Kompleks qazma işləri



Yüklə 66,35 Kb.
tarix26.03.2018
ölçüsü66,35 Kb.
#34193




Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)

Kompleks qazma işləri” tresti



Laboratoriya avadanlıqlarına olan tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi (№ 26057-17) elan edir.




Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);

  • İştirak haqqının ödənilməsi barədə bank sənədi (ödənişin təyinatında iştirak ediləcək müsabiqənin nömrəsi və iddiaçının tam adı göstərilməlidir);

  • Müsabiqə təklifinin təminatı (forma əlavə olunur) ;

  • Müsabiqə təklifi

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 09.02.2018-ci il, Bakı vaxtı ilə saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.





Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

  • Müsabiqə təklifi bir əsli və iki surəti olmaqla 16.02.2018-ci il, Bakı vaxtı ilə saat: 10:30-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.

  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.



Müsabiqə təklifinin təminatı :

Müsabiqə təklifinin təminatının etibarlılıq müddəti müsabiqə təklifinin qüvvədə olma müddətindən 20 bank günü çox olmalıdır.

Müsabiqə təklifinin təminatı, iddiaçının müsabiqə təklifinin ümumi qiymətinin 3 (üç) %-i məbləğində olmaq şərtilə, 16.02.2018-ci il , Bakı vaxtı ilə saat: 10:30-a qədər Satınalan təşkilata təqdim olunmalıdır. Əks halda iddiaçının müsabiqə təklifi zərfi açılmadan geri qaytarılacaqdır.




İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

  • Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan, ingilis və ya rus dilində əldə etmək istəyənlər 354 manat (ƏDV ilə) və ya ekvivalent məbləğdə sərbəst dönərli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I qrafada göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

  • Hesab nömrəsi:

Azərbaycan Beynəlxalq Bankı ASC,

AZ38IBAZ38010019449306332120,

VÖEN: 9900003871,

Müştəri xidməti Departamenti,

Kod: 805250,

Müxbir hesab: AZ03NABZ01350100000000002944,

VÖEN: 9900001881,

SWIFT BIK: İBAZAZ2Х

  • İştirak haqqı heç bir halda geri qaytarılmır.



Təminatlar :

  • İddiaçının müsabiqə təklifinin ümumi qiymətinin 3 (üç) %-i məbləğində təminat tələb olunur.

  • Avans ödənişin təminatının məbləği ən azı ödəniləcək avans məbləğinə bərabər olacaqdır.

  • Müqavilənin yerinə yetirilməsi təminatı satınalma müqaviləsinin qiymətinin 5 (beş) %-i məbləğində tələb olunacaqdır.



Müqavilənin icra müddəti:

  • Satınalma müqaviləsinin 90 təqvim günü ərzində yerinə yetirilməsi tələb olunur.



Satınalan təşkilatın ünvanı:

AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətula küçəsi, 105.

SOCAR, “Kompleks qazma işləri” tresti

Əlaqələndirici şəxs:

Hüseynov Anar.

Maddi-texniki təchizat və marketinq şöbəsi, şöbə rəisinin müavini

Telefon : (+99 412) 521-31-59

Faks : (+99 412) 521-31-59

Anares.Huseynov@socar.az





Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:

www.socar.az (http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices)




Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 16.02.2018-ci il tarixdə, Bakı vaxtı ilə saat 11:00-da elanın VII qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.





Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək:



http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards




SOCAR-ın “Kompleks qazma işləri” trestinin Satınalmalar qrupu.


(İddiaçı şirkətin firma blankında)

AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN

MÜRACİƏT MƏKTUBU
___________ şəhəri “__”_______20__-c- il

___________№


SOCAR”ın “Kompleks qazma işləri” trestinin

Satınalmalar qrupunun rəhbəri cənab Fazil Ramazanova,
Hazırki məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin,nun,nın) “SOCAR”ın “Kompleks qazma işləri” tresti tərəfindən Laboratoriya avadanlıqlarının satın alınması ilə əlaqədar elan edilmiş 26057-17 nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: ____________ .
Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:


  • Əlaqələndirici şəxs: ____________________________

  • Əlaqələndirici şəxsin vəzifəsi: ____________________

  • Telefon nömrəsi: ______________________________

  • Faks nömrəsi: ________________________________

  • Elektron ünvan: _______________________________


Qoşma:

  1. İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.

________________________________ _______________________



(səlahiyyətli şəxsin A.A.S) (səlahiyyətli şəxsin imzası)

_________________________________



(səlahiyyətli şəxsin vəzifəsi)

M.Y.

(BANKIN RƏSMİ BLANKINDA)


MÜSABİQƏ TƏKLİFİNİN TƏMİNATI ÜZRƏ

BANK QARANTİYASININ

FORMASI
____________şəhəri “___”_______ 2017-ci il
Satınalan təşkilatın adı: SOCAR-ın “Kompleks qazma işləri” tresti

Satınalan təşkilatın ünvanı: AZ1033, Bakı şəhəri., N.Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 105

Satınalma müsabiqəsinin nömrəsi: 26057-17

Satınalma müsabiqəsinin predmeti: Laboratoriya avadanlıqları

Nəzərə alaraq ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Kompleks qazma işləri” tresti (bundan sonra Benefisiar adlandırılacaq) Laboratoriya avadanlıqlarının satın alınması məqsədi ilə satınalma müsabiqəsi təşkil etmişdir;

Nəzərə alaraq ki, [İddiaçının tam adını, VÖEN-nini, hüquqi ünvanını daxil edin] (bundan sonra “Prinsipial” adlandırılacaq) yuxarıda qeyd olunmuş satınalma müsabiqəsi əsasında bağlanacaq satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə özünün “__”______ 20__ il tarixli müsabiqə təklifini təqdim etmişdir;

Nəzərə alaraq ki, [bankın tam adını, VÖEN-ni və ünvanını daxil edin] (bundan sonra Qarant adlandırılacaq) Prinsipialın müsabiqə təklifi üzrə Benefisiar qarşısında götürdüyü vəzifələrinin Müqaviləyə tam uyğun icra edəcəyinə dair Benefisiara _____________ məbləğində [Müsabiqə təklifinin ümumi məbləğinin 3%-dən az olmamaq şərtilə, valyutanı göstərməklə] (bundan sonra Qarantiya məbləği) qarantiya verməyə razılıq vermişdir,

Bununla Qarant Prinsipialın müsabiqə təklifi üzrə Benefisiar qarşısında yaranmış öhdəliklərinin qeyd-şərtsiz icra edəcəyinə dair Benefisiara _____________ məbləğində [Qarantiya məbləğini qeyd edin] şərtsiz və geri götürülə bilməyən qarantiya verir.

Yuxarıda göstərilən Qarantiya məbləği Benefisiarın ilk yazılı bildirişi əsasında, ondan hər hansı sübutun, əsaslandırmanın təqdim edilməsini tələb etmədən Qarant tərəfindən bildirişin daxil olmasından 5 iş günü müddətində tam həcmdə Qarant tərəfindən Benefisiara ödəniləcəkdir.



Qarantın öhdəliyinin ŞƏRTLƏRİ aşağıdakılardır:

  1. Əgər, Prinsipial Müsabiqə Təklifində göstərdiyi Müsabiqə təklifinin qüvvədə olma müddəti ərzində öz Təklifini geri götürərsə və ya hesab səhvlərinin düzəlişi ilə razılaşmazsa; və ya

  2. Əgər, Prinsipial müsabiqə təklifinin qüvvədə olduğu müddət ərzində Satınalan təşkilat tərəfindən həmin təklifin akseptləşdirilməsi haqqında bildiriş aldıqda:

(a) Müqaviləni imzalaya bilməzsə, və ya imzalamaqdan imtina edərsə, və ya

(b) Əsas şərtlər toplusuna uyğun olaraq, Müqavilənin yerinə yetirilməsi təminatını təqdim edə bilməzsə və ya təqdim etməkdən imtina edərsə,

o zaman Qarant Benefisiara yuxarıda göstərilən məbləği onun bu haqda birinci bildirişini aldıqdan sonra, bu bildirişin əsaslandırılmasını tələb etmədən, ödəməyi öhdəsinə götürür, bir şərtlə ki, Benefisiar öz bildirişində yuxarıda göstərilmiş ŞƏRTLƏRDƏN hər hansı birinin, yaxud hər ikisinin baş verməsi ilə əlaqədar, həmin şərtin və ya şərtlərin olmasını dəqiqləşdirməklə, ona həmin məbləğin ödənilməli olduğunu qeyd etmiş olsun.  

Bu qarantiya “__”____________ 2017ci il tarixə kimi [Müsabiqə təklifinin qüvvədə olma müddətindən 20 bank günü çox olmaq şərtilə] qüvvədədir.

Bu qarantiya ilə əlaqədar hər hansı tələb Qaranta yuxarıda qeyd olunmuş tarixə kimi təqdim olunmalıdır.

Bu qarantiya Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq tənzimlənir.


[Qarant adından hazırki qarantiyanı təsdiq etmək səlahiyyətinə sahib şəxsin A.A.S. və vəzifəsi]

[Qarant adından hazırki qarantiyanı təsdiq etmək səlahiyyətinə sahib şəxsin vəzifəsi]

[Qarant adından hazırki qarantiyanı təsdiq etmək səlahiyyətinə sahib şəxsin imzası]

(Bankın möhürü)



SATIN ALINAN MALLARIN SİYAHISI

Sıra №-si

Malların adı

Ölçü vahidi

Miqdar

Malların standartı

Sementləmə laboratoriyası üçün avadanlıqlar

1

Konsistometr - Texniki göstəricilər: maksimum temperatur 315 0C, maksimum təzyiq 275 MPa, Qızdırma gücü 5000 Vt, Stəkanın fırlanma sürəti 150 dövr/dəq, konsintensiya diapazonu 0 dan-100 Bc (Berden vahidi) Qidalandırıcı 220-240 V, 50Hs,7,5kVt (proqram təminatlı)

ədəd

1

API Spec 10A / ISO 10426-1

2

Viskozimetr - özüllüyü təyin edən aparat - Texniki göstəricilər: əl rejimində sürət 0,1-də 600dövr/dəq, kompüterlə (avtomatik rejimdə) sürət 0,01-dən 600dövr/dəq, tərpətmə sürəti (san-1 ) 0,17-dən 1021-ə kimi, nümunənin icazə verilən maksimum temperaturu 900C, yoxlanılan mayenin həcmi 350ml, qidalandırıcı 220-240 V, 50 Hs,700Vt, (proqram təminatlı)

ədəd

2

API Spec 10A, API RP 39,

3

Atmosfer konsistometri 85 dərəcəyə qədər Texniki göstəricilər: -maksimum temperatur 93 0C, təzyiq -atmosfer təzyiqi, qızdırma gücü 1500Vt, Stəkanın fırlanma sürəti 150 dövr/dəq, stəkanın həcmi 470ml, konsintensiya diapazonu 0 dan-100 Bc (Berden vahidi) Qidalandırıcı 200-240V, 50 Hs, 2kVt, (proqram təminatlı)

ədəd

1

API Spec 10A / ISO 10426-1,

4

Ultrasəs analizator (Sement daşının bərkimə başlanğıcının əvvəlini və sonunu, qaz keçiriciliyini təyin edir)

Texniki göstəricilər: maksimum temperatur 204 0C, maksimum təzyiq 137 MPa, Qızdırıcı element və klapan üçün qidalandırıcı 220 V, 50 Hs, 15A, (proqram təminatlı)

ədəd

2

API 10B-6 / ISO 10426-6,

5

“FLUİD” LOS - təzyiq altında su ayrılmanı təyin edən aparat - Texniki göstəricilər: maksimum temperatur 230 0C, maksimum təzyiq 14,0 MPa, stəkanın həcmi 500ml, Stəkanın fırlanma sürəti 150 dövr/dəq, gücü 700Vt Qidalandırıcı 220-240 V, 50 Hs, (proqram təminatlı)

ədəd

1

APİ 10A,

6

Sement məhlulunun bərkiməyə başlanğıcının əvvəlini və sonunu təyin etmək üçün 75 0C-lik Vanna - Texniki göstəricilər: maksimum temperatur 75 0C, Qidalandırıcı 220-240 V, 50 Hs,

ədəd

1

APİ 10A,

7

Sement daşının sıxılmaya möhkəmliyini təyin edən aparat – Texniki göstəricilər: maksimum təzyiq 220 kN, maksimum yükləmə sürəti 170 kN/dəq, Qidalandırıcı 220-240V, 50Hs, 900Vt (proqram təminatlı)

ədəd

1

API Spec 10A / ISO 10426-1,

8

Soyuducu sistem M75– Texniki göstəricilər: soyutma diapazonu +5÷ -350C, soyutma qabiliyyəti 2150Vt, həcmi 1,8l, maksimal sərfiyyat 12,5 l/dəq, Qidalandırıcı 220 V dəyişən cərəyan, 50 Hs, 9 A (proqram təminatlı)

ədəd

1

M75 LR 230/50 PD2 LL/LF RS232 264225044000

9

Sement məhlulunun xüsusi çəkisinin təzyiq altda sıxılaraq ölçülməsi üçün piknometr Texniki göstəricilər:Sıxlığı - 0.83 – 2.63 q/sm3-a qədər ölçə bilən,Plunjer silindiri 25 kq-a qədər (50 lb) sıxıla bilən

ədəd

1

API RP 10B-
2/ ISO 10426-2




Yüklə 66,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə