73523
MA QS UD HA C I Y E V
AZƏRBAYCAN TATLARININ
DİLİ
* * *
TATLARIN
TARİXİ-ETNOQRAFİK OÇERKİ
/
- W
f '
Azərbaycan Respublikası Prezidentinin
ir,ler idarəsi
PREZİDENT KİTABXANASI
ea
+ &
3
.
Ç (sPn&^Toa )+ £ b, y f r A v j
H н
Maqsud İbrahim oğlu Hacıyev.
AZƏRBAYCAN TATLARININ DİLİ.
TATLARIN TARİXİ-ETNOQRAFİK OÇERKİ.
-B a k ı: Mütərcim, 2 0 0 9 .- 548 səh.
Vətənimizdə yaşayan azsaylı xalqlardan biri olan Azərbaycan tatlarının
dilinə v ə
tarixi-etnoqrafik tədqiqlərinə həsr olunmuş kitab bu sahədə
Azəıbaycanda ilk tədqiqatçı olan müəllifin əvvəllər çap olunmuş üç
monoqrafiyasından ikisini əhatə edir - «Azərbaycan tatlannın dili» (1995) v ə
«Toy-düyiin xəzinəmizdən. Azərbaycan tatlarının tarixi-etnoqrafik oçer
kindən» (1995).
Kitab dilçilər, tarixçilər, etnoqraflar v ə ümumiyyətlə, tatlann problem
ləri, tarixi v ə dil əlaqələri ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.
j j 4702.060000
026
© M.Hacıyev, 1995
© Azərbaycan «Bilik» Maarifçilik Cəmiyyəti, 1995
© M.Hacıyev, 2009
© Mütərcim, 2009
Birinci kitab
AZƏRBAYCAN
TATLARININ DİLİ
(Fonetika, leksika, morfologiya, sin ta k sis)l
1 Azərbaycan Elmlər Akademiyasının İ.Nəsimi adma Dilçilik İnstitutunun Elmi
Şurasının 17.03.1995-ci il tarixli (protokol № 2) qəranna əsasən çap olunmuşdur.
Bax: Maqsub Hacıyev. Azərbaycan tatlannın dili (fonetika, leksika, morfologiya,
sintaksis). Bakı: Təfəkkür, 1995. 226 səh. Redaktor: professor Rəfiqə Mus
tafayeva.
4
BİRİNCİ KİTAB
BİR NEÇƏ SÖZ
Azərbaycan Respublikasında türkdilli azərbaycanlılarla yanaşı
ləzgilər, kürdlər, talışlar, tatlar və başqaları da yaşayırlar. Türkdilli
azərbaycanlılara nisbətən azlıq təşkil edən bu xalqlar müxtəlif dövr
lərdə dilçilərin, tarixçilərin, sənətşünasların diqqətini cəlb etmiş, on
ların dili, tarixi, etnoqrafiyası müəyyən dərəcədə tədqiq olunmuş
dur. Lakin əksər hallarda bu xalqların dilləri onların öz içindən çı
xan tədqiqatçılar tərəfindən deyil, başqa dil nümayəndələri tərəfin
dən və həm də epizodik şəkildə öyrənildiyindən müasir elmi tələblə
rə cavab vermir. Tədqiqat obyektlərinin mikrotəhlil səviyyəsində
öyrənildiyi indiki dövrdə Azərbaycanda mövcud olan müxtəlif dil
lərin də əsaslı şəkildə tədqiq edilməsi vacib bir məsələ kimi qarşıda
durur. Bu xüsusi elmi əhəmiyyət kəsb edir. Tat dilinin tədqiqi
linqvistik-fıloloji aspektdən əlavə, həm də Azərbaycan tarixinin
müxtəlif məsələlərinə aydınlıq gətirmək baxımından elmi maraq do
ğurur.
Azərbaycan Respublikasında tatlar kompakt halda Abşeronun
bir neçə məntəqəsində, Xızı, Siyəzən, Quba, Dəvəçi, Şamaxı və
İsmayıllı rayonlarının bir sıra kəndlərində yaşayırlar. Bu tat kəndli
lərinin bəzilərinin əhalisi indi əsasən Azərbaycan dilində danışsa da,
əksər hissəsi hələ də doğma dilini saxlayır, məişət və ailədə, bəzən,
hətta ictimai yığıncaqlarda belə tat dilində danışırlar.
1959-cu il siyahıyaalınmasına görə Azərbaycanda yaşayan
tatların sayı 5 min 900 nəfər, 1989-cu il statistik məlumatında isə 8
min nəfər1 göstərilmişdir ki, bu da, əlbəttə, həqiqətdən çox uzaq rə
qəmlərdir. Uzun tarixi dövr ərzində Azərbaycan türkləri ilə qayna
yıb-qarışan digər azsaylı xalqlarla yanaşı, tatlar da həxaməni və sa
sani padşahlarının, yunan imperatorlarının, ərəb xəlifələrinin, səlcuq
sultanlarının, monqol xanlarının, İran feodallarının işğalçı hücumla
rına məruz qalmış, bu hücumlara dözmüş, həm də müqavimət gös
1 Bax : «Правда» qəzeti. Yanvar, 1990.
AZƏRBAYCAN TATLARININ DİLİ
5
tərmiş, öz dilini, adət və ənənələrini əsirlərin keşməkeşlərindən qo
ruyub saxlamışlar. Hazırda Respublikamızın təsərrüfat, sənaye, təh
sil və elm ocaqlarında Azərbaycanda yaşayan digər xalqlarla yanaşı,
tatlar da çalışır, həyatın kədər və sevincini birgə yaşayırlar.
Azərbaycan dili tatlar üçün dövlət dili, ədəbi, məktəb, idarə
dilidir. Azərbaycan dilinin tat dilinin fonetika və qrammatikasına
müəyyən təsiri özünü göstərir. Tat dilinin lüğət tərkibinə Azərbay
can sözləri və Azərbaycan dili vasitəsilə başqa dillərə məxsus sözlər
daxil olmuşdur. Bu proses indi də davam etməkdədir.
Hazırda dünyada güclü demokratikləşmə hərəkatı gedir. Azər
baycan Respublikası suveren bir dövlət kimi demokratiyanın, insan
hüquqlarının prinsiplərinə əməl edərək müxtəlif dillərdə danışan
xalqların öz dilini, mədəniyyətini inkişaf etdirmək üçün hər cür im
kan yaratmışdır. Bu imkan və şərait Azərbaycan Respublikasında
yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azad
lıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət
yardımı haqqında prezidentin 16 sentyabr 1992-ci il fərm anı1 ilə
dövlət siyasəti statusu səviyyəsindədir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İstiqlal
gününə həsr olunmuş çıxışında (27 may 1994-cü il) Azərbaycanda
yaşayan xalqların hamısının eyni hüquqa malik olmasından bəhs et
miş, onların mədəni tərəqqisi üçün Azərbaycan hökumətinin hər şey
etdiyini göstərərək demişdir: ''Yeni Azərbaycanda demokratiya
prinsipləri bərqərar olmalı, hər yerdə insan azadlığı təmin olunma
lıdır. Dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın
bütün vətəndaşları eyni hüquqa malikdirlər və bu hüquqlar qorun-
malıdır’’
Respublikamızda yaşayan bütün xalqlar kimi, Azərbaycan tat
ları da bu hüquqlardan eyni dərəcədə bəhrələnirlər. Hökumətin de
mokratik siyasətinin nəticəsi olaraq Azərbaycanda mövcud olan
müxtəlif dillərin tədrisinə və tədqiqinə hazırda xüsusi fikir verilir,
hər cür şərait yaradılır. Azərbaycanda yaşayan tatların dilinin tədqi-
1 Bax: “Xalq qəzeti”, 18 sentyabr, 1992-ci il.
2 “Azərbaycan” qəzeti, 28 may, 1994-cü il.
Dostları ilə paylaş: |