Kurs: I qrup: 480



Yüklə 18,04 Kb.
tarix14.01.2018
ölçüsü18,04 Kb.
#20749

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət İqtisad Universiteti

Fakultə: Uçot-İqtisad

Kurs: I


Qrup: 480

Tələbə: Kürdədehli Simran

Sərbəst iş No:6

Fənn: İqtisadi İnformatika

Mövzu: Müasir dövrdə qlobal informasiya

şəbəkələrinin tətbiqi sahələri

Bakı-2014

Müasir dövrdə qlobal informasiya şəbəkələrinin tətbiqi sahələri

Qlobal şəbəkələrin əlaqə kanalları özlüyündə texnoloji olaraq- telefon xətlərindən peyk sisteminə qədər fərqlənə bilərlər. Bu zman qlobal şəbəkələrin əlaqə kanallarında verilənlərin ötürülmə sürəti lokal şəbəkələrdəkinə nisbətən aşağı. Bəzi hallarda isə çox aşağı olacaq.

Qlobal şəbəkələrdə əlaqələndirmənin tipi adətən sürət və bu əlaqələndirmənin qiyməti arasındakı xərclərin kompromisi əsasında müəyyənləşdirilir. Əgər lokal şəbəkə 10-100 Mbit/san. sürəti ilə işləyirsə, onda bu səmərəliliklə fəaliyyət göstərə bilən qlobal şəbəkənin əlaqələndirilməsi xərcləri adətən əksər təşkilatların imkanları dairəsindən kənara çıxır. Bu səbəbdən də qlobal şəbəkələrin işlənib hazırlanması zamanı elə ilkin mərhələdə lazımi ötürmə sürətinin müəyyənləşçdirilməsi məqsədəuyğundur.

Lokal şəbəkələrdə məlumatların ötürülməsi zamanı həmin məlumatların lazımi ünvana çatdırılmasını təmin edən fiziki mühitə daxil olmağa imkan verən uyğun üsuldan istifadə edilir. Bu səbəbdən də bir lokal şəbəkə daxilində informasiya mübadiləsinin təşkili üçün tərkibinə ötürülmüş informasiya paketini əvvəlcədən təyin olunmuş stansiyaya çatana qədər bir stansiyadan digərinə ötürən funksiyalar daxil olan kanal səviyyəli protokollardan istifadə edilməsi kifayətdir.

Qlobal şəbəkələrdə məlumatın ötürülməsi zamanı onun çatacağı son ünvanın əvvəlcədən məlum olması gərəkdir. Bu şəbəkənin mürəkkəb struktura malik olması və çoxlü sayda ötürümə marşrutlasrının mövcudluğu ilə izah edilir.

Bu səbəbdən də qlobal şəbəkələrdə informasiya mübadiləsində informasiya paketlərinin ötürən sistemdən, onun ünvanlandığı sonuncu sistemə qədərki marşrutunu izləyə biləcək şəbəkə protokollarından istifadə edilməsi tələb olunur.

Şəbəkə səviyyəsi protokolu verilənləri nəqliyyat səviyyəsindən alaraq deytaqramlara yığır və öz məxsusi başlığını oraya əlavə edir. Kanal səviyyəsi protokolunun başlığında olduğu kimi şəbəkə səviyyəsi protokolunun başlığı da özündə alıcı sisteminin ünvanını saxlayır, lakin bu ünvan informasiya paketinin göndərildiyi son yeri identifikasiya edir. Şəbəkə səviyyəsi protokolları verilənlər paketinin göndərildiyi son ünvanı göstərmək üçün müxtəlif tipli ünvanlar sistemindən istifadə edir. Lakin şəbəkə protokolları içərisində ən çox istifadə ediləni TCP/İP protokollar stekinə aid İP (İnternet Protokol- şəbəkələrarası protokol) protokoludur. O, birində alıcı sistemi, digərində göndərən sistem yerləşən iki şəbəkəni identifikasiya edən 32-dərəcəli ünvanlar fəzasını təmin edir.

Misal üçün, Novell şirkətinin İPX (İnternetwork Pacet Excange- şəbəkələrarası məlumatlar mübadiləsi) protokolu lokal şbəbəkəyə daxil olan işçi stansiyaların identifikasiyasında şəbəkə adapterlərinin platalarına istehsalçı zavod tərəfindən verilmiş aparat ünvanlarına etibar edir.

Beləliklə, ayrıca şəbəkəni müəyyənləşdirməyə imkan verən və şəbəkə protokolunun əsas funksiyasının yerinə yetirilməsi üçün vacib olan ünvan marşrutlaşdırma adlanır. İnformasiya paketi qlobal şəbəkədə hərəkət edərkən, alıcı sistemə çatana gədər bir marşrutlaşdırıcıdan digərinə ötürülür.

Etibarlılıq baxımından qlobal şəbəkələr elə qurulur ki, ünvanlanmış yerə hərəkət üçün həmişə birdən artıq marşrut olsun. Hər bir marşrutlayıcı informasiya paketinin təyin olunmuş yerə məqsədəuyğun olaraq çatmasını təmin edəcək növbəti marşrutlaşdırıcını müəyyənləşdirir. Aydın olur ki, kanal səviyyəsi protokolu lokal şəbəkə xaricində olan heç bir şeyi nəzərə almır və beləliklə də informasiya paketinin keçəcəyi marşrut bütövlüklə şəbəkə protokolu tərəfindən müəyyənləşdirilir.

Şəbəkə səviyyəsi informasiya paketlərinin göndərilməsi prosesinə cəlb edilmiş iki tip kompüterləri müəyyənləşdirir: aralıq sistemlər və sonuncu sistemlər. Aralıq sistemlər iki və ya daha çox şəbəkəni birləşdirən paketləri təyinatı üzrə istiqamətləndirən marşrutlayıcı və ya kommutatordur. Sonuncu sistem ya paketi yaradan və göndərən, ya da paketi alan kompüterdir. Sonuncu sistemlərdə protokollar stekinin bütün yeddi səviyyəsi paketlərin yaradılması və alınmasına cəlb edilirlər. Aralıq sistemlər paketləri emal edərək, stek üzrə şəbəkə səviyyəsinə qədər özündən yuxarıdakı səviyyələrə ötürürlər.

Şəbəkə səviyyəsi protokolu paket üçün sonrakı marşrutu seçərək onu yığmaq və fiziki səviyyəyəy ötürmək üçün aşağıdakı kanal səviyyəsi protokoluna ötürür.Hazırki dövrdə ən geniş istifadə olunan və daha geniş istifadəçi kütləsinə malik olan qlobal şəbəkə İnternet şəbəkəsidir.



Kürdədehli Simran, Uçot-İqtisad, Qrup 480
Yüklə 18,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə