1
Kondensatlar haqqında ümumi məlumat
Kondensatlar - qaz yığımlarının maye hissəsidir. Kondensatı açıq rəngli neftlər də
adlandırırlar. Kondensatların sıxlığı 0,698- 0,840 kq/m
3
arasında dəyişir.
Yüksək təzyiqlərdə neft karbohidrogen qazlarında həll olur və buxar halına keçir.
Bu hadisə qaz fazasının neft fazası üzərindəki kəmiyyətcə üstünlüyü şəraitində
təzyiq artdıqda neftin qazda həll olunması ilə izah olunur.Artıq qeyd edildiyi kimi,
təzyiqin artması ilə qaz qarışığının maye fazadan buxar halına keçməsi və yenidən
təzyiqin aşağı düşməsi ilə qaz qarışığının maye halına qayıtması retrograd
hadisəsi adlanır. Retrograd kondensasiyası bir çox neft yataqlarında müşahidə
olunur. Bu o yataqlarda baş verir ki, onlarda neft buxar halında olsun, belə
yataqlar kondensat yataqları adlanır (Qaradağ, Zirə və b.).Kondensatların və ya
qazda həll olmuş neftlərin mənşəyi hələ dəqiq öyrənil-məmişdir.Kondensatlar
neftdən onunla fərqlənirlər ki, onlarda neftlərin ağır fraksiyaları iştirak etmir.
Kondensatlar 350° C-yə qədər temperaturda qaynayırlar.Bundan başqa, onlar
neftlərdən ayrı-ayrı fərdi komponentlərin nisbətinə görə də fərqlənirlər. Belə ki,
onlar daha sadə birləşmələrdən təşkil olunmuşlar.Neftlərdə tsiklopentan,
kondensatlarda isə tsikloheksan karbohidrogenləri üstünlük təşkil edir.
Sonuncuların struktur quruluşu aşağıdakı kimidir:
Tsiklopenton Tsikloheksan
2
Aromatik
karbohidrogenlər
neftlərin
yüksək
temperaturda
qaynayan
fraksiyalarında, kondensatlarda isə əksinə, alçaq temperaturda qaynayan
fraksiyalarında üstünlük təşkil edirlər.Kondensatların kimyəvi tərkibi müəyyən
dərəcədə ilkin neftlərin tərkibindən asılıdır.Kondensatların mənşəyi müxtəlifdir.
Belə ki, onları ilkin və ya birbaşa qazkondensat yığımlarına və törəmə (ikinci) -
yəni qaz-neft sistemindən əmələ gələn kondensatlara ayırırlar. İlkin kondensatlar
ana üzvü maddələrin çevrilməsi nəticəsində birbaşa neft və qazla yanaşı əmələ
gəlirlər.Törəmə (ikinci) kondensatlar isə qaz-neft sistemlərinə aid olub yataqların
dərində olması və təzyiqin artması ilə sıxılmış qazlarda neftin yüngül
fraksiyalarının həll olması nəticəsində əmələ gəlirlər.
QAZHIDRATLAR
Bir çox qazlar
( CH
4
, C
2
H
6
, C
3
H
8
, He, H
2
və s.) aşağı temperaturlarda və yüksək
təzyiqdə su ilə birləşərək, sülb maddə olan, qazhidratlar əmələ gətirirlər.Şimal
rayonlarda aşağı temperatur şəraitində karbohidrogenlərin və digər qazların
hidratları süxurlarda əmələ gəlir.Qazhidratların aşağıdakı empirik formulları
vardır: metan üçün
–
CH
4
·7H
2
O, etan üçün - C
2
H
6
·8 H
2
O,
propan üçün - C
3
H
8
·18
H
2
O.
Hər bir karbohidrogen qazı üçün elə bir temperatur (hidrat əmələgəlmənin böhran
temperaturu) səciyyəvidir ki, həmin temperaturda təzyiqin artmasından asılı
olmayaraq hidratəmələgəlmə baş vermir. Bu temperatur metan üçün 21,5° C, etan
üçün 14,5° C, propan üçün 5,5° C, izobutan üçün 2,5° C, hidrogen-sulfld üçün isə
15° C-dir.Təbii qazlar bərk hidratlar şəklində yer səthinə nisbətən yaxın yatan
süxurlarda, çox da yüksək olmayan temperatur və müvafiq təzyiqdə müşahidə
olunurlar. Dərinliyə doğru temperaturun artması ilə qaz hidratlar öz fıziki
hallarını artıq saxlaya bilmirlər. Onların kütlələrinin böyük hissəsi suda həll olur.
Qazhidrat yığımları Cənubi Xəzər hövzəsinin ayrı-ayrı sahələrində (Abix və
Buzdağ qalxımlarında) müəyyən edilmişdir. Bu qazhidratların əmələgəlməsi dəniz
suları ilə yox, palçıq vulkanı suları ilə əlaqədardır.Bir sıra tədqiqatçıların
hesablamalarına görə hidratəmələgəlmə zonalarında qazhidrat şəklində olan
metanın miqdarı bütün litosferdə və hidrosferdə olan metanın miqdarından 6 dəfə
çoxdur və 10
13
m
3
təşkil edir.Timoti S.Kolletə (2002) görə isə, təxmini
3
hesablamalara əsasən, dünya dənizlərində qazhidratların ehtiyatı 20 trlliard m
3
təşkil edir.
Dostları ilə paylaş: |