Lirik növ Epik növ Dramatik növ



Yüklə 30,96 Kb.
tarix21.10.2017
ölçüsü30,96 Kb.
#6244
növüYazı

ŞİFAHI XALQ ƏDƏBİYYATI

Azərbaycan xalqının zəngin şifahi xalq ədəbiyyatı ədəbiyyatı vardır. Yazılı ədəbiyyatda olduğu kimi, şifahi xalq ədəbiyyatı da üç növə ayrılır:



  1. Lirik növ

  2. Epik növ

  3. Dramatik növ




1. LİRİK

NÖV




I Nəğmələr






II Mahnılar




III Bayatılar



  1. əmək n.


holavarlar




sayaçı sözlər








  1. mərasim n.

toy nəğm.

ağılar,edilər






  1. mövsüm n.




  1. qəhrəmanlıq n.




  1. məişət n.

laylalar


oxşamalar


I Nəğmələr

  1. Əmək nəğmələri. Azərbaycan ərazisində yaşayan etnoslar və tayfalar müxtəlif peşə və sənətlə məşğul olmuşlar. Peşə və məşğuliyyətlər qədim insanların həyatında ta qədim dövrlərdən, insanların hələ yarımvəhşilik dövründən özünü göstərməəyə başlamışdır. Əcdadlarımız tarixin müxtəlif mərhələlərində bədii söz yaratmışlar. İlkin dövrdə bu nəğmələr müəyyən poetik ölçülərə malik olmamış, zaman keşdikcə ahəng, ritm, alliterasiya özünü göstərmiş, poetik üslubun elementləri yaranmış, daha sonralar isə kiçikhecalı qəliblər formalaşmışdır. Bu yaradıcılıq prosesi lirik növün ilkin poetik qəliblərini formalaşdırmış və bu elementlər daha çox əmək və məşğuliyyətlə bağlı nəğmələrdə qorunub saxlınmışdır. Əmək nəğmələri həyatın bir çox sahələrini əhatə etsə də, əkinçilik və maldarlıqla bağlı nəğmələr daha geniş yayılmışdır.

Holavarlar xalq poeziyasının ən qədim nümunələrindən olub biçinçi, cütcü həyatını tərənnüm edir. Bu nəğmələr əkinçilərin əmək prosesində yaratdıqları, ifa etdikləri nəğmələrdir. Onlarda məqsəd əməyi ritmləşdirmək və yüngülləşdirməkdən ibarət olmuşdur. Holavarlar oxunan zaman heç bir musiqi alətindən istifadə olunmur. Cütcünün yer əkən zaman heyvanların hərəkətinə, alətlərin çıxardığı səslərə, işin ahənginə uyğun olaraq oxunan holavarlar əvvəlcə çox bəsit olmuş, çox güman ki, “ho.., hoo...” formasında arası kəsilmədən təkrar olunmuşdur. Holavarlar yalnız əkinçinin mənəvi ehtiyacıını ödəyən mənzumələr olmamış, bu mahnılarda həm də arzu vı istəklər, zəmanədən şikayət, sevinc və kədər də ifadə olunmuşdur. Bu nəğmələrdə ictimai məzmun daha qabarıqdır:

Qaşqa kəlim boz, ala,

Tarlaya saldım yola.

Tək öküzlə iş aşmaz,

Öküz gərək cüt ola.

Sayaçı sözlər. Şifahi poeziyamıza ilk əmək nəğmələri kimi daxil olan sayaçı nəğmələrində qoyunçuluq həyatı tərənnüm olunur. Folklorumuzda qoyunçuluq təsərrüfatı ilə bağlı nümunələr məzmun və formaca daha rəngarəngdir:

Nənəm a nazlı qoyun,

Qırqovul gözlü qoyun,

Pendiri kəsmə-kəsmə,

Qatığı üzlü qoyun.

Qoyunçuluğun məhsuldarlığı və mənfəətli olması ona böyük və tükənməz qayğı və məhəbbət bəslənməsinə səbəb olmuşdur:

Nənəm a şişək qoyun,

Yunu bir döşək qoyun.

Bulamanı tez gətir,

Qırıldı uşaq qoyun.




  1. Mərasim nəğmələri müxtəlif mərasimlərlə bağlı yaranmış nəğmələrdir. Ən geniş yayılmış növləri toy nəğmələri ağılardır.

Qızıl üzük laxladı, Bostanda tağım ağlar,

Verdim anam saxladı. Dəymə, yarpağım ağlar

Anama qurban olum, Sağ durduqca mən özüm,

Məni tez adaxladı. Ölsəm, torpağım ağlar.

  1. Mövsüm nəğmələri ilin müxtəlif fəsilləri ilə bağlı oxunan nəğmələrdir.

Üçü bizə yağıdır,

Üçü cənnət bağıdır.

Üçü yığar gətirər,

Üçü vurar, dağıdar.

  1. Qəhrəmanlıq nəğmələri döyüş zamanı oxunan, döyüşçüləri qələbəyə ruhlandıran nəğmələrdir.

Hoydu, dəlilərim, hoydu

Yeriyin meydan üstünə!

Havadakı şahin kimi,

Tökülün al qanüstünə! (“Koroğlu”)

  1. Məişət nəğmələrinə laylalar və oxşamalar daxildir.

Laylalar beşik başında anaların xüsusi ritm və ahənglə zümzümə etdiyi nəğmələrdir. Onlarda ananın körpəsinə dərin məhəbbəti, bu gününə, sabahına bəslədiyi ümidi əks olunur.

Laylaların başlıca xüsusiyyətlərindən biri odur ki, burada səslərin oxşarlığından ahəngdar ritm yaranır. Ana beşik başından ayrılsalar da, əmək prosesində laylanı davam etdirir. Bəzən isə sözləri təkrar etmədən belə ümumi ritmlə, zümzümə ilə həzin, ahəngdar musiqi yaranır.

Laylay beşiyim laylay,

Evim-eşiyim laylay.

Sən get şirin yuxuya

Çəkim keşiyin laylay.

Laylay balam, a laylay,

Gülüm, laylay, a laylay.

Oxşama uşağı oxşatma, əyləndirmək məqsədilə yaranmış, uşaq oyandıqdan sonra onu əzizləmək məqsədilə oxunmuşdur. Oxşamalar əzizləmələr, yaxud nazlamalar da adlanır. Ana öz körpəsini böyük sevinclə, canlı, oynaq bir dillə oxşayır, başqalarına da belə xoşbəxtlik arzulayır.

A Tanrı bundan beş dənə ver,

Göydə uçan quşlara ver.

Qarımış, qaralmışlara ver,

Evində qalmışlara ver.
II Mahnılar

Nəğmələrdən fərqli olaraq, mahnıların öz melodiyası olur. Mövzusuna görə həm məhəbbət, həm də ictimai-siyasi məzmunlu olur. “Üçtelli durna”, “Ahu kimi”, “Kəklik” kimi mahnılarda məhəbbət mövzusu, “Sona bülbüllər”, “Çalpapaq”, “Qadan alım” kimi mahnılarda isə ictimai motivlər üstünlk təşkil edir.

III Bayatılar

4 misradan, 7 hecadan ibarət lirik parçalardır. Aaba şəklində qafiyələnir, 1,2 və 4-cü misralar həmqafiyə, 3-cü misrası sərbəst olur. Məsələn:

Əzizim vətən yaxşı,

Geyməyə kətan yaxşı,

Gəzməyə qərib ölkə.

Ölməyə vətən yaxşı.

Ədəbiyyat:


1. Vaqif Vəliyev. Azərbaycan folkloru, Bakı, “Maarif”, 1985.



Yüklə 30,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə