Magistr I kurs (Qədim Misir mədəniyyəti)



Yüklə 11,29 Kb.

tarix30.10.2018
ölçüsü11,29 Kb.

background image

 

HÜSEYNZADƏ İLAHƏ



Magistr I kurs (Qədim Misir mədəniyyəti)

 

Qədim  Misir  mədəniyyəti  təşəkkül  tapmış  ən  ilkin  mədəniyyət 



mərkəzlərindəndir.  Misirin  dövlət  kimi  formalaşması  b.e.ə.  IV  minillikdə 

başlamışdır. Artıq yeni minilliyin əvvəllərində Nil çayının şimal və cənubunda 40-

dan  artıq  şəhər  yaranmağa  başlayır.  Minilliyin  II  yarısında  iki  iri  dövlət  birliyi: 

mərkəzi  Buto olan  Şimali  (Aşağı)  şahlıq  və  Cənubi  (Yuxarı) şahlıq  mövcud  olur. 

Bir çox əsrlər ərzində Misir dövlətində insanlar müxtəlif allahlara sitayiş etmiş və 

dini  ayinlər  icra  etmişdir.  Misirlilərin  dini  təsəvvürlərinə  görə  insan  müxtəlif 

keyfiyyətlərə xasdır və bunlar belə adlandırılır – insan vücudu, - Sax, onun kölgəsi 

Şunt,  adı  Ren  və  s.  Bunların  içərisində  insanın  ruhu  olan  Ka  başlıca  yer 

tutur. Məhz Ka ölmüş cəsədə qovuşaraq insanın dirilməsinə kömək edir. Ölümdən 

sonrakı həyatın başlıca şərti, misirlilərə görə cəsədin saxlanması hesab edilirdi. Bu 

qayğı  mumiya  hazırlanması  sənətinin  təşəkkülü  üçün  başlıca  şərt  oldu.  Ölümdən 

sonrakı dövrdə insan bədəninin uzun müddət saxlanması üçün xüsusi sərdabələrin 

tikilməsi vacib hesab edildi. Misirlilər belə qənaətdə idilər ki, ölməz və incə ruhun 

yenidən əvvəlki, öz doğma yerinə – bədəninə gəlişi digər nəzərlərdən yayınmaq və 

qorunmaq üçün piramidalar daha əlverişlidir. 

Misirin  təsviri  və  monumental  sənəti  bütövlükdə  bu  ölkənin  mədəniyyətini 

əhatə  etmiş  oldu.  Əzəmətli  tikinti  sayılan  Xatşepsutun  xeyrat  məbədi  (Dey  əl-

Bəhridə) 200 heykəltəraşın sənətkarlığını təzahur etdirirdi. Misirlilər ehram, məbəd 

və  sarayların  qarşısında  sütunların  tikilişinə  xüsusi  fikir  verirdilər.  Ra  allahının 

şərəfinə  ucaldılan  və  yuxarı  hissəsi  mislə  örtülmüş  yüksək  daş  sütun 

belələrindəndir.  Belə  sütunlar  çox  vaxt  heroqliflərlə  də  bəzədilirdi.  Qədim  Misir 

təsviri sənəti parlaq və təmiz rəngləri ilə fərqlənirdi. Memarlıq tikililəri, sfinkslər, 

heykəllər, relyeflər xüsusi rənglərlə boyanırdı. Boyalar əsərlərə xüsusi ahəngdarlıq 

bəxş edirdi. Qədim Misir sənətkarları – rəssamlar, heykəltəraşlar, memarlar təbiət 

və  həyatı  incə  şəkildə  qavramağa  və  dərk  etməyə  qadir  idilər.  Məhz  buna  görə 

Misirdə dekorativ-tətbiqi sənət də yüksək səviyyəyə çatmışdır. Bu sənət sahəsinin 

əsas aparıcı nümunələri - alebastr, büllur, taxta və fil sümüyündən hazırlanmış istər 

məişət və  zərgərlik  abidələridir. Qablar, dolçalar,  qızıl qolbaq, sinə boyunbağıları 

və üzüklər ən bahalı və zəngin daş-qaşla bəzədilirdi. 

Misirin musiqi mədəniyyətinin tarixi dünyada daha qədimdir. Musiqi qədim 

misirlilərin  bütün  həyat  və  məişətini  –  dini  mərasimlərini,  kütləvi  bayramlarını 

müşayiət  edirdi.  Buraya  rəqs,  pantomima,  dramatik  səhnə  və  ədəbi  nümunələr 

daxil  idi.  Qədim  Misirdə  musiqi  «xi»  -  yəni  zövq,  ləzzət  alma  mənasında 

işlədilirdi.  Musiqi  həm  də  sirli,  tilsimli,  magik  xüsusiyyətlər  kəsb  etdiyindən 

musiqi alətləri tembrə görə deyil, məhz mistik əlamətlərinə görə seçilirdi. 

Dövrümüzə qədər gəlib çatmış ilk musqi mədəniyyəti abidələri təqribən e.ə 5-ci 

minilliyə aiddir. Qədim divar rəsmləri və sərdabələrin divarlarındakı barelyeflərlə 

müğənni və musiqiçilərin təsvir olunması musiqini məişətdə geniş



 

: kurs-isleri
kurs-isleri -> Mülkiyyət hüququ anlayışı öz mənbəyini Roma hüququndan götürmüşdür
kurs-isleri -> Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək
kurs-isleri -> İqtisadiyyat insanlar arasında məlumat mübadiləsinə, öz iqtisadi fəaliyyətində
kurs-isleri -> Bank Əməliyyatlarının hüquqi əsasları Maddə Bank sistemi və onun hüquqi əsasları
kurs-isleri -> Qeyd etdiyimiz kimi bu mövzuda bizim əsas məqsədimiz məcmu tələb və məcmu
kurs-isleri -> Биожоьрафийа-организм групларынын вя онларын айры-айры компонентляринин жоьрафи йайылмасы вя мяскунлашмасы щаггында елмдир
kurs-isleri -> Mövzu : Bağdad xilafəti və Səlcuq türkləri
kurs-isleri -> \\ddfalınma sözlər: Müasir Azərbaycan ədəbi dilində işlənən sözlərin bir
kurs-isleri -> Səyahət və turizm kimi bir-birinə bağlı bu iki anlayış müəyyən həyat


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə