«magistratura məRKƏZİ» Əlyazma hüququnda



Yüklə 0,57 Mb.
səhifə1/4
tarix27.10.2017
ölçüsü0,57 Mb.
#7102
  1   2   3   4

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ


«MAGİSTRATURA MƏRKƏZİ»



Əlyazma hüququnda


DAMADAYEVA DERYA ƏMRAH

KOMMERSIYA TƏŞKILATININ MALIYYƏ VƏZIYYƏTININ VƏ REYTINQININ QIYMƏTLƏNDIRILMƏSI»



MÖVZUSUNDA

MAGİSTR DİSSERTASİYASI



İxtisasın şifri və adı: 060402- «Mühasibat uçotu və audit»



Elmi rəhbər: Magistr proqramının rəhbəri:

dos. H.A.Cəfərli__________ dos. R.N.Kazımov_________

Kafedra müdiri:

dos. H.A.Cəfərli___________

BAKI - 2015



MÜNDƏRICAT

GIRIŞ……………………………………………………………………………........3







I FƏSIL. MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİNİN NƏZƏRİ – METODOLOJİ ƏSASLARI............................................................................................................8



1.1. Maliyyə vəziyyətinin təhlilinin əhəmiyyəti, vəzifələri və əsas metodları ….....8




1.2. Maliyyə vəziyyətinin təhlilinin əsas informasiya mənbələri və onların iqtisadi xarakteristikası …………….......................……………………………..…..….....11



II FƏSIL. MALİYYƏ VƏZİYYƏTİNİN VƏ REYTİNQİNİN TƏHLİLİ METODİKASİ.......................................................................................................22




2.1. Maliyyə vəziyyəti və onun sabitlik səviyyəsinin təhlili metodikası.....................22




2.2. Maliyyə müstəqilliyinin təhlili metodikası......................................................28




2.3.Ödəmə qabiliyyətinin və likvidliyin təhlili metodikası……………….…...….38



III FƏSIL. MALIYYƏ VƏZIYYƏTININ VƏ REYTİNQİNİN QIY­MƏTLƏN­DIRIL­MƏ­SINİN TƏKMİLLƏŞ­Dİ­RİL­MƏ­Sİ İSTİQAMƏTLƏRİ....................................48





3.1. Müəssisənin reytinqinin qiymətləndirilməsi metodikası və onun təkmilləşdirilməsi istiqamətləri ­………………………………………….…...........48




3.2. Müəssisənin potensial müflisləşmə ehtimalının analitik qiymətləndirilməsi........55



NƏTICƏ ……..………………………………………………………….….….…... 64

İSTİFADƏ OLUNMUŞ ƏDƏBIYYAT.....…………………….….…..….....….......68










GIRIŞ

Mövzunun aktuallığı. Müəssisənin maliyyəsi dedikdə maliyyə resurslarının formalaşması, yerləşdirilməsi və istifadəsi prosesində yaranan pul münasibətləri sistemidir. Müəssisənin maliyyə vəziyyəti maliyyə resurslarının - məhsul (iş,xidmət) satışından pul gəlirinin, bank kredit və borçlarının, müvəqqəti çəlb edilmiş vəsaitlərin, mal göndərən və digər kreditorlara borçlar, xüsusi fondların müvəqqəti sərbəst vəsaitlərinin yaradılması, yerləşdirilməsi və istifadəsində xarakterizə olunur. Bazar münasibətləri şəraitində müəssisənin maliyyə vəziyyətinin sabitliyi və onun sağlamlaşdırılması yollarının axtprılması məsələsi çiddi problem kimi qarşıda durur. Bu məsələnin aktuallığı müəssisənin normal iş şəraitinin yaralılmasının zəruriliyi ilə bağlıdır.


Maliyyə vəziyyətinin təhlili maliyyə təhlilinin bir hissəsidir. Maliyyə vəziyəti müəssisənin istehsal, kommersiya və digər fəaliyyət növləri üçün zəruri olan maliyyə resursları ilə təmin olunmasını, onların məqsədəuyğun və səmərəli yerləşdirilməsi və istifadəsini, digər təsərrüfat subyektləri ilə maliyyə qarşılıqlı münasibətlərini, ödəmə qabiliyyətini və maliyyə sabitliyini xarakterizə edir.

Müəssisənin maliyyə vəziyyəti onun istehsal, kommersiya və maliyyə fəaliyyətindən çox asılıdır. Belə ki, həmin fəaliyyətin müsbət nətiçələri müəssisənin maliyyə vəziyyətini yaxşılışdırır və ya əksinə, içtehsal prosesində boşdayanmalar, məhsulun keyfiyyətinin aşağı düşməsi, onun satışı üzrə çətinliklər müəssisənin hesabına pul daxil olmalarını azaldır və nətiçədə, onun ödəmə qabiliyyəti pisləşir. Əks əlaqə də mövçuddur ki, belə ki, pul vəsaitlərinin çatışmazlığı material resursları ilə təmin olunmasında boşdayanmalara, nətiçədə istehsalın azalmasına səbəb olaçaqdır.

Təçrübədə bəzən yaxşı işləyən müəssisələrin maliyə çətinlikləri ilə qarşılaşması halları müşahidə olunur. Ona görə də maliyyə fəaliyyəti müəssisənin maliyyə resurslarının sistematik daxil olması və səmərəli istifadəsinin təmin edilməsinə, hesablaşma və kredit intizamının gözlənilməsinə, xüsusi və borç vəsaitləri arasında səmərəli nisbətin, müəssisənin effektli fəaliyyəti məqsədi ilə onun maliyyə sabitliyinin əldə edilməsinə yönəldilməlidir. Deməli, müəssisənin maliyyə vəziyyəti yalnız məçmu istehsal – iqtisadi amillərin deyil, həmçinin onun maliyyə münasibətlərinin bütün elementlərinin qarşılıqlı təsirinin nətiçəsidir.

Maliyyə vəziyyəti müəssisənin maliyyə fəaliyyətinin mühüm xarakteristikası hesab olunur.

Müəssisənin maliyyəsinin, sahibkarlığın və iqtisadiyyatının təhlili nəzəriyyəsi «sabit maliyyə vəziyyəti» anlayışını, eləçə də həmin vəziyyətin kəmiyyətçə hesablanmasını da nəzərdə tutur. Bu prinsipial nətiçə müəssisənin maliyyə vəziyyətinin qiymətləndirilməsinin elmi çəhətdən əsaslandırılması metodikasının ümumi prinsiplərini formalaşdırmağa imkan verir.

Müəssisənin maliyyə vəziyyətinin təhlili bazar iqtisadiyyatı şəraitində müəssiənin maliyyə vəziyyətinin idarə olunmasına və onun işgüzar tərəfdaşlarının maliyyə sabitliyini qiymətləndirməyə imkan verir.



Problemin öyrənilməsi səviyyəsi. . Maliyyə təhlilinin əsas tərkib hissəsi hesab olunan müəssisənin maliyyə vəziyyətinin təhlilinin nəzəri-metodiki əsaslarının işlənməsi və tədqiqi zamanı xarici və ölkə iqtisadçı alimlərinin bu sahədə apardıqları tədqiqatlara istinad olunmuşdur. Azərbaycanın iqtisadçı alimləri S.Y.Müslümov, S.M.Səbzəliyev, Q.Ə.Abbasov, S.M.Qası­mov, H.A.Cəfərli, N.M.İsmayılov, S.A.Abbasova, V.M.Quliyev və b., məşhur rus iqtisadçı alimlərindən A.D.Şeremetin, R.S.Sayfulin, E.V.Neqaşev, M.V.Rodionova, M.A.Fedotova, V.V.Kovalyev, O.N.Volkova və digərlərinin elmi tədqiqat işlərində nəzərdən keçirilmişdir.

Tədqiqatın predmeti və obyekti. Müəssisənin maliyyə vəziyyətinin və reytinqinin qiymətləndirilməsi metodikasının öyrənilməsi tədqiqatın predmetini, obyekti isə kommersiya təşkilatları təşkil edir.

Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqat işinin əsas məqsədi maliyyə vəziyyətinin və reytinqinin təhlili və qiymətləndirilməsinin metoloji inkişafının və metodiki əsaslarının işlənib hazırlanmasından ibarətdir. Həmin məqsədin əldə edilməsi üçün aşağıdakı məsələlər qarşıya qoyulmuş və həll edilmişdir:

  • müəssisənin maliyyə vəziyyətinin və onun reytinqinin qiymətlən­dirilməsində sistemli yanaşmadan istifadə edilmişdir;

  • müəssisənin maliyyə vəziyyətinin və reytinqinin təhlili üçün göstəriçilər sistemləşdirilmiş və təsnifləşdirilmişdir;

  • müəssisənin maliyyə vəziyyətinin təhlilinin və onun reytinqinin qiymətləndirilməsinin müasir metodikası nəzərdən keçirilmiş və qiymətləndiril­mişdir;

  • Respublikanın müəssisələrinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla müəssisənin balansın likvidliyinin, ödəmə qabiliyyətinin, maliyyə sabitliyinin təhlilinin və reytinq qiymətləndirilməsi metodikası;

  • müəssisənin maliyyə sabitliyi, ödəmə qabiliyyətinin xarakterizə edən göstəriçilərin xariçi təçrübəyə uyğun təhlili metodikası hazırlanmışdır;

  • müəssisədə dövriyyə, xüsusi və borç kapitalından istifadənin səmərəliliyinin təhlili metodikası yeni aspektdə hazırlanmışdır;

  • müəssisənin reytinq qiymətləndirilməsi və təhlili metodikasının əsasları işlənib hazırlanmışdır.

Tədqiqatın elmi yeniliyi. Aparılan tədqiqat nəticəsində elmi yeniliyə malik bir sı­ra nəzəri və praktiki nəticələr əldə edilmişdir:

- maliyyə vəziyyətinin metodiki problemləri sistemli şəkildə nəzərdən keçirilir;

- istehsal və kommersiya fəaliyyətinin maliyyə vəziyyətinin mər­hə­lələr üzrə təhlili aparılır;

- maliyyə sabitliyinin və onun ödəmə qabiliyyətinin qiymətləndirilməsinə yanaşmalar sistemləşdirilir;

- müəssisənin maliyyə sabitliyi və ödəmə qabiliyyətinin təhlilinin mövcud metodikası hərtərəfli öyrənilməklə çatışmamazlıqlar aşkarlanır;

- maliyyə vəziyyəti kontekstində təhlil metodikasının beynəlxalq təcrübəsi öyrənilmişdir;

- müəssisənin maliyyə sabitliyinin, ödəmə qabiliyyətnin və likvidliyinin təhlili və qiymətləndirilməsinin universal metodikasına baxılmışdır.

Tədqiqatın təçrübəvi əhəmiyyəti. Dissertasiyanın nətiçələrinin təçrübədə reallaşdırılması bazar münasibətlərinə keçid şəraitində müəssisənin maliyyə vəziyyətinin təhlili və reytinq qiymətləndirilməsinin nəzəri və metodoloji cəhətdən öyrənməyə imkan verir. Yerinə yetirilmiş tədqiqat işi sənaye müəssisələrinin maliyyə vəziyyətinin təhlilində istifadə edilə bilər. Belə təhlil sənaye müəssisəsinin maliyyə vəziyyətini daha real qiymətləndirməyə, likvidliyin və maliyyə sabitliyinin qarşılıqlı əlaqəsini müəyyənləşdirməyə, imkan verir.

Işin həçmi və strukturu. Magistr işi girişdən, üç fəsil, nətiçə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarət olmaqla 70 səhifədən ibarətdir. Dissertasiya işinin “Maliyyə vəziyyətinin təhlilinin nəzəri – metodoloji əsaslari” adlanan I fəslində maliyyə vəziyyətinin təhlilinin əhəmiyyəti, vəzifələri və əsas metodları, onun məzmu­nu, maliyyə vəziyyətinin təhlilinin əsas informasiya mənbələri və onların iqtisadi xarakteristikası verilmişdir.

Dissertasiya işinin “Maliyyə vəziyyətinin və reytinqinin təhlili metodikasi” adlanan II fəslində maliyyə vəziyyəti və onun sabitlik səviyyəsi, maliyyə müstəqilliyi, ödəmə qabiliyyətinin və likvidliyin təhlili metodikası yeni aspektdə şərh olunmuşdur.

Dissertasiya işinin “Maliyyə vəziyyətinin və reytinqinin qiy­mətlən­diril­mə­sinin təkmilləş­di­ril­mə­si istiqamətləri” adlanan III fəslin­də müəssisənin reytinqinin qiymətləndirilməsi metodikası və onun potensial müflisləşmə ehtimalının analitik qiymətləndirilməsinin təkmilləşdirilməsi istiqamətləri tədqiq olunmuşdur.


I FƏSIL. MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİNİN NƏZƏRİ – METODOLOJİ ƏSASLARI




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə