Kompüter şəbəkələrinin təkamülü və arxitekturası Komputer şəbəkəsi



Yüklə 15,7 Kb.
tarix06.02.2018
ölçüsü15,7 Kb.
#25877

Ad:


Soyad:

Fakültə:Biznes və Menecment

Mövzu:Kompüter şəbəkələrinin təkamülü və arxitekturası

Qrup:


Kurs:

Kompüter şəbəkələrinin təkamülü və arxitekturası

Komputer şəbəkəsi — rabitə xətləri və xüsusi proqram təminatı ilə bir-birilə əlaqəli kompüterlər və periferiya avadanlıqları sistemindən ibarətdir. İnformasiyanın əldə olunması, ötürülməsi və istifadəçilərin mövcud informasiyadan birgə istifadəsini təmin etmək üçün kompüter şəbəkələrinin olması vacib şərtdir. Məsafədən asılı olaraq, rabitə xətləri kimi kabeldən, telefon xətlərindən, radiorabitədən, peyk rabitəsindən və optik lifli xətlərdən istifadə olunur. Ən populyar kompüter şəbəkəsi internetdir.

ompüter şəbəkələri ümumi olaraq aşağıdakı kimi təsnif edilə bilər:



  1. Qlobal şəbəkələr 

  2. Lokal şəbəkələr 

Hər bir şəbəkənin özünə uyğun texnologiyaları, standartları və protokolları vardı

Qlobal kompüter şəbəkələri

Qlobal kompüter şəbəkələri — bir-birlərindən çoğrafi uzaq (Yer kürəsinin istənilən hissəsindəki) kompüterləri, printerləri və digər qurğuları birləşdirən kommunikasiya şəbəkəsidir. Rabitə vasitəsi olaraq əsasən yüksək sürətli telefon və peyk rabitəsindən istifadə olunur. Qlobal kompüter şəbəkələri əsasən klient-server texnologiyası əsasında fəaliyyət göstərir. Şəbəkənin proqram təminatı əsasən iki hissədən ibarət olur: Klient və Server.

Qlobal şəbəkədə informasiyanın saxlanılmasından asılı olaraq informasiyanın işlənməsi mərkəzləşmiş və paylanmış şəkildə həyata keçirilir. Məsələn, RinNet şəbəkəsində informasiya ehtiyatı Rusiyanın mərkəzi rayonlarının tədris müəssisələrinin serverlərində paylanmış şəkildə yerləşmişdir və informasiyanın işlənməsi paylanmış şəkildə həyata keçirilir.

Ən böyük qlobal kompüter şəbəkəsi internet kompüter-informasiya şəbəkəsidir. İnternet özündə milyonlarla kompüteri birləşdirən, kompüter şəbəkələrinin ümumdünya toplusudur.


Lokal kompüter şəbəkələri


Lokal kompüter şəbəkələri — bir müəssisə daxilində fəaliyyət göstərir və informasiya mübadiləsinə, informasiya və periferiya avadanlıqlarından birgə istifadəyə şərait yaradır. Şəbəkədə kompüterlər kompakt şəkildə yerləşdirilir. Lokal şəbəkədə əlaqə əsasən kabel və qismən lazer, infraqırmızı və radio şüalanma vasitəsilə həyata keçirilir və informasiya mübadiləsinin sürəti istifadə olunan rabitə vasitələrinin texniki göstəricilərilə müəyyən olunur.

Protokol — kompüter şəbəkəsində informasiya mübadiləsinin aparılma qaydalarını müəyyənləşdirir. Bu qaydalar alqoritmləşdirilir, proqramlaşdırılır və şəbəkə qurularkən kompüterlərə instalyasiya edilir. Kompüterlərin şəbəkə şəklində birləşdirilməsinin bir neçə əsas səbəbi vardır:

  • İstifadəçilər arasında informasiya mübadiləsinin sürətləndirilməsi.

  • İş yerini tərk etmədən məlumatların (e-mail və s.) qəbulu və ötürülməsi.

  • Lazımi informasiyanın dünyanın istənilən nöqtəsindən ani alınmasının mümkünlüyü.

  • Müxtəlif proqram təminatı altında işləyən müxtəlif firmaların istehsalı olan kompüterlər arasında informasiya mübadiləsinin mümkünlüyü və s.

Arxitektura (Architecture) anlayışı geniş bir anlayış olub, sistemin (baxılan halda hesablama sisteminin) komponentlərinin birləşmə konstruksiyasını ifadə edir. Bu termin adətən prosessorlara, hesablama sistemlərinə və eynilə istənilən mürəkkəb sistemə tətbiq oluna bilər- məsələn, "əməliyyat sisteminin arxitekturası", "mikroprosessorun arxitekturası", "kompüterin arxitekturası" və s.

Baxılan mövzuda "arxitektura" termini iki məna kəsb edir. Onun birincisi mikroprosessorun icra edə biləcək əmrlər toplusu və əmr sisteminin mikroprosessorda icra olunmasının texnologiyasını əks etdirirsə, ikinci halda o, operativ yaddaşın və sistem şininin strukturu, giriş/çıxışın təşkili prinsiplərini və ümumiyyətlə hesablama sisteminin əsas hissələrinin əlaqələndirilmə prinsiplərini əks etdirir.



"Kompüterin arxitekturası" dedikdə, onun hesablama sistemi sistemi olaraq əsas hissələrinin fiziki və məntiqi baxımdan əlaqələndirilmə prinsipləri nəzərdə tutulur.
Yüklə 15,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə