Korrupsiyaya qarşı mübarizədə hökumət-vətəndaş əməkdaşlığı, ictimai
məlumatlılığın artırılması və beynəlxalq təcrübəyə baxış.
Müəllif Rəşad Həsənov
Korrupsiyaya qarşı mübarizədə
Rəşad Həsənov
hökumət-vətəndaş əməkdaşlığı
3
İSİM
İqtisadi və Sosial İnkişaf Mərkəzi
Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət
Mündəricat
Giriş ............................................................................................................................................................... 4
Tədqiqatın əhəmiyyəti ................................................................................................................................... 6
Korrupsiya və rüşvət: ictimai problemlərin əsası kimi ................................................................................. 7
Nəzəri baxış ............................................................................................................................................... 7
Antik izləri ................................................................................................................................................ 8
Korrupsiya və rüşvətin təzahür formaları .................................................................................................. 9
Korrupsiyanın və rüşvətin fəsadları ........................................................................................................ 12
Müasir mübarizə metodları ......................................................................................................................... 16
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə hökümət vətəndaş əməkdaşlığı ......................................... 21
Əməkdaşlığın vacibliyi ........................................................................................................................... 21
Korrupsiya və rüşvət- ictimai qavrama ................................................................................................... 22
Mənəviyyatsızlığa gedən yolda: İctimai təşviq ........................................................................................... 25
Beynəlxalq təcrübə ...................................................................................................................................... 27
Hökumət və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq ............................................................................ 28
Korrupsiya halları: İctimai məlumatlılığın artırılması və maarifləndirici addımlar ................................... 30
İctimai nəzarət və məlumatların əlçatanlığı ............................................................................................ 32
Nəticə və tövsiyyələr ................................................................................................................................... 36
Nəticə ...................................................................................................................................................... 36
Tövsiyyələr .............................................................................................................................................. 38
Ədəbiyyat Siyahısı ...................................................................................................................................... 41
Korrupsiyaya qarşı mübarizədə
Rəşad Həsənov
hökumət-vətəndaş əməkdaşlığı
4
İSİM
İqtisadi və Sosial İnkişaf Mərkəzi
Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət
Giriş
Sağlam cəmiyyət və uğurlu idarəetmə modelinin formalaşdırılması, ictimai vəsaitlərin
idarəedilməsində effektivliyin təmin edilməsi, hökumətin fəaliyyətinin legitimliyinin qorunması
kimi mühüm amillər ölkədə və cəmiyyətdə korrupsiya və rüşvət ilə kompleks mübarizəni
zamanın tələbinə çevirib. Hazırda korrupsiyaya qarşı mübarizə lokal deyil, qlobal xarakter
daşımaqdadır. Qloballaşan dünya təbii ki, müxtəlif cəmiyyətlərin daha sıx inteqrasiyasını tələb
edir. Başqa sözlə, qlobal həyat tərzinin halqalarını təşkil edən cəmiyyət və yaxud dövlətin
birində yaşanan problemlər digərinin inkişafına mənfi təsir edir, xüsusilə iqtisadi inteqrasiya və
kapital axınında ciddi fəsadlara yol açır. Məhz bu səbəbdən korrupsiya ilə mübarizənin dünya
miqyasında effektivliyinin və ölkələrin bu istiqamətdə əməkdaşlığının dərinləşdirilməsinin təmin
edilməsi məqsədi ilə 2004-cü ildə Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə
Konvensiyası qəbul edilib. Xatırladaq ki, Azərbaycanda bu Konvensiya 30 sentyabr 2005-ci ildə
ölkə prezidentinin sərəncamı ilə təsdiq edilib. Beləliklə, Azərbaycan korrupsiya ilə qlobal
səviyyəli mübarizənin subyektlərindən birinə çevrilib.
Korrupsiya və rüşvətxorluq XXI yüzillikdə cəmiyyətlərin deqradasiyasında, dövlət
idarəçiliyinin səmərəsizliyində mühüm katalizatorlardan olmaqla, həmçinin ictimai ədalətsizliyi
və gəlirlərin qeyri-bərabər paylanmasını şərtləndirir. Bundan başqa, müşahidələr göstərir ki,
korrupsiya və rüşvətxorluğun geniş yayıldığı cəmiyyətlərdə aqressiyanın səviyyəsi daha artıq
olmaqla, cəmiyyətin davranışlarına da mənfi təsir göstərir.
Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizənin effektivliyinin
təmin edilməsi şərtlərindən biri də bu mübarizədə hökumət-vətəndaş əməkdaşlığının təmin
edilməsidir. Çünki təcrübə göstərir ki, cəmiyyətə xas problemlərin həllində birtərəfli yanaşma
heç də hər zaman effektiv olmur. Təbii ki, bu kimi dərin tarixi köklərə, formalaşmış təcrübəyə və
xüsusilə də maddi üstünlükləri təmin edə bilən əməllərə qarşı sadəcə adminstrativ üsullarla
mübarizə aparılmasının son nəticəyə təsir imkanları az olur. Məhz bu səbəbdəndir ki, korrupsiya