M ir Cəlal -1 mir Cəlalın dilçilik görüşləri Buludxan Xəlilov



Yüklə 92,38 Kb.

tarix19.07.2018
ölçüsü92,38 Kb.
növüYazı


M ir Cəlal -1 0 0

Mir Cəlalın dilçilik görüşləri

Buludxan Xəlilov

Azərbaycan Dövlət Pedaqoji  Universitetinin 

professoru,  filologiya elmləri  doktoru

Ferdinand de  Sössür yazırdı:“...  Biz nitq  fəaliyyətindən  ibarət ümumi  hadisə 

daxilində  hər  şeydən  əvvəl  onu  təşkil  edən  iki  hissəni  (facteur)  ayırdıq:  dil  və 

nitq.  Dil  bizim  üçün  -  dil  fəaliyyəti  çıxaq  nitqdir.  O,  dil  vərdişlərinin  elə  yeku­

nudur  ki,  bir  insanın  başqasını  anlamasına  və  onun  tərəfindən  anlaşılmasına 

imkan  verir”.  Bu  mənada  Azərbaycan  dili  anlamaq  və  anlaşılmaq  imkanına 

qadir  olan  dildir.  Azərbaycan  dili  bu  dildə  danışmaq,  yazmaq  istəyən  hər  bir 

kəsə  lazımdır.  Danışan  və  yazan  kollektivin  tələbatını  ödəyən  Azərbaycan  dili 

yaşamağa  qadirdir.  Onun  potensialı,  enerjisi,  gücü və müqaviməti,  sosial  təbiəti 

-  bütün bunların hamısı daxili xüsusiyyətlərindən biridir, əsasıdır.*

Azərbaycan dili zaman və məkan daxilində mövcud olan, zaman və məkanın 

iradəsinə,  təsirinə  öz  mövqeyini  nümayiş  etdirən  dildir.  Dilimizi  zaman  və 

məkan  ölçüsündə  götürüb  təhlil  etsək,  görərik  ki,  zamanın  və  məkanın  sosial 

qüvvələrinin  təsiri  nə  qədər gerçəkdirsə,  Azərbaycan  dilinin  ona  müqaviməti  də 

bir o qədər realdır.  Daxili xüsusiyyətləri zəngin  olan dil heç zaman öz azadlığını 

itirmir, zamanın və məkanın sosial qüvvələrinə imkan vermir ki,  onun azadlığını 

əlindən alsın.  Nəticədə zaman da, məkan da imkan verir ki, danışıq dilindən də, 

şifahi ədəbi dildən də, yazılı ədəbi dildən də istifadə olunsun.  Belə olduqda dilin 

daxili  xüsusiyyətlərinə  stimul  verən  kəslərdən  biri  də  ziyalı  adlı  təbəqə  -  alim, 

şair,  yazıçı  ...  olur.  Bu  mənada  dilimizin  daxili  xüsusiyyətlərini  zənginləşdirən 

görkəmli  ziyalılarımızdan  biri  də  Mir  Cəlal  Paşayevdir.  Mir  Cəlal  Paşayev 

dilimizin  fəlsəfəsini,  qüdrətini,  ruhunu,  gözəlliyini,  müasir  dilimizin,  dastan­

larımızın,  nağıllarımızın  -   folklorumuzun,  klassik  ədəbiyyatımızın  xalqımızın

* 4 «Azərbaycan məktəbi» № 3

49



yaratdığı  xalq  dilinə  əsaslandığını  həm  ədəbiyyatşünas  kimi,  həm  də  yazıçı- 

pedaqoq  kimi  məharətlə  hərəkətə  gətirməyi  bacarmış,  hikmət  xəzinəsi  kimi 

yaşatmışdır.

Mir  Cəlal  Paşayev  dil  məsələsinə  alim  mövqeyini  klassikləri  tədqiq  etməklə 

başladı.  Füzulinin  yaradıcılığını  əsas  götürdü.  Və  onu  da  qeyd  etmək  lazımdır 

ki,  Füzuli yaradıcılığını obyekt kimi seçmək və onun həm də dil xüsusiyyətlərini 

tədqiq  etmək  təsadüfi  bir  münasibət  sayıla  bilməz.  Bunu  Mir  Cəlal  Paşayevin 

M.Füzuli  sənəti  barəsində  söylədiyi  fikir və mülahizələr də  təsdiq  edir.  O  yazır: 

“Belinski  sənətkarların  yaradıcılıq  ilhamını  təbiət  hadisələrilə  müqayisə  edərək 

bəzisini  şampanski  kimi  köpüklənən  qazlı  suya,  bəzisini  yaşıl  kənarlı  arxlardan 

gələrək  axan  duru  suya,  bəzisini  isə  kükrək  dalğalarla  aşıb-daşan  Niaqara 

şəlaləsinə,  bir  qismini  də  sahilləri  və  dibi  görünməyən,  yeri-göyü  əks  etdirən 

mühit dənizlərinə bənzədir ...

Füzulinin  sənəti,  şübhəsiz  ki,  axırıncılardandır.  Bu  böyük  şeir  dühasının 

əsərlərilə  dərindən  tanış  olanda  heyrət  bizi  götürür.  Biz  bu  nadir  və  qadir  şeir 

ustadının,  qəlblər  mühəndisinin,  “könül  mülkünün  sultanının”  hətta  ayrı-ayrı 

lirik əsərlərinə səcdə etməkdən özümüzü saxlaya bilmirik”.

Mir  Cəlal  Paşayev  Füzuli  haqqında  indiyə  qədər  yazılanları,  hətta  öz 

yazdığını da mükəmməl bir əsər saymaq fikrindən çox-çox uzaq olmuşdur.  Ona 

görə,  Füzuli  sənətinin  qüdrətini,  məziyyətlərini,  dilini,  fəlsəfəsini  təhlil  etmək 

ədəbiyyat,  sənət,  dil,  fəlsəfə  elmlərinin  qarşısında  durmaqda  və  həllini 

gözləməkdədir.  Odur ki,  Mir Cəlal  Füzuliyə,  məhz  Füzuli  sənətkarlığına,  onun 

bədii  dil  xüsusiyyətlərinə  xüsusi  diqqət  yetirmiş  və  1'958-ci  ildə  “Füzuli  sə­

nətkarlığı”  adlı  fundamental  bir  kitab  yazmışdır.  Mir  Cəlal  “  Füzuli  sənət­

karlığı”  kitabında  qeyd  edir:  “Füzulinin  “təkəllüm”  etdiyi  yerdə  nəinki  daş-di- 

var,  şəkillər,  surətlər  dilə  gəlir,  əksinə,  ən  mahir  və  qadir  natiqlər  də  susmalı 

olur.  Bəşər tarixi  insan  mənəviyyatının,  qəlbin  mürəkkəb,  zəngin,  əngin  və  rən­

gin həyatının bu dərəcə əyani, dürüst, zərif və tam bir şəkildə ifadəsini verən tək- 

tək sənətkarlar tanıyır ki,  “Füzuli bunların birincilərindəndir”.

Mir  Cəlalın  sözləri  ilə  desək,  “Füzuli  yalnız  Azərbaycan  xalqının,  yalnız  öz 

əsrinin  deyil,  bütün  bəşəriyyətin,  renessans  dövrünün,  böyük  sənətin  böyük 

oğludur” .

Mir  Cəlal  Füzulinin  bədii  dilini  həm  də  ona  görə  təhlil  edirdi  ki,  onun 

yaradıcılığına  yaxşı  bələd  idi.  Həm  də  Füzuli  özündən  əvvəlki  ədəbi  irsi  -  

Xaqaninin,  Nizaminin,  Nəsiminin,  Xətainin,  Həbibinin  yaradıcılığını  dərindən 

mənimsəmiş  və  yüksək  qiymətləndirmişdir.  Lirik  şeirimizin  atası  sayılan  Füzuli 

sözlərə,  ifadələrə tamam yeni məzmun və xarakter vermiş, ədəbiyyat tariximizdə 

yeni  məktəb  yaratmış,  ana  dilimizin  imkanlarını  nümayiş  etdirə  bilmişdir.  Mir 

Cəlal  Paşayevin  Füzuli  sənətkarlığını  təhlil  etmək  qabiliyyəti  cəsarətli  və 

olduqca  orijinal  bir  fikri  söyləməyə  gətirib  çıxarmışdır.  Həmin  fikir  belədir:  “ 

Füzulinin  böyüklüyü  bir də  orasındadır  ki,  o  öz  şeirlərində  XVI  əsrə  qədər  ana 

dilimizdə  yazan  şairlərin  bütün  yaxşı  təcrübələrini  hesaba  almış,  onu  böyük 

cürət  və  məharətlə  inkişaf  etdirmişdir.  Lirikanın  ən  qiymətli  nümunələrini

50



verməklə ədəbiyyat tariximizdə yeni, çox böyük və gözəl bir məktəb açmışdır.  ... 

Bu  məktəb  şeirimizin  bədii  keyfiyyətini  son  dərəcə  yüksək  bir  pilləyə 

qaldırmaqla qalmamışdır.  Bu məktəb  ana dilinin  bütün  gözəlliklərini,  imkan  və 

qüdrətini parlaq surətdə nümayiş etdirmişdir”.*

Füzuli  dövrünün  alimi,  şairi  kimi  həm 

də  Azərbaycan  dilinə  borcludur,  ona  görə 

ki,  o,  dilimizin  imkanlarından,  müxtəlif 

kombinasiyalarından,  daxili  təbiətindən, 

yaddaş  kodundan  mütləq  və  mütləq 

istifadə  etmişdir.  Onun  istifadə  etdiyi  söz 

də,  fikirlərini  söylədiyi  cümlə  də  işarədir. 

Bu  işarələr  içərisində  -  sözün,  fikrin, 

cümlənin  içərisində  Füzulinin  özü  yaşayır, 

onun  insan  “mən”i  nəfəs  alır.  Elmsiz  şeirə 

“əsası  yox  divar  kimi”  baxan,  şairlik 

iddiasında  olan  hər  bir  kəsdən  bilik,  dərin 

savad  tələb  edən,  bədii  əsərdəki  sözdə 

məna  gözəlliyi,  təsir  qüdrəti  axtaran, 

oxunması  və  yazılması  asan  olan  əsərləri 

bəyənən  Füzulinin  dilində  onun  istəyi, 

arzusu,  duyğu  və  düşüncəsi  simvollaşır. 

Yenə  də  deyirəm  ki,  bunun  hamısı  dilin 

təsiri  altında  müxtəlif  simvollara  çevrilir: 

bilik,  məlumat,  incəlik,  zəriflik,  xəlqilik, 

sadəlik,  hiss-həyəcan,  məzmun  və  forma 

vəhdəti  və  s.  simvollar.  Füzulinin  bədii 

dilinin  fəlsəfi  ruhu  simvollara  bağlı 

olmaqla  hər  hansı  bir  ideyanın  daşıyıcısıdır.  İdeyanın  da,  onu  simvollaşdıran 

fəlsəfi  ruhun  da  arxasında  Füzuli  dühası  -   onun  dilinin  sehri  dayanır.  Bax, 

budur  M.Füzulinin  bədii  dilinin  Mir  Cəlal  tərəfindən  tədqiqat  obyektinə 

çevrilməsinin sirri.

Amerika  dilçisi  U.Uitni  yazır  ki,  dil  həqiqi  mənada  işarələr  yığımıdır.  Bu 

işarələrin  köməyilə  insanlar  şüurlu  şəkildə  öz  fikirlərini  başqaları  üçün  ifadə 

edir:  bu ifadəetmə fikri başqalarına ötürmək üçündür.

Mir  Cəlal  yazır:  “Şairin  hər  sözü  qəlblər  fəth  edən  bir  pəhləvandır.  Elə  bir 

pəhləvan  ki,  heç  kəsə  azar-əziyyət  dəyməz.  Nə  vergi,  nə  məvacib  istər.  Sənət 

sözünün  həyat  və  qüvvətinə  nə  tufan,  nə  sel,  nə  ruzigar  təsir  edir.  Dünya  dur­

duqca  bu  qiymətli  sözlər  yaşayacaq,  yeni  əsrləri,  yeni  cəmiyyətləri,  yeni  insan­

ların  qəlbini  fəth  edəcəkdir”.  Yenə  də  Füzulinin  özü,  sözü,  bədii  dili  işarədir. 

Həmin  işarənin  öz  indeksi  vardır.  Bu  indeks  elə  Füzulinin  özüdür.  Burada  hər 

şey canlı, qabarıq, inandırıcıdır.

Füzuli  bədii  dilin  imkanlarından  istifadə  etməklə  bir  çox  mətləbləri 

aşkarlayır,  həyat  hadisələrini,  faktları,  tarixi  gerçəklikləri  və  həqiqəti  məhz  öz

Mir Cəlal 

1908-1978

*4

51




nəfəsi  ilə  qızdırır,  bununla  da  dil  və  stil  pərgarlığını  işə  salmaqla  yüksək  sənət 

əsəri  yaradır.  Füzuli  yaradıcılığının  texnikası  və  texnologiyası,  onun  biliyi, 

istedadı,  zəhməti,  hiss-həyəcanı,  oxucunu  fəth  etmək  qabiliyyəti  -   bütün 

bunların hamısı bədii bir üsul olaraq bədii dilin ifadə imkanlarına borcludur.

Mir  Cəlal  Məhəmməd  Füzulini  Azərbaycan  ədəbiyyatında  lirikanın,  doğma 

ana  dilində  yaranmış  əsl  lirik  şeirin  böyük  banisi  və  ölməz  dahisi  sayırdı.  O 

yazırdı:  “Azərbaycan dili anlaşılan elə bir ölkə yoxdur ki,  orada Füzuli qəzəlləri 

bu  saat  da  sevilməsin,  oxunmasın,  bu  saat  da  dinlənməsin.  Hətta  savadsız 

kəndlilər,  biçin  biçib  yorulanda  əlini  qulağına  qoyub  həsrətlə  “şəbi  -  hicran” 

oxuyur,  ürəklərinə  sərin  su  səpilmiş  kimi  yorğunluğu  unudurlar”.  Mir  Cəlal 

Füzuli  çətin  dildə  yazmışdır  fikrini  söyləyənlərə  qarşı  məntiqli  və  tutarlı  cavab 

verir,  o dövrün dil və ədəbi ənənələrinə,  Füzulinin özünün alim,  şair səviyyəsinə, 

onun  şeirlərində  xalqın  ruhunun  yaşamasına  dəlillər  və  sübutlar  gətirməklə 

təhlil  verir.  Onun  fikrincə,  “şairin  (Füzulinin  -   B.X.)  dil  və  üslub 

xüsusiyyətlərinə  diqqət  yetirdikdə  bu  iddianın  (Füzuli  çətin  dildə  yazmışdır  -  

B.X.) əsassızlığı aydın olur.

Füzuli  dövründə  Azərbaycan  dilində  şeir  yazmaq  olduqca  çətin  sayılırdı:  a) 

ərəb  və  fars  dillərində minlərlə  şeir yazıldığı  halda,  Azərbaycan  dilində yazmaq 

o  vaxt  gerilik,  avamlıq,  eyib  hesab  olunurdu;  b)  ərəb  və  fars  dillərində  şeir 

yazmaq  o  vaxt  asan  olmuşdur,  ona  görə  də,  bu  dillərdə  qəlib  halında  ifadələr, 

ibarələr  işi  daha  da  asanlaşdırmışdır.  Ancaq  bunlara  baxmayaraq,  Füzuli  həm 

Azərbaycan  dilində,  həm  də  ərəb,  fars  dillərində  əsərlər yaratmışdır.  O öz məq­

sədinə  nail  olmaq  üçün  onun  yaşadığı  dövrə  qədər  mövcud  olmuş  hazır 

qəlibləri,  ölçüləri  dağıtmış,  yeni  qəliblər,  ölçülər yaratmışdır.  M.  Füzuli  bu  işdə 

ana dilində sözlərin, ifadələrin qəlibçisi, qəlibtökəni rolunda çıxış etmiş, qəlizləş­

miş  qəliblərdən  uzaqlaşmışdır.  Ana  dilimizin  təbiətinə  uyğun  qəliblər  yarat­

maqla  özündən  sonra  gələn  şairlərin  söykənəcəyi,  istinad  yeri,  ilk  qəlibçisi  -  

tökməçisi  nüfuzunda  olmuşdur.  O,  bunu Azərbaycan  dilinə  olan  məhəbbətinin, 

istəyinin  sayəsində  həll  edə  bilmişdir.  Füzuliyə  qədər  ana  dilində  ara-sıra  ya­

zılmış  şeirlər ilk  qaranquşlar olsa da,  təməli möhkəm deyildi,  ona  görə də  rəsmi 

dairələrin  nifrəti,  təcavüzü altında  əziyyət  çəkirdi.  Füzuli  ana  dilimizin  yaxasını 

bu  əziyyət  və  əzabdan  qurtardı.  İstedadı  və  doğma  ana  dilinə  olan  məhəbbəti 

onu Nizami, Nəsimi, Həbibi və digər istedadlardan fərqləndirdi.  Və o yazdı:

01 səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,

Nəzmi - nazik türk ləfzilə ikən düşvar olur.

Ləhceyi - türki qəbuli -  nəzm tərkib eyləsə,

Əksərən əlfazi namərbutü nahəmvar olur.

Məndə tovfıq olsa, bu dişvari asan eylərəm,

Novbahar olğac dikəndən bərgi - gül izhar olur.

Mir  Cəlal  Paşayev  dilimizin  ruhuna  və  təbiətinə  dərindən  bələd  olan  bir 

alim  olmaqla 

Füzulinin  bədii  dilində  bir  sıra  xüsusiyyətləri  qəlbi,  yüksək  bir 

formada  tapır,  qəlboxşayan  izahını  verirdi:  “Füzuli  şeirində  ərəb  və  fars

52



kəlmələrinin  bolluğuna  baxmayaraq  dil  öz  quruluşu,  sistemi,  bədiiliyi,  səlisliyi 

etibarilə  anlaşıqlı  və  sadədir.  Dilin  təbiəti  hər  yerdə  qorunur.  Hətta  elə  sadə 

yerlər  var  ki,  Azərbaycan  dilini  bilən  hər  kəs  tamamilə  başa  düşər”.  Mir  Cəlal 

burada  ərəb  və  fars  kəlmələrinin  mətndə  asan,  aydın  işlənməsini,  öz  yerini  düz 

tapmasını,  Füzuli  şeirində  xalq  ruhuna  yaxınlığı,  daha  çox  xalq  dilinə 

əsaslanmağı,  atalar  sözlərindən,  xalq  məsəllərindən  istifadəni,  xalqın  həyat  və 

məişətinə  aid  olan  sözlərdən  ədəbi  dildə  ilk  dəfə  istifadə  olunmasını  konkret 

misallarla  izah  edərək  dilçilər  qarşısında  hələ  də  öyrənilməmiş  məsələlərin 

öyrənilməsini  mühüm  vəzifə  kimi  qaldırır.  Bizcə,  1996-cı  ildə 

“M aarif’ 

nəşriyyatında  çapdan  çıxmış  Musa  Adilovun  “Məhəmməd  Füzulinin  üslubu və 

poetik  dili”  adlı  fundamental  monoqrafiyası  həmin  vəzifənin  tələbi  əsasında 

obyektiv olaraq  meydana çıxmışdır.  Bu kitabda tədqiq  olunan məsələlər vaxtilə 

Mir  Cəlal  müəllimin  Füzulinin  bədii  dil  xüsusiyyətlərinin  hansı  məqamlarına 

diqqət  yetirməyin  vacib  olduğunu  bir  daha  təsdiq  edir.  “Məhəmməd  Füzulinin 

üslubu  və  poetik  dili”  adlı  kitabda  Füzuli  üslubunu  səciyyələndirən  başlıca 

xüsusiyyətlər,  ustad  sənətkarın  poeziyasının  dil  baxımından  sirləri,  Füzuli 

irsinin  fonetik,  morfoloji,  sintaktik,  semantik,  leksikoloji,  poetik  keyfiyyətləri 

tədqiq  olunur  ki,  məhz  bunları  öyrənmək,  araşdırmaq  Mir  Cəlal  müəllimin 

dilçilərə  verdiyi  əsas  istiqamətlərdən  sayılmalıdır.  Mir  Cəlalın  vaxtilə  söylədiyi 

“...  Füzulinin  şeir  dilinin  ilk  ehtiyat  mənbəyi  canlı  xalq  dilidir.  ... 

Ədəbiyyatımızda Füzuli qədər zəngin söz ehtiyatına malik ikinci bir şairin adını 

çəkmək  çətindir”  fikri  sonralar  Musa Adilovun  araşdırmalarının  nəticəsində də 

başqa  bir  formada  deyilir:  “Bir  Amerika  psixoloqunun  mülahizəsincə,  hər  kəs 

müəyyən  cəhətdən,  bütün  başqa  adamlar  kimidir,  bəzi  başqa  adamlar  kimidir, 

heç kəs kimi deyil, yalnız özü kimidir.  Bu mülahizəni dəyişdirib belə demək olar: 

Füzuli  dili  bütünlükdə  Azərbaycan  dilidir,  bu  dil  klassik  poeziya  dilidir  və  heç 

kimin  deyil,  yalnız  Füzulinin  fərdi  dilidir  (üslubudur).  Mir  Cəlal  Füzulinin  dil 

və  üslub  xüsusiyyətlərini  araşdırmaqla  sözlərin,  ifadələrin  izahına  aydınlıq 

gətirməklə,  bədii  sifətlərin  -   epitetlərin  şairin  bədii  təfəkkür  qüdrətini  üzə 

çıxarmasında  oynadığı  rolu  konkret  misallarla  izah  etməklə,  mükəmməl 

təşbihlər sistemini  bədii zərurət kimi  təqdim etməklə,  silsilə və  təzadlı  təşbihlərə 

misal  gətirməklə,  məcazlar  sisteminin  misraların  ovqatına  gətirdiyi  əhvali  -  

ruhiyyəni  göstərməklə,  ağıla  sığmayan  mübaliğələrin  bədii  təsir  gücünü 

açmaqla,  hikmətli  sözlərin  -   aforizmlərin  zəngin  olması  səbəbinin  ancaq  və 

ancaq  Füzuli  dühası  ilə  bağlılığını  göstərməklə  bir  daha  dil,  üslub  və  poetika 

məsələlərinə  əhəmiyyət  verməyin  rolunu  dilçilərin  diqqətinə  yönəltmişdir.  Mir 

Cəlal  Füzuli  şeirlərinin  simasında  Azərbaycan  dilinin  qüdrətli,  ahəngdar, 

mənalı,  varlı  dil  olduğunu  nəzərə  alaraq  dilçilərimizin  tədqiqat  işləri 

aparmalarını  onların  nəzərinə  çatdırmışdır.  O,  M.Füzuliyə  qədər  poetik 

düşüncəmizə  Şərq  poetikasının,  sonrakı  dövrlərdə  və  hal-hazırda  isə  Avropa 

poetikasının hakim kəsilməsinin səbəblərini həm də dildə, üslubda axtarır, məhz 

poetik  dilin  texnikası  və  texnologiyası  ilə  bədii  düşüncəmizin  yaddaş  kodlarına 

körpü  salırdı.  Təsadüfi deyildir ki,  düz  38  il sonra  Mir Cəlalın  Füzuli üslubu ilə 

bağlı  dediklərini  başqa  bir  formada,  əslində  mahiyyət  və  məzmunu  qorumaq

53



şərtilə  (lakin  Füzuli  üslubunun  çeşidlərini  geniş  və  əhatəli  tədqiq  edən)  Musa 

Adilov  yazırdı: 

Bu  vaxta  qədər,  məsələn,  Məhəmməd  Füzulinin  (digər

görkəmli  klassiklərimizin)  dil  və  üslub  xüsusiyyətlərinin  araşdırılmamasma 

səbəb  XVI  əsrdə  Şərq,  hazırda  isə  Avropa  poetikasının  (anlayışlarının, 

terminlərinin, görüşlərinin) təfəkkürümüzdə hakim olmasıdır.

...  Onun  (Füzulinin -  B.X.) üslubi-poetik xüsusiyyətləri bir vəhdət təşkil edir 

və  vəhdətdə  də  araşdırılmalıdır.  Nəzərə  alınmalıdır  ki,  klassik  türk  şeirinin 

poetikası  yazılmamışdır.  Ərəb  və  fars  şeirinə  məxsus  terminlər  və  terminoloji 

sistemlərlə də  kifayətlənmək  mümkün  deyildir”.  Əslində  Mir  Cəlalın  M.Füzuli­

nin  dil  və  üslub  xüsusiyyətlərinin  öyrənilməsi  kontekstində  tələbi  həm  də 

Azərbaycan dilinin üslubi-poetik xüsusiyyətlərini,  bu dilin poetikasını yazmağın 

vacibliyini  dilçilik  görüşləri  kimi  təqdim  edirdi.  Məhz  Mir  Cəlalın  M.Füzulinin 

yaradıcılığı  əsasında  bədii  dil  xüsusiyyətlərini  tədqiq  etməsi  onun  dilçilik 

görüşünün mühüm mərhələsi kimi xarakterizə oluna bilər.

Mir  Cəlal  Azərbaycanda  ədəbi  məktəblərin  (1905-1917)  ideya-estetik 

platformasını,  ədəbi  metod  və üslub  özünəməxsusluğunu  təhlil  edərkən  həm  də 

M.Ə.Sabir satirasının yüz minlərlə oxucu kütləsini dalınca aparmasının səbəbini 

hamıya  aydın  olan  söz  və  ifadələri  işlətməsi,  onları  şeir  dilinə  gətirməsi  ilə 

bağlamışdır.  Sabirin  danışıq  dilini  şeir  dilinə  gətirməsini  ədəbiyyatda  böyük  bir 

kəşf  hesab  etmişdir.  Bununla  da  M.Ə.Sabir  yüz  minlərlə  insanla,  geniş  xalq 

kütləsi  ilə  danışmaq  imkanını  əldə  etmişdir.  Mir  Cəlal  müəllim  M.Ə.Sabirin 

qəliz  ifadələrdən  uzaqlaşmasını  əsas  götürərək  yazırdı:  “  Sabir  şeirindəki  dil 

sadəliyi,  ifadə  təbiiliyi  heç  vaxt  məzmun  dayazlığından  irəli  gəlmir.  Əksinə, 

ideyanın  ümumxalq  ideyası  olmasından,  fikrin  yüz  minlərlə  camaata  doğma 

olmasından  irəli  gəlir.  Sabir  bədii  dil  sadəliyini  ayrı-ayrı  sözlərlə  vermir.  Onun 

ifadə xüsusiyyəti, üslubu, şeir dili belədir:

Nə soxulmusan araya, a başı bəlalı fəhlə?

Nə xəyal ilə olubsan belə iddialı, fəhlə!?

Buradakı söz, ifadə və tərkiblərin hamısı canlı xalq dilindən alınmışdır.”

Mir  Cəlala  görə,  M.Ə.Sabir  şeirimizdə  olduğu  kimi,  bədii  dilimizdə  də 

inqilab  yaratmışdır.  O,  el  dilini,  canlı  danışıq  dilini  gözəl  bildiyinə,  klassik 

ədəbiyyata  və  ərəb,  fars  dillərinə  mükəmməl  bələd  olduğuna  görə  zəngin  söz 

ehtiyatına malik olmuşdur.

Mir  Cəlal  Sabir  şeirlərinin  cazibədarlığım,  canlı  və  şirin  olmasını,  oxucuya 

doğmalığım  onun  dilinin  təbiəti  ilə  əlaqələndirir.  Onun  dilinin  təbiətinin  canlı 

danışıq  ifadələrindən  ruh  aldığı  say-seçmə  misallarla  təsdiq  olunur:  Söylə 

görüm,  evlənim  evlənməyim?  ;  Köhnə  müsəlmanəm  a  şirvanlılar!  ;  Daş  qəlbli 

insanları neylərdin, ilahi!; Harda müsəlman görürəm, qorxuram ; Fələ, özünü sən 

də bir insanmı sanırsan? və s.

Bu  işıqlı  insanın,  görkəmli  alimin  dilçilik  görüşlərinin  xarakterik  mərhələsi 

1963-cü  ildə  həmmüəlliflərlə  birgə  Universitetin  və  Pedaqoji  İnstitutların 

tələbələri  üçün  yazdığı  “  Ədəbiyyatşünaslığın  əsasları  ”  dərsliyi  ilə  başlayır.  O,

54



burada  bədii  dil  məsələsinə  elmi  izah  verir.  Bədii  dilə  xas  olan  xüsusiyyətləri, 

spesifik  cəhətləri  göstərir.  Bədii  dil  ilə  ümumxalq,  eləcə  də  canlı  və  ədəbi  dil 

(mətbuat  dili  )  arasındakı  fərqi  dürüst  dərk  etmək  üçün  ciddi  prinsiplər  irəli 

sürür.  Beləliklə,  Mir Cəlal artıq bir ədəbi simanın dilini, üslubunu deyil,  konkret 

bir  ədəbi  dilin -  Azərbaycan  ədəbi  dilinin  əlamət və  xüsusiyyətlərinə  əhəmiyyət 

verir.  Bədii  dil  barəsində  yazır:  “Bədii  dil  bədii  əsərlərin  dilidir.  Həyatı,  varlığı 

şairanə,  bədii  bir  şəkildə,  lövhələr  vasitəsilə  əks  etdirən  sənət  əsərlərinin  dili 

bədii dildir.  Bu dil,  əlbət ki, ümumxalq dilindən kənar,  əlahiddə bir dil deyildir. 

Canlı  danışıq  dili,  ədəbi  dil,  bədii  dil  -  hamısı  ümumxalq  dilinin  ayrı-ayrı 

şaxələri, məcraları, mənbələridir ” .

Mir Cəlalın fikrincə, Nizaminin:

“Sözün də su kimi lətafəti var,

Hər sözü az demək daha xoş olar.”

Füzulinin:

“ Artıran söz qədrini sidqilə qədrin artırar,

Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz.

Gər çox istərsən,  Füzuli, izzətin, az et sözü 

Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz.”

misralarında deyilənləri gözləməyən bir əsərin dilinə bədii dil demək çətindir.

Mir  Cəlal  bədii  dilə  verilən  tələbləri  ələmək  prinsipi  ilə  yerinə  yetirir,  bədii 

əsərin  dili  ilə  bağlı  aşağıdakı  xarakterik  cəhətlərə,  xüsusiyyətlərə  əhəmiyyət 

verir:


a)  bədii  dildə  sözlər  iki mənada  işlənir:  müstəqim  (əsl)  və məcazi  (köçürmə). 

Sözlərin müstəqim  işlənməsində onun məna və məzmununa,  musiqisinə,  ahəng­

darlığına,  tələffüz  gözəlliyinə,  yığcamlığına,  bitkinliyinə,  fikir  dolğunluğuna 

diqqət yetirmək lazım gəlir;

b)  alınma  sözlərin  dildə  işlədilməsi  müəyyən  qayda-qanunla  bağlı  olur  və 

burada ana dilində olmayan sözləri başqa dillərdən alıb işlətmək məqbuldur;

c)  elmin,  texnikanın  inkişafı  ilə  bağlı  gələn  yeni  sözləri,  şair  və  yazıçıların 

icad etdikləri, yaratdıqları kəlmələri bədii əsərlərdə işlətmək məqbuldur;

ç)  arxaikləşmiş  sözləri  bədii  dilə  gətirmək  olmaz,  ancaq  müəyyən  tiplərin, 

qəhrəmanların,  eləcə  də  qədimdən  yazılan  əsərlərin  dilində  məhdud  şəkildə 

işlətmək olar;

d) vulqarizmləri, jarqonizmləri sistem halında bədii əsərə gətirmək səhv olar;

e)  provinsializm  (məhəlçilik),  dialektizm  (ləhcəçilik)  ayrı-ayrı  personajların 

dilində  istifadə  edilməsi  mümkün  olsa  da,  şairin  və  ədibin  öz  dilində  işlətməsi 

qüsurludur;

ə)  metaforanın  (istiarənin),  simvolun,  alleqoriyanın  (təşxisin),  kinayənin, 

mübaliğənin,  litotamn, metonimiyanm,  sineqdoxanm -  bütün bunların hansının 

bədii  əsərdə  güclü  və  təsirli  rol  oynaması  barədə  qəti  hökm  vermək  çətindir.

55



Burada  yaradıcı  şəxsin  öz  biliyi,  təsvir etdiyi hadisə barəsində zəngin  məlumatı, 

sənətkarlığı, təcrübəsi böyük rol oynayır.

Beləliklə,  Mir  Cəlal  bədii  dilə  verilən  tələbləri  və  prinsipləri  dəqiq  göstərir, 

şairləri,  yazıçıları  bədii  dilin  qayda-qanunlarına  əməl  etmələrinə  səfərbər  edir, 

bu  işin  nə  qədər  məsuliyyətli  olduğunu  onlara  anlatmağa  və  təlqin  etməyə 

çalışır.  Bunu o kəslər edə bilər ki,  onlar təkcə ədəbiyyat nəzəriyyəsini,  ədəbiyyat 

tarixini,  ədəbi  tənqidi bilməklə kifayətlənməsin,  həm də dili -  doğma  ana dilini, 

onun  ruhunu,  təbiətini  dərindən  bilsin,  böyük  pedaqoji  təcrübəyə,  zəngin  elmi- 

pedaqoji  həyat  yoluna,  nəcib  keyfiyyətlərə  qadir  olsun.  Bunların  hər  biri  Mir 

Cəlalın  atributları  olmaqla  onun  müasirlərinin  və  xələflərinin  qəlbinə  öz 

möhrünü vurmuşdur.

Qeyd  etmək  yerinə düşərdi  ki,  vaxtilə Cəlil  Məmmədquluzadənin  publisistik 

üslubda  yazdığı:  “Bəzi  vaxt  otururam  və  papağımı  qabağıma  qoyub  fikrə 

gedirəm,  xəyala  cumuram,  özümdən  soruşuram  ki,  mənim  anam  kimdir?  ...  öz- 

özümə  cavab  verirəm  ki,  mənim  anam  rəhmətlik  Zəhrəbanu  bacı  idi.  Dilim  nə 

dilidir!  Azərbaycan  dilidir.  Yəni  vətənim  haradır?  Azərbaycan  vilayətidir”  fikri 

Mir  Cəlalın  elmi-bədii  üslubunun  tələblərinə cavab  verən  prinsipdir,  ölçüdür,ən 

başlıcası, publisistik düşüncənin alim təfəkkürü ilə elmi düşüncəyə çevrilməsidir.

Mir Cəlal müəllimin dilçilik  görüşlərinin yüksək  zirvəsi  1973-cü ildə yazdığı 

“Klassiklər və müasirlər” kitabı ilə başlayır.  Bu kitabda Mir Cəlal müəllim klas­

siklərdən müasirlərə və müasirlərdən klassiklərə gedən yolun ədəbi yolçularına -  

ədəbiyyat  korifeylərinə  istiqamət  almaqla  yenə  də  ədəbi  dil,  bədii  dil  məsələ­

lərini  unutmamışdır.  Ədəbiyyat  nəzəriyyəsini,  ədəbiyyat  tarixini,  ədəbi  tənqidi, 

ümumilikdə ədəbiyyatşünaslığı dilçilik görüşləri ilə vəhdət halına salmışdır.

Mir  Cəlal  dilçilik  görüşlərinin  üçüncü  mərhələsində  klassiklərlə  müasirləri 

qarşılaşdırmaq  yolu  ilə  bədii  dilimizin  ayrı-ayrı  tarixi  dövrlərindəki  inkişaf 

xüsusiyyətlərinə,  quruluşuna,  sağlam  ənənələrinə,  orijinal  ədalarına,  eyni  za­

manda qeyri-təbii  ifadə formalarına,  dili və cümlələri  dolaşıq  olan  sənətkarların 

sadə,  aydın  dildə  yazmalarına  xüsusi  yer  ayırır,  onlardan  tələb  edir.  Bu  tələb- 

karlığm  içərisində  bədii  dilimizdən  düzgün  istifadə  edənlərin  təbliği  ilə  yanaşı, 

onun  imkanlarından yetərincə faydalanmayanların  (söhbət yazıçı  və şairlərdən 

gedir)  tənqidi  də  özünə  yer  tapır.  Bununla  da  Mir  Cəlal  dilçilik  görüşlərinin 

nüvəsini  ədəbi-bədii  dilin  təbliğindən  və  ondan  düzgün  istifadə  etməyənlərin 

tənqidindən  ibarət  sintez  üzərində  qurulan  notlara  bərkidir.  “Bədii  dilimiz 

haqqında”  məqaləsində  yazır:  “Biz  Molla  Nəsrəddin  stilinin  sadə,  aydın,  yığ­

cam,  bədii nəsr dilinin inkişafında hələ çox az iş görmüşük.  Pis mənada  tərcümə 

təsirləri,  süni  ibarələr  bir  sıra  yazıçılarımızın  dilində  hələ  də  vardır.  “Mən  qol 

çəkmişəm”  demək  əvəzinə,  “mənim  tərəfimdən  imzalanmışdır”  demək  kimi 

qeyri-təbii  ifadə  formaları  təəssüf ki,  bəzən  bədii  əsərlərdə  də  özünə  yer  tapır”. 

Mir  Cəlal  Ə.  Haqverdiyevin  “Şeyx  Şəban”  əsərindən  bir  parça  nümunə  gə­

tirərək  qeyd  edir  ki,  burada  (nümunə  gətirilən  parçada)  cümlələr  sadə  və  ay­

dındır,  yeknəsəqlik,  yoruculuq,  quruluq  yoxdur,  ifadələr su  kimi  axır,  əsər şirin 

oxunur  və  s.  Bununla  bərabər,  Mir  Cəlal  oxunuşu  çətin  olan  bədii  nümunələri 

də  diqqətdən  qaçırmır,  süni,  köntöy,  dumanlı  cümlələri  Əbülhəsənin  “Dünya

56



qopur”  əsərindən  misal  gətirərək 

bu  şəklə  düşən  dil  məzmunu  açmağa  yox, 

örtüb  dumanlatmağa  xidmət  edir”  fikrini  söyləyir.  Mir  Cəlal  klassiklərimizin 

maraqlı  dialoqları  bir  vasitə  kimi  istifadə  edərək  dil  sənətkarlığının  zəruri 

şərtinə çevirməsinə də əhəmiyyət verməyin vacibliyini Ə.  Haqverdiyevin  “Mirzə 

Səfər” hekayəsindən gətirdiyi aşağıdakı parça ilə təsdiq edir:

-  Mirzə, mənim kağızımı yaz, aparım.

-  Dayan, bu saat yazaram.

-  Bilirsiniz, mən Həsən ağanın qohumuyam!

-  Doğrudan Həsən ağanın qohumusan?

-  Doğrudan!

-  Sən Həzrət Abbas, Həsən ağanın qohumusan?

-  Həzrət Abbas haqqı, Həsən ağanın qohumuyam!

-  Deynən, sən öl!

-  Sən öl, Həsən ağanın adamıyam...

-  Elə isə gəl min mənim boynuma!Neyləyim, Həsən ağanın qohumusan!”

Burada  Mir  Cəlalın  tapıntısı  təkcə  dialoq,  yaxud  sənətkarın  oxucunu 

güldürməyi  deyil,  həm  də  sadə  və  aydın  bir  dillə  daxili,  psixoloji  gərginliyin 

yerində,  məqamında oxucuya çatdırılması  üslubunu üzə çıxarmasıdır.  Bu üslub 

da  yenə,  təbii  olaraq  dillə  bağlı  bir  məsələdir.  Mir  Cəlal  bu  işdə  də  yaxşı  nə 

varsa,  onu  öyrənməyi  vacib  bilirdi.  Ona  görə  də  çox  ustalıqla  yazırdı:  - 

“Sənətkarlığın 

başqa  məsələlərində  olduğu  kimi,  bu  məsələdə  də  biz 

klassiklərimizdən öyrənməliyik və özü də dərindən öyrənməliyik” .

Mir Cəlalın  dilçilik görüşləri  klassikləri  tədqiq etməklə başladı və müasirlərə 

doğru  zəngin  bir  yaradıcılıq  yolu  keçdi.  Nəticədə  özü  də  klassikləşdi,  həm  də 

müasirlərinin  əvəzolunmaz  müasiri  oldu.  Bütün  filoloqlar  -   ədəbiyyatşünaslar, 

dilçilər,  bütün  qələm  əhli -   şairlər,  yazıçılar,  bütün  ziyalılar  Mir  Cəlal  müəllimi 

özlərinin klassiki sayır, həm də onun müasiri kimi hesab edirlər.

İstifadə edilmiş ədəbiyyat

1.  Ferdinand de Sössür. Ümumi dilçilik kursu.  Bakı:  BDU-nun nəşri, 2003.

2.  Mir Cəlal.  Füzuli sənətkarlığı. ADU nəşriyyatı.  Bakı:  1958.

3.  Musa  Adilov.  Məhəmməd  Füzulinin  üslubu  və  poetik  dili.  “M aarif’ 

nəşriyyatı.  Bakı:  1996.

4.  Ədəbiyyatşünaslığın əsasları.  Bakı:  1963.

5.  Mir  Cəlal.  Klassiklər  və  müasirlər.  Azərbaycan  Dövlət  Nəşriyyatı.  Bakı: 

1973.


6.  Mir Cəlal. Azərbaycanda ədəbi məktəblər (1905-1917).  Bakı: 2004.

57



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə