Kompüter və elektron avadanlığı istehsalı sənayesi



Yüklə 53,37 Kb.
Pdf görüntüsü
tarix02.01.2018
ölçüsü53,37 Kb.
#18983


 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI  2015 

Kompüter və elektron avadanlığı 

istehsalı sənayesi 

 

 

 

 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT VƏ SƏNAYE NAZİRLİYİ 

 

 


 

Kompüter və elektron avadanlıq sənayesi  

Kompüter  sənayesi  öz  tarixini  1946-cı  ildə  ABŞ-da  “ENİAC”  kompüterinin 

yaradılması  ilə  başlamış  və  müasir  cəmiyyətin  mühüm,  ayrılmaz  tərkib  hissəsinə 

çevrilmişdir.  

Kompüter və elektron avadanlıqları istehsalı sənayesi tərəfindən kompüterlər, 

kompüterə aid hissələr, kommunikasiya avadanlıqları, ev elektronika avadanlıqları, 

eləcə  də  kommersiya  və  hərbi  məqsədlərlə  istifadə  olunan  ləvazimatlar  istehsal 

edilir.  

Bu sənaye sahəsi aşağıdakı sənaye qruplarına bölünür:  

1. Kompüterlərin və periferiya qurğularının istehsalı; 

2. Kommunikasiya avadanlıqlarının istehsalı; 

3. Audio və video ləvazimatlarının istehsalı; 

4. Yarımkeçirici və digər elektron tərkib hissələrinin istehsalı; 

5. Naviqasiya, ölçü, elektrotibbi, yoxlama alətlərinin istehsalı; 

6. Maqnetik və optik media istehsalı və təkrar istehsalı. 

 

“IBISWorld” tədqiqat şirkətinin hesabatına uyğun olaraq, 2013-cü ildə dünya 



kompüter və elektron avadanlıq sənayesi bazarının həcmi 587 milyard ABŞ dolları 

təşkil etmiş və burada 28 minə yaxın şirkət fəaliyyət göstərir.  

 

Kompüter və periferiya qurğularının istehsalı 

Bu  sənaye  sahəsi  kompüterlərin,  kompüter  serverlərinin,  periferiya 

qurğularının və  kompüter terminallarının istehsalını əhatə edir. Kompüterlər 2 növ 

texniki dizaynda istehsal edilir:  

1)

 

stolüstü kompüter (“desktop PC”);  



2)

 

daşına bilən kompüter (noutbuk və planşetlər). 



Qlobal kompüter və kompüter periferiya qurğularının istehsalı bazarının əsas 

iştirakçıları  arasında  “Acer”,  “Asus”,  “Apple”,  “HTC”,  “Lenovo”,  “Motorola”, 

“Dell”, “HP”, “LG”, “Amazon”, “Samsung”, “Sony”, “Sharp” və “Toshiba” kimi 

şirkətləri göstərmək olar. 

Asiya-Sakit  okean  regionunun  qlobal  stolüstü  kompüter  istehsalı  bazarında 

payı 34,2% təşkil edir. 2006-2011-ci illərdə noutbuk kompüterlərinin istehsalında 

daha  yüksək  artım  templəri  müşahidə  olunmuşdur.  İnternetdən  istifadənin 

genişlənməsi,  gəlirlərin  artması,  kompüter  təhsilinin  inkişafı  və  urbanizasiya 

səviyyəsindəki artım bu sənaye sahəsinə təsir göstərən əsas faktorlardır. 



 

Bununla yanaşı, son dövrlərdə e-mail, sosial şəbəkələr və internetə giriş daha 



çox  planşetlər  və  smartfonlar  tipli  kompüterlər  vasitəsilə  həyata  keçirilir  və  bu 

səbəbdən 2009-cu ildə bunların istehsalı kəskin şəkildə artmışdır (Diaqram 1).  

Belə  ki,  əgər  2009-cu  ildə  dünya  üzrə  1,4  milyon  ədəd  planşet  istehsal 

olunmuşdursa, 2015-ci ildə bu  göstəricinin 150  milyona  çatması gözlənilir və bu 

da stolüstü kompüter istehsalına (160 milyon ədəd) yaxın bir göstəricidir. 

 

 



Diaqram 1. Əsas növ kompüterlərin 2005-2015-ci illərdə istehsal dinamikası.

 

 

Yaxın  illərdə  planşet  kompüterlərin  satışının  noutbuk  satışını  üstələməsi 



gözlənilir.  Belə  ki,  2017-ci  ildə  dünya  üzrə  planşet  satışının  352  milyon  olması 

proqnozlaşdırılır.  Qlobal  planşet  bazarında  “Apple”  şirkətinin  payının  95%-dən 

(2010-cu  il)  48%-ə  (2013-cü  il)  enməsinə  baxmayaraq,  o  yenə  bazar  satışlarının 

böyük həcminə malikdir. 

Kompüter  periferiyası  qurğularının  istehsalı  dedikdə  printer,  monitor, 

klaviatura,  skaner  və  digər  istehsal  nəzərdə  tutulur.  Bu  sahədə  əsas  şirkətlər 

arasında  “HP”,  “Canon”,  “NCR”  və  digərləri  daxildir.  Qlobal  kompüter 

hissələrinin istehsalı sənayesi Asiyada cəmləşir. 

 

 

Kommunikasiya avadanlıqlarının istehsalı 



7,5 



7,6 


10 

14 


148 

138 


145 

145 


126 

145 


160 

60 


83 

108 


140 

169 


205 

350 


1,4 

18 


150 

100 



200 

300 


400 

500 


600 

700 


800 

2005 


2006 

2007 


2008 

2009 


2010 

2015 


Kompüterlərin qlobal satış bazarı (mln ədəd) 

tablet 


notbuk 

desktop 


server 


 

Bu  sənaye  sahəsində  şirkətlər  telefon,  radio,  simsiz  kommunikasiya 



şəbəkəsində  istifadə  üçün  avadanlıqlar  istehsal  edir.  Əsas  şirkətlər  “Apple”, 

“Cisco”,  “Motorola”,  “QUALCOMM”,  “Ericson”,  “Nokia”,  “Samsung”  və 

digərlərdir.  2013-cü  ildə  kommunikasiya  avadanlıqlarına  çəkilən  qlobal  xərclər 

370 milyard ABŞ dolları təşkil etmişdir. Qeyd edilən xərclərdəki artım əsasən Çin 

və  Avropanın  payına  düşür  ki,  burada  internet  və  mobil  xidmət  provayderləri 

yüksək sürətli “4G” mobil şəbəkələri qururlar.  

 

Audio və video ləvazimatlarının istehsalı 

Bu  istehsal  sahəsindəki  şirkətlər  ev,  avtomobil  üçün  audio,  video 

avadanlıqlar,  musiqi  alətləri  üçün  səs  gücləndiriciləri,  televiziya,  reproduktor, 

video  pleyer  və  video  kamera  istehsal  edirlər.  Dünya  üzrə  audio-video 

avadanlıqları istehsalı üzrə illik gəlir 250 milyard ABŞ dollar təşkil edır. 

Bu sahədə əsas şirkətlər arasında “LG electronics”, “Samsung”, “Panasonic”, 

“Sony”,  “Royal  Philips”  və  digərləri  vardır.  Bu  sahə  üzrə  istehsal  əsasən  Asiya 

ölkələrində mərkəzləşib. 

 

Yarımkeçirici və digər elektron tərkib hissələrinin istehsalı 

Bu 


sahədə 

şirkətlər  kompüter  çipləri,  kondensatorlar,  rezistorlar, 

mikroprosessorlar,  elektron  lampalar,  kompüter  modemləri,  tranzistorlar,  günəş 

batareyaları, diodlar və digər elektron komponentlər istehsal edir.  

Dünya üzrə yarımkeçirici illik satışı təxminən 300 milyard ABŞ dolları təşkil 

edir ki, bunun da 55%-i Asiya-Sakit okean regionu, 18%-i ABŞ, 15%-i Yaponiya, 

12%-i  isə  Avropanın  payına  düşür.  ABŞ-da  bu  sənaye  sahəsi  üzrə  4,3  min  şirkət 

fəaliyyət göstərir ki, onların da illik gəliri 125 milyard ABŞ dolları təşkil edir. 

 

Naviqasiya, ölçü, elektrotibbi, yoxlama alətlərinin istehsalı 

Naviqasiya,  ölçü,  elektrotibbi  və  yoxlama  alətlərinin  istehsalı  özündə 

naviqasiya  alətləri  və  sistemləri,  radar  sistemləri,  sonar  sistemləri;  temperatur, 

rütubət, təzyiq, sıxlıq, turşuluq, qatılıq ölçən cihazlar, qaz sayğacları, su sayğacları, 

dayanacaqlar  üçün  hesablayıcı  aparatlar,  maqnetik-rezonans  tomoqrafiya  aparatı, 

tibbi  ultrasəs  aparatı,  eşitmə  aparatı,  elektrokardioqrafiya  cihazları,  elektrotibbi 

endoskopik cihazlar, aeronaviqasiya alətləri, nəzarət və nizamlayıcı cihazlar, divar 

saatları, qol saatları, analitik laboratoriya alətləri, naviqasiya və rəhbərlik sistemləri 

və  fiziki  xüsusiyyətlərin  sınaq  ləvazimatlarının  müxtəlif  tiplərinin  istehsalı 

sahələrini özündə birləşdirir.  

 

Maqnetik və optik media istehsalı və təkrar istehsalı 



 

Bu  sənaye  sahəsi  video,  audio  lentlərin,  disketlərin,  “hard  drive”  disklərin 



istehsalını  və  audio,  video,  proqram  təminatı  və  digər  məlumatların  istehsalını 

əhatə edir. 

 

 

 



 

 

Azərbaycanda  bu  sənaye  sahəsinin  inkişafı  istiqamətində  Yüksək 

Texnologiya Parkı və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu təsis 

edilmişdir.  Digər  istiqamət  kimi  kosmik  proqramının  və  internet  şəbəkəsinin 

inkişafını qeyd etmək lazımdır. 

Yüksək 

Texnologiyalar  Parkı  innovasiya  məhsulunun  və  yüksək 



texnologiyaların  hazırlanması,  işlənməsi  və  ya  təkmilləşdirilməsi  məqsədilə  elmi 

tədqiqatların  və  təcrübə-konstruktor  işlərinin  aparılması,  onların  nəticələrinin 

sənaye,  xidmət  və  digər  sahələrdə  tətbiqi  (kommersiyalaşdırılması)  üçün  zəruri 

infrastrukturu,  maddi-texniki  bazası  və  idarəetmə  qurumları  olan  ərazidir.  Parkın 

fəaliyyətinin təşkili və idarə olunması məqsədilə Rabitə və Yüksək Texnologiyalar 

Nazirliyinin  tabeliyində  “Yüksək  Texnologiyalar  Parkı  –  “YT  Park”  Məhdud 

Məsuliyyətli Cəmiyyəti yaradılmışdır.  

Yüksək  Texnologiyalar  Parkının  əsas  məqsədi  innovativ  və  biliklərə 

əsaslanan  iqtisadiyyatın  qurulması,  intellektual  biznesin  dəstəklənməsi, 

iqtisadiyyatın  və  xüsusilə  İKT  sektorunun  rəqabət  qabiliyyətliliyinin 

yüksəldilməsi,  xarici  investisiyaların  cəlb  edilməsi,  insan  resurslarının  inkişafı  və 

menecment bazasının yaradılmasıdır.  

İnformasiya  Texnologiyalarının  İnkişafı  Dövlət  Fondu  2012-ci  ildə 

yaradılmışdır. Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin tabeliyində fəaliyyət 

göstərir  və  informasiya-kommunikasiya  texnologiyaları  sahəsində  fəaliyyətin 

0% 


10% 

20% 


30% 

40% 


50% 

60% 


70% 

80% 


Avropa 

Şimali 


Amerika 

Yaponiya 

Çin 

Digər 


Sakit 

Okean 


ölkələri 

Digər 


ölkələr 

14% 


15% 

12% 


38% 

16% 


5% 

13% 


15% 

11% 


36% 

20% 


6% 

Dünya üzrə elektron avadanlıqlar istehsalı  

2017 


2012 


 

stimullaşdırılmasını,  bu  sahədə  innovasiyaların  tətbiqini,  habelə  tətbiqi  elmi 



tədqiqat  işlərinin  genişləndirilməsini  maliyyə  dəstəyi  ilə  təmin  edən  dövlət 

orqanıdır.  Fond  öz  fəaliyyətini  dövlət  və  yerli  özünüidarəetmə  orqanları, 

informasiya-kommunikasiya  texnologiyaları  sahəsində  fəaliyyət  göstərən  hüquqi 

şəxslər, kredit, maliyyə və sığorta təşkilatları, sahibkarlığın inkişafına dəstək verən 

ictimai  birliklər,  qeyri-hökumət  təşkilatları  və  beynəlxalq  qurumlar  ilə  əlaqəli 

şəkildə həyata keçirir. 

Fondun  vəsaitləri  Azərbaycan  Respublikasında  İKT  sahəsinin  inkişafının 

prioritet 

istiqamətləri 

üzrə 


investisiya 

və 


müsabiqə 

layihələrinin 

maliyyələşdirilməsinə, eləcə də İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin 

nizamnamə  kapitalındakı  iştirak  payına,  o  cümlədən  səhmlərini  almaqla  müddətli 

investisiya qoyuluşuna yönəldilir

.  


Azərbaycanda  informasiya-kommunikasiya  texnologiyaları  və  elektron 

istehsalı  üzrə  xüsusi  innovasiya  zonaları  yaradılacaqdır.  Rabitə  və  Yüksək 

Texnologiyaları  Nazirliyi  ilə  ABŞ-ın  aparıcı  məsləhətçi  şirkəti  olan  “Booz  Allen 

Hamilton”un  birgə  “Regional  İnnovasiya  Zonası”  layihəsi  innovasiyalı 

sahibkarlığa  təkan  verəcək,  texnoparkların,  elektron  avadanlıqların  və  proqram 

məhsullarının  istehsalı  və  ixracı  üzrə  regional  bazarın,  region  ölkələrinə  geniş 

elektron  xidmətlərin  göstərilməsini  təmin  edəcək,  Qərblə  Şərq  arasında  tranzit 

informasiya  məkanının,  həmçinin  insan  resurslarının  inkişafına  xidmət  edəcək 

universitetin yaradılmasını nəzərdə tutur. 

 

Cədvəl 2. Azərbaycan Respublikasında kompüter və elektron avadanlıq istehsalı sahəsində 

fəaliyyət göstərən müəssisələr 

 

Müəssisələrin adı 



Fəaliyyət sahəsi 

“Kür” EAİ MMC 

DVB-T televiziya kanallarının rəqəmsal qəbuledicisi, internet terminal, ADSL 2/2+ 

modemləri, termal foto printerlər, stolüstü kompüterlər, telefon aparatları-2 növ 

istehsalı 

“Azel” QSC 

Distribütorluq, texnika və proqram təminatının təchizi, xidməti dəstək 

“Bakı CD emalı Zavodu” 

(Gilan holdinq) 

Kompakt disk istehsalı, gündəlik təqribən 23000 disklik istehsal həcminə malikdir. 

“Nexus” MMC (Ultra 

Computers) 

Notbuklar (Classmate, Air, Atom, AzBook, Sensus, Sensus G, Grand, UltraNote; 

Planşetlər (AzPad, AzPad Mini i7S), LCD monitorlar, LCD televizorlar, Personal 

komputerlər (Norma, Avior, Avior pro, Mira, Quadro, Fox, Extreme Lcd Pc) 

istehsalı 

“Billur-Elektroniks-

Holding” MMC 

Müasir LCD və CRT televizorların, nəzarət-kassa aparatlarının, personal 

kompüterlərin, notbukların, kondisionerlərin və digər elektron məhsulların istehsalı 

“Star LTD” MMC 

Televizor, kondinsioner 

Gəncə Aviatəmir zavodu 

Avia hissələr 

Gəncə Cihazqayırma zavodu  Su və qaz sayğaclarının istehsalı 

Elektron cihazları zavodu 

(STP) 

“Smart” tipli elektron elektrik sayğacları 



Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərən müəssisələr 

“Azon” zavodu 

İnteqral mikrosxemlərin istehsalı, 



 

“Avia-Aqreqat” zavodu 



Təyyarələrin ehtiyat hissələrinin istehsalı 

“Dalğa” EİM 

Gəmi naviqasiya sistemləri 

“Peyk” zavodu 

Birüzlü, ikiüzlü və çoxlaylı (40 laya qədər) çap lövhələri, əyilgən çap lövhələri, sərt-

əyilgən çap lövhələri istehsalı, rəqəmsal televiziya üçün DVB-T dekoderləri 



 

Yüklə 53,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə