Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə1/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
  1   2   3   4   5   6   7   8   9   ...   154


 

1

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 



FOLKLOR İNSTİTUTU 

______________________________________________ 



 

 

BƏXTİYAR TUNCAY 

 

 

 

 

 

 

KURQANLARDA 

YATAN MİFOLOJİ 

TƏFƏKKÜR VƏ 

GENETİK TARİXİMİZ 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI – 2018 

 



 

2

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bəxtiyar  Tuncay.  Kurqanlarda  yatan  mifoloji  təfəkkür 

və genetik tariximiz. Bakı, Elm və təhsil, 2018, -472 səh. 

 

 

folklor.az 

 

 

 



 

 

 



 

 

F



 

4603000000 

Qrifli nəşr

  

N-098-2018 



 

   


 

 

  



   © Folklor İnstitutu, 2018 


 

3

KURQANDA DƏFN İDEYASI VƏ ÜÇQATLI  



DÜNYA MODELİ BARƏDƏ ƏSKİ TÜRK MİFLƏRİ 

 

İ.Arauxo  kurqan  mədəniyyətinin  daşıyıcıları  olmuş  qəbilə 



və tayfaların dünyagörüşündən söz açaraq (Арахуо И., 1982, s. 

50) kurqanı əhatə edən daş düzümü, kurqan örtüyü və qəbir ka-

merasını  vahid  memarlıq  ansamblının  bir-biri  ilə  vəhdətdə  olan 

elementləri adlandırır.  O bu elementlərin  mifoloji anlamını  belə 

izah  edir:  «Dünyanın  mərkəzində  müqəddəs  dağ  durur.  Yer  və 

göy orada qarşılaşırlar. İstənilən sakral qurğu həmin dağı simvo-

lizə  edir  və  beləcə,  «mərkəz»  statusu  qazanmış  olur.  Bu  səbəb-

dən də işərisindən «Axis mundi» keçən sakral qurğu, yer, göy və 

yeraltı dünyanın qarşılaşma və birləşmə nöqtəsinə çevrilir. Belə-

liklə,  kurqan  kainatın,  onun  üç  komponenti  isə  onun  strukturu-

nun  mifoloji  modelidir»  (Герман  П.В.,  2001,  s.15).  Eyni  fikrə 

L.Lelekovun  (Лелеков  Л.А.,  1983,  s.19;  Лелеков  Л.А.,  1987) 

yazılarında da rast gəlmək mümükündür. 

Bir  sıra  arxeoloqlar  kurqan  örtüyünün  yeri,  göyü  və  yeraltı 

dünyanı bir-birinə bağlayan dünya dağını  ifadə etdiyini söyləmiş 

və  həmin  dağın  izini  hind-Avropa,  daha  dəqiq  desək,  hind-İran 

miflərində axtarmağa çalışmışlar (Лелеков Л. А., 1987). Halbuki 

eyni təsəvvürlərin izlərinə türk mifologiyasında da rast gəlinir və 

buradakı  təsəvvürlər  yuxarıda  haqqında  söz  açılan  təsəvvürlərlə 

daha  çox  üst-üstə düşür.  AMEA  Folklor İnstitutunun  alimlərinin 

tədqiqatları  göstərir ki,  türk  xalqlarının tapındığı  ilkin təbiət  var-

lıqlarından  biri  dağdır.  «Göy  Tanrısına  yaxınlığına  görə  ulu  əc-

dadın  təsəvvüründə  Dağ  kultlaşdırılmış,  insanları  Yaradana  bağ-

layan  əsas  vasitə  sayılmışdır.  Qədim  türk  inancına  görə,  Dünya 

Dağı  üç  qatdan  ibarətdir:  birinci  qat,  başı  günəşə  çatan,  doqquz 

iqlimin  kəsişdiyi  ənginlikdə  yerləşən  Altundağdır;  ikinci  qat,  yer 

üzündə,  doqquz  meşənin  dərinliyində  yerləşən  Dəmirdağdır 

(mənbələrdə: Temirtav, Tömürtav); üçüncü qat isə yeraltı aləmin 

doqquz dənizinin birləşdiyi qaranlıq məkanda yerləşən Misdağdır.  

Dəmirdağ  göyün  12-ci  qatına  qədər  yüksəlirmiş.  Yerlə  gö-

yü birləşdirən Dünya Dağının zirvəsi qızıl, əyilməz hissəsi – or-



 

4

tası dəmir, ayağı – aşağısı  misdən  imiş» (Tanrıverdi, 2013, səh. 



3-4; Həkimova, Tuncay B, 2016, s. 58). 

Burada  əksini  tapan  mifoloji  təsəvvürlərdə  ən  maraqlı  mə-

qam  dünya  dağının  başının  altundan,  yəni  qızıldan,  ayağının 

misdən olmasının qeyd edilməsidir ki, bu təsvvür kurqan mədə-

niyyətinin ortaya çıxdığı eneolit dövrü, yəni mis-daş dövrün ilə, 

eləcə də kurqanlarda qızıl əşyalara da bol-bol rast gəlinməsi ha-

disəsi  ilə  inanılmaz  dərəcədə  səsləşir.  «Dünya  dağının  əyilməz 

hissəsinin – ortasının dəmirdən» olmasına gəlincə isə, bu sonra-

kı dövrün, başqa sözlə, dəmir dövrünün əlavəsi hesab edilə bilər.  

Azərbaycan türklərinin folklorunda da dağ kultu ilə bağlı istə-

nilən qədər materiala rast gəlinməkdədir. Bu özünü dağ-pir əfsanə-

lərində (Azərbaycan etnoqrafiyası, III , 2007, səh.  339; Hacıyeva, 

2001,  səh.  63;  Kalafat,  2006),  dağlarla  bağlı  əfsanə  və  mifoloji 

mətnlərdə (Bəydili, 2007, s. 145; Azərbaycan Folkloru Antalogiya-

sı, 2005, səh. 39), bayatılarada (Tanrıverdi, 2013, səh. 3-4), dastan-

larda (Kitabi-Dədəd Qorqud, 1988, s. 39) və s. göstərməkdədir. 

Kurqan  ideyasının  əsasında  duran  üçqatlı  dünya  modelinə 

keçmişdə öz ölülərini kurqanlarda dəfn etmiş bir sıra müasir türk 

xalqlarının əski mofoloji mətnlərində rast gəlmək mümkündür.  

Tədqiqatçıların yazdığına görə, saxa-yakut şamanlarının inanc-

larına görə, yuxarı dünyada “ayıı” adlandırılan fövqəltəbii varlıqlar 

məskundur ki, onların da başında Ağ Ana Ürünq Ayığ Toyon durur. 

O,  hər  şeyin,  o  cümlədən  insanın  və  heyvanların  yaradıcısı  olan 

Tanrının özüdür. Ayıılar Tanrının, yəni Ağ Ana Ürünq Ayığ Toyo-

nun xidmətçiləri və yaxın köməkçiləridir. Onlar da eynən Tanrının 

özü  kimi  insanlara  qut  verirlər.  Onların  hər  birinin  özünəməxsus 

funksiyaları  var.  Məsələn,  Cesegey  ayıı  atçılığın  himayədarıdır  və 

insanlara at  əhliləşdirməyi,  minməyi  və arabaya qoşmağı, eləcə də 

ətindən,  südündən,  dərisindən  istifadə  etməyi  o  öyrətmişdir.  Sügə 

toyon  (tərcüməsi  “Balta  ağa”)  isə  ildırımların  və  şimşəklərin  haki-

midir (Ксенефонтов, 1977, с. 97). Bundan başqa bir çox saxa – ya-

kut  soylarının  himayəçisi  sayılan  Omoqoyun,  Lena  çayının  sahibi 

Acirayın  (buryatlarda  Ajiray)  da  adlarını  çəkmək  olar  (Кулаков-

ский, 1979, с 18; Михайлов, 1980, с. 172; Tuncay B., 2014). 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə