Kurs: II (2021 – 2022) Qrup: tcm2001b fənn



Yüklə 250,52 Kb.
səhifə1/3
tarix11.05.2022
ölçüsü250,52 Kb.
#86582
  1   2   3
Zeynalova Rubabə sərbəst iş Coğrafiya






Azərbaycan Dövlət Pedaqoji Universiteti

Tarix və Coğrafiya fakültəsi
İxtisas: Tarix və Coğrafiya müəllimliyi

Kurs: II (2021 – 2022)

Qrup: TCM2001B

Fənn: DÜNYANIN İQTİSADİ VƏ SOSİAL COĞRAFİYASI

Fənn müəllimi: Muhazirə:Dos.KƏRƏM BAYRAMOV

Seminar:NİSƏ ƏLİYEVA



Tələbə: ZEYNALOVA RUBABƏ ZƏFƏR QIZI


SƏRBƏST İŞ
MÖVZU: DÜNYANIN İRİ TRANSMİLLİ ŞİRKƏTLƏRİ


Bakı-2022

Plan :

1.Beynəlxalq şirkətlərin meydana gəlməsinin nəzəri əsasları

2.Transmilli şirkətlərin ölkələr üzrə təmərküzləşməsi

3.Nəhəng transmilli korporasiyalar və beynəlxalq statistika

4.Nəticə
Beynəlxalq şirkətlərin yaranması dünya iqtisadiyyatının və beynəlxalq iqtisadi münasibətlərin inkişafının qanunauyğun nəticəsi olmaqla yanaşı, onların inkişafının güclü amili kimi də çıxış edir.XX əsrin sonlarında beynəlxalq şirkətlər dünya iqtisadiyyatının və beynəlxalq iqtisadi münasibətlərin inkişafının vacib elementlərindən birinə çevrilmişdilər. son onilliklərdə onların sürətli inkişafı istehsalın və kapitalın beynəlmiləlləşməsi proseslərini, dünya təsərrüfatı əlaqələrinin qloballaşmasını əks etdirir. Beynəlxalq şirkətlər dünya iqtisadiyyatının “lokomotivləri” rolunu oynamağa başlayırlar.Beynəlxalq şirkətlər bir tərəfdən sürətlə inkişaf edən beynəlxalq iqtisadi münasibətlərin məhsulu olsa da, digər tərəfdən ona güclü təsir mexanizmi kimi də çıxış edir. Beynəlxalq iqtisadi münasibətlərə aktiv surətdə təsir göstərməklə beynəlxalq şirkətlər yeni münasibətlər formalaşdırır, artıq formalaşmış münasibətlərin mahiyyətini isə dəyişirlər.Dünya inkişafının təcrübəsi göstərir ki, istehsalın beynəlmiləlləşməsi prosesi beynəlxalq şirkətlərin yaranmasına təkan verən əsas amil olmuşdur. Bu prosesin əsasında ardıcıl beynəlmiləlləşmə modeli dururXaricdə satışın genişləndirilməsinə və istehsalın təşkilinə yönəlmiş bu model beynəlmiləlləşmənin tarixən və məntiqi olaraq birinci forması - əmtəə ixracının beynəlxalq sahibkarlıq fəaliyyətinin yeni formaları – lisenziyaların, ticarət markasının ixracı, birbaşa xarici investisiyalar ilə ardıcıl tamamlanmasını əks etdirir.

Ümumilikdə beynəlxalq şirkətlər bir sıra amillər kompleksinin təsiri altında yaranır ki, onların da sırasına aşağıdakıları aid etmək olar:

- məhsuldar qüvvələrin inkişafı əsasında istehsalın və kapitalın beynəlmiləlləşməsi;

- kapitalın xaricə ekspansiyası, xaricdə müəssisə və filialların yaradılması;

- yüksək gəlirin əldə edilməsinə yönəlmiş səylər;

- beynəlxalq və milli istehsalın və kapitalın təmərküzləşməsinə aparan kəskin rəqabət;

- geoiqtisadi sərhədlərin əhəmiyyətinin azalması.

Beynəlxalq şirkətlərin yaranması xarici investisiyalar ilə birbaşa əlaqədardır. Dünya təcrübəsində beynəlxalq şirkətə müxtəlif dünya ölkələrinə birbaşa investisiyaları həyata keçirən iri şirkətin struktur təşkili forması kimi baxılır. Beynəlxalq şirkətin birbaşa xarici investisiyasının nəticəsi müxtəlif ola bilər. Bu zaman birbaşa qeyri-rezident sərmayəçinin 50%-də az paya malik olduğu xarici müəssisə, onun payının 50%-i keçdiyi qız firması və ya tam olaraq ona məxsus olan xarici filial yarana bilər.

Beynəlxalq şirkətləri kapitalın mənşəyinə görə şərti olaraq üç qrupa bölmək olar. Transmilli şirkətlər baş şirkəti bir ölkənin kapitalına məxsus olan, filialları isə bütün dünya üzrə səpələnən şirkətlərə deyilir. Onlar kapitalına görə milli, fəaliyyətlərinə görə isə beynəlməliləldirlər.Çoxmilli şirkətlər dedikdə baş şirkəti iki və ya daha çox ölkənin kapitalına məxsus olan, filialları isə müxtəlif ölkələrdə yerləşən şirkətlər başa düşülür. Bu şirkətlər həm kapitallarına, həm də fəaliyyət sferalarına görə beynəlmiləldirlər.Ümüncü qrupa isə beynəlxalq kartelləri aid edirlər. bu zaman firmalar vahid ticarət siyasəti həyata keçirmək üçün birləşirlər. Onlar satış bazarının bölüşdürülməsi və öz məhsullarına minimal qiymətlərin müəyyənləşdirilməsi üzrə razılığa gəlirlər.

Transmilli (TMŞ) və çoxmilli (ÇMŞ) şirkətlərə beynəlxalq şirkətlərin mövcudluğu forması kimi baxılır. Beynəlxalq şirkətlərin iki yerə bölünməsi isə kifayət qədər şərtidir, çünki onların əsas keyfiyyət əlaməti kimi baş şirkəti neçə ölkənin kapitalının yaratdığı deyil, şirkətlərin fəaliyyətinin beynəlmiləl xarakteri çıxış edir. Çox zaman isə TMŞ və ÇMŞ-lər sinonimlər kimi istifadə olunurlar. Lakin, TMŞ anlayışı daha çox yayılmışdır.Yuxarıda deyilənlərin kontekstində birbaşa xarici investisiya əsasında yaradılmış bir xarici filiala sahib olan şirkətləri belə beynəlxalq hesab etmək olar.Bununla belə, beynəlxalq şirkətlərin müəyyən edilməsinin bir neçə variantı mövcuddur. TMŞ üzrə BMT komissiyası beynəlxalq şirkətlər kateqoriyasına aşağıdakı əlamətlərə malik şirkətləri aid edir:

- hüquqi forması və fəaliyyət sferasından asılı olmayaraq iki və ya daha artıq ölkədə təsərrüfat vahidlərinə malik olanlar;

- bir rəhbər mərkəz vasitəsilə razılaşdırılmış siyasət və ümumi strategiya həyata keçirməyə imkan verən sistem çərçivəsində fəaliyyət göstərənlər;

- şirkətin ayrı-ayrı vahidləri mülkiyyət vasitəsilə və ya digər şəkildə elə cür əlaqədə olmalıdır ki, bu vahidlərdən biri və ya daha artığı digərlərinin fəaliyyətinə əhəmiyyətli təsir göstərir, onlarla biliklərini, təcrübəsini və məsuliyyətini bölüşdürür.YUNKTAD-ın sənədlərində transmilli şirkət özünə ana şirkəti və onun filiallarını aid edən səhmdar və ya özəl şirkət kimi göstərilir. Bu zaman ana şirkət yerləşdiyi ölkədən kənarda aktivləri və ya digər vahidləri idarə edən müəssisədir.

TMŞ-lərin əsas əlaməti kimi onların fəaliyyətinin beynəlxalq xarakter kəsb etməsini göstərmək lazımdır. TMŞ-lər aşağıdakı əsas cəhətlərlə xarakterizə olunurlar: TMŞ-lər dünya təsərrüfatının inkişafının, beynəlxalq əmək bölgüsü prosesinin aktiv iştirakçısıdır;

- bu şirkətlər üçün kapitalın hərəkətinin milli sərhədlərdə mövcud olan maneələrdən nisbi müstəqilliyi xarakterikdir;

- TMŞ-lər bir çox dünya ölkələrində öz əməliyyatlarını həyata keçirməklə dünya təsərrüfat əlaqələrinin tənzimlənmsində iştirak edirlər.

Dünya praktikasında isə beynəlxalq şirkət dedikdə doğrudan da dünya əmtəə və istehsal amilləri bazarlarına əhəmiyyətli təsir göstərə bilən iri şirkətlər başa düşülür. Bir qayda olaraq onların sırasına aşağıdakılara malik şirkətlər aid edilir:

- satışın illik həcmi 1 milyard ABŞ dollarından az olmamalıdır;

- ümumi dövriyyənin 1/5-dən 1/3-nə qədəri xarici əməliyyatların payına düşür;

- xarici aktivlərin payı 25%-dən az deyildir;

- ən azı altı ölkədə filialları mövcuddur.

Beləliklə, beynəlxalq şirkətlərin əsas keyfiyyət əlaməti kimi birbaşa xarici investisiyalar prosesi çıxış edir. Bununla əlaqədar, beynəlxalq şirkətlərin yaranması prosesini xaricdə birbaşa investisiyaların yerləşdirilməsinin motivləri (satış bazarlarının genişləndirilməsi, ucuz resurslara çıxışın əldə edilməsi, mülkiyyətin alınması) ilə izah etmək olar.Bununla yanaşı, bu zaman beynəlxalq sahibkarlıq fəaliyyətinin daha konkret motiv və məqsədlərini də nəzərə almaq lazımdır.Transmilli xərclər nəzəriyyəsinə görə, istehsalın beynəlmiləlləşməsinin ən vacib stimulu kimi ana və xarici firmaların resurs potensialının (əsas fondlar, kadrlar, nou-haular) konkret xüsusiyyətləri çıxış edir.1980-ci illərdən etibarən xarici istehsalın inkişafının izahı üçün əsasən perspektivdə firmanın rəqabət üstünlüklərinin təmin edilməsi motivindən çıxış edirlər. Bu zaman rəqabət qabiliyyətlilik potensialına istehsal edilən əmtəə və xidmətlərin keyfiyyət xüsusiyyətlərinin yüksəldilməsi üzrə, innovasiya, istehsal və satış potensialının inkişafı üzrə ilkin siqnal rolunu oynayan amillər kompleksi kimi baxılır.Şirkətin fəaliyyətinin səmərəliliyi birbaşa olaraq daxili və xarici korporativ əlaqələrin optimallaşdırılması, partnyorlarla qarşlıqlı fəaliyyətin daha səmərəli zəncirinin seçimi ilə əlaqələndirilir.Baş firma və onun xarici filialları arasında qarşılıqlı faydalı uzunmüddətli işgüzar əlaqələrin məcmu müsbət potensialı aşağıdakılardan irəli gəlir: nəqliyyat xərclərinin qənaətinə imkan verən qarşılıqlı çatdırma sisteminin inkişafı;

- şaquli əlaqələr əsasında ümumi satış şəbəkəsinin təşkil edilməsi;

- ümumi inkişaf strategiyası və idarəetmə sistemi çərçivəsində maliyyə, kadr, informasiya resursları ilə mübadilə;

- şirkətin gəlirlərinin məqsədəmüvafiq differensasiyası məqsədilə şirkətdaxili qiymətlərin və əmək münasibətlərinin harmonlaşdırılması;

Maliyyə idarəetməsi nəzəriyyəsinə görə xarici istehsalın mövcudluğu aşağıdakılara gətirir:

- idarəetmə funksiyalarının bir-birini təkrarlamasının aradan qaldırılması, bu funksiyaların mərkəzləşdirilməsi və məhsulu satışına sərf edilən xərclərin azaldılmasına hesabına qənaət;

- şirkətdaxili bölmələrin sərbəst pul vəsaitlərindən müəyyən müddət istifadə imkanlarının artması;

- korporativ risqlərin azaldılması və uzunmüddətli rəqabət üstünlüklərinin əldə edilməsi məqsədilə istehsalın diversifikasiyası.

Beynəlxalq şirkətlərin xarici sahibkarlıq fəaliyyətlərinin yuxarıda sadalanan nəzəri əsaslandırmalarının demək olar ki, hamısında transfert qiymətlərindən istifadə edilməsi ilə transmilli xərclərin azaldılması xüsusi yer tutur.Transfert qiymətləri beynəlxalq şirkətlərin daxili ticarətdə istifadə etdikləri və özözünə deyil (tələb və təklifin təsiri altında), şirkətin strateji məqsədlərindən çıxış edilərək müəyyən edilən daxili şərti hesablaşma qiymətləridir. Bununla əlaqədar, bu qiymətlər tətbiq məqsədlərindən və rəqabət şəraitindən asılı olaraq dünya qiymətlərindən bu və ya digər istiqamətə fərqlənə bilərlər.Transfer qiymətlərinin beynəlxalq şirkətlərin firmadaxili ticarətində tətbiqinin əsas məqsədləri kimi aşağıdakıları göstərmək olar:

- bazarda inhisar mövqeyinin qorunması;

- yeni satış bazarlarının əldə edilməsi;

- vergi və gömrük rüsumlarının minimumlaşdırılması;

- valyuta nəzarətindən yan keçmə, valyuta möhtəkirliyi, zəif valyutadan güclü valyutaya konvertasiya;

- inflyasiya templərində olan fərqdən istifadə; mənfəətin köçürülməsi yolu ilə xarici filialın maliyyə vəziyyətinə təsir etmə;

- firma tərəfindən mənfəətin real səviyyəsinin gizlədilməsi və s.

TMŞ-lərin fəaliyyətinin genişlənməsi həm üfiqi, həm də şaquli istiqamətdə baş verir. Üfiqi istiqamətdə fəaliyyət göstərən xarici filiallar ana şirkətin istehsal etdiyi məhsul çeşidinə tam və ya qismən uyğun məhsullar istehsal edirlər. bu cür hərəkət etməklə TMŞ-lər ekspansiyanı həyata keçirir, yəni gömrük və qeyri-gömrük maneələrini aşmaqla xarici bazara daxildən girirlər. müxtəlif ölkələrdə filiallara malik olmaqla TMŞ-lər milli bazarların spesifik şərtlərinə asanlıqla uyğunlaşırlar. Ekspansiyanın üfiqi forması yüngül və yeyinti sənayesində daha geniş yayılmışdır.TMŞ-lərin şaquli ekspansiyası ana şirkət və ya onun məhsullarının alıcıları üçün xammal təchizatçısı rolunu oynayan filialların yaradılmasını nəzərdə tutur. Məsələn, neft sənayesində filiallar neft hasil edərək onu ana şirkətə göndərir, o isə öz növbəsində həmin netri emal edərək hazır neft məhsullarını öz filiallarına göndərir.Öz filiallarını idarəetmə formasına görə TMŞ-ləri şərti olaraq üç tipə bölmək olar.

Birinci tip TMŞ-ləri idarəetmə xarakterinə görə ekomərkəzçi hesab etmək olar. Bu idarəetmə sistemi zamanı ana şirkət xarici filiallar üzərində sərt idarəetmə nəzarəti həyata keçirir və bu filiallara ana şirkətin yerləşdiyi ölkənin nümayəndələri rəhbərlik edirlər (yəni, əgər TMŞ-nin baş ofisi ABŞ-da yerləşirsə, onda onun filiallarına amerikanlar rəhbərlik edirlər).

İkinci tip TMŞ-lər polimərkəzçi idarəetmə formasını nəzərdə tutur. Bu zaman xarici filiallara əhəmiyyətli hüquqlar verilir və onlar yarıavtonom rejimdə fəaliyyət göstərirlər.Son zamanlar xarici filialların idarəedilməsində filialların tam surətdə avtonom fəaliyyət göstərmələrinə üstünlük verilməyə başlanmışdır. Bu cür idarəetmə sistemi geomərkəzçi (TMŞ-lərin üçüncü tipi) adını almışdır. Bu idarəetmə üsulu yerli şəraitə daha yaxşı uyğunlaşmağa imkan verir.

XIX əsrin sonlarından etibarən yaranmağa başlamış beynəlxalq şirkətlər kifayət qədər uzun təkamül yolu keçmişlər. Bu inkişaf prosesi zamanı onların forma və fəaliyyət sferalarının prioritetləri, şirkətdaxili strukturları və strategiyaları dəyişmişdir.Beynəlxalq şirkətlərin yaranmasının birinci mərhələsi (XIX əsrin sonu XX əsrin əvvəli) sənaye inhisarlarının transmilli fəaliyyəti ilə əlaqədardır. Bu inhisarlar müstəmləkələrin xammal bazalarını öz maraqlarına daxil edərək onların siyasi asılılıqmünasibətlərini iqtisadi asılılıqla tamamladılar. Onlar öz əlaqələri ilə bir çox ölkələri birləşdirdilər və son nəticədə dünya kapitalist təsərrüfatının yaranmasına gətirib çıxardılar.

İkinci mərhələ (iki dünya müharibəsi arasındakı dövr) ikinci dünya müharibəsinə hazırlığın, hərbi məqsədlərə yönəlmiş dövlət xərclərinin artımının beynəlxalq şirkətlərin hərbi-sənaye TMŞ-lər formasında inkişafına gətirib çıxarması ilə xarakterizə olunur.

Üçüncü mərhələ (1950-ci illər) zamanı həm baş şirkətin mənşə kapitalı üzrə, həm də fəaliyyət sferası üzrə inteqrə olunan beynəlxalq şirkətlər intensiv surətdə inkiaş etmişlər. 1960-cı illərə qədər istehsalın inteqrasiyası həm üfüqi, həm də şaquli istiqamətdə getmiş, xammal dünya bazarları ilə yanaşı, sənaye əmtəələrinin dünya bazarları yaranmışdır. Bazarın əldə edilməsi, sənayecə inkişaf etmiş ölkələrin yüksək həyat standartlarına malik istehlakçıları üçün kütləvi tələb əmtəələrinin istehsalı və çirkli və əməktutumlu istehsalların inkişaf etməkdə olan ölkələrə köçürülməsi beynəlxalq şirkətlərin inkişafının strateji məqsədlərinə çevrildi.

Dördüncü mərhələdə (1960-1970-ci illər) beynəlxalq şirkətlər elmi-texniki inqilabın nailiyyətlərindən, istehsalın ölkələrarası kooperasiyasının üstünlüklərindən və öz ölkələrinin hökumətlərinin dəstəyindən istifadə edərək əsasın öz fəaliyyətlərinin xarici iqtisadi sferasına istiqamətləndilər. Bu sfera onların əsas gəlir mənbəsinə çevrildi. Bu dövrdə beynəlxalq şirkətlərin xarici filial və müəssisələri ana şirkətlə istehsal, satış, idarəetmə sferasında vahidstandart və prinsiplər üzrə işləyərək qəbuledici ölkələrdə formalaşmış mənfi münasibətləri (bu münasibətlər onlardan bir çoxunun milliləşməsinə gətirib çıxarmışdı) aradan qaldırmağa və bu ölkələrin milli iqtisadiyyatlarının üzvi hissəsi olmağa səy göstərirdilər. Bir çox beynəlxalq şirkətlər bu məqsədlə çirkli istehsalın inkişaf etməkdə olan ölkələrə köçürülməsi strategiyasından imtina etdilər, milli kadrlardan istifadə edərək elmi-texniki inqilabın nailiyyətlərinin bu ölkələrə gətirilməsinə yardım etməyə başladılar. Onlar yerli firmalarla əməkdaşlıq əlaqələri quraraq sonradan onları öz tərkiblərinə daxil etməyə başladılar.Bu mərhələdə beynəlxalq şirkətlər keyfiyyətcə vacib digər cəhətləri də əldə etməyə başladılar:

- dəqiq sahə orientasiyasından imtina edildi;

- sənaye kapitalı maliyyə və ticarət, elm kapitalı ilə daha sıx birləşməyə başladı;

- istehsalın unifikasiyası və standartlaşdırılması, elmi-texniki tədqiqat prosesləri aktivləşdı.Beynəlxalq şirkətlər yuxarıda sadalananların bazasında beynəlxalq istehsal kompleksinə çevrildilər.

Müasir beşinci mərhələdə (1980-ci illərdən indiyə qədər) beynəlxalq şirkətlərin yeni forması – qlobal şirkətlər meydana gəlmişdir. Onların keyfiyyət fərqləri aşağıdakılardır:

1) Onlar ümumdünya qlobal strategiya çərçivəsində fəaliyyət göstərirlər. Bu strategiya dünya bazarının ayrı-ayrı seqmentlərinin əldə edilməsinə deyil, istehsal və məhsulun reallaşdırılmasında əsas dünya təsərrüfatı mövqelərinin əldə edilməsinə yönəlmişdir. Bu strategiyaya istehsal, elmi-texniki tədqiqatlar və onların nəticələrinin əyani tətbiqi, korporativ idarəetmə, əmtəə və xidmətlərin yeninövlərinin istehsalı, qlobal marketinq və satışdan sonrakı xidmət, istehlakçılarla (real və potensial) daimi əlaqə aiddir.

2) Onları istehsalın qlobal amillərindən (kapital, işçi qüvvəsi, təbii resurslar, sahibkarlıq bacarıqları) istifadə edirlər. Hesablamalar göstərir ki, dünyanın ən iri 350 şirkəti qlobal potensialın 40%-ni və texnoloji yeniliklərin 80%-ni öz əllərində cəmləşdirmişlər.

3) Onlar dünya ölkələrinin əksəriyyətində yerləşən qlobal beynəlxalq istehsal sistemini yaratmışlar.Qərbin elm dairələrində dünya iqtisadiyyatının transmilliləşməsinin bir sıra konsepsiyaları mövcuddur. Onların arasında üç ən populyarını ayırmaq olar.

1.Böyük Britaniya professoru C.Danninqin “Firma artımı” nəzəriyyəsi. Redinq Universitetinin (Böyük Britaniya) professoru C.Danninqin nəzəriyyəsinin mahiyyəti firmanın müvəffəqiyyətli fəaliyyəti ilə xarici bazara çıxış arasında birbaşa əlaqənin mövcud olmasından ibarətdir. Bu nəzəriyyəyə görə, əgər bazar genişlənirsə, deməli firma da artmalı və inkişaf etməlidir. Əgər firmanın artımı dayanırsa o, sadəcə məhv olur. Lakin əmtəə bazarında daim mövcud olma proteksionizm səbəbindən çox çətindir. Buna görə də, firma xaricdə kapital qoyuluşu həyata keçirməli, özünün filiallarını açmalıdır.

2.Amerika iqtisadçıları R.Vernon və S.Haylerin “Məhsulun həyat dövrü” nəzəriyyəsi. Bu iqtisadçılar TMŞ-ləri formalaşmasının zəruriliyi konsepsiyasını irəli sürmüşlər. Bu konsepsiya yeni məhsulun mənimsənilməsi səviyyəsindən asılı olaraq istehsalın ana şirkətdən xaricdə yerləşən qız filiallarına keçidini əks etdirir. Istehsalın bütün dövrü üç mərhələyə bölünür:

- Ekstremal mərhələ. Bu mərhələdə yeni məhsul mənimsənilir. Məhsul tələbin elastiklik səviyyəsi aşağıdır və buna görə də istehsala adətən daha çox inkişaf etmiş ölkələrdə (ABŞ, Yaponiya, Almaniya və s.) başlanılır;

-Yetkinlik mərhələsi. Yeni məhsulun istehsalının inkişaf etməsi ilə, onun standartlaşması və istehsal dəyərinin aşağı düşməsi ilə, bu əmtəə istehsalı digər inkişaf etmiş ölkələrdə də təşkil olunur;

- İstehsalın əyalətləşməsi. Digər ölkələr də əmtəə istehsalı texnologiyasını mənimsədikcə, əmtəə daha aşağı xərclərin mövcud olduğu inkişaf etməkdə olan ölkələrdə də istehsal olunmağa başlayır.

3.Kanada iqtisadçısı A.Raqmenin “Beynəlmiləlləşmə nəzəriyyəsi”. Bu iqtisadçı hesab edir ki, xarici bazar amillərinin təsirini aradan qaldırmaq üçün TMŞ-lər digər ölkələrdə filiallar açmaqla “özlərinin” xarici bazarlarını yaradırlar. Bu halda ana şirkət və onun filialları arasında ticarət dünya qiymətləri ilə deyil, müqavilə sazişləri əsasında həyata keçirilir ki, bu da istehsalın səmərəliliyinə müsbət təsir göstərir.Beynəlxalq şirkətlərin inkişafının müasir mərhələsi təkcə qlobal şirkətlərin peyda olması ilə deyil, həmçinin fəaliyyətin təşkilində meydana gələn keyfiyyət dəyişiklikləri ilə də xarakterizə olunur:

1. Elmi-texniki inqilab və kəskin rəqabət şəraitində onların fəaliyyətinin əsas məqsədi maksimal mənfəət əldə etmək deyil. Bu göstərici prioritetinə görə hazırda 5-6-cı yerdə durur. Əsas məqsəd maliyyə davamlılığının və “bazarın maksimumlaşdırılması”nın təmin edilməsidir.

2. Şirkətin vahid qlobal strategiyası çərçivəsində istehsal və satışın qlobal şəbəkəsinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Bu zaman beynəlxalq şirkətlər istehsalıntam tsiklini bir ölkədə yaratmaqla qane olmayaraq qlobal şəbəkənin hər bir müəssisəsini ayrı-ayrı detal və komponentlərin daha rasional istehsalında ixtisaslaşdırmağa səy göstərirlər. Bu zaman son yığım prosesi daha sərfəli yerdə yerləşən müəssisələrdə həyata keçirilir.

3. Beynəlxalq şirkətlər çərçivəsində beynəlxalq əmək bölgüsünün genişlənməsi şirkətin dünyanən müxtəlif hissələri üzrə səpələnmiş bölmələrinin istehsal, tədqiqat, satış və s. fəaliyyətlərinin üfüqi və şaquli inteqrasiyasına əsaslanır.

4. Beynəlxalq şirkətlər tərəfindən yaradılan maddi və qeyri-maddi beynəlxalq istehsal da yeni keyfiyyətlər əldə etmişdir. Son onillikdə beynəlxalq şirkətlərin xidmətsferasına, o cümlədən informasiya, reklam, konsaltinq xidmətlərinə, elmin inkişafına birbaşa xarici investisiyaları intensiv surətdə artır.

5. Beynəlxalq şirkətlərin hasilat sənayesinin inkişafında həyata keçirdikləri strategiya maddi, maliyyə və insan resurslarının keyfiyyətcə yeni (qlobal) kombinasiyasına əsaslanır və əməyin məhsuldarlığının yüksəldilməsinə və istehsalın səmərəliliyinin artırılmasına yönəldilmişdir. Bəzi qiymətləndirmələrə görə, 2025-ci ildə hasilat sənayesinin payı dünya ÜDM-nin 10%-ni keçməyəcək, lakin, istehsalın səmərəliliyinin artımı hesabına dünya ehtiyacları tam olaraq ödəniləcək.

6. Beynəlxalq şirkətlərin bölmələri arasında şirkətdaxili ticarət intensiv surətdə inkişaf edir. O, hazırda bütün dünya ticarətinin 1/3-ni təşkil edir.

7. Beynəlxalq şirkətlər tərəfindən kapital ixracı təkcə xarici filialların sayının artırılmasına deyil, həm də müxtəlif ölkələrdə istehsalın təşkil və texnologiyasında olan fərqlərin aradan qaldırılmasına yönəlmişdir. Şirkətin məhsul və xidmətlərinin keyfiyyəti istehsal yerindən asılı olmayaraq dünya standartlarına uyğun olmalıdır.

8. Beynəlxalq şirkətlər texnologiyaların işlənməsi, ötürülməsi və istifadə edilməsini adətən qapalı korporativ struktur çərçivəsində həyata keçirirlər. Eyni zamanda, rəqabət mübarizəsində meydana gələn risqlərin azaldılması üçün birgə elmi-tədqiqat mərkəzləri və proqramları yaradılır, digər şirkətlərlə (həm partnyor, həm də rəqib) kəsişmə lisenziyalaşdırılması həyata keçirilir.

9. Beynəlxalq şirkətlər fəaliyyət formalarının diversifikasiyasını həyata keçirirlər. Xarici iqtisadi fəaliyyətin hibrid və ya kompleks formaları ən səmərəli forma hesab edilirlər. Dünya praktikasında “lifreksdinq” – lisenziyalarla mübadilə, françayzinq, əmtəə ixracı və birbaşa xarici investisiyaların kompleks birləşməsi – getdikcə daha çox yayılır. Qeyri-maddi istehsal sferasında xarici iqtisadi fəaliyyətin müəəyn növündə (maliyyə, satış, idarəetmə, sığorta və s.) ixtisaslaşma meyli də gözə çarpır.

10. Müxtəlif milli və beynəlxalq mərkəzlərə məxsus beynəlxalq şirkətlərin birləşməsi və qovuşması və onların strateji sistem, ailə, alyans formalarında qarşılıqlı fəaliyyətlərinin güclənməsi baş vermişdir.

11. Dünyanın üçqütblü modelinə uyğunlaşmağa səy göstərən beynəlxalq şirkətlər ABŞ –Qərbi Avropa – Yaponiya triadasının hər bir mərkəzində ən azı bir iri koordinatormüəssisənin fəaliyyətini təşkil etməyə çalışırlar


Yüklə 250,52 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə