Konstitusiya hüququnun müqayiSƏLİ Əsaslari



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə1/71
tarix06.02.2018
ölçüsü4,84 Kb.
#26775
  1   2   3   4   5   6   7   8   9   ...   71



 
 
 KONSTİTUSİYA 
 
 HÜQUQUNUN  
 
MÜQAYİSƏLİ ƏSASLARI
 
 
Rəşid Əliyev© 
 
 
 
 
Rəşid Əliyev© 2014  Bu materiala dair hər hansı və bütün hüquqlar müəllifə 
məxsusdur. 
 
 



 
MÜNDƏRİCAT 
Giriş .................................................................................................................................... 3
 
Konstitusiya və Konstitusiya hüququ ........................................................................... 5
 
Konstitusionalizm .......................................................................................................... 11
 
Azərbaycanın Konstitusiyası ........................................................................................ 23
 
President sistemi ............................................................................................................ 39
 
Müqayisəli konstitusionalizm ...................................................................................... 63
 
Konstitusiya icraatı: tarix və beynəlxalq təcrübə ....................................................... 75
 
Konstitusiya icraatını həyata keçirən qurumlar ........................................................ 84
 
Konstitusiya icraatı proseduraları və şikayətlər ...................................................... 102
 
Konstitusiyanın şərhi ................................................................................................... 109
 
Konstitusiya icraatının əhəmiyyəti və qarşılaşdığı çətinliklər ............................... 143
 
Konstitusionalizm və hüququn aliliyi ...................................................................... 154
 
Hüquqi yazıya giriş – bəzi mühüm qaydalar .......................................................... 161
 
Mülkiyyət hüququ. Mülkiyyət nədir? ....................................................................... 167
 
Hüququn İqtisadi Analizi ........................................................................................... 175
 
 
 
 



 
 
GİRİŞ 
 
2004-cü  ilin  təqribən  iyun  ayında  xoş  xəbər  aldım  –  mən  Avropada  yerləşən 
universitetlərin  birində  Müqayisəli  Konstitusiya  Hüququ  üzrə  Magistr 
proqramına  daxil  olmuşam.  Çox  sevinirdim.    Ancaq  bu  sevincim  konstitusiya 
hüququ ilə deyil, Avropa ölkələrinin birində tələbə olmaq imkanı qazanmağımla 
bağlı idi. O zaman düşünürdüm ki, konstitusiya hüququ mənim oxuya biləcəyim 
hüququn  ən  darıxdırıcı  və  maraqsız  sahələrindən  biridir.  Magistr  proqramında 
oxuduğum zaman isə bu fikrim kökündən dəyişdi. Əgər düzgün tədris edilərsə 
və öyrənilərsə, konstitusiya hüququ olduqca maraqlı fəndir.   
 
Konstitusiya  hüququ,  əsasən,  ictimai  məsələləri  əhatə  edir.    Yəni  elə 
məsələlərdir  ki,  onlar  ancaq  hüquqşünaslar  üçün  deyil,  bütöv  cəmiyyət  üçün 
böyük  maraq  və  əhəmiyyət  kəsb  edir.    Biz  hansı  şəxslərin  fərdi  məlumatlarını 
uzun  müddət  saxlaya  bilərik?  Nə  üçün  jurnalistin  bəzi  məhdudiyyətlər 
çərçivəsində  “yalan  danışmaq”  hüququ  var?    Nə  üçün  Prezidentin  və  Milli 
Məclisin səlahiyyətləri Konstitusiyada geniş sadalanır?  Nə üçün qanunlar digər 
normativ-hüquqi  aktlardan  üstündür?    Və  sair  və  ilaxır...    Bunlar  hamısı 
konstitusiya hüququ çərçivəsində öyrənilən məsələlərdir.   
 
Konstitusiya  hüququ  dinamik  və  daim  inkişafda  olan  elmdir.    Hər  kəsin 
bu  elmin  inkişafına  töhfə  vermək  hüququ  var  –  Sizin  də.    Daim  “niyə”,  “nə 
üçün”  və  sair  kimi  sualları  verin:  Nə  üçün  məhkəmə  məhz  bu  cür  qərar verdi?  
Məhkəmə bu işi başqa nə cür həll edə bilərdi?  Bəlkə məhkəmənin qərarı düzgün 
deyil  və  məhkəmə  hansısa  bir  amili  nəzər  almayıb?    Müasir  hüquq  təhsil 
metodlarını nəzərə alaraq, Sizin bu fənnin öyrənilməsindən götürə biləcəyiniz ən 
vacib  dəyər  konstitusiya  hüququ  məsələləri  barədə  düşünmək  və  təhlil  etmək 
bacarığınızdır.  Mahiyyət etibarilə konstitusiya hüququ dərsi düşünmək və təhlil 
etmək bacarıqlarının inkişafına yönəlmişdir.  
 
Hesab  edirik  ki,  konstitusiya  hüququnu  öyrənməyiniz  Sizin  bir  şəxs  və 
vətəndaş  kimi  inkişaf  etmənizə  və  digər  şəxsləri  və  vətəndaşları  daha  yaxşı 
anlamağınıza yardım edəcək. Bu materialda olmasa da, misal üçün, söz azadlığı 
mövzusunu  daha  yaxşı  öyrəndikdən  sonra  anlayacaqsınız  ki,  “doğru  sözləri 
qorumaq  üçün  yalan  sözləri  də  qorumalıyıq”  (ingiliscə:  we  protect  bad  speech  in 
order to protect good speech).   
 
Bir  çox  inkişaf  etmiş  ölkələrdə  konstitusiya  hüququ  məhz  məhkəmə 
qərarlarının,  xüsusən  də  konstitusiya  məhkəmələri  və  ya  oxşar  funksiyaları 
yerinə  yetirən  məhkəmə  orqanlarının  qəbul  etdiyi  qərarların  təhlili  üzərində 



 
qurulmuşdur.  Biz ümid edirik ki, Azərbaycanda da konstitusiya hüququ elmi və 
onun tədris edilməsi məhz bu istiqamətdə inkişaf edəcəkdir.    
 
Bu  kitab  konstitusiya  hüququnun  tədrisində  istifadə  olunmaq  üçün  idealdan 
uzaqdır.    Onun  daha  dolğun  və  məzmunlu  olması  üçün  səylərimizi  davam 
etdirməyə  çalışacağıq.    Hər  bir  halda  ümid  edirik  ki,  bu  kitab  Azərbaycan 
konstitusiya hüququnun inkişafına töhfə verəcək.  Əgər bu material barədə hər 
hansı  qeydləriniz  (o  cümlədən  materialda  buraxıla  bilən  səhvlər  barədə), 
suallarınız  və  ya  konstruktiv  iradlarınız  varsa  onları  bu  emailə  yaza  bilərsiniz: 
rashid.aliyev@remells.com
  
 
Hörmətlə, 
 
Rəşid      
 
 
 


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə