Leyla abasova



Yüklə 68,54 Kb.
Pdf görüntüsü
tarix22.11.2017
ölçüsü68,54 Kb.
#11409


Müasir dövr                                                                      167 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

 



LEYLA ABASOVA 

Bakı Dövlət Universitetinin 

“Kitabşünaslıq və nəşriyyat işi” kafedrasının dissertantı  

E-mail: Sg.leyla@gmail.com 

 

“MƏTBUAT SARAYI” – “AZƏRNƏŞR”IN BINASININ 

TIKILMƏSI HAQQINDA YENI FAKTLAR 

 

Açar sözlər: “Mətbuat sarayı”, “Azərnəşr”, Ə.Pepinov, S.Peno, kitab, nəşriyyat. 

Ключевые слова: 

«Дворец Прессы», «Азернешр», А.Пепинов, С.Пено, книга, 

издательств

о

 



Keywords: “Press palace”, “Azerneshr”, A.Pepinov, S.Peno, book, publishing house 

 

Azərbaycan xalqının mədəni, elmi, siyasi səviyyəsinin yüksəlməsində Azərbaycan kita-

bı  böyük  əhəmiyyətə  malikdir.Əlbəttə,  Azərbaycan  kitabının  yaradılması  nəşriyyat  prosesin-

dən keçir və hər bir kitabın nəşri müəyyən məqsəd və vəzifəni yerinə yetirir. Əsərin nəşriyyat-

redaksiya prosesində formalaşması, çapdan buraxılması nəşriyyat fəaliyyəti ilə əlaqədardır.  

Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilk növbədə ölkənin iqtisadiyyatının və 

mədəniyyətinin təşkilini tələb edirdi. Buna görə də, Sovet hökuməti 1920-ci illərin əvvəllərin-

də ölkənin qarşısında duran quruculuq işlərini həyata keçirmək üçün müəyyən tədbirlər proq-

ramı hazırladı. Bu da öz növbəsində yeni tipli dövlət aparatının təşkilini qarşıya qoyurdu. Bu-

na görə də, Azərbaycan KP Mərkəzi Komitəsinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Azərbay-

can Müvəqqəti İnqilab Komitəsi və həmin Komitənin 1920-ci il 28 aprel tarixli iclasında isə 

Respublika Xalq Komissarları Soveti təşkil olundu [1].  

Respublikamızda  nəşriyyat  fəaliyyətindən  danışarkən,  hər  şeydən  əvvəl,  Azərbaycan 

Dövlət  Nəşriyyatının,  yəni  “Azərnəşr”in  yaranmasına,  inkişafına,  fəaliyyətinə  xüsusi  diqqət 

yetirilməlidir. Belə ki, Azərbaycan Dövlət Nəşriyyatı Sovet hakimiyyəti illərində yaradılan ilk 

universal  nəşriyyat  hesab  edilir.  Belə  bir  nəşriyyatın  yaranmasına  tələbat,  hər  şeydən  əvvəl 

1920-ci illərdə kitaba, mətbuata tələbatın mövcudluğu və artması ilə əlaqədar olmuşdur. Çünki 

Azərbaycanda yeni qurulmuş Sovet hakimiyyətinin, başqa sözlə, Sovet dövlətinin məqsəd və 

vəzifələrini əhali arasında yaymaq, əhaliyə çatdırmaq əsas  vəzifə  kimi qarşıya qoyulmuşdur. 

Digər  tərəfdən,  yeni  qurulan  Sovet  dövlətində  maarifə,  mədəniyyətə,  təhsilə,  elmə  üstünlük 

verilirdi.  Bu  problemlərin  müvəffəqiyyətlə  həll  edilməsi  kitabçılıq  işini,  yəni  kitab  nəşri, 

təbliği və yayılmasını dövrün tələbləri səviyyəsində qurmağı tələb edirdi [2, 18]. 

Аzərbaycan Хаlq Mааrif Коmissarlığı 1921-ci il sentyabr ayının 19-da “Azərmərkəzi-

mətbuat”ın  müdirinin,  МК-nın  Təşviqat  şöbəsinin,  AHİMŞ-nin  nümayəndəsinin  iştirakı  və 

Konstantin Тоmaşevskinin sədrliyi ilə mətbuat və nəşriyyat işinin bütün məsələlərini  düzgün 

tənzim etmək məqsədilə Xüsusi Komissiyanın təşkil edilməsi barədə göstəriş qəbul etmişdir. 

Хüsusi Коmissiya bir qədər sonra Nəşriyyat şöbəsinə çevrilir.  Şöbə müdirinin  verdiyi 

məlumata əsasən, Xalq Maarif Коmissarlığının Nəşriyyat şöbəsi 1920-ci il may ayının 28-dən 

fəaliyyətə başlayıb. İlk günlərdən о ancaq təşkilati işlərlə, əməkdaşların toplanması, şöbə üçün 

yerin  təşkili  və  s.  ilə  məşğul  olmuşdur.  Nəşriyyat  şöbəsində  həyata  keçirilən  işlərə  partiya 

işçisi Ağa Əli Qasımov məsul idi.  

Müdir və iki nəfər işçisi olan Nəşriyyat şöbəsinin 4 yarım şöbəsi var idi: 1) Коmmunist 

şöbəsinin seksiyaları: а) kitabça, b) ciddi elmi ədəbiyyat; 2) Dərslik və dərs vəsaiti; 3) Yarım 



168                                                                            Müasir dövr 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

şöbə: а) elmi əsərlər, b) ədəbiyyat; 4) Ümumi yarımşöbə.  



Nəşriyyat şöbəsi geniş  mədəni quruculuq proqramı ilə fəaliyyətə başlamış gənc  Sovet 

Respublikasının  kitaba  olan  böyük  tələbatını  ödəyə  bilməzdi.  Оdur  ki,  Azərbaycan  İnqilab 

Komitəsinin sədri N.Nərimanovun imzası ilə 1920-ci il iyun ayının 9-da Azərbaycan Mətbuat 

şöbəsi  və  Dövlət  Nəşriyyatı  –  “Azərmərkəzimətbuat”ın  yaradılması  haqqında  Dekret  qəbul 

edildi.  Bu  Dekret  8  paraqrafda  verilir.  Bu  paraqraflarda  “Azərmərkəzimətbuat”ın  fəaliyyəti 

istiqamətləndirilir.  

Dekretdə deyilirdi: “paraqraf 1. “Bütün komissarlıqların və idarələrin, partiya və sovet 

təşkilatlarının nəşriyyat fəaliyyətini mərkəzləşdirmək məqsədilə Xalq Maаrif Komissarlığının 

yanında  Azərbaycan  Mətbuat  şöbəsi  və  Dövlət  Nəşriyyatı  –  “Azərmərkəzimətbuat”  –  təsis 

edilsin”; 



paraqraf  2.“Azərmərkəzimətbuat”  bütün  komissarlıqlara  və  partiyaya  xidmət  etməklə 

bərabər, geniş avtonomiya hüququna malikdir;  



paraqraf  3.  Bütün  dövri  və  qeyri-dövri  ədəbiyyat,  habelə  bütün  növ  plakatlar 

“Azərmərkəzimətbuat”ın şöbəsində toplanır və yayılır; 



paraqraf  4.  Azərbaycan  Respublikasının  ərazisində  kimə  məxsusluğundan  asılı 

olmayaraq bütün kağız ehtiyatı “Azərmərkəzimətbuat”ın sərəncamına verilir;  



paraqraf  5.  “Azərmərkəzimətbuat”ın  bütün  ədəbiyyatı  pulsuz  olaraq  xalqa  çatdırılır 

(Partiyanın Mərkəzi Komitəsinin nadir sərəncamlarından başqa). 



paraqraf 6. “Azərmərkəzimətbuat”in, yəni Mətbuat şöbəsinin və Dövlət Nəşriyyatının 

idarə  olunması  üç  nəfərə:  müdirə,  Azərbaycan  KP  MK-nın  və  Xalq  Maarif  Komissarlığının 

nümayəndəsinə həvalə edilir; 

paraqraf  7.  “Azərmərkəzimətbuat”ın  və  bütün  komissarlıqların  nəşrlərinin  smetası 

Xalq Maarif Komissarlığının nəzarətində olmalıdır; 



paraqraf  8.  Bütün  idarələrə  nəşriyyat  işi  və  təşviqat  fəaliyyəti  üçün  verilmiş  kreditlər 

ləğv  edilir,  verilmiş  pul  vəsaitləri  geri  qaytarılır  və  “Azərmərkəzimətbuat”ın  hesabına 

köçürülür” [3, 94]. 

1920-ci  ildə  “Azərmərkəzimətbuat”ın  Azərbaycan  şöbəsinin  müdiri  Ağababa 

Yusifzadə olmuşdur [4]. 

Azərbaycanda  poliqrafiyanın  təşkilinə  və  inkişaf  etdirilməsinə  1920-ci  ilin  may 

ayından başlanmışdır. Bu vacib işin təşkili üçün hələ 1920-ci il may ayının 7-də Azərbaycan 

Xalq  Təsərrüfatı  Şurasının  yanında  Poliqrafiya  şöbəsi  (idarəsi)  təşkil  edilmişdi.  1921-ci  il 

noyabr  ayının  7-dən  Azərbaycan  Xalq  Təsərrüfatı  Şurasının  yanında  “Poliqrafiya  Sənayesi 

İdarəsi” fəaliyyətə başladı.  

1929-cu  il  aprel  ayının  23-dən  isə  yuxarıda  adını  çəkdiyimiz  idarə  Azərbaycan  Xalq 

Təsərrüfatı Şurasının Azərbaycan Poliqrafiya Tresti İdarəsi kimi fəaliyyət göstərməyə başladı. 

Azərbaycanda poliqrafiya işinə və sənayesinə 1926-cı il avqust ayının 25-dən Müstəqil “Bakı 

Poliqrafiya İdarəsi”, 1930-cu il fevral ayının 5-dən isə Azərbaycan Poliqrafiya Tresti rəhbərlik 

etmişdir.  Respublikada  Poliqrafiya  İdarəsinin  təşkili  kitabçılıq  işinin  inkişafına  müsbət  təsir 

etdi.  


Sovet  hakimiyyətinin  ilk  illərində  kitab  nəşrinin  ideya-siyasi  səviyyəsinə  ciddi  fikir 

verilirdi.  Bu  məqsədlə  AK  (b)  P  MK-nın  Təşviqat  şöbəsinin  yanında  Redaksiya-nəşriyyat 

bölməsi təşkil olunmuşdu.  

Çapdan  çıxan  bütün  kitablar  Redaksiya-nəşriyyat  bölməsində  yoxlanılıb  nəzərdən 

keçirilirdi.  Göründüyü  kimi,  elə  Sovet  hakimiyyətinin  ilk  illərində  dövlət  nəzarəti  mövcud 

olmuşdur. Bunu dövlətin senzura nəzarəti kimi qiymətləndirmək lazımdır.  




Müasir dövr                                                                      169 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

Respublikada  kitab  nəşrinə  artan  tələbat  müstəqil  dövlət  nəşriyyatının  yaradılmasını 



vacib məsələ kimi qarşıya qoyurdu. Əslində Azərbaycan Dövlət Nəşriyyatı 1920-ci ildə iyun 

ayının  9-da  təşkil  edilmişdi.  1920-ci  ilin  iyun  ayından  fəaliyyətə  başlayan  “Azərmərkəzi-

mətbuat”a bütün komissarlıqlara, partiya və digər təşkilatlara kitabla xidmət etmək üçün geniş 

hüquqlar verilmişdi. Bütün bunlara baxmayaraq kitab nəşrinin genişləndirilməsi, kitabın geniş 

zəhmətkeş  kütlələri  arasında  təbliği  və  yayılması  günün  ən  aktual  məsələsi  kimi  qarşıda 

dururdu.  Azərbaycanın  ilk  Xalq  Maarif  Komissarı  D.BünyadzadəBirinci  Ümumazərbaycan 

Şuralar qurultayındakı məruzəsində demişdir: “Xalq Maarif Komissarlığının qarşısında tədris 

müəssisələri üçün 400, 000 kitab çap etmək kimi böyük bir vəzifə durur”. Həmçinin o, Xalq 

Maarif Komissarlığının ixtiyarına bir mətbəə verilməsini vacib hesab edirdi. 

Keçmiş Kommunist Partiyası  və  Sovet dövlətinin qərar və  göstərişlərində kitab nəşri-

nin, о cümlədən istehsalat-texniki və elmi-kütləvi kitabların getdikcə artan rolu, onun qarşısın-

da  duran  mühüm  vəzifələr  və  inkişaf  istiqaməti  göstərilirdi.  Hökumətin  göstərdiyi  qayğı 

nəticəsində ölkəmizdə kitab nəşri sahəsində müəyyən nailiyyətlər qazanılır. 1920-ci il dekabr 

ayının  15-nə  qədər  “Azərmərkəzimətbuat”ın  Nəşriyyat  şöbəsi  45  nəşri  3.089405  nüsxə  ilə 

çapdan buraxmış, 100-ə qədər nəşri isə 1.000.000 nüsxə ilə buraxmaq üçün çapa vermişdir”. 

Kitaba yaranmış böyük tələbat “qardaş respublikalar”dan (Sovet dövrünün deyimi) və bir sıra 

xarici  ölkələrdən  kitab  gətirilməsini  də  irəli  sürürdü.  Sovet  hakimiyyətinin  ilk  illərində 

Rusiyadan,  Gürcüstandan,  İran  və  Türkiyədən  kitablar  alınıb  Azərbaycana  gətirilirdi. 

Kitabların bölüşdürülməsi Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən həyata keçirilirdi.  

“Azərmərkəzimətbuat”  idarə  funksiyasını  yerinə  yetirirdi,  yəni  mətbuat  və  nəşriyyat 

işinə ümumi rəhbərliyi həyata keçirirdi. Bu idarənin artıq kitab nəşrini, təbliği və yayılmasını 

təşkil  edən  nəşriyyatı  var  idi.  Bu  elə  dövlət  nəşriyyatı  kimi  indi  də  fəaliyyət  göstərən 

“Azərnəşr”  idi.  Hələ,  1923-cü  il  noyabrın  25-dən  dekabr  ayının  1-nə  çağırılmış  III 

Ümumazərbaycan Sovetlər qurultayı Azərbaycan Dövlət Nəşriyyatının təşkilinə, inkişafına və 

onun maddi-texniki bazasının möhkəmləndirilməsinə böyük əhəmiyyət verdi.  

Bunun nəticəsi idi ki, Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr” 1924-cü ildən geniş 

fəaliyyətə başladı. 1924-cü il martın 1-dən Azərbaycan Dövlət Nəşriyyatının sədri Məmmədzadə, 

Nəşriyyat şöbəsinin müdiri isə Hənəfi Zeynallı olmuşdur [4]. 

Azərbaycan SSR Xalq Maarif Komissarlığına tabe olan Azərbaycan Dövlət Nəşriyyatı 

çap  ediləcək  əsərlərin  nəşri,  təbliği  və  ticarəti  ilə  məşğul  olmalı  idi.  “Nəşriyyatın  tərkibinə 

eyni zamanda mətbəə, cildxana, mərkəzi kitab anbarı, mərkəzi kitab mağazası, mərkəzi kitab 

mağazasının baş kağız anbarı, musiqi-not mağazası və musiqi alətləri emalatxanası daxil idi. 

“Azərnəşr”in təşkili Azərbaycan kitab mədəniyyəti tarixində çox fərəhli, əlamətdar bir hadisə 

idi. İlk illərdə nəşriyyat əsasən dərsliklər, uşaq ədəbiyyatı, bədii və elmi-kütləvi  kitablar çap 

edirdi” [5, 25]. 

 “Azərnəşr”in  yenidən  təşkili  milli  kitab  xəzinəmizin  zənginləşməsində  və  inkişafında 

müstəsna əhəmiyyət kəsb etmişdir.  

1926-cı ildə “Azərnəşr”in idarə müdiri olmuş Ə.Pepinov “Kommunist” qəzetinin müx-

birinə məlumat verərək bildirir ki, “Azərnəşr”in çap etdiyi kitabların getdikcə artdığını göstər-

mək üçün 1926-cı ildə nəşriyyatın 1925-ci ilə nisbətən 100/100 artığını söyləmək kafidir. Bu-

nu təcrübədən sonra vəzifəsini müvəffəqiyyətlə yerinə yetirmək üçün özünə mütləq bir mətbəə 

tədarük  (yaratmaq)  etmək  məsələsi  “Azərnəşr”in  qarşısında  duran  mühüm  vəzifələrdəndir. 

Buna  görə  də  1924-cü  ildə  mətbəə  təsisinə  başladı.  Hal-hazırda  “Azərnəşr”in  mükəmməl  bir 

mətbəəsi var. Burada 72 işçi çalışır. Ancaq bu mətbəə fəaliyyətini genişləndirmiş “Azərnəşr”i 

təmin etmir. Bunun üçün yaxın gələcəkdə bu mətbəəni genişləndirmək lazım gəlir. Ümumiy-



170                                                                            Müasir dövr 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

yətlə,  bütün  nəşriyyat  dairələri,  xüsusən  “Azərnəşr”in  qarşısından  duran  çox  böyük  məsələ-



lərdən biri kitab nəşr etməklə bərabər, çıxarılan kitabı əlaqə ilə oxutmaq məsələsidir [6].  

Bu yuxarıda qeyd olunan yazıdan məlum olur ki, “Azərnəşr”in 1926-cı ildə fəaliyyəti 

genişlənmiş  işçilərinin  sayı  72-ə  çatmışdır.Beləliklə,  1920-ci  ildə  yaranan,  fəaliyyətə 

başlayan“Azərnəşr”in 1924-cü ildə yeni mətbəəsi təsis edilir.  

Tədqiqat  nəticəsində  məlum  olur  ki,  “Azərnəşr”  yarandığı  gündən  Morskoy  (indiki 

Bül-bül prospekti) və Krasno-Xristovski (indiki Şeyx Şamil) küçələrinin tinində yerləşmişdir. 

Təbii ki, yeni binanın tikilib istifadəyə verilməsinə qədər. 

1927-ci  il  noyabr  ayının  8-də  Kommunist  Bazarni  (indiki  H.Hacıyev)  və  Zeytuyev 

küçələri  arasında,  Parapet  bağı  yaxınlığında  (indiki  Fəvvarələr  bağı)  olan  yerdə  Azərbaycan 

Dövlət  Nəşriyyatının  yeni  tikiləcək  binasının  bünövrəsi  qoyulur.  Təntənəli  iclası  Maarif  ko-

missarı Ruhulla Axundov açaraq, Azərbaycanda nəşriyyat sisteminin nə qədər müvəffəqiyyətli 

surətdə  tərəqqi  etdiyini  qeydilə  yeni  binanın  əhəmiyyətindən  məlumat  vermişdir.  Sonra 

AMAQ  sədri  Ağaəli  və  Çayçılar  İttifaqı  sədri  Braqman  və  başqa  şəxslər  təbrik  nitqləri 

söyləmişdir.  

Nitqlərdən sonra binanın tarixi haqqında yazılan sənəd və bürünc daş  AMAQ-ın sədri 

Ağaməli tərəfindən qoyulur. Binanın 750-800sajın (metr) yerdən ibarət olması, bütün Dövlət 

Nəşriyyatının mətbəə və başqa müəssisələri burada yerləşdirilməsi nəzərdə tutulur [7].  

Amma  tədqiqat  nəticəsində  məlum  olur  ki,  hansısa  səbəblərdən  1927-ci  il  noyabr 

ayının 8-də özülü qoyulan “Azərnəşr”in binasının tikintisinə 1930-cildə başlanılır. 

1930-cu  ildə  “İnqilab  və  mədəniyyət”  jurnalında  “Mətbuat  sarayı  tikilməyə  başladı” 

adlı  maraqlı  yazı  dərc  edilir:  “Bakıda  Bazarni  və  Zeytuyev  küçələri  arasında,  Parapet  bağı 

yaxınlığında  2  kvartallıq  məsafədə  2  aydan  bəri  “Azərnəşr”in  “Mətbuat  sarayı”  tikilişinə 

başlanmışdır. Bu bina, Bakıda misli görünməmiş maraqlı bir bina olacaqdır” [8]. 

Bu bina Amerika poliqraf müəssisələrinin yeni prinsipləri üzrə inşa edilmişdir. Binanın 

bir tərəfi kitab şəklindədir. Binanın tikintisi zamanı 1500 (müqəb)  metrlik böyük bir salonda 

kitab çap edən və risalələr buraxan sexlərin yerləşdirilməsi nəzərdə tutulur.  

“Binanın  bu  formada  tikilməsində  əsas  məqsədlərdən  biri  də  istehsalatı  və  daxili 

nəqliyyatı  yaxşılaşdırmaq  idi.  Belə  ki,  çap  məhsulunun  lift  vasitəsilə  qaldırılıb-endirilməsi 

ləğv  edilir.  Çap  maşınları  sütunsuz  və  pəncərəsiz  bir  salonda  yerləşdirilir  və  şimala  baxan 

xüsusi pəncərələr vasitəsilə işıq ala bilir. Bu üsul işığın maşınxanaya tez düşməsinə səbəb olur 

və  yayda  binanın  günəş  hərarətindən  qızmasına  imkan  vermir.Maşınxanadan  bir  qat  üstə 

tikilən mürəttibxana sexi də pəncərəsiz salonda yerləşir və eyni pəncərələr vasitəsilə işıq alır.  

“Mətbuat sarayı”na lazım olan təchizat “Azərnəşr”in Morskoy küçədəki mətbəəsindən 

gətirilir və get-gedə artırılır” [8]. 

“Mətbuat sarayı”nın alt mərtəbəsində kağız anbarı ilə çap olunmuş kitablar üçün yerlər 

müəyyən edilir. Həmçinin bu binanın tikintisi zamanı işçilərin bütün istirahətinin təmin edən 

məsələlər – yuyunmaq, çimmək yerləri, südəmər uşaqlar üçün yasli, yeməkxana, qiraətxana və 

s. bu kimi yerlər nəzərdə tutulur. 

Nəşriyyat  korpusunun  sağ  tərəfindəki  sütunların  altında  “Azərnəşr”in  mərkəzi 

nümunəvi mağazası da tikilir.  

“Mətbuat sarayı” Moskvanın tanınmış memarı Stanislav Penonun 42 layihəsi arasından 

seçilən  layihəsi  üzrə  tikilir  və  özü  şəxsən  inşaat  işlərinə  rəhbərlik  edir.  İnşaat  işləri 

“Teplobeton” trestinin Bakı şöbəsi tərəfindən aparılır və pemza qarışıq betondan tikilir.  

Binanın tikintisinə 1 milyon 200 min manat pul vəsaiti sərf edilir.  




Müasir dövr                                                                      171 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

“Mətbuat sarayı” binasının inşaat komitəsi sədri Bünyadzadənin işgüzarlığı üzrə saray 



1931-ci  ilin  may  ayında  tikilib  başa  çatdırılması,  istehsalat  hissəsinin  isə1931-ci  ilin  mart 

ayına qədər qurtarması planlaşdırılır.  

İnşaat işləri ilə əlaqə saxlamaq üçün “Azərnəşr” işçilərindən xüsusi briqada ayrılır” [8]. 

Maraqlı bir faktı da nəzərinizə çatıdırmaq istəyirəm ki, 1931-ci ildə istifadəyə verilməsi 

nəzərdə  tutulmasına  baxmayaraq,  Azərbaycan  Dövlət  Nəşriyyatının  –  “Azərnəşr”in  tam 

şəkildə binası 1933-cü ildə istifadəyə verilir.  

Ha-hazırda  bu  tarixi  bina  Azərbaycan  Respublikası  Mədəniyyət  Nazirliyinin  reyest-

rində yerli əhəmiyyətli memarlıq abidəsi statusu altında qeydiyyata alınmışdır. 

Təəssüflə qeyd etməliyik ki, 1995-ci ildə “Mətbuat sarayı”nın binasında Bank Standar-

tın baş ofisi açılır.Bank Standart tərəfindən əsaslı təmir isə 2005-ci ildə həyata keçirilmişdir.  

Hal-hazırda  Azərbaycan  Dövlət  Nəşriyyatı  Mehdi  Hüseyn  küçəsi  61,  dalan  2,  ev  3 

ünvanında yerləşir.  



İstifadə olunmuş ədəbiyyat: 

 

1.Известия временного революционного комитета //Азербайджан газ., 1920, 29 апрель, 

№1. 

2.Allahverdiyev B.V. Azərbaycan kitab nəşri problemləri (1920-1940) // Kitabşünaslıq və 



nəşriyyat işi: elmi-nəzəri və təcrübi jurnal, 2010, №1, s.18-38. 

3.Azərbaycan SSR qanunları, Azərbaycan SSR Ali Soveti Rəyasət heyəti fərmanları və 

Azərbaycan SSR hökuməti qərarlarının xronoloji külliyyatı. C. 1. 1920-1935. Bakı, 1960, 260 

s. 


4.Azərbaycan Respublikası Mərkəzi Dövət Arxivi (MDA). Azərbaycan Xalq Maarif 

Komissarlığı. F.57.siy.7, iş 68, v.24 

5.Mirəhmədov Ə., Həsənov H. Sovet Azərbaycanının kitab mədəniyyəti. Bakı: Azərnəşr, 

1975, 81 s.  

6.Pepinov Ə. Azərnəşrin fəaliyyəti. //Kommunist qəz., 1926, 5 may, №102 

7.Pepinov Ə. Azərbaycan Dövlət Nəşriyyatının binası // Kommunist qəz., 1927, 11 noyabr. 

8.“Mətbuat sarayı” tikilməyə başladı // İnqilab və mədəniyyət jur., 1930, №7-8, s. 46  

 

Л.Г.АБАСОВА 

Диссертант кафедры "Книговедение и издательское дело" 

Бакинского Государственного Университета 

 

"ДВОРЕЦ ПРЕССЫ" - "НОВЫЕ ФАКТЫ 



О СТРОИТЕЛЬСТВЕ ЗДАНИЯ «АЗЕРНЕШР» 

 

О  научной  статье  "Дворец  Прессы"  -  "Новые  факты  о  строительстве  здания 



«Азернешр»  "Дворец  Прессы"  -  здания  "Азернешр"  считается  одним  из  великих  архи-

тектурных памятников который имеет свою историю. Строительства "Дворца Прессы" 

является примером государственного внимание на издание книги и ее развитие. 

В  статье  предоставляется  информация  о  строительстве  здания  по  специальному 

проекту  и  о  подготовке  этого  проекта  Станислав  Пено,  знаменитого  архитектора  того 

времени.  По  этой  причине  строительство  такой  красивой  архитектурный  памятника 

началось  с  1927  года,  и  не  смотря  на  серьезную  внимание  правительства,  "Дворец 

Прессы"  был  построен  в  течение  5-и  лет.  В  статье  предоставляется  информация  о 




172                                                                            Müasir dövr 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

строительство  "Дворца  Прессы",  его  значение  для  нашей  культуры  и  об  отражение 



этого  событие  на  средствах  массовой  информации  которая  была  опубликована  в  1933 

году. 


 

L.Q.ABASOVA 

candidate for a degree at the department of  

Bibliography and publishing work” at the Baku State University 

 

“PRESS PALACE” - NEW FACTS 

ABOUT CONSTRUCTION OF BUILDING OF “AZERNASHR” 

 

“Press  palace”  –  the  building  of  “Azernashr”  is  regarded  as  one  of  the  grandiose 

architectural  monuments  that  has  a  certain  history  in  Azerbaijan.  Building  of  the  “Press 

palace” is a distinct example of a given value to a book publishing by the state.The article is 

about  the  construction  of  the  publishing  house  on  a  special  project  which  was  designed  by 

then a famous architect StanislavPeno. The building of such an architectural monument started 

in  1927  and  got  ready  after  five  years.The  article  also  broadly  talks  about  how  the  press  of 

1933 highlighted the building of the “Press palace” and its significance for the culture of our 

people.  

 

Rəyçilər: t.e.d. B.Allahverdiyev, t.e.d.R.C.Süleymanov 



Bakı Dövlət Universiteti “Kitabşünaslıq və nəşriyyat işi” kafedrasının 25.04.2013-cü 

il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (pr. №7). 

Yüklə 68,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə