Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə1/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
  1   2   3   4   5   6   7   8   9   ...   96


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
FOLKLOR İNSTİTUTU 
_______________________________________ 
 
 
ÀÇßÐÁÀÉÚÀÍ 
ÔÎËÊËÎÐÓ 
КЦЛЛИЙЙАТЫ 
 
XIV úèëä 
 
 
 
 
ДАСТАНËÀР
 
IV êèòàá 
 
 
 
 
 
 
 
ÁÀÊÛ - 2009 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 

ÀÌÅÀ Ôîëêëîð Èíñòèòóòó 
Åëìè Øóðàñûíûí ãÿðàðû èëÿ няшр îëóíóð 
 
ÐÅÄÀÊÑÈÉÀ ÙÅÉßÒÈ 
 
Ùöñåéí Èñìàéûëîâ, ôèëîëîýèéà åëìëÿðè äîêòîðó (ñÿäð); 
Òåéìóð Áöíéàäîâ, àêàäåìèê; 
Àçàä Íÿáèéåâ, ÀÌÅÀ-íûí ìöõáèð öçâö; 
Òîôèã Ùàúûéåâ, ÀÌÅÀ-íûí ìöõáèð öçâö;  
Èñðàôèë Àááàñëû, ôèëîëîýèéà åëìëÿðè äîêòîðó, ïðîôåññîð; 
Ãàðà Íàìàçîâ, ôèëîëîýèéà åëìëÿðè äîêòîðó, ïðîôåññîð;  
Ìÿùÿððÿì Úÿôÿðëè, ôèëîëîýèéà åëìëÿðè äîêòîðó, ïðîôåññîð; 
Мухтар Иманов, ôèëîëîýèéà åëìëÿðè äîêòîðó; 
Фцзули Байат, ôèëîëîýèéà åëìëÿðè äîêòîðó; 
Рàмил ßлèéåâ, ôèëîëîýèéà åëìëÿðè äîêòîðó;  
Îðóú ßëèéåâ, ôèëîëîýèéà åëìëÿðè íàìèçÿäè; 
ßçèç ßëÿêáÿðëè, ôèëîëîýèéà åëìëÿðè íàìèçÿäè; 
Àüàâåðäè Õÿëèë, ôèëîëîýèéà åëìëÿðè íàìèçÿäè;  
Ñåéôÿääèí Ðçàñîé, ôèëîëîýèéà åëìëÿðè íàìèçÿäè (ìÿñóë êàòèá). 
 
ÒßÐÒÈÁ ÅÄßÍËßР ô.å.ä. Ùöñåéí ÈÑÌÀÉÛËΠ
 
 
 
 
ô.å.í. ßçèç ßËßÊÁßÐËÈ 
 
ÍßØÐÈÍß ÌßÑÓË:   ô.å.í. ßçèç ßËßÊÁßÐËÈ 
 
Àçÿðáàéúàí ôîëêëîðó êöëëèééàòû, XIV úèëä, Дастанлар (IV êè-
òàá), “Короьлу” дастаны (Яли Камали архивиндяки вариантлар), Áà-
êû, “Íóðëàí” íÿøðèééàòû, 2009, 400 ñÿù. 
 
“Короьлу” дастанынын Яли Камали архивиндяки вариантлары илк дяфя 
Азярбайъан  МЕА  Фолклор  Институтунун  ямякдашы  Яли  Шамил  тяряфин-
дян ишляниб чапа щазырланмышдыр. 
À
   
4603000000
 
 
Qrifli íÿøð
  
   
 Í-098-2009
  
  
             ©Ôîëêëîð Èíñòèòóòó, 2009 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 

FOLKLORUMUZUN ÜFÜQLƏRİ 
 
Dunay  üçüncü  minilliyə  başqa  bir  ovqatla  daxil  oldu.  Bir  za-
manlar  yer  üzündən  bəzi  xalqları  silən,  onların  mədəniyyətini 
məhv edən və ya az bir qismini özününküləşdirməyə çalışan, necə 
deyərlər, dünyaya meydan oxuyan dövlətlər belə kiçik xalqlara və 
etnik  qruplara  belə  sayqı  ilə  yanaşmağa  çalışır,  onların  dillərini, 
mədəniyyətlərini  qorumalarına  səy  göstərirlər.  Onlar  sanki  indi 
qəflət  yuxusundan ayılmışlar; anlayırlar ki, kiçik bir xalqın  və  ya 
etnik  qrupun  məhv  edilməsi  ümumbəşər  mədəniyyətinə  vurulmuş 
zərbədir.  Bu  zərbə  dolayısı  ilə  gəlib  onların  özlərinə  dəyir.  Bunu 
özləri görməsə də övladları, nəvə-nəticələri görür.  
Ümumdünya mədəniyyətini qoruyub saxlamaq, təbliğ etmək və 
dəyərləndirmək  üçün  onlarla  təşkilatlar,  içtimai  birliklər  yaradıl-
mışdır  ki,  bu  qurumlar  da  hər  il  milyardlarla  manat  vəsait  xərc-
ləyir. Onların xərcləri bir çox dövlətlərin illik büdcəsindən çoxdur. 
Bunu YUNESKO-nun timsalında aydın görmək olar. YUNESKO-
nun Azərbaycan mədəniyyətinin qorunmasında və təbliğindəki ro-
lu geniş bir mövzudur. Biz isə Azərbaycan folklorunun toplanma-
sı, nəşri, tədqiqi və təbliğindən söz açacağıq. 
Zəngin mədəniyyətimiz olmasına baxmayaraq ata-babalarımız onu 
gərəyincə  qoruyub  təbliğ  edə  bilməmişlər.  Ötən  yüzilliklərdə  Av-
ropada sənayenin inkişafı elmin, mədəniyyətin inkişafına güclü təkan 
verdiyi  bir  halda  yaşadığımız  bölgədə  məhəlli  müharibələr,  qüdrətli 
dövlətlərin çöküşü və parçalanması baş vermişdi. XIX yüzildən ziya-
lılarımız bu geriliyi aradan qaldırmaq, necə deyərlər, dünya ilə ayaq-
laşmaq  üçün  Avropa  dəyərlərini  yaşatmağa  və  təbliğ  etməyə  başla-
mışlar.  Folklorumuzun toplanması, təbliği  və tədqiqi  də XX  yüzilin 
əvvəllərindən Avropa metodlarıyla aparılmağa başlanmışdır.  
Folklor – xalqın yaddaşıdır: fərd yaddaşı, etnos yaddaşı, millət 
yaddaşı və xalq yaddaşı...  
Xalqın  varlığı  söz  və  sənət  kodları  ilə  onun  yaddaşında  inikas 
olunur... 
Yaddaş «qalar-qopar» dünyada «gəlimli-gedimli» ritmlə öz ya-
şamını gerçəkləşdirən xalqın fiziki-mənəvi mövcudluğunun fövqü-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 

nə  qalxır:  yaddaşı  yaradan  xalqın  mövcudluğu  yenə  də  birbaşa 
onun yaddaşına müncər olunur...  
Milli  yaddaşda  millətin  tarixi  bütöv  xalqın  taleyindən  keçdiyi 
kimi, hər bir fərdin taleyindən də keçib gələcəyə gedir...  
Folklor xalqın taleyidir: hər bir etnosun taleyi onun milli yadda-
şa nə dərəcədə bağlılığından asılıdır. Yaddaşına qayıda bilən xalq 
onu millətlər içində millət edən zirvəyə qalxa bilir... 
Hər  bir  xalqın  bir  millət  kimi  bütövlüyü,  ölkə  kimi  tamlığı  və 
təhlükəsizliyi  etnokosmik  yaddaşın onu hansı şəkildə ayaqda sax-
lamasından birbaşa asılıdır... 
XX  yüzilin  əvvəllərində  Azərbaycan  folklorunun  toplanması 
uğrunda  millətin  fədai  ziyalıları,  sözün  gerçək  anlamında  ağır  bir 
mübarizə  apardılar.  «Yoxdur  millətimin  xətti  bu  imzalar  içində» 
məfkurəsini  əldə  rəhbər  tutub,  millətimizin  mənəviyyat  imzasını 
imzalar içində bərqərar etmək üçün hər cür çətinliyə sinə gərdilər. 
Çoxsaylı folklor mətnləri toplandı və çap edildi. 
20-30-cu illərdə isə Azərbaycan folklorşünaslıq elmi nəzəri ba-
xımdan  inkişaf  etdi.  Türkiyədə  və  Avropada  təhsil  alan  gənclər, 
xüsusən də Azərbaycana dəvət edilmiş sovet alimləri burada özlə-
rinin  tədqiqatlarını  davam  etdirməklə  gənc  Azərbaycan  folklorşü-
naslarının nəzəri biliklərinin formalaşmasına həm mənəvi, həm də 
təcrübi  baxımdan  istiqamət  verdilər.  Çox  təəssüf  ki,  bu  proses 
uzun sürmədi. 30-cu illərdə millətin intellektual potensialının qay-
maqları, o cümlədən folklorşünasları amansız şəkildə məhv edildi 
və Azərbaycan folklorşünaslığının bütün səviyyələr üzrə mütərəq-
qi inkişafına balta çalındı. 
Sovet imperiyasına sədaqətlə qulluq edən manqurt folklorşünas-
lar isə Azərbaycan folklorunu sovet-sosialist ideologiyasının stan-
dartlarına  uyğunlaşdırmağa,  bu,  alınmadıqda  isə,  ümumiyyətlə, 
saxta folklor mətnləri yaratmağa başladılar.  
Həmin dövrdə Azərbaycanın mütərəqqi folklorşünasları öz fəa-
liyyətləri çərçivəsində folkloru və folklorşünaslığımızı xilas etmə-
yə cəhd göstərsələr də, onların təşəbbüsləri kütləvi fəaliyyətə çev-
rilərək azsaylı folklor nəşrləri və tədqiqatlarından irəli getmədi. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə