Magistrant bazar iQTİsadiyyati şƏRAİTİNDƏ Kİtabxanaçiliq



Yüklə 29,3 Kb.
Pdf görüntüsü
tarix07.11.2017
ölçüsü29,3 Kb.
#8746


SAMİRƏ RÜSTƏMOVA  

     Magistrant 

 

BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ  KİTABXANAÇILIQ  

FƏALİYYƏTİNDƏ  İQTİSADİ AMİLLƏRİN  

FORMALAŞMASI  

 

İctimai-siyasi    hadisələrin    sürətlə    inkişaf  etdiyi    hazırki    şəraitdə    cəmiyyətin    bütün  

sahələrində    iqtisadi    amillərin    təsiri    güclənir.  Buna  da    əsas  səbəb    müstəqil  Azərbaycan  

Respublikasının    bazar iqtisadiyyatına  keçməsidir.  Bazar iqtisadiyyatı  isə cəmiyyətdə iqtisadi  

proseslərin  idarə  edilməsinin  azad və  demokratik  üsulu olub bütün  istehsal  və qeyri-istehsal 

sahələrini əhatə edir.   

Bazar  iqtisadiyyatı    şəraitində    cəmiyyətin    bütün    üzvləri      iqtisadiyyatın    bərabərhüquqlu  

subyektlərinə    çevrilirlər.  Bu  baxımdan    kitabxanalar  da    cəmiyyətdə    baş  verən    iqtisadi  

proseslərdən kənarda  qalmayıb həmin  proseslərlə  bilavasitə  əlaqəli  şəkildə   inkişaf edir.  

Məlum olduğu kimi  kitabxanaçılıq fəaliyyəti  heç vaxt cəmiyyətdə  baş verən  mühüm iqtisadi  

proseslərdən    kənarda    qalmamış,  cəmiyyətin    iqtisadi    siyasətində    baş  verən  kəmiyyət  və 

keyfiyyət  dəyişiklikləri    kitabxana    işinin  təşkilində,  onun    məzmununa,    hər  bir  kitabxana  

prosesinə   ayrılıqda   əhəmiyyətli təsir  göstərmişdir.  

Dünya təcrübəsi  göstərir ki,    xarici ölkə kitabxanalarına  ayrılan  maliyyə vəsaitləri  həmişə  

yüksək  olmaqla,    kitabxanaların    sosial    funksiyalarına    uyğunlaşdırılır.  Bu  da  cəmiyyətdə 

kitabxana  işinin    səmərəliliyini,  o    cümlədən,  iqtisadi    səmərəliliyini  optimal  dərəcəyə  

çatdırılmasına stimul yaradır. 

 

Müasir  dövrdə    cəmiyyətdə      bazar  iqtisadiyyatı    münasibətlərinin    formalaşması    



kitabxanaçılıq    fəaliyyətində    və  xüsusən    onun    idarə    edilməsində    iqtisadi    amillərin  

güclənməsinə səbəb  olmuşdur.  

Elmi-texniki    tərəqqinin      sürətlənməsi,  kitabxanaların    təsərrüfatçılıq  və  kommersiya  

fəaliyyətinin    güclənməsi,  kitabxanaçılıq    fəaliyyətinin    komponentləri  sırasında    iqtisadi  

fəaliyyətin    formalaşması,  kitabxana  işinin    idarə  olunmasında      sosial-iqtisadi  amillərin   

güclənməsi,    kitabxana    işində    işgüzarlıq    ünsürlərinin    meydana    gəlməsi,    kitabxana    işinin   

cəmiyyətdə  yalnız mədəni, mənəvi  fəaliyyət sahəsi  kimi deyil,  eyni zamanda   iqtisadi  fəaliyyət  

sahəsi kimi  öyrənilib  qiymətləndirilməsi  meyllərini  gücləndirmişdir.  

Hal-hazırda    kitabxanaların  öhdəsində  olan    əsas  və  dövriyyə  fondları,  əmək    və  maddi  

ehtiyatlar, maliyyə vəsaiti, texniki  vəsaitlər, bina  avadanlığı,  onların biznes   fəaliyyəti, xüsusən  

marketinq    fəaliyyəti,  eləcə  də      beynəlxalq    təşkilatlarla      kitab    mübadiləsi    sahəsində   

kommersiya  əməliyyatları  kitabxana işində  iqtisadi  amillərin  çox güclü  olduğunu  sübut edən  

faktlardır.  



Məlum olduğu kimi  hal-hazırda  inkişaf  etmiş   ölkələrin  iqtisadi  strukturunda, başqa  sözlə 

desək biznes   strukturunda  informasiya  infrastrukturu  formalaşmış və iqtisadiyyatın  ən yönümlü 

komponentinə   çevrilmiş və informasiya  infrastrukturunun  öz  seqmentləri   inkişaf  etmişdir ki,  

bunların  içərisində  sənəd informasiyası  sistemi  olduqca  əhəmiyyətli  yer tutur ki,  bu da  müasir  

dövrdə    kitabxanaçılıq    fəaliyyətinin    məhəng  daşını  təşkil  edir.  Həmçinin  qeyd  edilməlidir  ki, 

cəmiyyətdə  baş verən kitabxana proseslərində mədəni, mənəvi, təhsil, tərbiyə ünsürləri ilə yanaşı 

iqtisadi  ünsürlər  də    təzahür  edir  və  bu  ünsürlər  kitabxanaların  sosial  ünsürlərinin  həyata 

keçirilməsinə çox mühüm təsir  göstərir.  

Hazırda  kitabxanalar  öz  fəaliyyətində  istehsal    və  qeyri-istehsal  fondları,  əmək  ehtiyatları, 

maddi  və  maliyyə  ehtiyatları  kimi  təsərrüfat  ünsürlərindən  istifadə  edərək  cəmiyyətin  iqtisadi 

həyatına cəlb edilir və onun inkişafına təsir göstərirlər.  

Qeyd etmək lazımdır ki, kitabxana işində iqtisadi amillər  iki istiqamətdə   təzahür edir:  

1.  Mühüm    kitabxana    proseslərinin  iqtisadi  amillləri.  Bu  istiqaməti  şərti  olaraq  kitabxana 

daxili iqtisadi amillər adlandırmaq olar. Buraya ayrı-ayrı kitabxana prosesləri və əməliyyatlarının 

iqtisadi  baxımdan  qiymətləndirilməsi,    kitabxanaların  maddi,  informasiya,  əmək  ehtiyatlarının 

səmərəli istifadəsinin iqtisadi  təhlili, kitabxanalarda əmək məhsuldarlığının yüksəldilməsi, onların  

iqtisadi  fəaliyyəti,  başqa  sözlə  desək  marketinq  fəaliyyəti  və  s.  kitabxana  daxili  iqtisadi  təhlil  və 

qiymətləndirmə metodlarının tətbiqi  daxildir. 

2.  Kitabxana  işinin  cəmiyyətdə  iqtisadi  səmərəliliyi.  Başqa  sözlə  desək  cəmiyyətin  iqtisadi 

potensialının inkişafında, elmi-texniki tərəqqidə kitabxanaların rolu vardır.  

 İkinci  istiqamətlə əlaqədar qeyd  etmək  lazımdır ki, bu amilin yəni  kitabxanaların cəmiyyətin 

iqtisadi potensialına təsirini konkret müəyyən edib hər hansı bir rəqəm, formula və ya hesablama 

aparmaq  mümkün  deyil.  Lakin  o  da  məlum  faktdır  ki,  cəmiyyətdə  əhaliyə  kitabxana  xidmətinin 

çox  mühüm  bir  tərkib  hissəsini  sənaye  və  aqrar  istehsalat  kompleksinə  kitabxana  xidməti  təşkil 

edir  ki,  bu  da  öz  sonlu  nəticəsini  istehsalatının  nəticələrində  görür.    Bundan    əlavə  etmə,  kadr 

hazırlığına kitabxana xidmətinin də nəticələri cəmiyyətin iqtisadi potensialına öz təsirini göstərir.  

Məlumdur  ki,  kitabxanalar  oxucuların  mənəviyyatına,  onların  intellektual  səviyyəsinə  təsir 

göstərməklə onların fəaliyyətinə yaradıcılıq ünsürlərinin inkişafına, amillərin, mütəxəssislərin və s. 

informasiya  tələbatçılarının  zehni  və  fiziki  əmək  potensialının  zənginləşməsinə,  bu  potensialdan 

ictimai həyatda və istehsalatda daha səmərəli istifadə edilməsinə çox mühüm təsir göstərir. Bunlar  

inkar  edilməz  faktlardır.  Lakin  buna  baxmayaraq  kitabxana  işinin  cəmiyyətdə  iqtisadi 

səmərəliliyini 

konkret 

əks 


etdirən 

meyarlar 

və 

ümümiləşdirilmiş 



indeks 

hələ 


formalaşdırılmamışdır.  Odur  ki,  kitabxana  işinin  iqtisadiyyatı  dedikdə  müasir  dövrdə    kitabxana 

daxili  iqtisadiyyat,    kitabxananın    fəaliyyətində      meydana  çıxan    iqtisadi    amillər,    konkret    bir 

kitabxana    və  ya    kitabxana  sisteminin    fəaliyyətinin    iqtisadi  səmərəliliyi,  ayrı-ayrı    kitabxana  

texnoloji    prosesləri    və    əməliyyatlarının    iqtisadi    baxımdan    hesablanması    və  

qiymətləndirilməsi,  kitabxanalarda      əmək  məhsuldarlığının    təhlili,    kitabxanaların  

maliyyələşdirilməsi,  onların  marketinq  fəaliyyəti,  kitabxanaçı əməyinin  stimullaşdırılması və  s. 




nəzərdə    tutulmalıdır.  Nəticə  olaraq    qeyd  edilməlidir  ki,    cəmiyyətin    iqtisadi    quruluşunun  

obyektiv    qanunauyğunluqlarını      öyrənən    iqtisadiyyat    elminin    konkret    iqtisadiyyat  

problemlərinə  həsr    edilmiş    tədqiqatları  və    tövsiyələri    son  zamanlar    kitabxanaşünaslıqda    da 

tətbiq  edilməkdədir. Bu hər şeydən əvvəl,  kitabxana  işinin  keyfiyyətcə  yeni mərhələyə  daxil 

olması,   bu işin  daha  da  mürəkkəbləşməsi, həmçinin  kitabxana  işinin  keyfiyyət göstəriciləri 

təhlil  edilərkən    iqtisadi    göstəricilərin  keyfiyyət    göstəricilərinin  əsas    amili  kimi  

qiymətləndirilməsi  ilə əlaqədardır.  

 

Ədəbiyyat  



1. Xələfov A.A. Kitabxanaşünaslığa giriş: Dərslik-B.:BDU-nəşriyyatı,2001.-450s. 

2. Abbasov H. Bazar münasibətlərində iqtisadi təhlil.-B,1993.-245s. 

3. Kazımov R. Kitabxana işinin iqtisadiyyatı.-B.,2004.-87s. 

4.  Kazımov  R.  Kitabxana  işinin  iqtisadiyyatı  səmərəliliyi//  Kitabxanaşünaslıq  və 

biblioqrafiya.-Elmi-nəzəri, metodiki,təcrübijurnal–B.,1999,- № s.49-57 

 

Самира Рустамова 

  Формирование экономических факторов библиотечной 

 деятельности в условиях рыночной экономики  

Р Е З Ю М Е  

 

В научной статье освящены роль и задачи библиотек в условиях рыночной экономики. 

Рассмотрены  так  же  вопросы  формирования  и  развития  экономических  факторов  в 

библиотеках. 

 

 

Samira Rustamova  

Formation of Business Factors  of Library Activity in the 

 conditions of Market Economy

SUMMARY 

 

 İn the scintefic article the role and problem of libraries in the conditions of market economy 

are consecrated. Are considered also questions of formation and development of business factors 

in libraries.  

 

Yüklə 29,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə