Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA



Yüklə 428,2 Kb.
Pdf görüntüsü
səhifə1/18
tarix17.10.2017
ölçüsü428,2 Kb.
#5253
  1   2   3   4   5   6   7   8   9   ...   18


 

 

 

KOMPUTER ŞƏBƏKƏLƏRİ VƏ TELEKOMMUNİKASİYA 

 

 

1.

 

KOMPUTER ŞƏBƏKƏLƏRİ 

Müəssisələr  böyüyüb  yeni-yeni  komputerlər  aldıqca,  bu  komputerləri  bir 

şəbəkədə birləşdirmək zərurəti yaranır. Getdikcə şəbəkələr və şəbəkə proqramları 

ayrı-ayrı binalarda, şəhərlərdə, hətta dünyanın müxtəlif ölkələrində olan insanları 

birləşdirmək üçün istifadə edilir. Buna görə də, insanlar yerlərindən asılı olmayaraq 

informasiya  texnologiyalarından  istifadə  etməklə  daha  səmərəli  fəaliyyət  göstərə 

bilərlər. İnsanların əksəriyyəti  şəbəkə  dedikdə, kifayət  qədər qarmaqarışıq bir şey 

təsəvvür  edir. Ancaq  şəbəkələr  elə  də  mürəkkəb  deyil. Əslində  şəbəkə  [network], 

sadəcə,  bir-birinə  bağlanmış  iki,  yaxud  daha  çox  komputerdən  ibarət  qrupdur. 

Şəbəkənin  ölçüləri  böyüdükcə,  ora  daha  çox  qurğular  qoşulduqca,  onun 

quraşdırılması  və  idarə  olunması  texniki  bir  işə  çevrilir.  Şəbəkə  anlayışı  və 

terminologiyası şəbəkənin ölçülərindən asılı olmayaraq, əsasən eyni qalır. 



Kompyuter şəbəkəsi, öz aralarında hər hansı qayda ilə birləşdirilmiş kompyuterlər 

qrupudur.  Daha  geniş  anlamda  bu,  radio,  yaxud  televiziya  şəbəkəsinə  oxşayır. 

Ancaq teleşəbəkələrdə bir informasiya eyni vaxtda bütün qəbuledicilərə verilir (belə 

şəbəkə verici şəbəkə adlanır); komputer şəbəkələrində isə hər bir məlumat, adətən, 

ünvanlı, yəni müəyyən bir komputerə yönəldilir. Televiziya şəbəkələrindən fərqli 

olaraq  komputer  şəbəkələri  həmişə  ikiistiqamətlidir:  A  komputeri  B  komputerinə 

məlumat göndərirsə, B komputeri də A komputerinə cavab göndərə bilər. 

Kompüterlərin şəbəkə vasitəsilə birləşdirilməsinin əsas səbəbləri aşağıdakılardır: 

-  Resursların  bölüşdürülməsi.  Resursların  bölüşdürülməsi  onlardan  qənaətlə 

istifadəyə  imkan  yaradır.  Məsələn,  çap  qurğularındanş  ümumi  informasiya 

daşıyıcılarından, modemlərdən, işçi stansiyalardan və s; 

-  Tətbiqi  proqramların  bölüşdürülməsi.  proqram  vasitələrinin  bğlüşdürülməsi 

əvvəlcədən mərkəzləşdirilmiş proqram vasitələrindən, şəbəkə proqramlarından, eyni 



 

 

 

zamanda bir neçə istifadəçi tərəfindən istifadəyə imkan verir ki, bu da çoxistifadəçi 



rejimini yaradır; 

Prosessorun 



resurslarının 

bölüşdürülməsi. 

Prosessorun 

imkanlarının 

bölüşdürülməsi  zamanı  xüsusi  layihələndirilərək  şəbəkə  tərkibinə  daxil  edilmiş  

başqa  sistemlər  tərəfindən  prosessorun  hesablama  gücündən  və  tətbiqi 

proqramlardan verilənlərin emalı üçün istifadə etmək mümkündür; 

- Telekommunikasiya. Müəssisədə lokal şəbəkələrdən istifadə olunması yalnız işçi 

stansiyalar arasında hansısa qeydlərin, yazıların, sənədlərin və s. ötürülməsi deyil, 

real  vaxt  rejimində  videokonfransların  və  yığıncaqların,  diskussiyaların 

keçirilməsinə də imkan verir. 

Kompyuter şəbəkələrini iki əsas qrupa bölmək olar: 

 

Yerli şəbəkələr [local area networks, LAN



 

Geniş şəbəkələr [wide area networks, WAN

Bu iki şəbəkə arasında başlıca fərq ondan ibarətdir ki, LAN əsasən məhdud ərazini 

(məsələn,  bir  binanı),  WAN  isə  daha  geniş  coğrafi  ərazini  əhatə  edir.  WANların 

çoxusu bir neçə LAN-ın birləşdirilməsindən əmələ gəlir. 

İş  prosesində  tez-tez  verilənləri  bir  yerdən  başqa  yerə  ötürmək  lazım  gəlir. 

Verilənlərin  bir  yerdən  başqa  bir  yerə  verilməsinə  verilənlərin  ötürülməsi  [data 

communications] deyilir. Verilənlərin ötürülməsini həyata keçirmək üçün aşağıdakı 

komponentlərin olması zəruridir: 

1.

 

Gondərən qurğu [sending device] – bu, adətən komputerdir. 



2.

 

Kommunikasiya qurğusu [communications device] – məsələn, modem. Bu 

qurğu kompyuterdən çıxan siqnalı rabitə kanalının “daşıya bildiyi” siqnallara 

çevirir. 

3.

 

Kommunikasiya (rabitəkanalı [communications channel] – bu, siqnalların 



kecdiyi telefon xətləri, kabel, yaxud simsiz oturucu ola bilər. 

4.

 



Qəbuledici  qurğu  [receiving  device]  –  gələn  siqnalları  qəbul  edən  qurğu, 

adətən, komputer. 

5.

 

Kommunikasiya proqramları [communication software] . 




 

 

 

Şəbəkələrin əksəriyyətində ən azı bir qulluqçu komputer



 

(server) və çoxlu muştəri

 

olur. 


Server 

şəbəkə  resurslarını  idarə  edən  komputerdir, 

mu

ş

t

ə

ri 

[client]



 

isə 


serverin idarə etdiyi resurslardan istifadə edən komputerdir.

 

Verilənləri  bir  kompyuterdən  başqasına  ötürmək  ücün  həmin  verilənləri  daşıyan



 

müəyyən növ aralıq bağlayıcıya ehtiyac var. Bu bağlayıcı kommunikasiya kanalı 



[communications channel]

yaxud rabitə kanalı



 

adlanır. Belə kanala numunə kimi

 

bu gun həyatımızda muhum rol oynayan telefon şəbəkəsini gostərmək olar. Telefon



 

sistemi  dunyadakı  butun  telefon  şəbəkələrinin  –  yerli  (local),  uzaq-məsafəli 

(longdistance), mobil (cellular) və peyk rabitəsi (satellite) şəbəkələrinin toplusudur. 

 

 



 

2.

 

KOMMUNİKASİYA VASİTƏLƏRİ 

Verilənləri kanal vasitəsilə göndərmək üçün istər fiziki, istərsə də simsiz daşıma 



vasitələri, yaxud transmissiya vasitələri [transmission media] lazım olur. 

Fiziki vasitələr. Verilənləri daşımaq üçün fiziki vasitələrin bir neçə növü var: 

 

Sarınmış cutluk kabeli [twisted-pair cable]. Telefon sistemlərinin əksəriyyətində 

istifadə  olunan  bu  kabel  çox  ucuzdur.  Bu  kabel  bir-birinə  sarınmış  iki  ay  rıca 

izolyasiya olunmuş naqildən ibarətdir. Naqillərdən biri siqnalı daşıyır, o biri naqil 

isə yerlə əlaqələndirilir. Yerlə əlaqələndirilmiş (torpaqlanmış) naqil radio-maneələri 

“udur” və bununlada o biri naqillə ötürülən siqnalı qoruyur.  

• Koaksial kabel [coaxial cable].

 

Əsasən televiziya sənayesində istifadə olunan bu 



növ kabellər komputer şəbəkələrində də geniş yayılıb. Koaksial kabel iki naqildən: 

silindrik formalı ekrandan və onun icərisində izolə edilmiş mərkəzi teldən ibarət 

olur.  Koaksial  kabeldən  kecən  siqnallar  qonşu  keciricilərə,  digər  elektrik 

qurğularının yaratdığı maneələr isə koaksial kabeldən kecən siqnallara təsir etmir. 

Göstərilən  üstünlüklərinə  baxmayaraq,  bu  kabellər  sarınmış  cütlük  kabellərinə 

nisbətən bahadır. 



Yüklə 428,2 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə