Laboratoriya işi:№10 Nabatova Nərmin



Yüklə 21,43 Kb.
tarix05.02.2018
ölçüsü21,43 Kb.
#25188

Laboratoriya işi:№10

Mənbəyin elektrik hərəkətinin təyini.

İşin nəzəri hissəsi.

Məlumdur ki, cərəyanın yaranması üçün əsas şərtlərdən biri elektrik dövrəsinin qapalı

olmasıdır.Belə dövrədə sabit elektrik cərəyanı almaq məqsədilə o sabit cərəyan mənbəyinə (qal-

vonik element, akkumlyator, batareya düzləndiricisi) qapılmasıdır.Cərəyan mənbəyinin əsas və-

zifəsi elektrik dövrəsinin uclarında uzun müddət sabit fərqi yaratmaqdır.Cərəyan mənbəyində

fasiləsiz olaraq müsbət və mənfi yüklü zərrəciklərin onlar arasında ayrılma prosesi gedir. Ayrı-

lan yüklü zərrəciklər sabit potensiallar fərqi yaradır.Cərəyan mənbəyində müsbət və mənfi yük-

lərin ayrılma prosesinin təmin edən qüvvələr kənar qüvvələr adlanır.Kənar qüvvələr adlandırı-

lan bu qüvvələr öz təbiətinə görə eloktrostatik sahə qüvvəsi olmadığından onların qapalı dövrə

boyunca gördüyü iş sıfırdan fərqlidir.

Kənar qüvvələr müsbət yüklərə bütün dövrə boyu deyil, dövrənin müəyyən hissəsində təsir

edərək onları potensialın artma istiqamətində hərəkət etdirir.Kənar qüvvələrin təsiri E.H.Q. ad-

lanan fiziki kəmiyyətlə xarakterizə edilir.E.H.Q-müsbət elektrik yükünün qapalı dövrə boyunca

hərəkət etdirən zaman kənr qüvvələrin gördüyü işin həmin yükün miqdarına olan nisbətinə bə-

rabər olan fiziki kəmiyyətdir



Burada Ak-kənar qüvvələrin gördüyü iş, E-mənbənin E.H.Q.-dir.E.H.Q. potensiallar fərqi kimi

BS-də voltla ifadə edilir.O, skalyar kəmiyyətdir.

Sabit cərəyan mənbəyinin E.H.Q. müsbət vahid yükü onun bir qütbündən digərinə apararkən

kənar qüvvələrin gördüyü işdir.Bircins olmayan dövrə hissəsi üşün Om qanunu



olar.Burada İ-dövrə hissəsindən keçən cərəyan şiddəti, E-e.h.q,  potensiallar fərqi, R-dövrə hissəsinin müqavimətidir.(1) ifadəsini Om qanunun daha ümumi bir şəkildə ifadəsidir.Əgər dövrə açıqdırsa,İ=0 olar və (1)-dən alınır ki, , yəni açıq dövrədə e.h.q-i cərəyan mənbəyinin qütüblərindəki potensiallar fərqinə bərabərdir.Əgər dövrə hissəsi üçün bircinslidirsə ,  olar və (1)-dən dövrə hissəsi üçün Omqanunu adlanır.Dövrə qapalıdırsa, onun başlanğıc nöqtəsi üzərinə düşdüyündən  olur və .

Qapalı dövrə

hissısi üçün Om qanunu  kimi yazmaq olar.

Göründüyü kimi qapalı dövrədən keçən cərəyan şiddəti, mənbənin E.H.Q-i ilə düz, dövrənin

tam müqaviməti ilə tərs mütənasibdir.

İR1 və İr uyğun olaraq xarici və daxili müqavimətdə gərginlik düşgüləri cəminə bərabərdir.

 .

Sərbəst cərəyan mənbəyinin ehq-nin təyini üçün müxtəlif üsullar vardır.Bu üsullardan birinin

prinsipial sxemi şəkildəki kimidir.Burada sabit cərəyan mənbəyinə ardıcıl olaraq, milli

ampermetr,M-müqvimətlər mağazası və k açarı birləşdirilir.Müqavimətlər mağazasındakı

müəyyən R1 müqaviməti seçilib dövrəyə qoşularsa, belə dövrə üçün Om qanunu

 olar.

Burada İ1 dövrədən keçen cərəyan şiddəti, -mənbəyin ehq-si, -cərəyan mənbəyinin daxili

müqavimətidir, -milli müqavimətin daxili müqavimətidir.

Müqavimətlər mağazasından R2 müqaviməti seçilərk dövrəyə qoşularsa, belə dövrə üçün Om q

anunu

 (8)

mA

K M

İ2 dövrəyə R2 xarici müqavimət qoşulduqda ondan keçən cərəyan şiddətidir.Yuxarıdakı

tənlikləri birlikdə həll edərək (r0+rA) həddini yox etdikdə, sabit cərəyan mənbəyinin e.h.q-ni

təyin edərək ifadə olunur



 (9)

(9) düsturuna daxil olan kəmiyyətlər təcrübədə təyin olunmalıdır.



İşin gedişi:

1.Şəkildə sxemi yığmalı

2.Müqavimətlər mağazasından R1 və R2 müqavimətlərini seçməli və uyğun hallarda milli

ampermetrin göstərdiyi İ1 və İ2 cərəyan şiddətlərinin qiymətlərini yazmalı.



3.İ12,R1 və R2-nin qiymətlərini (9) düsturunda yazaraq sabit cərəyan mənbəyinin E.H.Q-ni

hesablamalı.



4.Müqavimətlər mağazasında cüt-cüt müxtəlif müqavimətlər seçərək təcrübəni təkrar etməli və

mənbəyin ehq-nin orta qiymətini hesablamalı.



5.Təcrübənin mütləq və nisbi xətəlarının hesablanması.
Yüklə 21,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə