Magistratura məRKƏZİ” Əlyazması hüququnda Nəsibli Fəxri Fəxrəddin oğlu



Yüklə 0,6 Mb.
səhifə1/6
tarix21.06.2018
ölçüsü0,6 Mb.
#50724
  1   2   3   4   5   6


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
MAGİSTRATURA MƏRKƏZİ”
Əlyazması hüququnda
Nəsibli Fəxri Fəxrəddin oğlu

Maliyyə nəticələrinin formalaşmasi: onun uçotu və təhlili problemləri


MAGİSTR DİSSERTASİYASI

İxtisasin şifri və adı: İM – 060402 “Mühasibat uçotu və audit”
İxtisaslaşma: “İstehsal sferasında mühasibat uçotu”
Elmi rəhbər: dos.N.M.İsmayılov
Proqram rəhbəri: dos.H.A.Cəfərli
Kafedra müdiri: prof.S.M.Səbzəliyev


B A K I - 2017
MÜNDƏRİCAT
səh

GİRİŞ

........................................................................................................

3

I FƏSİL

MALİYYƏ NƏTİCƏLƏRİNİN TƏHLİLİNİN İNFORMA-SİYA BAZASI SAYILAN “MƏNFƏƏT VƏ ZƏRƏRLƏR HAQQİNDA” HESABATIN FORMALAŞMASI VƏ ONUN TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ......................

9


1.1.

Bazar şəraitində təsərrüfat subyektlərinin idarə edilməsi siste-mində maliyyə hesabatının rolu....................................................

9


1.2.

Maliyyə hesabatının tərkibi və onun formalaşdırılmasının meto-diki problemləri..............................................................................

20


1.3.

Maliyyə hesabatının tərkibi və maliyyə hesabatı sistemlərinin təsnifatı..........................................................................................

41


II FƏSİL:

MALİYYƏ NƏTİCƏLƏRİNİN FORMALAŞMASININ UÇOTU VƏ TƏHLİLİ, ONLARIN TƏKMİLLƏŞDİRİL-MƏSİ İSTİQAMƏTLƏRİ..........................................................

57


2.1.

Müasir dövrdə mənfəətin uçotu və maliyyə hesabatının təşkili problemləri.....................................................................................

57


2.2.

Milli mühasibat uçotu standartlarının tətbiqi şəraitində mənfəətin təhlili metodikası............................................................................

75


2.3.

«Məsrəf-satışın həcmi-mənfəət» göstəriciləri arasındakı funksio-nal əlaqənin təhlili..........................................................................

80





NƏTİCƏ........................................................................................

92




İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI..................

97

G İ R İ Ş
Mövzunun aktuallığı. Bazar şəraitində təsərrüfat subyekt­lə­rinin fəaliyyət me­xa­niz­mi­nin şərtləri dəyişir və ona yeni aspektlər əlavə olunur. Müasir dövrdə ida­rəetmə və maliyyə menecmenti sisteminin kökündən dəyişməsi, maliyyə re­surs­larının formalaşdırılması, yerləşdirilməsi və istifadəsi prosesində yaranan pul mü­nasibətlərinin yeni iqtisadi məzmun daşıması «təsərrüfat subyektlərinin ma­liy­yə nəticələri» anlayışına sistemli və kompleks yanaşmağı tələb edir. Məhz buna gö­rə də müasir dövrdə müəssisənin maliyyə nəticələri ma­liy­yə resurslarının, məhsul (iş və xidmətlər) satışından yaranan pul gəlirlərinin, satışla əlaqədar olmayan gəlir və ikilərin formalaşdırılması, yerləşdirilməsi və istifadəsi kimi xarakterizə olunur. Məsələyə bu aspektdən ya­naşdıqda müəssisənin maliyyə nəticələrinin uçotu və təhlilinin kompleks proses olduğu və mənfəətdən istifadənin səmərəliliyinin yüksəldilməsi ehtiyatlarının mü­əyyən edilməsinə əlverişli şərait yaratdığı bilavasitə aydın görünür. Məhz bu­na görə də müasir dövrdə müxtəlif mülkiyyət münasibətlərinə mənsub təsərrüfat sub­yektlərinin maliyyə sabitliyinin möhkəmləndirilməsi və rentabelliyin yüksəldilməsi yol­larının axtarılması probleminin həlli aktual bir vəzifə kimi qarşıda durur. Xü­su­si vurğulamaq yerinə düşər ki, iqtisadi münasibətlərin tənzimlənməsinin nor­ma­tiv-hüquqi bazasının təkmilləşdiril­məsi, müəssisələrin fəaliyyət sferasının ge­niş­ləndirilməsi və onların xarici ticarət əlaqələrinin sərbəst subyektinə çevrilməsi mü­hasibat uçotu, hesabat və kompleks maliyyə təhlili sisteminin yenidən qu­rul­ma­sının vacibliyini və əhəmiyyətini xeyli artırır. Bu isə, öz növbəsində, bey­nəl­xalq təcrübədən istifadə etməklə müəssisənin istehsal və kommersiya fəaliy­yə­ti­nin uçotu və kompleks təhlilinin mərkəzi bloku sayılan təsərrüfat subyektlərinin ma­liyyə nəticələrinin uçotu, təhlili və qiymətləndirilməsi metodikasının təkmilləşdirilməsini və ona yeni istiqamətlərin əlavə olunmasını bir daha tələb edir.

Müasir dövrdə müəssisənin maliyyə nəticələrinin uçotu, kompleks təhlili və qiy­mət­lən­dirilməsi metodikası maliyyə uçotu və təhlilinin ayrılmaz bir hissəsi sayılır. Nəzəriyyə və praktikadan məlumdur ki, müəssisənin maliyyə nəticə­lərinin kompleks təhlili və qiymətləndirilməsi metodikası maliyyə uçotu və hesabatının məlumatlarına, onun istehsal, kommersiya və investisiya fəaliy­yə­ti­nin nəticələrinin real qiy­mət­lən­dirilməsini təmin edən və düzgün idarəetmə qərarlarının qəbul edilməsinə im­kan verən iqtisadi parametrlər sisteminə əsaslanır. Lakin, mühasibat uçotu, ma­liy­yə və statistik hesabatların beynəlxalq standartlara uyğunlaşdırılması, on­lar­da­kı çoxlu sayda göstəricilərin ixtisar edilməsi ənənəvi qaydalardan fərqli olan və bazar iqtisadiyyatının tə­ləb­lə­ri­nə adekvat cavab verən maliyyə uçotu və təhlilinin yeni metodikasının işlənib hazır­lanması, onun təş­kilinin konseptual, metodoloji və praktiki əsaslarının müəyyənləşdirilməsi ob­yek­tiv zərurətə çevrilir. Aydındır ki, müasir bazar şəraitində belə bir metodikanın işlənib hazırlanması maliyyə menecmen­tində strateji və taktiki prob­lemlərin həll edilməsi, bazarın tələbatına və özünün istehsal potensialına uy­ğun məhsul (iş və xidmətlər) istehsalı və satışı prosesində işgüzar tərəfdaşın düz­gün seçilməsi, mühasibat balansının likvidliyinin müəyyən olunması və təsərrüfat sub­yektlərinin maliyyə sabitliyinin qiymət­ləndirilməsində müstəsna əhəmiyyət daşıyır.

Məlumdur ki, təsərrüfat subyektlərinin istehsal, kommersiya və maliyyə fəa­liy­yətinin nəticələri müəssisənin maliyyə vəziyyətinə bilavasitə təsir göstərir. Belə ki, həmin fəaliyyətin müsbət nəticələri müəssisənin maliyyə vəziyyətini xeyli yax­şı­laşdırır. Əgər bu proses əks istiqamətdə baş verərsə, onda müəssisənin istehsal pro­sesində boş dayanmalar baş verir, məhsulun (iş və xidmətlərin) keyfiyyətinin aşa­ğı düşməsinə şərait yaranır və son nəticədə təsərrüfat subyektlərinin hesabına da­xil olan pul gəlirlərinin həcmi azalır və onun ödəmə qabiliyyəti pisləşir. Təc­rü­bə­də bəzən yaxşı işləyən müəssisələrin maliyyə çətinlikləri ilə qarşılaşması halları mü­şahidə olunur. Məhz buna görə də müasir dövrdə təsərrüfat subyektlərinin ma­liyyə fəaliyyətinin müəssisənin maliyyə resurslarının sistematik daxil olması və sə­mərəli istifadəsinin təmin edilməsinə yö­nəldilməsi tamamilə qanunauyğun və məntiqi görünür. Deməli, bazar şəraitində müəssisənin maliyyə nəticələri yalnız iqtisadi amillərin məcmusu de­yil, həmçinin onun maliyyə münasibətlərinin bütün elementlərinin qarşılıqlı tə­si­rinin nəticəsi kimi çıxış edir.

Göründüyü kimi, təsərrüfat sub­yekt­lə­rinin maliyyə nəticələri və onun mənfəətinin formalaşdırılması maliyyə fəaliyyətinin mü­hüm xarakteris­ti­ka­sı hesab olunur. O müəssisənin rəqabətədavamlılığını və iş­gü­zar əməkdaş­lıq­da onun potensialını müəyyən edir, maliyyə münasibətlərinin bü­tün iştirak­çı­larının iqtisadi maraqlarının səmərəli realizə olunmasına bilavasitə şə­rait yaradır. Deyilənlərdən bir daha aydın olur ki, biznesin vəziyyətinin və iq­ti­sa­diyyatın sistemli təhlili nəzəriyyəsi «maliyyə nəticələri və mənfəət» anlayışını yalnız müəs­si­sə­nin maliyyəsinin keyfiyyət xarakteristikası kimi deyil, eləcə də həmin vəziyyətin kə­miyyətcə qiymətləndirilməsini nəzərdə tutur. Bu prinsipial nəticə müəssisənin ma­liyyə nəticələrinin qiymətləndirilməsinin elmi cəhətdən əsaslandırılmış me­to­di­ka­sının ümumi prinsiplərini, onun metodoloji və konseptual əsaslarını for­ma­laş­dır­mağa imkan verir.



Problemin öyrənilmə səviyyəsi: Qeyd etmək lazımdır ki, maliyyə uçotu və təhlili, eləcə də onun tərkib hissəsi hesab olunan mənfəətin uçotu və təhlilinin metodiki və praktiki prob­lem­­ləri Q.Ə.Abbasovun, R.B.Əliyevin, V.Q.Artemenkonun, M.İ.Bakanovun, İ.T.Balabanovun, H.A.Cəfərlinin, O.V.Yefimovanın, R.N.Kazımovun, V.V.Kovol­yovun, V.M.Quliyevin, N.A.Rusakın, Y.V.Ne­qa­şe­vin, H.İ.Namazəliyevin, İ.M.Mahmudovun, N.M.İsmayılovun, Q.V.Sa­vis­ka­ya­nın, R.S.Sayfulinin, S.M.Səbzəliyevin, A.D.Şeremetin və baş­qa­la­rı­nın əsərlərində öz əksini tapmışdır. Xüsusi vurğulamaq yerinə düşər ki, iqtisadi ədə­biyyatlarda və elmi-tədqiqat işlərində yuxarıda sadalanan müəlliflər tə­rə­fin­dən geniş şərh olunan və praktiki aprobasiyadan keçən (ölkə və xarici təcrübə) müəs­sisənin maliyyə nəticələrinin uçotu və təhlili metodikasını fəaliyyətdə olan müəssisələrin iş təcrübəsində mexaniki surətdə tətbiqi nə­zəri və metodoloji cəhətdən yanlış sayılmaqla, praktiki baxımdan effektli ol­mur. Çünki, müxtəlif mülkiyyət münasibətlərinə mənsub milli müəssisələrin spe­si­fik xüsusiy­yətləri nəzərə alınmadıqda həmin metodikanın səmərəsi xeyli aza­lır, bu və ya digər maliyyə əmsalının mümkün hədd səviyyəsi «işləmir». Ona görə də döv­lət və qeyri-dövlət müəssisələrinin fəaliyyəti ilə bilavasitə bağlı olan və on­la­rın spesifi­kasını nəzərə alan metodikanın işlənməsi və istifadə olunması müasir dövr­də məqsə­dəuyğun sayıla bilər. Bundan başqa, dövlət və qeyri-dövlət müəs­si­sə­lərinin istehsal və kommersiya fəaliyyətinin maliyyə uçotu və təhlilinin konseptual, me­to­­doloji, me­to­diki və praktiki əsaslarının sistemli tədqiqinin kifayətedici sə­viy­yə­də ol­maması və hesabatın təhlili prosesində yaranan çətinliklər həmin problemin həl­linin zəruriliyini daha da artırır. Bütün bunlar magistr dissertasiya işi üzrə mövzunun se­çilməsi və tədqiqat dairəsinin müəyyənləşdirilməsində əsas amil olmuşdur.

Tədqiqatın məqsədi və vəzifələri. Aparılan tədqiqat işində əsas məqsəd müəssisənin maliyyə nəticələrinin uçotu, təhlili və qiymətləndirilməsi metodi­ka­sını yeni aspektdə işləyib ha­zırlamaqdan və beynəlxalq təcrübə baxımından onun təkmilləşdirilməsinə dair nə­zəri və praktiki əhəmiyyətə malik, elmi cəhət­dən əsaslandırılmış təkliflər pa­ke­ti­ni işləyib hazırlanmaqdan ibarətdir. Məhz buna görə də magistr dissertasiya işində təd­qi­qatın məqsədinə müvafiq olaraq aşağıdakı vəzifələr kompleksinin həlli nəzərdə tu­tulmuşdur:

- təsərrüfat subyektlərinin idarə edilməsi sistemində əsas informasiya mən­bə­yi sayılan maliyyə hesabatının yeri və rolunun qiymətləndirilməsi;

- uçot və hesabatın beynəlxalq və milli standartlarının tələbləri nəzərə alınmaqla «Mənfəət və zərərlər haqqında» hesabatının təkmilləşdirilməsinə dair elmi cəhətdən əsas­lan­dı­rılmış təkliflər paketinin işlənib hazırlanması;

- beynəlxalq və milli təcrübə nəzərə alınmaqla müəssisənin maliyyə nəticələrinin uçotu və təhlili metodikasının metodoloji və praktiki əsaslarının iş­lə­nib hazırlanması;

- müəssisənin fəaliyyətinin son nəticəsi sayılan mənfəətin təhlili üçün zəruri olan gös­tə­ri­ci­lər sisteminin işlənib hazırlanması və onların müxtəlif əlamətlər üzrə təs­nif­ləş­di­ril­məsi;

- müəssisənin istehsal və kommersiya fəaliyyətinin son nəticəsi sayılan mənfəətin beynəlxalq təcrübəyə uyğun təhlili metodikasının işlənib ha­zır­lan­ması;



Tədqiqatın predmeti və obyekti. Yerinə yetirilən magistr dissertasiya işinin pred­me­ti müəssisənin fəaliyyətinin son maliyyə nəticəsi sayılan mənfəətin uçotu və təhlili metodikasının yeni aspektdə işlənib ha­zır­­lanması və beynəlxalq təcrübə nəzərə alınmaqla onun təkmilləşdirilməsi hesab olu­­nur. Bazar şəraitində müəssisənin maliyyə nəticələrinin uçotu və təhlilinin nə­­zəriyyəsi, metodologiyası, ölkə və xarici təcrübəsi tədqiqatın obyektini təşkil edir.

Tədqiqatın metodologiyası və metodikası. Tədqiqatın nəzəri və metodolji əsa­sı­nı Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş Azər­bay­can Respublikasının Mülki və Vergi Məcəlləsi, «Mühasibat uçotu haqqında» Qanun, Nazirlər Kabinetinin və Maliyyə Na­zir­li­yi­nin normativ-hüquqi sənədləri, Azərbaycan, xarici və post-sovet məkanı öl­kə­lə­ri­nin görkəmli iqtisadçı alimlərinin müəssisənin maliyyə nəticələrinin uçotu və təhlilinə dair elmi-tədqiqat işləri təşkil edir. Magistr dissertasiya işində obyektiv gerçəkliyin dərk olun­ma metodundan, iqtisadi təhlilin qruplaşdırma, müşahidə, müqayisə, ümu­mi­ləş­dir­mə və digər üsullarından geniş istifadə edilmişdir.

Tədqiqatın elmi yeniliyi iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin təcrübəsi nə­­zərə alınmaqla maliyyə uçotu və təhlilinin təşkili metodologiyası, mövcud təcrübənin öy­­rənilməsi, ümumiləşdirilməsi və müqayisəsi əsasında mənfəətin formalaşması, uçotu və təhlili metodikasının təkmilləşdirilməsi üzrə təkliflər pa­ke­ti­nin işlənib hazırlanması ilə xarakterizə olunur. Aparılan tədqiqat nəticə­sində el­mi yeniliyə malik bir sıra nəzəri və praktiki nəticələr əldə edilmişdir:

- mənfəətin formalaşması, təhlili və qiymətləndirilməsi prosesində əsas informasiya mənbələrindən biri hesab edilən maliyyə hesabatının strukturu və məzmunu sistemli və kompleks şəkildə tədqiq edilir;

- mənfəətin formaaşması, uçotu və təhlili metodikasının beynəlxalq və milli standartların tələblərinə uy­ğun­laş­dı­rıl­ma­sı­na imkan verən dəyişikliklərin edilməsi üzrə təkliflər irəli sürülür;

- maliyyə hesabatının formalaşmasına və inkişafına təsir edən amillər əsas­landırılır;

- maliyyə hesabatının beynəlxalq təsnifatı sistemində ölkə hesabat sis­te­mi­nin yeri müəyyənləşdirilir;

- mənfəətin formalaşmasının beynəlxalq və milli təcrübə nəzərə alınmaqla uçotu və sistemli təhlili me­todikası işlənib hazırlanır;

- beynəlxalq təcrübə nəzərə alınmaqla müəssisənin maliyyə nəticələrinin uçotu və təhlilinin tək­milləşdirilməsi üzrə elmi cəhətdən əsaslandırılmış və praktiki əhəmiyyətə ma­lik təkliflər paketi işlənib hazırlanır.

İşin praktiki əhəmiyyəti. Magistr dissaertasiya işinin nəticələrinin təcrübədə real­laş­dı­rılması müəssisənin maliyyə nəticələrinin uçotu və kompleks təhlili metodikasının nəzəri və metodoloji səviyyəsinin artırılmasına im­kan verə bilər. Yerinə yetirilmiş dissertasiya işi təşkilati-metodiki əsas kimi müx­tə­lif mülkiyyət münasibətlərinə mənsub müəssisələrin ma­liyyə nəticələrinin uçotu və təhlilində tətbiq oluna bilər. Belə təhlil dövlət və qeyri-döv­lət müəssisələrinin maliyyə nəticələrini daha real qiymətləndirməyə, uçot sferasında mövcud olan çatışmazlıqları aradan qaldırmağa, qəbul edilən maliyyə qərarlarının əsas­lan­dırılması səviyyəsini yüksəltməyə əlverişli şərait yaradır.

İşin quruluşu və həcmi. Magistr dissertasiya işi giriş, iki fəsil, nəticədən və işin sonunda verilən istifadə edilmiş ədəbiyyat siyahısından iba­rət­dir.

I FƏSİL. MALİYYƏ NƏTİCƏLƏRİNİN TƏHLİLİNİN İNFORMASİYA BAZASI SAYILAN “MƏNFƏƏT VƏ ZƏRƏRLƏR HAQQİNDA” HESABATIN FORMALAŞMASI VƏ ONUN TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ
1.1. Bazar şəraitində təsərrüfat subyektlərinin idarə edilməsi sistemində maliyyə hesabatının rolu

Müasir bazar şəraitində təsərrüfat subyektlərinin idarə edil­mə­sinin mühüm elmentlərindən biri sayılan maliyyə hesabatı müəssisə ilə cə­miy­yət arasında əlaqələndirici informasiya həlqəsi funksiyasında çıxış edir. İdarə­et­mə tsiklinin bütün mərhələlərinin həyata keçirilməsində başlıca rol oynayan ma­liy­yə hesabatı informasiyası və onun menecmentlə bilavasitə bağlı olan hissəsi ida­rəetmə qərarlarının hazırlanması və qəbul edilməsi üçün ilkin material və baza he­sab olunur. Xüsusi vurğulamaq yerinə düşər ki, idarəetmə qərarlarının işlənib ha­zırlanması üçün zəruri olan iqtisadi informasiya öz tərkibinə və həcminə görə çox­şaxəli olmaqla müəssisənin maliyyə nəticələrinin təhlili və qiymətləndirilməsi pro­sesində istifadə olunan məlumatların bütün spektrini əhatə edir. Təcrübədən mə­lumdur ki, əsaslandırılmış idarəetmə qərarlarının qəbul edilməsi üçün əsas in­for­masiya mənbəyi hesab edilən mvaliyyə hesabatında əmlakın, fondların, döv­riy­yə aktivlərinin, xüsusi kapitalın, pul vəsaitlərinin, qeyri-maddi aktivlərin, ma­liy­yə və kapital qoyuluşlarının, sair aktiv və passivlərin hərəkəti, maliyyə və­ziy­yə­ti və təsərrüfat subyektlərinin istehsal və kommersiya fəaliyyətinin nəticələri ar­tan yekunla əks etdirilir və sözügedən elementlər hər bir pozisiya üzrə maliyyə (mü­hasibat) uçotunun məlumatları əsasında formalaşır. Məsələyə bu prizmadan ya­naşdıqda maliyyə hesabatının müəssisədə mühasibat uçotunun son məhsulu və ye­kun mərhələsi olduğu tamamilə aydın görünür. Zənnimizcə, yekun in­for­ma­si­ya sintez olunmuş iqtisadi parametrlər formasında müvafiq hesabat forma­la­rın­da əks etdirildikdə mühasibat uçotu ilə maliyyə hesabatı arasında üzvi əla­qə yaranır.

Beynəlxalq təcrübədə maliyyə hesabatı maliyyə (mühasibat) uçotunun mə­lu­mat­ları əsasında formalaşan mühasibat hesabatlarının məcmusu kimi xa­rak­te­ri­zə edilir. «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının Qanununda «müəs­sisələrin maliyyə hesabatları mühasibat balansı və ona əlavə edilən «Mənfəət və zərərlər haqqında», «Kapitalda dəyişikliklər haqqında» və «Pul vəsaitlərinin hərəkəti haqqında» he­sa­bat­la­rın cəmi» şəklində traktovka olunur. Müəssisənin maliyyə he­sa­bat­larının hüquqi və fiziki şəxslər, habelə bütün marağı olan istifadəçilər, iş­ti­rak­çı­lar və başqa orqanlar üçün açıq nəşr edilə bilməsi faktı «Mühasibat uçotu haq­qın­da» Qanunda xüsusi vurğulanır. Beynəlxalq uçot standartları üzrə komitənin (IASC-International Accounting Standards Committee) konsepsiyasına uyğun ola­raq müasir bazar şəraitində maliyyə hesabatının məqsədi xarici və daxili istifadəçilər bloku üçün təsərrüfat subyektlərinin əmlak və maliyyə və­ziy­yəti, onlardakı dəyişikliklər haqqında dürüst və aydın formada in­for­ma­si­ya­nın təqdim edilməsi prosesi kimi şərh olunur. Zənnimizcə, nəzəriyyə və prak­ti­ka­da maliyyə hesabatının mahiyyəti, məqsədi, onun tərtib edilməsi və yerinə ye­tir­di­yi funksiyalar haqqında müxtəlif konsepsiyaların mövcudluğu sözügedən prob­lem haqqında vahid fikrin formalaşmasına mane olur. İqtisadi əd­ə­biy­yat­lar­da aparılan disskusiyalar, eləcə də maliyyə hesabatının formatını və tərkibini ni­zam­layan vahid beynəlxalq standartın olmaması bunu bir daha təsdiq edir. Ma­liy­yə hesabatının tərtib edilməsi və nəşr olunması konsepsiyası bu gün də bey­nəl­xalq uçot və hesabat sisteminin başlıca problemi olaraq qalır. Qeyd etmək yerinə dü­şər ki, hələ 1973-cü ildə maliyyə hesabatının mahiyyətini, məqsədini və onun ye­rinə yetirdiyi funksiyaları öyrənən bir qrup iqtisadçı «Maliyyə hesabatının məq­sədi» əsərində iki mühüm funksiyanı xüsusi vurğulayır: «1) pul axınlarının hə­rəkətinin proqnozlaşdırılması, müqayisəli təhlili və qiymətləndirilməsi zamanı in­vestor və kreditorların yararlı informasiyalarla təmin edilməsi; 2) müəssisənin is­tehsal və kommersiya fəaliyyətinin gəlirliliyinin proqnozlaşdırılması, mü­qa­yi­sə­li təhlili və qiymətləndirilməsi məqsədilə marağı olan istifadəçilərə zəruri in­for­ma­siyaların verilməsi».

Aydındır ki, iqtisad elmləri inkişaf etdikcə müəssisənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, maliyyə vəziyyətinin, təsərrüfat fəa­liy­yətinin nəticələrinin marağı olan müxtəlif istifadəçilər bloku (səhmdarlar, kre­di­torlar, sahibkarlar, mülkiyyətçilər, dövlət orqanları) üçün müəyyən edilmiş for­­malarda öz əksini tapa bilən mühasibat uçotunun faktiki və düzgün təsdiq olun­­muş göstəricilərinin yekunlarının məcmusu kimi xarakterizə olunan maliyyə he­­sabatı anlayışı da deformasiyaya uğrayır. Bir faktı qeyd etmək yerinə düşər ki, XIX əsrin sonu XX əsrin əvvəllərində İ.Şer, P.Qerstner, F.Lyaytner, A.Ro­şa­xovski tərəfindən inkişaf etdirilən və uçotda orjinal istiqamət sayılan ba­lans­şü­nas­lıq konsepsiyası nəzəri və metodoloji cəhətdən dəyişikliyə məruz qalır. A.Roşaxovski «lazımi anda faydalı informasiya vermək və istehsalın səmərəlilik sə­­viyyəsi haqqında obyektiv təsəvvür yaratmaq qabiliyyətinə malik olan balansı» müəssisənin, idarənin, təşkilatın və digər təsərrüfat subyektlərinin əm­­lak və maliyyə vəziyyətini əks etdirən əsas mühasibat hesabatı forması kimi şərh edir. Sonrakı dövrlərdə bu tezisə əsaslanan N.Blatov, A.Usaçev, A.Rudanovski, P.Xudyakov və digər iqtisadçı alimlərin əsərlərində təsərrüfat sub­­yektlərinin hesabatı onun əmlak və maliyyə vəziyyəti haqqında başlıca in­for­ma­­siya mənbəyi kimi nəzərdən keçirilir, balansın əsas iqtisadi göstəriciləri və mad­­dələri arasındakı qarşılıqlı əlaqə və asılılıqların xarakteri müəssisənin ma­liy­yə vəziyyətinin təhlili və qiymətləndirilməsi prizmasından izah olunur. Buradan be­­lə bir nəticə çıxarmaq olar ki, maliyyə menecmentinin və müəssisənin idarə edil­­məsi sisteminin əsas elementi sayılan maliyyə hesabatı ilk dəfə post-sovet alim­­lərinin əsərlərində öz tənqidi qiymətini almışdır. Lakin, bütün bunlara bax­ma­­yaraq xüsusi vurğulamaq yerinə düşər ki, müasir uçot və hesabat nə­zə­riy­yə­sin­­də müxtəlif istifadəçilər blokunun işgüzar qərarlar qəbul etməsi üçün onların mü­­əssisənin əmlak vəziyyəti haqqında daha dolğun və lazımi informasiya ilə tə­min olunması və mühasibat uçotunun harmonizasiyası meyli nəzərə alınmaqla ma­­liyyə hesabatının optimal strukturu və tərkibinin müəyyən edilməsi problemi hə­­lə də həll edilməmiş qalır.



Mə­lumdur ki, müasir bazar şəraitində ayrı-ayrı istifadəçilər qru­­pu maliyyə hesabatı informasiyasını öz maraqları baxımından təhlil edir və qiy­­mətləndirir. Məsələyə bu prizmadan yanaşan iqtisadçılar elmi-tədqiqat iş­lə­rin­­də maliyyə hesabatı informasiyasının istifadəçilər blokunu müxtəlif əlamətlər üz­­rə təsnifləşdirir və bunun praktikada böyük effekt verdiyi xüsusi vurğulanır. V.V.Kovalyevun əsərlərində müxtəlif istifadəçilər bloku üç qrupa bölünür: «1) kon­­kret müəssisəyə münasibətdə kənar istifadəçilər bloku; 2) müəssisənin idarə hey­­əti; 3) mühasiblər». V.V.Kovolyovun fikrincə, mühasibat in­for­ma­­siyası istifadəçilərinin müxtəlif qruplarının maraqlarının qarşılıqlı əlaqəsi aşa­ğı­­dakı şəkil vasitəsilə daha prinsipial formada açıla bilər.

группа 1

Şəkil 1.1 Mühasibat informasiyası istifadəçilərinin müxtəlif qruplarının maraqlarının qarşılıqlı əlaqəsi
Şəkildən göründüyü kimi, yalnız bir oblastı mühasibat informasiyasının bü­tün istifadəçilər qrupunun ümumi maraqlarının məcmusunu əks etdirir. Bununla əla­­qədar olaraq V.V.Kovolyov maliyyə hesabatının məqsədini müxtəlif is­ti­fa­də­çi­lər blokunun maraqlarının maksimum uzlaşdırılması kimi formalaşdırır. A.S.Bakayev, T.B.Krılova, V.D.Novodvorski, A.N.Xorin, S.M.Səbzəliyev və A.D.Şeremet kimi iq­tisadçı alimlər maliyyə hesabatı informasiyası istifadəçilərinin müxtəlif qrup­la­rı­nın təsnifləşdirilməsinin başqa variantını təklif edir. Zənnimizcə, iqtisadi ədə­biy­yatlarda verilən həmin təsnifat maliyyə hesabatı informasiyasının istifadəçiləri və onların maraqları haqqında daha dolğun təsəvvür yaradır. Sözügedən mü­əl­lif­lər tərəfindən verilən təsnifatda mühasibat informasiyası istifadəçiləri daxili və xa­rici olmaqla iki qrupa bölünür. Xüsusi vurğulamaq yerinə düşər ki, maliyyə he­sabatı informasiyası istifadəçilərinin bu təsnifatı xarici təcrübə üçün nümunəvi he­sab olunur. Bu zaman müəssisənin rəhbərliyi, mühasiblər, menecerlər, iq­ti­sad­çı­lar və s. daxili istifadəçilər blokunda birləşdirilir. Rəhbərliyin təsərrüfat sub­yekt­lərinin maliyyə vəziyyətinə, onun istehsal və kommersiya fəaliyyətinin gəlir­li­li­yinə və inkişaf perspektivinə marağı müəssisənin bütün fəaliyyət sferasını əhatə edir. Daxili istifadəçilər qrupu müəssisədə mürəkkəb maliyyə situasiyalarının ida­rə olunması, qiymətləndirilməsi və ona sistemli nəzarəti təmin etmək məq­sə­di­lə bütün mümkün vasitə və metodlardan istifadəni məqbul sayır. Müəssisənin ida­rə heyəti tərəfindən həyata keçirilən maliyyə təhlilinin informasiya bazası ge­niş məlumatlar spektrindən ibarət olmaqla təsərrüfat subyektlərinin daxilində sir­kulyasiya edən bütün informasiyanı öz tərkibində birləşdirir. Bu zaman, in­ves­tor­lar və kreditorlar üçün investisiya cəlbediciliyini təmin edən informasiyanın əl­də olunması müəssisə rəhbərliyinin prioritet vəzifəsinə çevrilir.

Zənnimizcə, maliyyə hesabatı informasiyasının xarici istifadəçilərini də iki qrup­da birləşdirmək məqsədəuyğun sayıla bilər: 1) müəssisənin istehsal və kom­mer­siya fəaliyyətinin nəticələrinə birbaşa marağı olan istifadəçilər bloku; 2) tə­sə­r­rü­fat subyektlərinin fəaliyyətində dolayı marağı olan istifadəçilər qrupu; Adətən, bi­rinci qrupa müəssisə əmlakının mülkiyyətçiləri, səhmdarlar, kreditorlar, in­ves­tor­lar, vergi orqanları, işgüzar tərəfdaşlar və təsərrüfat subyektlərinin istehsal hey­əti daxil edilir. Bunun əksinə olaraq ikinci qrupda təsərrüfat subyektlərinin is­tehsal və kommersiya fəaliyyətində dolayı marağı olan, lakin müqavilə əsasında bi­rinci qrup istifadəçilərin maraqlarını qoruyan subyektlər (auditor firmaları, fond birjaları, dövlət orqanları, informasiya agentlikləri, mətbuat nü­ma­yən­də­lə­ri, həmkarlar ittifaqları) birləşdirilir. Aydındır ki, mühasibat informasiyası is­ti­fa­də­­çilərinin çoxspektrliliyi maliyyə hesabatı informasiyasına olan tələblərin məz­mu­nunu dəyişir. Zənnimizcə, təhlil zamanı maliyyə hesabatı informasiyası is­ti­fa­də­çilərinin özlərinin konkret maraqlarına cavab verən müxtəlif məqsədlər güd­mə­si bu tezisin doğruluğunu bir daha sübut edir. Məsələn, səhmdarlar müəs­si­sə­nin istehsal və kommersiya fəaliyyətinin gəlirliliyini qiymətləndirmək və ümu­mi əm­lakın tərkibində xüsusi kapitalın çəkisinin dəyişməsi haqqında informasiya əl­də etmək məqsədilə maliyyə hesabatının təhlilini həyata keçirir. Səhm sahibləri po­tensial gəlir kimi səhmin bazar dəyərinin artması hesabına dividend for­ma­sın­da mənfəət əldə etmək imkanlarını araşdırır. Kreditorlar və investorlar mü­əs­si­sə­nin ödəmə qabiliyyətini, maliyyə sabitliyini, kreditqaytarma bacarığını və işgüzar tə­rəfdaşlıqda onun etibarlılığını qiymətləndirmək və kreditlərin verilməsi şərt­lə­ri­ni müəyyən etmək üçün maliyyə hesabatı informasiyasından istifadə edir. Müəs­si­sənin istehsal və kommersiya fəaliyyətinin gəlirliliyi kreditorlar və investorlar üçün təminat olduğundan onun sistemli və kompleks təhlilinə xüsusi fikir verilir. Xü­susi vurğulamaq yerinə düşər ki, maliyyə hesabatı informasiyasının qiy­mət­lən­dirilməsi prosesində kreditorların və investorların tətbiq etdikləri iqtisadi pa­ra­metrlərin reallığı kreditin müddəti, təminatı, məqsədi və istifadə istiqaməti ki­mi faktorlardan bilavasitə asılı olur. Qısamüddətli kreditlərin verilməsi zamanı kre­ditorları müəssisə aktivlərinin likvidliyi, onların dövranı və dövriyyəsi ilə xa­rak­terizə olunan cari maliyyə vəziyyəti maraqlandırır. Uzunmüddətli kre­dit­ləş­dir­mə zamanı risk amili və inflyasiya təhlükəsi mövcud olduğuna görə daha ət­raf­lı informasiyaya ehtiyac yaranır və təhlilin nəticələrindən istifadə etməklə ida­rə­etmə qərarlarının əsaslandırılması obyektiv zərurətə çevrilir. Bu zaman pul və­sa­itlərinin axını, proqnozlaşdırılması, müəssisənin fondları və kapitalın strukturu sis­temli və kompleks şəkildə nəzərdən keçirilir. Deyilənlərin əksinə olaraq in­ves­tor­lar məsələyə başqa prizmadan yanaşır və öz vəsaitlərinin konkret müəssisəyə yö­nəldilməsinin əlverişliliyi və etibarlılığının qiymətləndirilməsi baxımından ma­liy­yə hesabatını nəzərdən keçirir. Qeyd olunan istiqamətdə aparılan təhlil pro­se­sin­də müəssisənin fəaliyyəti haqqında geniş maliyyə informasiyaları, yəni mü­əs­si­sə­nin rentabelliyi, kapitalın strukturu, maliyyə sabitliyi, dividend və vergi siyasəti in­vestorların maraq dairəsinə düşür. Vergi orqanları isə hesablanmış və ödə­nil­miş vergilər və onların məbləği haqqında məlumatlara kompleks nəzarəti həyata ke­çirir. Müəssisənin maliyyə hesabatının təhlili zamanı fəhlə və qulluqçuları əmək haqqının səviyyəsi, sosial müdafiə məsələləri və iş şəraiti maraqlandırır. Məhz buna görə də fəhlə və qulluqçular müəssisənin maliyyə sabitliyini, onun is­teh­sal və kommersiya fəaliyyətinin gəlirliliyini sosial məsələlər fonunda təhlil edir və qiymətləndirir. Biznes üzrə potensial tərəfdaşlar, müəssisə ilə işgüzar əlaqədə olan firmalar qiymətin dinamikasını proqnozlaşdırmaq, əməkdaşlığın yeni for­ma­larını və imkanlarını axtarmaq məqsədi ilə müəssisənin maliyyə vəziyyətini qiy­mət­ləndirir, onun hesabatını dərindən öyrənir. Fond birjaları müəssisənin bir­ja­da qeydə alınması, onun fəaliyyətinin dayandırılması, mühasibat uçotunun təş­ki­li və hesabatın tərtibi metodlarının dəyişdirilməsi haqqında qərarların qəbul edil­mə­si üçün maliyyə hesabatı informasiyasından istifadə edir. Məsləhətçi firmalar isə, bunun əksinə olaraq müqavilə əsasında maliyyə hesabatı informasiyasından is­tifadə etməklə kapitalın formalaşdırılması, strukturu və yerləşdirilməsi haq­qın­da öz müştərilərinə praktiki əhəmiyyətə malik və məsləhət xarakteri daşıyan tək­lif­lər paketi işləyib hazırlayır. Auditor təşkilatları əmtəə istehsalı və satışı, xidmət gös­tərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərinin təqdim et­di­yi mühasibat və maliyyə hesabatlarının tərtibinin doğruluğu və düzgünlüyü haq­qın­da rəy verir və müəssisədə uçotun təşkilinin dürüstlüyünü yoxlayır. Auditor rə­yi audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əmə­liyyatlarının qanuniliyinə, illik mühasibat hesabatları maddələrinin doğ­ru­lu­ğu­na, mühasibat uçotunun ümumi vəziyyətinə verilən qiyməti əks etdirən rəsmi sə­nəd kimi maliyyə təhlilinin metodlarından istifadə olunmaqla tərtib edilir. Xü­su­si vurğulamaq yerinə düşər ki, maliyyə təhlilinin metodlarından istifadə edən au­ditor müəssisədə mühasibat uçotunun təşkili və maliyyə hesabatlarının tərtibi za­manı yol verilmiş nöqsanları aşkara çıxarmaq imkanına malik olur. Dövlət or­qan­ları qiymətlərin dinamikasına və səhmlərin hərəkətinə nəzarətin təşkili, iq­ti­sa­di planlaşdırmanın, auditin və kompleks təhlilin həyata keçirilməsi, mühasibat uço­tunun yekun mərhələsi sayılan hesabatın tərtib edilməsi metodlarının tək­mil­ləş­dirilməsi məqsədi ilə maliyyə hesabatlarını öyrənir. İnformasiya agentlikləri və mət­buat nümayəndələri dövlət və qeyri-dövlət müəssisələrinin və ayrı-ayrı sa­hə­lə­rin inkişaf meylinin öyrənilməsi, müxtəlif firmaların istehsal və kommersiya fəa­liyyətinin nəticələrinin müqayisəli təhlili və qiymətləndirilməsi, mikro səviyyəli gös­təricilərin hesablanması üçün maliyyə hesabatı informasiyasından istifadə edir. Həmkarlar ittifaqı əmək haqqının ödənilməsi, əmək müqavilələrinin tə­ləb­lə­ri­nin gözlənilməsi və sosial məsələlərin həlli baxımından mühasibat və maliyyə he­­sabatlarını öyrənir. Bütövlükdə götürdükdə xarici istifadəçilər bütün hallarda mü­­əssisənin nəşr etdirdiyi maliyyə hesabatına əsaslanır. Bir faktı qeyd etmək ye­ri­nə düşər ki, bəzi hallarda həmin məlumatlar müəyyən problemin həlli üçün ki­fa­­yət etmir və bu zaman əlavə göstəricilərdən istifadə zərurəti yaranır.

Yuxarıda deyilənlərdən göründüyü kimi, maliyyə hesabatı bütün is­ti­fa­də­çi­lər blokunda müəssisənin əmlak vəziyyəti, onun istehsal və kommersiya fəa­liy­yə­ti­­nin nəticələri haqqında tam təsəvvür yaradır. Məhz buna görə də müasir bazar şəraitində maliyyə hesabatı informasiyasının açıqlığına və əldə edil­­məsinin mümkünlüyünə ciddi fikir verilir. Müəssisənin maliyə (mühasibat) he­­sabatlarının marağı olan istifadəçilər, iştirakçılar və başqa orqanlar üçün açıq nəşr edilməsi və onların həmin hesabatlarla tanış olmasına əlverişli şəraitin ya­ra­dıl­­ması faktı «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının Qa­nu­nun­da xüsusi vurğulanır. Praktikada, maliyyə hesabatının açıqlığı onun kütləvi in­­formasiya vasitələrində (auditor rəyi əlavə olunmaqla) nəşr edilməsi yolu ilə hə­­yata keçirilir. Bir faktı qeyd etmək yerinə düşər ki, Müstəqil Dövlətlər Birliyi öl­­kələrindən fərqli olaraq beynəlxalq uçot təcrübəsində maliyyə hesabatının açıq­lı­­ğı və əlavə informasiya probleminə ciddi fikir verilmir. ABŞ-da əlavə in­for­ma­si­ya «Dun and Bradstreet» agentliyi tərəfindən nəşr edilir. İri müəssisələr və trans­mil­­li korporasiyalar haqqında müvafiq informasiyalar müxtəlif broker firmaları tə­­rəfindən «Moody’s Investors Service», «Standard and Poor’s Corporations» ki­­mi şirkətlərin çox cildli məlumat kitabçalarında dərc olunur. Maliyyə in­for­ma­si­­yaları gündəlik Wall Street Journal qəzetində və digər dövrü mətbuat or­qan­la­rın­­da (Forbes, Barron’s, Fortune, Cammercial and Financial Chronicle) nəşr edi­­lir. Amerika Birləşmiş Ştatlarında əlavə informasiyanın digər mühüm mən­bə­lə­rindən biri xalq təsərrüfatının 223 sahəsi üzrə çoxlu məlumatlar və nisbi gös­tə­ri­cilər əks etdirilən Robert Morris Associated şirkətinin nəşr etdirdiyi Annual Statement Studies məcmuəsi hesab olunur. Müxtəlif şirkətlər və korporasiyalar haq­qında əlavə maliyyə informasiyalarını ABŞ qiymətli kağızlar Komissiyasının və ABŞ Ticarət Nazirliyinin Vergi Bürosunun hesabatlarından da əldə etmək olar. Eyni məzmunlu kitabçalar və jurnallar İngiltərə, Fransa, Belçika, Almaniya və digər ölkələrdə dərc edilir. Məhz buna görə də beynəlxalq təcrübə nəzərə alın­maq­la Azərbaycan Respublikasında da maliyyə hesabatı informasiyasının açıq­lı­ğı və nəşr edilməsi problemlərinin həllini təmin edən ortimal sistemin yaradılması mü­hüm bir vəzifə kimi qarşıda durur.

Bir faktı qeyd etmək yerinə düşər ki, hal-hazırda dövlət və qeyri-dövlət mü­əs­sisələrində tərtib olunan maliyyə hesabatının mövcud formaları xarici ist­i­fa­də­çi­lər və onların maraqları baxımından o qədər də informatik sayılmır. Məsələ bu­ra­sındadır ki, bazar şəraitində maliyyə hesabatı informasiyasından is­tifadə edənlərin dairəsi planlı iqtisadiyyat dövrünə nisbətən xeyli geniş ol­du­ğu­na görə onun tərtib edilməsi mexanizmi, mühasibat hesabatı formalarının sayı və ye­rinə yetirdiyi funksiyalar tamamilə dəyişir. Müasir dövrdə yeni məzmun da­şı­yan maliyyə hesabatı təsərrüfat subyektlərinin bazarla qarşılıqlı əlaqə vasitəsi ki­mi çıxış edir. Bazar xarici istifadəçilər blokunun simasında müəssisənin istehsal və kommersiya fəaliyyəti haqqında müvafiq informasiyalara malik olduqda, bu əl­a­qələrin səmərəliliyi daha da yüksəlir. Aparılan nəzəri təhlil işləri göstərir ki, uzun illər post-sovet məkanı ölkələrində dövlət vergi və statistika xidməti or­qan­la­rının maliyyə hesabatı informasiyasının yeganə istifadəçisi olması və bu ən­ənə­nin hələ də saxlanması mühasibat uçotunun təşkili və hesabatın tərtibi pro­se­du­ra­larını beynəlxalq standartların tələblərinə uyğun formalaşdırmağa mane olur. La­kin, beynəlxalq uçot praktikasında maliyyə hesabatlarının tərtib edilməsi qay­da­larının və proseduralarının ciddi nizamlanması «maliyyə hesabatının har­mo­ni­za­siyası» probleminə yeni tələblər baxımından yanaşmağı zəruri edir. Bu nostalji his­slərə qapılan bəzi alimlər tərəfindən ciddi tənqid edilir və əsas arqument kimi mü­əssisə rəhbərliyinin hesabatın tərtib edilməsi qaydasına və məzmununa təsir et­mək imkanının olmaması göstərilir.

Qeyd etmək lazımdır ki, hal-hazırda dövlət və qeyri-dövlət müəssisələrində tər­tib olunan maliyyə hesabatı özünün strukturu və daşıdığı informasiyanın də­qiq­liyi baxımından beynəlxalq standartların tələblərindən xeyli geri qalır. Bu və­ziy­yəti A.D.Şeremet daha aydın görür və müəssisənin maliyyə hesabatını uçot pro­seduralarının yerinə yetirilməsi prosesində hazırlanmış «çiy informasiya» ki­mi xarakterizə edir. Məhz buna görə də istehsal, satış, maliyyə, investisiya və in­no­vasiya sahəsində idarəetmə qərarlarının qəbul edilməsi prosesində rəhbərlik da­im natamam informasiyaların seçilməsi, təhlili və qiymətləndirilməsi di­lem­ma­sı ilə üzləşir. Xüsusi vurğulamaq yerinə düşər ki, müasir dövrdə maliyyə hesabatı in­formasiyasının şərhi və istifadə edilməsi problemi müəyyən dərəcədə idarəetmə qə­rarlarını qəbul edən şəxsin öhdəsinə düşür və o, öz maraqlarına uyğun mə­lu­mat­ların seçilməsi, sistemləşdirilməsi və qruplaşdırılması problemini həll edir. Mə­sələyə bu prizmadan yanaşan məşhur iqtisadçı Paul Qerstner özünün «Ba­lan­sın təhlili» əsərində «dərc edilmiş balansdan hər kəs bacardığı və istədiyi i­n­for­ma­siyanı oxumaq hüququna malik olması» faktını xüsusi vurğulayır. Zən­nimizcə, bazar şəraitində maliyyə hesabatı in­for­ma­si­ya­sının açıqlığı və dolğunluğu problemi onun formalaşması qarşısında qoyulan tə­ləblər və istifadəçilərin maraqları baxımından daha düzgün şərh oluna bilər. Mə­lumdur ki, idarəetmə fəaliyyətinin informasiya ilə təmin olunması möv­qe­yin­dən maliyyə hesabatı bütün istifadəçilər blokunun marağına cavab verən aşa­ğı­da­kı əsas tələbləri ödəməsi müasir dövrdə onun formalaşmasının zəruri şərti sa­yı­lır: 1) investisiya siyasəti sahəsində optimal idarəetmə qərarlarının qəbul olun­ma­sı üçün informasiyanın mövcudluğu; 2) istehsal resurslarından istifadənin sə­mə­rə­liliyinin təhlili və qiymətləndirilməsini təmin edən məlumatların hesabatda əks et­dirilməsi; 3) mənfəət və rentabelliyin dinamikasını və dəyişmə meylini öy­rən­mə­yə imkan verən zəruri informasiyanın hesabatda öz əksini tapması; 4) müəs­si­sə­nin inkişaf perspektivinin və bazar situasiyalarının qiymətləndirilməsi üçün zə­ru­ri informasiyanın mövcudluğu; Göründüyü kimi, bazar şə­rai­tində səmərəli informasiya axınının formalaşdırıl­ması maliyyə hesabatının bir sı­ra keyfiyyət xarakteristikasına əsaslanır. Belə bir şəraitdə, informasiyanın ya­rar­lılıq (faydalılıq) meyarı optimal idarəetmə qərarlarının qəbul edilməsi pro­se­sin­də ön plana çıxır.

Göründüyü kimi, bazar şəraitində maliyyə he­sa­ba­tı­nın tərkibi, onun tərtib edilməsi, unifikasiyası və təqdim olunması qaydalarının tək­milləşdirilməsi istifadəçilərin maraqları baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusi vurğulamaq yerinə düşər ki, post-sovet məkanı ölkələrində hesabat mad­dələrinin strukturu, məzmunu və qiymətləndirilməsi üsullarına dair elmi-təd­qi­qat işləri XX əsrin əvvəllərində yerinə yetirilməyə başlanmışdır. A.K.Roşaxovski 1910-cu ildə «Səhmdar müəssisələrin balansları» adlı əsərində mü­hasibat balansının nümunəvi formasını təklif etmiş, onun əsas maddələrinin xa­rakteristikasını vermiş, maliyyə hesabatının strukturlaşdırılması və uni­fi­ka­si­ya­sının zəruriliyi haqqında nəzəri və praktiki əhəmiyyətə malik konkret fikir söy­lə­mişdir. Lakin, müasir dövrdə maliyyə hesabatının tərkibi, formatı, onun tərtib edil­məsi və təqdim olunması qaydalarında baş vermiş dəyişikliklər XX əsrin əv­vəl­lərindən başlamış evolyusiya dövründə irəli sürülmüş təkliflərin nəzəri və prak­tiki əhəmiyyətini xeyli aşağı salır. Zənnimizcə, maliyyə hesabatının st­ruk­tu­ru, formatı və məzmunu ilə bağlı problemlər, eləcə də onun sadələşdirilməsi, uni­fi­kasiyası, təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması kimi ak­tual məsələlər ölkə və xarici təcrübə nəzərə alınmaqla mühasibat hesabatının tər­tib edilməsinin mövcud nəzəriyyə və praktikasına əsaslandıqda mü­vəf­fə­qiy­yət­lə həll oluna bilər. Lakin, sadələşdirmə, təkmilləşdirmə və beynəlxalq stan­dart­la­ra uyğunlaşdırma adı ilə «qeyri-maddi aktivlər», «müəssisənin uçot siyasəti», «qiy­mətli kağızlar» kimi anlayışların uçot praktikasına daxil edilməsi və onun ye­nilik kimi qələmə verilməsini mütəxəssislər elə də ciddi qəbul etmir. Nəzəri və prak­tiki ədəbiyyatların tarixi aspektdə tənqidi təhlili göstərir ki, həmin anlayışlar və hesabat maddələri artıq XX əsrin 30-cu illərində ölkənin uçot təcrübəsində özü­nəməxsus yer tutmuşdur. Xüsusi vurğulamaq yerinə düşər ki, milli uçot stan­dart­larının hüquqi bazası sayılan «Mühasibat uçotu haq­qın­da» Azərbaycan Respublikasının Qanununda ilk dəfə rəsmi olaraq mühasibat ba­lansı müəyyən tarixə müəssisənin əmlak və maliyyə vəziyyətini əks etdirən gös­tə­ricilər sistemi kimi xarakterizə olunur. Zənnimizcə, həmin qanuna əsasən mü­ha­sibat hesabatının məzmunu, quruluşu, formatı və onun təqdim edilməsi pro­sedurası qarşısında qoyulan tələblər Avropa İqtisadi Birliyinin 25.07.1978-ci il tarixli Dördüncü Direktivi ilə təsdiq olunmuş maliyyə hesabatının strukturuna mak­simum yaxınlaşdırmağa imkan verə bilər.

Məlumdur ki, istər post-sovet məkanı və istərsə də Qərb ölkələrində əsas ma­liyyə institutlarının və qanunvericilik sisteminin komponentləri, cəmiyyətdə baş verən iqtisadi, siyasi və tarixi proseslər, eləcə də uçot və hesabatın stan­dart­laş­dırılması və peşəkar mühasiblərin statusunun gücləndirilməsi kimi amillər mil­li uçot sisteminin və maliyyə hesabatının inkişafına təsir göstərən başlıca fak­tor­lar hesab olunur. Fikrimizcə, yuxarıda sadalanan amillər Azərbaycan Res­pub­li­ka­sında və xarici ölkələrdə tərtib olunan maliyyə hesabatları arasında fərqlərin ol­masını şərtləndirir. Məsələyə bu prizmadan yanaşan bəzi tədqiqatçılar müxtəlif öl­kələr arasında differensasiya yaratmaq üçün həmin amilləri, digərləri isə müx­tə­lif ölkələrin maliyyə hesabatlarında aşkar edilmiş fərqlərin sö­zü­ge­dən faktorlara təsirini öyrənir və qiymətləndirir.


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə