KöRFƏZ ƏMƏkdaşliq şurasi öLKƏLƏRİNDƏ daxiLİ VƏZİYYƏt və perspektiV İNKİŞafin ssenariLƏRİ



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə1/10
tarix22.07.2018
ölçüsü3,67 Mb.
#58336
  1   2   3   4   5   6   7   8   9   10


KÖRFƏZ ƏMƏKDAŞLIQ ŞURASI 

ÖLKƏLƏRİNDƏ  DAXİLİ VƏZİYYƏT VƏ 

PERSPEKTİV İNKİŞAFIN SSENARİLƏRİ

Gülnar Məmmədova | Ramiz Rəhmanov

BAKI-2011



Körfəz Əməkdaşlıq Şurası ölkələrində  daxili vəziyyət və perspektiv inkişafın ssenariləri

2



3

MÜNDƏRİCAT

Giriş   .................................................................................................................................... 5

Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrində şiələrin vəziyyəti  ................... 6

Yaxın Şərqdə şiəliyin siyasi oyanışı və İranın regiona təsirinin artması ........ 8

KƏŞ ölkələrinin siyasi sistemlərinin problemləri  ............................................. 11

Siyasi elitalar: “yuxarıdan inqilab” mümkündürmü?  ...................................... 15

İqtisadi problemlər üsyana səbəb ola bilərmi?  ............................................... 18

Daxili siyasətin  perspektiv inkişaf ssenariləri .................................................... 23

 Mövcud rejimlərin devrilməsi mümkündürmü?

 

 Güzəştlərlə status-kvo saxlana bilərmi?

  

 Ərəb üsyanları zor gücünə yatırılarsa...

  

Nəticə ............................................................................................................................... 28




Körfəz Əməkdaşlıq Şurası ölkələrində  daxili vəziyyət və perspektiv inkişafın ssenariləri

4



Körfəz Əməkdaşlıq Şurası ölkələrində  daxili vəziyyət və perspektiv inkişafın ssenariləri

5

Şimali  Afrikada  və  Yaxın  Şərqdə  baş 



verən dəyişikliklərə paralel olaraq, Körfəz 

Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrinin “de-

mokratiya  meylli”  qüvvələri  də  son  ay-

larda, siyasi və iqtisadi islahatlar tələbi ilə 

çıxış  etməyə  başlayıblar.  Bu,  Bəhreyndə 

və  Omanda  kütləvi  etirazlar,  Küveytdə, 

Səudiyyə Ərəbistanında  kiçik nümayişlər, 

Qətərdə,  Birləşmiş  Ərəb  Əmirliklərində 

(BƏƏ)  isə  müxtəlif  sosial  şəbəkələr 

və  yazılı  müraciətlər  vasitəsi  ilə  həyata 

keçirilməkdədir. 

Bəhreynin 

Mirvari 

meydanında 

nümayişçilərin  tələbləri  Misirin  Azad-

lıq  (Təhrir)  meydanındakı  tələblərdən 

fərqlənməsə  də,  əhalinin  70  faizini  təşkil 

edən  şiələrin azlığı təmsil edən sünni Əl-

Xəlifə  ailəsi  tərəfindən  uzun  illər  siyasi 

və  iqtisadi  sistemdən  kənar  saxlanılma-

sı  qarşıdurmanın  ideoloji  tərəfini  aşkara 

çıxarır.  Riyadın  Manamaya  qoşunlarını 

yeritməsi  isə  Səudiyyə  Ərəbistanında  da 

şiə nümayişlərinin qarşısını almaq məqsədi 

daşıyır.  Fevral  ayının  25-də,    Səudiyyə 

Ərəbistanının  şiələrin  çoxluq  təşkil  etdiyi 

Qatif  bölgəsində  başlayan  etirazlar  da  bu 

ehtimalı artırır. 

Küveytdə  isə  bu  ilin  fevralında 

hökumətin  daxili  işlər  nazirini  istefaya 

göndərməsi  ilə  təxirə  salınan  nümayiş, 

mart  ayında  Baş  nazirin  istefası  tələbi 

ilə  keçirildi.  Eyni  zamanda,  digər  KƏŞ 

ölkələrindən fərqli olaraq, siyasi müxalifətə 

və  fəal  cəmiyyətə  malik  Küveytin  siyasi 

hərəkatlara görə öz tarixi vardır. Ərəbistan 

yarımadasının ən sakit ölkəsi hesab edilən 

Oman Sultanlığında isə son vaxtlara kimi  

heç  kəs  xalq  üsyanlarının  şahidi  olma-

mışdır.  Nəticədə,  Muskatda  Məclis  əs-

Şura qarşısındakı dinc oturaq nümayiş və 

ölkənin  şimalında,  sənaye  şəhəri  Soharda 

etirazlar  Sultan  Qabusu  indiyədək    olun-

mayan siyasi və iqtisadi güzəştlərə məcbur 

etdi. 

BƏƏ-də,  Qətərdə,  Səudiyyə  Ərəbis-



tanında  “demokratiya  meylli”  qüvvələr 

müxtəlif  sosial  şəbəkələr  və  müraciətlər 

vasitəsilə    fevral  və  mart  aylarında  yer-

li  hakimiyyətə  qarşı  inqilaba  çağırsa-

lar da, hələ ki,  heç bir etiraz aksiyası baş 

verməmişdir. 

Bəhreyn  üsyanı  KƏŞ  ölkələrində  siyasi 

və  iqtisadi  problemləri,  üsyana  və  narazı-

lıqlara  səbəb  ola  biləcək  amilləri  və  regi-

on  ölkələrinin  buna  davam  gətirə  bilməsi 

məsələsini    artıq  müzakirəyə  çıxarıbdır. 

Həm KƏŞ-in bütövlükdə, həm də ayrı-ayrı 

ölkələrin  özünəməxsus  xüsusiyyətlərini 

nəzərə alsaq, bu regionda bəzi ölkələrdə baş 

verən və baş verə biləcək xalq hərəkatlarının 

Misir  və  Tunis  hadisələrindən  birba-

şa  qaynaqlandığını  demək  yanlış  olardı. 

Eyni  zamanda,  hər  bir  ölkənin  spesifik 

xüsusiyyətlərini  nəzərə aldıqda hadisələrin 

inkişafı  həm  region,  həm  də  dünya  üçün 

fərqli nəticələr ortaya çıxara bilər.  

Ümumiyyətlə,  daxili  və  regional 

səviyyədə  məzhəb  fərqlilikləri,  ölkənin 

GİRİŞ



Körfəz Əməkdaşlıq Şurası ölkələrində  daxili vəziyyət və perspektiv inkişafın ssenariləri

6

siyasi  sistemində  təmsilçilik  məsələsi,  ha-



kim  ailələr  daxilində  gedən  proseslər  bu 

ölkələrin siyasi sabitliyi  baxımından mü-

hüm əhəmiyyət kəsb edir. Eyni zamanda, 

neftin  qiymətinin  mütəmadi  olaraq  azal-

ması  əsas  gəlir  mənbəyi  karbohidrogen 

ixracı  olan  bu  ölkələrdə    hazırkı  dotasiya 

sistemini və dövlət sektorunu qıra bilər. Bu 

da gələcəkdə ictimai iğtişaşlara səbəb olar.

Bu  hesabatda  KƏŞ  ölkələrində  iqtisa-

di  və  siyasi  amillərin  hazırkı  vəziyyəti  və 

mümkün olan inkişaf perspektivləri araşdı-

rılacaqdır. 

KÖRFƏZ   ƏMƏKDAŞLIQ   ŞURASI 

ÖLKƏLƏRİNDƏ  (KƏŞ)  ŞİƏLƏRİN 

VƏZİYYƏTİ 

Körfəz  Əməkdaşlıq  Şurası  (KƏŞ) 

ölkələrinin  etirazların  baş  verdiyi  digər 

ərəb  ölkələrindən  fərqi  burada  sünni-şiə 

gərginliyinin  mövcudluğudur.    Əsrlərdir 

ki,  sünni  elitalar  tərəfindən  idarə  olu-

nan  bütün  KƏŞ  ölkələrində  şiələrin  həm 

sayı,  həm  də  onlara  münasibət  eyni  de-

yildir.  Belə  ki,  şiələr  Küveytdə,  Səudiyyə 

Ərəbistanında,  BƏƏ-də,  Oman  və 

Qətərdə azlıq, Bəhreyndə isə çoxluq təşkil 

edirlər.  Həmçinin,  Bəhreyn  və  Səudiyyə 

Ərəbistanında  hökumət  ilə  şiələr  arasın-

da  münasibətlər  digər  KƏŞ  ölkələrinə 

nisbətən daha ciddidir. 

Bəhreyndə  və  Səudiyyə  Ərəbistanında 

1970-ci  illərdən  başlayaraq  şiələr  ilə 

hökumət  qüvvələri  arasında  baş  verən 

toqquşmalar  şiələrə  qarşı  sərt  siyasətlə 

nəticələnmişdir.  Lakin  şiə  təzyiqlərinə 

cavab  olaraq    Bəhreynin  və  Səudiyyə 

Ərəbistanının  islahatlara  münasibəti  də 

eyni olmamışdır. 

Bəhreyndə,  kral  Şeyx  Həməd  bin  İsa 

Əl-Xəlifənin  islahatları  nəticəsində  şiələr  

Əl-Vifaq  partiyasının  təmsilçiliyi  altında 

həm  xalq tərəfindən seçilən parlamentdə, 

həm də hökumətdə təmsil olunmuşlar. La-

kin bu islahatlara baxmayaraq, şiələr “ikin-

ci dərəcəli vətəndaş” hesab olunduqlarına 

görə dövləti hələ də ittiham etməkdədirlər. 

Bu,  onların  siyasi  strukturlarda  sıxış-

dırıldıqları  (əhalinin  çoxluğunu  təşkil 

etmələrinə baxmayaraq parlamentdə azlıq-

da olmaları - 40 üzvdən ibarət parlamentdə 

sonuncu  seçkilər  zamanı  Əl-Vifaq  18  yer 

qazanmışdır),  təhlükəsizlik  sektorunda 

təmsil  olunmamaları,  hökumətin  ölkənin 

demoqrafik  balansını  bəhreynli  olma-

yan  sünni  ərəblərə  vətəndaşlıq  verməklə 

dəyişməsi  haqqında  iddiaları  ilə  bağlıdır. 

Beləliklə,  siyasi  islahatların  səviyyəsindən 

narazı olan şiələr və polis arasında toqquş-

malar  2004-cü  ildən  etibarən  yenidən  qı-

zışmış, 2010-cu ilin seçkiləri ərəfəsində 25 

nüfuzlu  şiə ictimai xadiminin hakimiyyətə 

qarşı  sui-qəsddə  və  terrorizmdə  ittiham 

edilərək həbs olunmasından sonra kulmi-

nasiya nöqtəsinə çatmışdır. Bu qarşıdurma 

bu ilin fevralında ərəb dünyasında qarışıq-

lıq fonunda daha da kəskinləşmişdir.

1

 

Səudiyyə  Ərəbistanında  isə  əksinə 



islahatçı  kimi  tanınan  Kral  Abdullanın 

2003-cü ildən sonra keçirmək istədiyi isla-

hatlar Sələfilərin/Vəhabilərin müqaviməti 

1    Kenneth  Katzman  ,  Bahrain  :  reform,  security,  and  U.S 

policy, CRS Report for Congress, http://www.fas.org/sgp/crs/

mideast/95-1013.pdf,( 02. 3.2011)




Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə