M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə1/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   58


M e h r ib a n   Ə k b ə ro v a
TƏSVİRİ  SƏNƏT VƏ 
ONUN TƏDRİSİ 
METODİKASI
(Dərslik)
Azərbaycan Respublikas Təhsil 
Nazirinin 24.12.2012-ci il tarixli, 
2339  Neli  əmrinə  əsasən  təsdiq 
edilmişdir.
B A   K I   -  2012


M üəllif:
Əkbərova Mehriban
Redaktor:
Bakı sosial pedaqoji kollecin müəllimi, 
"Təsviri incəsənət və əmək ləlimi''fənn 
birləşməsinin sədri
Əliyeva. M
Bakı sosial pedaqoji kollecin müəllimi, 
"Təsviri incəsənət və  onun tədrisi 
metodikası "fənn müəllimi
Rəyçilər:
At ay ev.  S
"Təsviri İncəsənət Rəsimxəi və onların tədrisi 
metodikası" kafedrasının müdiri dosent
İbrahimov.  Ə
Bakı sosial pedaqoji kollecin  qiyabi şöbə üzrə 
direktor müavini
Nəzərli. Z
Bakı sosial pedaqoji kollecin müəllimi 
"Metodika"fənn birləşməsinin sədri
Əkbərova  Mehriban.  Təsviri sənət və onun tədrisi metodikası. 
Bakı, “Avanqard E.H.’1 MMC, 2012, 240 səh.
ISBN  978-9952-8205-8-4
C; Azərbaycan Respublikası Təhsil Nazirliyi, 2012


ÖN SÖZ
“Məktəbəqədər tol im vo torbiyo” vo “Ailo vo ev torbiyosi” 
ixtisasları  üzrə  keçirilən  Tədris  planında “Təsviri  sənət  və  onun 
tədrisi  metodikası”  fənninə  “Məktəbəqədər  təlim  və  tərbiyə” 
ixtisası üzrə  120 saat, “Ailə və ev tərbiyəsi” ixtisası üzrə 90 saat 
ayrılmışdır.
Tədris  planına  əsasən  tərtib  olunmuş  tədris  proqramına 
dərslik yazılmışdır.
Məktəbəqədər  yaşlı  uşaqlarda  gözəllik  hissini  tərbiyə  et­
mək,  əsrlər  boyu  həyatın  sınağından  çıxmış,  lakin  son  dövrlər 
modernləşməyə məruz qalaraq unudulmuş tətbiqi sənət nümunə­
ləri  vasitəsi  ilə uşaqları  həyata hazırlamaq,  indi  Azərbaycan  pe­
daqoji  elminin  mühüm  vəzifələrindəndir.  Məhz  uşaq  bağçala­
rında  keçirilən  ardıcıl,  sistemli  məşğələlər  yolu  ilə  uşaq  ətraf 
aləmin  dərk olunmasının  spesifik  formaları  ilə tanış  olur  və  hə­
yatı  bədii  obrazlarla,  rənglərlə  dərketməyə  istiqamətləndirilir. 
Onların estetik zövqü,  yaradıcı  taxəyülü.  mənəvi hissləri  tərbiyə 
olunur,  formalaşır  vo  bununla  da  gələcək  inkişafın  əlverişli  tə­
məli  qoyulur.  Təlim  yolu  ilə  uşaqlarda  estetik mədəniyyətin  in­
kişafı  təsviri  sənət  məşğələlərinin  təşkili  və  quruluşundan, 
öyrədiləcək materialın məzmun vo  xarakterindən,  uşaqların  yaş, 
bilik  və  hazırlıq  səviyyəsindən,  eləcə  də.  tətbiq  olunan  usul  və 
vasitələrin pedaqoji səmərəsindən asılıdır.
Məhz  bu  səbəbdən  məktəbəqədər təhsil  sistemində  təsvir­
çilik  sənətinin  təlim  tərbiyə  funksiyası  müasir  tələblərə  uyğun­
laşdırılmalı, yeni təlim üsulları  ilə xarakterizə olunmalıdır.
Təsviri  sənətin  və  onun tədrisi  metodikasına dair  məqalə, 
metodik  göstəriş  və  tədqiqatlar  mövciid  olsa  da  təsviri  sənətin 
tədrisi  metodikasına  dair  lazımi  dərslik vo  dərs  vəsaitləri  olma­
dığından  fənnin  tədrisini  müasir  tələblər  səvviyəsində  qurmaq 
müəyyən çətinliklər yaradır.
3


Təsvın sənət və onun tədrisi metodikası
Məktəbəqədər  təlim  sistemində,  ixtisasçılardan  birinci 
növbədə,  məktəbəqədər  yaşlı  uşaqların  psixologiyasını  bilmək 
tələb  olunur.  Əsl  ixtisasçı.  uşağın  inkişafının  ümumi  qanunauy­
ğunluqlarını  başa  düşməli,  müxtəlif fəaliyyət  növlərində,  həm­
çinin təsvirçilik sənətində  dolğun,  psixi  inkişaf imkanlarını mə­
nimsəməlidir.
Hazırkı  dərslikdə,  uşaqlarda  yaradıcılığın  inkişafı  və  təs­
virçilik  sənətinin  təlimi  zamanı  tətbiq  edilən  iş  metodları,  təlim 
məsələlərinin mənimsodilmosi yolları göstərilir.
Kitabda  məktəbəqədər  təhsil  sistemində  çalışan  ixtisasçı 
tədqiqatçıların apardıqları araşdırmalar nəticəsində gəldikləri nə­
ticələr,  uşaqlarda təsvirçilik sənətinin  inkişafı, tərbiyəçinin məq­
sədyönlü  rəhbərliyi  sayəsində  miivvəlTəqiyətli  həlli  yolları  ay­
dınlaşdırılır.  Belə  rəhbərlik  yalnız  o  zanıaıı  mümkündür  ki, 
tərbiyəçi  özü təsvirçilik sənətinin  bilik və  bacarığına yiyələnmiş 
və incəsənət sahəsində müəyyən hazırlığı olmuş olsun.
Məktəbəqədər  uşaqların  təsvirçilik  sənəti  bədii  fəaliyyətin 
bir növü kimi  emosional yaradıcı xarakter daşıyır.  Ətraf mühitin 
emosional,  obrazlı  qavranılması  üçün  uşaq  təffəkür  və  təsəvvü­
rün  obrazlı  inkişafını,  həmçinin  bədii  həllini  verməklə  təsvirin 
yaranma üsullarını mənimsəməlidir.
Dərslikdə uşaq bağçasında keçirilən rəsm, yapma,  applika- 
siya məşğələlərinə aid bütün suallara ətraflı cavablar açıqlanır.
Uşaqlarda  təsviri  yaradıcılığın  inkişafı,  təlim  prosesinin 
istiqamətləri  haqqında  fikirlər  bütünlüklə  bu  dərslikdə  həllini 
tapır.
Uşaqlara təklif olunan hər tapşırıq,  onları potensial yaradı­
cı  imkanın  inkişafına  yönəldir.  Məşğələdə  uşağın  müsbət  emo­
sional  münasibəti  onun  yaradıcılığının  inkişafı  üçün  mütləq 
əsasdır.  Gələcəyin  tərbiyəçisi  bunu  heç  vaxt  unutmamalı  və 
uşaqlarda baş verən bu prosesə ciddi yanaşaraq,  uşağın yaradıcı­
lığını fəal surətdə istiqamətləndirməlidir.
Tərbiyəçinin  rəhbərliyi  altında,  uşağın  yaradıcılığı  daha 
yeni  xüsusiyyətlər əldə  edir.  Bu  zaman,  tədbiq  edilən  inkişafet- 
4


Təsvın sənət və onun tədrisi metodikası
dirici,  fəallaşdırıcı  tol im  üsullarının  əhəmiyyəti  daha  höyükdür. 
Tərbiyəçi uşağın marağım nəzərə  almalı və elə mövzular seçmə­
lidir ki,  hər uşaqda verilmiş  tapşırığa  müsbət emosional  münasi­
bət yaransın və nəticədə uşaq yaradıcılığı olsun.
Dərslik,  üç  hissədən  ibarətdir.  Yeni  standartlara  uyğun 
proqram əsasında tərtib edilmişdir.  Mövzu ilə əlaqədar,  qabaqcıl 
bağçalarda aparılmış axtarışların nəticəsi təqdim edilmişdir.
Dərslik nəzəri və təcrübi hissədən ibarətdir.
Nəzəri hissədə:
❖   «Tosviri incəsənətin yaranma tarixi. növləri»;
❖   «Təsviri incəsənət təliminin pedaqoji əsasları»;
❖   «Uşaq bağçasında yaradıcı təsviri sənətin təliıni» təşkil edir.
Təcrübi hissədə:
❖  Təsviri sənət üzrə uşaq bağçasında keçirilən nümunə və 
icmallar verilmişdir.
S.Atayev
5


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə