«Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin
beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları»nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR
«Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin
beynəlxalq ticarəti haqqında» Konvensiyanın (CİTES) iştirakçısı olan dövlətlərin
2004-cü il oktyabrın 2-14-də Tailandın Banqkok şəhərində keçirilmiş 13-cü
konfransında qəbul olunmuş 13.81 nömrəli Qərarının müddəalarını nəzərə alaraq
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin
beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları»
təsdiq edilsin
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
Bakı şəhəri, 7 yanvar 2009-cu il
№ 2
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 7 yanvar
tarixli 2 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora
növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi
Qaydaları
I. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının qoşulduğu «Kökünün kəsilməsi
təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında»
Konvensiyanın iştirakçısı olan dövlətlərin 2004-cü il oktyabrın 2-14-də Tailandın
Banqkok şəhərində keçirilmiş 13-cü konfransında qəbul olunmuş 13.81 nömrəli
Qərarına əsasən Konvensiyanın həyata keçirilməsini təmin etmək məqsədi ilə
hazırlanmışdır.
1.2. Bu Qaydalar «Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı
flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiya»nın I, II və III, habelə bu
Qaydaların 1 və 2 nömrəli əlavələrində qeyd olunan yabanı flora və vəhşi fauna
növlərinin, onların hissələrinin və derivatlarının beynəlxalq ticarətini tənzimləyir.
1.3. Bu Qaydalarda istifadə olunan terminlər və anlayışlar aşağıdakı mənaları
ifadə edir:
1.3.1. Konvensiya - «Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı
flora növlərinin beynəlxalq ticarəti haqqında» Konvensiya (CİTES);
1.3.2. mənşə ölkəsi - bu və ya digər növün vəhşi təbii mühitdən əldə edildiyi,
doğulduğu, süni yolla yetişdirildiyi və ya artırıldığı ölkə, onları dənizdən
introduksiya edən ölkə;
1.3.3. növ - heyvan və bitkinin istənilən növü, yarım növü və ya onların coğrafi
mühitə uyğunlaşmış populyasiyaları;
1.3.4. derivat - heyvan və bitki növlərinin həyat fəaliyyətinin məhsulları;
1.3.5. nümunə - Konvensiyanın I, II, III, habelə bu Qaydaların 1 və 2 nömrəli
əlavələrinə daxil edilmiş canlı və ya cansız heyvan və ya bitki növləri, həmçinin
müşayiətedici sənədindən, qabından, markirovkasından, etiketindən, yarlığından və
ya digər asan tanınan əlamətlərindən müəyyən edilən hər hansı heyvan və bitkinin
hissəsi və ya derivatı;
1.3.6. dənizdən introduksiya - nümunələrin hər hansı dövlətin yurisdiksiyası
altında olmayan dəniz sahələrindən Azərbaycana gətirilməsi;
1.3.7. beynəlxalq
ticarət
-
dənizdən
introduksiya
və
«Azərbaycan
Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları»ilə müəyyən
edilən hər hansı ixrac, təkrar ixrac və idxal;
1.3.8. tranzit - Azərbaycan Respublikasının qanunvericiliyində xüsusi olaraq
nəzərdə tutulmayan hallarda gömrük orqanlarının nəzarəti altında qalmaqla,
beynəlxalq ticarətin obyekti olan nümunənin ölkə daxilində daşınması;
1.3.9. qeyri-sərbəst şəraitdə artırılmış - qeyri-sərbəst mühitdə cütləşmiş və ya
digər yolla qametlərini ötürmüş valideynlərdən qeyri-sərbəst mühitdə alınmış yeni
nəsil (o cümlədən yumurta);
1.3.10. süni yetişdirilmiş - insan tərəfindən nəzarət altında toxumlardan,
çilinglərdən, şişkinlik əmələ gətirən toxuma və hüceyrələrdən, habelə zoğlardan
yetişdirilmiş bitkilər;
1.3.11. inzibati orqan - Konvensiyanın IX maddəsinə müvafiq təyin edilmiş
milli inzibati orqan;
13.12. elmi orqan - Konvensiyanın IX maddəsinə müvafiq təyin edilmiş milli
elmi orqan;
1.3.13. icazə/sertifikat - nümunələrin Azərbaycan Respublikasının ərazisinə
idxalı, dənizdən introduksiyası, habelə respublikadan ixracı və təkrar ixracı üçün
inzibati orqan tərəfindən verilən sənəd;
1.3.14. şəxsi əşyalar və ya məişət predmetləri - mülkiyyət hüququnun bir
hissəsi olan və şəxsə məxsus cansız nümunələr, hissələr və derivatlar.
1.4. Bu Qaydalar Xəzər dənizinin Azərbaycan Respublikasının suveren
hüquqları və yurisdiksiyası şamil olunan bölməsi də daxil olmaqla, Azərbaycan
Respublikasının bütün ərazisində, mülkiyyət formasından və tabeliyindən asılı
olmayaraq, istənilən fiziki və hüquqi şəxslərə, Konvensiyanın I, II və III, habelə bu
Qaydaların 1 və 2 nömrəli əlavələrinə daxil edilmiş bütün heyvan və bitki növlərinə,