Ma qs ud ha c I y e V



Yüklə 468,88 Kb.
Pdf görüntüsü
səhifə1/131
tarix24.12.2017
ölçüsü468,88 Kb.
#17648
  1   2   3   4   5   6   7   8   9   ...   131
17648

MA QS UD  HA C I Y E V
AZƏRBAYCAN TATLARININ
DİLİ
* * *
TATLARIN
TARİXİ-ETNOQRAFİK OÇERKİ
/
- W
f '
Azərbaycan  Respublikası  Prezidentinin 
ir,ler idarəsi
PREZİDENT KİTABXANASI


ea
  +  & 
3

Ç (sPn&^Toa )+  £ b,  y f r A v j
H  н
Maqsud  İbrahim oğlu Hacıyev.
AZƏRBAYCAN TATLARININ DİLİ.
TATLARIN TARİXİ-ETNOQRAFİK OÇERKİ.
-B a k ı:  Mütərcim,  2 0 0 9 .- 548 səh.
Vətənimizdə yaşayan azsaylı xalqlardan  biri olan  Azərbaycan tatlarının 
dilinə  v ə  
tarixi-etnoqrafik  tədqiqlərinə  həsr  olunmuş  kitab  bu  sahədə 
Azəıbaycanda  ilk  tədqiqatçı  olan  müəllifin  əvvəllər  çap  olunmuş  üç 
monoqrafiyasından  ikisini əhatə edir - «Azərbaycan tatlannın dili» (1995) v ə 
«Toy-düyiin  xəzinəmizdən.  Azərbaycan  tatlarının  tarixi-etnoqrafik  oçer­
kindən» (1995).
Kitab  dilçilər,  tarixçilər,  etnoqraflar v ə   ümumiyyətlə,  tatlann  problem­
ləri, tarixi v ə  dil əlaqələri ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.
j j  4702.060000 
026
© M.Hacıyev,  1995 
© Azərbaycan «Bilik» Maarifçilik Cəmiyyəti,  1995
© M.Hacıyev, 2009 
© Mütərcim, 2009
Birinci kitab
AZƏRBAYCAN 
TATLARININ  DİLİ
(Fonetika, leksika, morfologiya, sin ta k sis)l
1  Azərbaycan  Elmlər  Akademiyasının  İ.Nəsimi  adma  Dilçilik  İnstitutunun  Elmi 
Şurasının  17.03.1995-ci il tarixli  (protokol № 2) qəranna əsasən çap olunmuşdur. 
Bax:  Maqsub Hacıyev.  Azərbaycan tatlannın dili  (fonetika,  leksika,  morfologiya, 
sintaksis).  Bakı:  Təfəkkür,  1995.  226  səh.  Redaktor:  professor  Rəfiqə  Mus­
tafayeva.


4
BİRİNCİ KİTAB
BİR  NEÇƏ  SÖZ
Azərbaycan Respublikasında türkdilli  azərbaycanlılarla yanaşı 
ləzgilər,  kürdlər,  talışlar,  tatlar  və  başqaları  da  yaşayırlar.  Türkdilli 
azərbaycanlılara nisbətən azlıq təşkil  edən  bu xalqlar müxtəlif dövr­
lərdə dilçilərin,  tarixçilərin,  sənətşünasların diqqətini cəlb etmiş,  on­
ların  dili,  tarixi,  etnoqrafiyası  müəyyən  dərəcədə  tədqiq  olunmuş­
dur.  Lakin  əksər  hallarda  bu  xalqların  dilləri  onların  öz  içindən  çı­
xan  tədqiqatçılar  tərəfindən  deyil,  başqa  dil  nümayəndələri  tərəfin­
dən  və  həm də epizodik şəkildə öyrənildiyindən müasir elmi  tələblə­
rə  cavab  vermir.  Tədqiqat  obyektlərinin  mikrotəhlil  səviyyəsində 
öyrənildiyi  indiki  dövrdə  Azərbaycanda  mövcud  olan  müxtəlif dil­
lərin  də əsaslı  şəkildə  tədqiq edilməsi  vacib bir məsələ  kimi  qarşıda 
durur.  Bu  xüsusi  elmi  əhəmiyyət  kəsb  edir.  Tat  dilinin  tədqiqi 
linqvistik-fıloloji  aspektdən  əlavə,  həm  də  Azərbaycan  tarixinin 
müxtəlif məsələlərinə aydınlıq gətirmək baxımından  elmi  maraq do­
ğurur.
Azərbaycan  Respublikasında  tatlar kompakt halda Abşeronun 
bir  neçə  məntəqəsində,  Xızı,  Siyəzən,  Quba,  Dəvəçi,  Şamaxı  və 
İsmayıllı  rayonlarının  bir  sıra  kəndlərində  yaşayırlar.  Bu  tat  kəndli­
lərinin  bəzilərinin əhalisi indi  əsasən Azərbaycan dilində danışsa da, 
əksər hissəsi  hələ  də  doğma dilini  saxlayır,  məişət  və  ailədə,  bəzən, 
hətta ictimai yığıncaqlarda belə tat dilində danışırlar.
1959-cu  il  siyahıyaalınmasına  görə  Azərbaycanda  yaşayan 
tatların  sayı  5  min  900  nəfər,  1989-cu  il  statistik məlumatında isə  8 
min  nəfər1 göstərilmişdir ki,  bu  da,  əlbəttə,  həqiqətdən  çox  uzaq rə­
qəmlərdir.  Uzun  tarixi  dövr  ərzində  Azərbaycan  türkləri  ilə  qayna­
yıb-qarışan  digər azsaylı  xalqlarla  yanaşı,  tatlar da həxaməni  və  sa­
sani  padşahlarının,  yunan imperatorlarının,  ərəb xəlifələrinin,  səlcuq 
sultanlarının,  monqol  xanlarının,  İran  feodallarının  işğalçı  hücumla­
rına  məruz  qalmış,  bu  hücumlara  dözmüş,  həm  də  müqavimət  gös­
1 Bax  :  «Правда» qəzeti.  Yanvar,  1990.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
5
tərmiş,  öz  dilini,  adət  və  ənənələrini  əsirlərin  keşməkeşlərindən  qo­
ruyub  saxlamışlar.  Hazırda Respublikamızın  təsərrüfat,  sənaye,  təh­
sil  və elm ocaqlarında Azərbaycanda yaşayan digər xalqlarla yanaşı, 
tatlar da çalışır,  həyatın kədər və sevincini  birgə yaşayırlar.
Azərbaycan  dili  tatlar  üçün  dövlət  dili,  ədəbi,  məktəb,  idarə 
dilidir.  Azərbaycan  dilinin  tat  dilinin  fonetika  və  qrammatikasına 
müəyyən  təsiri  özünü  göstərir.  Tat  dilinin  lüğət  tərkibinə  Azərbay­
can sözləri  və Azərbaycan dili  vasitəsilə başqa dillərə məxsus sözlər 
daxil olmuşdur.  Bu proses indi  də davam etməkdədir.
Hazırda dünyada  güclü demokratikləşmə hərəkatı gedir.  Azər­
baycan  Respublikası  suveren  bir dövlət kimi  demokratiyanın,  insan 
hüquqlarının  prinsiplərinə  əməl  edərək  müxtəlif  dillərdə  danışan 
xalqların öz dilini,  mədəniyyətini  inkişaf etdirmək  üçün  hər cür im­
kan  yaratmışdır.  Bu  imkan  və  şərait  Azərbaycan  Respublikasında 
yaşayan  milli  azlıq,  azsaylı  xalq  və  etnik  qrupların  hüquq  və  azad­
lıqlarının  qorunması,  dil  və  mədəniyyətinin  inkişafı  üçün  dövlət 
yardımı  haqqında  prezidentin  16  sentyabr  1992-ci  il  fərm anı1  ilə 
dövlət siyasəti statusu səviyyəsindədir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İstiqlal 
gününə  həsr  olunmuş  çıxışında  (27  may  1994-cü  il)  Azərbaycanda 
yaşayan  xalqların  hamısının eyni  hüquqa malik olmasından  bəhs et­
miş, onların mədəni  tərəqqisi üçün Azərbaycan hökumətinin hər şey 
etdiyini  göstərərək  demişdir:  ''Yeni  Azərbaycanda  demokratiya 
prinsipləri bərqərar olmalı,  hər yerdə insan azadlığı  təmin  olunma­
lıdır.  Dinindən,  dilindən,  irqindən  asılı  olmayaraq  Azərbaycanın 
bütün  vətəndaşları  eyni  hüquqa  malikdirlər və  bu  hüquqlar qorun- 
malıdır’’
Respublikamızda yaşayan bütün  xalqlar kimi,  Azərbaycan  tat­
ları  da  bu  hüquqlardan  eyni  dərəcədə  bəhrələnirlər.  Hökumətin  de­
mokratik  siyasətinin  nəticəsi  olaraq  Azərbaycanda  mövcud  olan 
müxtəlif  dillərin  tədrisinə  və  tədqiqinə  hazırda  xüsusi  fikir  verilir, 
hər cür şərait  yaradılır.  Azərbaycanda yaşayan  tatların  dilinin  tədqi-
1 Bax:  “Xalq qəzeti”,  18 sentyabr,  1992-ci il.
2 “Azərbaycan” qəzeti, 28 may,  1994-cü  il.


Yüklə 468,88 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə