Kommunist küçəsi 6-da (İstiqlal, 6) yerləşirdi



Yüklə 453,18 Kb.
Pdf görüntüsü
səhifə1/21
tarix21.02.2018
ölçüsü453,18 Kb.
#27406
  1   2   3   4   5   6   7   8   9   ...   21


ÇAYXANA

 

1967-ci  ilin  aprel-may  aylarından  bir  gün  idi.  O zaman  mən  Azərbaycan  Dövlət  Universiteti 

Filologiya  fakültəsinin  II  kursunda  oxuyurdum.  O  vaxt  Universitetin  humanitar  fakültələri 

Kommunist küçəsi 6-da (İstiqlal, 6) yerləşirdi. 

Mən  və  Ordubad  rayonunun  Nüsnüs  kəndindən  olan  qrup  yoldaşım  Həsənov  Hüseyn 

Universitetdən  çıxıb  birlikdə  Qubernator  bağına,  rəhmətlik  Zülfünün  çayxanasına  tərəf 

gedirdik. İndiki Bakı Soveti metro dayanacağı yerləşən tikilinin qarşısından keçib, Qubernator 

bağına girdik. Su budkasının yanından təxminən on-on beş metr keçmişdik ki, üç nəfər cavan 

adamla  rastlaşdıq.  Hüseyn  onlardan  biri  ilə  görüşdü.  Məni  də  tanış  etdi.  Onlarla  bir  qədər 

söhbət etdikdən sonra biz ayrıldıq. 

Hüseynlə danışan adam mənə çox qəribə təsir bağışlamışdı. Uca boylu, qarabəniz bir adam 

idi.  Çox  şux  qaməti,  uzun  əlləri  və  uzun  barmaqları,  gur,  qıvrım,  qapqara  saçları  və  çox  iti 

baxışları var idi. Görünüşünə görə fikirləşmək olardı ki, bu adam ya voleybolçudur, ya da bu 

tipli idman növlərindən biri ilə məşğul olur. 

Biz ayrıldıqdan sonra Hüseyndən soruşdum ki, kimdir bu adam? 

Dedi ki, Əbülfəz müəllimdir, bizim yerlidir. Tarix elmləri namizədidir. Misirdə tərcüməçi işləyib. 

İndi  də  Universitetdə  müəllim  işləyir.  Tələbələri  yaman  çox  istəyir  və  demək  olar  ki,  bütün 

boş vaxtlarını tələbələrin arasında keçirir. 

Mənim  Əbülfəz  bəylə,  yəni  Əbülfəz  Elçibəylə  ilk  tanışlığım  belə  olub.  Sonradan  bu  tanışlıq 

yavaş-yavaş dostluğa, əqidə yoldaşlığına çevrilib. 

Bu ilk tanışlıqdan sonra biz tez-tez görüşməyə başladıq. Görüşlərimiz planlı şəkildə olmasa da

ardıcıllıqla davam edirdi. 

Həmin  vaxtlar  mən  milli  ideyanı  mənimsəmiş  bir  çox  gənclə  tanış  oldum.  Həmin  adamların 

içində tələbələr və müxtəlif peşə sahibləri var idi. Sonralar o adamlar üç qrupa bölündülər: 

Birinci qrup

 axıra qədər, yəni bu günə qədər Bəyin ətrafındadır və onun ideyaları uğrunda var 

gücləri ilə mübarizə aparırlar. 

İkinci qrup

 da Bəyin tam tərəfdarıdır, lakin hərəkat və ondan sonrakı dövrdə aktiv siyasətlə 

məşğul olmadılar. 

Üçüncü  qrup

  azlıq  təşkil  edir  və  onlardan  bəziləri  hələ  1975-ci  ildə  Əbülfəz  bəy  KQB 

tərəfindən  həbs  olunanda  xəyanət  etdi  və  içərilərində  elələri  tapıldı  ki,  1975-ci  ildə  etdiyi 

xəyanətin bağışlandığına baxmayaraq, 1993-cü ildə yenidən xəyanət etdi. 

Yuxarıda qeyd etdiyim kimi, Əbülfəz bəylə biz ardıcıl olaraq Qubernator bağındakı çayxanada 

görüşürdük və söhbətlərimizin mövzusunu əsasən milli problemlər təşkil edirdi. Səttar xan və 

Şeyx Məhəmməd Xiyabaninin şəxsiyyətləri haqqında hər kəs öz bildiyini, oxuduğunu danışırdı. 



Şəriətmədarinin adı tez-tez çəkilirdi, Güneydə yaşayan xalqımızın dərdləri daima vurğulanırdı. 

Əbülfəz  bəy  tez-tez  Quzey  Azərbaycanda  repressiya  qurbanları  haqqında  söhbət  açardı,  ən 

cox da müsavatçılardan danışardı. 

Bütün  bu  söhbətlər  adi  çay  masasının  arxasında  plansız,  protokolsuz  gedərdi  və  sonralar 

mənə  aydın  oldu ki,  bunlar əslində çox  planlı tədbirlər olub.  Sadəcə  bu  tədbirlərin  planı və 

protokolu Əbülfəz bəyin yaddaşına yığılıbmış. 

4 iyun 1993-cü il silahlı çevrilişdən sonra bəzi qəzətlərdə və televiziya proqramlarında tez-tez 

çıxış edib H.Əliyevə yaltaqlanaraq hər hansı bir vəzirə kürsüsünü qazanmaq istəyən yaltaqlar, 

bəzən  xüsusi  olaraq  vurğulayırlar  ki,  Əbülfəz  Bəy,  Elçibəy  nə  deməkdir  və  o  nə  vaxtdan 

bəy oldu. 

Bütün bu adamlara xatırlatmaq istəyirəm ki, mənim Əbülfəz bəylə ilk tanışlıq günümdən onu 

bir Bəy kimi tanımışam. Əvvəla, o zaman bütün tanış-biliş ona Bəy dəyə müraciət edirdilər, 

ikincisi, sözün bütün anlamlarında o Bəy idi və Bəy anlamını gücləndirə biləcək hər bir əlamət 

Əbülfəz  Bəy'də  var  idi.  Bu  həqiqəti  bu  gün  hakimiyyətin  ən  yüksək  pillələrində  oturmuş 

şəxslərdən  tutmuş,  Əbülfəz  Bəyə  rəqib,  düşmən  gözü  ilə  baxan  hər  bir kəs  çox  gözəl  bilir, 

lakin  bu  gerçəyi  etiraf  etmək  üçün  az  da  olsa,  namuslu  olmaq  gərəkdir.  Hələ  60-cı  illərin 

axırlarında  və  70-ci  illərin  əvvəllərində  Əbülfəz  Bəy  cayxanaya  gələndə  oradakıların 

əksəriyyəti ayağa qalxaraq, onu öz masalarına dəvət edərdilər və hamı bu şəkildə müraciət 

edərdi: 


"Bəy, buyurun bizim masaya."

 

Bəy  isə  hamıdan  üzr  istəyərək  gəlib  bizim  masamızda  oturardı.  Və  bu  yazdığımın  kifayət 



qədər şahidi var. 

1992-ci ildə dövlət müşaviri işləyən və hal-hazırda Azərbaycanın siyasət aləmində sayılan bir 

yeri olan Arif Hacıyev mənə dedi ki, o zaman siz çayxanada Bəyin ətrafına yığılıb oturardınız. 

Biz sizdən yaşça çox kiçik idik və mən həmişə sizə həsədlə baxardım, fikirləşərdim ki, görəsən 

nə  vaxtsa  mənə  də  o  insanın  ətrafında  oturmaq  qismət  olacaqmı.  O  zaman  Qubernator 

bağında  olan  o  məşhur  çayxanada  çox  qəribə  bir  publika  yığılardı.  Çayxananın  sahibi 

rəhmətlik Zülfü Göyçaylı olduğuna görə, çoxluğu Göyçaylılar təşkil edirdi. Əlavə olaraq demək 

olar  ki,  məşhur  musiqiçilərin  əksəriyyəti,  gənc  yazar  və  jurnalistlər,  rəssamlar,  bəstəkarlar, 

memarlar,  aktyorlar  və  elm  adamları  boş  vaxtlarını  bu  çayxanada  keçirirdilər.  Mənə  bu 

çayxanada Səttar Bəhlulzadə, Xan Şuşinski və bir çox başqa görkəmli sənətkarla bir masada 

oturub çay içmək xoşbəxtliyi nəsib oldu. 

Ən qəribəsi bu idi ki, buranı hamı özünə, az qala, ikinci bir ev sayırdı. Hətta mənim uşaqlıq 

yoldaşım Elman bir dəfə taksiyə minib demişdi ki, sür çayxanaya! 

Sonralar biz hamımız ailə qurandan sonra, bizim yoldaşlardan bəzilərinin xanımları çayxanaya 

görə,  hətta  evdə  dava-dalaş  salıb,  çayxananı  evdən  daha  çox  istədiklərini  onlara  irad 

tuturdular. 

Yəni Qubernator bağında olan və 1966-cı ildən işə salınmış bu çayxana artıq ənənəvi çayxana 

anlamından  çıxmışdı.  Əvvəllər  adamlar  çayxanaya  çay  içmək,  susuzluqlarını  yatırtmaq  üçün 




Yüklə 453,18 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə