L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə1/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
  1   2   3   4   5   6   7   8   9   ...   56


Aynur Rüstəmova
Hidayət Allahverdi
Dilrüba Cəfərova
Sahibə Məmmədova
AZƏRBAYCAN DİLİ 
7
Müəllim üçün 
METODİK VƏSAİT
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
24.07.2014-cü il tarixli, 842 №-li əmri ilə 
təsdiq edilmişdir.
Bakı – 2014
Çap üçün deyil


Aynur Rüstəmova
Hidayət Allahverdi
Dilrüba Cəfərova
Sahibə Məmmədova
AZƏRBAYCAN DİLİ (7-ci sinif). Müəllim üçün metodik vəsait
Bakı: Altun Kitab, 2014. 176 səh.
Elmi redaktor:
Rafiq İsmayılov
Dil redaktoru:
Arzu Quliyeva
Dizayner:
Rəşad Nəbiyev
Korrektor:
Aqşin Məsimov
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər
han sı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informa siya
vasitələri ilə yaymaq qanuna ziddir.
© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2014
Çap üçün deyil


MÜNDƏRİCAT
Giriş
l Dərslik komplektinin ümumi prinsipləri  ........................................................4
l Dərslərin quruluşu  .......................................................................................5
l Məzmun standartları və təlim nəticələri........................................................11
l Təlim texnologiyaları  ...................................................................................16
l Qiymətləndirmə ...........................................................................................18
I bölmə. Fərd və cəmiyyət  ..............................................................................20
II bölmə. Hər sözün bir taleyi var ....................................................................45
III bölmə. Ana təbiət  .......................................................................................70
IV bölmə. Kamilliyə doğru ...............................................................................92
V bölmə. Dəyərlərimiz ...................................................................................114
VI bölmə. İxtiralar və kəşflər..........................................................................135
VII bölmə. Kitabın tarixi .................................................................................156
3
Çap üçün deyil


GİRİŞ
Dərslik komplektinin ümumi prinsipləri
Təqdim edilən dərslik komplektinə iki kitab daxildir:  dərslik və müəllim üçün
metodik vəsait (MMV). Bu komplekt üzrə Azərbaycan dili tədrisinin 7 bölmədə
keçirilməsi nəzərdə tutulur. 
VII sinifdə Azərbaycan dili fənninin tədrisi üçün həftədə 4 saat olmaqla 34
həftə (136 saat) nəzərdə tutulmuşdur. Kiçik summativ qiymətləndirmə  (KSQ) 6
həftədən gec olmayaraq həyata keçirilir və özündə həmin bölmədə
reallaşdırılmış standartlar üzrə bacarıqların yoxlanmasını ehtiva edir. Böyük sum-
mativ qiymətləndirmə (BSQ) hər yarımilin sonunda aparılır. KSQ üçün nəzərdə
tutulmuş material MMV-də təqdim edilmişdir. Qeyd etmək lazımdır ki, təqdim
olunmuş material nümunə xarakteri daşıyır. Müəllimlər sinfin səviyyəsinə uyğun
olaraq yeni tapşırıqlar tərtib etməlidirlər. 
“Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına
dair müvəqqəti Təlimat”a əsasən:
“4.4. Kiçik summativ qiymətləndirmə hər tədris vahidinin sonunda, altı həftə -
dən gec olmayaraq müəllim tərəfindən keçirilir. 
4.7. Kiçik və böyük summativ qiymətləndirmələrin keçirilmə vaxtı illik planlaş -
dırmada nəzərdə tutulur”.
Verilmiş təlimatı əsas tutaraq illik planlaşdırmada hər bölmədən sonra KSQ (1
saat) və  yarımilin sonunda BSQ  (2 saat) üçün ayrıca saatlar nəzərdə
tutulmuşdur. 
Təqdim olunan illik planlaşdırmaya əsasən, 1-ci yarımil üzrə BSQ ilk üç böl -
mə dən sonra keçirilməlidir.
Dərslikdə və MMV-də verilmiş mətnlər (oxu və dinləmə mətnləri), həmçinin
danışma və yazı fəaliyyəti müvafiq bölmənin mövzusu ilə bağlıdır. Dil qaydaları
bölmələr üzrə aşağıdakı kimi paylanmışdır: 
Bölmə
Mövzu
Saat
sayı
Həftə 
sayı

FƏRD VƏ CƏMİYYƏT
20
5
II 
HƏR SÖZÜN BİR TALEYİ VAR
18
4,5
III 
ANA TƏBİƏT
18
4,5
IV 
KAMİLLİYƏ DOĞRU
22
5,5

DƏYƏRLƏRİMİZ
20
5
VI 
İXTİRALAR VƏ KƏŞFLƏR
19
4,75
VII 
KİTABIN TARİXİ
19
4,75
Cəmi
136
34
Ümumi illik planlaşdırma
4
GİRİŞ
Çap üçün deyil


I bölmə – Feilin qrammatik məna növləri
II bölmə – İdi, imiş, isə hissəcikləri
III bölmə – Feilin təsriflənməyən formaları
IV bölmə – Qoşma, bağlayıcı
V bölmə – Ədat, modal söz, nida
VI bölmə – Köməkçi nitq hissələrinin omo nimliyi və sinonimliyi
VII bölmə – Cümlənin quruluşca növləri. Keçilmişlərin təkrarı
Dərslərin quruluşu
Hər dərs özündə bir neçə məzmun xətti üzrə fəaliyyəti birləşdirir. Mətnlərin
həcmindən, informasiya yükündən, oxudan sonrakı fəaliyyətin növlərindən və
həcmindən asılı olaraq dərslərə 2-4 saat ayrılmışdır. Fəaliyyətin saatlar üzrə böl-
güsü müəllimin öhdəsinə buraxılır. 
MMV-də hər bir dərsin əvvəlində alt-standartları reallaşdırmaq üçün dərsin
məqsədi – təlim nəticələri verilir və onların alt-standartlara uyğunluğu müəyyən
olunur. Bütün bunlar müvafiq tədris materiallarından (dərslikdə verilmiş mətn,
onunla bağlı fəaliyyət növləri, dil qaydaları və s.) asılı olaraq müəyyənləşdirilir.
Alt-standart – dərs ilinin sonu üçün nəzərdə tutulan bacarıqdır. Dərslər üzrə
təlim nəticələri standarta doğru aparan addım, onun bir komponenti və ya
standartın reallaşdırılması üçün bir vasitədir.
Dərslərin şərhində motivasiya üçün təklif (nümunə) verilir. O, mətnin mövzusu
və ya ideyası ilə bağlı olur. 
Bədii mətnlərdə daha çox mövzu ilə bağlı həyati situasiya təqdim olunur və
şa girdlər bu situasiya ilə bağlı problemin həlli üçün variantlar təklif edirlər. Bu
zaman “Beyin həmləsi” və ya “Auksion” üsullarından istifadə etmək olar. Bu cür
motivasiyadan sonra oxunan əsərdəki qəhrəmanların qarşılaşdığı analoji situ-
asiya şagirdlər üçün tanış olduğundan mətn daha böyük maraqla və diqqətlə oxu -
nur. Əsərin ideyası ilə bağlı “Anlayışın çıxarılması”, “İstisnalarla müəy yən  ləş  dirmə”
üsullarını da tətbiq etmək olar.
Elmi-kütləvi mətnlərin oxudulması, ilk növbədə, informasiyanın qavranılmasını,
sistemləşdirilməsini nəzərdə tutduğundan bu dərslərin motivasiya mərhələsində
daha çox BİBÖ, “Klaster”, “Söz assosiasiyaları” üsullarından istifadə edilir. Şagird
verilmiş mövzu ilə bağlı bildiklərini xatırlamaqla yanaşı, informasiya boşluğunu
müəyyən edir və mətni oxumaqla bu boşluğu doldurmağa çalışır.
Dərslər  anlama özünüifadə fəaliyyəti üzərində qurulmuşdur. Birinci
mərhələyə oxu, dinləmə, ikincisinə danışma və yazı daxildir. Bununla belə, tədris
materiallarından və məqsəddən asılı olaraq dərslərin strukturu fərqlənə bilər:
oxu özünüifadə 
(danışma, yaxud yazı və ya hər ikisi);
oxu dinləmə özünüifadə;
oxu özünüifadə oxu özünüifadə (mətn hissələrlə oxunarsa);
oxu özünüifadə dinləmə özünüifadə.
İstənilən halda hər bir dərsdə “Oxu” məzmun xəttinə aid ən azı bir alt-standart,
və özünüifadəyə aid olan standartlardan minimum biri reallaşdırılır. Dinləmə üzrə
5
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə