Krzysztof Kieślowski (Kənan İsaxanlı)



Yüklə 7,21 Mb.
Pdf görüntüsü
səhifə1/12
tarix08.09.2018
ölçüsü7,21 Mb.
#67140
  1   2   3   4   5   6   7   8   9   ...   12



2

F İ L M   F İ C T İ O N

4

 

Krzysztof Kieślowski 



(Kənan İsaxanlı)

Edward Norton 



(Ayşə Eleanor)

10 


Amy Adams 

(Məlahət Qurbanəliyeva)

14

 

Paolo Pazolini 



(Fuad Alqayev)

17

 



İn Vino Veritos 

(Elmidar Süleymansoy)

19

 

Alejandro G. İnarritu 



(Şahin Xəlil)

22

 



Çağan Irmak 

(Tural Məmmədli)

26

 

Thomas Newman 



(Nuranə Axundzadə)

29

 



Carlos Reygada 

(Elmidar Süleymansoy)

31

 

Decalogue 



(Nurlan Həsənli)

33

 



Sen Aydınlatırsın Geceyi 

(Leyla Nənə)

36

 

Laslo Krasnahorkai 



(Şahanə Urfan)

İÇİNDƏKİLƏR

                                                                   



3

F İ L M   F İ C T İ O N



 

»

s.30



 

»

s.19



 

»

s.10



 

»

s.22



 

»

s.8



 

»

s.26




4

F İ L M   F İ C T İ O N



Filmlər heç 

bir şeyi 

dəyişdirə 

bilməz, amma 

insanların bir 

çox şeyi başa 

düşməsinə kömək 

edə bilər, dünyanı 

dəyişdirəcək olan 

şey filmlər deyil, 

o fimləri izləyən 

insanlardır.

Bir çıxışında Kieslowski’dən ən sevdiyi rejissorun kim olduğu 

barəsində sual soruşurlar. O da cavab olaraq Dostoyevski, Kafka, 

Şekspir deyə cavab verir. Jurnalistlər təəccüblənir və ondan bu 

saydıqlarının rejissor olub-olmadığını soruşurlar. Kieslowski “Xeyr, 

onlar yazıçıdırlar və bu da mənim üçün bir filmdən daha üstündür” 

cavabını verir. Mənə də ən sevdiyim şair kimdir deyə sual versələr, 

Kieslowski deyə cavab verərəm. Çünki onun sənəti mənim üçün 

kitabdan daha üstündür. Kieslowski  kinonun şairidir. Gəlin kinonun 

şairi olan bu insanı bir az yaxından tanıyaq... 

27 iyun 1941-ci ildə Varşavada dünyaya gələn Kieslowski atasının 

vərəmdən əziyyət çəkməsi səbəbilə Polşada bir çox şəhəri gəzmək 

məcburiyyətində qalmışdı. Atası bir sanatoriyadan digərinə 

göndərilərkən, Kieslowski demək olar ki, bir mühacir həyatı 

yaşamışdı. Buna görə də bu böyük rejissor Polşada yaşadığı 

qədər, Polşanı da yaşamışdır deyə bilərik. Uşaq yaşlarında 

yanğınsöndürən olmaq istəyən, sonradan Lodz Film Akademiyasına 

2 dəfə müraciət edən Kryzstof qəbul ola bilmədi. Bir müddət sonra 

rəsm akademiyasında oxuyan Kryzstof, nəhayət, 1965-ci ildə Film 

Akademiyasına qəbul oldu. Akademiyada gənc Kryzstofla bərabər 

təhsil alanların arasında Roman Polanski, Andrzej Wadja, Jerzy 

Skolimowski və Krzystof Zanussi tanış insanların adlarını çəkə 

bilərik. Belə bir mühitdə özünü inkişaf etdirən Kryzstof özünün 

“Tramvay” adlı ilk qısametrajlı filmini də çəkmək imkanı əldə etdi. 

Bu film ağ-qara formatda olub, tramvayda yalnız bir kişinin bir 

qadından xoşu gəlməsi və tovlamaq cəhdlərindən bəhs edir. Bu 

filmdən sonra gənc Kryzstof çəkdiyi “Ofis” filmi ilə o dövrdə ölkədə 

olan kommunist rejmini tənqid edir. 1970-ci ildə “Fabrik”, 1970-ci ilin 

ortalarında isə “İlk məhəbbət” adlı filmlərini bitirir. Polşada “əxlaqi 

narahatlıq” adı verilən 1970-ci illərin sonunda rejissor özünün 

“Kamuflaj” və “Mərmər adam” adlı növbəti qısametrajlı filmlərini 

ekranlaşdırır.

 Daha sonra çəkdiyi “Tərcümeyi-hal” filmində hökuməti 

tənqid etməsini deməsinə baxmayaraq, öz məsləkdaşları tərəfindən 

hökumətlə əməkdaşlıq etməsi ilə günahlandırıldı. Ümumiyyətlə, 

Kieslowski yaradıcılğını qısametrajlı sənədli filmlər və uzun- 

KRZYSZTOF 

KIEŚLOWSKI

   

K

İNO ESTETİKASINI DƏYİŞƏN REJİSSOR



 

                                                                 




5

F İ L M   F İ C T İ O N

metrajlı filmlər kimi iki hissəyə 

ayıra  bilərik  və  o,  1981-ci 

ildə  çəkdiyi  “Stansiya”  filmi 

məhkəmədə  əleyhinə  sübut 

kimi  göstərildikdən  sonra 

yaradıcılığının  qısametrajlı 

sənədli filmlər olan ilk hissəsini 

burda  dayandırdı.  Rejissorun 

ilk uzunmetrajlı filmi “Yara”dır. 

1979-cu ildə “Kamera düşgünü” 

filmini  lentə  almışdır.  Bir 

müsahibəsində  “Film  çəkmək 

əsəblərinizi korlayan bir şeydir 

və  yeri  gəldiyində  ailənizi, 

emosiyalarınızı, şəxsi həyatınızı 

və başqa hər şeyi ikinci plana 

atmağa  məcbursunuz”  deyən 

Kieslowski,  bu  filmdə  adi  bir 

işçinin  bir  kameraya  sahib 

olmasından sonra rejissorluğa 

gedən  yolu,  necə  bir  kamera 

düşkününə dönməsindən bəhs 

edir. Çoxlarının iddia etdiyi kimi 

bu  filmdə  Kieslowski  məhz 

öz  portretini  təsvir  etmişdir. 

Polşada  “Ümid  və  Məyusluq”  

(1980-ci  illər  sonrası)  adı 

verilən və kütləvi tətillər, işdən 

ayrılmalar  ilə  yaşanılan  bir 

dövrdə rejissor “Kor Tale” adını 

verdiyi filmini bitirmişdir. Daha 

sonra ekranlaşdırdığı “Sonsuz” 

adlı  filmində  isə  Kieslowski 

simvolik olaraq hərbi vəziyyət 

sonrası  dönəmdəki  Polşanı 

təsvir etmişdir.  

Nəhayət,  1988-ci  ildə  Polşa 

televiziyası üçün planlaşdırılan, 

rejissorun  şah  əsərlərindən 

sayılan Krzysztof Piesiewicz ilə 

senarilərini yazdıqları, 10 filmdən 

ibarət  “Dekalog”u  çəkməyə 

başlayır. Hər bölümün təqribən 

1 saat davam etdiyi “Dekalog” 

da  Hz.Musa’nın  “10  əmri” 

mövzusuna  toxunulmuşdur. 

Sonradan “Öldürməyəcəksən” 

maddəsinə  çəkilmiş  seriya  – 

“Ölüm haqqında qısa film”, “Zina 

etməyəcəksən”  maddəsinə 

çəkilmiş seriya isə “Məhəbbət 

haqqında  qısa  film”  adları  ilə 

ayrıca bədii film halına gətirildi. 

İlk baxışdan toxunduğu mövzu 

baxımından Kieslowski dindar 

hesab oluna bilər, lakin verdiyi 

müsahibələrdə  özünü  heç  bir 

dinə aid hesab etmədiyini, öz 

içində  dindar  biri  olduğunu 

bildirmişdir.  Kieslowski  öz 

içindəki  yaradıcıya  inanırdı 

və  başqa  hər  hansı  bir  dinin 

boyunduruğu altına girməkdən 

imtina edirdi.

Kieslowski’ni  məşhurlaşdıran  

“Veronikanın  İkili  Yaşamı”dır. 

1991-ci  ildə  ekranlaşdırdığı 

bu  filmin  ana  mövzusu, 

Kieslowski’nin  öz  sözləri 

ilə  desək,  “Daha  diqqətlə 

yaşayın,  çünki  elədiklərinizin 

nəticəsini  özünüz  də  bilm-

irsiniz,  tanıdığınız  və  ya 

tanımadığınız insanların nələr 

edə  biləcəyini  bilmirsiniz”dir. 

Nələr  yaşayacağımız  etdiy-

imiz  seçimlərin  nəticəsində 

müəyyən olunması və ya bəzən 

təsadüflərin (Kieslowskiy’ə görə, 

bu təsadüflərdə tanımadığımız 

milyonlarca insanın təsiri vardır) 

istiqamətləndirmiş  olması 

Kieslowski yaradıcılığının əsas 

dayaq nöqtəsidir. “Veronikanın 

ikili  yaşamı”  filmində  hakim 

olan  sirli  atmosfer  (həyatın 

gizli,  görünməyən  üzü) 

eyni  zamanda  həyatın  özü 

ilə  kəsişmişdir.  Kieslowski 

həyatın  kəsişmələrdən  ibarət 

olduğunu,  elədiklərimizin 

qarşılığını  ödəyəcəyimizi  və 

nəticə  etibarilə  məsuliyyət 

daşıdığımızı bildirir. Kieslowski 

bu  filmdə    Polşada  yaşayan 

Weronika ilə Fransada yaşayan 

Veronique’nin  hekayələrini 

bəlkədə ola biləcək ən maraqlı 

bir şəkildə tamaşaçılara təqdim 

edir.


1990-cı illərin ortalarında çəkdiyi       

“Üç rəng” trilogiyası Kieslowski 

yaradıcılığının  zirvəsi  hesab 

olunur.  Trilogiyanın  filmləri 

“Mavi”,  “Bəyaz”,  “Qırmızı” 

adlanır.  Adlarını  Fransa 

bayrağında  olan  rənglərdən 

alan  filmlərdə  müvafiq  olaraq 

azadlıq,  bərabərlik,  qardaşlıq 

mövzularına  toxunur.  Bu  üç 

filmdə  bəzi  ortaq  səhnələr 

mövcuddur.  Bunlardan  ən 

təsirlisi  əlindəki  şüşəni  təkrar 

emal üçün ayrılmış zibil qutu-

suna  atmağa  çalışan  yaşlı 

qadının  olduğu  səhnədir.  Bu 

qadın,  mavidə  şüşəni  qutuya 

ata  bilmir,  bəyazda  bir  az 

çətinlik çəkir, ama ata bildiyini 

görürük, qırmızıda isə filmin baş 

qəhrəmanı Valentin, yəni İrene 

Jacob,  yaşlı  qadının  yanına 

gedib, ona  şüşəni zibil qabına 

atmağa yardım edir. “Qırmızı”da 

baş qəhrəman olaraq qarşımıza 

İrene Jacob, “Mavi”də Juliette 

Binoche,  “Bəyaz”da  isə  Julie 

Delpy  çıxır.  Bu  trilogiyada 

bu  üç  –  azadlıq,  bərabərlik, 

qardaşlıq məfhumlarına günlük 

həyatda onların həqiqətən necə 

işlədiyi  barəsində  düşünərək, 

tamamilə  həyati  və  şəxsi 

pəncərələrdən  baxırıq.  Bu 

məfhumlar  insan  təbiəti  ilə 

təzadlıdır  və  insan  həyatda 

onlarla  tək-tək  qarşılaşdığı 

zaman  necə  yaşayacağını 

bilmirik. İnsanlar həqiqətənmi 

azadlığı, bərabərliyi, qardaşlığı 

bu  qədər  çox  istəyirlər  deyə 

soruşan  Kieslowski,  eynilə 

“Dekalog”dakı  kimi  mövzu-

lara  tək-tək  yanaşmış,  bu  üç 

rəngin insan həyatındakı rolu, 

həyatımızda  nə  qədər  var 

olduğu və bizim bu anlayışlar 

qarşısında  həyatımızı  necə 

istiqamətləndirib,  onlarla 

haralarda  qarşılaşdığımız 

kimi  nüanslara  toxunmuşdur. 

Kieslowski’nin bu trilogiyasında 

çox həssas, emosional səhnələr 

var. Amma Kieslowski bunla-




Yüklə 7,21 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə