LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə1/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
  1   2   3   4   5   6   7   8   9   ...   216



LÜĞƏTDƏ GEDƏN İXTİSARLAR

ADDL 

-  Azərbaycan  dilinin  dialektoloji 

lüğəti


ADİL 

 Azərbaycan dilinin izahlı lüğəti

arx. 

- arxaik söz

astr.

 

- astronomiya



Ata. sözü 

- atalar sözü

biol. 

- biologiyada

bot. 

- botanikada

coğr. - coğrafiyada

dan.

 

- danışıqda işlənən söz



dəniz. 

- dənizçilikdə

dial. 

- dialektdə

dilç. 

- dilçilikdə

din.

 

- dini söz



etn.

 

- etnoqrafiyada



evf. 

- evfemizm

ədəb. 

- ədəbiyyatşünaslıqda

fəls. 

- fəlsəfədə

fiziol. 

- fiziologiyada

fiz. 

- fizikada

folk. 

- folklorda

fr.v. 

- frazeoloji vahid

hüq. 

- hüquqşünaslıqda

idm. 

- idmanda

iqt.

 

- iqtisadiyyatda



isteh. 

- istehza ilə işlonir

kl.əd. - klassik ədəbiyyatda işlənən söz

köhn. 

- köhnəlmiş söz

k.t. - kənd təsərrüfatında

qəd. 

- qədim söz

qram. 

- qrammatikada

məc. 

- məcazi mənada

məh. 

- məhəlli söz

mətb. 

- mətbəədə

mus.

 

- musiqidə



nifr. 

- nifrətlə

riyaz.

 

- riyaziyyatda



şair.

 - 


şairanə

tar. 

- tarixdə

tex. 

- texnikada

tənt.

 

- təntənəli söz



təşb. 

- təşbehlərdə

tib. 

- tibdə

vulq. - vulqar söz

zar. -

 

zarafatla



zool. zoologiyada

9


Ab

Aa

ab bax su

I  ABA  (müsəlman  ruhanilərinin  üstdən 

geydikləri  qolsuz  və  ya  gödəkqollu,  yaxası 

açıq uzun paltar, xalat) ..üçüncü günü Molla 

Rəcəbi  küçə  ilə  qayet  qəmgin  və  ayaqları 



abasmın ətəyinə dolaşa-dolaşa gedən görər­

sən  (Talıblı);  LƏBBADƏ  (köhn.)  [Axund] 

qara keçə ləbbadəsini ehmalca çiyninə salıb, 

dəhlizə çıxdı (Mir Cəlal).



II aba bax ata-baba

ABAD (həmişə tikintisi, yaşayış üçün hər 

şeyi  olan)  Şuşanın  “Hamamqabağı”  küçəsi 

öz-özlüyündə, enli və abad küçələrdən he­

sab edilirdi (B.Bayramov); ABADAN Aba­

dan mədənləri, işsiz qalan fəhlələr; Qolları, 

ayaqları  zəncirli  dustaq  İran  (M.Rahim); 



MƏMUR (kl.əd.) Cümlə məmur oldu viranə 

(M.Ə.Sabir).



abadan bax abad 

abadanlaşmaq bax abadlaşmaq 

abadanlıq bax 1. abadlıq; 2. avadanlıq 

abadıstan bax abadlıq 

ABADLAŞDIRMAQ O, iş başına gələli 

xeyli tezə bina tikdirib küçələri abadlaşdırıb 

(M.Hüseyn);  ABAD  ETMƏK/ELƏMƏK 

Amma  burada  işlər  tərsinədir,  yuxandan 

aşağı abad edirlər (Ə.Haqverdiyev); ABA- 

DANLAŞDIRMAQ.

ABADLAŞMAQ  ..Qəsəbə  salınacaq,  bu 

yerlər abadlaşacaq, yol çəkiləcək.. (B.Bay­

ramov); ABAD OLMAQ May ayının birin­

dən  sentyabrın  ortasmadək  şəhər  şenlik  və 



abad  olur  (Ə.Haqverdiyev);  MƏMUR 

OLMAQ (kl.əd.) Qoy cahan elm ile pümur 

olsun; Vətən o sayədə məmıır olsun (A.Səh- 

hət); ABADANLAŞMAQ.

ABADLIQ  (müxtəlif  mənalarda:  kənd, 

şəhər,  məskən,  şenlik,  yaşayış  üçün  şərait) 

[Atabəy:]  Sən  Şimali  Azerbaycan  xalqının 

səadəti  və  məmləkətin  abadlığı  üçün  hər 

nə ki istəyirsən heyata keçirmək mümkün-



Abi-həyat

dür  (M.S.Ordubadi);  ABADANLIQ  Hərə 

bir əl qoysa abadanlığa; Kəndimiz böyüyüb 

bir  şəhər  olar  (S.Vurğun);  ABADISTAN 



(kölın.).

ABASBƏYİ, AĞAGÖRMƏZ, BAL- 

ARMUDU (şirin, ətirli yay armudıı növü) 

ABBAT (din.), RAHİB 

ABBATLİQ (din.), RAHİBLİK 

abco bax pivə 

abdal bax sərsəri; dərviş 1 

abdəstxana bax ayaqyolu 

abgərdən bax çömçə 

abgüst bax bozbaş 

ab-hava bax iqlim 1 

ABI (rəng) Üstünə qalın abı kağızdan 

süfrə salınmış balaca stolun qırağında elek­

trik çayniki paqqıldayırdı (M.Hüseyn); 

AÇIQ-GÖY. 

abır bax 1. həya; 2. paltar 

abır-həya bax həya 

abırlı bax həyalı 

abırsız bax həyasız 

abırsızlıq bax həyasızlıq 

abi-bəqa bax abi-həyat 

abid bax ibadetçi

1. ABİDƏ, YADİGAR (diqqətəlayiq iş, 

əsər)  Gərək  bunun  qabağı  alma,  saraylara 

yığılmış  olub-qalan  qiymətli  şeylər,  dədə- 

baba yadigarlar, əlyazmaları, digər abidələr 

buradan çıxmaya (Ə.Cəfərzadə).



2. abidə bax heykəl 1 

abi-heyvan bax abi-həyat 

ABİ-HƏYAT (kl.əd.) (Zülmətdə bir

bulağın  suyu  olub  ki,  onu  içən  ölməzmiş) 

Odur  səni  oğul  kimi  cəbhələrdən  keçirən; 

Odur  seni  əllərilə  abi-həyat  içirən  (M.Ra­

him); ABİ-BƏQA (kl.əd.) Bu zülməti-zül­

fündə  ləbin  -  abi-bəqamız;  Yüz  çeşmeyi- 

heyvan ola, könlüm səni istər (S.Ə.Şirvani); 



ABİ-HEYVAN (kl.əd.) Əzib ləli qatıb abi- 

heyvana; Qənd ilə yoğrulub dil-dodaq çəkib 

(Q.Zakir); ABİ-ZİNDƏGANİ (kl.əd.) Pey­

vəndi  gül  eylə  ərğəvani;  Xızrə  yetir  abi- 

zindəgani  (Füzuli);  DİRİLİK  SUYU  Hər 

şey dirilik suyunu içib, əmrə ilk dəfə qədəm

11



Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə