Köçərli adına



Yüklə 195,45 Kb.

səhifə1/7
tarix12.10.2018
ölçüsü195,45 Kb.
  1   2   3   4   5   6   7


   

                         F. 

Köçərli adına 

 

                  

Respublika 

Uşaq Kitabxanası

 

 

 

 

 

 

 

 

 

 

 

Mətbuat – Həyatın güzgüsü, həqiqətin carçısı  

 

3 May – Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü münasibətilə mərkəzi 

kitabxanaların  uşaq  şöbələri,  MKS-nin  şəhər,  qəsəbə,  kənd  kitabxana 

filialları üçün hazırlanmış metodik vəsait 

 

 



 

 

                                       

Bakı – 2018 


 

Tərtibçilər:                                      Aynurə Əliyeva 



                                           

           Sevil Əhmədova

  

 

Redaktor:                                         Könül Ağazadə 

 

İxtisas  redaktoru və                       Şəhla Qəmbərova 

buraxılışa məsul:                             Əməkdar Mədəniyyət işçisi                                    

                                                            

 

     Mətbuat  –  Həyatın  güzgüsü,  həqiqətin  carçısı:  3  May  – 



Beynəlxalq  Söz  və  Mətbuat  Azadlığı  Günü  münasibətilə 

mərkəzi  kitabxanaların  uşaq  şöbələri,  MKS-nin  şəhər,           

qəsəbə,  kənd  kitabxana  filialları  üçün  hazırlanmış  metodik 

vəsait  /  Azərbaycan  Respublikası  Mədəniyyət  və  Turizm 

Nazirliyi, F. Köçərli ad.Respublika  Uşaq Kitabxanası; tərt.ed. 

A.  Əliyeva;    ixt.red.  və    burax.məsul  Ş.  Qəmbərova;  red.                     

K. Ağazadə. – Bakı: F. Köçərli ad.Respublika Uşaq Kitabxanası, 

2018. - 30 s.  

 

 

 



 

 

 



 

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2018 


 

Tərtibçidən 

     Özünü  ifadə etmək, qəlbləri rahat qoymayan söz azadlığı  hər 

yerdə dəbdə olan bir tələbə çevriləndə, nəhayət, fikir və düşüncə 

azadlığı    sahəsində  “partlayış”  üçün    siyasi    və  iqtisadi  şərait 

yetişdi. İnsanların düşüncə tərzində və hərəkətində  çevriliş baş 

verdi.  Söz  və  öz  azadlığı  üçün  meydan  istədi.  İlahi  sözün 

çağrışları dünyanın bütün guşələrində milyonlarla insanı  ayağa 

qaldırdı. Mətbuat bu azadlığı məmləkət-məmləkət, şəhər-şəhər, 

kənd-kənd, ev-ev daşıyan, insanlar arasında yayan qanadlı quşa  

çevrildi. Bundan sonra sözün gücü bütün  silahdan daha qüdrətli 

oldu.  


     Dünyada ilk qəzetlər. Eramızdan əvvəl 59-cu ildə Yuli Sezar  

əmr verdi ki,  senat iclasları, Romada  baş verən  digər hadisələr 

haqqında məlumat verən  protokollar ictimai yerlərdən asılsın. 

Bu cür məlumatlar  gipsdən hazırlanmış lövhələr üzərində  qara 

şiriftlə  yazılırdı.  Bu prokotollar ilk qəzet  nümunələri idi. Orta 

əsrlərin  qapalı  həyatında  heç  belə  qəzetlər  də  yox  idi.  Yeni 

xəbərlər  çox  vaxt  uzaq  ölkələrə  səyahət  edən  ticarətçilər 

tərəfindən  yayılırdı.  Orta  əsrlərin  sonlarından  ölkədaxili  və 

ölkəxarici  əlaqələrin  genişlənməsi  qəzetə  olan  təlabatı  artırır. 

Leyşikdə bank işçiləri əlyazma qəzet buraxmağa başladılar. Bu 

qəzetlər bir neçə nüsxədə olurdu. Hər bir  oxucu qəzeti pulla aloa 

bilərdi.  Venesiyada  isə  xəbərlər  əlyazma  vərəqlərində  çıxırdı. 

Bu  əlyazmalar  meydanlarda  asılırdı.  Venesiya  ilə  Türkiyə 

arasında  gedən  müharibə  zamanı  isə  bu  əlyazmalar  hər  ay 

meydanda  xüsusi  adamlar  tərəfindən  ucadan  oxunurdu. 

Dinləyicilərdən bir qazetta (İtaliyada xırda pul)  alırdılar. Bir çox 

alimlər qəzet sözünün elə məhz buradan əmələ gəldiyini güman 

edirlər.  Artıq  XVI əsrin  ikinci yarısından Almaniyada ixtisaslı  

qəzet üzü köçürənlər meydana  gəlmişdi.  Almaniyada  qəzetlər 

maraqlananlara  xüsusi  ödənişlə  göndərilirdi.  Bu  qəzetlərdə 




 

nəinki    real  hadisələr,  həmçinin  uydurulmuş  hekayələr  də 



verilirdi.  

     Artıq  1566-cı  ildən  Strasburq  və  Bazeldə  həftəlik  qəzetlər 

çıxmağa  başladı.  Ümumiyyətlə,  qəzet  çapı  o  dövrlərdə              

təhlükəli  idi.    Qəzetlər  və  qəzetçilər    təqiblərə    məruz  qalıb 

cəzalandırılırlar.  Məsələn,  1652-ci  ildə  IX  Karl,  Fransa  kralı 

XIII  Lüdovik  və  digərləri  öz  hakimiyyətləri  dövründə  qəzet 

çıxarmağı  qadağan    etmişdilər.  Lakin  bütün  bu  çətinliklərdən 

keçərək qəzetlər özlərinə yol açır. Hazırda isə qəzet dünyada ən 

çox yayılmış çap məhsuludur.  

    3  May  Beynəlxalq  Söz  və  Mətbuat  Azadlığı  Günüdür.  

F.Köçərli  kitabxanası  olaraq  biz  də  bu  günə  həsr  edilmiş  bu 

vəsaiti  işləməyi  özümüzə  borc  bildik.  Vəsait  iki  bölmədən 

ibarətdir. I bölmə bu günün yaranma tarixindən, II bölmə isə bu 

mövzu ilə bağlı keçiriləcək tədbirlərdən bəhs edir.  



                              

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə