M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə1/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
  1   2   3   4   5   6   7   8   9   ...   108


1



3


M Ü Ə L L İ F   V Ə   Ə S Ə R L Ə R İ   H A Q Q I N D A
Harun Yəhya imzasından istifadə edən müəllif Adnan Oktar 1956-cı ildə 
Ankarada  anadan  olub.  Orta  təhsilini  Ankarada  tamamlayıb.  Daha  sonra 
İstanbul Memar Sinan Universitetinin Gözəl Sənətlər fakültəsində və İstanbul 
Universitetinin Fəlsəfə fakültəsində təhsil alıb. 80-ci illərdən bəri imani, elmi və 
siyasi mövzularda bir çox əsər yazıb. Bununla yanaşı, müəllifin təkamülçülərin 
saxtakarlığını, iddialarının əsassızlığnı və darvinizmin qanlı ideologiyalarla 
olan qaranlıq əlaqələrini üzə çıxaran çox mühüm əsərləri var.
Harun Yəhyanın əsərləri təxminən 40.000 şəklin yer aldığı bütovlükdə 55.000 
səhifəlik bir külliyyatdır və bu külliyyat 63 müxtəlif dilə tərcümə edilmişdir.
Müəllifin imzası inkarçı düşüncəyə qarşı mübarizə aparan iki peyğəmbərin 
xatirəsinə  hörmətlə,  adlarını  yad  etmək  üçün  Harun  və  Yəhya  adlarından 
ibarətdir.  Yazıçı  tərəfindən  kitabların  cildində  Rəsulullahın  möhüründən 
istifadə  edilməsinin  simvolik  mənası  isə  kitabların  məzmunu  ilə  bağlıdır. 
Bu möhür Qurani-kərimin Allahın son kitabı və son sözü, Peyğəmbərimizin 
(s.ə.v.) də xatəmül-ənbiya (son peyğəmbər) olduğunu bildirir. Müəllif də dərc 
etdirdiyi bütün əsərlərində Quranı və Peyğəmbərin sünnəsini özünə rəhbər 
tutmuşdur.  Bu  yolla  inkarçı  ideologiyaların  bütün  təməl  iddialarını  tək-tək 
məhv  etməyi  və  dinə  qarşı  yönəldilən  etirazları  tamamilə  susduracaq  “son 
sözü” söyləməyi qarşısına məqsəd qoymuşdur. Böyük hikmət və kamal sahibi 
olan  Rəsulullahın  möhürü  bu  son  sözü  söyləmək  niyyətinin  bir  duası  kimi 
istifadə edilir.
Müəllifin  bütün  əsərlərindəki  ortaq  hədəf  Quranın  təbliğini  dünyaya 
çatdırmaqdır. Beləliklə, insanları Allahın varlığı, birliyi, axirət kimi əsas imani 
mövzular  üzərində  düşünməyə  sövq  etmək  və  inkarçı  sistemlərin  əsassız 
təməllərini və azğın fəaliyyətlərini nəzərə çatdırmaqdır.
Harun  Yəhyanın  əsərləri  Hindistandan  Amerikaya,  İngiltərədən 
İndoneziyaya,  Polşadan  Bosniya  və  Hersoqovinaya,  İspaniyadan  Braziliyaya, 
Malayziyadan  İtaliyaya,  Fransadan  Bolqarıstana  və 
Rusiyaya qədər dünyanın bir çox ölkəsində bəyənilərək 
oxunur. İngilis, fransız, alman, italyan, ispan, portuqal, 
urdu,  ərəb,  alban,  rus,  bosnyak,  uyğur,  indonez, 
malay, benqal, serb, bolqar, Çin, kişvahili (Tanzaniyada 
işlədilir),  hausa  (afrikada  geniş  işlədilir),  divelhi 
(Mavritaniyada işlədilir), danimarka və    isveç  kimi  bir 
çox dilə tərcümə edilən əsərlər xaricdə geniş oxucu kütləsi 
tərəfindən daima oxunur.
Dünyanın hər tərəfində çox bəyənilən bu 


əsərlər bir çox insanın iman gətirməsinə, bir çoxunun da imanının dərinləşməsinə 
vəsilə  olur.  Kitabları  oxuyan,  nəzərdən  keçirən  hər  bir  şəxs  bu  əsərlərdəki 
hikmətli, əsaslı, asan başa düşülən və səmimi üslubun, ağıllı və elmi yanaşmanın 
fərqinə varırlar. Bu əsərlər sürətlə təsir etmək, qəti nəticə vermək,  etirazlara yer 
qoymamaq, əsaslılıq kimi xüsusiyyətləri daşıyır. Bu əsərləri oxuyan və üzərində 
ciddi düşünən insanların, artıq materialist fəlsəfəni, ateizmi və digər batil fikir 
və fəlsəfələrin heç birini səmimi şəkildə müdafiə etməsi mümkün deyil. Bundan 
sonra müdafiə etsələr də, ancaq inadkarlıqla müdafiə edəcəklər, çünki ideoloji 
əsasları məhv edilmişdir. Dövrümüzdəki bütün inkarçı meyillər Harun Yəhya 
külliyyatı qarşısında fikrən məğlub olmuşlar.
Şübhəsiz, bu xüsusiyyətlər Quranın hikməti və izahının valehediciliyindən 
qaynaqlanır.  Müəllifin  özü  bu  əsərlərinə  görə  lovğalanmır,  yalnız  Allahın 
hidayətinə vəsilə olmağa niyyət etmişdir. Bundan başqa, bu əsərlərin nəşrində 
və yayımlanmasında maddi məqsəd güdmür.
Bu həqiqətlər nəzərə alındıqda insanların görmədiklərini görmələrini təmin 
edən, hidayətlərinə vəsilə olan bu əsərlərin oxunmasına sövq etməyin də çox 
mühüm xidmət olması məlum olur.
Bu  dəyərli  əsərləri  tanıtmağın  əvəzinə  insanların  ağlını  qarışdıran, 
fikri  qarışıqlıq  meydana  gətirən,  şübhə  və  tərəddüdləri  dağıtmaqda,  imanı 
qurtarmaqda  güclü  və  kəskin  təsiri  olmadığı  ümumi  təcrübədə  müəyyən 
edilən kitabları yaymaq isə əmək və zaman itkisinə səbəb olar. İmanı qurtarmaq 
məqsədindən daha çox müəllifin ədəbi gücünü vurğulamağa yönələn əsərlərdə 
bu təsirin  əldə edilə bilməyəcəyi məlumdur. Bu barədə şübhəsi olanlar varsa, 
Harun Yəhyanın əsərlərinin tək məqsədinin dinsizliyi məhv etmək və Quran 
əxlaqını  yaymaq  olduğunu,  bu  xidmətdəki  təsir,  uğur  və  səmimiyyətin  açıq 
şəkildə göründüyünü oxucuların ümumi qənaətindən anlaya bilərlər.
Dünyadakı zülm və qarışıqlığın, müsəlmanların çəkdiyi əziyyətlərin əsas 
səbəbinin dinsizliyin ideoloji hakimiyyətidir. Bunlardan xilas olmağın yolu isə 
dinsizliyin fikrən məğlub edilməsi, iman həqiqətlərinin ortaya qoyulması və 
Quran əxlaqının insanların qavrayıb yaşaya biləcəyi şəkildə izah edilməsidir. 
Dünyanı gündən-günə daha çox zülm, fəsad və qarışıqlığa sürükləndiyi nəzərə 
alınarsa, bu xidmətin mümkün qədər sürətli və təsirli şəkildə edilməsinin çox 
mühüm olduğu məlum olar. Əks təqdirdə çox gec olar.
Bu  mühüm  xidmətdə  əsas  vəzifəni  öz  üzərinə  götürmüş  Harun  Yəhya 
külliyyatı Allahın izni ilə XXI əsrdə bəşəriyyəti Quranda tərif edilən rahatlıq və 
sülhə, doğruluq və ədalətə, gözəllik və xoşbəxtliyə aparmağa vəsilə olacaqdır.


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə