.
2
Elmi redaktoru: dosent Əzim Piriyev.
Rəyçilər: pedaqogika üzrə elmlər doktoru,
professor Fərahim Sadıqov;
filologiya üzrə fəlsəfə doktoru, dosent Vəliyulla Cəfərov;
tarix elmləri namizədi,
dosent Nigar Axundova;
fəlsəfə elmləri namizədi,
dosent Rövşən Hacıyev
Texniki redaktor: Rəhim Həsənov
İlqar Hüseynov,Sabir Əmirxanov. İctimaiyyətlə əlaqələr. Ali məktəblər üçün
dərslik. Azərbaycan dilində. Bakı, 2016, 418 səh.
“İctimaiyyətlə əlaqələr” dərsliyində bir çox elmi problemlərə müxtəlif
rakurslardan istinad edilmişdir. İlk dəfə olaraq, “İctimaiyyətlə əlaqələr” fənninin
predmeti, obyekti və subyekti, tədqiqat metodları, məqsəd və vəzifələri, funksiyaları
müəyyənləşdirilmış, qloballaşan və innovasion cəmiyyətin əsas prioritetlərinə yeni
müstəvidən yanaşılmışdır.
“Sosial-iqtisadi inkişafın idarə olunmasında ictimaiyyətlə əlaqələrin rolu”,
“İctimaiyyətlə əlaqələr idarəetmədə əsas prioritet istiqamətlərdən biri kimi”,
“İctimaiyyətlə əlaqələrdə insan amili”, “İctimaiyyətlə əlaqələrdə dövlət siyasəti”,
“İctimaiyyətlə əlaqələrdə Heydər Əliyev irsinin təbliği”, “İctimaiyyətlə əlaqələrdə
vətənpərvərlik və tarixi-qəhrərmanlıq ənənələrinin yeri”, “İctimaiyyətlə əlaqələrdə
ənənəvi ünsiyyət formaları və onların cəmiyyətdə rolu”, “İctimaiyyətlə əlaqələrdə
ictimai şüur formalarının əhəmiyyəti”, “İctimaiyyətlə əlaqələrdə insanın inkişafına
və onun şəxsiyyət kimi formalaşmasına təsir edən amillərin rolu” və “Müasir dövrdə
ictimaiyyətlə əlaqələrin təşkili prinsipləri”, “İctimaiyyətlə əlaqələrdə reklam və İKT-
nin rolu”, “Dövlət və qeyri-dövlət təşkilatlarında ictimaiyyətlə əlaqələrin təşkili
istiqamətləri”, “İctimaiyyətlə əlaqələrdə sosioloji tədqiqat metodlarının rolu”,
“İctimaiyyətlə əlaqələrdə milli adət-ənənələrimizin və mənəvi-əxlaqi dəyərlərimizin
təbliğinin əhəmiyyəti” və s. mövzuların yer aldığı “İctimaiyyətlə əlaqələr” dərsli-
yində bəşər cəmiyyətinin müxtəlif inkişaf mərhələləri ilə yanaşı Azərbaycan
xalqının zəngin ictimai fikir tarixinə, habelə milli-mədəni, sosial-iqtisadi irsinə geniş
şəkildə istinad edilmişdir. Bu elm bəşəriyyətin tarixi inkişaf təcrübəsinin təhlilinə
istinadən xalqın həyati maraqlarını əks etdirən dəyərlər sisteminin formalaşmasına
yardım edir. Elmin bu sahəsi həmçinin dövlət quruculuğu istiqamətində də prioritet
vəzifələri müəyyənləşdirir.
Dərslik ali və orta ixtisas məktəblərinin professor-müəllim heyəti və tələbələri,
habelə biznes və menecment sahəsinin mütəxəsisləri və geniş oxucu kütləsi üçün
nəzərdə tutulmuşdur.
2007
098
4702000000
N
Qrifli nəşr
© “İ. Hüseynov”, 2016
.
3
GİRİŞ
XXI yüzillik dünya tarixinə sosial-iqtisadi və qlo-
bal-ekoloji dəyişikliklərin baş verdiyi tarixi mərhələ kimi
daxil olmuşdur. Bu dövr dünyada baş verən qloballaşma,
inteqrasiya və innovasiya prosesləri ilə, xalqların azadlıq
və müstəqillik uğrunda apardıqları mübarizələrlə, milli
özünüdərklə, multikulturalizm, tolerantlıq və plüralizm
ideyaları ilə, cəmiyyətin intellektual səviyyəsinin yüksəl-
dilməsi və vətəndaş cəmiyyətinin qurulması ilə, insan ami-
linin ön plana keçməsi ilə, internet və süni peyk sisteminin
yaradılması və s. ilə səciyyələnir. Belə ki, YUNESKO
XXI yuzilliyi “intellekt və zəkalar” əsri adlandırmışdır. Bu
yüzillik tarixə həm də İnformasiya Kommunikasiya Tex-
nologiyaları (İKT) dövrü kimi daxil olmuşdur. Bu gün
texnogen sivilizasiyanın bütün fəaliyyət sahələrinə güclü
təsiri, internetin, informasiya-kommunikasiya vasitələrinin
sıçrayışlı inkişafı “İctimaiyyətlə əlaqələr” elminə məhz
yeni müstəvidən yanaşmağı tələb edir.
Zamanın tələbindən irəli gələrək bu gün texnogen
inkişaf nəticəsində Yaxın Şərqdə, Afrikada totalitar rejim-
lərin zülmündən cana gəlmiş xalqlar ayağa qalxmış və bir
çox ölkələrin ictimai-siyasi həyatında, iqtisadiyyatında
köklü keyfiyyət dəyişiklikləri baş vermişdir. Elmi-texniki
və ictimai tərəqqiyə müqavimət göstərməyə cəhd edən
siyasi ekstremizm, dini fanatizm, beynəlxalq terrorizm d-
ni-milli zəmində münaqişələr törətməyə səy göstərmiş,
dünyanın müxtəlif tarixi inkişaf proseslərinə ciddi maneə-
lər və əngəlliklər yaratmışdır. Lakin bu qüvvələr heç də ic-
timai inkişafın qanunauyğunluqlarını pozmaq iqtidarına
malik deyil. Bütün bu mənfi, insan cəmiyyətini geriyə