Magistratura, Doktorantura və Elmi İşlər Bölməsinin 2011-2012-ci tədris ILI üçün hesabati



Yüklə 27,76 Kb.
tarix08.10.2017
ölçüsü27,76 Kb.
#3843

Magistratura, Doktorantura və Elmi İşlər Bölməsinin 2011-2012-ci tədris ili üçün

HESABATI

Bölmədə ümumilikdə 32 doktorant tələbə təhsil alır. Onlardan 26-sı yerli və 6-sı beynəlxalq doktorantlardır. 29.10.12-13.11.12 tarixlərində universitetin doktoranturasına keçirilən imtahanın nəticəsinə görə 15 doktorant və 3 dissertant qəbul olunmuşdur.



MAGİSTRATURA SAHƏSİNDƏ GÖRÜLMÜŞ İŞLƏR

2011-2012 Magistr proqramları barədə elanlar verilmiş və tələbələrlə müvafiq şəkildə əlaqələndirilmişdir.

2011-2012 Bölmədə magistr tələbələrə tədqiqat oriyentasiyasını müəyyən etməyə, dissertasiya mövzusu seçilməsi, biblioqrafiya üzərində iş, eləcə də müdafiə proseduru ilə tanışlıq və lazımi sənədlərin hazırlanması ilə bağlı kömək etmək üçün xüsusi məsləhət saatları təşkil edilmişdir.

2012-ci ilin yanvarından 2013-cü ilin mart ayınadək olan tarixlərdə müvafiq dekanlıqlarla birgə 13 magistrın müdafiəsi keçirilmişdir. Onlardan 5 nəfər İqtisadiyyat və Menecment fakültəsinin (Fuat Çelik, Muhammad Ali Kuru, Yusuf Ziya Demir, Enes Tazegül, Bayram Yazar), 3 nəfəri Mühəndislik və Tətbiqi Elmlər fakültəsinin (Ravişanker Rajiv, HA Sung Tae, Abdulnassar Mamman), 3 nəfəri (Mələk Usubova, Şəhla Məmmədova, Veysel Güngör) və 2 nəfəri Təhsil fakültəsinin (Ülviyyə Əmrahova, Marta Lauri) tələbələridir. 40-dan artıq magistr dissertasiyasının maşın virtual yoxlanılması keçirilmiş və departament tərəfindən analiz olunmuşdur. Onlardan 80%-dən çoxunda plagiat aşkarlanaraq bəziləri ləğv olunmuş, bəziləri təkrar işlənmək üçün magistrlara qaytarılmışdır.

DOKTORANTURA SAHƏSİNDƏ GÖRÜLMÜŞ İŞLƏR

Iyun, 2012- Doktorantlar informatika ( İnformasiya Texnologiyaları İnstitutu tərəfindən keçirilən) və İngilis dili (Xəzər Universitetində keçirilən) fənlərindən namizədlik minimumları verərək sertifikat almışlar.

29 oktyabr -13 noyabr, 2012-ci il tarixində Təhsil Nazirliyinin 12.09.2011 tarixli 1475№-li əmrinə əsasən, 9 istiqamət üzrə (Kompüter elmləri (1203.01), Sistemli analiz idarəetmə və informasiyanın işlənməsi (3338.01), Ümumi iqtisadiyyat (5308.01), Dünya iqtisadiyyatı (5310.01), Müəssisələrin təşkili və idarə olunması ( 5311.01 ), German dilləri (5708.01), Azərbaycan ədəbiyyatı (5716.01), Sosial fəlsəfə (7202.01) Fəlsəfə tarixi (7210.01)) doktoranturaya imtahanlar keçirilmişdir.

Dekabr, 2012- Təhsil Nazirliyinə 2012-2013-cü tədris ili üçün Xəzər Universitetinə daxil olmuş doktorant və dissertantlar barədə hesabat təqdim olumuşdur.

20 dekabr, 2012 -10 yanvar, 2013-cü il tarixlərində doktorant tələbələrin qeydiyyatı aparılmış, hal hazırda doktorantlara “Research Methodology” (Tədqiqat Metodoligaysı) fənni tədris olunmaqdadır.

7 dekabr 2012 –ci il tarixdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə universitetin doktorantlar və elmi rəhbərlərlər ilə görüşü keçirilmişdir.

20 fevral-mart, 2013-cü il tarixlərində 2012-ci ildə qəbul olmuş doktorant və dissertantların elmi rəhbər və mövzularının dəqiqləşdirilməsi müzakirə edilmiş, dissertasiya mövzularının təsdiqi üçün Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şuralarına (Ədəbiyyatşünaslıq üzrə Problem Şurasına, İqtisadiyyat üzrə Problem Şurasına, Kibernetika və Informasiya Texnologiyaları üzrə Problem Şurasına, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna) məktublar hazırlanmışdır. Eləcə də, 2011-ci ildə qəbul olmuş doktorant tələbələrin dissertasiya mövzusularının təsdiqi prosesi başa çatdırılmışdır.

2012-ci ilin yanvarından 2013-cü ilin mart ayınadək olan tarixlərdə Təhsil fakültəsindən 2 nəfər (Məmmədhüseyn Səidəsr, Vəli Lütfdokt) və İqtisadiyyat fakültəsindən 3 nəfər olmaqla (Mirza Niromand, Ramin Rakşa, Ali Akbar Balagar) fəlsəfə doktoru dərəcəsi almaq üçün 5 xarici doktorantın müdafiəsi keçirilmişdir.

Dekabr, 2012-ci il bölmənin iki doktorantı, Rəna Həsənova və Ayla Abbasova “Doktorantların və gənc tədqiqatçıların XVII Respublika elmi konfransı”nda məqalə ilə çıxış etmişlər və topluda məqalələri çapa hazırlanmışdır.

May, 2012-Aprel 2013 Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şuralarında 2011-2012-ci tədris ilində daxil olmuş doktorantların dissertasiya mövzuları təsdiqlənmişdir. (Raziyə İsayeva, Zeynəb Muradxanlı-20 aprel 2012, Sara Hüseynova-22 iyun, 2012,Nüsrət Şıxbabayev-21 dekabr 2012, Ayla Abbasova, Rəna Həsənova, Xəyalə Məmmədova-27 fevral,2013)

ELMİ İŞLƏR

Yanvar-fevral, 2012- Elmi İnnovasiyalar mərkəzinə Xəzər Universitetində çalışan əməkdaşların elmi işlərinin hesabatı təqdim olunmuşdur.

Sentyabr-oktyabr, 2012- 2012-2013-cü dərs ili üçün Elmi Şuranın iş planı müzakirə edilib yenilənmiş və təsdiq etdirilmişdir.

Sentyabr-oktyabr, 2012- Elmi Şuranın tərkibində dəyiışikliklə bağlı müzakirə aparılmış və əmr hazırlanıb təsdiq olunmuşdur.

Sentyabr-oktyabr, 2012- Elmi Şuranın iclasları keçirilmiş və protokollar hazırlanmışdır.

Oktyabr-fevral, 2012- Xəzər Universitetində çalışan əməkdaşların 2007-ci ildən 2011-ci ilə qədər olan elmi nəşrlərinin siyahısı hazırlanmışdır.

Dekabr, 2012-Təhsil Nazirliyinə Xəzər Universitetinin 2011-2012-ci illər üçün Elmi hesabatı təqdim olumuşdur. (hesabat cədvəlləri daxil olmaqla 77 səhifə)

Dekabr, 2012- Təhsil Nazirliyinə Xəzər Universitetinin 2011-2012-ci illər üçün beynəlxalq əməkdaşlığa dair hesabat təqdim olumuşdur. (14 səhifə)

21 fevral, 2013 - Təhsil Nazirliyi və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə “Excelsior” otelində Avropa İttifaqının TAIEX proqramı çərçivəsində “Boloniya prosesi çərçivəsində həyata keçirilən fəlsəfə doktoru proqramları”nın müzakirəsinə həsr olunmuş seminarda iştirak edilmişdir. Universitetin Təsisçisi, Direktorlar və Qəyyumlar şurasının sədri professor Hamlet İsaxanlı məruzə ilə çıxış etmiş, Magistratura, Doktorantura və Elmi İşlər bölməsinin müdiri Eldar Şahgəldiyev çıxış etmiş və doktorant Ayla Abasova aktiv iştirak etmişdir.

Universitetin tədris işləri üzrə prorektoru professor Məhəmməd Nuriyevin redaktə etdiyi Qardaşova L.A. “Qeyri səlis mühitdə qərar qəbuletmə üsulları” (neft emalı müəssisəsinin idarə edilməsi sistemlərində) adlı monoqrafiya çap olunmuşdur.



GÖRÜLƏCƏK İŞLƏR

Aprel 17, 2013- İngilis dili departamenti ilə birlikdə 2 magistr tələbənin müdafiəsinin təşkil edilməsi

Aprel, sentyabr, 2013- Magistr dissertasiyalarının plagiat yoxlanılması və müvafiq departamentlərlə birgə müdafiələrin təşkil olunması

Aprel, 2013- 2013/ 2014-cü tədris ili üçün doktoranturaya qəbul planı layihəsinin hazırlanması

Aprel, May, 2013- Elmi İnnovasiyalar Mərkəzinə növbəti hesabatın hazırlanması

May, İyun, 2013- Doktorantlara tədris olunan Research Methodology fənnindən imtahanın təşkil olunması

May, İyun, 2013- 2013/2014-cü tədris ili üçün doktoranturaya müvafiq kafedra və departamentlərlə birgə qəbul imtahanı proqramlarının hazırlanması

Aprel, Sentyabr 2013 – növbəti il üçün Xəzər Universiteti əməkdaşlarının elmi nəşrlərinin toplusunu yaratmaq

ÇƏTİNLİKLƏR

Linqvistika sahəsində ixtisaslı kadrların çatışmamazlığı



Linqvistika sahəsi üzrə kitabxanada ədəbiyyat çatışmazlığı (ədəbiyyat siyahısı əlavə olunur)

Magistratura, Doktorantura və Elmi işlər bölməsinin müdiri

Eldar Şahgəldiyev
Yüklə 27,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə