Kurs: I qrup: 480



Yüklə 19,17 Kb.
tarix04.11.2017
ölçüsü19,17 Kb.
#8620

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət İqtisad Universiteti

Fakultə: Uçot-İqtisad

Kurs: I

Qrup: 480



Tələbə: Kürdədehli Simran

Sərbəst iş No:5

Fənn: İqtisada giriş

Mövzu: Bazar və bazar iqtisadiyyatı

Bakı-2014

Bazar və bazar iqtisadiyyatı.

Bazar bəşər sivilizasiyasının ən mühüm nailiyyətlərindən biridir.Bazar insan cəmiyyəti tarixində böyük ictimai əmək bölgülərinin,əmtəə təsərrüfatının mübadiləsinin meydana gəlməsi ilə üzvi şəkildə bağlıdır.Əmtəələr və pulların hərəkəti bazar bazar münasibətlərinin maddi əsasını təşkil edir.Əmtəə təsərrüfatı fəaliyyət göstərməyən yerdə bazar ola bilməz.

Bazarın yaranması,təşəkkül tapması və daim inkişaf etməsi ümumbəşəri iqtisadi tərəqqiyə indi də fəal bir amil kimi böyük təsir göstərir.Bazar anlayışının məzmununda onun funksiyaları daha mühüm yer tutur.Bazar əmtəə-pul münasibətlərinin ən mühüm aparıcı bir komponenti kimi iqtisad elmində geniş yayılmış iqtisadi kateqoriyalardan biridir.O,geniş əhatəli elmi məzmuna malikdir.Bazar iqtisadi münasibətlərdə tələblə-təklifin məcmusudur.Bazar ayrı-ayrı əmtəələr və xidmətlər üzrə satıcılarla alıcıların birgə fəaliyyəti mexanizmidir.Bazar ticarət aparmaq üçün adamların bir-biri ilə hər hansı qarşılıqlı fəaliyyətidir.Bazar əmtəə və əmtəə-pul mübadiləsi formasıdır.Bazar əmtəə istehsalı və pul tədavülü qanunları üzrə təşəkkül tapan mübadilədir.

Bazar təkrar istehsalın komponentləri olan istehsal –bölgü-mübadilə-istehlak aspekti üzrə səciyyələnə bilər.İqtisadi nəzəri baxımdan mübadiləyə dar və geniş mənalarda baxılır.Geniş mənada o, iqtisad elmində fəaliyyətlər,xidmətlər və s. mübadiləsi kimi başa düşülür.Dar mənada isə məhsul,əmtəə mübadiləsi və əmtəə tədavülü kimi baxılır.

Bazarın,mübadilənin ticarət fəaliyyəti ilə ayrılmaz əlaqəliliyi ilk zamanlardan ticarət kapitalı adı ilə məlumdur.Bunun ilkin forması tacir kapitalı adlanır.

Bazar iqtisadi kateqoriya olub,konkret iqtisadi münasibətləri,alıcılarla satıcıların əlaqələrinin məcmusudur.Bazar bəşər cəmiyyətinin təbii-tarixi inkişafının törəməsi kimi xalqların çoxəsrlik,birgə ənənələrinin milli,mədəni,dini,psixoloji xüsusiyyətlərini də özündə ifadə etmək iqtidarında olan kateqoriyadır.

Bazar əmtəə-pul münasibətlərinin tarixi inkişafı nəticəsində müasir tərəqqi dərəcəsinə çatmışdır.Bazar meydana gəldiyi vaxtdan çağdaş zamana qədər inkişaf yolu keçərək öz məzmununu həm dərininə həm də eninə dəyişmişdir.O, bu gün mürəkkəb bir struktura malikdir.Bazar sistemi dedikdə onun bütün növlərinin,ən müxtəlif meyarlar üzrə ayrı-ayrı komponentlərinin məcmusu nəzərdə tutulur.

Müasir dövrdə bazarların strukturu və sistemi onun obyektləri,subyektləri,məkan əlamətləri,rəqabət aparma dərəcələri və s. üzrə səciyyələnirlər.

İqtisadi təyinatları üzrə bazarın obyektləri əsasən aşağıdakılardan ibarətdir:

-Əmtəələr və xidmətlər bazarı-buraya ərzaq məhsulları ,məişət ,kommunal ,nəqliyyat,xidmətləri,mədəniyyət,təhsil,səhiyyə üzrə pullu xidmət bazarları daxildir.

-İstehsal vasitələri bazarı-buraya əmək predmetləri və əmək vasitələri daxildir.

-iş qüvvəsi bazarı

-elmi-texniki işləmələr,innovasiya,patent bazarı

- valyuta,qiymətli kağızlar bazarı.Buraya valyutaların, səhmlərin, çeklərin, veksellərin və s. alqı-satqısı daxildir.

-mənzil bazarı.

-informasiya məhsulları bazarı - bu xüsusi növ bazardır və buraya kitabların,qəzetlərin,şəkillərin və digər bir sıra informasiya məlumatlarının alqı-satqısı daxildir.

-coğrafi məkan vəziyyətinə görə bazarlar - buraya yerli,regional,milli,iri regionlararsı və dünya bazarları daxildir.

Bazar və ticarət anlayışları bir-birilə ən yaxın olan,bəzən identetik mənada ifadə edilən iqtisadi kateqoriyalardır.Ticarət əmtəə təsərrüfatı ilə,onun meydana gəlməsi ilə üzvi surətdə bağlıdır.Ümumiləşdirilmiş şəkildə ticarəti elmi baxımdan iki cür səciyyələndirmək olar.Birinci,ona əmtəə istehsalının meydana gəlməsi və tarixi inkişafı ilə şərtlənən əmək məhsullarının və xidmətlərin mübadilə forması kimi baxmaq olar.İkinci,o ictimai əmək bölgüsü əsasında xüsusiləşmiş təsərrüfat sahəsidir.Qısa şəkildə desək,ticarət alqı-satqı aktları ilə fəaliyyət göstərən iqtisadiyyat sahəsidir.Məhz bu mənada ticarət və bazar anlayışları arasında keçilməz sədd yoxdur.Üçüncü,böyük ictimai əmək bölgüsü ilə bağlı olaraq ticarətin yaranması.Bundan sonra kapitalın arxaik forması olan ticarət və sələm kapitalı meydana gəlib yaranmağa başlamışdır.Ticarət kapitalı kapitalizmə qədər müstəqil formada hərəkət edib,tarixən isə sənaye kapitalının sələfidir.Əmtəələrin hərəkəti müxtəlif mərhələlərdən keçir.Bu mərhələlər iki yerə ayrılır - topdansatış və pərakəndə satış.

Topdansatış ticarət əmtəə tədavülü prosesinin tərkib hissəsi olub vasitəçi xarakter daşıyır.O əmtəə tədavülündə başlanğıc mərhələdir.Burada müxtəlif sənaye və kənd təsərrüfatı məhsulları bir yerə toplanır.Topdansatış ticarət- əmtəələrin iri partiyalarla satışıdır.

Pərakəndə satış ticarəti əmtənin satışının bilavasitə istehlakçılarla aparılan növüdür.Əmtəə tədavülünün son mərhələsidir.



Bazar münasibətləri şəraitində hərrac,yarmarkalar da mühüm rol oynayır.Ticarət həm ölkə daxilində və həm də xarici dövlətlərlə aparılır.Buna görə də ticarət iki yerə:daxili və xarici ticarətə ayrılır.Daxili ticarətin aşağıdakı növləri var:xüsusi,dövlət,kooperativ.Xarici ticarət beynəlxalq əmək bölgüsü ilə əlaqədardır.Burada əmtəələrin mübadiləsi idxal və ixrac üzrə aparılır.

Kürdədehli Simran, Uçot-İqtisad, Qrup 480
Yüklə 19,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə