurdumuzdur.  

     Əliabbas  Müznib  Sovet  hakimiyyəti  illərində  yazdığı 

tərcümeyi-halında  vətənin  və  xalqının  rus  çarizmi  tərəfindən  

başına gətirilən hadisələr barədə yazırdı: “1813-cü ildə İran və 

Rusiya  arasında  bağlanmış  “Gülüstan  müahidənaməsi” 

mövzusunda  Hüseynqulu xan Bakıdan  çəkildikdə  xanın əqvam 

və  əqrəbasına  rus  qoşunları  tərəfindən  şiddətli  cəzalar 

verilmişdir.  Cəbr,  sürgün,  edam  edilməkdən  müzayiqə 

olunmamışdır. Rusiya hökuməti on üç il Bakıda yerləşmişlər.  

     Qətliam  şəhərdə  həftələrlə  davam  etmişdir.  Azyaşlılar  belə  

qılıncdan  keçirilmişdir.  “Yeddi  ev  bir  güvəcə  möhtac  oldu” 

zərbül-məsəli  bu  tarixi  hadisənin  şahidi  idi”.  Ə.Müznibin  yad 

etdiyi  faciəli  hadisələr  onun  ata-babalarının  yaddaşından  heç 

zaman  silinməmiş,  bir  acı  xatirə  kimi  nəsildən-nəslə  nəql 

edilmişdir.  Bu  xatirələrin  doğurduğu  dəhşətli  vahimə  hətta 

üstündən  az  qala  yüz  il  keçdikdən  sonra  da  onun  atasının  çar 

hökumət  orqanlarına  qarşı  qəzəb  və  barışmazlıq  hisslərini 

soyuda  bilmirdi.  Bu  xatirələr  o  zaman  kiçik  Əliabbasın                     

da  həyatında  öz  silinməz  izlərini  buraxmışdır.  Atası  onun  çar 

üsul-idarəsinə  məxsus  yeni  üsullu  məktəbə  getməsinə  belə 

razılıq  vermirdi.  Ə.Müznib  həmin  hadisələrin  tarixçəsini  belə 

nəql  edirdi:  “O  zaman  atam  tikilməkdə  olan  bir  məktəbdə 

daşyonan  işləyirdi.  Mən  bir  iş  üçün  onun  yanına  getmişdim. 

Təsadüfən  tikintiyə  hamilik  edən  Hacı  Zeynalabdin  Tağıyev 

gəlib çıxır, məni görüb xoşlayır. Atama deyir: 



12 

 

– Kişi, oğlunu ver, uşkollaya oxudum. Lakin atam Hacının bu 



fikrinə razı olmur. 

 – Mənə urusdan gələn xeyir lazım deyil, – deyə cavab verir”.  

     Ata-babasının  çarizmin  müstəmləkə  əsarətinə  qarşı  belə 

barışmazlığı  təkcə  Əliabbasın  deyil,  Mütəllib  kişinin  digər 

uşaqlarının da həyatında öz təsirini göstərirdi. Ə.Müznibin kiçik 

qardaşı,  gələcəkdə  görkəmli  şair,  nasir,  publisist  və  türkoloq 

alim  kimi  tanınan  Əmin  Abid  də  öz  həyatını  Azərbaycan 

xalqının  milli-azadlıq  hərəkatına  həsr  edib.  O  da  1937-ci  il  

qurbanlarından biri olmuşdur. 

     Əliabbas  Müznib  təxminən  otuz  illik  bir  yaradıcılıq  yolu 

keçib.  Bu  illər  içərisində  o,  yüzlərlə  poetik  əsərlər,  publisist 

məqalələr  yazıb.  Təxminən  on  adda  qəzet  və  jurnala  naşir                 

və  redaktor  olub,  tərçüməçilik  sahəsində  də  uğur  əldə             

etmişdir.  1910-  cu  ildə  “Min  bir  gecə”  nağıllarından  tərcümə 

etdiyi  bir  parçanı  “Əlifleyla”  adı  ilə  çap  etdirmişdir.  “Ürək 

yanğısı”  və  “Tikan  kolu”  əsərləri  oxucularının  çox  sevdiyi 

kitablarındandır. Uzun illər ərzində topladığı el aşıqlarının, söz 

sənətkarlarının əsərlərini 1926-cı ildə “Aşıq Pəri və müasirləri” 

adlı kitabda çap etdirmişdir. 

     Ə.Müznib bütün fəaliyyətində özünü həmişə bir məqsədə – 

vətənin və xalqın milli azadlığı mübarizəsinə həsr etmişdir. O, 

məhz bu məqsəd yolunda da həyatını qurban vermişdir.  



Tədbirin sonunda məktəblilər şairin şeirlərini qiraətli şəkildə 

söyləyirlər. 

     Kitabxanada  keçiriləcək  ənənəvi  tədbir  forması  kimi  “Ey 



türklüyün nişanəsi, yüksəl səmalərə”

 

adlı konfrans da keçirilə 



bilər. Konfransa tarixçilər, tədqiqatçılar, ədəbiyyatşünaslar və s. 

dəvət  edilə  bilər.  Kitabxanaçı  hər  kəsi  salamladıqdan  və  şair 

haqqında məlumat verdikdən sonra sözü iştirakçılara verir.  



13 

 

I  iştirakçı:  Ə.Müznib  Azərbaycan  ədəbiyyatşünaslığının 

yaradıcılarından biri olmuşdur. Ə.Müznibin yaradıcılığının əsas 

istiqamətini  Azərbaycan  folkloru  və  xalq  şeiri  təşkil  etmişdir. 

Əliabbas  Müznib  “Həqiqət”  qəzetinin  ən  fəal  müəlliflərindən 

biri idi. “Həqiqət” qəzetinin səhifələrində daha çox “Ədəbiyyat, 

yaxud  ehtisasat”  adlı  yazılarla  çıxış  edən  ədibin  burada, 

həmçinin maarifçilik ruhu daşıyan şeirləri, müxtəlif məqalələri 

də  işıq  üzü  görüb.  Ə.Müznib  “Həqiqət”in  1910-cu  ildə  nəşr 

olunan  7,  10,  11,  12,  16,  21,  40,  45,  46,  57,  102,  103-cü 

nömrələrində  öz  yazılarını  dərc  etdirib.  Müəllifin  hikmətli 

yazıları  “Həqiqət”  oxucusunu  yüksək  mənəviyyat  sahibi 

olmağa, elmə, mədəniyyətə, intibaha, maarifçiliyə sövq edir və 

insanda mənəvi zövq, yüksək dünyagörüşü formalaşdırırdı. Bu 

baxımdan, qəzetin 1910-cu il 14 yanvar tarixli 10-cu nömrəsində 

işıq  üzü  görən  “İttifaqmı-nifaqmı?”  məqaləsi  xarakterikdir. 

Adından  da  göründüyü  kimi,  yazı  insanları  birliyə,  mənəvi 

bötövlüyə  səsləyir,  ətalətdən  yaxa  qurtarmağa,  cəhalət 

yuxusunda  yatanları  isə  oyanmağa  çağırırdı.  XX  əsrin 

əvvəllərində xalqımızın hələ də cəhalət məngənəsində olmasını 

müəllif təəssüf hissi ilə qarşılayır və müsəlman aləmini ruhsuz 

bir  heykələ  bənzədirdi:  “Qafqazda  sakin  olan  əhli  islama  ürf 

nəzər etdikdə  bütün  bütünə  bir hiss, bir heykəl,  bir  ruh cəmad 

olunmuş bir şey nəzərə çarpıyor. Əcəba nə tükənməz bir qəflət, 

nə latənahi bir cəhalət” (“Həqiqət”, 1910-cu il, 14 yanvar, №10). 

Müəllif  bildirir  ki,  XX  əsrdə  yatmaq  olmaz,  artıq  oyanmaq 

zamanıdır.  Oxumaq,  öyrənmək,  öyrətmək,  savadlanmaq 

vaxtıdır. Çünki millətinin bu gününü, sabahını düşünən həqiqi 

ziyalılara  bizim  hər  an  ehtiyacımız  var.  Ədibin  “Həqiqət” 

qəzetinin  1910-cu  il  17  yanvar  tarixli  12-ci  nömrəsində  nəşr 

olunan  “Ədəbiyyat,  yaxud  ehtisasat”  adlı  yazısı,  bu  gün  də 

aktuallığını  qoruyub  saxlayan  bir  mövzuya,  falçılığa  həsr 

olunub.  Müəllif  məqalə  vasitəsilə  falçıları  və  onlara  uyanları 



14 

 

kəskin  tənqid  atəşinə  tutur,  insanları  bu  yoldan  çəkindirməyə, 



haqq  yoluna  yönəltməyə  çalışırdı:  “Uzun  bir  ömrün  daimi 

səfalət  və  rəzalət  içində  keçirib  bəlkə  bundan  belə  bir  parlaq 

səadətə yetişəcəgəm deyə var yoq ümidini istiqbala bağlayan bir 

şəxs  bundan  böylə  fürsətdən  müstəqid  olmağa  axırıncı  bir 

fülusunadək tərk etməzmi?” (“Həqiqət”, 1910-cu il, 17 yanvar, 

№12).  Müəllif  bildirir  ki,  belə  xürafi  işlər  yalnız  yalandan 

ibarətdir. Ə. Müznibin bütün yazıları ibrətamiz və dərin-fəlsəfi 

məzmuna  malikdir.  Müəllifin  yazıları  müəyyən  mövzularla 

məhdudlaşmır, sərhədləri aşır və ümumbəşəri xarakter daşıyırdı. 

Qəzetin  103-cü  nömrəsində  “Ədəbiyyat”  sərlövhəsi  ilə  nəşr 

olunan  şeir  də  məhz  bu  qəbildəndir:  “Gedibdir  naxüda  əldən 

cəhan  bir  çeşmi  giryandır,  Bütün  bir  növhei  dilsiz  ilə  əhvali 

təbiyandır,  Fəlakətlə,  səfalətlə  bəşər  məğlubi  hüsrandır, 

Müsəlman  zülmi  zalimdən!  Müsəlman  zülmi  zalimdən! 

(“Həqiqət”,1910-cu  il,  9  may,  №103)  Ə.  Müznib  də  digər 

mütəfəkkirlərimiz kimi, hər zaman xalqımızın taleyini düşünür, 

maarifsizliyə,  cəhalətə  qarşı  mübarizə  aparır,  çarələr  arayırdı. 

Ən  önəmli  çarə  isə,  təbii  ki,  elm  və  bilik  mənbəyi  olan 

məktəblərin açılması, insanların elmə, savada həvəsləndirilməsi 

idi.  Bu  məzmunda  mütəmadi  olaraq  yazılan  və  dərc  olunan 

məqalələr  həmin  addımın  atılmasına  bariz  nümunədir.  Belə 

yazılardan biri də qəzetin 102-ci nömrəsində nəşr olunan “Tazə 

məktəb” məqaləsidir. Məqalədə məktəb açılması təşəbbüsündən 

və  həmin  cəhdin  uğurla  nəticələnməsindən  söz  açılırdı. 

“Həqiqət” qəzetinin bütün müəllifləri zamanla səsləşən, aktual 

və  müasirliyini  bu  gün  də  qoruyub  saxlayan  məqalələri  ilə 

oxucuların maariflənməsində mühüm rol oynadı. Bu məqalələr 

insanların bilavasitə şüuruna təsir göstərərək onlarda ictimai rəy, 

yüksək təfəkkür tərzi, mənəvi zövq formalaşdırdı.  



15 

 

II  iştirakçı:  Yazıçının  tərtib  edərək  1928-ci  ildə  Azərnəşrdə 

nəşr etdirdiyi “Aşıq Pəri və müasirləri (XIX əsrin birinci yarısı)” 

kitabı da orta əsrlər antologiyalarını – cüngləri xatırladır. 

     Əliabbas  Müznibin  tərtib  edərək  1917-ci  ildə  Orucov 

qardaşlarının  elektrik  mətbəəsində  nəşr  etdirdiyi  “Türkcə 

qəzəllər  (əski  ədəbiyyatımız  nümunələri)”  kitabı  bir  neçə 

baxımdan  diqqətə  layiqdir.  Müəllif  özü  kitabın  cildində 

yerləşdirdiyi məlumatda toplu haqqında yazır: “Bu kitabda Əmir 

Əlişir  Nəvai,  Füzuli,  Cənnəti,  Abbasqulu  ağa  Qüdsi,  Növrəs 

Osmani, Hüdayi, Mikayil Seydi, Mirzə Abbas Şahin, Ağa Kərim 

Salik,  Məhəmməd  ağa  Cürmi,  Ağadadaş  Müniri,  Nabi,  Cənab 

Şihabəddin,  Məzaqi,  Ağadadaş  Sürəyya,  Asi,  Seyid  Əzim, 

Raşid, Səid, Qasım bəy Zakir, Məhəmməd Bəliğ, Nişati, Əsmət, 

Rüşdi, Məhəmməd Ehsan, Zakir, Natəvan, Vəhdəti, Vəfa, Baki 

və  sair  bunlar  kimi  qəzəlsəralıqda  məşhur  olan  yüzdən  ziyadə 

şairlərin qəzəlləri dərc edilmişdir”. Kitabı nəzərdən keçirdikdə 

görürük ki, Ə.Müznib burada orta əsrlərdən son dövrlərə qədər 

davam  etmiş  cüng,  məcmuə  tərtibi  ənənəsini  uğurla  davam 

etdirmişdir. 

     Qeyd etmək istərdik ki, şeir topluları – cünglər, məcmuələr, 

bəyazlar  bütün  dövrlərdə  şairlər,  yazıçılar,  ədəbiyyatşünaslar, 

ədəbiyyat  həvəskarları  tərəfindən  yüksək  dəyərləndirilmiş,  bu 

antologiyalardakı  klassik  poeziya  haqqında  məlumatlar  ədəbi 

zövqləri inkişaf etdirmişdir. Müasir tədqiqatçılar bu topluların 

köməyi ilə müxtəlif dövrlərdə ədəbiyyat haqqında təsəvvürləri, 

ədəbi əlaqə və ədəbi zövqləri öyrənmək imkanına malikdirlər. 

Orta əsr şeir toplularından XVII  əsr şairimiz Mürtəzaqulu  xan 

Zəfərin 1994-cü ildə aşkar edilmiş, türk, fars və qismən də ərəb 

dilində tərtib edilmiş cüngünü nümunə göstərə bilərik. 2004-cü 

ildə  faksimilesi  “Jünge-Mürtəzaqulu  xan  Şamlu”  adı  ilə 

Tehranda nəşr edilən, 650 səhifədən ibarət bu kitabın tərtibinə II 

Şah  Abbas  dövründə,  1658-ci  ildən  Mürtəzaqulu  xanın 



16 

 

rəhbərliyi ilə başlanmışdır. Ön sözdə verilən məlumata görə, bu 



qiymətli  əlyazmanı  vaxtilə  təbrizli  Əsədulla  Naziməddövlə 

İstanbulda  İran  səfiri  olduğu  zaman,  1892-ci  ildə  almışdır. 

Əlyazmalar  İnstitutunda  Mir  Möhsün  Nəvvabın,  M.Məxfinin, 

İsgəndər bəy Rüstəmbəyovun, Hüseyn əfəndi Qayıbovun və bir 

sıra  digərlərinin  şeir  topluları  mühafizə  edilir.  Buraya  onu  da 

əlavə etmək istərdik ki,  Ə.Müznibin şəxsi  arxivində türkcə və 

farsca şeirlərdən ibarət əlyazma halında şeir toplusu vardır. Bəzi 

şeir  topluları  hələ  XIX  əsrdə  çap  edilmişdir.  Məsələn,  Mirzə 

Yusifin  “Məcmueyi-divani-Vaqif  və  digər  müasirin”  kitabı 

1856-cı  ildə  Teymurxanşurada,  Adolf  Berjenin  “Qafqaz  və 

Azərbaycanda məşhur olan şüaranın əşarına məcmuədir” kitabı 

1867-ci ildə Leypsiqdə çapdan çıxmışdır. 



III iştirakçı: “Türkcə qəzəllər” digər şeir məcmuələrindən bəzi 

cəhətləri ilə fərqlənir. M.Füzulinin şeiri ilə başlanıb Sabirin şeiri 

ilə  qurtaran  bu  kitabda  türkdilli  ədəbiyyatda  sələf-xələflik 

məsələləri,  türk  xalqları  ədəbiyyatları  arasındakı  əlaqələr, 

bütövlükdə türk ədəbiyyatına ümumi bir baxışla baxmaq meyli 

ilkin diqqəti cəlb edir. Böyük Azərbaycan şairi, ədəbiyyatşünası 

və  rəssamı  Sadiq  bəy  Sadiqi  (1533-1610)  Ə.Nəvainin 

“Məcalisin-nəfais”  adlı  təzkirəsini  örnək  götürərək  yazıb         

1607-ci  ildə  tamamladığı  “Məcməül-xəvas”  təzkirəsində 

Azərbaycan,  osmanlı  və  cığatay  şairləri  haqqında  məlumat, 

əsərlərindən nümunələr verilmiş, professor Turxan Gəncəyinin 

sözləri  ilə  desək,  “siyasi  hüdudları  və  sülalələr  arasında 

ixtilafları bir tərəfə buraxaraq, türk dili və ədəbiyyatını bir bütün 

halında  götürmüşdür”.  Ə.Müznibin  S.Sadiqinin  irsindən  nə 

dərəcədə xəbərdar olduğunu bilməsək də, deyə bilərik ki, onun 

toplusu da elə həmin məqsədlə tərtib edilmişdir. Məlum olduğu 

kimi,  orta  əsrlər  və  sonrakı  dövrlər  türk  xalqları  ədəbiyyatına 

Nəvai və Füzulinin çox güclü təsiri olmuşdur. Füzuli ədəbiyyata 

gəlib  geniş  miqyasda  tanındıqdan  sonra  Nəvai  təsiri  müəyyən 



17 

 

qədər  zəifləsə  də,  bəllidir  ki,  hətta  XX  əsrin  əvvəllərində  də 



Azərbaycanda Nəvai şeirlərinə nəzirə və təxmislər yazılmışdır. 

     Topluda  diqqəti  cəlb  edən  cəhətlərdən  biri  Nəvai-Füzuli 

əlaqələrinə  xüsusi  fikir  verilməsi,  bu  iki  şairdən  (əsasən 

Füzulidən)  bəhrələnən  sənətkarların  əsərlərindən  nümunələr 

verilməsidir. Məsələn, bir yerdə Nəvainin 

                Bu ki, hər yandan gögərdibdir 

                                     yüzini kaci-vərd, 

                Cism evi taqini altun birl 

                                      qıldım lacivərd... 

–  mətləli  qəzəli  verilir  və  ardınca  Füzulinin  ona nəzirə  olaraq 

yazdığı 

               Gərmdir şamü səhər mehrinlə 

                                           çərxi-lacivərd, 

               Gəh sirişki-al edər izharü 

                                       gəh rüxsari-zərrd... 

– beyti ilə başlanan şeiri nümunə gətirilir. 

     Təəssüf  hissi  ilə  qeyd  etməliyik  ki,  indiyə  qədər  bizdə 

Ə.Nəvainin  külliyyatı  nəşr  edilməyib,  ümumiyyətlə,  böyük 

şairin  heç  bir  lirik  şeirlər  toplusu  işıq  üzü  görməyib.  Nəvai 

şeirlərindən  xəbərsiz  olsaq,  onun  əsərlərindən  neçə  şairimizin 

bəhrələndiyini  bilməyəcəyik,  bütövlükdə  ədəbiyyat  tariximiz 

barədə təsəvvürlərimiz natamam olacaqdır. 



IV  iştirakçı:  Başqa  bir  maraqlı  cəhət:  məcmuə  divanlar  kimi 

əlifba sırası ilə düzülmüşdür. Hardasa əvvəldə Füzuli şeirini, ona 

yazılan nəzirələri və ya onun təsiri ilə yazılan şeiri oxuyuruqsa, 

ortada,  sonda  da  bunu  görürük.  Nəvai,  Füzuli  ədəbiyyat 

tariximizdə  olduğu  kimi,  bu  toplunu  da  əvvəldən  axıra  qədər 

müşayiət  edir.  Ədəbiyyatımızın  inkişafında  ən  diqqətəlayiq 

cəhətlərdən biri odur ki, orta əsrlərdən XX əsrə qədər yüzilliklər 

ərzində  Türkiyə,  Azərbaycan  və  Orta  Asiya  xalqları 

ədəbiyyatları  heç  bir  vaxt  bir-birindən  təcrid  olunmamışdır. 



18 

 

Aralarında  müharibə  gedən  dövrlərdə  belə,  bu  xalqların 



ədəbiyyatları  sıx  əlaqələrini  itirməmişdir.  Təəssüf  ki,  bir  sıra 

ədəbiyyat  dərsliklərində,  tədqiqatlarda  biz  bu  mənzərəni 

görmürük  və  bu  da  ədəbiyyat  tariximizin  bəzi  məqamlarının 

obyektiv işıqlandırılmamasından xəbər verir. Kitabda üç qardaş 

türk  xalqının  –  Türkiyə  türklərinin,  azərbaycanlıların  və 

özbəklərin  poeziyası  bir  şeir  toplusu-divan  kimi  tərtib 

edilmişdir.  Kitaba  osmanlı  şairlərindən  Baqi,  Nədim,  Bəliğ, 

trabzonlu  Fəhmi,  Növrəs  Osmani,  Bağdad  valisi  Əli  paşa,    

Rüşdü  Qədim,  Bursalı  Nüzhət,  Kazım  paşa,  Xəlil  Ədib,        

Cənab  Şihabəddin  və  başqalarının  şeirləri  daxil  edilmişdir. 

Buraya  Azərbaycanın  müxtəlif  bölgələrini  təmsil  edən 

sənətkarların  –  Qarabağdan  Molla  Zeynalabdin  Sağəri,  Qasım 

bəy  Zakir,  Abdulla  bəy  Asi,  Növrəs,  Mir  Mehdi  Xəzani, 

Məhəmmədəli  bəy  Məxfi,  Mehdiqulu  bəy  Vəfa,  İbrahim 

Tahirin, Bakıdan Məşhədi Azər, Ağadadaş Sürəyya, Ağadadaş 

Münirinin,  Şamaxıdan  Seyid  Əzim  Şirvaninin,  Cənubi 

Azərbaycandan  Zikri,  Əttar  Ərdəbili,  M.M.Şükuhinin  şeirləri 

salınmışdır. 



V iştirakçı: Əlbəttə ki, diqqətəlayiq cəhətlərdən biri də toplunun 

Füzuli şeiri ilə başlanıb, Sabir şeiri ilə qurtarmasıdır. Kitab çap 

edilərkən Sabir artıq altı il idi ki, vəfat etmişdi. Toplunun daha 

əvvəllərində şeiri verilmiş Əliağa Vahid isə şeir-sənət aləmində 

ilk addımlarını atan gənc idi. Ədəbiyyat tarixini gözəl bilən, özü 

də  Sabirin  təsiri  ilə  satirik  şeirlər  yazan  Ə.Müznib  Ə.Vahidin 

klassik  poeziya  ənənələrini  davam  etdirdiyini,  Sabirin 

yaradıcılığının isə ədəbiyyatımızın yeni səhifəsini təşkil etdiyini 

yaxşı  başa  düşürdü.  Antologiyanın  üzərində  “Birinci  kitab” 

yazan  tərtibçi  yeni  kitaba  ən  müasir  poeziya  nümunələrini 

salmağı planlaşdırmşdı. Onun məntiqinə görə, Sabirin simasında 

ədəbiyyatımız  klassik  dövrü  ilə  vidalaşaraq  müasir  dövrünə 

qədəm qoyur. Beləcə, bir antologiyada, sadəcə müxtəlif şairlərin 



19 

 

əsərlərini  düzməklə  Ə.Müznib  ədəbiyyat  tariximiz  barədə  bu 



yazıda  qeyd  etdiyimiz  və  etmədiyimiz  fikirlərini  söyləmişdir. 

Ümidvarıq  ki,  M.Füzuli  adına  Əlyazmalar  İnstitutunun  elmi 

işçisi Samirə Gəncəlinin nəşrə hazırladığı, son günlərdə işıq  üzü 

görmüş  bu  kitab  (redaktoru:  Arif  Ramazanov)  XX  əsrin 

əvvəllərində Azərbaycan ziyalılarının ədəbiyyat, poeziya barədə 

fikirləri,  bədii  zövqü  haqqında  müəyyən  təsəvvür  yaratmağa 

kömək edəcəkdir. 

Tədbirin sonunda şairin satirik şeirləri səsləndirilir. 

     Əliabbas  Müznibi  və  onun  əsərlərini  oxuculara  tanıtmaq 

məqsədilə  kitabxanada  müxtəlif  səpkidə  tədbirlər  də  keçirmək 

olar.  Məsələn, bu məqsədlə kitabxanaçı bir neçə məktəblə sıx 

əməkdaşlıq  edir.  O,  şagirdləri,  xüsusən  də,  aşağı  sinif 

şagirdlərini  kitabxanaya  cəlb  etməklə  şairin  əsərləri  ilə  tanış 

edir. Kitabxanaya abunə olan şagirdlər şairin  əsərlərini  oxuyur, 

onun  yaradıcılığı  ilə  yaxından  tanış  olurlar.  Bu  vaxt  ərzində 

kitabxanaçı yuxarı sinif şagirdləri ilə Əliabbas Müznibin bir sıra 

hekayələrini  səhnələşdirə  bilərlər.  Şairin  sevilən  əsərlərindən 

biri  olan  “Şir,  tülkü  və  ulaq”  əsasında  hazırlanmış  səhnəciyi 

sizlərə  təqdim  edirik.  İlk  olaraq    səhnə    əsərə  uyğun  olaraq 

hazırlanır.  İştirakçılar  canlandıracaqları  obrazlara  uyğun 

paltarlar geyinirlər. Aparıcı səhnəyə yaxınlaşaraq poemadan bir 

hissə deməyə  başlayır:  

I aparıcı:     Bir zaman çərxi-dun atıb bir daş, 

                     Şir, tülkü, ulaq olub yoldaş. 

                     Oldular hər üçü şikara rəvan, 

                     Etdilər çox qürur ilə cövlan. 

                     Həddindən artıq çalışdılar hər üçi, 

                     Çoxlu ov tutdular o üç ovçi. 

                     Şir gördükdə ovları, əlan, 

                     Ulağa verdi bölməyə fərman. 




20 

 

                     Ulaq isə o ovları dərhal, 



                     Üç yerə böldü, etmədi ehmal. 

                     Şir bu bölgüdən acıqlandı, 

                     Od kimi qəhrü qeyzdən yandı.  

                     Ulağı vurdu, yıxdı, parçaladı,  

                     Ətini yeyib qanını yaladı. 

                     Sonra əmr etdi tülkiyə bölsün, 

                     Tülkü, az qaldı, bölmədən ölsün. 

                     Qurudu qorxudan dili-dodağı, 

                     Titrəyə-titrəyə əli, əyağı.     

                     O baxışda kiçik, bilikdə yekə, 

                     Özü üçün götürdü bircə tikə. 

                     Qalanını bəxş qıldı şiri-nərə, 

                     Düşməsin taa ulaq kimi zərərə.  

                     Şir qaldı bu bölgüyə heyran

                     Tülküdən sordu keyf ilə şadan: 

I iştirakçı:   “De görüm, böylə bölgünü fövri 

                      Kimdən öyrəndin ey gözüm nuri?” 



II iştirakçı:  Dedi: “Ey bimisal sultanım! 

                      Sənə qurban bu müztərib canım, 

                      Dövlətindən əzizi-dildəndim, 

                      Ulağın ölməyindən öyrəndim”. 



Tədbirin sonunda kitabxanaçı tədbir iştirakçılarına nağıla aid 

suallar verir. 

     Nakam Əliabbas Müznibin yaradıcılığını oxuculara tanıtmaq 

üçün kitabxananın nağıl otağında  “Cəsarət dolu şəxsiyyət”  adlı 

nağıl  saatı  keçirmək  olar.  İştirakçılar  təyin  olunmuş  saatda 

kitabxananın  nağıl  otağında  öz  yerlərini  alırlar.  Kitabxanaçı 

“Tülkü” adlı nağılı obrazlı şəkildə, personajların dili və xüsusi 

emosiya ilə oxuyaraq dinləyicilərin nağıla olan diqqətini artırır. 




21 

 

Kitabxanaçı: Bir gün bir tülkü  tələyə düşdü. O qədər dartındı 

ki, quyruğu üzüldü. Quyruğu üzüldüsə də qorxudan lap uzağa 

qaçdı. Lakin buna gəh zühuri-qəziyyədən çox fikrə düşdü. Bir 

qədər  fikirləşdikdən  sonra  yoldaşlarından  neçəsini  çağırdı  və 

quyruğunun üzülməyi xüsusində söhbət elədi. Tülkülərdən biri 

dedi: 

– Quyruq toppuz deyil ki, dava edəndə gərək olsun. Fəqət ağır 



və  artıq  yükdür.  Hər  yana  gedəndə  gərək  həmmal  kimi  gərək 

özün aparasan.  

   O biri tülkü buna cəvabən dedi:  

–  Gərək  bu  sözü  deməyəydin,  quyruq  olmayanda  lümək  olub 

yaraşığı olmayır.  

   Quyruqsuz  tülkü  daha  xəcalətindən  bir  söz  demədi.  Dərhal 

qalxıb bunların yanından qaçdı.  

Kitabxanaçı “Qurd və qarı” adlı ikinci nağıla keçid alır. 



Kitabxanaçı: Bir ac qurd kəndin kənarında dolanıb ov axtarırdı. 

Yol ilə keçdiyi halda gördü bir yerdə uşaq ağlayır. Və nənəsi ona 

belə deyir:  

– Əgər ağlamağını kəsməsən səni verəcəm qurda aparsın. 

   Qurd  bu  sözü  eşidincə  dayandı.  Və  gözlədi  ki,  ona  versinlər 

uşağı. Qaranlıq çökdü, axşam oldu. Qurd isə gözləyirdi. Lakin 

bir azdan sonra gördü ki, həmin nənə uşağa deyir: 

– Ağlama balam, səni qurda vermərəm. Əgər qurd gələrsə, tutub 

başını üzərik.  

Qurd bunu eşidincə: 

– Görünür ki, bu evdə bir çürə deyilir, başqa cürə əməl edilir, – 

deyib çıxıb getdi.   

     Kitabxanada  şairdən bəhs edən  müxtəlif tədbirlər və eləcə 

də  ədəbi-bədii  gecə  keçirilir.  Unudulmaz  şair

 

Əliabbas  



Müznibin xatirəsinə həsr olunmuş “Dünya olunca hökm edəcək 

türk uluqları, Dünya durunca həp duracaq türk uluqları” adlı 


22 

 

ədəbi-bədii  gecəyə  Azərbaycanın  görkəmli  ədibləri,  sənət-söz 

adamları,  oxucular,  ali  məktəb  tələbələri,  məktəblilər  dəvət 

olunur. Qonaqlar şairin şəkilləri, müxtəlif adda əsər başlıqları və 

şeir  misraları  yazılmış  çərçivərələrlə  bəzədilmiş  zalda  öz 

yerlərini alırlar. Şairin kitablarından ibarət kitab sərgisi qonaqlar 

tərəfindən rəğbətlə qarşılanır. Gecənin qonaqları öncə “Əliabbas  

Müznib  haqqında  hazırlanmış  veriliş”  in  slaydına  baxmağa 

dəvət edilir. Gecəni açıq elan etmək üçün aparıcılar səhnədə öz 

yerlərini  alırlar.  Hər  iki  aparıcı  qonaqları  salamlayaraq,  onlara 

gecədə iştirak etdikləri üçün təşəkkürlərini bildirirlər.   

I  aparıcı:  Salam,  dəyərli  qonaqlar!  Bu  il  böyük  maarifçi, 

bənzərsiz  pedaqoq,  ədəbiyyat  fədaisi,  tərcüməçi,  şair

 

Əliabbas  



Müznibin  anadan  olmasının  135  illiyi  tamam  olur.  Əliabbas  

Müznib həyatın bütün səslərinə, bütün çağırışlarına cavab verən 

əsl şair idi.  Gəlin onun nakam ömür yoluna, keşməkeşli, lakin 

zəfər  dolu,  şan  dolu,  yaradıcılıqla  süslənən  ömür  yoluna  birgə 

nəzər salaq.  

II  aparıcı:  Azərbaycan  ictimai-bədii  fikir  tarixində  mətbuat 

xadimi,  şair, tədqiqatçı,  publisist,  tərcüməçi,  hər  şeydən  əvvəl 

istismar və işğal qüvvələrinə qarşı barışmaz mübariz kimi özgün 

yeri olan Əliabbas Müznib Mütəllibzadənin həyat və mübarizə 

yolu sovet repressiya burulğanında sona çatandan sonra, təbii ki, 

adının müsbət mənada çəkilməsi də qadağan edilmişdir. Yalnız 

ədib  siyasi  bəraət  aldıqdan  sonra,  1970-ci  illərin  əvvəlində 

ədəbiyyatşünas alim, filologiya elmləri doktoru İslam Ağayevin 

Ə.Müznibin  şəxsiyyəti  və  fəaliyyəti  haqda  tədqiqat  xarakterli 

məqaləsi  çap  olunmuşdur.  Ondan  sonra  isə  filologiya  elmləri 

doktoru Ağarəfi Zeynalzadə ədib və ictimai xadimin nəşr etdiyi 

mətbuat  orqanları  (Daha  çox  “Hilal”  qəzeti  və  “Şihabi-Saqib 

jurnalı)  ilə  senzura  münasibətləri  fonunda  onun  çarizmə  qarşı 

barışmaz  mübarizəsi  barədə  apardığı  elmi  araşdırmalarının  

nəticələrini  çap  etdirmişdir.  Bundan  sonra  Ə.Müznibin 



23 

 

şəxsiyyəti diqqət mərkəzində olmuş, akademik Ziya Bünyadov, 



filologiya elmləri doktoru Cəlal Qasımov və b. onun  haqqında  

repressiya qurbanı kimi bəhs etmişlər.

 

 

I aparıcı:



 

Ə.Müznib haqda bir sıra  digər tədqiqatlarda da yeri 

gəldikcə  söhbət  getmiş,  onun  daha  çox  mətbuat  sahəsindəki 

xidmətlərinə  qiymət  verilmişdir.  Əgər  A.Zeynalzadənin              

Ə. Müznibə həsr olunmuş araşdırmaları,  qeyd  etdiyimiz kimi, 

onu  daha  çox  çarizmin  senzura  aparartı  ilə  ağır  mübarizə 

şəraitində əzmlə mübarizə aparan mətbuat və ədəbiyyat xadimi 

kimi təqdim edirsə, İslam Ağayevin tədqiqatları daha əhatəli və 

tutumludur. İslam Ağayev əvvəlcə Ə.Müznibin nəsli səcərəsinin 

tarixçəsinə nəzər salır. 



II aparıcı: Ə.Müznibin romantik yardıcılığında çarizmlə, zülm 

və  ədalətçiliklə  barışmazlıq  duyğusunun  daha  çox  zəmanədən 

şikayət və zəhmətkeşlərin acınacaqlı vəziyyətlərin poetik təsviri 

yolu  ilə  üzə çıxdığını qeyd edən  İslam  Ağayev  satirada həmin  

vəziyyətin kəskin ifşaçılıq tərzində üzə çıxdığını göstərir. Qeyd 

edək  ki,  Əliabbas  Müznib  satirik  yaradıcılığında  “Molla 

Nəsrəddin”  ədəbi  məktəbinin,  Sabir  satira  ənənələrinin 

təsirindən  başqa  onun  öz  romantizmindən  və  islami 

dünyagörüşündən  irəli  gələn  bir  lirizm  və  həzinlik  də  özünü 

göstərir.  Ədibin  hətta  “Əkinçi”,  “Dilənçi”,  “Fəhlə”  və  s.  kimi 

mübariz və barışmazlıq duyğusu ilə aşılanmış şeirlərində də bu 

ruh  aydınca  duyulmaqdadır.  Azərbaycan  Cümhuriyyətin 

qurulmasında  Əliabbas  Müznibin  fəaliyyətinin  dəyəri,  sovet 

hakimiyyəti  illərindəki  fəaliyyəti,  habelə  hər  iki  –  çarizm  və 

sosializm imperiyası tərəfindən repressiyaya məruz qalması da 

monoqrafiyada öz əksini layiqincə tapmışdır.  



I  aparıcı:  Görkəmli  şair,  nasir,  publisist  və  ədəbiyyatşünas, 

Stalin  repressiyaları  qurbanı  Əliabbas  Müznib  (1883-1938) 

özündən  sonra  böyük  bir  irs  qoyub  getmişdir.  Onun 

ədəbiyyatımız, ədəbiyyat tariximiz qarşısındakı xidmətləri son 




24 

 

illərdə,  Azərbaycan  öz  müstəqilliyini  bərpa  etdikdən  sonra 



hərtərəfli  tədqiq  edilir,  əsərləri  üzə  çıxarılaraq  nəşr  edilir. 

AMEA  Məhəmməd  Füzuli  adına  Əlyazmalar  İnstitutunda 

Müznibin  zəngin  ədəbi  irsi,  XX  əsrin  əvvəllərində  çapdan 

çıxmış  kitabları  (tədqiqatçıların  bildirdiyinə  görə,  ötən  əsrin 

əvvəllərində onun altmışa qədər kitabçası nəşr edilib), ədibin əli 

ilə  müxtəlif  mənbələrdən  köçürüb  tərtib  etdiyi  topluları 

saxlanmaqdadır.  Klassik  ədəbiyyatımızın  gözəl  bilicisi, 

tariximizin, ədəbiyyat tariximizin araşdırıcısı Ə.Müznibin tərtib 

etdiyi  bəzi  toplular  əski  dövrlərdə  əlyazma  şəklində  yazılıb 

yayılan cüng, məcmuə və bəzən də təzkirələri  xatırladır. 



II  aparıcı:  Yazıçının  arxivində  öz  əli  ilə  yazdığı  iki  hissəli 

“Bakı”  kitabı  şəhərin  tarixinə  dair  müxtəlif  mənbələrdən 

toplanmış məlumatlar toplusudur. Son dövrlərdə müəyyən edilib  

ki, 1928-ci ildə Azərnəşrdə  çap edilmiş “Natəvan Xurşudbanu” 

kitabının  müəllifi  Ə.Müznibdir  (redaktor  və  ön  söz  müəllifi 

Hənəfi Zeynallıdır). Bu kitabı və onun həcmcə  daha böyük olan 

ikinci  nəşrinin  əlyazmasını müəyyən mənada cüng,  antologiya 

kimi  nəzərdən keçirmək olar. Burada Natəvanın  şeirləri, həyat 

və yaradıcılığı, ədəbi aləmdə nüfuzu, əsərlərinə yazılan nəzirələr 

barədə məlumatlar toplanmışdır.  



I  aparıcı:  Əliabbas  Müznib  zəngin  irsi  və  dərin  psixologizm, 

humanizm və beynəlmiləlçiliklə aşılanmış əsərləri Azərbaycan 

ədəbiyyatının zənginləşməsində mühüm rolu olmuşdur. Belə bir 

qiymətli  irsi  öyrənmək,  onu  nəsillərə  çatdırmaq  böyük 

insanpərvər və vətənpərvər şairimizə ən dəyərli mənəvi abidədir.  

Əliabbas Müznib “ədəbi”, “həmişəyaşar” deməkdir. O, bu gün  

dillərdə, ürəklərdə, beyinlərdə sayrışan şeirləri ilə, səhnələrdəki 

mənzum əsərləri ilə yaşayır.

 

Əliabbas Müznib həyatı bitəcəksiz 



bir ömürdür. 

 

 




25 

 

Ədəbiyyat siyahısı 

 

Əsərləri 

Seçilmiş əsərləri : şeirlər. - Bakı : Nurlan, 2007. - 163 s.  

Seçilmiş əsərləri. - Bakı : Şərq-Qərb, 2006. - 256 s.  

Natəvan Xurşidbanu : poeziya. - Bakı : Elm və Təhsil, 2012.  

- 129 s. 

Haqqında 

Ağayev İ. Əliabbas Müznib : Həyatı, yaradıcılığı, əsərlərindən 

seçmələr. - Bakı : Elm, 2003. - 376 s.   



 

Əhmədov B. Əliabbas Müznib // XX əsr Azərbaycan ədəbiyyatı 

tarixi. 3 cilddə : dərslik. – Bakı : Elm və təhsil, 2011. - C.1. - S. 

224-235.  

 

Xəyal  S.  Əliabbas  Müznib  Bakı  və  bakılı  şairlər  haqqında.  - 

Bakı : Nurlan, 2003. - 80 s.  

 

Əliyeva  İ.  Oxşar  talelər  :  Azərbaycan  Milli  Mətbuatı  142  : 

"Azərbaycan"ın yazarları // Azərbaycan. - 2017. - 22 iyul. - № 

156. - S. 6.  



 

Fərəcov  S.  Vətən  istiqlalından  ruh  alan  şair  :  [şair, 

ədəbiyyatşünas  Əliabbas  Mütəllib  oğlu  Əhmədov  (Müznib) 

haqqında] // Mədəniyyət. - 2016. - 11 mart. - № 20. - S. 15.  

 

Dünyaminqızı Q. Vətən uğrunda fəda olmuş qardaşlar : Sovet 

hökuməti  Əliabbas  Müznib  və  Əmin  Abidin  taleyinə  də  acı 

sonluq yazmışdı // Kaspi. - 2015. - 19-21 dekabr. - № 214. - S. 

7. 

 



26 

 

Günahsız müqəssir Əliabbas Müznib 

(metodik vəsait) 

 

 



 

 

 



Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail:info@clb.az 

URL:www.clb.az 

 

 



 

F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 41 

Çapa imzalanmışdır: 25.05.2018 

Tirajı:100 

Pulsuz 


 

 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə